Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dönmək (proqramlaşdırma dillərində)
Dönmək (en. return) - sistemin idarəolunmasının çağrılmış altproqramdan (proqramdan) çağıran altproqrama (proqrama) verilməsi. Bəzi proqramlaşdırma dillərində bunun üçün return, yaxud exit deyimləri var, başqalarında isə yalnız çağıran altproqramın, yaxud proqramın sonuna (axırıncı deyiminə) dönmək mümkündür. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Qadın qəlbi
Bir qadının ürəyi — amerikalı yazar Maya Anjelu tərəfindən yazılan tərcümeyi-hal. Kitab Anjelunun yeddi avtobioqrafik kitab seriyasının dördüncü hissəsidir. "Bir qadının ürəyi" əsərində 1957-ci ildən 1962-ci ilə qədər Anjelunun həyatında olan hadisələr xatırlanır və Kaliforniyaya, Nyu-York şəhərinə, Qahirə və Qana şəhərlərinə olan səyahətlərini müşayiət edir, oğlunu böyütdüyü dövrlərdə bir yazıçı kimi vətəndaş hüquqları hərəkatında aktiv fəaliyyət göstərir və Afrikadakı irqçiliyə qarşı mübarizə aparan bir döyüşçü ilə romantik münasibətlər qurur. Kitabda olan ən önəmli mövzulardan biri də analıq və ana sevgisidir, bu da onun kitabı yazdığı dövrlərdə oğlunu böyütməsilə əlaqədardır. Kitab oğlunun kolleci bitirməsi ilə başa çatır və Anjelunu yeni müstəqillik və azadlıq gözləyir. Anjelunun əvvəlki kitablarında olduğu kimi bu kitab da avtobioqrafik bədii əsər kimi təsvir edilmişdir, baxmayaraq ki, əksər tənqidçilər, həmçinin Anjelu özü də kitabı avtobioqrafiya kimi xarakterizə edirlər. Bir sıra tənqidçilər Anjelunun ilk avtobioqrafik əsəri olan "Bilirəm qəfəsdəki quş niyə oxumur" əsərini daha gözəl hesab edirlər, lakin "Bir qadının ürəyi" əsəri müsbət rəylər almışdır. O, 1997-ci ildə Oprah kitab klubunun seçimi olmuşdur. Tənqidçi Meri Ceyn Lapton kitabın "Amerikanın avtobioqrafiya janrında üstün olmayan bir bədii quruluşa" sahib olduğunu və Anjelunun "ən introspektiv" avtobioqrafiyası olduğunu söylədi. Əsərin adı Harlem intibahının şairi olan Georgiya Duqlas Consonun poemasından götürülmüşdür ki, bu da Anjelunu digər afro-amerika yazıçıları ilə bağlayır.
Çeçenistanın Qəlbi
Əhməd Kadırov adına "Çeçenistanın Qəlbi" məscidi (Çeçen. Маьждиг «Нохчийчоьнан дог» Кадыров Ахьмадан цӀарах дина маьждиг) XXI əsrdə Rusiya və Avropanın ən böyük yerlərindən biri olan Qroznı şəhərinin mərkəzində inşa edilmişdir. Məscidin inşasına 2006-cı ilin aprel ayında başlanılmış və 2008-ci ilin oktyabrında başa çatmışdır. "Çeçenistanın Qəlbi" məscidi dünyanın ən böyük məscidlərindən biridir. 17 oktyabr 2008-ci ildə açılmış və tanınmamış Çeçen İçkeriya Respublikası və Çeçenistan Respublikasının ilk prezidenti Hacı Əhməd Abdulhəmidoviç Kadırovun adını daşıyır. Məscid Sunja çayının mənzərəli sahilində, nəhəng parkın ortasında yerləşir və məsciddən əlavə Hacı Kuntanın adına olan Rusiya İslam Universiteti və Çeçenistan Respublikası Müsəlmanları Ruhani İdarəsinin də daxil olduğu İslam kompleksinin bir hissəsidir. Məscid klassik Osmanlı üslubunda tikilmişdir. Məscidin mərkəzi salonu nəhəng günbəz ilə örtülmüşdür (diametri - 16 m, hündürlüyü - 32 m). Hər biri 63 metr olan dörd minarənin hündürlüyü Rusiyanın cənubundakı ən yüksək minarələrdən biridir. Məscidin xarici və daxili divarları travertin mərmər, daxili hissəsi ağ mərmərlə bəzədilmişdir.
İnsan qəlbi
Ürək (lat. cor; yun. καρδία – kardia) — döş qəfəsinin orta döş xəttindən solda yerləşir. Təxminən aid olduğu insanın yumruğu böyüklüyündə əzələvi üzv. Ürəkətrafı ciblərlə – ürək kisəsilə əhatə olunmuşdur. Ürək kisəsinin daxilində bir neçə millilitr həcmində qan plazması xassəli maye vardır ki, bu da ürək işlərkən onun ətraf toxumalarla sürtünməsinin qarşısını alır. Ürək qanın damarlarda cərəyanını təmin edir. Onun işi əsasən mexaniki hadisə olub, sorma və itələmə hərəkətlərindən ibarətdir. Qan dövranı sistemində hərəkətverici qüvvə olan ürək daim arteriyalara qan vurmaq funksiyası daşıyır. Ürəyin forması yaş, cins, bədən quruluşu, sağlamlıq və patologiya kimi amillərdən asılıdır.
Sutenyorun qəlbi (roman)
İsanın Müqəddəs Qəlbi bazilikası
İsanın Müqəddəs Qəlbi bazilikası (xorv. Bazilika Srca Isusova ) Xorvatiyanın Zaqreb şəhərində yerləşən Roma Katolik bazilikasıdır. Bazilika xorvat memarı Yanko Holyak tərəfindən neo-barokko üslubunda hazırlanmışdır. İsanın Müqəddəs Qəlbi bazilikası Zaqreb kafedralından sonra Zaqrebdəki ikinci ən böyük kilsədir. Yezuitlər tərəfindən istifadə olunur. Kilsənin inşası 1855-ci ildə Yezuitlərin Zaqrebə gəlməsi ilə əlaqələndirilir. Bu məqsədlə, arxiyepiskop Yuray Haulik 1860-cı ildə 60.000 qulden məbləğ verdi. Bununla birlikdə siyasi və iqtisadi şərtlər Haulikin fikri üçün əlverişli deyildi və dörd onillikdən sonra arxiyepiskop Yuray Posiloviç tərəfindən əlavə olaraq 12000 qulden pul bağışlandı. 1898-ci ildə Zaqrebin Aşağı şəhərindəki Palmotiçeva küçəsində kilsənin inşası üçün torpaq sahəsi alındı. İsanın Müqəddəs Qəlbi Bazilikası 1902-ci ildə tamamlandı və təqdis edildi.
Qəlbi ilə çəkən rəssam
Qəlbi ilə çəkən rəssam — 2011-ci ildə Azərbaycanda istehsal olunmuş sənədli film. Film Rusiya Rəssamlıq Akademiyasının birinci vitse-prezidenti, YUNESKO-nun incəsənət məsələləri üzrə fəxri prezidenti, Azərbaycanın və SSRİ-nin Xalq Rəssamı Tahir Salahova həsr olunmuşdur. "Yaddaş" Sənədli Filmlər Studiyasında çəkilmiş filmin ssenari müəllifi Toğrul Cuvarlı, operatoru Adil Abbasovdur. 2011-ci il oktyabrın 1-dən 5-dək Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək XXII "Rossiya" açıq sənədli filmlər festivalında Azərbaycanı təmsil edəcək.
Müqəddəs İsa Qəlbi Katedralı (Sarayevo)
Müqəddəs İsa Qəlbi Katedralı (bosn. Katedrala Srca Isusova) — Bosniya və Herseqovinanın Sarayevo şəhərindəki katolisizm katedrali. Bura Vrhbosna arxiyeparxiyasının katedralıdır və memarlıq abidəsidir. Ölkənin əsas katolik kilsəsidir, Bosniyanın yeganə kardinalı Vinko Puliçin kafedrası burada yerləşir. 1881-ci ildə Vrhbosna yeparxiyası arxiyeparxiya statusunu aldı, eyni zamanda arxiyepiskopluq soboru statusuna uyğun yeni bir kafedralın tikilməsinə qərar verildi. Tikintinin əsas təşəbbüskarı, ilk Sarayevo arxiyepiskopu Yosip Stadler idi ki, hal-hazırda o, beatifikatsiyaya (müqəddəs adının verilmə prosesi) namizəddir. Katedral 1884—1889-cu illərdə memar Yosip Vantsaş tərəfindən neoqotika üslubunda tikilmişdir. Memarlıqda bir sıra neoroman elementləri var. Katedral, 14 sentyabr 1889-cu ildə Müqəddəs İsa Qəlbi adı naminə təqdis edilmişdir. 1932 və 1985—1989-cu illərdə kafedralda bərpa işləri aparıldı.
