Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qəhrəman Qəhrəmanov
Qəhrəman Mehdi oğlu Qəhrəmanov (26 dekabr 1925, Qafan rayonu – 5 fevral 2006, Bakı) — Azərbaycan alimi, neyro-fizioloq, professor, Azərbaycan SSR əməkdar elm xadimi (1971). Qəhrəman Mehdiqulu oğlu Qəhrəmanov 1925-ci il dekabr ayının 26-da Zəngəzur qəzasında anadan olmuşdur. Buradakı Oxtar kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunda təhsilini davam etdirmiş, 1952-ci ildə İnstitutun müalicə-profilaktika fakültəsini qurtarmışdır. İnstitutda təhsil alarkən Stalin təqaüdçüsü olduğuna görə ali təhsili başa çatdırdığı il normal fiziologiya üzrə aspiranturaya daxil olmasına icazə verilmişdir. 1958-ci ilin may ayında Azərbaycan Tibb İnstitutunun elmi şurasında "İnteroreseptorlara qıcıq verilməsinin Asetilxolen mübadiləsinə təsiri" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Elmi rəhbəri Azərbaycan ЕА-nın akademiki, professor Abdulla Qarayev olmuşdur. Qəhrəman Qəhrəmanov 1960–1966-cı illərdə SSRİ Elmlər Akademiyasının Normal və Patoloji Fiziologiya İnstitutunun "Mərkəzi sinir sisteminin ümumi fiziologiyası laboratoriyası"nda "Baş beyin fəaliyyətinin xolinerqiq və adrenerqiq mexanizmlərinə dair" mövzuda doktorluq dissertasiyasını hazırlayıb 1966-cı ilin fevralında müdafiə etmişdir. 1966–1970-ci illərdə Azərbaycan Tibb İnstitutunun normal fiziologiya kafedrasının professoru, 1970–1991-ci illərdə həmin kafedranın müdiri olmuşdur. Qəhrəman Qəhrəmanov 1971-ci ildə "Azərbaycan SSR əməkdar elm xadimi" fəxri adına layiq görülmüş, 2000-ci ildə isə "Şöhrət" ordeni ilə təltif edilmişdir. 1966-cı ildə Qəhrəman Qəhrəmanov tərəfindən SSRİ-də funksional neyrokimyanın inkişafında böyük rol oynayan ilk neyrofiziologiya və funksional neyrokimya laboratoriyasını yaradılmışdı.
Qəhrəmanlı
Qəhrəmanlı — Azərbaycanda daha çox işlədilən soyad. Aslan Qəhrəmanlı — Azərbaycan yazıçısı, dramaturq, fizika-riyaziyyat elmləri namizədi. Nazif Qəhrəmanlı — Filologiya elmləri doktoru, professor. Mirvari Qəhrəmanlı — hüquq müdafiəçisi; Azərbaycan Qəhrəmanlı (Bərdə) — Azərbaycanın Bərdə rayonunda kənd. Qəhrəmanlı (Beyləqan) — Azərbaycanın Beyləqan rayonunda qəsəbə. Hacı Qəhrəmanlı — Şirvan şəhərində qəsəbə. Qəhrəmanlı bələdiyyəsi (Bərdə) — Azərbaycanın Bərdə rayonunda bələdiyyə. Qəhrəmanlı bələdiyyəsi (Beyləqan) — Azərbaycanın Beyləqan rayonunda bələdiyyə.
Qəhrəmanov
Qəhrəmanov — Azərbaycan soyadı. Fariz Qəhrəmanov (d. 1974) — Azərbaycanın Milli Qəhrəmanı. Abbas Qəhrəmanov (d. 1960) — Azərbaycan aktyoru. Səfa Qəhrəmanov (1949—2008) — Azərbaycanın xalq artisti. Eldar Qəhrəmanov (d. 1948) — Azərbaycan Universitetinin keçmiş rektoru. Fuad Qəhrəmanov (1972—1993) — Qarabağ müharibəsinin iştirakçısı. Nadir Qəhrəmanov (d.
