Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Parosmiya
Parosmiya — qoxu disfunksiyası olub, beynin təbii qoxuları təyin etmək qabiliyyətinin pozulması ilə xarakterizə olunur. == Səbəbləri == Parosmiyanın birgə müşahidə olunduğu bir çox xəstəliklər vardır.Bunlar arasında yuxarı tənəffüs yollarının infeksiyaları , baş beyin travmaları, gicgah epilepsiyası,Parkinson xəstəliyin göstərmək olar.
Parusiya
Parusiya (yun. παρουσία."hüzur", "gəliş") – Əhdi-Cədiddə İsa Məsihin dünyanın sonunda gəlişini bildirən söz. Yunan dilində "parusiya" sözü həm "gəliş, gəlmə", həm də "hüzur, yanında olma" mənasını verməkdədir. Buna görə də parusiya dedikdə İsa Məsihin ikinci gəlişi ilə yanaşı Onun sirli "hüzuru" – möminlərin yanında, arasında olması da nəzərdə tutulurdu. Lakin ilk xristianlar bu sözü əksərən İsanın gələcək zühuru kimi başa düşürdülər. İsa Məsihin Özünün "təyin olunan vaxtları və tarixləri" bildirməməyinə və "o günün və o saatın" (dünyanın sonu nəzərdə tutulur) yalnız Ata Allaha məlum olan bir sirr olduğunu deməyinə baxmayaraq, ilk xristianlar parusiyanın tezliklə baş verəcəyini gözləyirdilər. İsa Məsih Özü "Tezliklə gəlirəm" deyirdi, lakin "Rəbb üçün bir gün min il kimidir, min ilsə bir gün kimidir" nöqteyi-nəzərindən tezliklə dedikdə əsrlər də nəzərdə tutula bilərdi. İsanın tezliklə gəlməyi, hökm gününün yaxın olmasını eləcə də bununla izah etmək olar ki, hər insanın ömrü qısadır və ondan sonra hər kəs Rəbbin qarşısında cavab verməyə hazırlanmalıdır. == İsanın gözlənilməyən və gözlə görünən ikinci gəlişi == İsa təkrar gələcəyindən dəfələrlə danışmışdır: Buna görə siz də hazır olun, çünki Bəşər Oğlu gözləmədiyiniz vaxt gələcək. Rəbbin günü oğru gecə gəldiyi kimi gələcək.
Aroniya
Aroniya (lat. Aronia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Parfiya
Parfiya (q.fars 𐎱𐎼𐎰𐎺, Parθava; parf 𐭐𐭓𐭕𐭅, Parθaw; pəhl. 𐭯𐭫𐭮𐭥𐭡𐭥, Pahlaw) — Xəzər dənizinin cənub-şərqində yerləşən qədim vilayət. E.ə. 1500-cü ildən gec olmayaraq İrandilli tayfalar tərəfindən məskunlaşmışdır. E.ə. VI əsrdən Makedoniyalı İsgəndər tərəfindən fəth edilənə qədər Parfiya Əhəmənilər dövlətinin satraplıqlarından biri kimi siyahıya alınmış, sonra Selevkilər dövlətinin tərkibində olmuşdur. E.ə. 250-ci ildən b.e. 227-ci ilə qədər Parfiya ərazisində Parfiya dövləti mövcud olmuşdur. Selevkilər dövləti tənəzzül etdikcə Parfiya özü də güclənmiş və genişləmişdir.
Parodi
Lorenso Raymundo Parodi (isp. Lorenzo Raimundo Parodi; 23 yanvar 1895 – 21 aprel 1966, Buenos Ayres) — Argentina botaniki. == Elmi fəaliyyəti == Lorenso Raymundo Parodi toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == Lorenzo R. Parodi. La Agricultura Aborigen Argentina. Hardcover, Universidad de Buenos Aires, ISBN 950-23-0733-X (950-23-0733-X) Lorenzo R. Parodi (director). Enciclopedia Argentina de Agricultura y Jardinería, en dos tomos totalizando 3 volúmenes. 1959-1964. La obra sería ampliada y corregida en sucesivas ediciones luego de la muerte del director. == Şərəfinə adlandırılmış taksonlar == Lorenzochloa Reeder & C.Reeder, 1969, nom.
