Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
President.az
president.az — Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Saytın hal-hazırkı versiyası 2007-ci ilin sentyabr ayında hazırlanmışdır. Sayt 1998-ci ilin may ayında qeydiyyata alınsa da, 2007-ci ilin oktyabrından etibarən KİV nümayəndələri üçün prezidentin fəaliyyəti ilə bağlı məlumatlar və fotoşəkillər, 2010-cu ilin iyul ayından etibarən isə gündəlik yenilənməklə fəaliyyət göstərir. Saytda dövlət başçısının fəaliyyətini əks etdirən materiallar, o cümlədən görüşlər, səfərlər, qəbullar, çıxışlar, mətbuat konfransları, müsahibələr, habelə göndərilmiş və qəbul edilmiş məktublar, imzalanmış fərmanlar, sərəncamlar, müraciətlər, bəyannamələr, bəyanatlar, qanunlar və digər sənədlər yerləşdirilir. Həmçinin, saytın hər bir istifadəçisi Azərbaycan Respublikasının Prezidentinə məktub göndərmək, təklif və arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə müraciət etmək imkanına malikdir. Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidentinin Mətbuat Katibinin xidməti və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsi tərəfindən həyata keçirilir. President.az saytının iOS və Android əməliyyat sistemləri üçün mobil tətbiqləri yaradılmışdır. Bu tətbiqlər saytdakı xəbərləri birbaşa telefondan və planşetdən oxumağa imkan verir. iPhone və iPad qurğuları üçün tətbiqləri "iTunes"dan, Android əməliyyat sistemi ilə işləyən mobil telefonlar və planşet qurğuları üçün isə "Google Play"dən endirmək mümkündür.
Rəşidə Rəşid
Rəşidə Rəşid (tam adı: Rəşidə Rəşid qızı Behbudova) — Azərbaycan opera müğənnisi. Müğənni Rəşid Behbudov və Ceyran Behbudovanın qızıdır. Azərbaycan Respublikasının Əməkdar artisti. Space TV'nin sabiq rəhbəri Kamil Şahverdiyevin həyat yoldaşıdır.
Rəşidə Behbudova
Rəşidə Rəşid (tam adı: Rəşidə Rəşid qızı Behbudova) — Azərbaycan opera müğənnisi. Müğənni Rəşid Behbudov və Ceyran Behbudovanın qızıdır. Azərbaycan Respublikasının Əməkdar artisti. Space TV'nin sabiq rəhbəri Kamil Şahverdiyevin həyat yoldaşıdır.
Rəşidə Cons
Rəşidə Cons(ing. Rashida Jones; 25 fevral 1976, Los-Anceles, Kaliforniya) — ABŞ aktrisası. Amerikanın 16 şəhərində "On the Run" adlı konsert turnesinə hazırlaşan Cey-Zi və Beyonse birgə filmə çəkiliblər. "Run" — cütlüyün turnesinə dəstək filmidir. XXI əsrin Bonni və Klaydı kimi görünən ifaçılarla birgə videoda Çon Penn, Ceyk Cillenhol, Bleyk Layvli, Emmi Rossam, Don Çidl, Gilyermo Dias, o cümlədən Kidada və Rəşidə Cons bacıları görünüblər.
Rəşidə Dati
Rəşidə Dati (Fransızca tələffüz: [ʁaʃida dati]; 27 noyabr 1965[…], Sen-Remi[d], Sona və Luara, Fransa) — 2007–2009-cu illərdə prezident Nikola Sarkozinin dövründə ədliyyə naziri vəzifəsində çalışmış fransız siyasətçi. Fransa hökumətindəki ilk ərəb qadındır. O, Respublikaçıların (LR) üzvü, eyni zamanda 2009–2019-cu illərdə İle-de-Fransı təmsil edən Avropa Parlamentinin (MEP) üzvü kimi fəaliyyət göstərmişdir. Dati 2007-ci il prezidentlik kampaniyası zamanı Sarkozinin sözçüsü olub. Qələbədən sonra Sarkozi onu hökumətə təyin etdi. Dati 2007-ci il prezidentlik kampaniyası zamanı Sarkozinin sözçüsü olub. Qələbədən sonra Sarkozi onu hökumətə gətirib. 2008-ci ildə o, Parisin 7-ci dairəsinin meri seçilib və eyni zamanda Paris Şurasının üzvü olub.
Aresid
Aresid (lat. Arecidae) — birləpəlilər kladına aid bitki yarımsinfi.