Qəhrəman
Qəhrəman (q.yun. ἥρως) — böyük işlərə, müstəsna igidliyə, döyüşdə rəşadət və ya cəsarətə görə heyranlıq doğuran şəxs, şöhrətləndirilmiş döyüşçü; həddindən artıq heyranlıq və sədaqət obyekti (kumir); fövqəlbəşəri güclərə malik ənənəvi miflərin (qəhrəmanlıq miflərinin), dastanların və əfsanələrin əsas personajı; ədəbi əsərin, tamaşanın, filmin və s. baş qəhrəmanı (ədəbi qəhrəman); müəyyən vaxt ərzində ümumi diqqəti cəlb edən şəxs (günün qəhrəmanı, qəzet xronikasının qəhrəmanı və s.); hər hansısa hadisənin, tarixi dövrün və ya hərəkatın mərkəzi fiquru; xarakteri və hərəkətləri ilə hansısa mühiti və ya dövrü ifadə edən şəxs (dövrümüzün qəhrəmanı); ideallaşdırılmış obrazı tarixin fərdiləşdirilməsinə xidmət edən milli siyasi mifin bir hissəsinə çevrilmiş şəxs (milli qəhrəman). Qəhrəman sözü ilk dəfə olaraq yunan mifologiyasından personajlar kateqoriyasına aid edilmişdir. Bu termin daha sonra digər mifologiyaların əlaqəli personajlarına şamil edildi: mifoloji, epik və ya əfsanəvi fiqur, çox vaxt ilahi mənşəli, böyük gücə və ya qeyri-təbii qabiliyyətlərə malik obrazlara Şumer-Akkadlarda Gilqameş, yunanlarda Axilles və Odissey, anqlosaksonlarda Beovulf, fransızlarda Roland, ruslarda İlya Muromets, amerikalılarda Hörümçək-adam, Azərbaycanda Koroğlu və s. buna misal göstərmək olar Qəhrəmanlıq mifləri mifoloji qəhrəmanın tərcümeyi-halı ətrafında qurulur və qəhrəmanın möcüzəvi şəkildə doğulmasından, yaşlı qohumları və ya düşmən qüvvələr tərəfindən sınanmasından, həyat yoldaşı axtarışı və evlilik sınaqlarından, bədheyvətlərə və digər istismarlara qarşı mübarizədən və ölümündən bəhs edir. Qəhrəmanlıq miflərinin ən mühüm elementini sınaqlar təşkil edir. Qəhrəmanlıq mifi qəhrəmanlıq eposları və nağıllarının formalaşmasının ən mühüm mənbəyidir .