Pavoniya Ferri
Pavoniya Ferri ― Hudzon çayı üzərində Nyu-York və Cersi-Siti arasında sərnişinləri daşıyan keçmiş bərə xidməti. İstifadə üçün 1854-cü ildə təhvil verilmişdir. 1854-cü ilin fevral ayında Nyu-York ratuşasında aşağı qiymət sayılan $9.050-yə Cersi-Sitinin Pavoniya Ferri şirkətinə satıldı. Bərənin adı Pavoniya yaşayış məntəqəsindən götürür, hansı ki 1633-cü ildə ilk öncə Yeni Niderlandın bir hissəsi olaraq Hudzon çayının qərb sahilində salınmışdır və daha sonra Bergen kimi tanınan regionu qədər genişlənmişdir. 1859-cu ilin fevral ayında "Erie Railroad" şirkətini təmsil edən Nataniyel Marş bərəni icarəyə götürdü. Onun başlatdığı bərə marşrutu Manhettenin Çeymbers küçəsindən Hudzon sahilinin digər tərəfindəki Pavoniya prospektinin ətəyinə qədər davam edirdi. Hüquqi problemlər Pavoniya Ferri şirkətinə bu marşrut üzrə bərənin hərəkət etməsinə maneə oldu. "The New York and Erie Railroad" şirkəti sərnişinləri irəli-geri daşımaq üçün illik 9.050 dollar icarə haqqı ödəyirdi. Sonunda dəmir yolu öz terminalını Harsimus adlı keçmiş buxtada qurdu. Şəhərətrafı və uzun məsafəli səyahətçilər çaydan keçmək üçün qatarlardan düşüb qayıqlara keçirdilər.
Demokrat Partiya
Demokrat Partiya — Türkiyədə 7 yanvar 1946-cı ildə yaradılmış siyasi partiya. DP-nin yaradılışı ilə ölkə çoxpartiyalı sistemə keçir. 1950-ci ildə hakimiyyətə gələn Demokrat Partiya həmçinin 1954,1957 seçkilərində qələbə qazanmışdır. 27 may 1960 hərbi çevrilişindən sonra devrilən siyasi qurum həmin ilin sentyabrın 29-da bağlanmışdır. == Partiyanın quruluşu == 1946-cı ilə qədər Türkiyədə təkpartiyalı sistem hökm sürürdü. 1923-cü ildə Mustafa Kamal Atatürkün öncüllüyü ilə yaranan Cümhuriyyət Xalq Partiyası ölkədə yeganə siyasi partiya olmaqda qalırdı. Hələ 1924 və 1930-cu illərdə müvafiq olaraq Sərbəst Firqə və Tərəqqipərvər Cümhuriyyət Firqəsinin yaradılması ilə çoxpartiyalı sistemə keçidə cəhd edilsədə uğursuzluqla sonladı. Ancaq demokratik qüvvələr güclənməkdə idi. CHP-yə müxalifətin yaranmasını tələb edən əsas problemlərdən biri Türkiyənin iqtisadi geriliyi, əhalinin böyük bir hissəsinin təminatının aşağı olması və iqtidarın bu problemləri aradan qaldırılması üçün etdiyi islahatların istənilən nəticəni verməməsi idi.Digər bir səbəb təkpartiya sistemin demokratik parlament respublikası idealarına uyğun olmamasıydı. 1938-ci ildə Atatürkün ölümündən sonra prezident seçilən İsmət İnönünün pul əskinaslarında təsvir edilməsi, ona "Şef" ünvanının verilməsi parlamentdə çox böyük etirazlara səbəb oldu.
Gənc Partiya
Genç Parti (Gənc Partiya), GP Türkiyə Respublikasındakı siyasi partiyalardan biri. Hazırda Cem Uzan partiyanın başındadır. Partiya Cem Uzan tərəfindən 23 avqust 2002 tarixində qurulub. Partiyanın ideologiyası liberal, demokratik, layiq və milliyətçilikdir.
