Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
PalSüd
PalSüd — Palmali Şirkətlər Qrupuna məxsus olan ticarət nişanı. Azərbaycanda qida sənayesində fəaliyyət göstərir. Süd və süd məhsulları sahəsində ixtisaslaşıb. Sloganlar: 2008-2009: Təbiətin və sağlamlığın dadı 2009-2010: Dadlı arzularla PalSüd == Tarix == Palmali Şirkətlər Qrupu 2005-ci ildə Lənkəran şəhərində NURSÜD Süd və Süd Məhsulları Zavodunun tikintisinə başladı. Zavod 2008-ci ilin fevral ayından fəaliyyət göstərir. Bu zavodun məhsulları "PalSüd" ticarət nişanı ilə istehsah edilir. Bundan əlavə 2009-cu ildə "PalDad" ticarət nişanıyla məhsullar buraxmağa başlayan "Palfood MMC" dondurma fabriki təsis edildi. Bu fabrikdə "PalDo" ticarət nişanlı dondurmalar istehsal edilir. == Xüsusiyyətlər == NURSÜD Süd və Süd Məhsulları Zavodu ən müasir texnologiyalar və avadanlıqlarla təchiz olunub. Zavod 40 min kvadratmetr (40 000 m²) sahədə yerləşir.
Setaria pallide-fusca
Setaria pumila (lat. Setaria pumila) — qırtıckimilər fəsiləsinin setaria cinsinə aid biki növü. == Sinonim == Chaetochloa glauca var. purpurea Farw. Chaetochloa lutescens var. longispica Honda Oplismenus helvolus (L.f.) P.Beauv. Panicum flavescens Moench [Illegitimate] Panicum glaucum var. elongatum Pers. Panicum glaucum var. flavescens Elliott Panicum glaucum var.
Palıd
Palıd (lat. Quercus) — fıstıqçiçəklilər sırasının fıstıqkimilər fəsiləsinə aid bitki cinsi.Palıd ağacından odun yayılmış hesab olunur. == Təbii yayılması == Palıdın təbii yayılma sahəsi Şimal Yarımkürəsinin mülayim iqlimli əraziləridir. Yayılma ərazisinin cənub sərhədlərini tropik hündür dağlar təşkil edir. Dünya florasının tərkibində fıstıq fəsiləsinin 9 cinsi, 900-ə qədər növü yayılmışdır. Bunların əksəriyyəti ağac, nadir hallarda kol olub, yer kürəsinin bütün ərazilərində yayılmışdır.Palıd qiymətli dərman, aşı, boyaq, texniki, yem və bəzək bitkisidir. Azərbaycanda isə 12 növünə rast gəlinir. Onun 3 növü mədəni hala keçirilərək yaşıllaşdırma məqsədilə geniş istifadə edilir. Respublikamızın ərazisində palıd növləri uzunömürlü olub, hündürlükləri 12–40 m-ə çatır. Palıd növləri ən çox şimal yarımkürəsinin mülayim tropik zonalarında yayılmışdır.
East Midland Allied Press
Ascential plc (əvvəllər EMAP və Top Right Group) — Birləşmiş Krallıq media şirkəti. Şirkət sərgilər, festivallar və məlumat xidmətlərində ixtisaslaşmışdır. "Ascential plc" London fond birjasında verilmişdir və FTSE 250 İndeksinin tərkib hissəsidir. == Tarixi == Riçard Vinfrey 1887-ci ildə "Spalding Guardian"ı, daha sonra "Lynn News" və "Peterborough Advertiser"i satın almışdır. O həmçinin, "North Cambs Echo"nun fəaliyyətini başlatmışdır. Vinfrey sonradan liberal siyasətçi və kənd təsərrüfatı hüquqlarının təbliğatçısı olmuş, qəzetlər onun siyasi baxışlarını təbliğ etmək üçün istifadə edilmişdir. İkinci Dünya müharibəsi illərində Vinfreyin qəzetdən gələn gəlirlər onun oğlu Riçard Pattinson Vinfreyə keçməyə başlamışdır. 1947-ci ildə Pattinson Vinfreyin rəhbərliyi altında ailənin qəzetləri "East Midland Allied Press" (EMAP) adı altında birləşdirilmişdir.2012-ci ilin mart ayında şirkət adının "Top Right Group" olaraq dəyişdiriləcəyini və jurnalların, tədbirlər və məlumat bizneslərinin üç müstəqil şirkətə ayrılacağını elan etmişdir. "EMAP" adı o vaxt .irkətin dövriyyəsinin təxminən 18 faizini təşkil edən jurnalların fəaliyyəti üçün istifadə olunmağa davam edəcəkdi. Verilənlər bazası biznesinin adı dəyişdirilərək "4C Group", tədbirlər bölməsi isə "I2i Events Group" adlandırılmışdır.