Eldar Qəhrəmanov
Eldar Əvəz oğlu Qəhrəmanov (30 yanvar 1948, Vartaşen) — Azərbaycan Universitetinin keçmiş rektoru. Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı, Azərbaycan Universitetinin İnzibati idaerəetmə kafedrasının müdiri. == Həyatı == Eldar Qəhrəmanov 1948-ci ildə Oğuz rayonunda anadan olmuşdur. 1966–1970-ci illərdə M. Qorki adına Türkmənistan Dövlət Universitetinin İqtisadiyyat fakültəsində ali təhsil almış, Türkmənistan SSR-in Mərkəzi Statistika sistemində fəhlə, daha sonra sənaye, nəqliyyat və rabitə statistikası şöbələrində iqtisadçı vəzifəsində çalışmışdır. 1970–1974-cü illərdə Azərbaycana qayıdaraq Oğuz rayonunun kolxozlararası tikinti idarəsində inşaat texniki, mühasib və iqtisadçı vəzifələrində çalışmışdır. 1974–1978-ci illərdə Oğuz rayon məlumat hesablama stansiyasının rəisi vəzifəsinə, 1978-ci ildən Azərbaycan SSR Mərkəzi Statistika İdarəsinə dəvət edilərək Kənd təsərrüfatı statistikası şöbəsinin rəisi vəzifəsinə təyin olunmuş, kollegiya üzvü seçilmişdir. Eldar Qəhramnov, 1981–1989-cu illərdə Azərbaycan KP MK-nın aparatında Kənd təsərrüfatı və yeyinti sənayesi şöbəsində təlimatçı, daha sonra Kənd təsərrüfatı elmi və iqtisadiyyatı sektorunun müdiri işləmişdir. 1990-cı ildə Bakı Politologiya İnstitutundakı təhsilini başa vuraraq politoloq ixtisasına yiyələnmişdir. 1989–1996-cı illərdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışan Eldar Qəhrəmanov əski statistika sisteminin transformasiyasına, milli statistika konsepsiyasının hüquqi və metodiki bazasının yaradılmasına, onun rəsmi və etibarlı beynəlxalq ünsiyyət vasitəsinə çevrilməsi prosesinə rəhbərlik etmişdir. Bazar iqtisadiyyatının keçid mərhələsinə dair təhlili məruzələri, aqrar islahatın istiqamətləri haqqındakı təklifləri yüksək qiymətləndirilən Eldar Qəhrəmanov 1994-cü ildən Azərbaycan Respublikasın Ali Sovetinin (Milli Məclisin) ekspert işçi qrupunun üzvü təyin edilmişdir.
Elməddin Qəhrəmanov
Fariz Qəhrəmanov
Fariz Qəhrəmanov — Azərbaycanın Milli Qəhrəmanı. Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı. == Həyatı == 29 mart 1974-cü il Bərdə rayonunun Xəsili kəndində anadan olmuşdur. 1991-ci ildə burada məktəbi bitirmişdir. 1992-ci il iyun ayında hərbi xidmətə çağırılır. == Döyüşlərdə iştirakı == "N" saylı hərbi hissənin tərkibində Ağdam, Ağdərə, Füzuli, Kəlbəcər, Tərtər rayonunda gedən döyüşlərdə iştitrak edir. Bu batalyon onlarla erməni yaraqlısını məhv etmişdi. 1994-cü il Ağdərə rayonunda gedən döyüşlərdə yaralanır. Müalicə olunan kimi yenidən cəbhəyə dönür. 1995-ci il 13–17 mart hadisələri zamanı silahlı dəstənin zərərsizləşdirilməsində də iştirak etmişdir.
Fuad Qəhrəmanov
Fəxrəddin Qəhrəmanlı
Fəxrəddin Qəhrəmanlı — Azərbaycan rəssamı, "Azərbaycan Dövlət Rəssamlar İttifaqı"nın üzvü. == Həyatı == Qəhrəmanlı Fəxrəddin Rəhim oğlu 1957-ci il aprelin 8 –də Naxçıvan şəhərində hərbçi ailəsində anadan olub.1986-cı ildə Respublika sərgisində iştirak edib. 1988-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rəssamlıq fakültəsini bitirib.1988-ci ildə İncəsənət İnstitutunun 70-illiyinə həsr olunmuş III Respublika sərgisində iştirak edib. 1988-ci ildə Belarusiya Beynəlxalq sərgisində, Bakıda və Naxçıvanda bir çox sərgilərdə iştirak edib.1995-ci il 26 may Azərbaycan Demokratik Cumhuriyyətinin 77-ci ildönümü münasibətilə Türkiyənin İstanbul şəhərində sərgisi keçirilib.1995-ci ildə Türkiyənin Kars vilayətində fərdi sərgisi keçirilib.1996-cı ildə Naxçıvan