Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
My Boy
"My Boy" — amerikalı müğənni Billi Aylişin mahnısı. Mahnı onun ilk mini-albomu "Don't Smile at Me"dən altıncı sinqldır. 28 iyul 2017-ci ildə Darkroom və Interscope Records tərəfindən buraxılıb. Mahnı Aylişin qəlbini qıran oğlanlar haqqındadır.
Oh Seong-Og
Oh Son-O (d. 10 sentyabr 1972) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Oh Son-O Cənubi Koreya yığmasının heyətində 1992-ci ildə İspaniyanın Barselona şəhərinin ev sahibliyində baş tutan XXV Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasını 22:28 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, Barselona Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı. Daha sonra Oh Son-O Cənubi Koreya yığmasının heyətində 1996-cı ildə Atlanta şəhərinin ev sahibliyində baş tutan XXVI Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Danimarka yığmasına 37:33 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Atlanta Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Oh Son-O Cənubi Koreya yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Norveç yığmasına 22:20 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Sidney Olimpiadasını 4-cü yerdə başa vurdu. Daha sonra Oh Son-O Cənubi Koreya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Danimarka yığmasına 38:36 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Afina Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.
On My Way
On My Way (azərb. Mənim yolumda‎) — Sloveniyanın 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Sloveniyanın RTV SLO telekanalının Avroviziya 2017 üçün təşkil etdiyi EMA 2017 müsabiqəsində qalib gələn Omar Naber "On My Way" mahnısı ilə Sloveniyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil etmək hüququ qazanmışdır. Mahnı ifaçının özü tərəfindən bəstələnmişdir.
Toy boy (mahnı)
Story of My Life (Lesli Roy mahnısı)
"Story of my life" (azərb. Mənim həyat hekayəm‎) — İrlandiyalı müğənni-söz yazarı Lesli Royun mahnısı. Mahnı İrlandiyanı, Niderlandın Rotterdam şəhərində keçirilməsi planlaşdırılan, sayca 65-ci Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcəkdi. == Mahnı == İrlandiyalı milli yayım şirkəti RTÉ, Avroviziya Mahnı Müsabiqəsinin 2020-ci il buraxılışında ölkə təmsilçisini təyin etmək məqsədilə, ölkədəki tanınmış bəstəkar və sənətçiləri 2FM ilə birlikdə iş birliyinə dəvət etmişdir. Milli yayımçı, İrlandiyanın Avroviziya tarixində ilk dəfə olaraq ölkənin məşhur prodüser şirkəti olan "THISISPOPBABY"yi seçərək, iştirakın yaradıcılıq yönü ilə bağlı bütün hazırlıq işlərini ona həvalə edib. Nəticə olaraq, 5 mart 2020-ci tarixində, milli yayımçı ölkəni 2020 Avroviziya Mahnı Müsabiqəsində, "Story of my life" mahnısı ilə Lesli Royun təmsil edəcəyini elan etmişdir. Mahnının sözləri və bəstəsi Lesli Roy, Robert Marvin, Kett Qravit və Tom Şapiro tərəfindən ərsəyə gətirildi. İfaçı Lesli Roy mahnısı haqqında: "Mahnı şəxsiyyətin həyatda qarşılaşdığı bütün çətinliklərin öhdəsindən gələrək, yenidən ayağa qalxmağa səsləyir və hər zaman qələbə ruhlu olmağa dəvət edir" ifadələrini bildirmişdir. == Buraxılış tarixi == == Beynəlxalq arenada == Avropa Yayım Birliyinin (EBU), 28 yanvar 2020-ci tarixində təşkil etdiyi ənənəvi püşkatma mərasimində, İrlandiyanın 12 may 2020-ci il tarixində baş tutacaq ilk yarımfinal mərhələsinin birinci hissəsində mübarizə aparacağı elan edilmişdir. Lesli Royun "Story of my life" mahnısı ilə Litvadan sonra və Rusiyadan əvvəl, yeddinci nömrə altında səhnədə çıxış edəcəyi açıqlansada, Avropa Yayım Birliyi (EBU) 18 mart 2020-ci tarixində, mövcud Koronavirus pandemiyasını əsas gətirərək, 2020-ci il Avroviziya Mahnı Müsabiqəsinin ləğv edildiyini elan etmişdir.