II Presian
II Presian — Birinci Bulqar dövlətinin XXVII imperatoru və son hökmdarı. İvan Vladislavın ən böyük oğlu olub Bulqarların azadlıq mücadiləsinə rəhbərlik etmişdir. 1018-ci ildə Tomorr dağında bir neçə ay qardaşları Aaron və Alusianla birlikdə mübarizə aparan çar sonda təslim olmağa məcbur oldu və Bizans hakimiyyətində yaşamağa başladı. Presian magistros rütbəsi verilərək saray əyanına çevrilmişdi. 1020-ci illərdə VIII Konstantinə qarşı saray çevrilişi etməyə cəhd etmiş və sürgün olunmuşdu. 1029-cu ildə III Romanın hakimiyyəti zamanı yenidən saraya qayıdan Presian imperatorun qızı ilə evlənib taxtı ələ keçirməyə cəhd etdi. Lakin planın üstü açıldı və Presian 1030-cu ildə kor edilərək yenidən sürgünə göndərildi. 1060-cı ilə aid qəbri Slovakiyada tapılmışdır. Onun məğlubiyyəti ilə Birinci Bulqar dövlətinə rəsmən son qoyulmuş oldu.
I Presian
Presian xan (bolq. Кан Пресиян; bilinmir, Bolqarıstan – 852) — Bulqar xanı (836–852). Presian xan övladsız, cavan yaşında ölən Malamir xanın qardaşı Zvinitsanın oğlu idi. Kiçik olduğu üçün dövləti kovxan İsbul idarə edirdi. İmperator Feofilə qarşı 837-ci ildə Saloniki şəhərində üsyan başlamışdı. Xana kömək üçün müraciət edən imperator eyni zamanda gizli-gizli xanlıqdan əsir yunanları qaytarmağa başlamışdı. Buna qəzəblənən kovxan, hücuma keçərək Salonikinin özünü ələ keçirmişdi. Feofil serb knyazı Vlastimirin vassallığını tanıyaraq bulqarlar üçün yeni təhlükə mənbəyi yaratmağı planlaşdırırdı. 3 il çəkən Serb-Bulqar müharibələri imperatorun ölümü bitdi. Presian 852-ci ildə vəfat etdi.
Presian yazısı
Presian yazısı — Yunanıstanın Filippi antik şəhərində tapılmış, I Presian xan tərəfindən qoydurulan abidə. İmperator Feofilə qarşı 837-ci ildə Saloniki şəhərində üsyan başlamışdı. Xana kömək üçün müraciət edən imperator eyni zamanda gizli-gizli xanlıqdan əsir yunanları qaytarmağa başlamışdı. Buna qəzəblənən kovxan, hücuma keçərək Salonikinin özünü ələ keçirmişdi. Presian yazısı bu dövrdə xan tərəfindən qoydurulmuşdur. Orijinal mətn: Το]ν πολων Βου(λ)γα-ρον [ο] εκ θεου αρχον ο Π-ερσιανος απεστιλενΙ[σ]βουλον τον καυχανον δοσας αθτον φοσα- τα κ(ε) τοω ητξιργου βοιλ-αν κ(ε) τον κανα βοιλα κολοβρον κ(ε) ο καυχανοσεπι τουσ Σμολεανους ο-ν......Η [τησ] την αληθηναν γ-υρευη, ο θ(εος) θεορι.κ(ε), η τησ ψ-ευδετε, ο θ(εος) θεορι. ΤουσΧριστηανους οι βουλγαρι-σ πολα αγαθα επυισα[ν] κ(ε) οι Χριστηανοι ελησμον-ησαν, αλλα ο θ(εο)ς θεορι. Tərcümə: Bir çox bulqarların hökmdarı, Tanrı tərəfindən qoyulmuş Presian, kovxan İsbula ordular verərək, içirqu-boyul və xanboyul kolobronu Smolyanlara qarşı göndərdi...Əgər kimsə gerçəyi axtarırsa Tanrı baxır. Əgər kimsə yalan deyirsə, Tanrı baxır.
Prestige Mbunqou
Vielje Prestige Mbunqou (10 iyul 2000-ci ildə anadan olub) — Konqo Premyer Liqa təmsilçilərindən olan CARA Brazzavil klubunda və Konqo milli futbol komandasında hücumçu kimi çıxış edən peşəkar Konqo futbolçusudur. Mbunqou Konqo milli futbol komandasında debütünü 11 yanvar 2017-ci ildə Seneqal millisinə qarşı oyunda etmişdir. O, 58-ci dəqiqədə Kessel Tsibanı əvəz etmişdir. Yoldaşlıq oyununda Konqo rəqibinə 2-0 hesabı ilə məğlub olmuşdur.