Ağ palıd
Ağ palıd (lat. Quercus alba) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü.
Daş palıd
Daş palıd (lat. Quercus ilex) - palıd cinsinə aid bitki növü. == Təbii yayılması: == Vətəni Аrаlıq dənizi sаhilləri, Gənubi Аvrоpа, Şimаli Аfrikа, Kiçik Аsiyаdır. == Botaniki təsviri: == Hündürlüyü 20m, gövdəsinin diаmеtri 60 sm оlаn, iri gövdəli, gеniş çətirli, həmişəyаşıl аğаcdır. Cаvаn budаqlаrının qаbığı hаmаr, tünd bоzumtul rəngli, gövdəsinin qаbığı isə qеyri-bərаbər çаtlıdır. Zоğlаrı bоzumtul kеçəli, yаrpаqlаrı kiçik, 8 sm-dək, fоrmаcа çоx dəyişkən, dərili, pаrlаq, tünd yаşıl, аlt tərəfi sаrımtıl və yа аğımtıl tükcüklüdür. Tumurcuqlаrı bоz rəngli, sıx tüklərlə örtülmüşdür. Yаrpаqlаrın sаplаğı 1-2 sm uzunluqdа оlub, sıx tüklüdür. Yаrpаqlаrı оvаl, еllips və yа neştər fоrmаlıdır. Üst tərəfdən yаşıl, çılpаq və yа tüklüdür.
Dəyişkən palıd
Dəyişkən palıd (lat. Quercus variabilis) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü.
Gövdəçiçəkli palıd
== Təbii yayılması: == Avropada və Qafqazda yayılmışdır. == Botaniki təsviri: == 40 m hündürlüyündə, yarpağı tökülən ağacdır. Gövdəsi düz qalxan, silindrvari, tünd boz rəngli, diametri 3 m-ə qədərdir. Şaxələnmiş çətirlidir. Güclü inkişaf etmiş kök sisteminə malikdir. Yarpaqları uzunsov-yumurtavari, uzunluğu 6-12 sm, bünövrəsi ürəkşəkilli, dərin çıxıntılı, alt tərəfi tüklü, 5-7, bəzən 1-3 hissəli, enli, ucu küt dişlidir. Yarpaq saplağının uzunluğu 1sm-ə qədərdir. Aprelin axırı, mayın əvvəlində çiçəkləyir. Meyvələri gövdələrdə 1-3 ədəd bir yerə yığılmış, 2 dəfə yarpaqlardan kiçikdir, sentyabrın axırı-oktyabrın əvvəllərində yetişir. Qozası dairəvi və ya uzunsov-dairəvi olub, 1,5-2,5 sm uzunluqdadır.
Kövrək palıd
== Təbii yayılması: == Qafqazda və Şərqi Zaqafqaziyada yayılmışdır. İlk dəfə Oğuz rayonunda qeydə alınıb. == Botaniki təsviri: == Hündürlüyü 20 m, diametri 20 sm olan ağacdır. Zoğları sıx, boz tüklü, ikinci ilə yaxın yavaş-yavaş tüksüzləşən, bozumtul-qonur və ya çılpaq, bəzən parıldayan, qırmızımtıl-qonur, tünd qəhvəyi rəngdədir. Yarpaqların uzunluğu 4-9 sm, eni 3-6 sm olub, uzunsov - oval və ya ovalşəkillidir. Üst tərəfdən yaşıl, çılpaq, altdan açıq yaşıl, sıx, qısa, nazik tükcüklərlə örtülmüşdür. Qaidə hissədən az ürəkvari və ya pazvaridir. Yarpaq qurtaracağı bir qədər sivriləşmiş və ya kütdür. Kənarlarında 6-8 cüt uzun, nadir hallarda qısa, azca burulmuş, 1-2 dişli dilimləri vardır. Dilimlərarası oyuqlar 1-2 sm-ə qədərdir.
