Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İterasiya
İterasiya (ing. iteration, rus. итерация, iterasyon, öteleme) – proqramlaşdırmada: deyimlər, yaxud komandalar qrupunun dönə-dönə təkrar yerinə yetirilməsi (rekursiya ilə qarışdırmaq olmaz). Hər hansı əməliyyatı dəfələrlə təkrarlamaq gərək olduqda, proqramlaşdırmada dövrlərdən istifadə olunur. Məsələn, tutaq ki, “Hello, World!” mətnini 200 dəfə ekrana çıxartmaq lazımdır. Bu halda eyni bir komandanı 200 dəfə təkrar verməkdənsə, 200 dəfə yerinə yetirilən dövr yazıb, mətni ekrana çıxaran komandanı həmin dövrün gövdəsində yerləşdirmək daha münasibdir. Dövrün bir addımına elə iterasiya deyilir. Bax: ITERATIVE STATEMENT, LOOP; Tut: RECURSION. program Iteration; var i: integer; begin for i := 0 to 200 do WriteLn ('Hello, world!'); end. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Aerasiya
Aerasiya (q.yun. ἀήρ – hava) — havadəyişmə, havanı oksigenlə zənginləşdirmə. == Torpağın aerasiyası == Torpağın aerasiyası torpaq havası ilə atmosfer havası arasında qaz mübadiləsidir. Qaz mübadiləsi zamanı torpaqdakı hava bitki köklərinin və mikroorqanizmlərin tənəffüsunə lazım olan oksigenlə, yerə yaxın hava təbəqəsi isə bitkinin fotosintez prosesində istifadə etdiyi karbon qazı ilə zənginləşir. Torpaq xırda dənəvar strukturlu olduqda aerasiyaya əlverişli şərait yaranır və bitki daha yaxşı inkişaf edir.
Optasiya
Optasiya (lat. optatio — istək, seçim; ing. choice of citizenship, optation) — beynəlxalq və konstitusiya hüququnda ikili vətəndaşlığı olan və ya dövlət mənsubiyyətini dəyişmiş bir ərazidə yaşayan şəxslərin vətəndaşlıq seçimi. Geniş mənada, seçim hər hansı bir səbəbdən vətəndaşlıq seçmək hüququ deməkdir və vətəndaşlıq almaq üçün ümumi prosedurdan istisnadır. Ərazi dəyişiklikləri halında seçim hüququ aşağıdakı hallarda yaranır: yeni bir dövlətin başqa bir dövlətdən ayrılaraq ortaya çıxması; bir dövlətin bir neçə yeni dövlətə parçalanması; beynəlxalq müqaviləyə əsasən bir dövlətin ərazisinin bir hissəsinin başqa bir dövlətin suverenliyi altında verilməsi.Seçim hüququ verilmiş şəxslər əvvəlcədən müəyyən edilmiş müddət ərzində seçim etməlidirlər: ya əvvəllər yaşadıqları dövlətin vətəndaşlığını saxlamaq; və ya ərazinin faktiki olaraq köçürüldüyü dövlətin vətəndaşlığını almaq. Uşaqlar, bir qayda olaraq, seçim etdikləri təqdirdə valideynlərinin vətəndaşlığını izləyirlər. Ayrıca, seçimlə, şəxslər mülkiyyət hüquqlarını saxlayırlar. İkinci Dünya Müharibəsindən sonra ərazi dəyişikliyi ilə əlaqəli bir seçim nümunəsi, 1947 -ci ilə qədər başqa dövlətlərə keçən ərazilərdə daimi yaşayan vətəndaşlara 1 il müddətinə vətəndaşlıq seçmək hüququnun verildiyi 1947 -ci ildə İtaliya ilə Sülh Müqaviləsidir. Müharibədən sonrakı dövrdə SSRİ tərəfindən bir sıra müqavilələr bağlandı. Məsələn, SSRİ ilə Çexoslovakiya arasında Zaqarpat Ukraynası ilə bağlı 1945 -ci il Müqaviləsinə Seçim Protokolu, Çexoslovakiyada yaşayan (Slovakiya bölgələrində) ukraynalı və rus millətindən olan şəxslərin və Transkarpat Ukraynasında yaşayan Slovak və Çex millətlərindən olan şəxslərin seçim etməsini təmin etdi.
