Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gey prayd
Gey prayd (ing. Gay pride; həmçinin gey parad) — cəmiyyətdə LGBT (lezbiyan, gey, biseksual və transgender) mövcudluğunun nümayişi, LGBT-dən olan şəxslərə qarşı tolerant münasibətlərin dəstəklənməsi, insan hüquqlarının qorunması, vətəndaş hüquq bərabərliyi və gender identikliyinin cinsi oriyentasiyasından asılı olmayaraq bütün insanlar üçün bərabər olduğunu bildirmək üçün keçirilən aksiyadır. Onun məqsədi həmçinin şəxsi ləyaqət hissinin qeyd olunması, şəxsiyyət azadlığının təntənəsi, eləcə də LGBT-ictimaiyyətinin birlik və müxtəlifliyinin təzahürüdür. Aksiya ənənəvi olaraq yayda (daha çox iyunda), Stounvoll iğtişaşlarının xatirəsi kimi keçirilir - məhz o zaman minlərlə gey polis repressiyalarına qarşı müqavimət göstərmiş və bu seksual azlıqların vətəndaş hüquqları uğrunda apardıqları mübarizənin (daha çox LGBT-hərəkatı adı ilə tanınır) rəmzinə çevrilmişdir. Amma bəzən o, başqa günlərə də həsr olunur, məsələn, Moskva şəhərində keçirilən gey-prayd zamanı, Rusiyada homoseksuallara tətbiq olunan cinayətin ləğvi ildönümünü qeyd olunur. Gey-praydlar müxtəlif formalarda həyata keçirilir, məsələn - parad, mitinq, yürüş, festival, yarmarka, piknik və sairə. Konkret vəziyyətdən asılı olaraq gey-prayd bayram-karnavalı və ya hüquq müdafiəsi nümayişi xarakteri daşıya bilər. Əslində gey parad (ing. Gay parade) və prayd parad (ing. Pride parade), gey praydın bir hissəsi və ya formalarından biri hesab olunur və tez-tez onun mərkəzi elementinə çevrilir.
Prayd təmizləməsi
Prayd təmizləməsi (ing. Pride's Purge) — İngilis inqilabı zamanı bir hadisədir, bu müddət ərzində polkovnik Tomas Prayd komandanlığı altında parlament ordusunun bir dəstəsi ölkədə kral hakimiyyətinin qorunmasını müdafiə edən presviterian deputatlarını İcmalar palatasından qovdu. Prayd təmizləməsi, mahiyyət etibarı ilə, dövlət çevrilişi idi, nəticədə İngiltərədə hakimiyyət respublikapərəst independentlərə keçdi. 1648-ci ildə kral I Karl əsir düşdü və hərbi əməliyyatlar demək olar ki, dayandırıldı. Uzunmüddətli parlament bərpa edilmiş kralın idarə edə biləcəyi bir sıra şərtlər hazırladı. Levellerlər və ordu, kompromis tapmaq səylərinə və Karlın məhkəməsi tələblərinə etiraz edən ərizələr təqdim etdi, Parlament bunu rədd etdi. Kralın parlamentin tələblərinə verdiyi cavablar Presviterianların ümid etdiyindən çox uzaq oldu. Lakin 5 dekabr 1648-ci ildə onlar məqbul elan edildi (lehinə 129, əleyhinə 83 səs). == Ədəbiyyat == Английская буржуазная революция XVII века. Т. 1.
İzmir prayd-paradı
İzmir prayd-paradı (türk. İzmir Onur Yürüyüşü) – hər il Türkiyənin İzmir şəhərində 2013-cü ildən keçirilən prayd-parad və festival. == Tarixi == İzmir prayd-paradı ilk dəfə 2013-cü ildə keçirilmişdir. 30 iyun 2013-cü ildə LGBT tərəfdarları Alsancak limanında toplaşaraq Kipr şəhidləri küçəsi boyunca yürüş etmiş və "Biz Zeki Mürenin əsgərləriyik", "Biz Freddi Merkyurinin əsgərliriyik" kimi şüarlar səsləndiriblər. Lakin 2019-cu ildə İzmir prayd-paradı İzmir hökuməti tərəfindən qadağan olunmuşdur. İzmir Advokatlığı məhkəməyə müaraciət edərək bu qadağanın qanunsuz olduğunu və ləğv olunmalı olduğunu bildirmişdir. Məhkəmə qadağanı qaldırmaq qərarına gəlmişdir. Bu qərardan sonra İzmir prayd-paradı 22 iyun tarixində yeddinci dəfə təşkil olunmuşdur. Buna baxmayaraq, polislərə parada müdaxilə etmiş və 20-dən çox şəxsi saxlamışdırlar.