Kövrәk palıd
Hündürlüyü 20 m-ə qədər olan ağacdır.Budaqları çılpaqdır. == Yarpaq == Yarpaqlarının uzunluğu 4-9 sm, eni 3-6 sm-dir, uzanmış əksinəoval və ya uzunsovdur,üst tərəfdən yaşıl, çılpaq, alt tərəfdən tutqunyaşıl,sıx ,qısa, nazik tüklərlədir; qaidə hissəsi zəif ürəkşəkilli və ya zəif pazşəkillidir, yuxarı hissədə qısa, küt və ya az sivriləşmiş ensiz bölümlərə; hər tərəfdən 6-8 ədəd uzun, bəzən qısa, az buruqlu 1-2 ədəd dişli bölümlərlədir;bölümlər arasındakı oyuq yarpağın eninin 1/3 hissəsindən 1/2 hissəsinə qədərdir. Yarpaqların saplağının uzunluğu 0,5-1 sm-dir. == Meyvə == Meyvə saplağı 1-3, bəzən 5 sm olur.Qoza kasaşəkilli olub, xırda, dəyirmi-üçbucaqlı,yastı, çılpaq və ya boz-tüklü, sıx pulcuqlarladır və balaca qurtaracaqlıdır.Azərbaycanda yayılması:BQ (Quba), BQ şərq, KQ mərkəzi. == Yaşayış mühiti == Meşələrdə az təsadüf edilən qarışıq kimi 500-1300 (1500) m d.s.y. zonada rast gəlinir. == Təsərrüfat əhəmiyyət == Az yayıldığına görə məhdud təsərrüfat əhəmiyyətinə malikdir.
Palıd cücüsü
Palıd diserkası
Palıd diserkası (lat. Hemidicera fritillum) — Sərtqanadlılar dəstəsinə, Qızıl böcəklər fəsiləsinə aid növ.Təbii şəraitdə nəslinin kəsilməsi ehtimalı vardır. == Təsviri == Böcəyin bədəninin uzunluğu 15 – 21 mm-dir rəngi parlaq bürüncüdür. Qanadüstlükləri yaşıl parıltıya malikdir, üzəri boylama nöqtəli – şırımlıdır. Bədəninin alt tərəfi ağ tükcüklərlə örtülüdür, pəncələri uzundur. == Yayılması və Sayı == İran, Türkmənistan, Azərbaycan (Talış, Samux). 1927-ci ildə V.Nazarova tərəfindən Lənkəranda 8 fərd, 1936-cı ildə A.V.Boqaçev tərəfindən Lənkəranda 3 fərd, 1940-cı ildə E.Hauser tərəfindən Samuxda 1 fərd qeydə alınmışdır. Son illərdə rast gəlinməmişdir. == Həyat tərzi == Azərbaycanda Hirkan tipli meşələr və Talış dağlarının orta dağlıq zonası, rütubətli palıd meşələri. Ekologiyası ətraflı öyrənilməmişdir.
Palıd fəvvarəsi
Palıd fəvvarəsi (rus. Фонтан Дубок) «Peterhof» saray-park kompleksində yerləşən bir neçə zarafat fəvvarəsindən biridir. == Tarixi == Fəvvarə bir metal ağac, beş lalə və iki skamyadan ibarətdir. Ağaca metal palıd yarpaqları birləşdirilmişdi. Ağacın içiboş budaqlarından və lalələrin içərisindən təzyiqlə su ətrafa sıçrayır.
Palıd parabüzəni
Palıd parabüzəni lat. Pullus auritus Thumb.-Mənənələrlə və həm də zərurət olduqda koksidilərlə qidalanır. == Biologiyası == Mənənələrlə və həm də zərurət olduqda koksidilərlə qidalanır. Oval formada olub, azca yastılaşmışdır. Qara rəngli olmaqla, nöqtəlidir, ağ tükcüklərlə örtülüb. Köndələn, enliləşmişdir, sarıdır, qabaq hissə sıx tüklərlə örtülüb və önə meyillidirlər. Bığcığı sarıdır və 10 buğumdan ibarət olub, toppuzvaridir. Qidalandıqları yerlərdə ağacların qabığı və xəzəllərin altında qışlayırlar. == Yayılması == Qərbi Avropada və Şərqi Asiyada, Qafqazda yayılıb. Azərbaycanda azsaylıdır, yalnız parklarda – Abşeronda (Biləcəri parkında) və Naxçıvan ərazisində yabanı kollar üzərində müşahidə olunub.
