Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aymak
Aymak (monq. аймаг, mon. ᠠᠶᠢᠮᠠᠭ, qırğ. аймак) — türk və monqollarda nəsli-tayfa birliyi forması, müasir dövrdə Monqolustanda və Çin Xalq Respublikasının Daxili Monqolustan adlanan ərazisində muxtar rayon. == Tarixi == Monqol mənşəli Şimali Yuan sülaləsi və Tzin sülaləsi dövründə Xarici Monqolustan 4 aymaka (Tuşetu-xan, Sayn-Noyon-xan, Dzasaqtu-xan və Setsen-xan) bölünürdü. Rusiyada kalmık qəbilələrinin və Çində Tzin sülaləsinin əraziləri də aymaklara bölünürdü. P. İ. Rıçkovun 1762-ci ildə nəşr edilən "Orenburqun topoqrafiyası" əsərində XVIII əsrdə başqırdlarda da aymak inzibati ərazi bölgüsünün mövcud olması haqqında məlumatlar vardır. Buryatiya Respublikasının müasir rayonları da 1917–1977-ci illərdə aymaklar adlanırdı.. 1922–1963-cü illərdə Dağlıq Altay muxtar vilayətinin rayonları da aymak adlandırılmışdır. == Müasir dövrdə == Müasir Monqolustanın ərazisi 21 aymaka bölünür.
Jumak
Jumak (kor. 주막) - Alkoqollu içkilərin satıldığı və içildiyi restoran tipli məkan. Jumaklar Koreya sosial-kulturoloji mədəniyyətinin mühüm tərkib hissələlərindən biridir.
Kovak
Odman
Odman - türk və altay xalq mədəniyyətində kiçik oğul mənasını verir. Otman, Otoman və ya Utman olaraq da deyilir. Ocağın, ev atəşinin davamlılığını təmin edən, evdə qalan uşaq. Nağıllardakı daim müvəffəqiyyətli olan kiçik oğul fiqurudur. Türk mədəniyyətində böyük qardaşlar özlərinə yeni ev açar lakin ən kiçik oğul evdə qalar. Beləcə ocaq atəşinin davamını təmin edər. Osmanlı İmperatorluğunun kurcusu Osman Bəyin gerçək adının Otman olduğunu irəli sürən tarixçilər vardır. Bu adın İslamiyyəti qəbul edən türklərdə səs bənzəməsi ilə Osmana çevrildiyi deyilməkdədir. Hətta məcaz olaraq Səlcuqlu Dövlətinin varisi olduğu və digər bəyliklər içində olduqca kiçik olduğu halda Anadoludakı türk dövlətinin ocağını davam etdirdiyi üçün bu adla uyğun içində olduğu da düşünülə bilər. Həqiqətən də bu ad Avropa qaynaqlarında Ottoman olaraq iştirak edər.
Onman
Onman (çuk. Онмыня) — Çukot dənizinin Kolyoçinskoye buxtası sahilində, Vankarem kəndindən 30 km aralıda yerləşir. İnzibati cəhətdən Çukot Muxtar Dairəsinin İultinski rayonu ərazisinə daxildir. 83 metr hündürlüyə malikdir. Çukot dilində işlənən Onmın sözü «dərin, dənizin daxilinə doğru uzanmış» mənasını verir. Onman burnu ilk dəfə xəritəyə Böyük Şimal ekspediyası zamanı salınmışdır. Burnun dəqiq yerləşmə koordinatı 1910-cu ildə təstiqlənmişdir. 1934-cü ildə Çelyuskin buzqıranına yardım məqsədi ilə «Fleyster» təyyarəsi, təyyarəçisi olan Siqizmund Aleksandroviç Levanovski ilə birlikdə qəzaya uğramışdır. Burnun sahilində bir çox quş növləri yuva qurur. Burnun sahilində naviqasiya işıqlı işarəsi quraşdırılmışdır.
Osman
Osman — Şərqdə daha çox işlədilən ərəb mənşəli kişi adı. Osman ibn Əffan — Üçüncü Raşidi xəlifə. Osman Batur — Şərqi Türkistanda fəaliyyət göstərmiş inqilabçı. Osman Durmuş — siyasətçi, həkim. Osman Yağmurdərəli — Türkiyənin məşhur aktyoru və rejissoru, siyasətçi. Osman Zəncani — çilingər və qələmdan ustası Osman ibn Səid Əmri — İmam Mehdinin xüsusi nümayəndəsi. Osman Nuri Topbaş — Osman Vəlizadə — Qafqaz müsəlmanlarının II Müftisi. I Osman — Osmanlı dövlətinin qurucusu və ilk hökmdarı. II Osman — 1618-1622-ci illərdə Osmanlı sultan I Əhmədin oğludur. III Osman — 1754-1757-ci illərdə Osmanlı sultanı.