Shape of My Heart
Shape of My Heart — Britaniya müğənnisi Stinqin "Ten Summoner’s Tales" adlı dördüncü studiya albomundan olan mahnı. Orijinal CD nəşrində sıra sayına görə onuncu trek kimi təqdim olunub. Mahnı 1993-cü il istehsalı "Demolition Man" mini-albomuna və 2010-cu il istehsalı "Live in Berlin" konsert albomuna daxil edilib. Fransız rejissor Lük Besson özünün "Leon" filmində bu mahnıdan istifadə edib.Mahnının müəllifləri Stinq ilə Dominik Millerdi. Miller mahnıda ispan akustik gitarasında ifa edib. Mahnının qarmonika partiyasını ifa etmək üçün amerikalı cazmen Larri Adler dəvət edilib.Sinqlın Böyük Britaniya hit-paradında ən yüksək mövqeyi 57-ci yer olmuşdur.
.by
.by — Belorusun internet kodu.
.cy
.cy — Kiprin internet kodu.
.gy
.gy — Qayananın internet kodu.
.ky
.ky — Kayman adalarının internet kodu.
.ly
.ly — Liviyanın internet kodu.
.my
.my — Malayziyanın internet kodu.
.om
.om — Omanın internet kodu.
.py
.py — Paraqvayın internet kodu. == Xarici keçidlər == IANA .py whois information http://www.nic.py/ - Network Information Center Paraguay where you register .py domains.
.sy
.sy — Suriyanın internet kodu.
Ay
Ay — Yerin yeganə daimi təbii peykidir. Ay insanların Yerdən kənarda ayaq basdığı yeganə kosmik cisimdir. Ay Günəş sistemində yerləşən peyklər arasında ölçüsünə görə beşinci, ətrafında döndüyü planetin ölçülərinə nəzərən isə birincidir. Ay sıxlığına görə Günəş sistemində sıxlığı məlum olan peyklər arasında İodan sonra ikincidir. Ayın təqribən 4,5 milyard il bundan əvvəl formalaşdığı ehtimal olunur. Ayın formalaşması ilə bağlı bir sıra fərziyyələr olsa da, ən geniş yayılmış fərziyyəyə görə Yer təqribən Mars böyüklüyündə olan Teya adlı planetlə toqquşmuş və toqquşma nəticəsində boşluğa saçılan maddələr Yerin cazibə qüvvəsi ətrafında hərəkət edərək tədricən Ayı formalaşdırmışdır. Ay Yerlə sinxronizə olunmuş şəkildə hərəkət edir. Bu səbəbdən də Yerdən baxan müşahidəçi Ayın həmişə eyni tərəfini görür. Ayın Yerdən görünən tərəfində maqma ilə örtülmüş tutqun Ay dənizləri, qədim parlaq kristal yaylaqları və zərbə kraterləri vardır. Ay Günəşdən sonra Yerdən görünən ən parlaq ikinci kosmik cismdir.
Hoy
Xoy (azərb. Xoy‎; fars. خوی‎) — İran İslam Respublikasının Qərbi Azərbaycan ostanındakı Xoy şəhristanının inzibati mərkəzi. Şəhər ərazisi 30 km².-dir.2012-ci ildə aparılmış siyahıya almanın yekunlarına əsasən əhalisi 200,985 & 354,309 nəfərdir. == Tarixi == Xoy şəhərinin tarixi e.ə. 3000–4000-ci illərdən başlayır. Şumer mənbələrində adı çəkilən Arrata adlı bölgənin bu günkü Urmiya ilə Van şəhərləri arasındakı bölgə olduğu tarixçilər tərəfindən təsdiqlənmişdir. O illərdə bu bölgədə məskunlaşmanın olması da öz təsdiqi tapmışdır. Əvvəlcə Xoy şəhəri Azərbaycan ərazisində qurulan Manna dövlətinin sərhədləri içində olmuş, sonra Van və onun ətrafını özündə birləşdirən Urartu dövlətinin ərazisinə qatılmışdır. İslam dininin yayılması və xilafətin bu bölgəni ələ keçirməsi ilə şəhər müsəlmanların idarəsi altına keçmiş və uzun illər müxtəlif bəyliklərin tərkibində olmuşdur.