Pulcuqlu palıd
Yay palıdı, pulcuqlu palıd (lat. Quercus robur) - palıd cinsinə aid bitki növü. == Sinonim == Quercus abbreviata Vuk. Quercus accessiva Gand. [Invalid] Quercus accomodata Gand. [Invalid] Quercus acutiloba Borbás Quercus aesculus Boiss. Quercus aestivalis Steven Quercus afghanistanensis K.Koch Quercus alligata Gand. [Invalid] Quercus altissima Petz. & G.Kirchn. Quercus amoenifolia Gand.
Qumral palıd
== Ümumi yayılması: == Qafqazda və Rusiyada (Krım) təbii arealı vardır. == Azərbaycanda yayılması: == Şərqi Böyük Qafqazda – Quba, Qusar, Dəvəçi, İsmayıllı, Qəbələ, Goranboy, Xankəndi, Lənkəran, Lerik rayonlarının meşələrində dəniz səviyyəsindən 500–1000 m yüksəklikdə yayılmışdır. == Statusu: == Azərbaycanın nadir bitkisidir.DD. == Bitdiyi yer: == Orta dağ qurşağında meşələrdə rast gəlinir. == Təbii ehtiyatı: == Təbii arealı çox geniş deyildir. == Bioloji xüsusiyyətləri: == Təbiətdə hündürlüyü 30 m, diametri 60 sm-ə çatan uzunömürlü ağacdır. Qumral palıdı gürcü palıdından fərqləndirən əsas əlamətlərdən başlıcası onun yarpaqlarının alt tərəfində damarların ol-masıdır. Gürcü palıdının yarpaqları isə çılpaq olur. Qumral palıdın yar-paqlarında yan damarlar 5-7 ədəd, gürcü palıdında isə yan damarları bir qədər artıq olur. Qumral palıdın yarpaqları nazik, uzunsov və ensiz, tərs ovalvarı olduğu halda, gürcü palıdının yarpaqları isə tərs oval və ya uzunsov oval, üstdən parıldayan tünd-yaşıl rəngli olmaqla möhkəm dərivarıdır. Bitkinin zoğları boz sıx keçə tüklüdür və sonralar tədricən çıl¬paq-laşır.
Qırmızı palıd
== Təbii yayılması: == Şimali Amerika, İspaniya, Türkiyədə-Ağ, Mərmərə və Egey dənizləri ətrafı ərazilərdə rast gəlinir. Bu palıd növü budaqlarında fırlar əmələ gətirən mənənələrin (Coecus ilicus) sahib bitkisidir və növün adı bununla əlaqədar adlandırılıb. 1683-cü ildən mədəni şəraitdə becərilir. == Botaniki təsviri: == Hamar, boz qabıqlı, yığcam, sıx, dik gövdəli həmişəyaşıl koldur. Yarpaqların uzunluğu 1,5-3,5 sm və eni 0,6-2 sm, oval, ellipsvari və ya uzunsov-yumurtavari, ucu biz və ya ucu yumru, bünövrəsi yumru və ya ürəkvari, kənarları dalğalı, hər tərəfdən 4-6 cüt bizvari dişli, cod, dərili, üstü çılpaq, parlaq, tünd yaşıl, alt tərəfi daha açıq, çılpaq və ya damarcıqların künclərində zəif tükcüklüdür. Saplaqları möhkəm və çox qısadır. Budaqları çoxsaylı, boz, hamar, yaşlandıqda çatlayan qabıqla örtülmüşdür. Zoğları sarımtıl-boz, çılpaqdır. Tumurcuqları 3-4 mm uzun-luğunda, çılpaq və ya tüklüdür. Qozaların uzunluğu 1,5-2,5 sm, yumurtavari və ya uzunsov-yumurtavari, ucu biz, açıq qonur, tünd zolaqlı, tək və ya cüt, möhkəm, çoxiynəli kasacıqlı olub, ümumi saplaqda yerləşir.
