Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Elxan
Elxan — Elxanilər dövlətinin hökmdarının titulu. Elxanilər eyni anda "Xan" titulu da daşıyırdılar. Bu titula 1260-cı ildən öncə mənbələrdə rast gəlinmir. Mənası "tabe olan xan" deməkdir.Digər yozuma görə isə mənası "Bir elin (torpağın, xalqın) xanı" deməkdir. == Qaşqaylarda == Bu titul 1818–1819-cu illərdə Qaşqayların tayfa başçısı Can Məhəmməd xan tərəfindən yenidən qəbul edilmişdir və titul nəsildən-nəsilə ötürülmüşdür. Bu nəsildən son elxan Nasir xan 1954-cü ildə Məhəmməd Musəddiqə dəstəyindən ötrü sürgün olundu və 1984-cü ildə Qaşqayların son elxanı olaraq vəfat etdi.
Adilxan Bayramov
Bayramov Adilxan Hüseynəli oğlu (19 fevral 1949, Sadaxlı, Marneuli rayonu -14 aprel 2021, Bakı) — azərbaycanlı tənqidçi, ədəbiyyatşünas, sənətşünas, publisist, tərcüməçi, filologiya elmləri doktoru. == Həyatı == Adilxan Bayramov 1949-cu il 19 fevralda Gürcüstanın Marneuli rayonunun (Borçalı bölgəsi) Sadaxlı kəndində anadan olmuşdur. 1966-cı ildə Sadaxlı kənd orta məktəbini gümüş medalla bitirmişdir. 1966-1971-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsində ali təhsil almışdır. 1971-1979-cu illərdə Sadaxlı 2 saylı kənd orta məktəbində tərbiyə işləri üzrə direktor müavini, Azərbaycan dili və ədəbiyyatı müəllimi, 1979-1980-ci illərdə Səməd Vurğunun ev-muzeyində elmi işçi, şöbə müdiri işləmişdir. 1980-2007-ci illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində (indiki Mədəniyyət və Turizm Nazirliyində) böyük inspektor, aparıcı inspektor, baş inspektor, baş idarənin rəis müavini, baş idarənin rəisi, aparatın rəhbəri vəzifələrində çalışmışdır. 2007-ci ilin oktyabr ayında doktorluq dissertasiyası müdafiə etmiş və həmin vaxtdan Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin direktor müavini vəzifəsində çalışır. Adilxan Bayramov elmi-tədqiqat işi ilə də fəal məşğul olur. Əsasən xalq şairi Səməd Vurğunun yaradıcılığını tədqiq edir. 1990-cı ildə "Səməd Vurğun yaradıcılığında xalqlar dostluğu" mövzusunda namizədlik, 2007-ci ildə "Səməd Vurğun yaradıcılığında insan: millilik və ümumbəşərilik" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir.
Oralxan Bukeyev
Oralxan Bökey (28 sentyabr 1943 – 17 may 1993, Dehli) — qazax yazıçısı. == Həyatı == Oralxan Bökey 1943-cü ildə Qazaxıstanın Qaton-Qarağay rayonunun Çinqistau kəndində doğulubdur. 1961-ci ildə Sultanmahmud Torayğırov adına orta məktəbi bitirdikdən sonra bir müddət pioner dəstə rəhbəri, daha sonra Altay sovet təsərrüfatının traktorçusu olubdur. 1968-ci ildə Kirov adına Qazaxıstan Dövlət Universitetinin jurnalistika fakültəsini qiyabi bitirən Bukeyev bir müddət "Əmək bayrağı" adlı rayon qəzetində korrektor, tərcüməçi, redaktor əvəzi, əyalət qəzeti olan "Kommunizm bayrağı"nda ədəbi əməkdaş olaraq çalışmışdır. sonra Alma-Ataya köçmüş, əvvəlcə respublika gəncləri qəzeti "Leninçi gənclər"də, daha sonralar isə uzun illər (1974-1983) "Ulduz" dərgisində şöbə müdiri, 1991-ci ildən isə "Qazax ədəbiyyatı" dərgisinin baş redaktoru vəzifəsində işləmişdir. Bökey 1991-ci ildə qazax ədəbi birliyi "Ağ quş"u yaratmış və ona rəhbərlik etmişdir. Oralxan Bökey 1993-cü ilin may ayında Hindistanda ezamiyyət zamanı qəfildən dünyasını dəyişmişdir. == Kitabları == "Dəstələr", 1971 "Hardasan, qaçqalı dayçam", 1973 "Buz dağı", 1975 "Yuxusuzluq", 1987 "İldırım izi" (azərbaycan dilində), Bakı, "Elm və təhsil", 2012. == Ədəbiyyat == Nərmin Azadgil, "Sadəcə sözün sahibi" (ön söz), Oralxan Bukeyev, "İldırım izi" kitabı (azərbaycan dilində), Bakı, "Elm və təhsil", 2012.