İliçin döyünən qəlbi (film, 1967)
Qəlbi ilə çəkən rəssam (film, 2011)
Qəlbi ilə çəkən rəssam — 2011-ci ildə Azərbaycanda istehsal olunmuş sənədli film. Film Rusiya Rəssamlıq Akademiyasının birinci vitse-prezidenti, YUNESKO-nun incəsənət məsələləri üzrə fəxri prezidenti, Azərbaycanın və SSRİ-nin Xalq Rəssamı Tahir Salahova həsr olunmuşdur. "Yaddaş" Sənədli Filmlər Studiyasında çəkilmiş filmin ssenari müəllifi Toğrul Cuvarlı, operatoru Adil Abbasovdur. 2011-ci il oktyabrın 1-dən 5-dək Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək XXII "Rossiya" açıq sənədli filmlər festivalında Azərbaycanı təmsil edəcək.
Dözmək
Dözmək — Davam gətirmək, tab gətirmək, səbirlə keçirmək, qatlaşmaq. Ağrıya dözmək. Əziyyətə dözmək. Misal: Səbir etmək, təhəmmül etmək, səbirlə gözləmək. Dözürsən döz bu ayrılıq dağına; Mən dayannam, amma sən dayanmazsan! M. P. Vaqif. Razılaşmaq, barışmaq, keçirmək, yol vermək. Misal: Belə şeylərə dözmək olmaz. – Yox, sən buna dözməzsən, elin vuran qolusan; Sən namus aşiqisən, şərəflisən, ulusan. M. Rahim.
Həmid Dönməz
Həmid Dönməz (1899—1996) — Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü. == Həyatı == Həmid Dönməz Gəncədə anadan olmuşdur. Bakıda Pedaqoji İnstitutda təhsil almışdır. 1926-cı ıldə 50-yə yaxuı dostu və Türkiyədən gəlmiş müəllimləri ilə bir- Iikdə həbs edilib. 8 aydan sonra azadhğa buraxılan Hemid Dönməz İrandan Tür- kiyəyə keçə bilib, çox illər İqdirdə yaşayıb, şerlərini Türkiyə mətbuatmda dərc et- dirib. Həmid Dönməzə başqa vətən həsrətli nəsildaşlarmm bəxtinə düşməyən səadət nəsib oldu: o, 1991-ci ildə ixtiyar yaşmda Azərbaycana gələ bildi, Bakıda mühacir Azərbaycan ədəbiyyatma həsr olunmuş simpoziumda iştirak etdi. Elə həmin vaxt Həmid Dönməz Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü seçildi.
Dama dama
Adi lan (lat. Dama dama) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin lan cinsinə aid heyvan növü.
Qəlb
Ürək və ya qəlb[mənbə göstərin] — ürək əzələsi olaraq bilinən xüsusi bir tip cizgili əzələdən meydana gəlmiş özbaşına sıxılma xüsusiyyətinə sahib qüvvətli bir nasosdur. Maddələr mübadiləsi nəticəsində artıq elementlərin bədəndən uzaqlaşdırılması, bədən istiliyinin təşkil edilməsi, turşu-qələvi tarazlığının qorunması, hormonlar və fermentlərin bədənin lazımlı bölgələrinə daşınması kimi funksiyaları ürək və damarlardan ibarət olan qan dövranı sistemi yerinə yetirir.
Qərbi Afrika
Qərbi Afrika — Afrika qitəsinin Mərkəzi Saxaranın cənubundan Atlantik okeanı sahillərinə qədər olan hissəsi. Şərqi Afrika ilə təbii sərhəddi Kamerun dağlarıdır.
Qərbi Almaniya
Almaniya Federativ Respublikası digər adı ilə Qərbi Almaniya — XV əsrdən etibarən Almaniya olaraq adlandırılan dövlətin, İkinci dünya müharibəsindən sonra siyasi və çoğrafi olaraq parçalanması nəticəsində yaranmış iki dövlətdən biri. 1949–1990-cı illər aralığında mövcud olmuş Qərbi Almaniya 1990-cı ildə Almaniya Demokratik Respublikası ilə birləşmişdir. Qərbi Almaniyanın paytaxtı Bonn şəhəri idi. 1989-cu ildə Berlin divarının dağıdılmasının ardından Qərbi Almaniya ilə Almaniya Demokratik Respublikası birləşmiş və nəticədə mövcud Almaniya yaradılmışdır. Soyuq müharibənin başlanğıcında Avropa Qərb və Şərq blokları arasında bölündü. Almaniya iki ölkəyə bölündü. Əvvəlcə Qərbi Almaniya özünü 1871–1945-ci illərdəki Alman Reyxinin demokratik şəkildə yenidən təşkil edilmiş yeganə davamı kimi təqdim edərək, bütün Almaniya üçün müstəsna mandat iddia etdi. Qərbi Almaniyanın üç cənub-qərb əyaləti 1952-ci ildə Baden-Vürtemberqi meydana gətirmək üçün birləşdi və Saar əyaləti 1957-ci ildə Fransa tərəfindən Müttəfiqlər tərəfindən işğal edilmiş Almaniyadan Saar Protektoratı olaraq ayrıldıqdan sonra Qərbi Almaniyaya bir dövlət olaraq qoşuldu (ayrılıq tam qanuni deyildi). Sovet İttifaqının buna qarşı çıxdığı kimi). Nəticədə on ştatdan əlavə, Qərbi Berlin qeyri-rəsmi de-fakto on birinci ştat hesab olunurdu.
Qərbi Antarktida
Qərbi Antarktida, və ya Kiçik Antarktida, (ing. "West Antarctica" or "Lesser Antarctica") Antarktida qitəsinin iki əhəmiyyətli bölgəsindən biri, Antarktida yarımadası daxil olmağla qitənin qərb yarımkürəsində yer alan hissəsidir. Qərbi Antarktika buz təbəqəsi ilə örtülüdür. Şərqi Antarktikadanı buradan Transantarktika dağları ayırır. Region 100 ildən uzun müddətdir ki, Qərbi Antarktida olaraq adlandırılır. Bu adı ilk dəfə 1902-ci ildə Balç, 1905-ci ildə isə Otto Nordenskcöld istifadə ediblər. Ancaq əsl istifadəsi Beynəlxalq Geofizika ili (1957-1958) sonrasındakı araşdırmalarda iki bölgəyə ayrılmasının faydalı olduğu düşüncəsinin yayılmasından sonra 1962-ci ildə ABŞ Antarktida Adları Komitəsi tərəfindən təsdiq edilmişdir. Transantarktika dağlarından Sakit okeanına doğru uzanır. Qərbi Antarktida, Qreyam Torpağı və Palmera Torpağından ibarət olan Antarktida yarımadası ilə Elsuort Torpağı, Meri Berd Torpağı və VII Eduard Torpağlarından, Adelaide adası kimi adalardan xüsusilə Ueddell dənizindəki Filçner-Ronni Buz sahəsi və Ross dənizindəki Rooz Buz sahəsi kimi buz sahələrindən meydana gəlib. Qərbi Antarktida Ross dənizi və Ueddell dənizinin buzlu suları ilə qitənin ana quru kütləsindən ayrılan və Cənub qütbündən Cənubi Amerikanın cənub ucuna doğru uzanan nəhəng bir yarımadanı xatırlatmaqdadır.
Qərbi Arpaçay
Qərbi Arpaçay (erm. Ախուրյան, osman. ارپه چاى, türk. Arpaçay) — Ermənistan yaylası ərazisində Kiçik Qafqaza doğru axan çay. Araz çayının sol qolunu təşkil edir. Şimal axarlarda Ermənistab ərazisindən axsa da aşağı axarlareda Türkiyə Ermənistan sərhəddindən axır. Ərpiliç su anbarından axan çay Baqaran kəndin yaxınlığında Araza birləşir. Ermənilər çayı Axuryan adlandırırlar. B.e.ə VIII əsrdə Sarıqamış şəhərində aşkarlanmış Urartuya aid Axuriani şəhərinin adı çəkilir. Çayın adını bunla əlaqələndirirlər.
Qərbi Asiya
Ön Asiya, Qərbi Asiya və ya Cənub-Qərbi Ön Asiya — Asiyada coğrafi region. Coğrafi baxımdan Zaqafqaziya, Kopetdağ, Kiçik Asiya, İran yaylası, Mesopotamiya, Ərəbistan yarımadası və Levantı əhatə edir. Siyasi baxımdan isə Yaxın Şərq (Afrikadakı ərazilər istisna olmaqla), Orta Şərq və Cənubi Qafqaz nəzərdə tutulur. Hazırda bu region aşağıdakı ölkələri əhatə edir: Fiziki coğrafi mövqeyi. Cənub-Qərbi Asiya dünya sivilizasiyasının ən qədim mərkəzlərindən biri olmuşdur. Bu geniş regionda Anadolu, İran yaylaları Mesopotamiya ovalığı, Ərəbistan yarımadası yerləşir. Ön Asiya dağlıq yaylalarında yerləşən Anadolu və İran yaylaları, Əfqanıstan əsasən dağlıq ərazilərdir. Burada hündür dağ silsilələri arasında geniş çökəklər yerləşir. Hinduquş dağları regionun ən hündür dağlarıdır. Mərkəzi hissədə enli qurşaq şəklində uzanan yaylalar Ön Asiya yaylaları adlanır.