Palicourea prodiga
Palicourea prodiga (lat. Palicourea prodiga) — boyaqotukimilər fəsiləsinin palicourea cinsinə aid bitki növü.
Qarameyvə aroniya
Qarameyvə aroniya (lat. Aronia melanocarpa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin aroniya cinsinə aid bitki növü.
Qruplaşma (partiya)
Qruplaşma (ivr. ‏המערך‏‎) — İsraildəki iki siyasi ittifaqın adıdır, hər ikisi də İsrail İşçi Partiyasına birləşərək mövcudluğunu sona çatdırdı. İlk uyğunlaşma 1965 Mapay və Ahdut HaAvodanın ittifaqı idi. İki partiya müstəqil olaraq mövcud olmağa davam etdi, lakin birgə seçki siyahılarını təqdim etdilər. Tez-tez Əmək Birliyi adlandırılan ittifaq 1968-ci ildə Rafi ilə birləşərək unitar İsrail İşçi Partiyasını yaratana qədər üç il davam etdi.
REAL (partiya)
Respublikaçı Alternativ Partiyası və ya qısaca REAL — Azərbaycan Respublikasında 25 dekabr 2008-ci ildə hərəkat olaraq təsis edilən, 31 avqust 2020-ci ildə dövlət qeydiyyatına alınan siyasi partiya. == Tarixi == 2009-cu ildə keçirilən referendumda dəyişdirilən konstitusiyaya görə "bir şəxsin iki dəfədən artıq prezident seçiləbilməsi" REAL-ı hərəkətə keçirdi. REAL bunu cümhuriyyət təməllərinə zərər və xəyanət kimi gördü. Facebook üzərində 2009-cu ildə REAL Hərəkatı quruldu. 2013-cü il prezident seçkilərinə qatılmaq istəyən İlqar Məmmədov İsmayıllıda təşkil olunan mitinqlərə qatıldı. İlqar Məmmədov ictimai asayişi pozma səbəbindən 7 il müddətinə həbs edildi. 7 və 8 aprel 2018-ci il tarixlərində 2 mərhələli şəkildə Real Alternativ Hərəkatı 1-ci təsis Qurultayını keçirərək Real Partiyasını yaratmışdır. Partiyanın seçkili orqanlarına səs vermə yolu ilə 40 nəfər Məclis üzvü, İlqar Məmmədov isə səs çoxluğu ilə partiya sədri seçilmişdir. 2018-ci ilin yay fəslində artıq REAL partiyasının sədri İlqar Məmmədov şərti azadlığa buraxıldı. 2019-cu ildə partiyada qurultaya hazırlıq addımları atıldı, məclis və idarə heyəti buraxıldı.
Senecio parodii
Senecio parodii (lat. Senecio parodii) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid biki növü.
Siyasi partiya
Siyasi partiya — öz namizədlərini siyasi vəzifələrə təyin etmək yolu ilə dövlət siyasətinə təsir etməyə çalışan siyasi təşkilat. Partiyalar etiraz aksiyalarında və seçki kampaniyalarında iştirak edir, müxtəlif maraqlar əsasında, xüsusi məqsədlər üçün ifadə edilmiş ideologiyaları təbliğ edirlər. == Quruluş == Siyasi partiyanın təsis edilməsinə və onun nəzarətinə yardımçı olan könüllü şəxs partiyanın təşkilatçısı adlanır. Bu şəxs eyni zamanda partiya işçisi hesab edilir. Adətən siyasi partiya partiya rəhbəri (lideri), partiya katibi, partiya xəzinədarı və partiya sədri tərəfindən idarə edilir. Partiya lideri partiyanı təmsil edən ən səlahiyyətli üzv və nümayəndədir. Partiya katibi gündəlik işə və partiya yığıncaqlarının hesabatını saxlamağa cavabdehdir. Xəzinədar üzvlük haqqlarına görə məsuliyyət daşıyır. Partiya sədrinin əsas vəzifəsi isə partiya üzvlərini toplamaq və çağırmaq məqsədilə strategiyalar yaratmaqdır. Sədr, həmçinin, partiyanın yığıncaqlarına sədrlik edir.
