Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qatar
Qatar — ən azı bir lokomotiv tərəfindən dartılan, bir-birinin ardınca qoşulmuş sərnişin və ya yük vaqonlarından ibarət texniki avadanlıqdır. == Qatar növləri == Qatarların aşağıdakı növləri vardır; Yük, Sərnişin. Turizmdə dəmiryolu nəqliyyatının əhəmiyyəti böyükdür. Sürət və təhlükəsizlik baxımından avtomobil nəqliyyatından daha yaxşıdır. Post, Qartəmizləyən, Hərbi, Təsərrüfat. == Azərbaycanda qatardan istifadə == Azərbaycan və MDB məkanında komfortu artırılmış sərnişin qatarlarından da istifadə olunur. Azərbaycan dəmir yolu xəttində maksimal sürət 100 km/saat-a çatır. Bu həm yük, həm də sərnişin qatarlarına aiddir. Qatarların uzunluğu onun tərkibindən və lokomotivin gücündən asılı olaraq təyin olunur. Məsələn, sərnişin qatarlarının uzunluğu 20 vaqona qədər ola bilər.
Qərar
Qərar — yerli icra hakimiyyətləri, şəhər və kənd nümayəndələri tərəfindən onların səlahiyyətlərinə aid olan, vacib olan məsələlərin həlli üçün qəbul edilir. Qərar həmçinin kollegiyal idarəetmə xüsusiyyətinə malik olan müəssisə və təşkilatların ümumi yığıncaqlarında idarə heyətinin iclasında qəbul edilir. Ali hakimiyyət orqanının - Parlamentin (Deputatların səsçoxluğu ilə) - Parlamentin təşkilati məsələlərinə dair, Hökumətin hesabatına dair, büdcənin icrasının hesabatına dair, eləcə də Hökumətin formalaşdırılması, fəaliyyətinin qənaətbəxş olubolmamasına (votum) dair, yuxarı Məhkəmə orqanlarına hakimlərin seçilməsinə dair və s. aktı; Ali hakimiyyət orqanının- Məhkəmənin (Hakimin, Hakimlər kolegiyasının, Məhkəmə plenumunun və ya Rəyasət heyətinin) baxdığı konkret işlərin yekun nəticəsi xarakterli və ya ümumi göstəriş xarakterlı aktı; Mərkəzi Hakimiyyət orqanının - Hökumətin (Nazirlər Kabinetinin) ən mühüm siyasi və təsərrüfat məsələləri barəsində qəbul etdiyi aktı; dövlət və yaxud qeyri dövlət arbitajında baxılan təsərrüfat mübahisəsinin həllinə dair aktı; dövlət orqanının və yaxud vəzifəli şəxsin konkret məqsədli istiqamətli aktı; Yerli İcra hakimiyyətinin idarəçilik xarakterli aktı; Bələdiyyə orqanlarının yerli əhəmiyyətli aktları; İctimai (siyasi) təşkilatların başçıları və ya kollegial üzvləri tərəfindən (misal: qurultay, kofrans, sessiya) məqsədlərini həyat keçirilməsi naminə qəbul etdikləri aktları.
Qətab
Gətab — İranın Mazandaran ostanının Babül şəhristanının Gətab bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,956 nəfər və 1,744 ailədən ibarət idi.
Qətər
Qətər (ərəb. قطر) və ya rəsmi adı ilə Qətər Dövləti (ərəb. دولة قطر) — Qərbi Asiyada dövlət. Qətər Ərəbistan yarımadasının şimal-şərqində Fars körfəzinə uzanan eyni adlı yarımadada yerləşir. Qurudan yalnız cənubda Səudiyyə Ərəbistanı ilə həmsərhəddir. Sudan şimalda Bəhreyn, şərqdə isə Birləşmiş Ərəb Əmirlikləri ilə sərhədə malikdir. Paytaxtı və ən böyük şəhəri Doha, ümumi sahəsi 11,581 kvadrat kilometr, əhalisinin sayı 2.5 milyon nəfərdən çoxdur. Monarxiya ilə idarə olunan Qətər artan neft qiymətləri və sahib olduğu təbii qaz ehtiyatları sayəsində adam başına düşən gəlirə görə dünyanın ən zəngin 6-cı ölkəsidir. == Tarixi == Qətərin ərazisi qədim dövrlərdən bəri yaşayış məskəni olub. Bu ölkənin adı Roma tarixçisi Böyük Plini (I əsr) tərəfindən də xatırlanır.
Qatar (Kəleybər)
Qatar (fars. قاطار‎) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 257 nəfər yaşayır (51 ailə).