Ovdan
Ovdan — suyu yığıb saxlamaq üçün üstü tikili yeraltı hovuz, nohur. == Məzmun == Ovdanlar əsasən yeraltı torpaq sularından qidalanırlar. Ovdana giriş əsasən küləyin əks tərəfindən qoyulur. Ovdan 2 hissədən ibarət olur. Yeraltı və yerüstü hissələrdən. Yeraltı giriş pilləkənlər vasitəsilə olur. Əgər ovdan yağış suyu yığılması üçündürsə, pilləkənlərin axırındakı hovuzlar quyularla əvəz edilir. Ovdanlar əsasən yol ayrıcında, karvan yolunun yaxınlığında tikilərmiş. Ovdanların yanında yolçuların istirahəti üçün ağac əkilərmiş. Ovdanlar həmçinin yolçuların susuzluğunu aradan qaldırmaq üçün də nəzərdə tutulurmuş.
Savmak
Savmak(yun. Σαύμακος) —Bospor padşahlığında dövlət çevrilişi etmiş skif əyanı. == Həyatı == Bospor padşahlığının taxtına iddi edən və yerli skiflər tərəfindən dəstəklənən Savmak öz əli ilə V Perisadı öldürmüşdü. Bu dövrdə II Tiqranla müttəfıq olan Kiçik Asiyadakı Pont padşahlığının hökmdarı VI Mitridat Yevpatorun (e.ə. 132-64) fəal işğalçılıq siyasəti Roma imperiyasının şərq sərhədləri üçün təhlükə törədirdi. VI Mitridat e. ə. 107-ci ildə Savmakın üsyanını yatırdıqdan sonra Bospor padşahlığını, Qara dəniz sahilindəki bütün yunan şəhərlərini həmçinin Kiçik Ermənistanı və Kolxidanı özünə tabe etmişdi. Lakin Roma imperiyasının şərq əyalətləri olan Qalatiya, Vifiniya, həmçinin Kappadokiya uğrunda mübarizədə ağır məğlubiyyətə uğramış, e.ə. 64-cü ildə Pont padşahlığının varlığına romalılar tərəfindən son qoyulmuşdu.
Tomak
Tomak (ing. Tomacco) — pomidorun qələmlik tütünə vurulması yolu ilə əldə edilmiş bitki. 2003-cü ildə amerikan fermeri Rob Braur tərəfindən yetişdirilmişdir. Tomakı hibrid adlandırmaq düzgün deyildir, çünki o calaq yolu ilə əldə edilməmişdir. == Tarixi == 1959-cu ildə "Scientific American"' jurnalında belə bitkinin yetişdirilməsi prosesi təsvir edilmişdi və iddia edilirdi ki, tərkibində nikotin olan pomidor tipli bitki əldə etmək mümkündür. Hələ yetişdirilməzdən öncə bitki "Simpsonlar" multserialında ("E-İ-E-İ- (Annoyed Grunt)" seriyası) xatırlanmışdı. Bu seriyadan ilhamlanan Rob Baur jurnaldakı məqalənin köməyilə bu bitkini yetişdirə bilmişdi. Yoxlamalar göstərdi ki, bitkinin yarpaqlarında doğrudan da nikotin var. 2004-cü ildə "tomacco" sözü Amerikan dialekt cəmiyyəti tərəfindən neologizm kimi tanınmışdır.