Qərbi Avropa
Qərbi Avropa — Avropanın qərbində tarixi-geosiyasi bölgə. Qərbi Avropa ölkələrinin vahid ərazisi Norveç dənizindən Aralıq dənizinədək 5000 km uzanır. Onların ümumi sahəsi 3,8 milyon km²-dir, bu Yer kürəsinin quru ərazisinin 2,5%-nə bərabərdir. Qərbi Avropa iqtisadi və siyasi cəhətdən bir-biri ilə sıx qarşılıqlı əlaqədə olan 24 müstəqil dövlət və həmçinin Cəbəllüttariq yerləşir. Bu ölkələrdən dördü G8 qrupuna daxil olan başlıca İnkişaf Etmiş Ölkələrdir. Kiçik dövlətlər olan qalan 14 ölkə (mikrodövlətlər istisna olmaqla) Qərbi Avropada xüsusi mövqe tuturlar. Mikro dövlətlər isə xüsusi qrup əmələ gətirir. Qərbi Avropa dövlətlərinin iqtisadi-coğrafi mövqeyi üç başlıca əlamətlə səciyyələnir. Bir-birinə nəzərən sıx qonşuluq mövqeyi Əksər ölkələrin dəniz sahilində olması və onların ən gediş-gəlişli dəniz yollarının yaxınlığında yerləşməsi Ümumi Avropa əməkdaşlığının inkişafı üçün Şərqi Avropa ölkələri ilə geniş quru və dəniz sərhədlərinə malik olması Dövlət quruluşuna görə Qərbi Avropa ölkələrinin 12-si respublika, digər 12-si isə monarxiyadır. Burada həm federativ, həm də unitar dövlətlər var.
Qərbi Avstraliya
Qərbi Avstraliya (ing. Western Australia) - ərazisinə görə Avstraliyanın ən böyük əyalətidir. Paytaxtı əyalətin ən böyük şəhəri olan Pert şəhəridir.
Qərbi Azərbaycan
Qərbi Azərbaycan — indiki Ermənistan Respublikasının əhatə etdiyi, tarixən Ermənistan azərbaycanlılarının sıx şəkildə yaşadığı coğrafi məkan (İrəvan,Şurnuxu, Gorus, Basarkeçər,Amasiya,Qafan,Çəmbərək,Uluxanlı kimi bir çox ərazilər həmin əraziyə daxildir). XX əsrdə Azərbaycanlıların Ermənistandan deportasiyası və köçürülməsi nəticəsində hazırda Ermənistan Respublikasında azərbaycanlılara məxsus heç bir yaşayış məntəqəsi qalmamışdır. Zəngəzur qəzasında 10 mindən çox, Şamaxı qəzasında 10 min 270 nəfər, şəhərlə birlikdə isə 18 min 270 nəfər azərbaycanlı amansızlıqla öldürülmüşdür. 1918–1920-ci illərdə indiki Ermənistan Respublikasının ərazisində yaşamış 575 min azərbaycanlının 565 min nəfəri öldürülmüş və yaxud doğma torpağından didərgin düşmüşdür. Bu rəqəmi Z. Korkodyan özünün "Sovet Ermənistanının əhalisi 1831–1931" kitabında təsdiq edərək yazır: "1920-ci ildə sovet hökumətinə daşnaklardan cəmi 10 min nəfərdən bir qədər artıq türk (azərbaycanlı) əhali qalmışdır. 1922-ci ildə 60 min qaçqın geri qayıtdıqdan sonra azərbaycanlılar burada 72 min 596 nəfər, 1931-ci ildə isə 105 min 838 nəfər olmuşdur". 10 may 2020-ci ildə ermənişünas alim, Türkiyənin Ərciyəs Universitetinin professoru Qafar Çaxmaqlının sədri olduğu Təşəbbüs qrupu Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə keçirilən bir video-konfransda Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikası elan edib. Qərbi Azərbaycan mahalları Qərbi Azərbaycan İcması Yaqub Mahmudov. "İRƏVAN VƏ ƏTRAFINDAKI TORPAQLAR ERMƏNİLƏRƏ HANSI ŞƏRTLƏRLƏ VERİLMİŞDİ" ( (az.)). azerbaijan-news.az.
Qərbi Benqaliya
Qərbi Benqaliya (benq. পশ্চিম বঙ্গ, Pościm Bôngo) — Hindistanın şərqində ştat. Paytaxtı və ən böyük şəhəri Kəlküttədir. Əhalisi 91 347 736 nəfərdir (ştatlar arasında 4-cü yer; 2011-ci ilin məlumatına əsasən). 1947-ci ildə Britaniya Hindistanının dağılmasından sonra Benqaliya dini cərəyanlar üzrə bölündü. Bölgənin qərb hissəsi Hindistana (Qərbi Benqal deyilir), şərq hissəsi Pakistana Şərqi Benqal (daha sonra Şərqi Pakistan adlandırıldı) adı verilən bir vilayət olaraq birləşdirildi. Şərqi Pakistan 1971-ci ildə Banqladeş adlı müstəqil bir dövlət oldu. Benqaliyanın bölünməsi bir çox sosial-iqtisadi, siyasi və etnik problemlərin yaranmasına səbəb oldu.
Qərbi Berlin
Qərbi Berlin — 1949–1990-cı illər arası xüsusi statusa malik anklav ərazi. Qərbi Berlin hər tərəfdən ADR-in ərazisi ilə əhatə olunmaqla Şərqi Berlindən daş divarlarla ayrılmışdı. İkinci dünya müharibəsindən sonra Almaniyanın ərazisi və paytaxtı dört fərqli zonaya bölündü. Şərqi-sovet və üç qərbi-amerika, fransa, ingiltərə ərazilərinə. 1948-ci il iyunun 24-dən Berlinin qərb hissəsi sovet orduları tərəfindən mühasirəyə alındı. 1949-cu il 23 mayda Almaniya Federativ Respublikasının (AFR) yaradılması elan olundu. SSRİ-nin də buna cavabı gecikmədi: 7 oktyabr 1949-cu ildə Şərqi Berlinin müvəqqəti parlamenti-Xalq Soveti-Almaniya Demokratik Respublikasının yaradılmasını elan etdi. Qərbi Berlin-12 şəhər dairəsinədən ibarətdir: Tirqarten, Şarlottenburq, Vilmersdorf, Şpandau (ingiltərə sektoru). Kroysberq, Noylkeln, Tempelxof, Şeneberq, Selendorf, Şteqlic (amerika sektoru). Veddinq, Raini-kendorf (fransa sektoru) Şərqi və Qərbi Berlin arasında ki, sərhəd ilk vaxtlar açıq olmuş və ümumi uzunluğu 155 km idi.
Qərbi Ermənistan
Qərbi Ermənistan (Qərbi ermənicə: Արեւմտեան Հայաստան rom: Arevmıdyan Hayasdan), ermənilərin tarixi vətəninin bir hissəsi və bugünkü Türkiyənin (keçmiş Osmanlı imperiyası) şərq bölgəsinə aid bir termindir. Bizans Ermənistanı olaraq da bilinən Qərbi Ermənistan, 387-ci ildə Böyük Ermənistanın Bizans İmperiyası (Qərbi Ermənistan) və Sasanilər İmperiyası (Şərqi Ermənistan) arasında bölünməsindən sonra yaranmışdır. Osmanlı imperiyası daxilindəki millətlərin müstəqillik əldə etməyə başladığı parçalanma dövründə ermənilər arasında da yaranan müstəqillik ideyasını yatırtmaq üçün 1890-cı illərin əvvəllərində əsasən kürd dəstələrindən olmaqla müsəlman xalqları silahlandıraraq Həmidiyə alayları kimi bir birlik meydana gətirildi. Bu birliyin 1894-1896-cı illər arasında həyata keçirdiyi qırğınlar və dövlətin iqtisadi qorxutma siyasətinin yaratdığı aclıq və epidemik xəstəliklər kimi hadisələr nəticəsində erməni əhalisi xeyli itki verdi. 1915-ci ildə qüvvəyə minən Köçürmə Qanunu ilə, Suriya səhrasına sürgün edilən ermənilərin mövcudluğu bölgədə sona çatdı. Mədəni irsin sistematik şəkildə məhv edilməsi bəzi tədqiqatçılar tərəfindən mədəni soyqırım nümunəsi kimi qiymətləndirilir. Keçmişdə bölgədə yaşayan bəzi ermənilər assimilyasiya olmuş və şəxsiyyətlərini gizlədərək həyatlarını davam etdirirlər. Ermənistan İnqilabi Federasiyası kimi tərəflərin söylədiyi irredentist baxışa görə, bu bölgə Böyük Ermənistanın bir hissəsidir və torpaqlar geri qaytarılmalıdır. Bölgə əsrlər boyu Osmanlı imperiyası tərəfindən idarə edilmişdir. Ermənistan İnqilab Federasiyasının töhfəsi ilə 1915-1918-ci illər arasında ermənilər tərəfindən müvəqqəti Qərbi Ermənistan İdarəsi adı altında idarə olunan bölgə 30 1918-ci il 30 oktyabr tarixli Mudros sülh müqaviləsinin 24-cü maddəsində “Altı erməni vilayəti” adlandırıldı.