Qatar (Qafan)
Qatar — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar Qafan rayonunda kənd. == Tarixi == Qafan şəhərinin bir hissəsini (indi Hünan Avetisyan qəsəbəsidir) və Oxçu çayının sahilində indi də Qatar şamı adlandırılan düzənlikdən başlamış Kavard kəndinədək uzanan bütün mədən şəhərciyini əhatə edirdi. Kənd sıra ilə düzülmüş qayaların ətəyində salınmışdır. XX əsrin əvəllərində Qafan şəhəri ilə birləşdirilərək kənd ləğv edilmişdir. == Toponimi == Toponim Azərbaycan dilində "zəncirvari qaya, təpə", mənasında işlənən qatar sözü əsasında əmələ gələn orotoponimdir. Quruluşca sadə toponimdir. Azərbaycanda və Ermənistan ərazisində bir sıra toponimlərdə "qatar" və "qatır" sözünün dəqiq mə'nasını müəyyən etmək çətİndir. İlk dəfə "Alban tarixi"ndə Albaniyada Katarvəng ("Alban tarixi", II kitab, 6-cı fəsil) və Kataray (I kitab, 34-cü fəsil) toponimləri qeyd olunur. XIX əsrdə Tiflis quberniyasının Axalsix qəzasında Kater-Yurt, İrəvan quberniyasının Sürməli qəzasında Katerlu dağı və Katerlu adlı iki kənd, Tiflis quberniyasının Siqnax qəzasında Katar dağ beli, həmin quberniyanın Tioneti qəzasında Kataris-Xevi çay adı, İrəvan quberniyasının Katar-Qain keçidi, Aleksandropol qəzasında Katarqaya, Zəngəzur qəzasında Katar-Daş dağı, Quba rayonun Qaytar-Qoca dağı adları göstərir ki, bu toponimlərin bə'ziləri katar (qaytar) tayfa adını, bə'ziləri Azərbaycan dilində qatar "cərgə", "zəncirvarı (qaya, təpə)", bə'ziləri isə türk dillərində kadır "sıldırım", "yarğanlı" sözünü əks etdirir, lakin bə'zi toponimlərdə (məsələn, Yevlax r-nunda Qatırölən toponimi) bu söz qatır (heyvan adı) sözündən ibarətdir. XIX əsrin ortalarında Qaraqoyunlu kəndinin (Novobayazid qəzası) Çalmalı dağında yaylaq yerində yurdu da Qatar adlanırdıKəndin tam adı "Qatar şam"ı olmuşdur.
Qatar (Qoşaçay)
Qatar (fars. قطار‎‎) - İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 818 nəfər yaşayır (192 ailə).
Qatar (dəqiqləşdirmə)
Qatar
Qatar (nəqliyyat)
Qatar — ən azı bir lokomotiv tərəfindən dartılan, bir-birinin ardınca qoşulmuş sərnişin və ya yük vaqonlarından ibarət texniki avadanlıqdır. == Qatar növləri == Qatarların aşağıdakı növləri vardır; Yük, Sərnişin. Turizmdə dəmiryolu nəqliyyatının əhəmiyyəti böyükdür. Sürət və təhlükəsizlik baxımından avtomobil nəqliyyatından daha yaxşıdır. Post, Qartəmizləyən, Hərbi, Təsərrüfat. == Azərbaycanda qatardan istifadə == Azərbaycan və MDB məkanında komfortu artırılmış sərnişin qatarlarından da istifadə olunur. Azərbaycan dəmir yolu xəttində maksimal sürət 100 km/saat-a çatır. Bu həm yük, həm də sərnişin qatarlarına aiddir. Qatarların uzunluğu onun tərkibindən və lokomotivin gücündən asılı olaraq təyin olunur. Məsələn, sərnişin qatarlarının uzunluğu 20 vaqona qədər ola bilər.
Qatar Airways
Qatar Airways (ərəb. القطرية‎) — Doha, Qətər mərkəzli milli havayoludur. 100-dən çox təyyarə flotuna sahib olaraq, Afrika, Mərkəzi Asiya, Avropa, Uzaq Şərq, Cənubi Asiya, Orta Şərq, Şimali Amerika, Cənubi Amerika və Okeaniya olaraq Dünya çapında 100-dən çox uçuş nöqtəsinə xidmət verməkdədir. == Tarixi == Qatar Airways, 22 noyabr 1993 tarixində qurulmuşdur. Havayolu, Küveyt Hava Yollarından icarəyə Boeing 767-200ER ilə 20 yanvar 1994-cü tarixində fəaliyyətə başlamışdır. Başlanğıcda Qətər kral ailəsi üzvləri tərəfindən özəl sektora aid idi. Sonra yeni bir rəhbərlik altında, 1997-ci ildə yenidənbaşladılmışdır. Hal-hazırda, Qətər hökumətinin xüsusi investorların əlində qalan ilə hava yolu 50% hissəsinə malikdir. == Sponsorluqlar == İyul 2013 tarixində Qətər Hava Yolları "Barselona"nın sponsoru oldu. Akbar Al Baker bunları dedi: "Biz, dünyanın ən böyük futbol klubu "Barselona" ilə bu ittifaqı meydana gətirdiyimiz üçün xoşbəxtik".
Qatar Petroleum
"Qatar Petroleum" — Qətər Əmirliyinin neft şirkəti.
Qatar dilemması
Qatar dilemması - 1967-ci ildə Philippa Foot tərəfindən hazırlanan klassik məntiq oyunu. == Sualın qoyuluşu == Bir anlıq qatar relslərinin yön dəyişdirən pultunu idarə etdiyinizi düşünün. Uzaqdan nəzarətsiz bir qatarın onun gəlişini eşitməyən 5 nəfər işçiyə doğru sürətlə gəldiyini görürsüz və işçilər bunu görsələr belə vaxtında qaçmağa qaçmağa imkanları olmayacaq. İdarəsi sizdə olan pultun bir düyməsiylə tramvayı həmin 5 işçinin olduğu yoldan ikinci relsin üzərinə yönləndirə bilərsiz, amma bu ikinci yolun da üzərində bir nəfər işçi var. Əgər qatarın yolunu dəyişsən bir nəfər öləcək və sən qatil olacaqsan, yox əgər heç bir şey etməsən yəni qatarın yolunu dəyişməsən beş nəfər öləcək. Bu vaxt hansı qərarı verərdiz? Bir nəfərin ölümüylə beş nəfəri xilas etmək? Yoxsa əksinə? Bu dilemma bir hərəkətin nəticələrini başdan-sona düşünməmizi və qərarların əxlaqı dəyərinin yalnız onun nəticələri ilə müəyyən olub olmadığını nəzərdən keçirməyə bizə imkan verir. == Məsələyə tənqidi baxışlar == Dilemmanın təməlində İmmanuel Kantin metafizik əxlaqı və Jeremy Benthamın praqmatizm çəkişməsi yatır.