Yomak
CVMAC
Cənubi Vyetnam Milli Azadlıq Cəbhəsi (CVMAC; vyet. Mặt trận Dân tộc Giải phóng miền Nam Việt Nam), həmçinin Vyetkonq (ing. Viet Cong, vyet. Việt Nam Cộng sản – Vyetnam kommunizmi) — Vyetnam Fəhlə Partiyası Mərkəzi Komitəsinin 1959-cu il yanvar plenumunda qəbul edilmiş ölkənin cənubunda "silahlı üsyana" keçid haqqında qərarına uyğun olaraq qurulmuş, 1960–1977-ci illərdə Vyetnam müharibəsində döyüşən tərəflərdən biri kimi Cənubi Vyetnamda fəaliyyət göstərmiş hərbi-siyasi təşkilat. Vyetkonq VDR və Cənubi Vyetnam partizanlarının siyasi və ictimai xadimlərinə istinad etmək üçün istifadə edilən bir termindir. 1960-cı illərin axırlarından termin Amerika mediasında bütün Vyetnam kommunistlərinə istinad etmək üçün istifadə edilmişdir. == Zəmin == 1954-cü ildə Fransaya qarşı Hindçin müharibəsi başa çatdıqdan sonra Vyetnam iki yerə bölünmüşdür: Lao-Donq Kommunist Partiyasının rəhbərlik etdiyi Şimali Vyetnam və Cənubi Vyetnam. Birləşmə 1956-cı ildə azad ümumi seçkilərdən sonra baş tutmalı idi. 1955-ci ilin oktyabrında cənubda Vyetnam Respublikası elan edlmişdir. 1957-ci ilin payızında məxfi kommunist qüvvələri Cənubi Vyetnam hökumətinə qarşı silahlı mübarizəyə keçmişdir.
Oman
Oman və ya Ümman, rəsmi adı Ümman Sultanlığı (ərəb. سلطنة عمان‎) — Asiyada dövlət. Oman Ərəbistan yarımadasının cənub-şərqində yerləşir. Cənub-qərbdə Yəmən, qərbdə Səudiyyə Ərəbistanı Krallığı, şimal-qərbdə isə Birləşmiş Ərəb Əmirlikləri ilə həmsərhəddir. Şimalda Oman Körfəzi, şərqdə və cənubda isə Ərəb dənizi ilə əhatə olunur. Sahəsi- 309,500 min km2 , əhalisi təxminən- 4,441,448 nəfərdir (2016-ci il). Paytaxtı — Məsqət şəhəridir. 7 oktyabr 1971-ci ildən BMT-nin, 1972-ci ildən isə İKT-nin üzvüdür. Oman Sultanlığı BMT, İKT, ƏDL və Bloklara Qoşulmayan ölkələr, Ümumdünya Ticarət Təşkilatı kimi təşkilatların üzvüdür. Məsqətdə 50-dən artıq xarici səfirlik və konsulluq fəaliyyət göstərir.
Omsk
Omsk — Rusiyada şəhər, Omsk vilayətinin inzibati mərkəzi. 1918-1920 illərdə Rusiya milli hökumətininnin (Ağ Rusiyanın) paytaxtı. Əhalisinə görə - 1 160 670 (2013) - Sibirdə ikinci, Rusiyada səkizinci yerdədir. İri nəqliyyat qovşağı və sənaye mərkəzidir: yüngül, yeyinti, poliqrafiya, kimya, neftkimya və aviakosmik sənayesi var. == Yerləşməsi == Şəhər Qərbi Sibir düzənliyinin cənub hissəsində, İrtışın Oma qovuşmasında, Omsk vilayətinin cənub hissəsində yerləşir. Başqa şəhərlərlə olan məsafəsi: Tobolsk - 679 km. Tümen - 629 km. Nijnevartovsk - 1483 km. Kurqan - 543 km. Petropavlovsk (Qazaxıstan) ~ 256 км Novosibirsk - 663 km.
Cedi Osman
Cedi Osman, (d. 8 aprel, 1995, Oxrid, Makedoniya), NBA müntəzəm çempionatının Şərq Konfransında mübarizə aparan Klivlend Kavalers forması geyən türk peşəkar basketbolçu. Boyu 2.03 m olan basketbolçu əsasən yaxın hücumçu mövqeyində oynayır. 2015-ci ildə NBA seçmələrində Minnesota Timbervulvz tərəfindən 2-ci mərhələdə, birinci sırada seçildi. Daha sonra seçmələrin gerçəkləşdiyi 25 iyun günü, eyni gecə baş tutan mübadilə ilə Klivlend Kavalers komandasına keçdi. == Həyatı == Atası türk, anası bosniyalı olan Cedi, 1995-ci ildə Makedoniyanın Oxrid şəhərində dünyaya gəldi. 1999-cu ildə ailəsi ilə birlikdə Bosniya və Herseqovinanın Sarayevo şəhərinə köçdü. Hərəkətli və hiperaktiv bir uşaq olan Cedini ailəsi altı yaşındaykən "KK Bosniya" klubuna yazdı. Sarayevoda bir gün klubda basketbol oynarkən, Avroliqa komandası Anadolu Efesinin skoutları tərəfindən seyr edilərək kəşf edildi və 13 yaşındaykən ailəsi ilə birlikdə İstanbula gətirildi. Türkiyəyə köçən və Türkiyə vətəndaşı olan Cedi, 2007-ci ildən etibarən Anadolu Efesin alt yaş qrupunda forma geyməyə başladı.