Muxtar Respublikasında Naxçıvanın baş konsulluğunda 50 əsər ilə fərdi sərgisi keçirilib.1988-ci ildən 1996-cı ilə qədər Naxçıvanın Rəssamlar Ittifaqının bütün tədbirlərində iştirak edib.1996-cı ildən 2007-ci ilə qədər Türkiyənin Antalya şəhərində rəssamlıq fəaliyyətini davam etdirib. Bir sıra ölkələrdə və şəxsi kolleksiyalarda əsərləri saxlanılmaqdadır. Fransa, Almaniya, İtaliya, Belçika, Hollandiya, Rusiya, Belarusiya, Ukrayna və Azərbaycanda bir çox sərgilərdə iştirak edib.2005-ci ildən etibarən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.2015-ci ildə 19 fevralda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində 34 əsərlə fərdi sərgisi keçirildi.19 dekabr 2015-ci il tarixində Azərbaycan Mədəniyyət Fondu və SEBA (Suel-Bakı) Azərbaycan-Korea Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşkil etdiyi "Qəbələ IV Beynəlxalq İncəsənət sərgi"sində və Mərkəzi və Xətai İncəsənət Mərkəzində təşkil olunan suluboya sərgilərinin iştirakçısı olmuş və mükafata layiq görülmüşdü.11 may 2016-cı il tarixində Rəssamlar İttifaqında yağlı boya və sulu boya ilə işlənmiş 60 əsərlə "Bahar" adlı fərdi sərgisi keçirilmişdir. Hal-hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinin "Təsviri sənət" kafedrasında baş müəllim vəzifəsində çalışır və tələbələrə Rəsm və Rəngkarlıq fənlərini tədris edir.13 iyun 2016-cı il tarixində Azərbaycan Rəssamlar İttifaqında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Rəssamlıq" fakültəsinin "Rəngli duyğular" adlı müəllim və professor heyətinin yaradıcılıq sərgisində iştirak etmişdir. Hal-hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinin "Təsviri sənət" kafedrasında baş müəllim vəzifəsində çalışır və tələbələrə Rəsm və Rəngkarlıq fənlərini tədris edir. 13 dekabr 2023-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi münasibətilə "Tərəqqi" medalı ilə təltif edilmişdir.
Gülalı Qəhrəmanov
Hacı Qəhrəmanlı
Hacıqəhrəmanlı — Azərbaycan Respublikasının Şirvan şəhərinin inzibati ərazi vahidində qəsəbə. Yaşayış məntəqəsini 1870-ci ildə burada oturaqlaşmış hacıqəhrəmanlı nəsli saldığına görə belə adlandırılmışdır. == Haqqında == Hacıqəhrəmanlı qəsəbəsi Kür çayının Şirvan şəhəri sahilində düzən sahədə yerləşir. Qəsəbədə yaşlı sakinlərin dediyinə görə Qəhrəman kişi ötən əsrin əvvələrində öz qohum-əqrəbaları ilə birlikdə Şamaxıdan köçmüş, burada məskən salmışlar. Qəhrəman kişi Məkkə ziyarətinə gedib qayıdıb. O vaxtdan qəsəbə onun şərəfinə "Hacı Qəhrəmanlı" adlandırılıb. 1950-ci illərə qədər qəsəbədə 30–40 ev olub. 1950–1970-ci illər arasında ərazi cəhətdən Salyan və Sabirabad rayonlarının tərkibinə daxil olub. 1970-ci ildən Əli Bayramlı şəhərinə verilib. 1975-ci ildə Əli Bayramlı şəhərinin tərkibində qəsəbə statusu verilib.
Kamil Qəhrəmanov
Milli Qəhrəmanlar
Bu siyahı Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən şəxslər və hərbi qulluqçular barədə qısa məlumatı əhatə edir. Azərbaycanın ərazi bütövlüyü uğrunda xüsusi xidmətlərinə və qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin vəzifə borcunu yerinə yetirərkən igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən aşağıdakı şəxslərə Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib. Onlardan 20 nəfəri sağlığında, 201 nəfəri isə ölümündən sonra bu adla təltif olunub. Bugünə kimi 221 nəfərə Azərbaycanın Milli Qəhrəmanı adı verilib. İndiyədək Azərbaycanın Milli Qəhrəmanı fəxri adı ilə təltif olunan şəxslərdən 2-sindən bu ad geri alınıb.