Qatar məğamı
Qatar məğamı - Şərur rayonunun Yengicə kəndində yayılaraq rəqs həvəskarları tərəfindən bu günümüzə çatdırılan bu yallını ancaq qadınlar ifa edirlər. Dəstəyə düzülən qadınların sayı 30-40 nəfərə yaxın olur. Onlar bir-birinin yanında duraraq gövdələrinin yuxarı hissələrini sağa döndərirlər və barmaqlarını yanındakı iştirakçının barmaqlarına birləşdirirlər. Orta tempdən və bir az artıq cəld ifadan ibarət yallıda I takta sağ ayaqla qarşıya addım atılır, elə buradaca da sol ayağı sağ ayağın yanına qoyurlar. Sağ ayaqla yenə qarşıya addım atılır. II takta sol ayaqla qarşıya addım atılır, sağ ayaq sol ayağın yanına qoyulur. Sol ayaqla yenə də qarşıya addım atılır.
Qətər bayrağı
Qətər bayrağı — Qətərin Dövlət bayrağı
Qətər coğrafiyası
== Sahəsi və sərhədləri == Qətər əmirliyi Ərəbistan yarımadasının şimal-şərqində, İran körfəzinin sahilində eyniadlı yarımadada yerləşir. Yarımadanın şimaldan cənuba uzunluğu 145 km, qərbdən şərqə 85 km, sahil xəttinin uzunluğu isə 410 km-dir. Yarımadanın yaxınlığındakı məskunlaşan və məskunlaşmayan bəzi adalar və adacıqlar (Aneybar, Xəlul, əl-Mərakkat, əl-Cəzirət əl-Əliyə, əl- Cəzirət əs-Sufliya, İbruk) və b. Qətər əmirliyinin tərkibinə daxildir.Qətərin qərbində yerləşən Davaxil arxipelaqının Havar adası və onun qonşuluğundakı bir sıra kiçik adacıqların hansı dövlətə məxsus olması hələlik həll olunmamışdır. Ölkənin hakim dairələri bu ərazilərin Qətərə məxsus olduğunu iddia edirlər. Son rəsmi məlumatlara görə Qətərin sahəsi 11,3 min kv. km-dir. O, yalnız Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ilə quru sərhədlərə malikdir. Qətərin quru sərhədlərinin ümumi uzunluğu 80 km-dir. == Qətərin relyefi == Səth quruluşuna görə Qətərdə şərti olaraq üç təbii-coğrafi bölgə (sahil, keçid və mərkəz) ayırmaq olar.
Qətər gerbi
Qətər gerbi (ərəb. شعار قطر‎‎; ing. State of Qatar) — Qətərin dövlət rəmzlərindən biri. == Haqqında == Ərəb yarımadasının şərqində olan Fars körfəzinə uzanan Qətər şimal-qərbdən Bəhreyn, qərb və cənubda Səudiyyə Ərəbistanı və şərqdə Birləşmiş Ərəb Əmirlikləri ilə həmsərhəddir. Tək quru sərhəd qonşusu Səudiyyə Ərəbistanı olub digər tərəfləri Fars körfəzi ilə əhatə olunub Bu ölkənin dövlət rəmzləri: Qətər bayrağı, Qətər gerbi və Qətər himnidir. Çevrə (və ya dairə) formasında olan Qətər gerbindəki sarı dairədə iki iç-içə keçmiş ağ əyri qılınc vardır. Qılıncların arasında iki xurma ağacı olan bir adanın yanında mavi və ağ dalğalarda üzən bir gəmi var. Dairə üfüqi olaraq bölünən yuvarlaq bir obyektlə əhatə olunmuşdur. Ağ bölmədə Qətər dövlətinin adı qara kufi xətti ilə yazılmış, tünd qırmızı rəngli bölməsində isə ingiliscə Qətər dövləti sözü ("ing. State of Qatar") yazılmışdır.