Qərbi Flandiriya
Qərbi Flandiriya (nid. West-Vlaanderen fr. Flandre occidentale, alm. Westflandern‎)- Belçikanın bir əyalətidir. Şərqi Flandiriya, Eno, Fransa və Niderlandla sərhədlənir. Şimal dənizi ilə yuyulur. İnzibati mərkəzi-Bryuqedir. 64 kommundan ibarətdir. Sahə: 3144 кm² Ən hündür nöqtəsi: 156 metr Kemmelberq Əsas çaylar: Eyzer, Leye, Mandel Əhali: 1 159 366 nəfər.
Qərbi Flandriya
Qərbi Flandiriya (nid. West-Vlaanderen fr. Flandre occidentale, alm. Westflandern‎)- Belçikanın bir əyalətidir. Şərqi Flandiriya, Eno, Fransa və Niderlandla sərhədlənir. Şimal dənizi ilə yuyulur. İnzibati mərkəzi-Bryuqedir. 64 kommundan ibarətdir. Sahə: 3144 кm² Ən hündür nöqtəsi: 156 metr Kemmelberq Əsas çaylar: Eyzer, Leye, Mandel Əhali: 1 159 366 nəfər.
Qərbi Folklend
Qərbi Folklend (ing. West Falkland, isp. Isla Gran Malvina) — Folklend adaları arxipelaqının tərkibinə daxil olan ada. Atlantik okeanın cənubunda yerləşir. Şərqi Folklend adasından sonra arxipelaqın ikinci böyük adasıdır. Şərqi Folklend adasından Folklend boğazı vastəsi ilə ayrılır. Adalara Argentina iddia edir Qərbi Folklend adasının sahəsi 4532 km²; sahil xətdinin uzunluğu 1258,7 km təşkil edir. Şərq hissəsi təpəlikdir. Burada Hornbi dağları şimaldan cənuba doğru uzanır. Ən hündür nöqtəsi 700 metr yüksəkliyə malik Adəm dağıdır.
Qərbi Frakiya
Qərbi Frakiya (yun. Δυτική Θράκη, bolq. Беломорска Тракия, Западна Тракия, türk. Batı Trakya) — Yunanıstanın şimal-şərqində tarixi vilayət, Balkan yarımadasının şərqində daha böyük bir tarixi vilayət olan Frakiyanın tərkib hissələrindən biri. Qərbi Frakiya qərbdə Nestos və şərqdə Evros çayları arasında yerləşir. Şimalda vilayət Bolqarıstanla sərhədin keçdiyi Rodop dağları ilə həmsərhəddir. Frakiyanın 1986-cı ilə qədər olan inzibati rayonuna Ksanti, Rodopi və Evros nomları daxil idi. Frakiya həmçinin, 2010-cu ilə qədər Evros nomunun bir hissəsi olan Egey dənizindəki Samotraki adasını da əhatə edirdi. 1986-cı ildən Frakiya Şərqi Makedoniya və Frakiya periferiyasının bir hissəsidir.
Qərbi Kürdüstan
Şimali və Şərqi Suriya Muxtar İdarəsi (AANES) və ya Rojava — Suriyanın şimal-şərqində de-fakto muxtar vilayət. Əfrin, Cəzirə, Fərat, Rəqqə, Təbqa, Mənbic və Deyr əz-Zövr ərazilərində özünüidarə edən bölgələrdən ibarətdir. Region 2012-ci ildə davam edən Rojava münaqişəsi və daha geniş Suriyada vətəndaş müharibəsi kontekstində de-fakto muxtariyyət qazanmışdır. Rəsmi hərbi qüvvəsi olan Suriya Demokratik Qüvvələri (SDQ) bu münaqişələrdə iştirak edir. Xarici əlaqələr quran Rojava Suriya hökuməti, ümumiyyətlə hər hansı bir dövlət və ya təşkilat tərəfindən rəsmi səviyyədə muxtar olaraq tanınmır. AANES digər partiyalar və təşkilatlarla dialoqlarda universal demokratik, davamlı, muxtar plüralist, bərabər və feminist siyasətlərinə görə geniş şəkildə dəstəklənir. Suriyanın şimal-şərqi polietnikdir. Burada böyük etnik kürd, ərəb və aysor əhalisi, o cümlədən nisbətən daha kiçik türkman, erməni, adıq və yezidi icmaları yaşayır. Region idarəsinin tərəfdarları onun rəsmi olaraq sekulyar bir muxtariyyət olduğunu bildirirlər. Onlara görə, Rojava mərkəzsizliyi, gender bərabərliyini, ekologiyanın qorunmasını, sosial ekologiyanı və dini, mədəni və siyasi müxtəlifliyə qarşı plüralist tolerantlığı təbliğ edən anarxist, feminist və libertarian sosialist ideologiyaya əsaslanan birbaşa demokratik ambisiyalara malikdir.
Dölcək
Dölcək (fars. دولجک خان‌محمدآباد‎) — İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 366 nəfər yaşayır (117 ailə).
Döyməc
Döyməc (az.-əski. دؤیمَج، دؤیماج‎) Cənubi Azərbaycanda Qəzvin və Təbriz şəhərlərinə aid olan qəlyanaltıdır. == Lazım olan ərzaqlar == 1 stəkan su 200 q pendir (küp pendiri daha yaxşıdır) 4 ədəd quru lavaş çörəyi 100 q kərə yağı Lazım olan miqdarda doğranılmış göyərtilər 100 q qızardılmış soğan Lazım olan miqdarda qoz içi İstəyə görə qaymaqlı qatıq == Hazırlanma qaydası == İlk olaraq quru çörəkləri geniş bir qabda yaxşıca doğrayıb sonra bir stəkan suyu az-az üstünə töküb qarışdırın. Pendiri doğrayıb və əlavə edin. Kərə yağını əridib doğranmış qoz,doğranmış göyərti və öncədən qızardılmış soğan ilə üzərinə töküb əllə yaxşıca qarışdırın.Bu mərhələdə döyməc otaq mühitində (nə ocaq üstündə) dincəlməlidir. Dincəlməkdən sonra döyməci əl və ya incə belli stəkan ilə (Qəzvinə aid incə belli stəkan ki Armudu stəkanı kimindir) dürməkləyib, şəkil verməliyik.Qəyd edək ki hazırlandıqdan dərhal sonra dürməkləsək, əmələ gəlməz yoxsa bir az əmələ gəlməkdən sonra parçalanar. Bir azdan sonra, döyməci yuvarlaq yaxud oval formada əllərinizdə sıxın ki, tamamilə yapışsın və dağılmasın. Açılırsa bir az su və ərinmiş yağ əlavə edin. Hazırlandıqdan sonra, istənirsə, bir az bərk qaymaqlı qatıq ya süzmə və nanə üstünə töküb süfrəyə verin.
Dürmək
Dürmək — Azərbaycan milli mətbəxinə daxil olan qəlyanaltı növlərindən biri. Adətən səhər yeyilir. Tez və asan hazırlanması ilə seçilən yeməkdir. == Haqqında == Dürməyin iki forması məlumdur: bükmə dürmək və cibli dürmək. Bükmə dürməkdə yaxma ərzaq (pendir, göyərti, qızardılmış ət, yumurta və s.) yuxanın bir qırağına qoyulur, yuxanı alt tərəfdən bir az içliyin üzərinə büküb dürməkləyirlər. Alt tərəfi də qatlandığı üçün içlik tökülmür. Silindr şəklində bükülmüş, bürmələnmiş bu yemək çox ləzzətli olur. Çox vaxt quymaq, halva, eləcə də pendir, yağ, şor və s. ağartı məhsulları bu qayda ilə dürmək edilərək yeyilir. Azərbaycanın bir çox bölgələrində yas üçün bişirilən halvalar yuxaya bükülərək süfrəyə qoyulur.
Sönməz
Sönməz — türk soyadı, təxəllüs. Kərim Məşrutəçi Sönməz — İranın nüfuzlu qələm sahiblərindən. Damla Sönməz — Türkiyə aktrisası.
Dönər
Dönər (dönər kababı) Türkiyədən gələn və Azərbaycanda (əsasən mal və toyuq ətindən), habelə başqa ölkələrdə yayılmış fastfud yeməyi. Ət layları dönən şişdə olurlar (adı buradandır). Bəzi hallarda kartof, qışda isə marinadlaşdırılmış pomidor da qoyulur. 2006-cı ildə Azərbaycanda "quş qripi" ilə əlaqədar toyuq ətindən dönər qeyri-tələbatlı olub. Berlin divarında dönərçi təsvir edilmişdir. Şəhərdə bəzi Restoran və Fastfood dükanlarında fərqli qiymətlərlə satılır. 19-cu əsrdə Osmanlı İmperiyasında icad edilmişdir və ərəb şavarma, Yunan girosları, Kanada donair və Meksikan al pastor kimi yeməklərə ilham vermişdir.
Dəmək
Dəmək — Azərbaycanın əsasən Şimal rayonlarında ev quşlarının saxlanması üçün tikiliyə verilən ad. Kiçik və alçaq ev mənasında; daxma. Heyvanların torpaq altında qazıdıqları yuva. 1. Heyvanların torpaq altında qazıdıqları yuva. Tülkü dəməyi. Siçan dəməyi. – Günorta vaxtı siçan öz dəməyində olur, ona binaən ol zaman mallar yeri tapdalamaqdan dəməklərin deşikləri tutulduğuna siçanın nəfəsi darıxıb boğulub tələf olur. \"Əkinçi\". 2.