Dalxan Xojayev
Dalxan Xojayev (18 aprel 1961, Qroznı – 26 iyul 2000, Valerik[d], Çeçenistan) — Çeçen tarixçisi, siyasətçi, tanınmamış İçkeriya komandiri, İçkeriya ordusunun briqada generalı. İkinci Çeçenistan müharibəsi zamanı Əhməd Zakayevin qərargah rəisi və ən yaxın adamı, "Rus-Qafqaz müharibəsində çeçenlər" kitabının müəllifi. == Bioqrafiyası == 1961-ci ildə Qroznıda anadan olmuşdur. 1983-cü ildə Çeçen-İnquş Dövlət Universitetinin tarix fakültəsini bitirir. Tarixçi 1985-1991-ci illərdə gənc turistlər stansiyasında metodist, Respublika Birləşmiş Muzeyində elmi işçi olur. Çeçenlərin tarixi ilə bağlı respublika qəzetlərində ("Komsomolskoe plemya/Respublika" və "İçkeriya") tez-tez nəşr olunur, XIX əsrdə Çeçenistanın milli azadlıq hərəkatı tarixinə dair əsərlərin müəllifidir. Üstəlik Arxiv Departamentinin müdiri olur. 1990-cı ildə Birinci Çeçen Milli Konqresinin çağırılması üzrə təşkilat komitəsinin üzvü olmuşdur. 1994-cü ildən Çeçen İçkeriya Respublikası Nazirlər Kabinetinin və Dövlət Müdafiə Şurasının üzvü kimi fəaliyyət göstərir. Ruslan Gelayevin xüsusi briqadasına komandanlıq edir.
Delfan şəhristanı
Dilfan şəhristanı — İranın Luristan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Nurabad şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 137,385 nəfər və 29,257 ailədən ibarət idi.
Elxan Həsənli
Elxan Həsənli (əsl adı: Elxan Məmməd oğlu Həsənov; alm. Elchan Gassanow‎; 15 dekabr 1974, Qazax) — Azərbaycan əsilli İsveçrə tarixçisi, tarix üzrə fəlsəfə doktoru, politoloq, siyasi ekspert. == Həyatı == Elxan Məmməd oğlu Həsənov (Həsənli) 15 dekabr 1974-cü ildə Azərbaycan SSR-nin Qazax şəhərində anadan olmuşdur. O, 1990–1995-ci illərdə Bakı Dövlət Universitetinin tarix fakultəsində təhsil almışdır. Həsənli 2007–2011-ci ildə İsveçrənin Sürix Universitetinin magistraturasında, 2011–2013-cü illərdə Sürix Pedaqoji İnstitutunda pedaqoji təhsil almışdır. == Fəaliyyəti == Elxan Həsənli 1996–1998 ci illərdə Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. O, 1994-cü ildə "Rezonans" qəzetinin müxbiri kimi əmək fəaliyyətinə başlamışdır. Həsənli 1998-ci ildən 2004-cü ilə qədər "Yeni Müsavat" qəzetinin müxbiri işləmişdir. O, 2011-ci ildən 2016-cı ilə qədər İsveçrənin Sürix Universitetində elmi işçi, 2016-cı ildən 2021-ci ilə qədər Sürix meriyasında çətin öyrənən uşaqların təhsili kollecində alman dili, tarix və informasiya-kommunikasiya texnologiyaları müəllimi işləmişdir. Həsənli müəllimlərin təkmilləşməsi üzrə İsveçrə və Almaniya sertifikasiyalarını qazanmışdır.İsveçrənin Sürix Universitetində təhsil aldığı dövrdə 1 elmi monoqrafiyası, 6 elmi məqaləsi dərc olunmuşdur.
