Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Puştu
Puştu dili, Əfqan dili — puştunların ana dili, Hind-Avropa dillərinin İran dilləri qrupuna daxildir. Bütün cənub və cənub-şərqi Əfqanıstanda, şimal-qərbi və qərbi Pakistanda yayılmışdır. Dəri dili ilə birlikdə Əfqanıstanda rəsmi dövlət dilidir. Leksikasına hind, fars, ərəb, türk, monqol, Qərbi Avropa dillərindən çoxlu söz keçmişdir. Yazıda ərəb əlifbasından istifadə edilir. İlk yazı nümunələri XIII əsrə aiddir.
Puştu dili
Puştu dili, Əfqan dili — puştunların ana dili, Hind-Avropa dillərinin İran dilləri qrupuna daxildir. Bütün cənub və cənub-şərqi Əfqanıstanda, şimal-qərbi və qərbi Pakistanda yayılmışdır. Dəri dili ilə birlikdə Əfqanıstanda rəsmi dövlət dilidir. Leksikasına hind, fars, ərəb, türk, monqol, Qərbi Avropa dillərindən çoxlu söz keçmişdir. Yazıda ərəb əlifbasından istifadə edilir. İlk yazı nümunələri XIII əsrə aiddir.
Puştuca
Puştu dili, Əfqan dili — puştunların ana dili, Hind-Avropa dillərinin İran dilləri qrupuna daxildir. Bütün cənub və cənub-şərqi Əfqanıstanda, şimal-qərbi və qərbi Pakistanda yayılmışdır. Dəri dili ilə birlikdə Əfqanıstanda rəsmi dövlət dilidir. Leksikasına hind, fars, ərəb, türk, monqol, Qərbi Avropa dillərindən çoxlu söz keçmişdir. Yazıda ərəb əlifbasından istifadə edilir. İlk yazı nümunələri XIII əsrə aiddir.
Puştunistan
Puştunistan — Əfqanıstanın,Pakistanın və İranın ərazilərinin bir hissəsini əhatə edən region. Regionda Puştun mədəniyyətinə və dilinə daha çox rast gəlinir. Region 4 hissəyə bölünür:Bəluc, Puştu, Pəncab, Sindi. 1893-cü ildə inzibati bölgü üçün Mortimer Durand, Əfqanıstan və İngilis Hindistanı arasındakı təsir sahələrini müəyyənləşdirərək Paştun ərazisinin yarısını İngilis hakimiyyəti altına qoyaraq Paştunistan üzərindən Durand xəttini çəkdi. Artıq bu Durand Xətti Əfqanıstan və Pakistan arasında beynəlxalq səviyyədə tanınan sərhədi təşkil edir. Təxminən, Puştun vətəni Əfqanıstandakı Amu çayının cənubundakı ərazilərdən Pakistanın Hind çayının qərbinə qədər, əsasən Əfqanıstanın cənub-qərb, şərq və bəzi şimal və qərb rayonlarından, Khyber Pakhtunkhwa və Pakistanın şimal Bəlucistan bölgələrindən ibarətdir. 16-cı əsr inqilabçı lideri Vəziristanlı Bəyazid Pir Roşan və 17-ci əsrdə "döyüşçü-şair" Xuşal xan Xattak bölgədəki Muğal İmperiyasına qarşı döyüşmək üçün Paştun ordularını topladılar. O dövrlərdə Paştunistanın şərq hissələrini Muğallar, qərb hissələrini Fars Səfəviləri idarə edirdilər. Pashtun bölgəsi ilk dəfə 1709-cu ildə Mirwais Hotak Loy Qəndəharda Səfəvilərə qarşı üsyan qaldıranda muxtar bir status qazandı. Paştunlar 1747-ci ildə Əfqanıstan İmperiyasını qurarkən Dürrani sülaləsinin banisi Əhməd Şah Durraninin rəhbərliyi ilə yenidən birlik əldə etdilər.
Puştunlar
Əfqanlar, Puştular, Puştunlar və ya Paştunlar (puşt. پښتون) — kompakt şəkildə Əfqanıstan İslam Respublikasında , Pakistan İslam Respublikasında və İran İslam Respublikasıda yaşayan xalq. Sayları təxminən 49 milyon nəfərdir. Danışdıqları dil İran dillərindən biri olan puştu dilidir. Əfqanıstan əhalisinin əksər hissəsini təşkil edən puştunlar əfqan adının bütün Əfqanıstan vətəndaşlarına aid edilməzdən əvvəl bu adı daşıyırdılar. Puştunlar Əfqanıstan ərazisində meydana gəldiklərinə və ortaq bir nəsildən gəldiklərinə inanırlar. XIII və XVI əsrlərdə bəzi puştu qəbilələrinin Pakistana köç etdikləri bilinməkdədir.