Qızılı palıd
== Təbii yayılması: == Qafqazda, Dağıstanda, Şərqi Zaqafqaziyada yayılmışdır. == Botaniki təsviri: == Hündürlüyü 30 m-dək olan ağacdır. Quercus iberica növünə yaxındır və ondan daha nazik, uzun, ensiz, oval yarpaqları ilə fərqlənir. Yarpaqların uzunluğu 10-18 sm, eni 5-8 sm, alt tərəfi sarımtıl-qızılı, ucları ulduzvari tükcüklü, qısa(5-7), enli qanadlı, hər tərəfdən az miqdarda yan qanadlı və kütdür. == Ekologiyası: == Kölgəli ərazilərdə, qarışıq meşələrdə bitir. == Azərbaycanda yayılması: == Talış zonasında, Qubada, Yalamada rast gəlinir. == İstifadəsi: == Tək əkinlərdə, meşəsalmada, kölgəli ərazilərin yaşıllaşdırılmasında istifadəsi məqsədyönlüdür. == Məlumat mənbələri == Azərbaycan Dendroflorası III cild-Bakı:"Elm",2016,400 səh. Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine T.S.Məmmədov == İstinad == Флoрa Aзeрбaйджaнa. т.5.
Tükcüklü palıd
Tükcüklü palıd (lat. Quercus lanata) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü. Hündürlüyü 30 m-ə çatan həmişəyaşıl ağacdır. Himalay dağlarında bitir.
Tüklü palıd
Quercus pubescens (lat. Quercus pubescens) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü. == Mənbə == Flora Europaea: Quercus pubescens == Təbii yayılması: == Yаbаni hаldа Cənubi Krımdа, Zаqаfqаziyаnın şimаl hissəsində, Cənubi Аvrоpаdа və Kiçik Аsiyаdа bitir. == Botaniki təsviri: == Hündürlüyi 8–10 m-dək, еnli çətirli аğаc və yа kоldur. Gövdəsinin və budаqlаrının qаbığı tünd bоzumtul rənglidir. Yаrpаq sаplаğı və yаrpаqlаrı tüklü, kənаrlаrı bütöv və yа sеyrək dişlidir. Düz qаlxаn gövdəsi silindrvаri fоrmаlıdır. Cаvаn zоğlаrı çоx tükcüklüdür. Yаrpаqlаrın uzunluğu 5-10 sm, fоrmа və ölçülərinə görə çоx dəyişkən, 4-8 cüt küt və yа ucu biz qаnаdlı, üstü tünd yаşıl, çılpаq, аlt tərəfi bоz-yаşıl tükcüklüdür. Mаy аyındа çiçəkləyir, qоzаlаrı nоyаbr аyındа yеtişir.
Uzunsaplaq palıd
== Ümumi yayılması == Qafqaz (Gürcüstan) və Qərbi Avropada təbii halda yayılmışdır. == Azərbaycanda yayılması: == Samur-Dəvəçi, Kür-Araz düzənliyi, Alazan-Əyriçay dərəsi, Lənkəran və Kür düzənliklərində rast gəlinir. == Statusu: == Azərbaycanın nadir bitkisidir. LC. == Bitdiyi yer: == Dağ yamaclarında qarışıq meşələrdə çay sahillərindən kə¬narda rast gəlinir. == Təbii ehtiyatı: == Arealı genişdir, ancaq fərdərin populyasiyada yerləşməsi seyrəkdir. == Bioloji xüsusiyyətləri: == Hündürlüyü 40 m olan geniş çətirli ağacdır. Yar-paqları qalın dərivıarı, uzunsov olub, kənarları oyuqvarı qeyri-bərabər də¬rin dilimlidir. Zoğları çılpaq, bozumtul-qəhvəyi rəngdədir. Yarpaqlarının uzunluğu 5-15 sm, eni 5-9 sm, tərs yumurtavarı, uzun-sov olub, uc tərəfdən sıxılmış (daralmış), dərivarı, bərk, üst tərəfdən tünd-yaşıl, çılpaq və ya nazik sıx tüklərlə örtülmüş, oturacaqdan çox da iri olmayan qulaqcığa malik olub, ürəkvarı və ya zəif pazvarıdır. Kənarları oyuqvarı qeyri-bərabər dərin dilimlidir Üç tərəfdən enli, küt, gödək, dilimli, hər tərəfdən 3-7, enli, küt, gödək və ya uzun, forma və ölçücə bir-birinə oxşamayan dilimlərə malikdir.