Elxan Həsənov
Həsənov Elxan Eldar oğlu — Azərbaycan futbolçusu, Azərbaycan milli futbol komandasının qapıçısı, SSRİ idman ustası, ikiqat Azərbaycan çempionu. == Həyatı == Elxan Həsənov 4 mart 1967-ci ildə Bakıda anadan olub.Əslən Xocavənd rayonu Muğanlı kəndindəndir.1987-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna daxil olub. 1984-cü ildə Bakının "Neftçi" klubundan dəvət alıb. "Kəpəz" (Gəncə), Xəzər Sumqayıt, "Turku" (Finlandiya) və Karvan komandalarında oynayıb. 1988-ci ildə SSRİ Federasiya Kubokunun finalına oynayıb. Dəfələrlə Azərbaycan Kuboku mükafatçısı olub. 2000-ci ildə Finlandiya Kubokunun finalçısı olub. Azərbaycan milli futbol komandasının qapısını qoruyub.
Elxan Kərimov
Elxan Kərimov — Azərbaycan fotoqrafı Elxan Əziz oğlu Kərimov 1948-ci il dekabrın 28-də Bakının Bülbülə kəndində anadan olmuşdur. 1957–1967–ci illərdə 208 saylı orta məktəbi bitirmişdir. 1968-ci ildə əmək fəaliyyətinə başlamışdır. Əvvəl Bülbülə kəndində yerləşən "Quyuların sınaqdan keçirilməsi və əsaslı təmiri" idarəsində işləmişdir. 1971-ci ildə Azərbaycan Pedaqoji Universitetində (keçmiş V.İ.Lenin adına APİ) çıxan "Gənc müəllim" qəzetində foto müxbir işləmişdir. 1973–1977-ci illərdə Azərbaycan Pedaqoji Universitetini bitirmişdir. 1979-cu ildə Jurnalist Sənətkarlığı İnstitutunu bitirmişdir. 1971-ci ildə çəkdiyi fotolar respublikada çıxan "Azərbaycan müəllimi", "Bakı", "Baku" və s qəzetlərdə çap olunmuşdur. 1997-ci ildə Türk beynəlxalq iş adamları "Dialoq" aylıq jurnalında foto müxbir vəzifəsində çalışmışdır. Daha sonra öz fəaliyyətini "Tüsiab" jurnalında davam etdirmişdir.
Elxan Mansurov
Elxan Bəhram oğlu Mansurov (21 fevral 1955, Bakı) — tarzən, muğam ifaçısı, Azərbaycan Respublikasının əməkdar artisti (2005). == Həyatı == Elxan Mansurov 1955-ci il fevral ayının 21-də Bakıda, musiqiçi ailəsində doğulmuşdur. Tar çalmağı uşaq yaşlarından atasından öyrənmişdir. Elxan Mansurov 1975-ci ildə Asəf Zeynallı adına orta musiqi məktəbinin, 1983-cü ildə isə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tar sinfini bitirib. 47 ildir ki, M.F.Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının orkestrində solist-konsertmeyster vəzifəsndə işləyir. Bu müddət ərzində muğam operalarına bir çox müğənniləri baş rollara hazırlamışdır. Bunlardan Nəzakət Teymurova — Leyli, Şahsənəm və Əsli; Gülüstan Əliyeva — Leyli, Şahsənəm, Əsli və Ərəbzəngi; Lalə Məmmədova — Leyli; Alim Qasımov — Məcnun və Qərib; Səbuhi İbayev — Məcnun, Qərib və Şah İsmayıl; Simarə İmanova — Leyli və Şahsənəm; Mələkxanım Eyyubova — Leyli; Zahid Quliye — Məcnun; Təyyar Bayramov — Şah İsmayıl və İbn-Salam; Gülyaz Məmmədova — Şahsənəm və Əsli; Aygün Bayramova — Şahsənəm və Əsli; Mütəllim Dəmirov — Qərib və İbn-Salam; Vüsalə Musayeva — Leyli; İlkin Əhmədov — Məcnun; Rafiq Əliyev — Məcnun və Şah İsmayıl; Elnur Zeynalov — Qərib, İbn-Salam və Məcnunun atası; Nəzər Bəylərov — İbn-Salam və Zeyd — adlarını çəkmək olar. Elxan Mansurov Azərbaycan muğamlarının bilicisi və mahir ifaçısıdır. O, uzun illərdir ki, dövrü mətbuatda, radio və televiziyada silsilə verilişlərdə muğamlarımızın təbliği ilə məşğul olur. Atası Bəhram Mansurovdan sonra klassik muğam ifaçılığı ənənəsini qoruyub saxlayan yeganə tarzəndir.