Puştunvalay
Puştunvalay ("puştunca": پښتونوال – puştunların həyat tərzi), həmçinin Puştunvali və ya Nana (puştun şərəfi) – puştun qəbilələrinin yazılmamış yaşam tərzi və əxlaqını, puştun fəlsəfəsini özündə əks etdirən puştun şərəfi qaydaları. Bu qaydaları əzbər bilən ağsaqqallar "Cirqamar" adlandırılır. Puştunvali özündə İslam dininə qədərki qədim adətləri birləşdirirərək təxminən 2000 illik tarixə mailkdir. Puştunlar şəriətlə yanaşı bu qaydaları da vacib sayırlar. Hətta bəzən puştunvalinin qaydaları ilə şəriət qaydaları üst-üstə düşmür. Məsələn şəriətə görə qadının xəyanət etmiş sayılması üçün dörd şahidin olması vacib sayılır. Lakin puştun qaydalarına görə hətta qadının xəyanətə görə bu barədə şayiələr kifayət edir. Belə olduqda puştunlar puştunvalini əsas götürlər. Şəriətə görə qadına ərinin əmlakından pay düşsə də puştunvaliyə görə qadına heç bir pay düşmür. Əgər puştunvali ilə şəriət qaydaları bir-birinə uyğun gəlməzsə o zaman puştunlar birincini vacib sayır.
Puatu-Şarant
Puatu-Şarant (fr. Poitou-Charentes, IPA: [pwatu ʃaʁɑ̃t]) Fransanın qərbində bir bölgədir. Paytaxtı Puatu şəhəridir.
Puatu-Şaranta
Puatu-Şarant (fr. Poitou-Charentes, IPA: [pwatu ʃaʁɑ̃t]) Fransanın qərbində bir bölgədir. Paytaxtı Puatu şəhəridir.
Puatu-Şərant
Puatu-Şarant (fr. Poitou-Charentes, IPA: [pwatu ʃaʁɑ̃t]) Fransanın qərbində bir bölgədir. Paytaxtı Puatu şəhəridir.
Puətu-Şərant
Puatu-Şarant (fr. Poitou-Charentes, IPA: [pwatu ʃaʁɑ̃t]) Fransanın qərbində bir bölgədir. Paytaxtı Puatu şəhəridir.
Oyun pultu
Oyun pultu, həmçinin geympad (ing. gamepad) və ya coypad (ing. joypad) — oyun kontrolleri növü. Bu, iki əllə tutulan uzaqdan idarəetmə qurğusudur, onun funksiyalarını idarə etmək üçün baş barmaqlardan istifadə olunur. Bir çox müasir kontrollerlər istiqamət düymələri ilə birlikdə analoq çubuqlardan istifadə edirlər. Bu, "Nintendo 64", "Sony PlayStation" və "Sega Saturn" konsollarının meydana çıxmasından sonra populyarlıq qazanmışdır. Geympadlar oyunçu və oyun konsolu arasında qarşılıqlı əlaqəni təmin edir. Geympadlar həmçinin onları dəstəkləyən oyunlarda fərdi kompüterlərdə istifadə olunur, oyunçunun klaviaturasını və siçanı əvəz edir.
Pusqu
Pusqu — Bir yerdə gizlənib adamı vəya ovu pusma, güdmə, gözləmə deməkdir. Adamı və ya ovu güdmək, gözləmək, pusmaq üçün gizlənilən yer, marıq yeri, pusquyeri adlanır. Düşməni və ya terror qruplaşmasının canlı qüvvəsini, texnikasının ələ keçirmək və ya məhv etmək üçün göstərilən fəlaliyyətdir. Pusqu düzlüşləri Xətt üzrə, L, Z, T, V hərfləri şəklində qurulur. Pusqunun məqsədi Terroristlərin, düşmənin, cinayətkarların pusquya düşən qüvvələrini məhv etmək yada ələ keçirmək. Cinayətkarların yaxşı silahlanmış qüvvələrini, silah və sursatı az olan kiçik qüvvələrlə məhv etmək. Terrorist qrupların sərbəst hərəkətlərini çətinləşdirmək. Cinayətkarların silah, sursat və yemək yollarını kəsərək onları möhtac qoymaq. Cinayətkarların əsas adamlarını yada liderlərini məhv etmək və ya ələ keçirmək. Yerlərinə görə pusqular: Nöqtə pusqusu Bölgə pusqusu Hədəfə olan məsafələrə görə pusqular: Yaxın pusqu Uzaq pusqu Hazırlıq müddətinə görə pusqular: Tələsik pusqu Hazırlıqlı pusqu Pusqudan ov əldə etmək üçündə istifadə edilir.