The Prestige
Prestij — Rejissorluğunu Kristofer Nolanın etdiyi 2006 ili Amerika, İngiltərə ortaq istehsalı film. IMDb saytında 200000-dən çox insanın xalları ilə 10 üzərindən 8,4 bal almış və ən yaxşı filmlər arasına girmişdir. Əvvələr birlikdə işləyən iki sehirbazın daha sonra rəqabətə və hətta düşmənliyə çevrilən hekayəsini izah edildiyi filmin mövzusu Viktoriya dövrü olaraq da tanınan zaman hissəsində keçir. Baş rollarında; Hyu Cekman, Kristian Beyl, Maykl Keyn, Skarlet Yohansson, Devid Bouinin yer aldıqları film iki sahədə 79-cu Oskar mükafatına namizəd görülmüş lakin mükafat ala bilməmişdir.
Leyk-Plesid
Leyk-Plesid — Nyu-York ştatında yerləşən ABŞ şəhəri
I Presian xan
Presian xan (bolq. Кан Пресиян; bilinmir, Bolqarıstan – 852) — Bulqar xanı (836–852). Presian xan övladsız, cavan yaşında ölən Malamir xanın qardaşı Zvinitsanın oğlu idi. Kiçik olduğu üçün dövləti kovxan İsbul idarə edirdi. İmperator Feofilə qarşı 837-ci ildə Saloniki şəhərində üsyan başlamışdı. Xana kömək üçün müraciət edən imperator eyni zamanda gizli-gizli xanlıqdan əsir yunanları qaytarmağa başlamışdı. Buna qəzəblənən kovxan, hücuma keçərək Salonikinin özünü ələ keçirmişdi. Feofil serb knyazı Vlastimirin vassallığını tanıyaraq bulqarlar üçün yeni təhlükə mənbəyi yaratmağı planlaşdırırdı. 3 il çəkən Serb-Bulqar müharibələri imperatorun ölümü bitdi. Presian 852-ci ildə vəfat etdi.
Moon Pride
Moon Pride (və ya MOON PRIDE) — 30 iyul 2014-cü ildə yayımlanan, Yaponiyanın Momoiro Clover Z qız musiqi qrupunun 12-ci sinqlı. Sinqlda 2014-cü ildən göstərilməyə başlanılan "Sailor Moon Crystal" cizgi serialının mövzu musiqiləri yer almışdır. ("Moon Pride" açılış mahnısı, "Gekko" bağlanış mahnısıdır.) "Moon Pride" Sound Horizon orkestrından Revo tərəfindən yazılmış, bəstələnmiş və hazırlanmışdır. Qitara soloları ABŞ rok musiqiçisi Marti Fridman tərəfindən ifa edilmişdir. Sinqlın yayınlanmış 2 versiyası mövcuddur: "Sailor Moon Edition" və "Momoclo Edition". "Sailor Moon Edition"-nun Blu-ray diski və musiqili videosu mövcuddur. "Momoclo Edition"-nun sadəcə CD formatı mövcuddur, bununla əlavə "Seylor Mun R: Film" filmindən "Moon Revenge" mahnısı əlavə olunmuşdur. Musiqili video Yasuşi Uemura tərəfindən hazırlanmış, "Sailor Moon Crystal" cizgi serialının direktoru Munehisa Sakai tərəfindən nəzarət edilmiş və Toei Animation tərəfindən canlandırılmışdır. Musiqili videoda "Sailor Moon Crystal" cizgi serialından səhnələr var. Videoda 3 Seylor döyüşçüsünün çevrilməsinə yer verilmişdi: Seylor Mars, Seylor Venera və Seylor Yupiter.
Pride FC
Pride FC və ya Pride Fighting Championships — Qürur Mübarizə Çempinatı kimi tərcümə olunan bu yarış çempionatı 1997-ci ildə profsional güləşçi və döyüşçü Nobuhiko Takada təşəbbüsü ilə Yaponiyanın Tokio şəhərində keçirilməyə başlamışdır. Sonralar Amerikanın UFC çempionatı ilə birləşdirilərək qaydasız döyüşlərin keçirilməsinə şərait tərəfdaşlıq etmişdir. Bundan başqa K-1 döyüşlərinində Yaponiyada keçirilməsinə köməklik göstərir. Yarışın ilk çempionlarından Mark Coleman, Vanderleyi Silva, Fyodor Yemelyanenko, Dan Henderson,Takanori Gomi, Mirko Filipoviç, göstərmək olar.