Qərar nəzəriyyəsi
Qərar nəzəriyyəsi — insanların problem və problemlərin həlli yollarını seçmə qanunauyğunluqlarını, eyni zamanda istənilən nəticəni əldə etmək yollarını öyrənmək üçün riyaziyyat, statistika, iqtisadiyyat, idarəetmə və psixologiya anlayışlarını və metodlarını əhatə edən bir araşdırma sahəsi. Rasional qərar qəbuletmə müddətini təsvir edən normativ nəzəriyyə ilə qərar qəbuletmə praktikasını təsvir edən təsviri nəzəriyyə arasında fərq qoyulur. == Problem və problem həll etmə prosesi == Problemlərin və tapşırıqların həll edilməsinin rasional prosesi, əvvəlki mərhələlərin icrasına qayıdarkən paralel, təkrarən eyni vaxtda, zəruri hallarda yerinə yetirilən aşağıdakı mərhələləri əhatə edir: Situasiya təhlili (problemli vəziyyətin təhlili); Problemin müəyyənləşdirilməsi və hədəf təyin edilməsi; Lazımi məlumatları axtarın; Bir çox mümkün həllərin formalaşdırılması; Qərarların qiymətləndirilməsi üçün meyarların formalaşdırılması; Qərarların icrasına nəzarət üçün göstəricilərin və meyarların hazırlanması; Qərarların qiymətləndirilməsi; Ən yaxşı həll yolu seçmək; Planlaşdırma; Tətbiq; İcraçılığın monitorinqi; Nəticənin qiymətləndirilməsi.Eyni zamanda, bütün proses və mərhələlərin həyata keçirilməsi rasional əsaslandırılmış bir şəkildə həyata keçirilir. == Erqodiklik problemi == Gələcək üçün "güclü" statistik etibarlı proqnozlar vermək üçün gələcək məlumatlardan bir nümunə əldə etməlisiniz. Bu mümkün olmadığından, bir çox mütəxəssis keçmiş və indiki nümunələrin, məsələn bazar göstəricilərinin gələcəyin nümunəsinə bərabər olduğunu düşünür. Başqa sözlə, bu nöqteyi-nəzərdən yanaşsanız, proqnozlaşdırılan göstəricilərin yalnız keçmiş və cari bazar siqnallarının statistik kölgələri olduğu ortaya çıxır. Bu yanaşma analitikin işini bazar iştirakçılarının bazar siqnallarını necə qəbul etdiklərini və işləyənlərini müəyyənləşdirmək üçün azaldır. Serialın sabitliyi olmadan ağlabatan nəticələr çıxarmaq mümkün deyil. Ancaq bu, serialın hər şeydə sabit olması demək deyil. Məsələn, sabit dispersiyalara və tamamilə qeyri-stasionar ortalamalara sahib ola bilər - bu halda yalnız dispersiya, əks halda yalnız orta ilə bağlı nəticələr çıxaracağıq.
Qətər Dövləti
Qətər (ərəb. قطر) və ya rəsmi adı ilə Qətər Dövləti (ərəb. دولة قطر) — Qərbi Asiyada dövlət. Qətər Ərəbistan yarımadasının şimal-şərqində Fars körfəzinə uzanan eyni adlı yarımadada yerləşir. Qurudan yalnız cənubda Səudiyyə Ərəbistanı ilə həmsərhəddir. Sudan şimalda Bəhreyn, şərqdə isə Birləşmiş Ərəb Əmirlikləri ilə sərhədə malikdir. Paytaxtı və ən böyük şəhəri Doha, ümumi sahəsi 11,581 kvadrat kilometr, əhalisinin sayı 2.5 milyon nəfərdən çoxdur. Monarxiya ilə idarə olunan Qətər artan neft qiymətləri və sahib olduğu təbii qaz ehtiyatları sayəsində adam başına düşən gəlirə görə dünyanın ən zəngin 6-cı ölkəsidir. == Tarixi == Qətərin ərazisi qədim dövrlərdən bəri yaşayış məskəni olub. Bu ölkənin adı Roma tarixçisi Böyük Plini (I əsr) tərəfindən də xatırlanır.
Qətər Fondu
== İstinadlar ==
Qətər himni
"Əmirə səlam" (ərəb. السلام الأميري‎‎) — Qətər dövlət himni.
Qətər iqtisadiyyatı
== Ümumi iqisadi göstəricilər == Qətər inkişaf etməkdə olan ölkələr arasında ötən əsrin 70-ci illərinin "neft erasından" bəhrələnən dövlətlərdən biridir. Neft və təbii qaz bu ölkənin "taleyini" əsaslı surətdə dəyişdirmiş, onun sosial iqtisadi simasında dərin iz buraxmışdır. Qətərin olduqca zəif milli təsərrüfatı neftin hesabına qısa müddətə yüksək inkişaf səviyyəsinə çatmışdır. XXI əsrin əvvəlləri üçün ÜDM həcmi 19 mlrd. dollara yaxınlaşmış, adambaşına düşən milli gəlir isə 20 mln. dolları ötmüşdür. Son 30 ildə (1975 – 2005) bu ölkədə ən yeni texnika və avadanlıqlarla təchiz olunan neft-qaz mədənləri, yataqlardan onların çıxarılması və emalı, neft-kimya, qaz mayeləşdirici müəssisələr, metallurgiya zavodları, su təmizləyici və suvarma qurğuları, limanlar, müasir memarlıq üslubunda binalar, yollar və s. tikilmişdir. Yaxın vaxtlara qədər kasıb ölkə sayılan Qətərin sosial-iqtisadi nailiyyətləri iqtisadiyyatın daxili inkişafı hesabına deyil, əsasən neft və təbii qaz ixracatından banklara yığılan gəlir hesabına olmuşdur. "Neft dolları" adlanan bu vəsait ilk növbədə sənaye obyektlərinin tikintisinə və dövlətin digər ehtiyaclarına istiqamətləndirilir.
Qətər rialı
Qətər rialı — 100 dirhəmə bərabər olan Qətər əmirliyinin pul vahididir. Rialın məzənnəsi ABŞ dolları ilə əlaqədədir. 1 ABŞ dolları 3,64 Qətər rialına bərabərdir. == Tarixi == 28 aprel 1959-cu ilə qədər ölkədə Hindistan rupisi dövriyyədə idi. Daha sonra Fars körfəzinin ölkələri üçün buraxılmış Fars körfəzi rupisi onu əvəz etdi. Fars körfəzi rupisi Hindistan rupisi ilə əlaqədar idi. Hindistan rupisi 1965-ci ildə qiymətdən düşəndə Fars körfəzi rupisi də dəyərdən düşdü və Fars körfəzinin başqa ölkələriylə yanaşı Qətər də öz şəxsi pul vahidini buraxmağa qərar verdi. Bu hadisədən əvvəl 1966-cı ildə ölkə Səudiyyə rialına keçdi. 1 rial o vaxt ki məzənnəyə görə 1,065 rupiyə bərabər idi. Sentyabrda Qətər və Dubay mübadiləyə ümumi valyutanı daxil etdi və onu Qətər və Dubay rialı adlandırdı.
