Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qaralar
AzərbaycandaQaralar (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Qaralar (Saatlı) — Azərbaycanın Saatlı rayonunda kənd. Qaralar (Sabirabad) — Azərbaycanın Sabirabad rayonunda kənd. Qaralar (Tovuz) — Azərbaycanın Tovuz rayonunda kənd. Qaralar (Şəmkir) — Azərbaycanın Şəmkir rayonunda kənd. Yuxarı Qaralar — Azərbaycanın İmişli rayonunda kənd. Yeni Qaralar — Azərbaycanın Ağdam rayonunda kənd.Qaralar — Oğuz rayonu ərazisində dağ.ErmənistandaQaralar (Vedibasar) — Qərbi Azərbaycanın Vedibasar mahalında kənd.
Qazalaq
Qazalaq — tək at qoşulan, yaylı, ikitəkərli at arabası. == Ümumi məlumat == Tək at qoşulan bu nəqliyyat növü öz quruluşuna görə ikitəkərli at arabasına oxşasa da, ondan yaylı olması ilə fərqlənirdi. Qazalağın cardağı (banı) oxa bərkidilmir. Yayların ustundə dururdu. Onu cardağı dordbucaqlı idi. Taxtadan hazırlanmış cardaqda 4-5 adam otura bilirdi. Təkərləri “Bakı” və “Şamaxı” arabaların təkəri kimi diametrcə cox iri olurdu. Məlumatlara gorə, Azərbaycanda qazalaq ancaq Bakıda hazırlanmışdır. Toy mərasimlərində işlədilən qazalaqları bəzəmək məqsədilə onun yanlarından rəngbərəng xalcalar asılırdı. Sərnişinlərin rahatlığını təmin etmək ucun qazalağın icərisinə kicik doşəkcələr qoyulurdu.
Qalalar
Qala — uzunmüddətli dairəvi müdafiə üçün hazırlanmış, daimi qarnizonu, silahları, ehtiyatları olan və müstəqil idarə olunan strateji əhəmiyyətli məntəqə (şəhər, tikili). == Tarixi == İbtidai icma cəmiyyətində ilk qalalar möhkəmləndirilmiş məskənlər şəklində idi. Bu məskənlər torpaq bəndlər, ağac, kərpic, daş və s. divarlarla əhatə olunurdu. Sonralar hasarların ətrafında adətən su ilə doldurulan dərin xəndəklər qazılırdı. İnşaat işlərinin təkmilləşməsi qədim şəhərlər ətrafında kvadrat və ya dairəvi şəkilli qüləvari divarlar çəkməyə imkan verdi. Divarların hündürlüyü 9–10 m-ə, bəzi hallarda 30 m-ə çatırdı. Divarların qalınlığı hündürlüyünün 1/3 hissəsini təşkil edirdi. Divarlarda mazğallar düzəldilir, yuxarısı dişvarı şəkildə hörülürdü. Qala bürcləri çoxmərtəbəli tikili şəklində olub mustəqil müdafiə üçün ucaldılırdı.
Qayalar
Süxur — Yer qabığını əmələ gətirən təbii mineral birləşmədir. Mənşəyinə görə süxurlar müxtəlif qruplara bölünür: == Torpaqəmələgətirən süxurlar == Ana süxurları torpaqəmələgətirən süxurlar üçün əsas sayılır, onların üst qatlarından torpaq yaranır. Süxurların xüsusiyyətləri torpağın kimyəvi və fiziki xassələrinə müəyyən qədər təsir göstərir. Qranit üzərində əsasən az münbit torpaqlar əmələ gəlir. Bazalt süxurlar isə münbit torpağın yaranması üçün qiymətli material hesab olunur. Landşaftın, hidroqrafiyanın və bitki örtüyünün xüsusiyyəti dağ süxurlarının xarakteri və formasından asılıdır. == Maqmatik süxurlar == Maqmanın yer qabığının dərinliklərində və ya yer kürəsində soyuyaraq qatılaşmasıyla əmələ gələn süxurlara deyilir. (Məsələn:Qranit, Siyenit, Trakit, Andezit, Latit, Diyorit, Qabro, Obsidian, Monsonit, Perlit, Riolit, Qranodiorit, Bazalt, Harzburgit, Diabaz və s.) Maqmatik süxurlar da özlüyündə 2 qrupa bölünür: Effuziv- Maqma püskürüb yer səthinə çıxaraq aşağı temperatur və toyiq şəraitində soyuduqda yaranan süxurlar İntruziv — maqma yer səthinə çatmayıb yüksək təzyiq şəraitində müəyyəndərinlikdə yavaş-yavaş soyuyub kristallaşaraq yaranan süxurları deyilir. == Sedimental süxurlar == Maqmatik süxurların xarici təsirlər nəticəsində(hava, su, külək və s.) kiçik parçalara bölünməsilə meydana gələn süxurlara deyilir. (Məsələn:Qumdaşı, Gildaşı, Konqlomera və s.) Sedimental süxurların növləri: Mexaniki Sedimentar süxurlar Kimyəvi Sedimentar süxurlar Üzvi Sedimentar süxurlar == Metamorfik süxurlar == Metomorfik süxurlar — yerin daxilində olduğu yerdəcə çöküntü süxurlarından yaranmışdır.
Abalar
Abalar (şor. абалар) — Rusiyada yaşayan şorların eli. Sayan dağlarının şimalında, Alatau yamaclarında və Tom çayının sahillərində yaşayırlar. Onlar qədim zamanlardan dəmirçi kimi tanınmışlar. Onların dili türk dillərinin Sibir qolundandır.