Elxan Muradov
Muradov Elxan Murad oğlu (15 may 2001, Əhmədabad, Sabirabad rayonu – 8 oktyabr 2020) — İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == 15 may 2001-ci ildə Sabirabad rayonu Əhmədabad kəndində dünyaya gəlmişdir. Orta təhsilini 2017-ci ildə Əhmədabad kənd tam orta məktəbində başa vurmuşdur. Orta məktəbdə oxuduğu illərdə şəhidlərə həsr olunmuş tədbirlərdə daim fəal iştirak edirdi. Elxanı tanıyanlar Elxanın necə ürəkli, vətənpərvər oğul olmasını qeyd edirlər. Elxan hər zaman şəhidlərin qəhrəmanlıq ənənələrini daim davam etdirəcəyinə söz verirdi == Hərbi xidməti == Elxan orta təhsilini başa vurduqdan sonra Sabirabad rayonu Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır.Hərbi xidmətini Ağdamda “N”saylı hərbi hissədə yerinə yetirirdi. Hərbi xidmətini başa vurmasına 3 ay qalmış, Elxan , 8 oktyabr 2020-ci ildə qəhrəmancasına şəhid oldu. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elxan Muradov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elxan Muradov ​ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edildi.
Elxan Məmmədli
Elxan Hüseynqulu oğlu Məmmədli (1 yanvar 1946, Faxralı, Bolnisi rayonu) — filologiya elmləri namizədi, "Əməkdar mədəniyyət işçisi" (2008), Azərbaycan Aşıqlar Birliyi İdarə heyətinin və Azərbaycan Jurnalistlər birliyinin üzvü. == Həyatı == Elxan Hüseynqulu oğlu Məmmədli 1 yanvar 1946-cı ildə Borçalı mahalının Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur.1971-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə fəhləlikdən başlayan Elxan Məmmədli bir müddət pedaqoji fəaliyyətlə məşğul olduqdan sonra, 1976-1979-cu illərdə Pedaqoji Elmlər İnstitutunda elmi işçi işləmişdir. 1979-cu ildən etibarən müsabiqə yolu ilə Nizami adına Ədəbiyyat İnstitutunun Folklor şöbəsinə kiçik elmi işçi vəzifəsinə qəbul edilmişdir. 1994-cü ilə kimi Ədəbiyyat İnstitutunun Folklor şöbəsində çalışan E.Məmmədli böyük elmi işçi kimi həmin ildən Folklor Elmi-Mədəni Mərkəzinə köçürülmüşdür. 1998-ci ildə "Azərbaycan aşıq yaradıcılığında təcnis" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və filolodiya elmləri namizədi alimlik dərəcəsi almışdır.1999-cu ildən AMEA-nın Folklor İnstitutunda "Aşıq yaradıcılığı" şöbəsinin müdiridir. 1969-2009-cu illər ərzində Azərbaycan radio və televiziyasında "Bulaq", "Ustadnamə", "Sazın-sözün sehrində", "Gözəlləmə" və "Sarıtel" verilişlərinin müəllifi və aparıcısı olmuşdur. O, 1 monoqrafiya, 10-dan çox toplama-tərtib kitabını nəşr etdirmiş, 30-dan çox kitabın redaktoru, rəyçisi olmuşdur. 2008-ci ildə "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülmüşdür. Azərbaycan Aşıqlar Birliyi İdarə heyətinin və Azərbaycan Jurnalistlər birliyinin üzvüdür.