Qətər şəhərləri
== Həmçinin bax ==
Qətər Əmirliyi
Qətər (ərəb. قطر) və ya rəsmi adı ilə Qətər Dövləti (ərəb. دولة قطر) — Qərbi Asiyada dövlət. Qətər Ərəbistan yarımadasının şimal-şərqində Fars körfəzinə uzanan eyni adlı yarımadada yerləşir. Qurudan yalnız cənubda Səudiyyə Ərəbistanı ilə həmsərhəddir. Sudan şimalda Bəhreyn, şərqdə isə Birləşmiş Ərəb Əmirlikləri ilə sərhədə malikdir. Paytaxtı və ən böyük şəhəri Doha, ümumi sahəsi 11,581 kvadrat kilometr, əhalisinin sayı 2.5 milyon nəfərdən çoxdur. Monarxiya ilə idarə olunan Qətər artan neft qiymətləri və sahib olduğu təbii qaz ehtiyatları sayəsində adam başına düşən gəlirə görə dünyanın ən zəngin 6-cı ölkəsidir. == Tarixi == Qətərin ərazisi qədim dövrlərdən bəri yaşayış məskəni olub. Bu ölkənin adı Roma tarixçisi Böyük Plini (I əsr) tərəfindən də xatırlanır.
Azərbaycan–Qətər münasibətləri
Azərbaycan–Qətər münasibətləri — Azərbaycan Respublikası ilə Qətər Dövləti arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1994-cü ilin sentyabr ayının 14-də qurulmuşdur. == Viza == 2017-ci ilin avqust ayında Qətər Azərbaycan vətəndaşları üçün vizanı ləğv etmişdir. Bundan sonra 30 günə qədər viza tələb edilmir. == Parlamentlərarası əlaqələr == Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Qətər parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupu 13 dekabr 2005-ci il tarixində yaradılmış və ilk rəhbəri Tahir Rzayev olmuşdur. 4 mart 2016-cı il tarixindən də Tahir Rzayev işçi qrupunun rəhbəridir. == İdman sahəsində əməkdaşlıq == === Futbol qarşılaşmaları === == Yüksək səviyyəli qarşılıqlı səfərlər və görüşlər == === Dövlət başçıları: === 2004-cü il 30 noyabr — 1 dekabr — Prezident cənab İlham Əliyevin rəsmi səfəri 2007-ci il 28 avqust — Qətər Əmiri Şeyx Həməd bin Xəlifə Al Taninin rəsmi səfəri 2012-ci il 2–3 mart — Qətər Əmiri Şeyx Həməd bin Xəlifə Al Taninin şəxsi səfəri 2014-cü il 6 fevral — Prezident cənab İlham Əliyevlə Qətər Əmiri Təmim bin Həməd Al Taninin Rusiya Federasiyasının Soçi şəhərində görüşü 2016-ci il 8–9 mart — Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Taninin rəsmi səfəri 2017-ci il 26–27 fevral — Prezident cənab İlham Əliyevin rəsmi səfəri === Digər səfərlər: === 2000-ci il 12–14 noyabr — Azərbaycan Respublikasının xarici işlər naziri V.Quliyevin səfəri 2002-ci il 28–30 oktyabr — Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri N.Abbasovun səfəri 2005-ci il 26–28 aprel — Azərbaycan Respublikasının müdafiə naziri S.Əbiyevin rəsmi səfəri 2005-ci il 25–26 iyul — Qətər Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Həməd bin Əli Əl-Atiyyənin rəsmi səfəri 2006-cı il 18–20 fevral — Azərbaycan Respublikasının xarici işlər naziri E.Məmmədyarovun səfəri 2006-cı il 19–21 iyun — Qətərin xarici işlər üzrə dövlət nazirinin səfəri 2007-ci il 12–13 mart — Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın Qətərə səfəri 2007-ci il 28 oktyabr-2 noyabr — Qətərin 1-ci xanımı, Qətər Fondunun Prezidenti Şeyxa Muza bint Naser Əl-Misnedin səfəri 2007-ci il 6–7 dekabr — Azərbaycan Respublikasının fövqəladə hallar naziri K.Heydərovun səfəri 2008-ci il 9–11 fevral — Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, Diplomatik Akademiyanın rektoru H.Paşayevin səfəri 2008-ci il 2–3 dekabr — Qətər mədəniyyət naziri Həməd bin Əbdüləziz Əl-Kuvarinin səfəri 2009-cu il 16–18 fevral — Azərbaycan Respublikasının maliyyə naziri S.Şərifovun rəsmi səfəri 2009-cu il 29–31 mart — Azərbaycan Respublikasının müdafiə naziri S.Əbiyevin rəsmi səfəri 2009-cu il 8–12 iyun — Qətərin Mədəniyyət, İncəsənət və İrs üzrə Milli Şurasının Baş katibi Mubarak bin Nasir Əl-Xəlifənin səfəri 2009-cu il 13–15 oktyabr — Qətər mədəniyyət naziri Həməd bin Əbdüləziz Əl-Kuvarinin səfəri 2009-cu il 3–5 noyabr — Azərbaycan Respublikasının fövqəladə hallar naziri K.Heydərovun səfəri 2010-cu il 11–12 yanvar — Azərbaycan Respublikasının xarici İşlər naziri E.Məmmədyarovun rəsmi səfəri 2010-cu il 14–16 fevral — Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Ə.Vəliyevin səfəri 2010-cu il 28–31 mart — Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi general-leytenant Elçin Quliyevin rəsmi səfəri 2010-cu il 11–12 aprel — Azərbaycan Respublikası xarici İşlər nazirinin müavini Araz Əzimovun rəsmi səfəri 2010-cu il 1–4 iyun — Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Ə.Qarayevin səfəri 2010-cu il 29–30 sentyabr — Qətərin ekologiya naziri Abdullah bin Mubarak bin Abud Əl-Madadinin səfəri 