Praya
Praya (port. Praia — «çimərlik») — Kabo-Verde ada dövlətinin paytaxtı və ən iri şəhəri. Santyaqu adasında yerləşir. Əhalisi — 113 min nəfər (2005). == Yaranma tarixi == XV əsrin sonunda salınıb. 1770-ci ildə Praya əvvəlki məskəndə su ehtiyatı bitdikdən sonra arxipelaqın mərkəzinə köçürülür. Paytaxt seçimi yerin uğurlu olması ilə bağlı idi. Müstəqillik dovründə şəhər xeyli genişlənmişdir. == İqtisadiyyat == Apeisin, şəkər və kofe ixrac edilir. Dəniz marşrutlarının kəsişdiyi nöqtədə yerləşir.
Ando-Praym
Ando-Praym (ing. Ando Prime) — "Ulduz müharibələri" kainatında uydurma planet. Planet buzdan ibarətdir və pod yarışlarına ev sahibliyi edir. İlk dəfə "Klon müharibələri" nümayiş olunmuşdur. Endor döyüşündən sonra qaçaqmalçılar Han Solo və Çubakka Qalaktik imperiyanın əvvəllər saxladığı cinayət təşkilatları ilə əlaqələrini gücləndirmək cəhdləri haqqında məlumat əldə etmək üçün Ando-Praym və bir neçə başqa planetə səfər etmişdir. Burada olarkən Solo başqa qiyafət geyərək imperiyanın fəaliyyətləri ilə maraqlanmış, lakin heç nə öyrənə bilməmişdir. == İstinadlar == == Xarici keçidlər == Ando Prime — Vukipediya saytında.
Con Prayn
Con Prayn (ing. John Prine; 10 oktyabr 1946 – 7 aprel 2020) — folk ifaçı. == Həyatı == Con Prayn 10 oktyabr 1946-cı ildə ABŞ-də doğulub. Con Prayn ikiqat “Qremmi” mükafatçısıdır. Onun yaradıcılığı Bob Dilan və Brüs Sprinqstin kimi əfsanələrin tərifinə layiq görülüb. Müğənni martın sonunda koronavirusa yoluxduğundan xəstəxanaya yerləşdirilmişdi. Koronavirus diaqnozu onun həyat yoldaşı, həmçinin menecerində də aşkarlanmışdır. Con Prayn 7 aprel 2020-ci ildə Neşvilldə koronavirus xəstəliyindən vəfat etmişdir.
Optimus Praym
Optimus Praym (ing. Optimus Prime) — Transformers dünyasında insanyönümlü olan avtobotların lideri. Transformers dünyasında pis tərəf olan deseptikonlarla olan müharibədə məhv olan Sibertrondan sonra mübarizə dünyaya daşınmışdır. Optimus Praym burada da lider olaraq qalmaqdadır.
Prays qanunu
Derek de Solla Prays — bibliometrik istinadların strukturu elmi-tədqiqat cəbhəsini xarakterizə edir. 1965-ci ildə elmin tarixçisinə çevrilən fizik Derek de Solla Praysməqalələr arasındakı istinadların strukturunu təqdim edən "Elmi məqalələrin şəbəkəsi" adlı nüfuzlu məqaləsini nəşr etdirmişdir. Bu məqalədə, məqalələr istinadlar vasitəsilə bir-biri ilə əlaqələndirilən şəbəkənin düyünləri kimi təsvir olunur. D. J. Prays bu şəbəkənin heyranedici xüsusiyyətlərini meydana çıxarmışdır. O, çoxlu sayda məqalələrin istinadlar siyahısını aşkarladıqdan sonra göstərmişdir ki, k dəfə istinad alan məqalələrin sayı pk, k artdiqca Pareto paylanması və ya qüvvət qanunauyğunluğuna əsasən azalır. == Həmçinin bax == Bibliometriya == Ədəbiyyat == Rasim Əliquliyev. Nigar İsmayılova. Bibliometriya: Müasir vəziyyəti, problemləri və inkişaf perspektivləri, 2015, 78 s.