Yaxşı Partiya
İYİ Partiya (türk. İYİ Parti) — 2017 ci il 25 oktyabrda Meral Akşener tərəfindən qurulan partiyadır. == Tarixi == === Bölünmə === Ümid Özdağ 6 noyabr 2020-ci il tarixində İYİ Partiya İstanbul Şəhər Təşkilatının başçısı Buğra Kavuncu və əmisini FETÖ-çü adlandırmasından sonra partiya rəhbərliyi ilə yaşanan problemlər nəticəsində partiyadan ixrac edilmişdir. 13 yanvar 2021 tarixində Ankara Birinci Əsliyə Hüquq Məhkəməsi ixrac qərarını ləğv etmişdir.. Ümid Özdağ 4 mart 2021 tarixində açıqlama verərək İYİ Partiyadan istefa vermişdir: 2021-ci ildə Özdağ partiya qurma hərəkatına başladı və Ayyıldız Hərəkatını təsis etdi. O, partiyasını 26 avqustda quracağını elan etdi. == Hədəfləri == Partiyanın hədəfi Türkiyəni yenidən parlamentar respublika sisteminə döndərməkdir. == Logosu == Logonun əsas arnamenti türklərin Qayı boyunun emblemindən götürülmüşdür.
Ölməz Partiya
Ölməz partiya (ing. Immortal Game) — 21 iyun 1851-ci ildə Londonda keçirilən ilk beynəlxalq şahmat turniri zamanı baş tutmuş və dövrünün ən güclü şahmatçılarından Adolf Andersenlə Lionel Kizeriski arasında oynanılmış şahmat partiyasıdır. == Oyunun tarixçəsi == Hər iki şahmatçı turnirin favoritlərindən olmaqla yanaşı, həm də ayrı-ayrılıqda "Dünyanın ən güclü şahmatçısı" adını almağa layiq idi, təsadüfi deyil ki, London turnirindəki qələbəsindən sonra çoxları Adolf Anderseni o dövrün ən güclü şahmatçısı olması fikrinə gəlmişdilər. Kizeriski isə həyatının çox hissəsini keçirdiyi Fransada şahmat dərsləri keçir və Avropanın şahmat mərkəzi sayılan və güclü şahmatçıların tez-tez ziyarət etdiyi "Café de la Régence"də saatı 5 frankdan oyunlar oynayırdı. O burada daha az tanınan və zəif olan rəqibinə şanslar yaratdığı halda belə (məsələn vəzirsiz oynamaq kimi) qələbə qazanması ilə məşhur idi. Görüş Londondakı turnir zamanı baş tutsa da, fasilə zamanı oynanılmış qeyri-rəsmi oyun idi. Oyundan təsirlənmiş Kizeriski oyundan dərhal sonra Parisdəki Şahmat Klubuna gedişləri göndərir və bir ay sonra oyun "La Régence" şahmat jurnalında dərc olunur. Oyuna ləqəbi isə 1855-ci ildə avstriyalı şahmat ustası Ernst Falkbeer verib. == Oyunun notasiyası == Ağlar: Adolf Andersen Qaralar: Lionel Kieseritzky Debüt: Fil qambiti 1. e4 e5 2.
İYİ Partiya
İYİ Partiya (türk. İYİ Parti) — 2017 ci il 25 oktyabrda Meral Akşener tərəfindən qurulan partiyadır. == Tarixi == === Bölünmə === Ümid Özdağ 6 noyabr 2020-ci il tarixində İYİ Partiya İstanbul Şəhər Təşkilatının başçısı Buğra Kavuncu və əmisini FETÖ-çü adlandırmasından sonra partiya rəhbərliyi ilə yaşanan problemlər nəticəsində partiyadan ixrac edilmişdir. 13 yanvar 2021 tarixində Ankara Birinci Əsliyə Hüquq Məhkəməsi ixrac qərarını ləğv etmişdir.. Ümid Özdağ 4 mart 2021 tarixində açıqlama verərək İYİ Partiyadan istefa vermişdir: 2021-ci ildə Özdağ partiya qurma hərəkatına başladı və Ayyıldız Hərəkatını təsis etdi. O, partiyasını 26 avqustda quracağını elan etdi. == Hədəfləri == Partiyanın hədəfi Türkiyəni yenidən parlamentar respublika sisteminə döndərməkdir. == Logosu == Logonun əsas arnamenti türklərin Qayı boyunun emblemindən götürülmüşdür.