Elxan Məmmədov
Elxan Məmmədov (1969) — azərbaycanlı qılıncoynadan. Elxan Səlhab oğlu Məmmədov (1979) — azərbaycanlı futbol rəsmisi. Elxan Əbülfəz oğlu Məmmmədov (1982) — azərbaycanlı cüdoçu. Elxan Bədəl oğlu Məmmədov (1998-2020) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Elxan Məsumov
Məsumov Elxan Əsgər oğlu — azərbaycanlı rejissor və ssenari müəllifi. == Həyatı == Elxan Məsumov 20 oktyabr 1957-ci ildə Bakı şəhərində anadan olub. 1964-1974-cü illərdə Bakının 125 saylı məktəbində orta təhsil alıb. Bununla yanaşı 8 illik musiqi təhsili də almışdır. 1974-1979-cu illərdə Mirzağa Əliyev adını Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Tofiq Kazımovun kursunu qırmızı diplomla bitirib. Tələbəlik illərində Məmməd Səid Ordubadinin "Qılnc və qələm", Yusif Səmədoğlunun "Qətl günü", İlyas Əfəndiyevin "Bizim qəribə taleyimiz" və s. əsərləri tamaşaya qoymuşdur. 1979-cü ildə Şəki Dövlət Dram teatrında Sabit Rəhmanın "Yalan" pyesini diplom işi kimi səhnələşdirmişdir. Daha sonra təyinatla Azərbaycan Dövlət Televiziya və Radio Verlişləri Komitəsində rejissor köməkçisi kimi çalışmağa başlamışdır. 1981-1985-ci ildə Moskvada öz təhsilini davam etdirmişdir.
Elxan Nuriyev
Elxan Nuriyev (coğrafiyaçı)
Elxan Poluxov
Elxan Polux oğlu Poluxov (Sadaxlı) — Azərbaycan Respublikası dövlət xadimi və diplomatı, fövqəladə və səlahiyyətli səfir. Azərbaycan Respublikasının Misirdəki Fövqəladə və Səlahiyyətli Səfiri. == Həyatı == Elxan Polux oğlu Poluxov Gürcüstan SSR-in Marneuli rayonunun Sadaxlı kəndində ziyalı ailəsində dünyaya gəlib. == Fəaliyyəti == === Xarici İşlər Nazirliyində === 2009-cu ildə Elxan Poluxov Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarov tərəfindən XİN Mətbuat Xidmətinin Rəhbəri təyin edildikdən sonra, həm diplomatik sahədə, həm də mətbuatda geniş tanınmağa başlamışdır.
Elxan Qasımov
Elxan Məmməd oğlu Qasımov (24 aprel 1945, Naxçıvan – 29 may 2023) — Azərbaycan kinorejissoru, aktyor, Azərbaycan Respublikasının əməkdar artisti (2000). == Həyatı == Elxan Məmməd oğlu Qasımov 24 aprel 1945-ci ildə Naxçıvanda anadan olub. Orta məktəbin 4-5-ci siniflərindən pionerlər evində rəqs dərnəyinə gedib, basketbolla, voleybolla məşğul olub. Naxçıvanın gənclərdən ibarət voleybol komandasında çıxış edib. Bakıda rəqqas kimi festival laureatı olub. İl yarım Naxçıvan Dövlət Mahnı və Rəqs Ansamblında peşəkar rəqqas, solist olan Elxan A. Əliyev adına ADİİ-nun aktyorluq (1962–1966), Leninqrad DTMKİ-nun rejissorluq fakültəsində (1973–1978) təhsil alıb. "Əhməd haradadır" filmindən "sürücü Əhməd" kimi tanınan Elxan Qasımov 1969-cu ildən "Azərbaycanfilm" kinostudiyasında işləyib. Bədii, sənədli filmlərin, "Mozalan" süjetlərinin müəllifidir.Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür.2023-cü ilin may ayında səhhətində problemlər yaranıb. 29 may 2023-cü ildə aorta anevrizmasının partlaması səbəbi ilə dünyasını dəyişmişdir. Xırdalan qəbiristanlığında dəfn olunmuşdur.