2011-ci il 25–27 aprel — Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri H.Bağırovun səfəri 2011-ci il 28–30 noyabr — Azərbaycan Respublikasının nəqliyyat naziri Z.Məmmədovun səfəri 2011-ci il 28–30 noyabr — Qətər Xəbərlər Agentliyinin direktoru Əhməd Əl-Buayneynin səfəri 2012-ci il 12–14 fevral — Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri H.Hüseynovanın səfəri 2012-ci il 23–24 fevral — Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri E.Mahmudovun rəsmi səfəri 2012-ci il 5–7 mart — Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri Ə.Abbasovun işgüzar səfəri 2012-ci il 20–24 aprel — Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri Ş.Mustafayevin səfəri 2012-ci il 4–6 may — Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri R.Rzayevin səfəri 2012-ci il 29–30 may — Azərbaycan Respublikasının fövqəladə hallar naziri K.Heydərovun rəsmi səfəri 2012-ci il 25–26 iyun — Qətərin İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə Ali Şurasının Baş katibi Hessa Əl-Caberin səfəri 2012-ci il 17–19 noyabr — Azərbaycan Respublikasının müdafiə naziri S.Əbiyevin səfəri 2013-cü il 17–18 mart — Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri Ş.Mustafayevin rəsmi səfəri 2013-cü il 11 iyun — Qətər xarici işlər nazirinin müavini Şeyx Əhməd bin Cəbr Al Taninin səfəri 2013-cü il 16–18 iyun — Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidentləri T.Qəhrəmanov və B.Bədəlovun səfəri 2013-cü il 11 noyabr — Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərovun işgüzar səfəri 2014-cü il 11–13 sentyabr — Qətərin müdafiə məsələləri üzrə dövlət naziri general Həməd bin Əli Əl-Atiyyənin səfəri 2014-cü il 19–21 oktyabr — Azərbaycan Respublikasının daxili İşlər naziri Ramil Usubov və fövqəladə hallar naziri Kəmaləddin Heydərovun rəsmi səfəri 2014-cü il 7–10 dekabr — Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri Ə.Abbasovun səfəri 2015-ci il 16–17 Mart — Qətərin nəqliyyat naziri Cassim Saif Əhməd Al-Sulaitinin səfəri 2015-ci il 12–19 aprel — Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədovun səfəri 2015-ci il 8–9 iyun — Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədovun səfəri 2015-ci il 12 iyun — Qətər Olimpiya Komitəsinin Prezidenti Şeyx Cuan bin Hamad Al Taninin səfəri 2015-ci il 23–27 noyabr — Qətərin maarif və ali təhsil naziri Məhəmməd bin Əbdülvahid Əl-Hammadinin səfəri. 2015-ci il 7–9 dekabr — Azərbaycan Respublikasının Hesablama Palatasının Sədri Vüqar Gülməmmədovun səfəri 2016-cı il 4–5 aprel — Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin səfəri 2016-cı il 17 aprel — Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyevin səfəri 2016-cı il 27 aprel — Qətər Dövlətinin Baş nazirinin müavini Ahmed bin Abdullah Al Mahmudun səfəri 2016-cı il 21–23 may — Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun səfəri 2016-cı il 23 may — Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarovun səfəri 2016-ci il 31 oktyabr — 1 noyabr — Azərbaycan Respublikası fövqəladə hallar naziri Kəmaləddin Heydərov və daxili işlər nazirinin müavini İsmət Əliyevin səfəri 2016-cı il 12–18 noyabr — Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadənin səfəri 2016-cı il 16–18 noyabr — Qətər İnformasiya Agentliyinin (QNA) baş direktoru Ahmed Saad Al Buainainin səfəri 2016-cı il 13 dekabr — Qətər Mülki Aviasiya Administrasiyasının sədri Abdulla Nasser Turki Al-Subayın səfəri 2017-ci il 30–31 yanvar Qətər Dövlətinin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Tanin rəsmi səfəri 2017-ci il 20 fevral — Qətərin təhsil və ali təhsil naziri Məhəmməd bin Əbdülvahid Əl-Həmmadinin səfəri 2017-ci il 30 aprel — Qətər Dövlətinin sabiq Baş naziri, sabiq XİN başçısı Şeyx Həməd bin Casim bin Cabir Al Taninin səfəri 2017-ci il 5 sentyabr — Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin səfəri 2018-ci il 5–6 aprel — Qətər Dövlətinin xarici işlər üzrə dövlət naziri Sultan bin Səid Əl-Mureyxinin səfəri 2018-ci il 15 aprel — Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin 1-ci müavini Vaqif Əliyevin səfəri 2018-ci il 18 aprel — Qətərin mədəniyyət və idman naziri Salah bin Ğanim Əl-Əlinin səfəri == İqtisadi əməkdaşlıq == Azərbaycan Respublikası ilə Qətər Dövləti arasında diplomatik əlaqələrin yaradılmasından sonra iqtisadi sahədə də əməkdaşlığın əsası qoyulmuş və inkişaf etməyə başlamışdır. 2016-cı ilə Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiya yaradılmışdır.