Kapitan Prays
Kapitan Prays (ing. Captain Price)— Call of Duty video oyun seriyasının personajıdır. Call of Duty və Call of Duty 2 oyunlarında Kapitan Prays köməkçi personaj kimi cıxış edir. Onun 45 yaşı var və ingilisdir. Özünü ifadə edən ən fərqləndirici xüsusiyyət onun peçenye toz bığları və siqarlara olan düşkünlüyüdür. Onun güclü intiqam hissi var. Düşmənlərinə qarşı çox qəddardır. O, əsgərləri Gaz, Soap və Yuriyə çox bağlıdır. == Görünmələr == Call of Duty və Call of Duty 2 oyunlarında Kapitan Prays 1941-ci ildə yaradılan Xüsusi Hava Xidmətinin üzvü kimi daha sonra Qərbi Avropada Şimali Afrika kampaniyası da daxil olmaqla II Dünya Müharibəsi cəbhələrində İngilis əsgəri kimi çıxış edib. Call of Duty-nin son missiyalarından birində, tirpitz döyüş gəmisinə sızarkən ölür.
Maykl Prays
Maykl Prays (XX əsr, İngiltərə Price studied music at school,) — ingilis bəstəkar və pianoçu . Özünü bəstəkar kimi tanıtmazdan əvvəl o, televiziya və film musiqisi sahəsində prodüser, aranjimançı və musiqi redaktoru kimi bir sıra rolları yerinə yetirib, onların çoxunda məşhur film musiqisi bəstəkarı Maykl Keymenl' birlikdə işləmişdir.
Prad-Salar
Prad-Salar (fr. Prades-Salars, oks. Pradas de Salars) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Pon-de-Salar kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12188. Kommuna təxminən Parisdən 520 km cənubda, Tuluza şəhərindən 130 km şimal-şərqdə, Rodezdən isə 20 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 283 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 168 nəfər arasında (15-64 yaş) 120 nəfər iqtisadi fəal, 48 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 71.4%, 1999-cu ildə bu 69.6%).
Prad (rayon)
Prad (fr. Prades) — Fransanın Langedok-Russilyon regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Aryej. Suprefektura — Şərqi Pireney. Rayon əhalisi 2006-cı ildə 42 286 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 23 nəf / km². Rayon sahəsi — 1845 km².
Praya-du-Abriko
Praya-du-Abriko (port. Praia do Abricó) — Rio-de-Janeyro şəhərinin qərb hissəsində yerləşən çimərlik. Çimərlik naturizm tərəfdarlarını özünə cəlb edir. Rəsmən Braziliya Naturizm Federasiyası ilə bağlıdır (FBrN). == Tarixi == Çimərlik yerli əhali tərəfindən artıq 1940-cı ildən naturizm çimərliyi kimi istifadə edilir. 1950-ci ildə çimərliyi braziliyalı rəqqas, feminist və naturist Luz del Fueqo ziyarət etmişdir. 1972-ci ildə burada Avenida Estado-da-Quanabara yolu çimərliyə girişi asanlaşdırmışdır. 1992-ci ildən rayonun ətraf mühitin qoruma rəyisi icra başçısına naturizm çimərliyinin ləğv edilməsi məqsədi ilə qanun qəbul edilməsini təklif edir. Qanun 1994-cü ildə qəbul edilir. Bununla belə naturizm praktikası tam ləğv edilə bilinməmişdur.
Praya-du-Diabu
Praya-du-Diabu (port. Praia do Diabo) — Rio-de-Janeyroda yerləşən elə də böyük olmayan çimərlik. Praya-du-Diabu Arpoador (port. Arpoador) və Kopakabana çimərlikləri arasında yerləşir. Ətrafları palma ağacları ilə örtülmüşdür.
Prad-d’Obrak
Prad-d’Obrak (fr. Prades-d'Aubrac, oks. Pradas d'Aubrac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Sen-Jenye-d’Olt kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12187. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 160 km şimal-şərqdə, Rodezdən isə 36 km şimal-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 419 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 248 əmək qabiliyyətli insan (15-64 yaş) arasında 169 nəfər iqtisadi cəhətdən fəal, 79 nəfər hərəkətsiz (fəaliyyət göstərici 68.1%, 1999-cu ildə 67.7%) idi.