Elxan Quliyev
Quliyev Elxan Əlibala oğlu (02.11.1952) — Azərbaycan teatr və kino aktyoru. == Həyatı == Elxan Quliyev 2noyabr 1952-ci ildə anadan olub. 1974-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirmişdir. Təyinatla Akademik Milli Dram Teatrına gələn Elxan Quliyev, teatrın səhnəsində aşağıdakı rolları oynamışdır. 3-cü qardaş ("Yatmış gözəl və yeddi qardaş" Aleksandr Puşkin), Döyüşçü ("Qılınc və qələm" Məmməd Səid Ordubadi), Zəncirvuran ("Dəli yığıncağı" Cəlil Məmmədquluzadə), Laldinməz polis ("Səhra yuxuları" Anar), Kaytens ("Maqbet" Vilyam Şekspir), Ata ("Anamın kitabı" C.Məmmədquluzadə), Kinto ("Xanuma" A.Saqareli), Alman oğlu ("İnsan" Səməd Vurğun), Sərkərdə Teymur ("Vaqif" S. Vurğun), Kəramət ("Fəryad" Bəxtiyar Vahabzadə), Jurnalist ("Şeyx Xiyabani" İsmayıl Əfəndiyev), Ağa Bəşir ("Lənkəran xanının vəziri" Mirzə Fətəli Axundov), Qarğış ("Qızıl teşt" Seyran Səxavət), Osvald ("Kral Lir" V.Şekspir), Erkin ("Özümüzü kəsən qılınc" B.Vahabzadə), Yarqıtay ("Dar ağacı" B.Vahabzadə), Pedro ("Kəllə" Nazim Hikmət), Mirzə Cəlil Məmmədquluzadə ("Hərənin öz payı" Xeyrəddin Qoca), Əkbər ("Rəqabət" B.Vahabzadə), Polis qonşu ("Qatil" Elçin), Zindanbaşı və Enobarb ("Misir gecələri" səhnə redaksiyasının müəllifi Mərahim Fərzəlibəyov), Mir Bağır ağa ("Ölülər", Cəlil Məmmədquluzadə), İvan Kuzmiç Şpekin ("Müfəttiş", Nikolay Qoqol), vəzir ("Qətibə İnanc", Məmməd Səid Ordubadi), sədr ("Yaşar", Cəfər Cabbarlı). Elxan Quliyev Azərbaycan Dövlət televiziyasında hazırlanmış "Şərqin səhəri" (Bayram), "Sarıköynək və Valehin nağılı" (Rövşən), "6-cı palata" (Vanya), "Şöhrət və unudulan adam" (Fotoqraf), "Hacı Qara" (Səfər bəy) və s. teletamaşalarda, "Azərbaycanfilm" kinostudiyasında çəkilmiş "Sevinc buxtası" (Elxan), "Ani dönüş" (Oqtay), "Pəncərə" (Sahə müvəkkili), "İstintaq" (Milis mayoru) filmlərində çəkilib. 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülmüşdür. 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə, 10 may 2022-ci ildə və 6 may 2023-cü ildə Prezident Mükafatına layiq görülmüşdür. == Filmoqrafiya == Absurdistan (film, 2008) (tammetrajlı bədii film) Adam (film, 2010) Ağ atlı oğlan (film, 1995) (tammetrajlı bədii film)-rol: Şahin Altı nömrəli palata (film, 1994) Anın quruluşu (film, 1980)(tammetrajlı bədii film)-rol: Oqtay Astana (film, 1986) Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996) Bəyin oğurlanması (film, 1985) Biz qayıdacağıq (film, 2007) Cavad xan (film, 2009) Günahsız Abdulla (film, 1984) Günəşim ol (teleserial, 2016)-rol: Süleyman Həkimlər (teleserial) Həmyerli (film, 1989) İstanbul reysi (film, 2010) İstintaq (film, 1979) Qardaşımdan yaxşısı yox idi (film, 2010) Qaydasız döyüş (film, 2009) Qeybdən gələn səs (film, 2002) Nə gözəldir bu dünya...