Dönəm
Dövr ərəb sözüdü (دور), цикл (rusca), cycle (ingiliscə), devir, devre(türkcə) yəni devrə, dolanma, bir şeyin öz oxu ətrafında hərəkəti, bir şeyi təkrarlama, gəzib dolanib əvvəlki vəziyyətə qayıtma. Dövr (astronomiya) — Günəş dövrülüyü Dövr (məclisin baş tərəfi) — Dövr (geologiya) — Geologiyada bir geoloji sistemin çöküntülərinin əmələ gəlməsi üçün lazım olan vaxt (zaman).
Nurəddin Sönməz
Nurettin Sönmez — Türk aktyor və Uzaq Şərq Döyüş Sənətləri müəllimi. Nurettin Sönmez döyüş qabiliyyətinə görə savaş, aksiyon filmlərində yer almışdır. Ustaca qılınc, balta işlədə bilir. İlk Mavi Kelebekler televiziya serialında debüt etmişdir. Daha sonra isə Bir Zamanlar Osmanlı Kıyam və Osmanlıda Derin Devlet seriallarında özünü sübut etmişdir. Ən son isə 2014-cü ildən TRT1-də yayımlanan Diriliş:Ərtoğrul (teleserial, 2014) serialında görünməyə başladı. O, döyüş qabiliyyətini tam şəkildə sərgiləyir.Bu serialda Bamsı Beyrək rolunu canlandırır. Hal-hazırda bu serialda çəkilməyə davam edir.
Qabaqcadan görmək
Qabaqcadan görmək ya Proqnozlaşdırma (İngiliscə. Forecasting) keçmiş və indiki verilərinin istiqamət və gedişini analizi (data trend analysis) əsasında gələcək haqda öncədən faktlı və məntiqli xəbər vermək prosesidir. Bir adi örnək, gələcək müəyyənləşmiş günlərdə faiz dəyişənin təxminidir. Öncədən Demək (Prediction) isə Qabaqcadan görməklə eynidir, ancaq daha ümumi sözdür. İkisi də formal statistik metodlarında olan Zaman Seriləri, keçmə-bloklu (cross-sectional), uzunasına rəqəmlər (longitudinal data), ya alternativ az formal qərar çıxarmaq metodlarını işlədirlər. Bu istifadə çeşidli sahələr arasındda fərqli ola bilər: misal üçün, hidrologiya'da, "Qabaqcadan görmə" (forecasting) və "Ön görü" (forecast) müəyyənləşmiş gələcək zamanlardakı dəyərlərin qiymətləndirilməsi için saxlanılır, halbuki "Öncədən Demək" (Prediction) ibarəti, uzun bir dönəmdə sel axımlarınının neçə dəfə baş verməsi kimi, daha çox ümumi təxminlərə işlənir. Keyfiyyətli öngörü yolları istehlakçıların düşüncə və qərarı əsasında və subyektiv dirlər. Onlar keçmiş verilər(data) əldə olmasalar uyğundurlar. Onları adətən orta və ya uzun mənzilli qərarlarda işlətmək olar. Keyfiyyətli öngörü yollarından neçə örnək: Bildirilmiş rəy və qərar (informed opinion and judgment) Delfi yolu (Delphi method) Bazar araşdırması Tarixi yaşam dövrü bənzətməsi (historical life-cycle analogy) Sayılı qabaqcadan görmə modelləri indiki və keçmiş verilər(data)dən gələcək veriləri (data`nı) əldə etmək için işlənirlər.
Melisa Döngəl
Melisa Döngel (18 sentyabr 1999, İstanbul) — Türkiyə aktrisası. 18 sentyabr 1999-cu ildə İstanbulda doğulub. Anası tərəfdən rusdur və Rusiya vətəndaşlığı var, amma İstanbulda anası ilə böyümədiyi üçün ruscanı yaxşı bilmir. Təhsilini Osman Yağmurdereli Sənət Akademiyasında aldı. Aktrisa kimi karyerasına 2016-cı ildə Hangimiz Sevmedik adlı teleserialda Sevtap personajı ilə başladı. Yenə eyni il rol aldığı Arxa küçələr teleserialında Nil personajını canlandırdı. 2017-2019-cu illərdə yayımlanan Bizim Hikaye adlı teleserialda Deniz Çelik Elibol personajını canlandırdı. 2020-2021-ci illərdə Sən çal qapımı adlı teleserialda Ceren Başar karakterini canlandırdı. 2021-ci ildə Sadakatsiz adlı teleserialda qonaq aktyor kimi rol aldı. Yenə eyni il Aşk Mantık İntikam adlı teleserialda Çağla Yılmaz personajını canlandırdı.
Baba Dağ
Babadağ — Türk dilindən, "Baba" və "Dağ" sözlərindən yaranmışdır. Babadağ (şəhər) — Rumıniyada şəhər. Babadağ (dağ, Azərbaycan) — Azərbaycanda, Böyük Qafqaz dağlarının zirvələrindən biri. Babadağ — Baş Qafqaz silsiləsinin cənub-Şərqində, eyniadlı dağın yamacında aşırım. Babadağ (dağ, Türkiyə) — Türkiyədə dağ. Babataq — Orta Asiyanın cənubunda dağ. Babadağ (Denizli) — Türkiyədə şəhər.
Hərbi baza
Hərbi baza — hər hansı bir hərbi hissənin avadanlığının və şəxsi heyətinin yerləşdirildiyi, həmçinin şəxsi heyətinin hazırlandığı və əməliyyatların aparıldığı bir obyektdir. Hərbi bazalara giriş qanunla məhdudlaşdırılmışdır.
Daka
Dəkkə (Dácca, benq. ঢাকা) – Banqladeşin paytaxtı. Dəkkə vilayətinin inzibati mərkəzi. Әhalisi 7,0 mln. (2011). Benqal düzənliyində, Burhi Qanq çayı sahilində, onun Dhalesvari çayına töküldüyü yerin yaxınlığındadır. Ölkənin siyasi, iqtisadi və mədəniyyət mərkəzidir. Mühüm avtomobil və dəmir yolları qovşağıdır. Şəhərdə Sadarqhat çay portu və Ziya beynəlxalq aeroportu var. == Ümumi məlumat == Dəkkədə Banqladeş EA (1973), Cut ETİ (1951), Banqladeş elm və sənaye tədqiqatları şurası (1955), Atom Enerjisi üzrə Banqladeş Komissiyası (1973), Benqal Akademiyası (1972; humanitar elmlər sahəsində tədqiqatlar), Beynəlxalq və Strateji Araşdırmalar İnistutu (1978); ali təhsil müəssisələrindən: Dəkkə Universiteti (1921), Mühəndis-Texnologiya Universiteti (1962), İslam Texnologiya Universiteti (1981; 2001 il -dən indiki adı ilə) yerləşir.
Dalğa
Dalğa bu mənaları ifadə edə bilər: Dalğa (fizika) — fizika elmində dalğalar Dalğa (su) — dənizdə dalğalar.
Dama
Dama — taxta lövhə üzərində aparılan strateji oyun növüdür. O tam informasiyaya əsaslanan oyun qrupuna daxildir. Beləliklə, bir oyun strategiyası işləməklə onu bəxtdən asılı olmayaraq udmaq olar. Bu oyun növü əsasən Rusiya və Niderlandda geniş yayılmışdır. == Ümumi məlumat == Tünd və açıq rəngli xanalara bölünmüş taxta üzərində oyun. Rus, ingilis, alman və italyan Daması (64 xanalı taxtada), beynəlxalq Dama (100 xanalı taxtada) və Kanada Daması (144 xanalı taxtada) mövcuddur. Başlanğıc vəziyyətdə hər oyunçunun 12 (64 xanalı taxtada), 20 (100 xanalı taxtada) və ya 30 (144 xanalı taxtada) Dama daşı olur. Rəqiblərin daşları rənginə görə fərqlənir (adətən ağ və qara). Oyunçunun vəzifəsi rəqib daşını məhv etmək və ya gedişdən məhrum etməkdir. 100 xanalı Dama üzrə dünya birincilikləri 1894-cü ildən keçirilir.
Damğa
Tamğa və ya Damğa — türk və monqol tarixi baxımından son dərəcə vacib sənəd. == Tarixi == Tamğalar hələ türklərdə yazının olmadığı zamanlarda meydana gəlib. O gündən bu günə qədər türk qrupları tərəfındən bir simvol olaraq işlədilib. Ayrıca bu tamğaların bəziləri türklərin ilk əlifbası olan Runik əlifbanın bəzi hərflərini meydana gətirib. Türk adının yazılı olduğu günümüzdəki ən qədim sənəd olan orxon abidələri də Runik əlifbayla yazılıb. Qədim türklərin xalı, kilim, məzar daşı kimi əsərlərdə vurduqları tamğalar, bəzən hərf, bəzən simvol, bəzən ornament, bəzən də bir sirr olaraq bizə gəlib çatıb. Tamğa qədim türk dilində "tamka", qumuq dilində "tamğa", tatarca "tamqa" Azərbaycan türkcəsində "damğa" , monqolca "tamaqa", rus dilində isə "tamqa" şəklində keçir. Elmə məlum olan ən qədim tamğaların təqribən 5000 il yaşı vardır. Qədim ornamentlərin ilk nümunələrinə Poleolit dövrünə aid qayaüstü təsvirlərdə, arxeoloji tədqiqatlar zamanı aşkar olunan saxsı qab, daş və sümük bəzək əşyaları və s. üzərində rast gəlinir.