Gitar
Gitara — simli-dartımlı musiqi aləti; solo və müşayiətedici alət kimi istifadə olunur. Adətən barmaqlarla, yaxud da təzənəylə (mizrab) çalınan simli alətdir. Görünüşcə Uda oxşasa da, bir az fərqlidir. Tarixi orta əsrlər hesab olunur. Taxta yaxud balqabaqdan hazırlanır. Bəzən bu alətə qısaca olaraq "Gitar"-deyilir == Adının mənası == "Gitara" və "tar" sözləri eyniköklüdür: "setar / sitara" sözü farscadan yunan dili vasitəsiylə ("kithara", "kifara" biçimində) Avropa dillərinə "gitara" kimi gəlib çatmışdır. "Dütar" sözü farsca "ikitelli", "setar" — "üçtelli", "çahartar" — "dördtelli", "pənctar" — "beştelli", "şeştar" — "altıtelli" deməkdir. Bəzi dilçilər "tar" sözünün farskökənli olduğunu yazır. Ancaq sözün hər hansı dildə mövcudluğu hələ onun həmin dildə doğma olduğuna dəlalət eləmir. Hind-avropa dillərinin heç birində "tar" kökünün məntiqli etimoloji və fonetik açıqlaması yoxdur.
Gətab
Gətab — İranın Mazandaran ostanının Babül şəhristanının Gətab bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,956 nəfər və 1,744 ailədən ibarət idi.
Gətir
Gətir — lazımi məhsulları 10 dəqiqə ərzində gətirməyi hədəfləyən tətbiqetmə üzərindən işləyən onlayn bazar tətbiqidir. İstanbul, Ankara, İzmir, Bursa və Kocaelinin seçilmiş bölgələrində 100-dən çox anbarı ilə istifadəçilərə xidmət göstərir. Gətir ərzaq sifariş sistemi ilə yanaşı, yemək sifarişini qısa müddətdə çatdırmaq üçün müəyyən bölgələrdə Getir Yemek sistemini xidmətə gətirdi. Maykl Moritzin başçılıq etdiyi xarici investorlar bu tətbiqetməyə 38 milyon dollar sərmayə qoymuşlar.
Setar
Setar (fars. سه‌تار‎, pronounced [seˈt̪ʰɒːɾ]; üç + sim) — mizrabla çalınan qədim simli musiqi aləti. Setar üzü nazik taxta ilə örtülmüş armudabənzər çanaqdan, uzun qol və aypıqlar yerlətən kəllə issədən ibarətdir (ümumi uzunluğu 900–2,000 mm-dir). Qolun üzərinə, adətən bağırsaqdan 12–15 pərdə bağlanır. Simləri metaldandır. Əvvəlcə üç simli alət idi, dördüncü sim isə XIX əsrin ortalarında əlavə olunmuşdur.Setarın b.e. IX əsrində İranda meydana gəldiyi ehtimal edilir. Daha mühafizəkar hesablamalara görə, "XV əsrdə və ya daha əvvəl yaranmışdır". Orta əsrlərdə Azərbaycanda tənbur adı ilə geniş yayılmış, Nizami, Nəsimi, Füzulinin əsərlərində tərənnüm edilmişdir. Setar bir çox şərq xalqları, o cümlədən hindlilər arasında geniş yayılmışdır.
Getara
Getara və ya Qaytara — Qafqaz Albaniyasında qədim şəhər. Yunan coğrafiyaşünası Ptolemeyin "Coğrafi təlimnamə" əsərində Kür çayının şimalında olduğu göstərilir. Əsərinin digər yerində Ptolemey onu Qanqara adlandırır. Həmin şəhər əsərin bizə gəlib çatmış nüsxələrinin birində Qarqara kimi qeyd də olunur. Yeri tarixçilər tərəfindən tam müəyyənləşdirilməmişdir. Bəzi ehtimallara görə Qarqarçayın adı bu şəhərin adı ilə bağlıdır. Eyni zamanda digər bir versiyaya görə Yerevan şəhərindən axan Getar çayının adının da bu qədim şəhərin adıyla bağlılığı var.
Geta
Aşağı Güləver — Gürcüstan Respublikasının Bolnisi rayonunda kənd. == Tarixi == == Mədəniyyəti == Yuxarı Güləverdə ilk məktəb 1930-cu ildə yaradılıb. Hazırda Yuxarı Güləverdə bir baza məktəbi, Aşağı Güləverdə bir orta məktəb var. == Coğrafiyası və iqlimi == Güləver kəndi Gədi çayının sol sahilində, rayon mərkəzindən 17 km qərbdə, dəniz səviyyəsindən 810 m hündürlükdə yerləşir. Bulqarların Qıpçaq tirəsi Kollarla, Alban tayfası Kellərlə, Qıpçaq-Qarapapaqlar içindəki Kul tayfası ilə bağlılığını düşünmək mümkündür. Kənd iki yerə bölünür: Yuxarı Güləver (Cipor) və Aşağı Güləver (Gədi-Qeta). == Əhalisi == 1870-ci ildə Yuxarı Güləverdə 7 ailədə 47 nəfər, Aşağı Güləverdə 7 ailədə 47 nəfər, 1918-ci ildə Yuxarı Güləverdə 155 nəfər, Aşağı Güləverdə 218 nəfər, 1926-cı ildə Yuxarı Güləverdə 39 ailədə 231 nəfər, Aşağı Güləverdə 28 ailədə 153 nəfər, 2002-ci ildə Yuxarı Güləverdə 117 ailədə 522 nəfər, Aşağı Güləverdə 173 ailədə 698 nəfər, 2006-cı ildə Yuxarı Güləverdə 117 ailədə 500 nəfər, Aşağı Güləverdə 150 ailədə 781 nəfər.