Elxan Qurbanov
Qurbanov Elxan Hacıbaba oğlu — azərbaycanlı dram və kino aktyoru. == Həyatı == Elxan Qurbanov 1952-ci ildə Bakıda anadan olmuşdur. Bir neçə film, serial və reklamlarda çəkilmişdir. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru idi. 24 noyabr 2011-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında premyerası keçirilməsi nəzərdə tutulan "Romeo və Cülyetta" tamaşasının məşqi zamanı vəfat edib. Teatrın aktyoru, Azərbaycan Respublikasının Xalq Artisi Ağaxan Salmanlının fikirincə :"Elxan Qurbanov əsl aktyor kimi, qrimdə vəfat etdi". == Filmoqrafiya == Bir anın həqiqəti (film, 2003) Biz qayıdacağıq (film, 2007) Günaydın, mələyim!
Elxan Qədimov
Elxan İslam oğlu Qədimov (1946) — Gəncə şəhər İcra Hakimiyyətinin başçısı (1993–1993). == Həyatı == 1946-cı ildə anadan olmuşdur. 1975-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının "Meyvə-tərəvəzçilik və üzümçülük" fakültəsini, 1997-ci ildə Bakı Dövlət Universitetinin "Hüquq" fakültəsini bitirmişdir. 1975–1981-ci illərdə Gəncə Yaşıllaşdırma trestində aqronom, rəis işləmiş, 1991-ci ilin yanvar-mart aylarında Gəncə Şəhər Təcrübəvi-İstixana Kombinatında direktor, Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini və 21 fevral 1993-cü ildən 1993-cü ilin iyun ayınadək Gəncə Şəhər İcra Hakimiyyəti başçısı işləmişdir. 1993–1998-ci illərdə Gəncə Təcrübəvi İstixana Kombinatında direktor, 1998–2009-cu illərdə "EL-Azəri" MMC-nin sədri kimi azad sahibkarlıq fəaliyyətilə məşğul olmuşdur. 2009-cu ilin dekabrından Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində idarə rəisi vəzifəsində çalışır.
Elxan Qəhrəman
Elxan Cahangir oğlu Qəhrəman (22 aprel 1965, Bakı) — Azərbaycan Respublikası Küveyt Dövlətində Fövqəladə və Səlahiyətli Səfiri (2016—2022), diplomat. == Həyatı == Elxan Cahangir oğlu Qəhrəman 1965-ci il aprelin 22-də Bakı şəhərində anadan olmuşdur. 1989 – Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirmişdir. 2000-ci ildə Vyana Diplomatik Akademiyasını bitirmişdir. 1989-1991-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası jurnalının Baş Redaktoru vəzifəsində çalışmişdır. 1991-1995-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində İkinci katib vəzifəsində çalışmişdır. 1995-1997-ci illərdə Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyində İkinci katib vəzifəsində çalışmişdır. 1997-1998-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində İkinci katib vəzifəsində çalışmişdır. 1998-1999-cu illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində Birinci katib vəzifəsində çalışmişdır. 1999-2001-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində Şöbə müdiri vəzifəsində çalışmişdır.
Elxan Qəniyev
Elxan Qəniyev — azərbaycanlı sənədli fotoqraf, rəqəmsal rəssam. 2011-ci il tarixdən fotoqrafiya üzrə peşəkar fəaliyyətə başlamış, bir sıra yerli və beynəlxalq təlim, sərgi və müsabiqələrin iştirakçısı və laureatı olub. 2017-ci ildən Azərbaycan Fotoqraflar Birliyinin üzvüdür. Uzun müddət İsmayıllı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə İsmayıllını, onun qədim mədəni irsini, təbiətini beynəlxalq arenaya tanıtmaq məqsədilə keçirilən foto, video layihələrin ("Go to Ismayıllı" – 6 ay) birbaşa icraçısı olub. Formula 1, İslam Həmrəyliyi Oyunları, Avropa Oyunları kimi beynəlxaq yarışların fotoqrafı olub və çəkdiyi fotolar geniş ictimaiyyətə sərgilənib. "İSTECH MMC", "Hajizade Group", "İntro Dev", Gəmiqaya Holdinq, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ARVXSİDA) tabeliyində olan “ABAD” publik hüquqi şəxs kimi şirkət və dövlət qurumlarında fotoqraf, dizayner, art direktor vəzifələrində çalışıb. Hal-hazırda Kənd Təsərrüfatı Nazirliyində işləyir. "Life style" və "Portret" janırında çəkilişlər edir. Səfərlər edib 4 mövsümdə şəkillər çəkir. Bu çəkilişlər dəfələrlə Azərbaycan mediasında geniş işıqlandırılıb.