Dana
Bos taurus taurus (lat. Bos taurus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin əsl öküz cinsinin bos taurus növünə aid heyvan yarımnövü. İnək təsərrüfatı ətraf mühit üçün çox böyük gərginlik yaradır. Bu barədə BMT-nin Elm və İctimai Maraqlar Mərkəzin məlumat verir. Birincisi, ət emalı sənayesinin mənfi nəticələrindən biri meşələrin məhv edilməsidir. Amazon cəngəlliklərində əvvəllər mövcud olan sahənin təqribən 70 faizi indi iribuynuzlu mal-qara üçün otlaq kimi istifadə edilir. ABŞ-də ət emalı məqsədilə heyvanların yemlənməsi üçün becərilən qarığdalının 80 faizi, soyanın 90 faizi və taxılın təqribən 70 faizə yaxını məsrəf olunur. İkincisi, kənd təsərrüfatı heyvanları planetdə bütün içməli suyun 58 faizini mənimsəyir, belə ki, bir litr südün istehsalı üçün 9 litrə yaxın su sərf edilir. Bu heyvanlar həmçinin eroziya hallarının 55 faizinə, pestisidlərdən istifadə hallarının 37 faizinə səbəb olur. İnəklər qlobal istiləşməyə gətirib çıxardan buxar qazlarından biri olan metan buraxır.
Daqqa
Daqqa— çəki ölçü vahidi. == Ümumi məlumat == Daqqa silindrə oxşayan təkqulplu dəmir qabdır. Məişətdə ondan başlıca olaraq dən ölçmək üçün istifadə edilmişdir. Ağzının kənarı və dibi çöldən ensiz dəmir köbə ilə haşiyələnmişdir. Ağzının diametri təxminən 22 sm, dərinliyi 21 sm olur. Daqqa 10 girvənkə (4 kq) arpa, 15 girvənkə (6 kq) buğda tutur. == Mənbə == Azərbaycan etnoqrafiyası, Bakı-2007, “Şərq-Qərb” nəşriyyatı. Üç cilddə. III cild. səh.
Dara
Dara bu mənalarda gələ bilər: I Dara — Əhəməni hökmdarları. II Dara — Əhəməni hökmdarları. III Dara — Əhəməni hökmdarları.
Data
Verilənlər (ing. Data) – texniki vəsaitlərlə saxlanması, emal edilməsi və ötürülməsi üçün formal şəkildə təsvir olunan (kodlaşdırılan) məlumatdır. Verilənlər faktları, mətn, qrafik, müxtəlif şəkilləri, səsləri, analoq və ya rəqəm video-seqmentləri təsvir edirlər. Verilənlər sistemin informasiya istifadəçiləri tərəfindən istifadə olunan işlənməmiş materiallarıdır. Verilənlər termini latınca "datum" fakt sözündən yaranmışdır. Verilənlər ümumi halda ad, qiymət, tip və s. kimi struktur xarakteristikaları ilə təyin olunurlar. Verilənlər – mətn, rəqəm, zaman, pul, memo, OLE, məntiqi və s. tiplərə malik olurlar. == Terminologiya == “Verilənlər” anlayışı “informasiya” anlayışı ilə sıx bağlıdır.
Daşqa
Daşqa – qədim nəqliyyat vasitəsidir. == Ümumi məlumat == Daşqa (daşka) — iki təkərli, dayaq təkərləri olmayan eşşək arabası — nəqliyyat və daşıma vasitəsi kimi xüsusi ilə kəndlilərin gündəlik həyatında və kənd təsərrüfatı işlərinin görülməsində əvəzsiz rol oynamışdır.
Naqa
Naqa (नाग) Hinduizm və Buddizmdən gələn böyük bir ilan kimi təsvir edilən ikinci dərəcəli (kiçik) tanrı üçün Sanskrit və Pali dilindəki adıdır. Bununla birlikdə, sözün istifadəsi çox qeyri-müəyyəndir və bu sözlə birdən çox şey ifadə edilə bilər. "Naqalar" olaraq adlandırılan (insan) qəbilə(sin)dən (normal ilanlara (xüsusilə kral kobrası və hind kobrası) və ya fillərə qədər çox fərqli mənalar daşıyır. Dişi naqaya naqi deyilir. Naqa Mucalinda, Budanın qəyyumu olduğu halda, Balarama Vişnunun naqa şəklində təcəssümünü (reenkarnasiyası) təşkil edir.
Qaqa
Qaqa (lat. Somateria) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Raqa
Rey (İran) — İranın qədim tarixi şəhəri, Rey şəhristanının mərkəzi.
Saga
Saqa — orta əsrlərdə vikinq, german və İslandiya ədəbiyyatında nəsr növlərindən biridir. Geniş şəkildə baxıldıqda "saqa" termini hər cür təhkiyə və tarixi rəvayətləri (müqəddəslərin həyatı, digər dillərdən edilmiş tərcümələr ya da dinə aid olmayan hekayələr) əhatə edir. Daha dar mənada isə yazıçının keçmişdə yaşanan hadisələri, xəyal gücü ilə yenidən hazırladığı və oxucularına estetik bir şəkildə ifadə etdiyi tarixi rəvayətlərdir. Müasir tədqiqatçılar saqaları bir neçə alt qrupa ayırırlar. Bunlardan bəziləri Skandinaviya hökmdarlarının həyatlarından bəhs edən "kral saqaları"(Konungasögur), mifoloji və əfsanəvi hadisələrdən bəhs edən "əfsanəvi saqalar" (Fornaldarsögur) və "ailə saqaları" adıyla da bilinən "İslandiyalılar haqqında qısa hekayələr" (Íslendingaþættir), "İslandiya saqaları" (Íslendinga sögur), "cəngavər saqaları" (Riddarasögur), "Qrenlandiya saqaları" (Grænlendingasögur), "müqəddəslər haqqında saqalar" (Heilagra manna sögur) və s. Bunlar arasında ən məşhur və ədəbi cəhətdən üstün tutulan İslandiya saqalarıdır. Daha çox zadəganlar haqqında olan saqalardan fərqli olaraq İslandiya saqaları, ümumiyyətlə, kəndlilərin başına gələn hadisələrdən bəhs edir. Əsas qəhrəmanlar kəndlilər olmasalar belə, hər halda, saqa oxuyucularından daha üst sinifə də aid deyillər. Təxminən 930-1050-ci illəri arasındakı dövrün "saqalar çağı" olaraq tanınmasını təmin edən bu saqalar təxminən 1190-1320-ci illər arasında yazıya alınmışdı. İslandca "danışmaq" mənasını verən "seqja" sözündən törəyən "saqa" sözünün lüğəvi mənası "deyilən, söylənmiş" deməkdir.
Saqa
Saqa — orta əsrlərdə vikinq, german və İslandiya ədəbiyyatında nəsr növlərindən biridir. Geniş şəkildə baxıldıqda "saqa" termini hər cür təhkiyə və tarixi rəvayətləri (müqəddəslərin həyatı, digər dillərdən edilmiş tərcümələr ya da dinə aid olmayan hekayələr) əhatə edir. Daha dar mənada isə yazıçının keçmişdə yaşanan hadisələri, xəyal gücü ilə yenidən hazırladığı və oxucularına estetik bir şəkildə ifadə etdiyi tarixi rəvayətlərdir. Müasir tədqiqatçılar saqaları bir neçə alt qrupa ayırırlar. Bunlardan bəziləri Skandinaviya hökmdarlarının həyatlarından bəhs edən "kral saqaları"(Konungasögur), mifoloji və əfsanəvi hadisələrdən bəhs edən "əfsanəvi saqalar" (Fornaldarsögur) və "ailə saqaları" adıyla da bilinən "İslandiyalılar haqqında qısa hekayələr" (Íslendingaþættir), "İslandiya saqaları" (Íslendinga sögur), "cəngavər saqaları" (Riddarasögur), "Qrenlandiya saqaları" (Grænlendingasögur), "müqəddəslər haqqında saqalar" (Heilagra manna sögur) və s. Bunlar arasında ən məşhur və ədəbi cəhətdən üstün tutulan İslandiya saqalarıdır. Daha çox zadəganlar haqqında olan saqalardan fərqli olaraq İslandiya saqaları, ümumiyyətlə, kəndlilərin başına gələn hadisələrdən bəhs edir. Əsas qəhrəmanlar kəndlilər olmasalar belə, hər halda, saqa oxuyucularından daha üst sinifə də aid deyillər. Təxminən 930-1050-ci illəri arasındakı dövrün "saqalar çağı" olaraq tanınmasını təmin edən bu saqalar təxminən 1190-1320-ci illər arasında yazıya alınmışdı. İslandca "danışmaq" mənasını verən "seqja" sözündən törəyən "saqa" sözünün lüğəvi mənası "deyilən, söylənmiş" deməkdir.