Demak sultanlığı
Demak sultanlığı — XV əsrin son rübündə qurulan və təxminən bir əsr həyat sürən Yava adasındakı müstəqil ilk müsəlman dövləti. == Tarixi == Öncələri Yavanın şimal sahillərində bir liman şəhəri olan Demak, bu gün zamanla sahilin geniş qumsallarla əhatə olunması üzündən dənizdən bir neçə mil içəridə qalmış kiçik bir yaşayış mərkəzidir. Yava adətinə görə Demak hökmdarlarının soyunun, XV əsrin son rübündə bölgəyə yerləşən Cek Ko-po (Ç. Ko-po əmi) adındakı Çinli zəngin bir müsəlman tacirdən gəldiyi qəbul edilir. Yava vəqayinamələrində ilk Demak hökmdarının, son Macapahit kralı ilə daha sonrakı illərdə saraydan qovulan Çinli bir şahzadədən doğulan Raden Patah (Ərəbcəsi Fəttah) olduğu anladılır. Yenə eyni qaynaqlara görə bu sıralarda zəif düşən Macapahit Hindu Buddist dövləti Demakın hücumlarıyla ortadan qalxmışdır. Demakın ikinci hökmdarı, portuqaliyalıların Rodim deyə adlandırdıqları Bədrəddin (və ya Qəmərəddin) təxminən 1504-cü ildə ölüncə yerinə keçən oğlu (və ya qardaşı) Trenggana Demak dövlətinin ən güclü hökmdarı idi. Daha sonrakı Yava qaynaqlarında onun 1524-cü ildən etibarən "sultan" ünvanını aldığı qeyd edilir. Trenggana, birincisi 1505–1518, ikincisi 1521–1546-cı illər arasında olmaq üzrə iki dönəm hökmdarlıq etdi. Bu iki dönəm arasındakı üç il içində qayını Cepara hakimi Patih Yunus hökm sürmüşdür.Trenggana dövründə Demak zənginlik və əhali sayı baxımından zirvəyə çatdı. Trenggana o bölgənin önəmli limanlarını Demaka bağlamağa çalışdığı kimi hələ müsəlman olmayan Yavanın iç bölgələrinə də basqınlar etdi və XI əsr Çin qaynaqlarının Macapahitlərin önəmli liman şəhəri olaraq göstərdikləri Tubanı fəth etdi (1527).
Euphorbia ammak
Euphorbia ammak (lat. Euphorbia ammak) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Fikrət Orman
Fikrət Orman (d. 1967, İstanbul, Türkiyə) — türkiyəli iş adamı, Beşiktaş klubunun 33-cü prezidenti. == Həyatı == Fikrət Orman 1967-ci ildə İstanbulda anadan olub. Işık litseyinin məzunu olub. Yıldız Texniki Universiteti və Florida Universitetinin mühəndislik fakültəsini bitirib. İngiliscə bilir.
Grga Novak
Grga Novak (2 aprel 1888 – 7 sentyabr 1978) — görkəmli xorvat tarixçisi, arxeoloq və coğrafiyaçısı, 1958-1978-ci illərdə Yuqoslaviya Elmlər və İncəsənət Akademiyasının prezidenti. == Haqqında == Xvar adasında doğulub və Zaqreb universitetinin qədim tarix üzrə profeessoru olub. 1946-1947-ci illərdə həmin universitetin rektoru olub. Xorvatiyada novator arxeoloji tədqiqatları və Dalmatiya, Split, Dubrovnik, Xvar və Adriatik adalarının tarixi üzrə məqalələri ilə tanınır.Grga Novak Zaqreb, Praqa və Vyanada tarix, arxeologiya və coğrafiya üzrə təhsil alıb və 1913-cü ildə doktorluq elmi dərəcəsi almışdır. 1920-ci ildən o Skopyedə Fəlsəfə Fakültəsində (sonradan Belqrad Universitetinin bir hissəsi olub) dərs deyib. 1924-cü ildə Zaqreb Universitetinə getmiş və 1959-cu ilə qədər qədim tarix üzrə dərs demişdir. Doktor Novak 1939-cu ildən Yuqoslaviya Elmlər və İncəsənət akademiyasının üzvü, 1958-ci ildən 1978-ci ilə kimi isə prezidenti olub. == Əsərləri == Novak, Grga (1977). Mletačka uputstva i izvještaji. Dio VIII. Od 1672 do 1680.