Agence France-Presse
Agence France-Presse (AFP) mərkəzi Fransanın, Paris şəhərində olan beynəlxalq bir xəbər agentliyidir. 1835-ci ildə Havas olaraq qurulmuş, dünyanın ən qədim xəbər agentliyidir. AFP-nin Lefkoşa, Montevideo, Hong Kong və Washingtonda regional mərkəzi, dünyanın 151 ölkəsində və 201 məntəqəsində xəbər büroları mövcuddur. AFP hekayələri, videoları, fotoları və qrafikləri fransız, ingilis, ərəb, portuqal, ispan və alman dillərində paylaşır.
Pride Fighting Championships
Pride FC və ya Pride Fighting Championships — Qürur Mübarizə Çempinatı kimi tərcümə olunan bu yarış çempionatı 1997-ci ildə profsional güləşçi və döyüşçü Nobuhiko Takada təşəbbüsü ilə Yaponiyanın Tokio şəhərində keçirilməyə başlamışdır. Sonralar Amerikanın UFC çempionatı ilə birləşdirilərək qaydasız döyüşlərin keçirilməsinə şərait tərəfdaşlıq etmişdir. Bundan başqa K-1 döyüşlərinində Yaponiyada keçirilməsinə köməklik göstərir. Yarışın ilk çempionlarından Mark Coleman, Vanderleyi Silva, Fyodor Yemelyanenko, Dan Henderson,Takanori Gomi, Mirko Filipoviç, göstərmək olar.
Qəsidə
Qəsidə — Böyük bir şəxsi və ya tarixi bir hadisəni mədh və tərif edən, adətən təntənəli, uzun lirik şeir. Qəzəldən həcmcə böyük, on beş beytdən otuz-qırx beytədək olur. Qəsidələr ilk dəfə ərəb şeirində yaranmış, farsdilli poeziyada daha yüksək yer tutmuşdur. Gəh tərzi-qəsidə eylərəm saz; Şəhbazım olub büləndpərvaz. Füzuli. [Xaqani:] Yazsaydım qəsidə əgər hər zaman; Şərqə tanınmazdı sevimli Şirvan. M.Rahim. Bazarda qəsidə oxuya-oxuya bir dərviş və yanında bir adam gəldi. Ə.Abasov. // Tərifnamə.
Fate/stay night: Heaven's Feel I. presage flower
Fate/stay night: Heaven's Feel I. presage flower (azərb. Tale/gecə mübarizəsi: Cənnət hissi I. nişanə çiçəyi‎) – Ufotable studiyası tərəfindən Tomonori Sudonun rejissorluğu və Akira Hiyamanın ssenaristliyi ilə 2017-ci ildə istehsal olunmuş fentezi anime filmi. "Fate/stay night" vizual romanının üçüncü və sonuncu hekayəsindən bəhs edən "Heaven's Feel" film trilogiyasının birinci filmidir. Əvvəlki hekayələrdə olduğu kimi bu hekayədə də baş qəhrəman Şiro Emiya şəhərini qorumaq üçün Müqəddəs qədəh döyüşünə qatılır. Lakin bu dəfə Şiro sadəcə sehrbaz və xidmətçilərlə yox, iştirakçıları öldürən müəmmalı kölgə ilə də qarşılaşır. Filmin Yaponiyada premyerası 13 oktyabr 2017-ci ildə baş tutmuşdur. Film tənqidçilərin müsbət rəylərini almış və uğurlu olmuşdur. Davam filmi "Fate/stay night: Heaven's Feel II. lost butterfly" 12 yanvar 2019-cu ildə buraxılmışdır. Zədəyə görə məktəbin oxçuluq klubunu buraxan Şiro Emiya aşağı sinifdə oxuyan və evini tez-tez ziyarət edən Sakura Mato ilə dostlaşır. Bir gecə Şiro iki qədim döyüşçünün döyüşünə şahidlik edir və aralarındanizə ustası olan döyüşçü ona hücum edərkən Seyber adlı və qılınc ustası tərəfindən xilas edilir.