OYU
"Odlar Yurdu" Universiteti — Azərbaycanda fəaliyyət göstərən özəl ali təhsil müəssisəsi. == Tarixi == Universitetin əsası 10 noyabr 1995-ci ildə qoyulmuşdur. Odlar Yurdu Universiteti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 iyul 1996-cı il tarixli, 86 saylı qərarı ilə dövlət qeydiyyatından keçmişdir. == Haqqında == Universitetin müasir tələblərə cavab verən maddi-texniki bazası, o cümlədən bütün ixtisaslar üzrə müasir avadanlıqlarla təmin edilmiş laboratoriya və fənn kabinetləri (kimya, fizika, avtomobil, biokimya və immunologiya, morfologiya, kriminalistika və s.), yeni modelli kompüterlərlə təchiz olunmuş kompüter zalları, müasir tipli linqafon otaqları, zəngin kitabxanası, oxu zalı, ixtisaslaşdırılmış auditoriyaları, konfrans və mədəni-kütləvi tədbirlər mərkəzi, nəşriyyatı, tibb məntəqəsi, yeməkxanası və s. vardır. == Maddi-texniki bazası == Universitetin ümumi sahəsi 1 hektar ərazini əhatə edir. 16000 m² ərazidə müasir tələblərə cavab verən maddi-texniki bazalı, tədris prosesinin bütün zəruri tələblərini ödəyən müasir tipli 7 mərtəbəli binaya malikdir. Oksigen Klinik Xəstəxanası 6000 (altı min) m² sahəyə malikdir, Tibb muzeyi, Hüquq Klinikası, Kriminalistika laboratoriyası, Elektron imtahan otaqları, Kompüterlərin təmiri mərkəzi, Elektron kitabxana, Oxu zalı, Açıq idman meydançası, Qapalı idman zalı, Böyük akt zalı, Kiçik akt zalı, Xarici tələbələr üçün yataqxana, Açıq havada yeməkxana, Qapalı yeməkxana, Mikrobiologiya, immunologiya və virusologiya laboratoriyası, Histologiya və sitologiya laboratoriyası, Zoologiya kabineti, Fiziologiya kabineti, Anatomiya otağı, Fizika və biofizika laboratoriyası, AzRENA ictimai internet mərkəzi, Texnopark, Sürücülük məktəbi fəaliyyət göstərir. == Beynəlxalq statusları == Beynəlxalq Universitetlər Assosiasiyasının üzvüdür. Almaniyanın H+ akkreditasiyasına malikdir.
Ob
Ob (çay, Rusiya) — Rusiyada çay. Ob (çay, Fransa) — Fransada çay.
Om
Om ya Aum — Hinduizmdə və əksəriyyəti Hindistana xas bəzi başqa inanc sistemlərində dini ya da mistik təsiri olduğuna inanılan sözlərin (mantra) ən müqəddəsi sayılan heca. Sanskrit dilində birlikdə o səsini verən a və u saitləriylə m səsindən ibarətdir. Bu üç səs yer üzü, səma və göy qatlarında ibarət olan üç dünyanı; Brahma, Vişnu və Şivadan ibarət olan üç böyük Hindu tanrısını; Riq,Yacur və Sama adlı üç müqəddəs vida mətnini işarələr. Beləcə Om hecası sirrli şəkildə bütün kainatın özünü təmsil edir. Hindu ayinlərində dua, ilahi və meditasiyaların başında və sonunda deyilir. Müəyyən bir qaydaya bağlı olmadan Buddaçı və Caynaçı ayinlərində də istifadə edilər. Om hecasının yazılı forması, VI əsrdən sonrakı yazmaq və kitabə mətnlərinin başını ifadə etmək üçün istifadə edilmişdir. Om hecası, fəlsəfi vida mətnləri olan Upanişadların bir çoxunda ələ alınar; bunlardan Mandukya tamamilə bir hecaya ayrılmışdır. Yoqa tətbiqlərində də istifadə edilən Om şifahi meditasiya texnikalarıyla əlaqəlidir. Puranalarda (Qədim Bilgə) isə məzhəbçi məqsədlərlə istifadə edilir; Şivacıların Omu linqanın (Şivanın simvolu kişilik orqanı) simvolu olaraq şərh etməsinə qarşılıq, Vişnucular bu üç səsi Tanrı Vişnu, həyat yoldaşı Şri və ibadət edəndən ibarət üçləmə formasında göstərilir.