Zağa
Zağə
Dama dama mesopotamica
Baba dağı (Makedoniya)
Baba dağı (mak. Баба Планина/Baba Planina) — Pelister və ya Peristeri ən yüksək zirvəsinin adı ilə daha çox tanınan Makedoniya Respublikasının Pelaqoniya Statistik Regionunda yerləşən dağ. Pelister zirvəsi Bitola şəhərindən müşahidə olunur. Pelisterdən başqa digər zirvələr Dva Qroba (2514 metr), Veternika (2420 metr), Muza (2350 metr), Rzana (2334 metr), Şiroka (2218 metr), Kozji Kamen (2199 metr), Qrima (2198 metr), Qolema Çuka (2188 metr), Belavoda (2.179 metr), Kirkodur (2.155 metr). Baba massivi regionda yerləşən çayları parçalayır, buna görə də çaylar ya Adriatik, ya da Egey dənizinə doğru axır. Pelister Milli Parkının florasına beş iynəyarpaqlı şam ağacı daxildir. Üçüncü dövrün unikal növlərinə hal-hazırda Balkan yarımadasının yalnız bir neçə dağında rast gəlinir. Bu ərazinin faunasına aşağıdakılar daxildir: ayı, Avropa cüyürü, boz canavar, qarapaça, maral, çöldonuzu, dovşan, qartalın bir neçə növü, kəklik, dolaşa və Makedoniya Palaqoniyasının endemik canlısı olan qızılxallı balıq. Pelister Mavrovodan sonra Makedoniya Respublikasında ikinci ən böyük və ən qədim milli parkdır. Bura ölkədə məşhur xizək kurortuna görə Ohrid, Prespa, Dojran, Popova Şapka və Kruşevo ilə yanaşı aparıcı turizm zonalarının biridir.
Baba dağı (Türkiyə)
Babadağ (qədim dövrlərdə: Kraq dağı, yun. Κράγκος, lat. Cragus/Cragos/Kragus) və ya Baba dağı — Türkiyənin cənub-qərbində, Muğla ilindəki Fəthiyə rayonunda dağ. Dağın zirvəsinin dəniz səviyyəsindən hündürlüyü – 1,969 metr (6,460 ft). İkinci zirvə olan Qaratəpənin (türk. Karatepe) dəniz səviyyəsindən hündürlüyü – 1,400 metr (4,600 ft). Bu iki zirvənin arasında bir vadi yerləşir. Buna görə də Babadağ bəzən dağ silsiləsi də adlanır. Dağın əksər hissəsi əhəngdaşından ibarətdir. Dağın yamacında endemik bitkilər olan Acer undulatum və Livan sidri kimi müxtəlif bitkilər yerləşir.
Damla Sönməz
Damla Sönməz (3 may 1987, İstanbul) — Türkiyə aktrisası. == Həyatı == Damla Sönməz 3 may 1987-ci ildə İstanbulda anadan olub. Məktəbdə oxuyarkən "Müjdat Gezen Sənət Mərkəzi"ndə teatr kursuna gedən Sönməz, fransız məktəbinin məzunu olduqdan sonra Sarbonnada bir il dramaturgiya üzrə oxumuş, lakin o səhnədə olmaq istədiyi üçün oxuduğu bölməni buraxıb ölkəyə geri dönmüşdür. Bir neçə ay əvvəl də təqaüdlə oxuduğu Yeditepe Universitetinin teatr fakültəsinin məzunu olmuşdur. Hal-hazırda təhsilini Yeditepe Universiteti Teatr fakültəsində davam etdirməkdədir. Sönməzin təhsili bunlarla məhdud deyil. Damla Sönməz həm də Mimar Sinan Universiteti Dövlət Konservatoriyasında qiyabi olaraq 2 il skripka, 1 il piano təhsili almışdır. Dünyada məsləyi ilə əlaqədar nələr olub-olmadığıyla da maraqlanır, ABŞ və İngiltərədə də teatr işlərinə qatılır. Çünki ona görə bu peşə yeniliklərə açıq olmağı tələb edir, səbəblərini də belə açıqlayır: "Bir obrazı oynamağınız üçün onu çox yaxşı tanımış və başa düşmüş olmağınız lazımdır. İnsanları daha çox qəbul etməyə, kimin nəyi niyə etdiyini, həyatdakı seçimlərini anlamağa çalışıram." Bəs Sönməz hər kəslə asan ünsiyyət qurub dost olurmu?
Sönməz Hüseynov
Ulduz Sönməz
Ulduz Əsgər qızı Quliyeva (Ulduz Sönməz; 16 iyun 1945, Kərimli, Gədəbəy rayonu) — Azərbaycanlı aşıq, şair, "Azərbaycanın Əməkdar mədəniyyət işçisi" (2008). Azərbaycan Yazıçılar Birliyinin və Yeni Azərbaycan Partiyasının üzvü. Ulduz Quliyeva 1945-ci il iyun ayının 16-da Gədəbəy rayonunun Kərimli kəndində anadan olub. Orta məktəbin 8-ci sinfindən Asəf Zeynallı adına Musiqi Məktəbinə daxil olmuş, 1969-cu ildə Muğam sinfini bitirmişdir. 1964–1971-ci illərdə Sumqayıt şəhər metallurqların C.Cabbarlı adına Mədəniyyət evində xalq çalğı alətləri ansamblının bədii rəhbəri işləyib. Eyni vaxtda Sumqayıt şəhər radio stansiyasında solist olub. 1971-ci ildən 1981-ci ilə kimi Azərbaycan Dövlət Filarmoniyasında solist kimi çalışıb. Hələ muğam sinfində oxuyarkən Azərbaycan SSR Nazirlər Soveti yanında radio verilişləri və televiziya komitəsinin solisti olub və bir çox görkəmli sənətkarlarla yanaşı fəal iştirak edib. Ulduz xanım saz çalmağı Aşıq Sədi Ağstafalıdan öyrənib. Aşıq Ulduz "Aşıq Pəri" məclisinin ilk üzvü və yaradıcılarından biridir.
Eşqə düşmək
Eşqə düşmə, vurulmaq, aşiq olmaq adətən başqa bir insana qarşı güclü bağlılıq və sevgi hisslərinin inkişafıdır. İngilis dilində bu termin (ing. falling in love) metaforik xarakter daşıyır, prosesin fiziki "yıxılma" aktı kimi ani, idarəolunmaz olduğunu və sevgilini “xəstəliyə düşmək” və ya “tələyə düşmək” kimi həssas vəziyyətdə buraxdığını vurğulayır. Bu, həm də prosesdə aşağı beyin mərkəzlərinin əhəmiyyətini əks etdirə bilər, bu, rasional beyni (Con Klizin sözləri ilə desək) “bu aşiq olmaq çox qəribədir...” nəticəsinə gətirə bilər. O, okkultizmlə həmsərhəddir”. == Faktorlar == === Psixoloji === “Aşiq olana güclü töhfə verən məlum faktorlara yaxınlıq, oxşarlıq, qarşılıqlılıq və fiziki cəlbedicilik daxildir”, eyni zamanda, proses köhnə uşaqlıq bağlılıq nümunələrinin yenidən aktivləşdirilməsini nəzərdə tutur. İki insan arasında dərin qurulmuş psixoloji paralellər də onların cütləşmə-bağlanmasının əsasını təşkil edə bilər ki, bu da sadəcə narsisistik identifikasiyası ilə həmsərhəd ola bilər. Yunqçular eşqə düşmək prosesini anima və ya animusun digər insana proyeksiyası kimi baxırlar və bunun daxil ola biləcəyi anlaşılmazlıq potensialı var. === Kimyəvi === Eşqə düşmə zamanı iki kimyəvi reaksiya baş verir ki, bu da oksitosin və vazopressinin artmasıdır; və Elisabeth Young-Bruehl göstərir ki, "biz aşiq olduğumuz zaman öz beynimizin emosional mərkəzlərindən keçən təbii amfetamin axınına düşürük". Sosiobiologiyaya gəlincə, vurğulanır ki, həyat yoldaşlarının seçimi yalnız başın öhdəsinə buraxıla bilməz və kompleks neyrokimyəvi dəstək tələb olunmalıdır.