Mirvari Qəhrəmanlı
Mirvari Qəhrəmanlı (tam adı: Mirvari Üzeyir qızı Qəhrəmanlı; d. 23 iyul 1946, Şəki, Azərbaycan SSR, SSRİ) — hüquq müdafiəçisi; "Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı" (NHMT) İctimai Birliyinin rəhbəri SSRİ dönəmində birləşmiş həmkarlar təşkilatının sədri işləmiş, komsomolda çalışmış, keçmiş Orcanikidze rayonunda deputat olmuşdur. 1992-1994-cü illərdə ARDNŞ-nin Azərneft və Qazçıxarma üzrə baş idarə rəisinin kadr və sosial məsələlər üzrə müavini vəzifəsində işləmişdir. Milli Müqavimət Hərəkatında iştirak etmiş, SİDSUH-da katib olmuşdur. Demkonqresdə ADİP-i təmsil etmişdir. "Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı" (NHMT) İctimai Birliyinin yaradıcılarından biridir. Hazırda həmin təşkilatın rəhbəridir. Təşkilat 1996-cı ildə yaransa da yanız 2006-cı ildə dövlət qeydiyyatına alınmışdır. Bir müddət Böyük Quruluş Partiyasının üzvü olmuşdur. Dindar bir ailədə böyüyüb, tərbiyə almışdır.
Məkan Qəhrəmanov
Məlahət Qəhrəmanova
Məlahət Cəmil qızı Qəhrəmanova (d. 2 mart, 1961, Qazax, Azərbaycan SSR, Azərbaycan ) — araşdırmaçı-mütəxəssis, alim, Taras Şevçenko adına Kiyev Milli Universitetinin elmi işçisi və dissertantı, Nərgiz klinikasının direktoru və baş həkimi, Türkiyənin Beynəlxalq Altın Göl Başarı Mükafatı Laureatı və tibb elmləri doktoru. Məlahət Qəhrəmanova 1961-ci il martın 2-də Qazax rayonunda anadan olmuşdur. 2006-cı ildən Bakıda fəaliyyət göstərən Nərgiz klinikasının başhəkimi və direktorudur. 7 Azərbaycan, 4 Avrasiya və 1 Dünya patentinin sahibidir. Hepatoprotektiv, ödqovucu, iltihab əleyhinə alınmış dünya patenti 2018-ci ilin İxracatçılıq Sahəsində Beşinci Respublika Müsabiqəsinin qalibi olmuş III- Dərəcəli Diploma layiq görülmüşdür. Bu dünya patenti 159 ölkə tərəfindən tanınır və bu ölkələrdə keçərlidir. Alim kimi bir çox ölkələrin xalq təbabətinin və təbii müalicə vasitələrinin araşdırılmasında iştirak etmişdir. 2016- ci ildə İqtisadiyyat Nazirliyinin xətti ilə keçrilən müsabiqədə qalib olaraq dövlət ixrac missiyasında iştirak etmiş, patentlər əsasında hazırlanmış məhsullarının, həmçinin saçın tökülməsinə qarşı olan Məlahət Balzamı və Gelinin xarici ölkələrdə təqdimati olmuş və böyük marağa səbəb olmuşdur. Bir çox xarici ölkələrdə sertifikat və diplomlara layiq görülmüş, həmçinin elmi məqalələri dərc olunmuşdur.