Bend Over and Pray the Lord
Bend Over and Pray the Lord — Lordi studiya albomu.
Orand
Orand — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Lerik rayonunun Orand kəndi Pirəsora kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Orand kənd inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == Mənbələrin məlumatına görə, XIX əsrdə Lənkəran qəzasında maldarlıqla məşğul olmuş orandlar 3 qoldan ibarət idilər. Onlar qışı Muğanda, yazı isə Talış dağlarında keçirirdilər. Orandların birinci qolu Ləzran, ikinci qolu Orand, üçüncü qolu isə Nuravud kəndlərini salmışdılar. Etnotoponimdir. == Tarixi == Talışların tayfalarından biri olan Orand tayfası tərəfindən salınmış rayondur. Bir qolu sürgün zamanı Cəlilabad rayonu Zərbəli kəndində məskən salmışdır == Coğrafiyası və iqlimi == Kənd Bilnəçayın sahilində, Peştəsər silsiləsinin yamacında yerləşir. == Əhalisi == Əhalisi 1534 nəfərdir.
Parad
Parad, marş və ya rejə — bir küçə və ya yol boyunca, çox zaman kostyumlu birlikdə bir qrup insanların təşkil olunmuş izdihamıdır. Bəzən piyada gedişə keçən dəstələr və böyük balonları ilə müşayiət olunur. Paradların səbəbləri genişdir, lakin adətən bir növ şadlıq üçün keçirilir.
Payde
Paide (Paide), keçmiş Vaissenştayn (alm. Weißenstein‎ — Ağ daş) — Estoniyanın mərkəzində şəhər, Yarvamaa bölgəsinin inzibati mərkəzi. Soyuq müharibə zamanı, burada Koigi sovet aviabazası yerləşirdi. Şəhərdə eyniadlı Livon ordeni tərəfindən tikilmiş qəsr ucalır. == Qardaşlaşmış şəhərlər == Paide 8 şəhərlə qardaşlaşıb: Almaniya Annaberg-Buchholz İsveç Håbo Finlandiya Hamina Çexiya Havirjov Litva Majeykyay Ukrayna Pereyaslav Latviya Saldus ABŞ Vestminster (Merilend) == Etimologiya == Paydenin alman adı Weissenstein (əslində aşağı alman dilində Wittenstein və ya Wittensten) "ağ daş" deməkdir. Bu ad Payde qalasının inşasında istifadə olunan əhəng daşından götürülmüşdür. Latın tərcüməsi Albus Lapis də istifadə edilmişdir. Estoniya adı Payde ilk dəfə 1564 -cü ildə Payda olaraq qeyd edildi və paas, pae "kireçtaşı" sözündən yarandığı düşünülür. == Görməli yerlər == Livoniya Ordeninin ustası Konrad von Mandernin əmri ilə Paide şəhərində 1265 və ya 1266 -cı illərdə bir qala tikilmişdi. Əvvəldən yerli Tall Hermann qülləsi və ya Vallitorn olaraq bilinən mərkəzi qüllənin ətrafında inşa edilmişdir.
Prada
Prada — İtalyan geyim brendi. 1913-cü ildə Mario Prada tərəfindən yaradılmış geyim brendidir. Mərkəzi qərargahı Milan şəhərindədir. == Tarixi == Şirkət 1913-cü ildə Mario Prada və onun qardaşı Martino tərəfindən İtaliyanın Milan şəhərində yaradılıb. Mario Prada qadınların biznesdə rolunun olması lazım olduğuna inanmırdı və buna görə də qadın ailə üzvlərinin onun şirkətinə daxil olmasına mane olurdu. Qəribədir ki, Marionun oğlunun bu işə marağı yox idi, ona görə də Marionun yerinə gələn və təxminən iyirmi il Pradaya rəhbərlik edən Marionun qızı Luisa idi. Həmçinin Luizanın qızı Miuccia Prada 1970-ci ildə şirkətə qoşuldu Miuccia şirkəti 1978-ci ildə miras aldı və Bertelli ilə yanaşı biznes meneceri kimi Miuccia şirkətin dizaynlarında öz yaradıcılığı ilə fərqlənirdi. O, 1979-cu ildə ilk kürək çantalarını dizayn etdi və satışı baş tutdu. Onlar babasının buxar gəmisi üçün örtük kimi istifadə etdiyi sərt hərbi təyinatlı qara neylondan hazırlanmışdı. İlkin uğur dərhal olmadı, çünki reklamın olmaması və yüksək qiymətlərə görə onları satmaq çətin idi .