Şinuy (partiya)
Şinuy (ivr. ‏שִׁינּוּי‏‎) — sionist, dünyəvi və anti-kargüzar sərbəst bazar liberal partiyası və İsraildə siyasi hərəkat idi. Partiya iki dəfə Knessetdə ən böyük üçüncü oldu, lakin hər iki hadisə parçalanma və dağılma ilə nəticələndi; 1977-ci ildə partiya Demokratik Dəyişiklik Hərəkatının tərkib hissəsi olaraq 15 yer qazandı, lakin 1978-ci ildə ittifaq parçalandı və növbəti seçkilərdə Şinuy iki yerə endirildi. 2003-cü ildə partiya təkcə 15 yer qazandı, lakin əksər MK-larının yeni partiyalar qurmağa getməsindən üç il sonra onları itirdi. Partiya 2009-cu ilə qədər Liberal İnternasionalistlərin üzvü idi. 30 ildir İsraildə liberal iqtisadi siyasət və dünyəvi dəyərlərin standart aparıcısı olmasına baxmayaraq, Kadimanın meydana gəlməsi Şinuyu təbii seçki dairəsindən məhrum etdi və 2006-cı ilin yanvar ayında partiya kiçik fraksiyalara parçalandı, heç biri də Knessetə girmək üçün lazım olan 2% həddi keçə bilmədi.
Əkinçi (partiya)
Əkinçi Partiyası — Azərbaycanda sol eserlər partiyası. == Yaranması == Fevral inqilabından (1917) sonra sol eserlər partiyasının müsəlman bölməsi kimi təsis edilmiş, 1918-ci ilin martından isə sol eserlər partiyasının Əkinçi Partiyası kimi fəaliyyət göstərmişdir. Təşkilatın sədri Mir Həsən Vəzirov idi. O, 1918-ci il aprelin 25-də yaradılmış Bakı Xalq Komissarları Sovetində (XKS) torpaq komissarı vəzifəsinə seçilmişdi. == Fəalları == Ruhulla Axundov, Əhməd Əhmədov, Rəhim Hüseynov, Həbib Cəbiyev, Əli Bayramov, Eyyub Xanbudaqov və b. partiyanın fəal üzvləri idilər. Partiya, əsasən, Bakı fəhlələri arasında fəaliyyət göstərir və solçu taktika yürüdürdü. Digər sosialist partiyaları kimi, sol eserlər də, ayrı-ayrı ziyalı qrupları istisna olmaqla, zəhmətkeş azərbaycanlı kütlələri arasında güclü nüfüza malik deyildi. == Fəaliyyəti == Partiyanın fəaliyyətini özündə əks etdirən "Əkinçi" adlı mətbu orqanı nəşr olunurdu. 1920-ci ildə Bakıda kommunistlərə ilk yaxınlaşan və onlarla sıx əməkdaşlıq edən məhz Azərbaycan sol eserləri idi.
AK Partiya
Ədalət və İnkişaf Partiyası (türk. Adalet ve Kalkınma Partisi, qısa AK Parti kimi tanınır) — Türkiyədə mövcud olan siyasi partiya. Partiyanın sədri 21 may 2017-dən bəri Rəcəb Tayyib Ərdoğandır. == Tarixi == Partiya 14 avqust 2001-ci ildə Rəcəb Tayyib Ərdoğan tərəfindən qurulmuşdur. Partiya 2002, 2007 və 2011-ci ildə keçirilən Parlament seçimlərinin qalibi olmuşdur. Rəcəb Tayyib Ərdoğan, Abdulla Gül, Binəli Yıldırım və Bülənt Arınc partiyanın öndə gələn şəxsləridir. 3 noyabr 2002-ci ildə keçirilən Parlament seçimlərində Ədalət və İnkişaf Partiyası 34,29% səslə birinci seçildi. 550 nəfırlik Milli Məclisdə 365 yer qazandı. 22 iyul 2007-ci il Parlament seçimlərində 46,58% səslə Partiya yenə birinci seçildi. 2007 seçimlərində millət vəkili sayı 22 nəfər azaldı.