Püstə
Püstə — Elaegnaceae fəsiləsindən olub, Azərbaycanda qədim vaxtlardan becərilir. Sinonimi Terebinthus Mill. 10 ağac və kol növü məlumdur. Yabanı halda Orta Asiyada, İranda, Suriyada və Türkiyədə bitir. Azərbaycanda püstə mədəni bitki kimi çox qədimdən becərilir və iki yabanı növü yetişdirilir. Püstə ağacı xüsusən, Abşeronda çoxdan becərilən qiymətli subtropik bitkidir. Onun Krımda, Orta Asiyada da xeyli vaxtdan plantasiyası salınmışdır. Hazırda bu qiymətli bitkiyə Abşeronda nadir halda təsadüf olunur. Halbuki, vaxtilə Bakının bir çox qəsəbələrində və kəndlərində o, məhsuldar və faydalı bitki kimi istifadə edilirdi. Yarpaqlarının üst hissəsi parlaqdır.
Tüstü
Tüstü
Akvitaniya-Limuzen-Puatu-Şaranta
Yeni Akvitaniya (fr. Nouvelle-Aquitaine) — Fransanın cənub-qərbində bir bölgədir.
Həqiqi püstə
Kütyarpaq püstə
Kütyarpaq püstə yaxud Atlantika püstəsi - (lat. Pistacia mutica Fisch.et C.A. Mey.) — Sumaqkimilər (Anacardiaceae Lindl.) fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Təhlükəli həddə yaxın olanlar”– NT. Azərbaycanın nadir növüdür. == Ümumi yayılması: == Rusiya, Türkiyə, İraq və Iranda təbii arealı vardır. == Azərbaycanda yayılması: == Abşeron, Quba, Qobustan, Göyçay, Ağdaş rayonları və Naxçıvan MR-in (Sədərək, Şərur) ərazilərində təbii halda rast gəlinir. Statusu: Azərbaycanın nadir bitkisidir. CR. B1ab(i, ii,iv). Bitdiyi yer İşıqlı quru yamaclarda yayılmışdır. == Təbii ehtiyatı: == Azərbaycanda təbii ehtiyatı çox deyildir. == Bioloji xüsusiyyətləri: == Kütyarpaq püstə təbiətdə 5–12 m hündürlüyü olan bir ağac növüdür.
Nefertitinin büstü
Nefertitinin büstü — Misir fironu Exnatonun həyat yoldaşı Nefertitinin əhəngdaşı və stukkodan hazırlanmış büstü. Büstün e.ə. 1345-ci ildə heykəltaraş Tutmos tərəfindən yaradıldığı düşünülür. Beləki, büst Misirdə, Amarna şəhərində yerləşən Tutmosun atelyesindən tapılmışdır. Qədim Misirin ən çox surəti çıxarılmış əsərlərindən biridir. Əsərin tapılması ilə Nefertiti antik dünyanın ən tanınmış qadınların biri kimi qəbul edildi və qadın gözəlliyinin simvoluna çevrildi. Büst Ludviq Borxardtın rəhbərlik etdiyi alman arxeoloji qrupu tərəfindən 1912-ci ildə Tutmosun atelyesində aşkar olundu. Tapıldıqdan sonra büst, bir bankın zirzəmisində, Merkers-Kizelbax duz mədənində, Dahlem muzeyində, Şarlottenburqdakı Misir muzeyində və Qədim Muzeydə saxlanıldı. Hal-hazırda II Dünya müharibəsindən əvvəl sərgiləndiyi Berlinin Yeni Muzeyində sərgilənir. Nefertitinin büstü Qədim Misirdən başqa Berlinin də mədəniyyət simvoluna çevrildi.
Püstə Məlikaslanova
Püstə xanım Süleyman bəy qızı Məlik-Aslanova (az. Püstə xanım Süleyman bəy qızı Məlik-Aslanova; 2 fevral 1926, Qaryagin, Azərbaycan SSR, ZSFSR, SSRİ – 2001, Bakı, Azərbaycan Respublikası) — Tibb elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar elm xadimi (02.11.2000) Püstə xanım 1926-cı ildə Qaryagində (indiki Füzuli şəhəri) anadan olmuşdur. Qədim və nəcib Qarabağın zadəgan Məlik-Aslanovlar ailəsindəndir. 1949-cu ildə Azərbaycan Dövlət Tibb institutunu(indiki Azərbaycan Tibb Universiteti) bitirib. 1951–1953-ci illərdə Onkologiya İnstitutunun aspiranturasında oxuyub. ● 1954-cı ildə "Bəd xassəli yenitörəmələrə qarşı skelet əzələlərinin morfo-fizioloji reaksiyasına dair materiallar" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. ● 1970-ci ildə isə "Gözün yaşla əlaqədar dəyişiklikləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. ● 1957– 2001-ci illərdə Azərbaycan ET Oftalmologiya İnstitutunun patomorfologiya və elektron mikroskopiya laboratoriyasının müdiri vəzifəsində çalışmışdır. O, respublikada yeganə yüksəkixtisaslı oftalmopatomorfoloq olaraq, vətən oftalmologiyasına əvəzsiz xidmətlər göstərmişdir. ● 1984-cü ildə professor elmi adına layiq görülmüşdür.