Məmmədsəfa Qəhrəmanov
Məmməd Səfa (25 iyul 1960, Şabran rayonu) — azərbaycanlı teatr və kino aktyoru, Azərbaycan Respublikasının xalq artisti (2018), ADMİU-nun professoru, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2023-cü ildən), Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi (2023). Məmməd Səfa 25 iyul 1960-cı ildə Şabran rayonunda (keçmiş Dəvəçi) anadan olmuşdur. 1967–1977-ci illərdə Şabran şəhər 2 nömrəli tam orta məktəbində təhsil alıb. 1977–1980-ci illərdə Bakı mədəni-maarif texnikumunuda özfəaliyyət teatr kollektivi rəhbəri ixtisası üzrə Əfrasiyab Məmmədovdan dərs alıb. Buranı fərqlənmə diplomu ilə bitirib. Texnikumu bitirdikdən sonra təyinatla Şabran Mədəniyyət Evində işləmişdir. 1980-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstutunun Dram və Kino aktyorluğu fakültəsinə daxil olub. 1980–1984-cü illərdə M. A. Əliyev adına ADİİ-nin aktyorluq fakültəsində Nəsir Sadıqzadə, Fuad Hacıyev və Zəminə Hacıyeva kimi sənətkarlardan dərs alıb. Fəaliyyətini 1985-ci ildən görkəmli teatr xadimi Vaqif İbrahimoğlunun yanında Tədris Teatrında davam etdirmişdir. Burada Mirzə Fətəli Axundovun "Müsyö Jordan və Dərviş Məstəli şah" (Şahbaz bəy), Fridrix Şillerin "Qaçaqlar" (Şpigelberq), Stoyan Boyaqiyevin "Avtobus" (ər), Mar Bayciyevin "Duel", Qriqori Qorinin "Herostratı unudun" əsərlərinin tamaşalarında oynayıb.
Nadir Qəhrəmanov
Qəhrəmanov Nadir Fərrux oğlu (24 may 1945, Urud, Sisian rayonu) — Azərbaycanın tanınmış alimi, Sumqayıt Dövlət Universitetinin sabiq rektoru (2000-2013). BDU-nun "Ümumi fizika" kafedrasının professoru, fizika-riyaziyyat elmləri doktoru. Nadir Qəhrəmanov 1945-ci ildə Qərbi Azərbaycanın Sisyan rayonunun Urud kəndində anadan olub.1967 -Azərbaycan Dövlət Universitetinin (BDU fizika fakültəsini bitirmişdir.1968 −2000-BDU-nun "Ümumi fizika" kafedrasında, laborant, müəllim, dosent, professor, kafedra müdiri vəzifələrində çalışmışdır.1976-cı ildə — "İnS — monokristalının alınması və bəzi fiziki xassələri" — mövzusunda namizədlik dissertasiyası mudafiə edərək, Fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alıb.1985-ci ildə — Moskva, SSRİ Elmlər Akademiyasının Radioelektronika İnstitutunda " AI3 BIII5 CVI9 — tipli yeni üçqat yarımkeçirici birləşmələrin alınması" – mövzusunda doktorluq dissertasiyası mudafiə edərək, Fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi alıb.2003-cü ildən Avroaziya İnzibati Elmlər Akademiyasının həqiqi üzvüdür.325 — elmi əsərin müəllifidir,10-monoqrafiyanın müəllifidir, 16-dərslik və dərs vəsaitinin müəllifidir,54-müəlliflik şəhadətnaməsinin və ixtiranın müəllifidir. Nadir Qəhrəmanovun əsas tədqiqat sahəsi Qeyri-adi fiziki xassələrə malik — tipli yeni üçqat yarımkeçirici birləşmələrin alınması, onların fundamental fiziki xassələrinin tədqiqi və tətbiq sahələrinin müəyyənləşdirilməsidir. Bu günə kimi 35-magistrə elmi rəhbər olub və 11-elmlər namizədinə elmi rəhbər olub.2000–2013-cü illərdə Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsində olmuşdur. Seçilmiş əsərlər 1. Электронографические исследования тонких пленок Cu3Ga5Sе9, полученных вакуумным осаждением, Доклады АН Аз.ССР, 1988, том 44, № 10, с.11–13. 2. Полиморфози леотропной жидкокристаллической системы анфифил вода-спирт, ДАН Аз.Респ. 1992, том 49, № 1, с.