Ağ Partiya
Ağ Partiya, yaxud rəsmi olaraq Ağ Partiyası və ya qısaca AĞP — Azərbaycanda fəaliyyət göstərən mühafizəkar siyasi partiya.Rəsmi olaraq 2020-ci ilin may ayının 5-də Ağ Partiyası adı ilə qeydiyyata alınan partiya 1993-cü ildə əsası qoyulan Vahid Azərbaycan Partiyasının 2016-cı ildə adının dəyişdirilməsi ilə yaradılmışdır. Partiyanın sədri 2016-cı ildən Tural Abbaslıdır.Partiyanın sədri Tural Abbaslı müxtəlif vaxtlarda verdiyi açıqlamalarda Ağ Partiyasının Türkiyədə fəaliyyət göstərən sağçı və mühafizəkar Ədalət və İnkişaf Partiyası ilə eyni ideoloji xətti tutduğunu bildirmişdir. == Tarixi == === Sələfi === Vahid Azərbaycan Partiyası 1993-cü ildə Kərrar Əbilov tərəfindən yaradılmış və dövlət qeydiyyatına alınmışdır. Partiyanın ilk sədri Kərrar Əbilov olmuşdur. O, 1993-cü il prezident seçkilərində iştirak edib. Kərrar Əbilov 2016-cı ilin yanvarında vəfat etmişdir. === Quruluşu === 27 sentyabr 2014-cü ildə Müsavat Partiyasının VIII Qurultayı keçirilmişdir. Qurultayda başqanlığa 3 namizəd — Arif Hacılı, Qubad İbadoğlu və Tural Abbaslı olmuşdur. Müsavat Gənclər Təşkilatının sədri olan Tural Abbaslı bu seçkidə 19 səs, partiya daxili müxalif qanaddan Qubad İbadoğlu 200 və partiya rəhbərliyinin namizədi Arif Hacılı isə 228 səs almışdır.Qurultaydan sonra Tural Abbaslı 2 il Müsavat Partiyasında faəliyyət göstərmişdir. 2015-ci il parlament seçkilərində 8 nəfər Tural Abbaslı liderliyində Ağ Blok adlı seçki bloku təsis edərək seçkilərə qatılmışdır.
Parfiya dövləti
Parfiya, Arşakilər, Arşaklar, Arşaqlar, Əşqanilər, Əşkanilər (Farsca: اشکانیان Əşkâniyân) (e.ə 247 - b.e 224) — Arşakilər dövləti kimi də adlandırılan Parfiya qədim İran və İraqa böyük mədəni və siyasi təsir göstərmiş İran əsilli dövlətdir. Parni tayfasının rəhbəri I Arşak e.ə 3-cü əsrdə İranın şimal-şərqində Selevki dövlətinə qarşı üsyan qaldırmış Parfiya vilayətini işğal edərək dövlətin əsasını qoymuşdur. I Mitridat (e.ə 171 - 138) isə Selevkilərlə vuruşmalarda Midiya və Mesapotamiyanı işğal edərək dövləti daha da gücləndirir. Ən qüdrətli zamanlarında imperiyanın sərhədləri Şərqi Anadoludan başlayaraq Şərqi İrana qədər geniş bir ərazini əhatə etmişdir. Böyük İpək Yolu üzərində yerləşən Parfiyada ticarət və iqtisadiyyat böyük sürətlə inkişaf edirdi. Parfiya Fars, Ellin və yerli mədəniyyətləri ustalıqla improvizə edərək özünəməxsus mədəniyyət imperiyası formalaşdırır. Quruluşunun ilk dövrlərində Arşakilər idarəçilik sistemlərində yunanları nümunə götürsə də, sonda İran ənənələrini davam etdirən idarəçiliyi mənimsədilər. Arşaki hökmdarları sələfləri Əhəmənilər kimi "Şahlar Şahı" titulunu daşıyırdılar. Öz sələfləri Əhəmənilərin qüvvətli mərkəzi dövlət sistemindən fərqli olaraq isə Arşakilər bir çox yerli hökmdarları vassal kimi qəbul edirdilər. Parfiya hökmdarları öz sərhədlərini genişləndirdikcə ölkənin paytaxtını Nisadan Tiqris çayı sahilindəki Ktesifona köçürdülər.
