Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Parlaq Zəka
Parlaq Zəka — intellektual şousu. Rusiyanın Birinci kanalında 20 ildən çox yayımlanan məşhur "Умницы и умники" layihəsinin ölkəmizdəki populyarlığı, onun gənclərin formalaşmasında, onların intellektual və emosional inkişafındakı müsbət rolunu nəzərə alaraq yaradılan lisenziyalı analoqudur. Veriliş Synergy Group OJSC-nin dəstəyilə hər bazar günü saat 11:00-da “Azərbaycan” Dövlət Televiziya Kanalı-nın efirində yayımlanır. Təkrarı isə cümə axşamı saat 22:00-da efirdə olur. Layihənin rəhbəri və aparıcısı Aydın Piriyevdir. 2016-cı ildə maliyyə problemləri ucbatından Synergy Group şirkəti sponsorluqdan imtina etmiş və verilişin yayımı dayandırılmışdır. Buna baxmayaraq "Parlaq Zəka" intellektual oyunu üzrə məktəblilərarası çempionatlar keçirilmişdir. == Konsepsiya == === Məqsəd === “Parlaq Zəka” milli humanitar olimpiadasının məqsədi Azərbaycan gəncliyinin inkişafına töhfə vermək, gənclərin bilik səviyyəsinin, zehni inkişafının təmin etmək, dünyagörüşünü zənginləşdirmək, elmi bilikləri təşviq, Azərbaycanın və dünya ölkələrinin ümumbəşəri elmi və mədəni dəyərlərinin gənclər arasında təbliğ edilmək, natiqlik qabiliyyətinin inkişaf etdirmək, onların müvafiq ali təhsil müəssisəsinə qəbul olunmasına və peşəkar bilik və bacarıqlarının artmasına köməklik göstərməkdən ibarətdir. === İştirakçılar və keçirilmə sxemi === İştirakçı olaraq respublika ali təhsil müəssislərinin bakalavr pilləsinin tələbələri seçilir. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, abituriyent mərkəzləşdirilmiş qaydada keçirilən imtahanları vermədən ali təhsil müəssisəsinə qəbul edilə bilməz.
Parlaq birgöz
Parlaq birgöz (lat. Ligustrum lucidum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin birgöz cinsinə aid bitki növü. == Təbii yayılması == Təbii halda Çində, Yaponiyada və Koreyada bitir. == Botaniki təsviri == Hündürlüyü 6 m-ə çatan, şaxələnmiş çətirli koldur. Yarpaqları 15 sm uzunluqda olub, uzunsov-yumurtavari, kənarlardan nisbətən burulmuş formada, üstdən tünd yaşıl, altdan açıq yaşıl rəngdə, parlaqdır. Çiçəkləri ətirli, ağ rəngli, oturaq və uzunluğu 18 sm olan süpürgə çiçək qrupuna toplanmışdır. Çiçəkləməsi may ayında başlayır və təxminən 3 ay davam edir. == Ekologiyası == Meyvələri xırda, tünd göy rəngli, yumru və ya yumurtaşəkilli, sentyabr-oktyabr aylarında yetişir. Torpağa tələbkar, istisevən və kölgəyə davamlıdır. == Azərbaycanda yayılması == Rayonlarda park və bağlarda rast gəlinir.
Parlaq dovşanalması
Parlaq dovşanalması (lat. Cotoneaster lucidus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. == Təbii yayılması == Şərqi Sibirdə (Altay dağları) yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 2-3 m, çətirinin diametri 2,5 m-dək olan, yarpağı tökülən, düz dayanan, enli, sıx budaqlı koldur. Zoğları əvvlcə sıx tükcüklü, sonra çılpaq, çəhrayı-qonurdur. Yarpaqların uzunluğu 2-7 sm, yumurtavari, ellipsvaridən ovaladək, yumru bünövrəli, ucu biz, üstü parlaq, çılpaq, çox tünd yaşıl, alt tərəfi tutqun, yapışıq və cod tükcüklü, payızda qırmızı-bənövşəyi və açıq qonurdur. May-iyunda 30 gün çiçəkləyir. Çiçəkləri xırda, çəhrayı-ağ, 5-15 ədəd seyrək qalxanlarda yerləşir. Kasacığı çılpaq və ya təxminən çılpaqdır. Ləçəkləri düz dayanan, xırda, əks-yumurtavaridir.