Azərbaycan Kooperasiya Universiteti
Azərbaycan Kooperasiya Universiteti və ya qısaca AKU — Azərittifaqın tabeliyində olan ali təhsil müəssisəsi. == Tarixi == Azərbaycan Kooperasiya Universitetinin əsası 1964-cü ildə qoyulmuşdur. Azərbaycan hökumətinin və Azərittifaqın İdarə Heyətinin müraciətinə əsasən keçmiş SSRİ Mərkəzi İstehlak Cəmiyyətləri İttifaqı (Sentrosoyuz) İdarə Heyətinin 8 yanvar 1964-cü il tarixli qərarı ilə ilk dəfə Moskva Kooperativ İnstitunun (MKİ) Bakı Tədris-Məsləhət Məntəqəsi yaradılaraq Ticarətin iqtisadiyyatı və Əmtəəşünaslıq ixtisasları üzrə tələbə qəbulu aparılmışdır. Bakı Tədris-Məsləhət Məntəqəsi keçmiş SSRİ Sentrosoyuzu İdarə Heyətinin müvafiq qərarları ilə 1969-cu ildə MKİ-nun Bakı Qiyabi İqtisad fakültəsinə, 1974-cü ildə MKİ-nun Bakı filialına çevrilmişdir. 1975-ci ildə Sentrosoyuzun qərarı ilə filial MKİ-nun tərkibindən çıxarılaraq Ukraynanın Poltava Kooperativ İnstitunun tərkibinə verilmiş, 1990-cı ildə yenidən MKİ-nun tabeliyinə keçirilmişdir. Bu illərdə filialda 5 ixtisas üzrə, o cümlədən respublikada ilk dəfə Kənd təsərrüfatı məhsulları tədarükünün iqtisadiyyatı və təşkili ixtisası üzrə ali təhsilli mütəxəssis hazırlığı aparılmışdır. Azərbaycan müstəqillik əldə etdikdən sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 yanvar 1992-ci il tarixli 8 saylı qərarı ilə Moskva Kooperativ İnstitunun (MKİ) Bakı filialı Azərittifaqın mülkiyyətinə verilmiş, Azərittifaq İdarə Heyətinin 19 mart 1993-cü il tarixli 31 saylı qərarı ilə həmin filialın bazasında müstəqil Azərbaycan Kooperasiya İnstitutu yaradılmış və Nizamnaməsi təsdiq edilmişdir. İnstitut yaradılarkən onun tərkibində 2 fakültə, 6 kafedra fəaliyyət göstərirdi. Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq əmri ilə 1997-ci ildən başlayaraq universitetdə magistr hazırlığı həyata keçirilir. Heydər Əliyevın 30 avqust 2000-ci il tarixli 391 saylı fərmanı ilə verilmiş tapşırığa müvafiq olaraq Azərittifaqın və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı ilə institutun profili genişləndirilərək 3 may 2011-ci ildə onun bazasında Azərbaycan Kooperasiya Universiteti yaradılmış, onun Nizamnaməsi 8 may 2002-ci ildə Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınaraq Dövlət qeydiyyatı haqqında 46 nömrəli Şəhadətnamə verilmişdir.
Azərbaycan Kooperasiya İnstitutu

Persiya–Roma müharibələri
İran–Roma müharibələri və ya Persiya–Roma müharibələri — Roma (sonralar Bizans) ilə Parfiya (sonralar Sasanilər) dövlətləri arasında baş tutan bir sıra müharibələrin ümumi adı. Birinci müharibələr ardığıllığı Parfiya ilə Roma arasında baş tutmuş, sonralar 226-cı ildə Parfiyanın ərazisində Sasanilər sülaləsinin hakimiyyətə gəlməsi ilə ikinci mərhələyə keçmişdir.Bu müharibələr dörd əsr ərzində davam etsə də, tərəflərdən heç biri əhəmiyyətli uğur əldə edə bilməmişdi. Hər iki imperiya sözügedən döyüşlərlə eyni vaxtda öz sərhədləri daxilində başqa müharibələr aparmış, həmçinin mürəkkəb daxili problemlərlə məşğul olmuşdur. Əsas əməliyyatlar Ermənistan və Mesopotamiya kimi sərhədyanı bölgələrdə aparılmış, buradakı şəhərlər, istehkamlar, vilayətlər tez-tez ələ keçirilir, talan edilir və əl dəyişdirirdi. Sərhəd II əsrdə Dəclə çayının yuxarı axınına keçdi və bundan sonra bir neçə dövr oldu ki, Ermənistanda və Qafqazda sərhəd kifayət qədər uzun müddət stabil qalmışdı. İran–Roma müharibələri zamanı resursların ifrat dərəcədə sərf edilməsi hər iki imperiya üçün son nəticədə fəlakətli olmuşdu. Bu müharibələrə üçüncü tərəf, yəni Ərəb xilafəti son qoymuşdur. Ərəb istilaları VII əsrin ortalarında İranı darmadağın etmiş və VII–X əsrlərdə Bizans-ərəb müharibələrinə çevrilmişdir.