Püstə ağacı
Püstə Əzizbəyova
Püstəxanım Əzizbəyova (29 dekabr 1929 – 8 yanvar 1998) — Sovet tarixçisi, alim, akademik, tarix elmləri doktoru (1961), kino məsləhətçisi və Azərbaycan Tarix Muzeyinin keçmiş direktoru. O, maarif adamı, mühəndis və peşəkər solçu inqilabçı Məşədi Əzizbəyovun nəvəsidir və babası haqqında bir neçə əsər də yazmışdır. Püstəxanım Əzizağa qızı Əzizbəyova 1928-ci il dekabrın 29-da Bakıda do­ğul­muş­dur. Püstə Əzizbəyova 1951-ci ildə Azərbaycan Dövlət Uni­ver­si­tetinin Tarix fakültə­sini fərq­lənmə dip­lomu ilə bitirəndən sonra bir müd­dət Mə­şədi Əziz­bəyovun ev-muzeyinin direktoru iş­lə­miş­dir. 1954-cü ildə “Azərbaycan neft sə­na­ye­si­nin bərpasında rus xalqının köməyi (1921-1923-cü illər)” mövzusunda dis­ser­ta­si­ya müda­fiə etmişdir. Azərbaycanda so­sialist quruculuğu problemlərini araşdı­ran P.Əziz­bəyova 1961-ci ildə “Azərbaycandakı so­sialist dəyişikliklərində (1921-1923) Le­ni­nin rolu” mövzusunda dissertasiya müdafiə edə­rək ilk azər­baycanlı qadın tarix elmləri dok­toru olmuşdur. P.Əziz­bəyova 1972-ci ildə Azərbaycan Elmlər Aka­de­mi­ya­sının müx­bir üzvü, 1980-ci ildə isə həqiqi üz­vü seçilmişdir. P.Əziz­bəyova pedaqoji fəaliyyətlə də məşğul olmuş və Bakının müxtəlif ali mək­təb­lə­rin­də dərs de­miş, 1955-ci ildə dosent, 1962-ci ildə isə pro­fessor adını almışdır. O hələ tə­lə­bə ikən 1948-ci ildə Mərkəzi Lenin Mu­ze­yin­də ekskursi­yaçı işləməyə başlamış, sonra isə onun filialının direktoru və bölmə müdiri ol­muş­dur. 1955-ci ildə o, Azərbaycan Tarixi Mu­zeyinin Ən yeni tarix şöbə­sinin müdiri vəzi­fəsinə keçirilmişdir.
Rüştü Paşa
Rüştü Paşa (türk. Rüştü Paşa; 1872, Ərzurum, Ərzurum vilayəti – 13 iyul 1926, İzmir) — Türk əsgəri və siyasətçisi. 1893-cü ildə hərbi məktəbi artilleriya zabiti kimi bitirdi. Balkan müharibələrində iştirak etdi. Birinci Dünya müharibəsində Artilleriya Korpusu komandirliyində və 9-cu Qafqaz bölmə komandirliyində xidmət etdi. Türkiyə İstiqlaliyyət müharibəsində 3-cü Qafqaz Bölmə komandiri vəzifəsini icra etdi. 1921-ci ildə Sakarya meydan döyüşündən sonra general-mayor rütbəsinə yüksəldi və Paşa oldu. İlk öncə 9-cu Qafqaz Bölmə Komandirliyinə və daha sonra isə 9-cu Korpusun Komandirliyinə təyin edilmişdir. Bu vəzifəni icra edərkən 1923-cü ilin avqust ayında Ərzurumun millət vəkili seçildi. Xalq Partiyası parlament qrupunda iştirak etdi.
Rüştü Reçber
Rüştü Rəcbər (10 may 1973) — Türkiyə futbolçusu. Türkiyə milli futbol komandasının qapıçısı. Rüştü Rəcbər 1973-cü il may ayının 10-da Antalyada anadan olub. Antalyaspor FK, Fənərbaxça PFK, Barselona FK klublarının qapıçısı olub. Fənərbaxçanın heyətində ilk oyununa 29 oktyabr 1994-cü ildə Petrolofisi FK klubuna qarşı keçirib. 2002/2003 mövsümünün sonunda İspaniyanın Barselona FK klubuna transfer olunmuşdur. 1 il Barselona FK-nın ehtiyat qapıçısı olduqdan sonra 31 avqust 2004-cü ildə yenidən Fənərbaxça PFK-ya 1 illik icarə verilmişdir. Fənərbaxça PFK tarixində bu klubun heyətində ən çox oyun keçirən qapıçıdır. 110 dəfə Türkiyə milli futbol komandasının, 11 dəfə 21 yaşlılardan ibarət Türkiyə milli futbol komandasının, 1 dəfə isə Türkiyə ordu milli komandasının heyətində çıxış edib. 9 oyunda Türkiyə milli futbol komandasının kapitanı olub.