Gənc Osman
II Osman və ya Gənc Osman (osm. عثمان ثالث Osman-i sani, divan ədəbiyyatındakı ləqəbi ilə Farisî; 3 noyabr 1604, Konstantinopol – 20 may 1622, Konstantinopol) — 16-cı Osmanlı sultanı və 95-ci İslam xəlifəsi. == Həyatı == === Şahzadəlik illəri === 3 noyabr 1604-cü ildə çərşənbə günü İstanbulda dünyaya gəlmişdir. Atası Osmanlı sultanı I Əhməd, anası Mahfiruzə Sultandır. Sultan Əhmədin dünyaya gələn ilk oğlu olması səbəbilə, şahzadəyə sülalənin banisi Osman Qazinin adı verilmiş, bu münasibətlə paytaxtda yeddi gün yeddi gecə şənliklər keçirilmişdir. Sonrakı illərdə yaşayan tarixçilər tərəfindən Gənc Osman olaraq anılmışdır. Şahzadəlik illəri haqqında yetərli məlumat yoxdur. Sultan Əhməd dövrünün tarixçilərindən Safi Mustafa Əfəndiyə görə, 8 mart 1605-ci ildə dünyaya gələn qardaşı Şahzadə Mehmedlə birlikdə böyümüş, lələ Ömər Əfəndi hər ikisinə sarayda dərs vermişdir. Bəzi mənbələrdə mükəmməl təhsil aldığı, ərəb və fars dilləriylə yanaşı, latın, yunan və italyan dillərini də bildiyi qeyd edilir. Anası Mahfiruzə Sultanın saraydan çıxarılıb Köhnə saraya göndərilməsi ilə, ögey anası Kösəm Sultanın himayəsində böyümüşdür.
III Osman
III Osman (Osmanlı türkcəsi:عثمان ثالث — Osman-i sālis) (d. 3 yanvar 1699 — ö. 30 oktyabr 1757) — 25-ci Osmanlı sultanı və 104-cü İslam xəlifəsi. == Həyatı == === İlk illəri === 3 yanvar 1699-cu ildə Ədirnə sarayında dünyaya gəlmişdir. Atası II Mustafa, anası isə Şahsüvar Sultandır. Atasının Ədirnə hadisəsinin (1703) ardından taxtdan endirilməsi ilə qardaşları ilə birlikdə Topqapı sarayına aparıldı və burada Şimşirlik bölümündə yaşamağa başladı. Burada ikən digər şahzadələrlə birlikdə 17 aprel 1705-ci ildə gizlicə sünnət edildi. 1712-ci ilin dekabrında səfərə çıxan Sultan Əhmədin şəxsi heyətiylə birlikdə Ədirnəyə qədər aparıldı. Bundan başqa sultanın digər səyahətlərində də iştirak etdi. Böyük qardaşı I Mahmudun taxta çıxmasının (1 oktyabr 1730) ardından ən böyük şahzadə olaraq vəliəhd edildi.
II Osman
II Osman və ya Gənc Osman (osm. عثمان ثالث Osman-i sani, divan ədəbiyyatındakı ləqəbi ilə Farisî; 3 noyabr 1604, Konstantinopol – 20 may 1622, Konstantinopol) — 16-cı Osmanlı sultanı və 95-ci İslam xəlifəsi. == Həyatı == === Şahzadəlik illəri === 3 noyabr 1604-cü ildə çərşənbə günü İstanbulda dünyaya gəlmişdir. Atası Osmanlı sultanı I Əhməd, anası Mahfiruzə Sultandır. Sultan Əhmədin dünyaya gələn ilk oğlu olması səbəbilə, şahzadəyə sülalənin banisi Osman Qazinin adı verilmiş, bu münasibətlə paytaxtda yeddi gün yeddi gecə şənliklər keçirilmişdir. Sonrakı illərdə yaşayan tarixçilər tərəfindən Gənc Osman olaraq anılmışdır. Şahzadəlik illəri haqqında yetərli məlumat yoxdur. Sultan Əhməd dövrünün tarixçilərindən Safi Mustafa Əfəndiyə görə, 8 mart 1605-ci ildə dünyaya gələn qardaşı Şahzadə Mehmedlə birlikdə böyümüş, lələ Ömər Əfəndi hər ikisinə sarayda dərs vermişdir. Bəzi mənbələrdə mükəmməl təhsil aldığı, ərəb və fars dilləriylə yanaşı, latın, yunan və italyan dillərini də bildiyi qeyd edilir. Anası Mahfiruzə Sultanın saraydan çıxarılıb Köhnə saraya göndərilməsi ilə, ögey anası Kösəm Sultanın himayəsində böyümüşdür.