Prana
Prana (Skt. प्राण prāṇa — "nəfəs" və ya "həyat") — yogada, ənənəvi hind tibbində ezoterik — həyati enerji, həyat anlayışı. Yoqada, prana, gözlərə görünməməsinə baxmayaraq, bütün kainatı əhatə etdiyinə inanılır. Yoqilər inanırlar ki, prana, nadi adlanan ən kiçik kanallar sistemi vasitəsilə bir insanın (və ya heyvanın) pranik bədənini hər nəfəsi ilə doldurur ; Kşurika Upanishad və Hatha Yoqa Pradipika 72 min nadi olduğunu bildirir; Prapanchasara Tantra və Goraksha-Paddhati — 300 min; Shiva-samhita — 350 min nadi olduğunu bildirir. Bir-birinə qarışan nadilər çox sayda enerji mərkəzini — çakraları meydana gətirir. On əsas nadi var və bunlardan üçü xüsusi ilə vacib hesab olunur: ida, pinqala və suşumna. Bu üç kanal (nadi), yoqalara görə, birbaşa onurğa boyunca yerləşir və insan həyatında mühüm rol oynayır. Eyni zamanda altı əsas çakraları (muladhara-dan ajna-ya qədə) birləşdirirlər. Qeyd edək ki, Suşumna muladhara-dan sahasrara qədər keçir və kundalini atəşi üçün bir kanaldır. Tibet tibbində eyni anda iki anlayışdan istifadə olunur — həm prana, həm də çi.
Prank
Prnak (ing. prank — şuluqluq, dəcəllik; zarafat) — telefon xuliqanlığı, telefon zarafatı. Pranklar kimsə başqa adamın adından zəng edirlər. Provokasiya ilə qarşı tərəfdən maraq doğuracaq cavab almağa çalışırlar. == İstinadlar == == Mənbə == Пранк — розыгрыш или хулиганство?
Praqa
Praqa (çex. Praha, ing. Prague) — Çex Respublikasının paytaxtı. 31 dekabr 2007-ci il məlumatına əsasən əhalisi 1.212.097 nəfər (meqapolisdə 2.300.000 nəfər), sahəsi 496 km²-dir. Praqa zəngin tarixə və Roma, Qotika, İntibah və Barokko memarlıqlarına malikdir.Mərkəzi Avropanın siyasi, mədəni və iqtisadi mərkəzidir.Praqa, Bohemiya Krallığının paytaxtı və bir neçə Roma İmperatorlarının, xüsusən də IV Karlın (1346-1378-ci illər) iqamətgahı olmuşdur. Praqa, Habsburq monarxiyası və Avstriya-Macarıstan İmperiyası üçün əhəmiyyətli bir şəhər idi.Şəhər Bohemiya və Protestant İslahatlarında, Otuz İllik Müharibədə və 20-ci əsr tarixində Dünya Müharibələri ilə müharibədən sonrakı kommunist dövrü arasında Çexoslovakiyanın paytaxtı kimi böyük rol oynamışdır. Praqada bir çox tanınmış mədəni abidələr var, onların bir çoxu 20-ci əsr Avropasının təcavüz və dağıntılarından sağ çıxıb. Əsas görməli yerlərə Praqa qalası,Karl körpüsü, Praqa astronomik saatı olan Köhnə Şəhər Meydanı, Yəhudi Məhəlləsi, Petrin təpəsi və Vişehrad daxildir. 1992-ci ildən Praqanın tarixi mərkəzi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Şəhərdə çoxsaylı teatrlar, qalereyalar, kinoteatrlar və digər tarixi eksponatlar ilə yanaşı ondan çox böyük muzey var.
Prato
Prato — İtaliyanın Toskana regionunda şəhər. Prato şəhəri Florensiyanın 20 km şimalında yerləşmişdir. 187 000 əhalisi var.
Pravda
Pravda (qəzet) — qəzet. Pravda (jurnal) — Pravda — 3 iyul 1998-ci ildə adı dəyişdirilərək Qılıncbəyli adlandırılmış kənd.
Aechmea prava
Aechmea prava (lat. Aechmea prava) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin exmeya cinsinə aid bitki növü.