Rüştü Rəcbər
Rüştü Rəcbər (10 may 1973) — Türkiyə futbolçusu. Türkiyə milli futbol komandasının qapıçısı. Rüştü Rəcbər 1973-cü il may ayının 10-da Antalyada anadan olub. Antalyaspor FK, Fənərbaxça PFK, Barselona FK klublarının qapıçısı olub. Fənərbaxçanın heyətində ilk oyununa 29 oktyabr 1994-cü ildə Petrolofisi FK klubuna qarşı keçirib. 2002/2003 mövsümünün sonunda İspaniyanın Barselona FK klubuna transfer olunmuşdur. 1 il Barselona FK-nın ehtiyat qapıçısı olduqdan sonra 31 avqust 2004-cü ildə yenidən Fənərbaxça PFK-ya 1 illik icarə verilmişdir. Fənərbaxça PFK tarixində bu klubun heyətində ən çox oyun keçirən qapıçıdır. 110 dəfə Türkiyə milli futbol komandasının, 11 dəfə 21 yaşlılardan ibarət Türkiyə milli futbol komandasının, 1 dəfə isə Türkiyə ordu milli komandasının heyətində çıxış edib. 9 oyunda Türkiyə milli futbol komandasının kapitanı olub.
Tüstü (dəqiqləşdirmə)
Tüstü
Tüstü (vergiqoyma)
Tüstü – yaşayış məntəqələrində yaşayan ailənin, evin sayını bildirmək üçün ölçü vahidi. Hər hansı kənddə, qəsəbədə yaşayan ailənin, evin sayını bildirmək üçün tustu sözündən istifadə edilmişdir. Hər evdə bir ocaq qalandığına görə, bir tüstü bir ev, bir ailə demək olmuşdur. Azərbaycan etnoqrafiyası, Bakı-2007, “Şərq-Qərb” nəşriyyatı. Üç cilddə. III cild. səh. 462.
Tüstü Eskadronu
Aerial Demonstration Squadron (port. Esquadrão de Demonstração Aérea)(azərb. Hava Nümayişi Eskadronu‎) başqa adıyla Smoke Squadron (port. Esquadrilha da Fumaça)(azərb. Tüstü Eskadronu‎) kimi tanınan, Braziliya Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. Hal-hazırda aviaşoular zamanı Embraer EMB 312 Tucano təyyarələrindən istifadə olunur. Komanda ilk ictimai uçuşunu 1952-ci il 14 may tarixində T-6 Texan təyyarələri ilə həyata keçirmişdir. Həmin təyyarələr 1968-ci ildə komanda yenidən qurulana qədər istifadə olunmuşdur. Komanda 1977-ci ildə ləğv olunmuş, 1983-cü ilin 8 dekabr tarixində isə yenidən qurulmuşdur. Həmin dövrdə T-25 Universal təyyarələrindən istifadə olunmağa başladı.
Tüstü bombası
Tüstü bombası, tüstü qumbarası, duman bombası, duman qumbarası, duman şaşkası kimi də tanınan tüstü şaşkası, siqnal vermək, hədəfləri yaxud eniş zonalarını müəyyənləşdirmək və ya təyin etmək, həmçinin də bölmələrin hərəkətində tüstü pərdəsi yaratmaq üçün istifadə olunan partladıqdan sonra tüstü yayan qumbara növüdür.
Tüstü siqnalı
Tüstü siqnalı uzun məsafəli rabitənin ən qədim formalarından biridir. Bu, uzaq məsafədə istifadə olunan vizual ünsiyyət formasıdır. Ümumiyyətlə, tüstü siqnalları xəbərləri ötürmək, təhlükə siqnalı vermək və ya insanları ümumi əraziyə toplamaq üçün istifadə olunur. Qədim Çində Böyük sədd boyunca əsgərlər bir-birlərini düşmən basqını barədə xəbərdar etmək üçün onun mayak qüllələrinə tüstü siqnalları göndərirdilər. Tüstünün rəngi hücum edən düşmən tərəfinin ölçüsünü bildirirdi. Mayak qüllələrini müntəzəm olaraq yerləşdirməklə və hər qüllədə bir əsgər yerləşdirməklə ismarıclar səddin bütün 7300 kilometrinə ötürülə bilərdi. Tüstü siqnalları həmçinin hücum barədə daxili qalaları xəbərdar edərək, müdafiə və qarnizonu dəstəkləyən qoşunları əlaqələndirməyə imkan verirdi. Qədim Şri-Lankada dağ zirvələrində yerləşən əsgərlər zirvədən zirvəyə işarə edərək bir-birlərini yaxınlaşan düşmən hücumu (ingilislər, hollandlar və ya portuqallar) barədə xəbərdar edirdilər. Bu yolla onlar bir neçə saat ərzində Krala mesaj ötürə bildilər. Tüstü siqnalından sui-istifadənin eramızdan əvvəl 8-ci əsrdə Qərbi Çjou sülaləsinin süqutuna səbəb olduğu məlumdur.