I Osman
I Osman Qazi (osm. عثمان بك‎ — Osman Bey,türk. Osman Gazi, Birinci Osman; 1259, Söğüt, Biləcik ili – 21 avqust 1324, Söğüt, Biləcik ili) — Kiçik Asiyada Osmanlı bəyliyinin ilk hökmdarı (1302–1326). Osmanın hakimiyyəti dövründə bəylik müstəqil oldu, Bizansın Kiçik Asiyadakı əraziləri hesabına onun sərhədləri əhəmiyyətli dərəcədə genişləndirildi. Osmanın rəhbərliyi altında əsas idarəetmə orqanları yaradıldı Onun atası Ərtoğrul qazi olaraq da bilinir(bəzi mənbələrə görə). O, Osmanlı İmperatorluğunun qurucusu hesab olunur və XX əsrin əvvəllərinə qədər mövcud olan Osmanlı sülaləsinin qurucusudur. Osmanın qılıncı dövlət təbərrükü, taxta çıxmanın təntənəli atributu və iman mübarizəsinin simvoludur. Türk xalqının əhəmiyyətli bir hissəsi Osmanlı İmperiyasının dağılmasından əvvəl özlərini osmanlılar adlandırdılar. == Mənbələr problemi == Osmana aid həməsr tarixi mənbələrin əskikliyi səbəbindən, onun həyatı haqqında çox az faktiki məlumatlar məlumdur. Onun hakimiyyətinə dair heç bir yazılı sübut yoxdur, çünki demək olar ki, bütün sənədlər sonradan yazılmış saxta sənəd olduqları aşkar edilmişdir.
Irmak iyesi
Katalin Novak
Katalin Novak (mac. Veresné Novák Katalin Éva; 6 sentyabr 1977, Seqed) — Macarıstan siyasətçisi və dövlət xadimi, 10 mart 2022-ci ildə Macarıstanın prezidenti. Katalin Novak Fides partiyasının, 2018-ci ildən Macarıstan Milli Assambleyasının üzvüdür. Keçmişdə — Ailə və Gənclər Məsələləri üzrə Dövlət Katibi (2014–2020), Ailə İşləri üzrə Nazir (2020–2021) olmuşdur. Fəxri Legion Ordeninin Cəngavəri (2019), Polşa Respublikasına xidmətlərinə görə ordeninin komandiri (2019) kimi fəxri adlara sahibdir. == Bioqrafiya == 6 sentyabr 1977-ci ildə Macarıstan Xalq Respublikasının Seqed şəhərində anadan olmuşdur. 1996–2001-ci illərdə Korvina Universitetinin İqtisadiyyat fakültəsində oxumuş, iqtisadiyyat üzrə bakalavr dərəcəsi almışdır. 2001–2004-cü illərdə Seqed Universitetinin Hüquq fakültəsində və Paris West-Nanterre-la-Defence Universitetində hüquq təhsili alıb. O, həmçinin Parisdə Siyasi Araşdırmalar İnstitutunda təhsilini davam etdirir. 2001–2003-cü illərdə Xarici İşlər Nazirliyinin müxtəlif idarələrində çalışır.
Kristina Qamak
Kristina Qamak — Milli Okean və Atmosfer Araşdırmaları İdarəsinin Hərbi Korpusunun Amerika Samoasında yerləşən stansiyasının rəhbəri. Qamak 1997-ci ildə Daremdəki Elm və Riyaziyyat üzrə Şimali Karolina Məktəbin bitirib, sonra Rolunda Şimali Karolina Ştat Universitetində təhsil alır, o, elektrik mühəndisliyi (2002) elmi dərəcəli iki bakalavr, elektrotexnika (2001) və fizika (2002) elm dərəcə ustası qazanıb.