OVQAT

is. [ ər. “vəqt” söz. cəmi]
1. klas. Vaxt, zaman.
Bilmədin halını, bihudə keçirdin ovqat. Füzuli.
Onunçün bir ovqat teleqrafları çap etməklə, gələcəkdə tazə bir qəzavüqədərə müntəzir olduq. C.Məmmədquluzadə.

2. Əhval-ruhiyyə, ruhi vəziyyət, hal, kef.
Ovqatı qarışıqdır. Mir Cəlal.

◊ Ovqatına soğan doğramaq zar. – kefini, əhvalını pozmaq.
[Əşrəf bəy:] İndi mən bilirəm, şəhərdə bu xeyir xəbər neçə adamın ovqatına soğan doğrayıb. N.Vəzirov.

Ovqatı təlx – kefi, əhvalı pozulmuş.
Axşam xan ovqatı təlx evə qayıtdı. Çəmənzəminli.
Əmi ovqatı çox təlx evə gəldi. N.Nərimanov.

Синонимы

  • OVQAT ovqat bax əhval
  • OVQAT hal — vəziyyət — kef

Этимология

  • OVQAT Ərəbcə vaxt (əsli: vəqt) sözünün cəmidir, bizdə əhval sözünün sinonimi kimi işlədilir. (Bəşir Əhmədov
OVXANTI
OVQATSIZ

Значение слова в других словарях