Tüstü testi
Smoke test (azərb. Tüstü testi‎) — proqram təminatının sınaqdan keçirilməsində: aşkar xətaları müəyyən etmək üçün minimal test toplusu. Tüstü testi, adətən, proqramçının özü tərəfindən aparılır; bu testdən keçməyən proqramı daha dərin testlənməyə vermək mənasızdır. Bu tipli ilk sınaqları soba ustaları aparmışlar; hazırladıqları sobanın bütün qapaqlarını tutur, sobanı qalayır və tüstünün yalnız lazım olan yerlərdən keçməsini müşahidə edirdilər. Terminin ikinci "doğuluşu" radioelektronikda baş verdi. İstehsalatdan gəlmiş radioelektron qurğunun birinci dəfə işə salınması çox qısa (saniyədən kiçik) zamanda yerinə yetirilir. Sonra mühəndis bütün mikrosxemlərə əllə toxunaraq, onların qızıb-qızmamasını yoxlayır. Bu saniyə ərzində çox qızmış mikrosxemdə kobud xətanın olması ehtimalı böyükdür. Əgər birinci sınaqda qızma aşkarlanmırsa, cihaz bu dəfə uzun müddət üçün işə salınır. Beləliklə, yoxlama bir neçə dəfə təkrarlanır.
Murtu
Murtu — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında (İndi Ermənistanın İcevan rayonunda) kənd adı. XIX əsrdə Yelizavetpol qəzasında Mürut, İndi Ağsu rayonunda Murtı kənd adları ilə mənşəcə eynidir. XIX əsrin II yarısında Mil- Qarabağ düzlərində yaşamış Təklə tayfasının Murtulu qolunun adı ilə eynidir. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur.
Portu
Portu (port. Porto) — Lissabondan sonra Portuqaliyanın ikinci böyük şəhəridir. Şəhər Atlantik okeanı sahilində yerləşmişdir. Ayrıca şəhərin ortasından Douro çayı keçməkdədir. Burada qədimi qaladan yenidən tikilmiş Kafedra qurultayı, Kleriqoş mərmər qülləsi, fransiskant kilsəsi San-Fransişku, Maşadu-de-Kaştru Yepiskop sarayını gəzmək maraqlı olardı. Portudan şimalda məşhur Braqa şəhəri yerləşir. Braqadan 55 km.-də Portuqaliyanın ziyarətgahı olan Bon-Jezuş-du-Monte yerləşir. Klisənin yanında balaca sovmələrlə (kiçik kilsələr) gözəl park, fəvvarələr və süni göllər yaradılıb. Şəhər özünün arxitektur abidələri – kilsələri, sarayları, balaca şəhərcikləri və fəvvarəli meydanları ilə fəxr edə bilər. Portu şəhəri həm də şərablarıyla məşhurdur.
Poştə
Poştə (Talış) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. Nəhre Poştə — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Milacerd bəxşinin Milacerd dehestanında kənd.
Puşşa
Puşşa - Avropada mülayim qurşağın meşə zonasında çətin keçilən qalın meşə massividir.
Quştau
Quştau (başq. Ҡуштау — qoşa dağ, Kuştau (rus. Куштау), Dolqaya (rus. Долгая) — Rusiya Federasiyasının Başqırdıstan Respubilkasına aid olan İşembay rayonunda yerləşən şixan (yəni, tək duran dağ). Stərlitamaq şəhərinin ətrafında dörd şixandan biridir. Quştaudan başqa bu siyahıda Toratau, Yörəktau və artıq məhv olunmuş Şahtau aiddir. Onlar, birgə şəkildə Rusiyanın yeddi möcüzəsi layihənin qısa siyahısına düşmüşdü. Başqırdıstan Respublikasının ərazisində yerləşən şıxanlar və o cümlədə Quştau da, 300 million il əvvəl olan Perm dövrü zamanı Ural Okeanın altında olan riflərin qalıqlarıdır. Onların əsas yatağı əhəng daşıdır və burda çox sayda qədim oranizmlərin qalıqlarını tapmaq olar.