Bakı Biznes və Kooperasiya Kolleci
Bakı Biznes və Kooperasiya Kolleci == Haqqında == 80 illik tarixə malik indiki Bakı Biznes və Kooperasiya Kolleci 1939-cu ildən Bakı Kooperativ Texnikumu kimi fəaliyyətə başlamışdır. Ümummilli lider H. Əliyevin 30 avqust 2000-ci il tarixli 391 saylı fərmanına uyğun olaraq 2001-ci ildə Bakı Kooperativ Texnikumu daha geniş profilli orta ixtisas təhsilli kadrlar hazırlayan Bakı Biznes və Kooperasiya Kollecinə çevrilmişdir. Kollec geniş maddi texniki bazaya malikdir. Kollecdə ən müasir avadanlıqlarla təchiz olunmuş interaktiv elektron lövhə otaqları, sürətli internetlə təmin olunmuş kompüter laboratoriyaları, çox saylı kitab fonduna malik kitabxana, oxu zalı, yüksək ixtisaslı mütəxəssis yetişdirmək məqsədilə təcrübə keçmək üçün laboratoriya otaqları, idman zalı, yeməkxana, tibb məntəqəsi və akt zalı fəaliyyət göstərir. Hal-hazırda kollecdə 2100-ə yaxın tələbə təhsil alır. Onların keyfiyyətli mütəxəssis kimi hazırlanmasında 120 nəfər yüksək ixtisası və elmi dərəcəsi olan müəllimlər çalışır.Təhsil müəssisəsində böyük oxu zalı, zəngin kitabxana, akt zalı, günün tələblərinə cavab verən idman zalı, geniş və işıqlı fənn kabinetləri, elektron lövhə və kompüterlərlə təchiz edilmiş auditoriyalar tələbələrin ixtiyarındadır. Təbii ki, təhsil üçün yaradılmış şərait, müasir tələblərə cavab verən maddi-texniki baza tədrisin yüksək keyfiyyətinə etibarlı bir zəmanətdir. Tədris korpusunda laboratoriyalar, kompüter otaqları, 600 yerlik akt və örtülü idman zalı vardır. == Tarixi == === Yaranma tarixi === XX-ci əsrin Azərbaycan Mərkəzi İstehlak Cəmiyyətləri İttifaqı İdarə Heyətinin qərarı ilə 1922-ci ildə Bakının Balaxanı kəndində qısa müddətli tədris kursları kimi fəaliyyətə başlayıb. 1939-cu ilin mart ayında kurslarının bazasında Bakı Kooperativ Texnikumu yaradıldı.
"Nərgiz" operası
Nərgiz — Bəstəkar Müslüm Maqomayevin Hüseyn Cavidin "Çobanlar" radiopyesinin süjeti əsasında yazdığı opera. == Tarixçə == Bəstəkar əsəri 1935-ci ildə yazsa da, ağır xəstəliyə görə operanın üzərində işləri başa çatdıra bilmədi. 1937-ci ildə müəllif vəfat etdi və əsər üzərində işlər tanınmış sovet bəstəkarı R. M. Qliyerə tapşırılır. Libretto müəllifi Məmməd Səid Ordubadidir. Bu, Azərbaycan musiqisində Avropa stilində yazılmış ilk opera idi. "Nərgiz" operasının premyerası 1935-ci ilin dekabrın 24-də oldu. Quruluşçu rejissor A. Tuqanov, dirijor bəstəkarın özü idi. Əsas rolların ifaçıları: A. Terequlova (Nərgiz), H. Hacıbabayev (Əliyar), Y. Rzayev (Cəfər), M. Bağırov (Ağalar bəy), B. Mustafayev (Həsən kişi), H. Hüseynov (Bədəl), Ə. Zülalov (Molla Mütəllim). == Məzmun == Əsərdə insanların əməyə, zəhmətə münasibəti və ülvi-saf məhəbbət hissi tərənnüm olunur. == Qaynaq == L. Şirinova — Azərbaycanın görkəmli şəxsiyyətləri.