Parlaq kledoxeta
Cladochaeta candidissima (lat. Cladochaeta candidissima) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin cladochaeta cinsinə aid bitki növü. Azərbaycanın nadir, Qafqazın endemik növüdür. == Xüsusiyyətlər == Çoxillik ot bitkisidir. Gövdəsi çoxsaylı sıx yarpaqlı, aşağı hissədən sərilən, 15–40 sm hündürlükdədir. Yarpaqları bir qədər ətlidir, oturaq, uzunsovdur. Səbəti tərs –konsşəkilli, 7–10 mm uzunluğunda, sıx qalxanda toplanmışdır. Çiçəkləri sarıdır. Örtüyü kirəmitşəkilli, kənarları zarlı, sarımtıl, parlaq, təpə hissədən kütdür. Toxumları 2 mm uzunluğunda, ensiz uzunsov, qəhvəyi, çılpaqdır.
Parlaq kola
Parlaq kola (lat. Cola nitida) - kola cinsinə aid bitki növü.
Parlaq nəhəng
Yerkes spektral təsnifatıda II parlaqlıq sinfinə aid ulduzlara parlaq nəhəng ulduzlar adı verilir. Bu ulduzlar spektral xüsusiyyətlərinə görə nəhəng ulduzlar və ifratnəhəng ulduzlar aralığında mövqe tutan ulduzlardır.
Parlaq pişikotu
Volqa pişikotu (lat. Valeriana wolgensis) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin pişikotu cinsinə aid bitki növü.
Parlaq qırğı
Parlaq qırğı (lat. Accipiter novaehollandiae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl qırğı cinsinə aid heyvan növü.
Parlaq qərənfil
Parlaq qərənfil (lat. Dianthus superbus) — qərənfilkimilər fəsiləsinin qərənfil cinsinə aid bitki növü.
Parlaq soğan
Parlaq soğan (lat. Allium splendens) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü.
Parlaq susüpürən
Parlaq susüpürən (lat. Sterna sumatrana) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin susüpürən cinsinə aid heyvan növü.
Parlaq söyüd
Parlaq söyüd (lat. Salix lucida) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Diplima lucida (Muhl.) Raf. Pleiarina lucida (Muhl.) N.Chao & G.T.Gong Salix pentandra var.
Parlaq İmzalar
Parlaq şalfey
Parlaq әtirşah
Parlaq әtirşah (lat. Geranium lucidum) — bitkilər aləminin ətirşahçiçəklilər dəstəsinin ətirşahkimilər fəsiləsinin ətirşah cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 15-35 sm, gövdəsi düz və yaxud əyilib qalxandır, yarpaqlar parlaq, çılpaq, qonurtəhər, daha sonra qızarandır. Kökətrafı yarpaqları uzun saplaq üzərindədir, aşağı gövdə yarpaqları görünüşünə görə böyrəkşəkillidir, hissələri əksinəyumurtaşəkillidir, yuxarı hissədə dəyirmiləşmiş və dayaz dairəvi dişlərə kəsilmişdir; yarpaq ayası üst tərəfdən və kənarlardan basıq tüklüdür, daha sonra qızarandır. Yalançı zoğları neştərvaridir, sivriləşmişdir. İkiçiçəkli çiçək saplağının uzunluğu 2-4 sm-dir, meyvə vermə dövründə əyilmiş şəkildə olur. Ləçəkləri çəhrayı rənglidir, əksinəyumurtaşəkilli-uzunsovdur, təpə hissədə dəyirmiləşmişdir. Meyvəsinin tayları arxa tərəfdə torvari qırışlıdır. Toxumları hamardır. Aprel-iyun aylarında çiçəkləyir, iyun-avqust aylarında meyvə verir.