Quşçu
Quşçu bu mənalarda gələ bilər: Quşçu tayfası — qədim türk tayfası. Əli Quşçu — Özbək astronomu, riyaziyyatçısı və dilşünası. Quşçu (Laçın) — Azərbaycanın Laçın rayonunda kənd. Quşçu (Şamaxı) — Azərbaycanın Şamaxı rayonunda kənd. Quşçu (Yevlax) — Azərbaycanın Yevlax rayonunda kənd. Quşçu (Göygöl) — Azərbaycanın Göygöl rayonunda kənd. Quşçu (Daşkəsən) Quşçu (qəsəbə, Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda qəsəbə. Quşçu (kənd, Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda kənd. Quşçu (Tovuz) Aşağı Quşçu — Azərbaycanın Tovuz rayonunda kənd. Dondar Quşçu — Azərbaycanın Tovuz rayonunda kənd.
Kuşti
Kuşti — zərdüştilərin bellərinə taxdıqları müqəddəs qurşaq. Bu, sədrə ilə yanaşı zərdüştilərin ritual geyiminin bir hissəsidir. == Mənşəyi == Müqəddəs sap üçün Avesta dilində olan termini "aivyaonqana"dır. Kuşti sonradan Pəhləvi dilində formalaşmış terminidir. == İstehsalı == Həm İranda, həm də Hindistanda kuşti adətən kahinlik vəzifələrindən olan qadınlar tərəfindən hazırlanır. Bu, ikili bir dini vəzifə funksiyasına malikdir. Bəzən kuştilər mobədlər ( tərəfindən toxunurdular,. 1920-ci illərdən etibarən İranın Yəzd ostanında zərdüşti behdin qadınlara kuşti toxuması qaydası öyrədilirdi. Zərdüştilik fəlsəfəsinə əsasən kuşti toxumaq prosesində qadınlar mahnı oxuyurlar, həm dini, həm də dünyəvi hekayələr paylaşırlar. == İstinadlar == == Əlavə ədəbiyyat == == Xarici keçidlər == "The Kushti ritual".
Potu
Potu — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. Potu Göyçay rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Keçmiş adı Potubazar olmuşdur. Tədqiqatçılarıın ehtimalıa görə, kəndin adı türk dillərindəki pot (bara, kəçid) və İran dillərində 11 (su) komponəntlərindon düzəlib, "su üstündə keçid və ya bərə" mənasındadır. Yaşayış məntəqəsi Arvan çayının sahilində, bara yaxınlığında yerləşdiyinə görə belə adlandırılmışdır. Azərbaycan dilinin dialektlərində "cavan camış" potu, türk dillərində İsə "dəvə balası" potuk adlanır. Kəndin keçmiş adının Potubazar olması da keçmişdə burada mal bazarı olduğunu göstərir Yaşayış məntəqəsi həmin bazarın ərazisində salındığından bela adlandırılmışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2254 nəfər əhali yaşayır. Kənddə Potu kənd məscidi dini icması fəaliyyət göstərir.
Puku
Puku (lat. Kobus vardonii) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin su keçisi cinsinə aid heyvan növü. Puku Mərkəzi Afrikada, əsasən Konqo, Zambiya, Botsvana və Anqolada yayılmışdır. Onlar əsasən çaybasar düzənliklər və bataqlıqların kənarlarında yaşayırlar.
Puta
Puta — Azərbaycanın Qaradağ rayonunda qəsəbə. Puta qəsəbəsinin yaranma tarixi 1910-1920-cu illərə təsadüf edir. Qəsəbənin salınması onun ərazisində zəngin neft yataqlarının olması və neft quyularında işləmək üçün bu əraziyə gələn insanların məskunlaşması ilə bağlıdır. Toponim kimi adı buta mənasını daşıyan Puta qəsəbəsi 1922-1923-cu illərdə sənaye mərkəzi olmuşdur. 1923-cu ilin mayın 7-də Puta qəsəbəsində keçirilən ilk partiya yığıncağında Qaradağ rayonunun əsası qoyulmuşdur. Puta qəsəbəsi inzibati ərazi vahidliyi kimi 1935-ci ildə təşkil olunmuşdur. Puta qəsəbəsi ərazisində iri sənaye müəssisələri və böyük özəl qurumlar vardır. Bunlar Qaz Emalı Zavodu, Qaradağ Neft Kəmərləri İdarəsi, “Bakı-Ağırlaşdırıcılar” ASC, Müdafiə Nazirliyinin “Xüsusi Texnika” Zavodu, “Puta-Əyrici” ASC, “Puta-Nəqliyyat-2” ASC, “Azturqaz” Müştərək Müəssisəsi, “Pakan LTD” MMC (Yuyucu məhsulların istehsalı), “Vembley Developments of Azerbajan ” Şirkətinin “Kaliforniya” qapalı mehmanxanası, “Azmeko Kompani” QSC-nin Metanol Zavodu, “Xəzər-Boru” MMC-nin Boru Prokat Zavodu, “Karvan-L” Boya İstehsalı Şirkəti. Bundan əlavə “BP-Azərbaycan” Şirkətinin podryadçı təşkilatları: “Riqblast” (RGB) Şirkəti, “BSL Enerji Servis” LTD, “Vord Vayd Pover Solüşın” Şirkətiş, “Aras LTD” MMC, “ATR Grup-Bridon”, “Vartsil”, “PSC”, “Azloqistik”, “ABB” Şirkətləridir. Puta qəsəbəsinin ərazisində hal-hazırda tikilməkdə olan “AzMeCo” QSC – nin Azərbaycan Metanol Zavodu, “Xəzər – Boru” MMC-nin Boru – Prokat zavodu və s.