Azərbaycan operası
Azərbaycan operası — operanın qollarından biri. Azərbaycanda opera sənətinin əsası 1908-ci il yanvarın 12-də (25-də) Üzeyir Hacıbəyovun Hacı Zeynalabdin Tağıyev teatrında səhnələşdirilən və şərq- müsəlman aləminin ilk opera əsəri olan "Leyli və Məcnun"u ilə qoyulmuşdur. Azərbaycanda Sovet hakimiyyəti qurulana qədər milli opera, məhz, Üzeyir Hacıbəyovun – "Şeyx Sənan" (1909, opera), "Ər-arvad" (1909, operetta), "Rüstəm və Söhrab" (1910, opera), "O olmasın, bu olsun" (1911, operetta), "Fərhad və Şirin" (1911, opera) və s. kimi əsərləri sayəsində inkişaf edib. Teatrın binası isə 1910-cu ildə məşhur inşaatçı-mühəndis Bayev tərəfindən tikilmişdir. 1918-ci il oktyabrın 18-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti bu binanı satın alaraq rəsmən dövlət teatrına çevirmək haqqında qərar qəbul etmişdir. Zülfüqar Hacıbəyov ("Aşıq Qərib" 1916), Müslüm Maqomayev ("Şah İsmayıl" 1919), Əfrasiyab Bədəlbəyli ("Nizami" 1948), Fikrət Əmirov ("Sevil" 1955) və digər bəstəkarlar da Azərbaycan opera sənətinə öz töhfələrini vermişlər. == Tarixi == === XIX əsr === Bakıda opera ilk dəfə 1889-cu ilin mayında konsert ifasında səslənmişdir. Bu o zaman Bakıda qastrol səfərində olan D.A.Aqrenyev-Slavyanskinin kapellasının ifa etdiyi A.N.Verstovskinin "Askoldova moqila" operası idi. Lakin bir çox musiqiçilər D.A.Aqrenyev-Slavyanskinin fəaliyyətinin bəzi tərəflərini mənfi qiymətləndirərək, repertuarın qeyri-bərabərliyi, ifaçılıq üslubunda həddən artıq zahiri teatr elementlərinin istifadə olunması haqda tənqidi qeydlərlə çıxış edirdilər.
Muğam operası
Muğam operası — muğamla işlənmiş, psixoloji hadisələrin mahiyyəti, obrazların münasibətləri musiqi və oxumalarla verilən səhnə əsəri. == Tarixi == Dünyada ilk muğam operası Üzeyir Hacıbəyovun Leyli və Məcnun (12 (25) yanvar 1908) əsəri hesab olunur. Operada "Mahur-Hindi", "Rast", "Segah", "Şiraz bayatısı", "Kürdi-Şahnaz", "Çahargah", "Şur" muğamlarından istifadə olunub. Azərbaycanda Üzeyir Hacıbəyovun "Əsli və Kərəm", "Şeyx Sənan", "Şah Abbas və Xurşud banu", "Rüstəm və Söhrab", Zülfüqar Hacıbəyovun "Aşıq Qərib", Müslüm Maqomayevin "Şah İsmayıl", Şəfiqə Axundovanın "Gəlin qayası", Cahangir Cahangirovun "Xanəndənin taleyi" muğam operaları vardır. == Mənbə == İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası. II cild. Azərnəşr. 2017. səh.
Pekin operası
Pekin operası - XVIII əsrin sonu-XIX əsrin əvvəllərində təşəkkül tapmış Çin operası. Musiqi, vokal hissələr, pantomima, rəqslər və akrobatikanı özündə birləşdirən opera. Çinin paytaxt operası üçün Tszinsi adından da istifadə edilir.(京戲). 2010-cu ildən YUNESKO-nun qeyri-maddi mədəni irsinə daxil edilib. == Yaranması == XVIII əsrin sonunda Çin ənənəvi teatrının bütün məxsusi xüsusiyyətlərini qəlib cilasında qəbul edərək təşəkkül mərhələsinə qədəm qoyur və yalnız XIX yüzilin ortasında tam şəkildə işlənib formalaşır. Bir tarixçəyə əsasən 1790-cı ildə imperator Tsyənlun 80 illiyini qeyd edirmiş. Bu münasibətlə saraya Ənhoydan 4 huəydyao opera truppası - Sançin, Sısi, Çuntay, Heçun truppaları - təşrif buyurur. Deyilənə görə aktyorların oyunu-oxusu imperatora o qədər xoş təsir bağışlayır ki, o, bu truppaların sarayda qalıb öz sənətlərini inkişaf etdirməsi üçün əmr verir. Həmin dövrdən ta bugünə qədər Pekin operasının mərkəzi şəhərləri, təbii ki, Pekin və Şanxaydır; harada ki, cacüy, kün-süy və digər opera məktəbləri bir araya gəlib bu-gün bizim tanıdığımız keyfiyyətcə çox mükəmməl Pekin operasını yaradırlar. Çinlilər ona jinqju deyirlər.