On
On — say sistemində ədədlərdən biridir. Doqquzdan sonra, on birdən əvvəl gəlir. Ən kiçik ikirəqəmli ədəddir. == Ümumi məlumat == İki əl barmaqlarının cəmi olan on sayı on iki sayının yaranmasına qədər çoxluq bildirmişdir. İstisna hallar nəzərə alınmazsa, on sayının mifoloji aləmlə elə bir dərin bağlılığı yoxdur. İstisna hallar deyəndə dünya tarixində "müqayisə edilməyəcək dərəcədə böyük və mütəşəkkil bir imperiya qurmuş" Göytürklərin nəsil artımı, şəcərəsi, boy düzümü ilə əlaqəsi olan on sayını nəzərdə tuturuq. Əslən hun soyundan gələn Göytürklərin var olmasında "Qurddantörəmə" mənşə mif-əfsanəsi önəmlilik təşkil edir. Bu mif-əfsanədən bəlli olur ki, Aşina ailəsindən artıb çoxalan Göytürklər Lin dövlətinin soyqırım hücumuna düçar olurlar. Lin ordusu Göytürklərin hamısını qırır. Əsgərlər yalnız on yaşlı bir Göytürk oğlanını öldürmürlər.
Ox
Ox (texnika) — maşın hissəsi. Ox (həndəsə) — mərkəz xətti. Ox (silah) — soyuq silah növü.
Oş (şəhər) — Qırğızıstanın Oş vilayətinin mərkəzi. Oş (rayon) — Fransada rayon.
OK!
OK! — Britaniyada nəşr olunan həftəlik maqazin jurnalı. == Azərbaycan versiyasi == Azərbaycanda "OK! Azerbaycan" adinda jurnalin yerli versiyasi nəşr edilmişdir. Azərbaycan versiyasin baş redaktoru Zəhra Bədəlbəyli olmuşdur.
Od
Od — mifoloji təsəvvürlərdə dünyamızın yaranmasına təkan verən ikinci mühüm amildir. Əski inanışlarda odu günəşlə, işıqla, gündüzlə əlaqələndirirdilər. Ulularımız ona Dan ("dan yeri sökülür" deyimində indi də işlədilir) da deyirdilər. == Odun insan həyatında rolu == Odun temperaturu yanğını yaradan materialın növündən və havanın təzyiqindən, odun rəngi isə yanan materialın qarışığından asılıdır. Dörd ünsürün qədim Şərq təqvimlərində qəzalar kimi xarakterizə edilməsinin əsasında onların ikili mahiyyətinə (həm yaradılışa, həm də məhvə xidmət etmələri) inam dayanır. Belə ki, od inkişafın, mədəniyyətin təkanverici qüvvəsi tək göstərilməklə yanaşı, həm də yarananları yandırıb kül edir, fəlakətlərin mənbəyinə çevrilir. Təsəvvürlərdə odun xeyirxahlığına, yoxsa şərinə, ziyanlarına birinci inanıldığını müəyyənləşdirmək çətindir. Miflərdə tez-tez üstünlük birindən digərinə ötürülür. Məsələn, "Munisnamə"də göstərilir ki, Allah ilk olaraq cəhənnəmi yaratmışdır. Onun göstərişi ilə cəhənnəmin palçığı min il qaynadıldığından qıpqırmızı qızarmış, sonra təkrar min il də qaynadılmışdır ki, közərməsi ağarsın.
.uy
.uy — Uruqvayın internet kodu.
Göy
Yerin Qorunan Tavanı: Atmosfer Əksər hallarda bizim xəbərimiz olmadığı halda hər planetə olduğu kimi, Yerə də çoxlu sayda meteorit düşür. Digər planetlərə düşdükdə nəhəng kraterlər meydana gətirən bu meteoritlərin Yerə zərər verməmələrinin səbəbi planetimizi əhatə edən atmosferin düşən meteoritlərə qarşı güclü müqavimət göstərməsidir. Meteorit bu müqavimətə çox dözmür və sürtünmə nəticəsində yanaraq kütləsinin böyük hissəsini itirir. Beləliklə, böyük fəlakətlərə səbəb ola bilən bu təhlükə atmosfer sayəsində aradan qaldırılır. Göy üzünün "qorunmuş tavan" olmasının ən mühüm nümunələrindən biri Yeri əhatə edən maqnetik sahədir. Atmosferin ən yuxarı təbəqəsi “Van Allen” adlandırılan maqnetik qurşaqdan ibarətdir. Bu qurşaq Yerin nüvəsinin malik olduğu xüsusiyyətlər nəticəsində əmələ gəlib. Nüvə dəmir və nikel kimi maqnetik xüsusiyyəti olan ağır elementləri ehtiva edir. Ancaq daha mühüm olan budur ki, nüvə iki fərqli formadan ibarətdir: daxili nüvə bərk, xarici nüvə isə maye halındadır. Nüvənin bu iki təbəqəsi bir-biri ətrafında hərəkət edir.