Parlaq ölməz kol
Qırmızı pirakanta (lat. Pyracantha coccinea) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin pirakanta cinsinə aid bitki növü. == Təbii yayılması == Şərqi Aralıq dənizi sahilərinə məxsus nadir növüdür. Zaqafqaziyada, Krımda, İtaliyada, Fransada, keçmiş Yuqoslaviya ərazisində, Şimali İran və Türkiyədə rast gəlinir. == Botaniki təsviri == Hündürlüyü 1-1,5 (2) m-ə qədər olan, iri budaqlı, tikanlarla əhatə olunmuş koldur. Yarpaqları qalın dərilidir, qışı keçirən, uzunsov-ellipsvari və ya uzunsov-neştərvari, bəzən yumurtaşəkilli formada olur, üst tərəfdən parlaq, tünd-yaşıl rəngli, alt tərəfdən tutqundur, cavan yarpaqları tüklu, daha sonra çılpaq olur, kənarları mişarvari-dairəvi dişlidir, saplağı qısadır. Qalxan çiçək qrupu budaqlanan olub, çoxçiçəklidir, sıxdır və qismən tüklüdür. Çiçəkləri xırda ağ və ya krem (açıq sarı) rəngdədir. Meyvələri şarşəkilli, parlaq narıncı-qırmızı və ya tünd qırmızı rəngdədir, noxud böyüklüyündədir. May-iyun aylarında çiçəkləyir, avqust-sentyabr aylarında meyvə verir.
Vəzir Coşqun Parlaq
Vəzir Coşqun Parlaq (1989, Çuxurca[d], Hakkari ili) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Vəzir Coşqun Parlaq 1989-cu ildə Hakkari ilinin Çuxurcu ilçəsində anadan olub. Van Yüzüncü İl Universitetinin Erciş Peşə Liseyindən məzun olub. Bölgələr Partiyasında (BDP) və Xalqların Konqresində (HDK) təmsil olunub. 2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Hakkari ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Milli Müdafiə Komissiyasının üzvü vəzifəsində təmsil olunub. Kürdcə bilir. Subaydır.
Parlaq tale (film, 1972)
== Məzmun ==
Qızıl Kəpənək Azərbaycanın Ən Parlaq Ulduzu mükafatı
Azərbaycanın Ən Parlaq Ulduzu kateqoriyasında Qızıl Kəpənək mükafatını qazanan sənətçilərin siyahısı. Mükafat yalnız Azərbaycan sənətçilərinə verilir.
Pardaq
Pardaqlama metalların və süni materialların mexaniki emal olunmasında tətbiq olunan texnoloji əməliyyat növüdür. Bu əməliyyatı yerinə yetirmək üçün pardaqlama materiallarından istifadə olunur. Buraya dairə formasında olan pardaq dairələrini, pastaları və qranulat şəklində olan abraziv materialları misal çəkmək olar. Proses zamanı alətdə olan hər bir kiçik dənəcik materialla kontakta girərək kiçicik yonqarlar çıxarırlar. Pardaqlama pardaq dəzgahlarında yerinə yetilrir. Pardaqlanan səthlər başqalarına görə daha dəqiq olur. Bu üsulla bərk materialları belə asanlıqla emal etmək olur. Səthlərin təmizliyi və dalğavarililiyi Rz= 1-3μm həddində yerləşir. Müasir incə pardaqlama üsulları ilə cilamaya bərabər ən təmiz səthlərin alınması mümkün olmuşdur. Pardaqlamanın cilalamadan həm də üstün cəhəti ondan ibarətdir ki, burada daha çox material qatı çıxarmaq mümkündür.
Parla
Parla — İspaniyanın Madrid rayonunda yerləşən şəhərdir. Şəhərin ümumi əhalisi 164182+ nəfərdir.
Pardaq dairəsi
Pardaq dairəsi — bmetalların kəsmə ilə emalında (pardaqlamada) tətbiq olunan birləşmiş dənəciklərdən ibarət abraziv alətdir. Dəzgahların şpindelinə bərkidilərək pardaq dairələri emal zamanı böyük sürətlərdə (Vd=200 m/san) tətbiq edilir. Pardaq dairəsinin doğuranı üzrə yerləşmiş dənəciklər pəstah və alət arasında yerinə yetirilən kinematikaya uyğun olaraq materiala bataraq nazik yonqar qatı çıxarır. Dənəciyin pəstahla təması dairənin həndəsi forması, veriş, kəsmə sürəti və dərinliyindən asılıdır. Pardaq dairələri həndəsi formadan əlavə abraziv material, dənəvərlik, bərklik,struktur və birləşdirici ilə səciyyələndirilir. Bu göstəricilərin kombinasiyası yerinə yetirilən texnoloji tapşırıqlardan asılı olaraq seçilir. Pardaq dairələrinin xarakterik göstəriciləri standartlaşdırılmışdır.