Partiya siyahısı
Siyasi siyahı, partiya siyahısı və ya seçki siyahısı —adətən proporsional və ya qarışıq seçki sistemlərində, eyni zamanda bəzi çoxluqlu seçki sistemlərində olan seçki üçün namizədlər qrupu. Seçki siyahısı siyasi partiya tərəfindən qeydə alınır və ya müstəqil namizədlər qrupunu təşkil edilir. Siyahılar açıq ola bilər, bu halda seçicilər qalib namizədlərin reytinqinə müəyyən təsir göstərə bilər. Bu həmçinin, qapalı ola bilər ki, bu halda namizədlərin sırası siyahının qeydiyyatı zamanı müəyyən edilir. == Əvəzedici siyahılar == Seçilmiş nümayəndə öz yerini tərk edən zaman proporsional nümayəndəlik siyahı sistemindəki təsadüfi vakansiya adətən yerini tərk etmiş nümayəndənin siyahısında daha seçilməmiş ən yüksək səviyyəli namizəd tərəfindən doldurulur. Şəxsi və ya partiya-strateji səbəblərə görə, bu şəxs yerini aşağı səviyyəli həmkarına verməyi seçə bilər. Əvəzedici siyahılar bəzən tək ötürülə bilən səsli seçki sistemlərində təsadüfi vakant yerləri doldurmaq üçün istifadə olunur. Buna misal olaraq 1984-cü ildən İrlandiyada keçirilən Avropa Parlamentinə seçkiləri göstərmək olar.
Pariya yarımadası
Pariya yarımadası (isp. Paria) — Cənubi Amerikanın şimal-şərqində, Venesuela ərazisində yerləşən yarımada. Karib Andının davamını təşkil edir. Karib dənizi suları ilə əhatələnir. Eyni adlı körfəzi isə şimal hissədən əhatələyir. Trinidad adasından Bokas del Draqon boğazı ilə ayrılır. Uzunluğu 120 km-dir. Şimal hissəsi dağlıq (1254 m), cənubu isə alçaqdır. İqlimi subekvatorialdır. Dağların şimal ətətlərində kserofit bitki və kollar, cənubda meşələr, cənub-qərbdə isə kakao təsərrüfatları yayılmışdır.
50 sentlik partiya
Umaodan (çin. sadə. 五毛党, pinyin: wǔmáodǎng, həmçinin 50 sentlik partiya, ing. 50 Cent Party; və ya 50 sentlik ordu, ing. 50 Cent Army) — ÇXR hökuməti, Çin Kommunist Partiyası və yürüdülən dövlət siyasəti barədə müsbət fikirlər yazan, hökumət tərəfdarı olan çinli bloqerlərə verilmiş qeyri-rəsmi ad. Bu ad çin dilindəki "u mao", yəni 5 szyao (0,5 yuan) sözündən götürülmüşdür. Ehtimal olunur ki, onlar internetdə yazdıqları hər şərhə və yazıya görə məhz bu qədər pul alırlar, amma eyni zamanda, ölkədə bu işi pulsuz icra edən çox sayda könüllü də var. Çində internet istifadəçilərinin ümumi sayı 300 milyondan artıqdır. Bu cür istifadəçilərin isə dəqiq sayı məlum deyil, amma on minlərlə olduğu güman edilir; Britaniyanın The Guardian qəzetinin qiymətləndirməsinə görə isə hətta 280-300 min nəfərə çatır.Umaodanlar çatlarda, bloqlarda və forumlarda fəaliyyət göstərirlər. Ən gərgin mövzular Tayvan və Tibet məsələsi, həmçinin, ölkədəki epidemiyalar, ətraf mühitin çirklənməsi, internetdə senzura və dissidentlərin həbsləridir.