Elxan Ramazanov
Elxan Ramazan oğlu Ramazanov (25 yanvar 2000, Danaçı, Zaqatala rayonu – 22 oktyabr 2020, Bakı) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elxan Ramazanov 2000-ci il yanvarın 25-də Zaqatala rayonunun Danaçı kəndində anadan olub.2007-2016-ci illərdə Danaçı kənd tam orta məktəbində, 2016-2019-cu illərdə Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kollecində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Elxan Ramazanov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elxan Ramazanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşan və Ağdam istiqamətində gedən döyüşlərdə iştirak edib. Elxan Ramazanov oktyabrın 18-də cəbhənin Ağdam istiqamətində gedən döyüşlər zamanı yaralanıb. Bakı şəhərində yerləşən hərbi hospitalda komada olub. Dörd dəfə əməliyyat olunmasına baxmayaraq oktyabrın 22-də şəhid olub. Zaqatala rayonunun Danaçı kəndində torpağa tapşırılıb.
Elxan Rza
Elxan Rzayev (aktyor)
Elxan Rzayev
Elxan Rzayev (aktyor)
Elxan Rəsulov
Elxan Rəsulov — (doğ. 23 mart 1960) keçmiş Azərbaycanlı qapıçı. Hal hazırda Almaniyada yaşayır və Almaniyanın Xerforder futbol klubunun qapıçıların məşqçisidir. == Şəxsi həyatı == 23 mart 1960-cı ildə Bakı şəhərinda anadan olmuşdur. Rəsulov futbolla, "Neftçi" nin təlim komandasında məşqul olmağa başlayıb. 17 yaşına qədər komandanın birinciliyində çıxış etdi. Məzun olduqdan sonra avtomatik olaraq "Neftçi" nin əsas komandasında oyanmağa başladı. == Karyerası == Rəsulov 1978-ci ildə Neftçi-nin heyətində, Moskvada 1980 Olimpiya oyunlarına hazırlaşan SSRİ olimpiya futbol komandasına qarşı yoldaşlıq oyunları oynadı. Elə həmin vaxtlarda o, Rinat Dasayevlə tanış oldu. Rəsulovun "Neftçi" nin heyətində rəsmi debütü 1979-cu ildə baş tutub və Moskva "Dinamo" nun rəqibi olub.
Ötərxan Eltac
Ötərxan Eltac (tam adı:Məmmədov Ötərxan Əyyub oğlu d. 15 fevral, 1970. Laçın, Quşçu) — jurnalist, ssenari müəllifi, "Qızıl qələm" mükafatı laureatı, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Məmmədov Ötərxan Əyyub oğlu 15 fevral 1970-ci ildə Laçın rayonunun Quşçu kəndində anadan olub. Orta təhsilini doğulduğu kənddə alıb. Hələ 9-10-cu siniflərdə oxuyarkan "Laçın", "Şuşa", "Qarabağ" qəzetlərində ara-sıra şeir və məqalələri çap olunurdu. O, 1994-cü ildə ABU-nun jurnalistika fakultəsinə əyani, 1995-ci ildə isə ADMİU-nun rejissorluq fakültəsinə qiyabi qəbul olunub. Hər iki ixtisa üzrə eyni vaxtda təhsil alıb. Tələbəlik illərində yazdığı şeirləri toplayaraq, 1995-ci ildə "Həsrətindəyəm" adlı ilk kitabı ilə oxucuların görüşünə gəlib. Tələbəlik illərindən "Sözə-söz" ədəbi birliyinin üzvü olub.
Dəlqan şəhristanı
Dalgan şəhristanı- — İranın Sistan və Bəlucistan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Galmurti şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 52,419 nəfər və 9,894 ailədən ibarət idi.