Putç
Putç (alm. Putsch‎) və ya hərbi çevriliş — bir ölkədə silahlı qüvvələrin təmsilçilərinin silah gücü ilə ölkə idarəetməsini ələ keçirməsi. Adətən , hökümətin iqtisadi və sosial problemləri həll etməkdə aciz olduğu iddiası hərbi çevrilişin əsas səbəbi kimiqeyd edilir. Çevrilişi həyata keçirən zabitlər bir qayda olaraq ordunun hərəkətlərinə qərəzsiz qalmaq fürsətindən istifadə edərək hakimiyyəti ələ keçirir və lideri devirir; radio, TV kimi rabitə kanallarını zəbt edərək dövlət idarələri üzərində səlahiyyət yaradır, elektrik stansiyaları və bir çox qurum kimi əsas infrastruktur obyektlərinə nəzarət edirlər.
Dəli Quşçu
Dəli Quşçu — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == === Tanınmış şəxslər === Seyfi Mehrəliyev — Sosialist Əməyi Qəhrəmanı.
Gernsi funtu
Gernsi funtu (ing. Guernsey pound) — Gernsi valyutası. 1921-ci ildən Böyük Britaniya ilə valyuta ittifaqında olduğundan sərbəst valyuta deyil və funt sterlinqə 1:1 nisbəti ilə bağlıdır. Gernsi funtu bütün Böyük Britaniya ərazisində ödənişə qəbul edilir. == Tarixi == 1834-cü ilədək Gernsidə valyuta kimi fransız livri işlədilirdi. Sonradan 1921-ci ilədək ödənişə Fransa frankı qəbul edilməyə başlandı. 1827-ci ildən yerli funt əskinazları buraxılmağa başlandı. 1830-cu ildən dubl sikkələri dövriyyəyə daxil oldu (80 dubl 1 frank idi). 1848–1850-ci illərdə adada funtlar işlənməyə başladı (12.5 Gernsi pensi 1 şillinq idi). 1914-cü ildə yeni əskinazlar dövriyyəyə girdi.
Hamqyon-Pukto
Hamqyon-Pukto (kor. 함경북도) — inzibati mərkəzi Çxoncin şəhəri olan Koreya Xalq Demokratik Respublikası (Şimali Koreya) vilayəti. Demək olar ki, vilayətin bütün əhalisi koreyalıdır. Viləyətdə Hamqyon dialekti üstünlük təşkil edir. Bu vilayət post-sovet ölkələrində yaşayan ən böyük koreyalı icmasının (Koryo-Saram) tarixi vətənidir. 1895-ci ildən əvvəl köçənlərin çoxu Yukçin regionundan gəlirdi. Daha sonra bunları Kilcu və Myonçxon qəzalarından gələn köçkünlər əvəz etmişdir. == Coğrafiya == Vilayət şimalda Çin, cənub-qərbdə Hamqyon-Namdo, qərbdə isə Ryanqando ilə həmsərhəddir. Vilayətin şərqində Yapon dənizi yerləşir. Vilayətdə həmçinin Tonhe kosmodromu və Hveryon konsentrasiya düşərgəsi yerləşir.
Karqo kultu
Karqo kultu (ing. Cargo cult; "cargo" – yük, "cult" – ayin, ibadət"; Mənası "daşınan yükə sitayiş etmə" kimi başa düşülür.) — qeyri-ənənəvi inanclardan biri; Sakit okeanın Melaneziya adalarında mövcud olan din. == Tarixi == Sakit okeanın Melaneziya adalarında İkinci dünya müharibəsi dövründə yaranmışdır.
Köhnə Quşçu
Köhnə Quşçu — Azərbaycan Respublikasının Siyəzən rayonunun Ərziküş inzibati ərazi vahidində kənd. Aydınlar çayının (Gilgilçayın qolu) sahilində, Baş Qafqaz silsiləsinin ətəyindədir. == Əhalisi == Əhalisinin sayı 40 nəfərdir. == Toponimikası == Yaşayış məntəqəsi XIX əsrin əvvəllərində Dağ Quşçu kəndindən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Çöl Quşçu kəndindən fərqləndirmək üçün və həmin kənddən əvvəl yarandığına görə Köhnə Quşçu adlandırılmışdır. Oykonim quşçu tayfasının adını əks etdirir.