Uzunsaplaqlı palıd
Şabalıdyarpaq palıd
== Təbii yayılması == Şimali İranda, Gilan, Mazandaran, Xəzər dənizinin cənub sahili boyunca yayılmışdır. Qazıntı halında Naxçıvanın alt və ya orta miosen çöküntülərindən məlumdur. == Botaniki təsviri == Hündürlüyü 40-45 m-ə, gövdəsinin diametri 100-150 sm-ə çatan, çadırabənzər və ya enli-piramidal çətirlidir. Budaqların qabığı boz, gövdənin qabığı isə tünd-boz, uzununa dərin çatlıdır. Zoğları sıx tüklü, tumurcuqları xırda və yumurtavari olub, ucları sivridir. Yarpaqları töküləndir. Yarpağın uzunluğu 19-20 sm, eni 4-8 sm olub, kənarı dişli və ya dilimli, səthi dərivaridir. Üst tərəfi parlaq, tünd yaşıl rəngli, çılpaq, alt tərəfi isə açıq yaşıl rəngli, keçəşəkilli, tüklüdür. Damarları 9-13 cütdür. Çiçəkləri bircinslidir.
Böyük palıd uzunbığı
Böyük palıd uzunbığı (lat. Cerambyx cerdo L.) — Buğumayaqlılar tipinin sərtqanadlılar dəstəsinin uzunbığlar fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Böcəklərin bədən uzunluğu 24–25 mm-ə çatır. Rəngi qara-qəhvəyidir. == Həyat tərzi == Böcəklərin uçuşu may ayından avqust ayınadək davam edir. Əsasən meyvə, meşə və introduksiya edilmiş bəzək ağaclarına palıda, cökəyə, tuta, əriyə, qoza, at şabalıdına və şama zərər verir. Bakı və Sumqayıt şəhərlərində daha çox yayılmışdır. Yaşlı fərdlər ağacların ifraz etdiyi şirə ilə qidalanırlar. Bir neçə gün cütləşmədən sonra, iyun-iyul aylarında ağacların gövdəsi daxilinə yumurta qoymağa başlayırlar. 12-14 gündən sonra yumurtadan çıxan sürfələr gövdənin içərisində qidalanaraq öz inkişaflarını 2-3 ilə başa vururlar.
Palıd cinsinin növləri
Tüklü (Anadolu) palıd
== Ümumi yayılması: == Qafqaz (Gürcüstan), Qərbi Avropa, Rusiya (Krım), İran və Türkiyədə təbii arealı vardır. == Azərbaycanda yayılması: == Samur-Dəvəçi, Kür-Araz düzənliyi, Alazan-Əyriçay dərəsi, Lənkəran və Kür düzənliklərində yayılmışdır. == Statusu: == Azərbaycanın nadir bitkisidir. NT. == Bitdiyi yer: == Dağ yamaclarında qarışıq meşələrdə çay sahillərindən kənarda əhəngli daşlıq yamaclarda rast gəlinir. == Təbii ehtiyatı: == Arealı genişdir,ancaq fərdərin populyasiyada yerləşməsi seyrəkdir. == Bioloji xüsusiyyətləri: == Təbiətdə hündürlüyü 10 m-ədək olan, yarpağı tökülən, çox vaxt əyilmiş gövdəli, enli, çətirşəkilli çətirli kiçik ağacdır. Zoğları sarımtıl-boz tükcüklərlə sıx örtülmüş, tumurcuqları küt, oval, tükcüklü-pulcuqludur. Qabığı bozumtul-qara, dərin şaquli yarıqlıdır. Yarpaqlarının uzunluğu 5-10 sm, eni 6 sm-ədək, lələkvari-qanadlı, 4-8 cüt küt və ya ucu biz, iri dişli qanadları çox vaxt formaca dəyişir. Yar-pağın kənarları tükcüklü və bir az burulmuşdur.