Nazif Qəhrəmanlı
Nazif Ələkbər oğlu Qəhrəmanlı (10 mart 1949, Quba – 2012) — Filologiya elmləri doktoru, professor. Nazif Ələkbər oğlu 1949-cu il martın 10-da Azərbaycannın Quba rayonunun Birinci Nügədi kəndində anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra Bakı Yeyinti Sənayesi Texnikumunda oxumuş (1966-1967), Bakı Universitetinin filologiya fakültəsini bitirmişdir (1973). 1975-ci ilin fevralından Azərbaycan Ensiklopediya¬sının Baş redaksiyasında işləmişdir: kiçik redaktor, elmi redaktor, böyük elmi redaktor, ədəbi nəzarət və komplektləşdirmə redaksiyasının müdiri, 1990-cı ildən Kütləvi nəşrlər və tərcümə redaksiyasının müdiri olmuşdur. 1993-cü ildən Azərbaycan Elmlər Akademiyası Milli Münasibətlər İnstitutunda elmi işçi, 1995-ci ildən böyük elmi işçi, 1996-cı ilin yanvarından aparıcı elmi işçi işləmişdir. 2003-cü ildən MEA Ədəbiyyat İnstitutunun baş elmi işçisidir. 2002-ci ildən Bakı Qızlar Universitetinin professorudur. Sumqayıt Dövlət Universitetinin magist¬raturasında mühazirələr oxumuşdur. 1986-cı ildə Nizami adına Ədəbiyyat İnstitutunda “Mikayıl Rəfilinin ədəbi-tənqidi yaradıcılığı” mövzusunda namizədlik dissertasiyası, yenə həmin institutda 1999-cu ildə “Azərbaycan Ədəbiyyatı tarixçiliyi (XIX-XX əsrlər)” mövzu-sunda doktorluq dissertasiyası müdafiə etmişdir. İlk məqaləsi “Azərbaycan pioneri” qəzetində (1973), ilk resenziyası “Bakı” (axşam) qəzetində (1978) dərc olunmuşdur.
Nəcəf Qəhrəmanov
Nəcəf Qəhrəmanov (tam adı: Nəcəf Tofiq oğlu Qəhrəmanov; 25 yanvar 1946, Bakı şəhəri, Azərbaycan SSR) — azərbaycanlı alim, kimya elmləri doktoru, professor. Qəhrəmanov Nəcəf Tofiq oğlu 25 yanvar 1946-cı ildə Bakı şəhərində anadan olmuşdur. O, 1953-1964-cü illərdə Bakı şəhərinin 189 saylı orta məktəbini, 1969-cu ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun kimya-texnologiya fakültəsini «Plastik kütlələrin emalı texnologiyası» ixtisası üzrə bitirərək Ümumittifaq Elmi-Tədqiqat «Olefinlər» institutunun polimer emalı laboratoriyasına işə qəbul olunmuşdur. N.T.Qəhrəmanov həmin institutda «Yüksəkmolekullu birləşmələr kimyası» ixtisası üzrə əyani aspiranturada təhsil almış və 1975-ci ildə Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda elmlər namizədi dissertasiya işini müdafiə etmişdir. Dissertasiyada polietilenə heterogen şəraitdə calaq olunmuş poliakrilonitrilin sopolimerləşmə mexanizmi göstərilmişdir. İlk dəfə olaraq, calaq sopolimerləşmə prosesi polietilenin müxtəlif molekul kütləsi olan monomolekulyar fraksiyalar üzərində aparılmışdır. 