Petar Atsev
Petar Atsev (bolqar: Петър Ацев) — bolqar inqilabçısı, Daxili Makedoniya-Adrianopol İnqilab Təşkilatının (IMARO) Prilep bölgəsi üzrə voyvodası idi.Şimali Makedoniyada o, etnik makedon sayılır. == Bioqrafiya == Petar Atsev 1877-ci ildə Osmanlı İmperiyasının o zamanlar Manastır Vilayətinin tərkibində olan Oreovec kəndində anadan olub. 1897-1901-ci illərdə o, Prilep və Kruşevoda, eləcə də Makedoniyanın bəzi kəndlərində müəllim işləmişdir. Qardaşları Mirçi və Georgi ilə birlikdə İMARO-nun inqilabi fəaliyyətinə qoşuldu. 1901-ci ildə sonralar Şakir voyvodası kimi tanınan Krastyu Germov onun inqilabi qrupunun üzvü olur. 1902-ci ilin əvvəlində Petar da azadlıq döyüşçüsü oldu və 1902-ci ilin mayında Prilep bölgəsi üçün regional voyvoda oldu. Atanas İvanov o zaman onun qrupunun üzvü idi. Petar Atsev Smilevo Konqresində Prilep inqilabi bölgəsinin nümayəndəsi idi, burada İlinden-Preobrajenie üsyanının təşkili və həyata keçirilməsi ideyasının əsas antaqonistlərindən biri idi. Üsyana qarşı çıxmaq üçün o, inqilabi bölgəsində silah-sursatın olmadığını vurğuladı. Petar Atsev Georgi Pophristov və Lazar Poptraykov ilə birlikdə Dame Qruev, Atanas Lozançev və Boris Sarafovun rəhbərlik etdiyi Üsyan Qərargahının ehtiyat üzvü seçildi.
Petar Koçiç
Petar Koçiç (serb. Петар Кочић; 29 iyun 1877, Striçiçi[d], Bosniya vilayəti, Osmanlı imperiyası – 27 avqust 1916, Belqrad, Serbiyada imperiya və kral hərbi administrasiyası[d], Avstriya-Macarıstan) — Serbiya və Bosniya yazıçısı, dramaturq, ictimai xadim, novellaçı və satirik. XX əsrin əvvəllərində serb ədəbiyyatının ən görkəmli xadimlərindən biri. == Həyatı == Vyana Universitetində slavyanşünaslıq üzrə təhsil almışdır. Skopyedəki gimnaziyada dərs deyirdi. Sarayevo və ömrünün sonunda Belqradda yaşamışdır. Fəal radikal siyasətçi idi, ilk öncə ölkəsinin Avstriya Macarıstan tərəfindən işğalı, sonra da Bosniya və Herseqovinanın ilhaqı barədə narazılığını açıq şəkildə bildirirdi. Radikal görüşlərinə görə iki dəfə, 1907 və 1909-cu illərdə Avstriya-Macarıstan hakimiyyəti tərəfindən təqib edilərək həbs olunmuşdur. 1910-cu ildə Bosniya parlamentinə seçildi. Belqradın Yeni Qəbiristanlığında dəfn edildi.
Petar Stoyanov
Petır Stefanov Stoyanov (bolq. Петър Стефан Стоянов; 25 may 1952[…], Plovdiv) — bolqar siyasətçisi, Bolqarıstanın 3-cü prezidenti (1997–2002) == Həyatı == Pyotr Stoyanov 1952-ci il may ayının 25-də Plovdivdə anadan olub. 1976-cı ildə Kliment Oxridski adına Sofiya Universitetinin hüquq fakültəsini bitirib. Bundan sonra Plovdivdə vəkil işləyib. 1992-ci ildə 1944-cü ildən o dövrə qədər Bolqarıstanda mövcud olmuş və Filip Dimitrovun rəhbərlik etdiyi ilk qeyri-kommunist hökumətdə ədliyyə naziri vəzifəsini tutub. Bolqarıstanın Demokratik Qüvvələr Birliyinin üzvü olub. 1994-cü ildə 34-cü Xalq Toplantısına (Bolqarıstan parlamentinə) deputat seçilib. Elə həmin ildən Bolqarıstan DQB sədrinin müavini, turizm, gənclər və idman nazirinin müavini vəzifələrini tutub. 1996-cı ildə DQB-də keçirilən ilkin prezident seçkilərini 66% səs çoxluğu ilə qazanın və partiyanın Bolqarıstan prezidentliyinə namizədi olub. 1996-cı il noyabrın 2-də keçirilən prezident seçkilərində Stoyanov seçicilərin 59,73 %-nin (2 502 517) səsini qazanaraq Bolqarıstan prezidenti seçilib.
Altar
Altar (isp. Gran Desierto de Altar) — Meksika ərazisində yerləşən Sonora səhrasının təribini hissəsini təşkil edən qumlu səhra. Səhra Kaliforniya körfəzinin şimal sahillərində qərarlaşır. Uzunluğu 40 km, eni isə 100 km təşkil edir.