Rəşid
Rəşid — Azərbaycanda daha çox işlədilən kişi adı. Rəşid Nurqaliyev — Rusiya Federasiyasının Daxili İşlər naziri, qoşun generalı. Rəşid Səməndər — aktyor. Rəşid Behbudov — Azərbaycan müğənnisi, SSRİ Xalq Artisti.
Rəbbi Rəşidi
Rəbbi Rəşidi — Təbrizdə yerləşən tarixi bina. Bina qədim zamanlar universitet idi.
Rəşidi xilafəti
Rəşidi Xilafəti - İslam tarixində ilk 4 xəlifə – "Doğru idarə edilən" və yaxud "Rəşid xəlifələr" dövrünü əhatə edən müştərək bir termindir və Məhəmməd peyğəmbərin ölümündən sonra, 632-ci ildə əsası qoyulmuşdur (Hicri təqvimi ilə 11-ci il). Dövrünün zirvəsində, Xilafət şimalda Ərəbistan yarımadası və Levantdan Qafqaza qədər, qərbdə Misirdən indiki Tunis ərazisinə, şərqdə isə İran yaylağından Mərkəzi Asiyaya qədər uzanan geniş bir imperiyanı əhatə edirdi. Bu cəhətdən, Xilafət öz torpaq sahəsi ilə tarixin bu günə qədərki ən böyük imperiyası idi. 632-ci ildə, Məhəmməd Peyğəmbərin vəfatından sonra, ailəsinin başı onun dəfn mərasiminə qarışdığı bir zamanda, Mədinə ənsarları müsəlmanları idarə etmək üçün peyğəmbərin yerinə kimin ķeçəcəyini müzakirə ətdilər. Ömər və Əbu Übeydə ibn əl-Cərrah Əbu-Bəkrə öz sədaqətlərini vəd etdilər. Beləliklə, Əbu-Bəkr əs-Siddiq ilk "Xəlifə-i Resul-il-Lah" — "Allahın Rəsulu"nun davamçısı və ya xəlifə oldu və İslamın təbliği uğrunda mübarizəyə başladı. Əbu-Bəkr başlıca olaraq, Məhəmmədə sədaqət vəd etmələrinə baxmayaraq, ona heç nə borclu olmadıqlarını iddia edən ərəb qəbilələrini tabe etməli olacaqdı. Bir xəlifə olaraq Əbu-Bəkr hökmdar deyildi və nə o, nə də onun 3 xələfi belə bir titul tələb etmirdi. Daha dəqiq desək, onların seçilməsi və hökmranlığı bacarığa əsaslanırdı. Xüsusilə, sünnəyə əsasən, xəlifələrin dördü də evlilik vasitəsilə Məhəmməd peyğəmbərə bağlanmışdı.
Süleyman Rəşidi
Süleyman Rəşidi (Süleyman Həsən oğlu Əliyev; 25 may 1927 – 21 fevral 2003) — Azərbaycan dramaturqu. Süleyman Rəşidi 1927-ci ildə mayın 25-də Naxçıvan şəhərində anadan olmuşdur. Uşaqlıq illəri doğma Naxçıvan şəhərində keçmişdir. Təhsilini davam etdirmək ücün 1951-ci ildə Bakı şəhərinə köçmüş və həmin ildə orada Azərbaycan Politexnik İnstitununa daxil olmuşdur. 1956-cı ildə institutu bitirərək mühəndis ixtisası üzrə uzun illər çalışmışdır. Süleyman Rəşidinin yaradıcılığı ömrünün uzun illərini əhatə edir. Öz yazıçılıq fəaliyyətini mühəndis sənətinə paralel qoyaraq, uzun illər bu iki bir-birindən fərqli peşələri uğurla davam etdirmişdir. Buna görə Süleyman Rəşidi sənət dairələrində mühəndis-dramaturq kimi tanınıb. Süleyman Rəşidi yaradıcılığına demək olar ki, gənc yaşlarından başlamışdır. Üç qardaşı və bir bacısı olan gəncin uşaqlığı Böyük Vətən müharibəsi illərinə təsadüf edib.