1983-1989-cu illərdə “Kompozisiya materiallarının kimyəvi modifikasiyası” sektoruna, 1989-1994-ci illərdə isə “Polimerlərin kimyəvi modifikasiyası” laboratoriyasına rəhbərlik etmişdir. Orta təzyiqli polietilenin quruluş və xassələri haqqında dəqiq məlumat almaq məqsədilə ilk dəfə olaraq polietilenin ifrat dar fraksiyası səviyyəsində (molekul kütləsi 3000-dən 1.000.000 qədər) nümunələrin tərkibi, quruluşu, fiziki-kimyəvi və fiziki-mexaniki xassələri tədqiq edilmişdir. Alınan nəticələrə əsaslanaraq polietilenin quruluş və xassələri arasında qarşılıqlı əlaqənin öyrənilməsi istiqamətində geniş tədqiqatlar aparmış və alınan nəticələrin ətraflı nəzəri təsviri vermişdir. N.T.Qəhrəmanov tərəfindən oksidləşmənin və UB-şualanmanın polimerlərin qocalma prosesinə təsiri istiqamətində aparılmış elmi-tədqiqat işləri nətiəsində sübut edilmişdir ki, qocalma prosesi polimerlərin molekul kütləsinin paylanmasına böyük təsir göstərir və kövrəkliyin artmasına səbəb olur.
Qəhrəmanlar (serial)
Qəhrəmanlar — müəllifi Tim Krinq olan, ABŞ-də istehsal olunan serialdır.
Qəhrəmanlar parkı
Qəhrəmanlar parkı — Horadiz şəhərində park. Park 2014-cü ildə salınıb. Parkın daxilində daşdan lövhə vardır. Bu Lövhədə Füzuli rayonu şəhidləri və altı Füzuli rayonu Milli Qəhrəmanın adı vardır. Park şam ağacları ilə örtülüdür. Parkda altı Füzuli rayonu Milli Qəhrəmanlarının adları vardır. Bunlar, Pəhlivan Fərzəliyev, Rasim İbrahimov, Bəşir Kərimov, Seymur Məmmədov, Faiq Rəfiyev və Elxan Zülfüqarovdur.
Qəhrəmanlar şəhəri
Qəhrəmanlar şəhəri (ing. Big Hero 6) — 2014-cü ildə "Walt Disney Animation Studios" tərəfindən istehsal olunmuş superqəhrəman animasiya filmi. Film eyniadlı Marvel komiksinin süjeti əsasında hazırlansa da, orijinaldan əhəmiyyətli dərəcədə fərqlənir. Rejissoru Don Holl və Kris Vilyamsdır. Film ən yaxşı tammetrajlı animasiya filmi nominasiyasında "Oskar" mükafatı qazanmışdır. 14 yaşlı vunderkind Hiro Hamada San-Fransokio (San-Fransisko və Tokionun birləşimi) adlı futuristik şəhərdə yaşayır. O, qeyri-qanuni robot döyüşlərində iştirak etməklə vaxtını keçirir. Bir gün Hironun böyük qardaşı Tadaşi onu oxuduğu universitetində nəzdində olan robot mərkəzinə aparır. Burada Hiro, qardaşının dostları – QoQo, Vasabi, Hani Lemon və Fred ilə tanış olur. Bununla yanaşı, Tadaşinin hazırladığı tibbi robot olan Beymaks onun diqqətini cəld edir.
Qəhrəmanlı (Beyləqan)
Qəhrəmanlı — Azərbaycan Respublikasının Beyləqan rayonunun Qəhrəmanlı qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 22 may 2007-ci il tarixli, 345-IIIQ saylı Qərarı ilə Beyləqan rayonunun Qəhrəmanlı qəsəbə inzibati ərazi dairəsi Qəhrəmanlı qəsəbə inzibati ərazi vahidi hesab edilmişdir.
Qəhrəmanlı (Bərdə)
Qəhrəmanlı — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Qəhrəmanlı (Bərdə) GEOnet Names Server-də.