Çin operası
Çin operası (Çin: 戏曲/戲曲; Pinyin: xìqǔ) Çində populyar bir dram və musiqili teatr növüdür. Çinin müxtəlif regionlarında operalar var ki, bunlardan bəziləri yüz illər əvvələ aiddir. Bunlara Pekin operası və Kunqu daxildir. == Tarixi == Ümumiyyətlə Çində bilinən ilk opera truppasının Tang sülaləsinin imperatoru Xuanzong (712-755) dövründə qurulduğu qəbul edilir. “Armud bağı” (梨园/梨園; Rom: líyuán) adlanan bu truppa, imperatorun şəxsi zövqü üçün çıxış edirdi. Bu gün də opera müğənnilərinə “Armud Bağçasının Tələbələri” (梨园 弟子/梨園 弟子, Rom: líyuán dìzi) deyilir. Yuan sülaləsi (1279-1368) dövrünün forumu olan Zajuda (雜劇, zájù) “Dan” (旦, dàn, qadın personaj), “Sheng” (生, shēng, kişi personaj), “Hua” (花, huā, rənglənmiş üz) və “Çou” (丑, chŏu, təlxək) kimi Çin operasının dəyişməz rolları meydana çıxdı. Ming sülaləsi və Qing sülaləsinin erkən dövründə Wu regionunun operası olan Kunqu ən populyar opera forması oldu. Çin operasının günümüzə qədər gəlib çatmış 368 müxtəlif forması var. Bunlardan ən yaxşı tanınanı Pekin operasıdır.
Evridika (Perinin operası)
"Evridika" Yakopo Perinin operasıdır. Bu opera dövrümüzə çatan ən erkən operalardandı, Perinin öncəki əsəri "Dafne" itirilmişdir. Ottavio Rinuççininin librettosu Ovidinin əfsanəvi musiqiçi Orfey və onun xanımı Evridika barədə olan X və XI "Metamorfozlar" kitabına əsaslanmışdır. İlk dəfə 6 oktyabr 1600-cü ildə Fransa kralı IV Henrixlə Mariya Mediçinin Florensiyadaki toylarının şərəfinə olan saray şənliklərində göstərilmişdir. Premyerada Orfey rolunu Perinin özü ifa etmişdir. == Süjeti == Orfey barədə mifoloji rəvayət yeni "musiqili dram"ının süjetinin əsası oldu. Əfsanəyə görə, Orfeyin arvadı Evridika ilan vurmasından sonra ölür. Orfey Yeraltı dünyaya gedir ki, vəfat edən sevgilisini geri qaytarsın. Orfey öz gözəl ifası sayəsində Aidin köməkçilərini Evridikanı buraxmaları üçün yola gətirir, amma bir şərtlə ki, canlıların dünyasına apararkən əsla geriyə çönüb baxmasın. Orfey şərt yerinə yetirə bilmir və Evridikanı ikinci dəfə itirir.
Vyana Dövlət Operası
Vyana Dövlət Operası (alm. Wiener Staatsoper‎), 1918-ci ilə kimi Vyana Saray Operası, 27 sentyabr 1938-ci ildən Vyana Dövlət Operası — Avstiyada ən böyük opera binası. 1861-ci ildə Vyana Şəhərsalma Fondunun sifarişi ilə memarlar alm. August Sicard von Sicardsburg‎, alm. Eduard van der Nüll‎ tərəfindən inşaasına başlanılaraq, 25 may 1869-cu ildə bitirilmişdir. Açılış günü səhnəsində Volfqanq Amadey Motsartın “Don Juan” operası oynanılmışdır. 1 may — 31 may 1945-ci illərdə opera alm. Opernhaus der Stadt Wien – Wiener Staatsopernensemble‎ — “Vyana Şəhər Operası – Dövlət Opera Ansambılı” adlandırılmışdır. Mədəniyyət ocağı kimi Vyana Dövlət Operası Habsburqlar tərəfindən təsis edilmiş Vyana Saray Operasının xələfi sayılır. Saray operası kimi fəaliyyətə başladığı gündən teatr Avropanın aparıcı operalarından sayılmaqdadır.
Vyana Şəhər Operası