Nazlıcan Parlak
Nazlıcan Parlak (27 may 1993, İstanbul) — Türkiyə Qadınlar Super Liqasında və Azərbaycanın qadınlardan ibarət milli futbol komandasında yarımmüdafiəçi kimi çıxış edən futbolçu. == Həyatı == Peşəkar futbolçu Türkiyədə anadan olub və futboldan əvvəl bir çox idman növləri ilə məşğul olub. 7 yaşında tennis klubunun məşqçiləri istedadları seçmək üçün onun təhsil aldığı məktəbə gəliblər. Nazlıcan seçilənlərdən biri olub. Beləliklə o təqaüd qazanıb və idman karyerasına tennislə başlayıb. Lakin bu macəra qısamüddətli olub. Daha sonra anası onu karateyə yönləndirib və onun 5 il davam edəcək karate macərası başlayıb. O, İstanbul Çempionatında 2-ci və 3-cü yerləri tutub, Türkiyə çempionatında mübarizə aparıb və 6-cı yeri tutub. Ankarada isə qara kəmərə layiq görülüb. Bütün bunlar davam edərkən Nazlıcan peşəkar olmasa da futbola davam edib.
Pаrlаq klеdохеtа
Harpaq
Harpaq (yun. Ἅρπαγος; akkad. Arbaku; e. ə. VII əsr – e. ə. VI əsr) — e.ə. VI əsrdə yaşamış Midiya sərkərdəsi. Hələ Pasarqad döyüşündə Midiya hökmdarı Astiaqa xəyanət edib II Kirin tərəfinə keçən Harpaq, II Kir maday taxtını ələ keçirdikdən sonra dövlətdə ən hörmətli şəxslərdən biri olmuşdur. == Həyatı == Herodotun "Tarix" əsərinə görə Harpaq Midiya hökmdarının sarayında yaşayaraq, son Midiya hökmdarı Astiaqın şəxsi qvardiyasında xidmət etmişdir.
Karlıq
Eşitmə itkisi — eşitmə itkisi və ya karlıq , səsləri qəbul etmə qabiliyyətindəki tam ya da qismi bir azalmanı ifadə edir. Bir çox bioloji və ekoloji səbəblərə bağlı olaraq inkişaf edən eşitmə itkisi , səs qəbul etmə bacarığına sahib bütün canlılarda ortaya çıxa bilər. Səslərin tezliyini ifadə etmək üçün Hertz vahidi istifadə edilir. Qüsursuz bir insan qulağı 20-20.000 Hz arasındakı səsləri eşidir. Məsələn insan səsinin tezliyi 500–5000 Hz arasındadır. Səslərin şiddəti isə desibel ilə göstərilir. 80 dB üzərində ki səslərə uzun müddət məruz qalmaq eşitmə itkisinə səbəb ola bilər. 130 dB və üzərindəki səslər qulaqlarda fiziki ziyana səbəb ola bilər. [1] 80 dB'ye nümunə olaraq iş maşınlarının çıxardığı səs-küy , 130 dB-ə nümunə olaraq reaktiv təyyarəsi mühərriki nümunə verilə bilər. == Səbəbləri == İnsanlarda eşitmə itkisinin başlıca səbəbləri bunlardır : Keçiricilik Qabiliyyəti problemləri Tıxanmış xarici qulaq kanalı (qulaq kiri vs.
Narlıq
Narlıq — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd.
Pallas
Peter Simon Pallas (alm. Peter Simon Pallas‎; 1741–1811) — XVIII–XIX əsrlərdə yaşamış alman və rus alim-ensiklopediyaçısı, təbiətşünası, coğrafiyaşünası və səyyahı.