Mişari Rəşid
Mişari bin Rəşid Al-Afasi (ing. Mishary bin Rashid Al-Afasy, ərəb. مشاري بن راشد العفاسي‎; 5 sentyabr 1976, Küveyt) — məşhur Quran qarisi. Onun səsi, həmçinin quran qiraəti xüsusi avazı və orijinallığı ilə fərqlənir. 10 cür qiraəti mükəmməl bilməkdədir. Mişari Rəşid Mədinə İslam Universitetində Müqəddəs Quran fakültəsi və İslam elmləri üzrə təhsil alaraq, Quranın 10-cür oxunma və tərcüməsi üzrə ixtisaslaşmışdır. Mişari Rəşid hal-hazırda Küveyt şəhərində yerləşən Məscid Al-Kəbirdə imam kimi fəaliyyət göstərir və Ramazan vaxtı həmin məsciddə Təravih namazlarını qıldırır. 2007-ci ildə ABŞ-yə gedərək orada 3 məscidə səfər etmişdir — İrvin Kaliforniya İslam Mərkəzi, Oranj dairəsi Kaliforniya İslam İnstitutu və Detroit İslam Mərkəzi Miçiqan. Onun Quran oxumaq yazıları Qatar Hava Yollarının uzun uçuşlarında media faylları içərisində sərnişinlərə təqdim olunur. "Sheikh Mishary" yazmaqla Youtube-da onun qiraətini dinləmək olar.
Qaçaq Rəşid
Qaçaq Rəşid (1885, Yağlıvənd, Cəbrayıl qəzası – 1918, Qaryagin) — Azərbaycan el qəhrəmanı, qaçaq. Murad Nəcəfqulu oğlu 1885-ci ildə Cəbrayıl qəzasının Yağləvənd obasında doğulmuşdu. Olduqca qoçaq, qorxmaz, qeyrətli olduğundan el içində "Rəşid" adlanmışdı. Qardaşını tutmaq istəyən çar məmurlarını öldürüb qaçaq olmuşdu. Qaçaq Süleymanın dəstəsinə qoşulmuş, dəstəbaşının sağ əlinə çevrilmişdi. Onunla bağlı el içində xeyli əhvalat var. Həmin əhvalatlardan gülləmələr. * * Keçən çağlarda Nikolay hökumətinin uryadnikləri Rəşidi tutub gətirib salırlar Qaryagin qazamatına. Qəza məhkəməsi Rəşidə ölüm hökmü kəsir. Yağləvənd obası içinə ün düşür.
Rəşid Abdullayev
Rəşid Abdullayev (idmançı)
Rəşid Atamalıbəyov
Rəşid Səlim oğlu Atamalıbəyov (13 iyul 1932 – 30 avqust 2012) — Azərbaycan kinorejissoru.[mənbə göstərin] 1956-cı ildə ÜDKİ-nin rejissorluq fakültəsini bitirdikdən sonra, həmin ildən kinoda çalışmağa başlamışdır.
Rəşid Axriyev
Rəşid (Bəy) Çaxoviç Axriyev (1893-1942) — Şimali Qafqaz xalqlarının ilk pilotu; Tacikistanın "Aviasiya Pioneri"; İnquşetiyanın ilk pilotu. Xüsusi eskadronun tərkibində hərbi vəzifəsini yerinə yetirərkən 1942-ci ildə vəfat edir. 1893-cü ildə Rusiya imperiyası, Terek vilayəti, Nazran rayonu, Furtouq kəndində - indi İnquşetiya Respublikasının Ceyraxski rayonunda anadan olub. Mənşəcə inquş olan Rəşidin atası rus etnoqraf və pedaqoqu Çax Axriyev, anası isə Aişa Bazorkina idi. Gimnaziyada təhsil alır, sonra 1914-cü ildə Tiflis hərb məktəbinə daxil olur və oranı bitirir. I Dünya müharibəsində iştirak edən Rəşid iki dəfə yaralanıb. Çap olunmuş mənbələrə görə, müharibə illərində 10 bombardmançı İlya Murometsdən ibarət Rusiya İmperiyası Hava Qüvvələrinin hava bölməsində xidmət etmişdir. O, rus aviasiyasının hərbi əməliyyatlarına qatılaraq alman qoşunlarını bombalayır (rabitə, anbarlar və s). Birinci Dünya müharibəsinə 27 iyul 1917-ci il tarixində qatıldı və Qatçina Hərbi Aviasiya Məktəbini (Farman IV və Moran Parasol təyyarələrində ixtisaslaşmış) müvəffəqiyyətlə başa vurur və Rusiya İmperiyası Hava Qüvvələrinin zabit-aviatoru olur. 9 avqust 1917-ci il tarixində qərargah kapitanı R.Axriyev Cənub-Qərb cəbhəsi Aviasiya Müfəttişinin sərəncamına verilir.