Dolmen
Dolmen(bret. taol maen — daş masa) — meqalit kateqoriyalı qədim dəfn və kult tikilisi. == Ümumi məlumat == Dolmenlər daşların şaquli vəiyyədə yerə basdırılması nəticəsində yaranmış.hər tərəfi bağlı düzbucaq qəbirlərdir. Onların üstü sal daşla örtülür.Dolmenləin qurulmasında 10 ton ağırlığı olan nəhəng daşlardan istifadə edilmişdir.Bu qəbirlər tək,ikimərtəbəli və koridorla birləşən qəbirlər sırası şəklində olur.Belə abidələrə Avopa, İran, Hindistan,Yaponiya, Koreya, Krım, Qara dəniz sahilləri və Azərbaycanda rast gəlmək olur. == Azərbaycanda dolmenlər == Fransız alim Jak de Morqan Lənkəran rayonunun Körükdi kəndi yaxınlığında ikimərtəbəli dolmenlər aşkarlamış və ilk dəfə onların tarixi və dini mahiyyəti barədə məlumat vermişdir. Xocalıda da dolmenlər üzə çıxarılmışdır. Dolmenlərin yaradılması üçün əsas olmuş axirət dünyası ideyası və ruhun ölməzliyinə inam ənənəvi olaraq zamanəmizə qədər gəlib çıxmışdır. Buna misal olaraq Şamaxıdakı “Dədəgünəş” pirini ziyarət edənlərin balaca daşlardan evlər tikməsini göstərmək olar. Guya bu evlər xəstələrin öləndən sonra axirət dünyasında yaşamasına xidmət edəcəkmiş.
Domen
Domen — veb saytınızın internetdəki adı və ünvanıdır. Bu ünvan olmadan internet istifadəçiləri veb saytınıza girə bilməzlər. 1985-ci ildə ilk funksional domenlər yaradılmışdır. Funksional domenlər İnternet resursunun fəaliyyətindən asılı olaraq müəyyən edilir. 15 mart 1985-ci ildə dünyada qeydiyyatdan keçmiş ilk domen – “Symbolics.com” İnternetdə istifadəyə verilmişdir. Bu domen kompüter sənayesinin pioneri, “Open Genera Lisp” və “Macsyma” kompüterlərinin istehsalçısı olan “Symbolics” şirkətinə məxsus idi. Domen ip ünvanı adlanan kompüterlərin birbirini tanıması üçün istifadə olunan nömrələmə sisteminin bəsitləşidirilmiş və kəlimələr ilə ifadə edilən formasıdır. Məsələn az.wikipedia.org yazdığınızda internet öncə bunu ip ünvanına çevirir sonra isə sizi bu ip ünvanına yönləndirir. Veb saytınızı ziyarət etmək istəyənlərin ip ünvanınızı bilmələri çətin olacağı üçün domen alaraq saytınzı daha asan yadda qalan bir hala gətirməlisiniz. 91.198.174.192 ip ünvanı az.wikipedia.org saytına aiddir.
Donex
Balakənd, Doveğ — Yelizavetpol (Gəncə) Qazax Şəmşəddin qəzasında, indi Barana (Noemberyan) rayonunda kənd. Erməni silahlı bölmələri bu kənddə yerləşən mövqelərindən daimi olaraq Qazax rayonunun həmin istiqamətdə yerləşən Azərbaycan mövqelərini atəşə tuturlar. == Tarixi == Rayon mərkəzindən 4 km məsafədə yerləşir. Toponim «kiçik» mənasında işlənən bala və «yaşayış məntəqəsi» mənasında işlənən kənd sözlərinin birləşməsindən əmələ gəlmişdir. Quruluşca mürəkkəb toponimdir. Qeyrirəsmi olaraq kəndin adı dəyişdirilib Doveğ qoyulmuşdur. == Əhalisi == 1930 - cu ilə qədər azərbaycanlılar yaşamışdır. 1930 - cu ildən sonra azərbaycanlılar qovulmuş, kəndə ermənilər yerləşdirilmişdir.
Donma
Donma — dəri, dərialtı və daha dərin toxumaların soyuğun təsirindən yerli zədələnməsi. Donmalar zamanı toxumaların nekrozu soyuğun bilavasitə təsiri ilə deyil, yerli qan dövranının və innervasiyanın pozulması ilə şərtlənir: reaktivliyə qədərki dövrdə kapilyarların və kiçik arteriyaların spazmı, reaktiv dövrdə isə onların parezi, yerli qan dövranının zəifləməsi, qan damarlarında staz, kiçik damarlarda tromboz proseslərinin inkişafı. Sonralar damar divarında morfoloji dəyişikliklər başlayır: endotelin şişməsi, endotelial hüceyrələrin plazmatik hüceyrələr tərəfindən hopulması, nekrozun əmələ gəlməsi və sonra həmin nahiyənin çapıqlaşması və daha sonra damarların tutulması. Beləliklə, donma zamanı toxumaların nekrozu ikincilidir və onun inkişafı donmanın reaktiv fazasında da davam edir. Keçirilmiş donma nəticəsində damarlarda baş verən dəyişikliklər sonralar damarların obliterasiyaedici xəstəlikləri və trofik dəyişikliklər üçün zəmin yaradır. == Donmaların klinik gedişində iki dövr ayırd edilir == Reaktivliyə qədərki (gizli yaxud hipotermiya) dövrü. Reaktivlik dövrü (toxumaların isidilməyə başladığı andan sonrakı dövr). Reaktivliyə qədərki (gizli) dövrdə toxumalar hipotermiya vəziyyətində olurlar, belə ki, hələ soyuğun təsiri davam edir. Bu dövrdə klinik əlamətlər nəzərəçarpacaq dərəcədə aydın olmur: dəri avazımış, yaxud sianotik olur, əllədikdə soyuqdur və hissiyyat ya azalıb, ya da itmişdir. Bəzi hallarda ilk saatlarda spesifık soyuqluq hissiyyatı, iynəbatırma, göynəmə və paresteziyalar (ağrı hissiyyatının təhrif olunmuş formaları) qeyd edilir.
Kay Donner
Kay Donner(isv. Kai (Karl) Reinhold Donner; 1 aprel 1888, Helsinki – 12 fevral 1935, Helsinki) — Fin etnoqrafı, dilçisi və siyasətçisi. == Həyatı == 1888-ci ildə anadan olmuşdur. Onun maraq dairəsi Ural dillərinin araşdırılmasıdır. "Beiträge zur Frage nach dem Urspnıng der Jenissei-Ostjaken", "Über das Alter der ostjakischen und vogulischen Renntierzucht" kimi bir sıra yazıların müəllifidir. Ural dillərilə yanaşı əski və yeni türk dilləri ilə də olduqca dərindən məşğul olmuşdur. Dilçi-alimin "Zu den ältesten Berührungen zwischen Samojeden und Türken" başlıqlı yazısı olduqca dəyərli bir əsərdir. Bu yazıda Donner samoyedlər və türklər arasında olmuş qədim əlaqələri işıqlandırmış və çuvaş xüsusiyyətləri daşıyan dilin ortaq türk dilindən ayrılmasından öncəki dövrləri haqqında maraqlı fikirlər söyləmişdir. Donner nəinki əski türk yazıları ilə, həmçinin türk dialektlərinin öyrənilməsi ilə də məşğul olmuşdur. Onun 1956-cı ildə nəşr edilmiş "Kaça" sözlüyü alimlər tərəfindən bəyənilmişdir.
Nurettin Sönmez
Nurettin Sönmez — Türk aktyor və Uzaq Şərq Döyüş Sənətləri müəllimi. Nurettin Sönmez döyüş qabiliyyətinə görə savaş, aksiyon filmlərində yer almışdır. Ustaca qılınc, balta işlədə bilir. İlk Mavi Kelebekler televiziya serialında debüt etmişdir. Daha sonra isə Bir Zamanlar Osmanlı Kıyam və Osmanlıda Derin Devlet seriallarında özünü sübut etmişdir. Ən son isə 2014-cü ildən TRT1-də yayımlanan Diriliş:Ərtoğrul (teleserial, 2014) serialında görünməyə başladı. O, döyüş qabiliyyətini tam şəkildə sərgiləyir.Bu serialda Bamsı Beyrək rolunu canlandırır. Hal-hazırda bu serialda çəkilməyə davam edir.
Kazimej Deymek
Kazimej Deymek (pol. Kazimierz Dejmek; 17 may 1924[…], Kovel[d], Volın voyevodluğu[d] – 31 dekabr 2002[…], Varşava) — Polşalı teatr rejissoru və aktyoru, dövlət və ictimai xadimi, Polşanın mədəniyyət və incəsənət naziri (1993–1996), Polşa Seyminin deputatı (1993–1997), Polşanın əməkdar mədəniyyət işçisi (1981). Polşa Dövlət Mükafatı laureatı (1953, 1955, 1984) == Həyatı == Mənşəcə çex olan Kazimej Deymek İkinci Dünya müharibəsi illərində müqavimət hərəkatında iştirak etmişdir. 1943-cü ildən Daxili Ordunun əsgəri olmuşdur. 1946-cı ildə əlavə olaraq dramatik aktyor kimi imtahan da vermişdi. 1947-ci ildə teatr səhnəsində debüt edir. 1949-cu ildə Lodzidəki Kino Məktəbinə daxil olur. Jeşuv, Yelena-Qura və Lodz teatrlarının səhnələrində də oynamışdır. 1949–1961-ci illərdə Lodzidəki Nova Teatrının təşkilatçısı və rejissoru olub. Burada o, Kaninin "Karqanın daşlama dəstəsi" (1949), Ostrovskinin "Tufan" (1952), Vladimir Mayakovskinin "Hamam" (1954), Vilyam Şekspirin "Yuli Sezar" (1960), Vilkovetskdən olan Mikolayın "Rəbbin şanlı dirilməsinin hekayəsi" əsərlərinə (1961) quruluş vermişdir.