Ekzotik qayalar
Ekzotik qayalar təbii amillərin – günəşin, yağış və küləyin çökmə və maqmatik dəstəmlərin çıxışlarına fəal erozion təsirinin son məhsuludur. Bu proses nəticəsində müxtəlif kövrəkli süxurlar qeyri-bərabər dağılmaya məruz qalır və onların daha davamlı fraqmentləri çox vaxt ağlagəlməz dərəcədə qəribə görkəm alır. Ekzotik qayalar Azərbaycan Respublikasının bütün dağlıq-qırışıqlıq regionlarında, daha çoxu isə Naxçıvan diyarında, Talış dağlarında, Qobustanda, Cənub-Şərqi Qafqazda geniş təmsil olunmuşdur və onları əmələ gətirən süxurların yaşı paleozoydan başlamış müasir dövrə qədərdir. == Üç qardaş daş kompozisiyası == Naxçıvan MR-də Əlincəçayın sol sahilin­də, Qızılca və Kirnə kəndlərinin arasında yerləşir. Orta eosen tuf-qumdaşlarına atmosfer amillərinin aşınma təsiri nəticəsində yaranmışdır. == Qoşalaşmış Oğlan-Qız qayası == Naxçıvan MR-də Gilançayın sağ sahilin­də, Başkənddən cənubda eyniadlı yüksəkliyin zirvəsini təşkil edən, relyefdə ifadəli təsir bağışlayan orta eosenə aid aşınmış tuf-qumdaşlarının qalığı. Uzaqdan baxanda bir-birinə tərəf əyilmiş iki adamı xatırladır. == “Sfinks” qayası == Naxçıvan MR-in cənub-şərqində, Nehrəm dərəsinin ya­maclarında trias dolomitlərinin eroziya prosesinin təsirinə məruz qalması nəticə­sində yaranmışdır. == Göbələyəbənzər “Parağdaş” qaya qalığı == Naxçıvançayın yuxarı axarın­da, Mahmudoba kəndinin yaxınlığında orta eosen yaşlı tuf-qumdaşlı ayaq üstündə tuf-konqlomerat brekçiyasının qayması yerləşir. == “Gəlinqaya” == Unus və Pəzmərə kəndlərini birləşdirən yoldan yuxarıda yerləşir və qadın fiqurunu xatırladan formada olub orta eosenin vulkanogen süxur­larından təşkil olunmuşdur.
Evli qayalar
Meoto İva (夫婦岩) və ya Evli qayalar – Yaponiyanın Mie prefekturasının Futami sahillərində yerləşən iki qaya parçası. Bu qayalar şimenava adlandırılan qalın iplərlə bir-birinə birləşdirilib. İplərin çəkisi ən azı bir tondur və ildə müxtəlif dini ainlər zamanı dəyişdirilir.Qayalar Futami Okitama məbədinin rahibləri tərəfindən müqəddəs hesab edilir. Şintoizmə görə kaminin yaradıcılarının evliliyini – İzanami və İzanaqini simvolizə edir. Buna görə də qayalar həm də evliliyin simvoludur. Kişini simvolizə etdiyi düşünülən daha böyük qayanın başında torii var.Qayalara tamaşa etmək üçün ən yaxşı fürsət yayda sübh çağıdır. Bu zaman günəşin qayaların arasında doğuşunu izləmək olar. Bir az uzaqlıqda Fuci dağını görmək olar. Qabarma və çəkilmə zamanı qayaları su ayırmır.Okitama məbədi Sarutahiko Okamiyə və yemək ilahəsi Miketsuya həsr olunub. Məbədin ətrafında xeyli qurbağa heykəli var.
III Yabalaxa
III Yabalaxa, III Yahballaha, erkən illərində Rabban Markos və ya V Yahballaha (d. 1245-ö. 13 noyabr 1317) — Şərq Kilsəsinin 1281-ci ildən etibarən 1317-ci ilə qədər patriarxı. Şərq Kilsəsinin patriarxı kimi o, Hülakü hökmdarı Qazan xan və onun xələfi Olcaytunun hakimiyyəti dövrlərindəki təqiblər zamanı fəaliyyət göstərmişdir. O, Papanın üstünlüyünü qəbul etmiş və kilsə birliyi qurmağa çalışmışdır. Onun bu birlik üçün fəaliyyəti Şərq Kilsəsinin Nestorian yepiskopları tərəfindən rədd edilmişdir.Koşanqin yerlisi olan III Yahballaha Monqol imperiyası tərəfindən idarə olunan Çindən gəlmiş və dərvişvari həyat yaşayan Rabban Bar Sauma ilə Qüdsü ziyarət etməyə çalışmış, lakin həmin dövrdə monqollarla Məmlük dövləti arasında müharibə olduğuna görə onlar bu istəklərinə çata bilməmişdirlər. Şərq Kilsəsinin patriarxı I Denha onları geri çağırmış və Markosu Kataylar və Onqların yepiskopu kimi təqdis etmişdir. Həmçinin ona Mar Yahballaha adı da verilmişdir. Hər bir halda, onların hər ikisi Mosulda yerləşən monastrılarda qalmağı seçmişdir. Yahballahanın Şərq Kilsəsinin yeni patriarxı kimi seçilməsi Hülakü hökmdarı Abaqa xan tərəfindən siyasi səbəblərə görə qəbul edilmiş və o, 1281-ci ildə III Yahballaha adı ilə bu vəzifədə təqdis edilmişdir.
Lev Qavalas
Lev Qavalas (yun. Λέων Γαβαλᾶς XII əsr, Rodos – 1240-cı illər) — 1204-cü ildə Dördüncü Səlib yürüşü ilə Bizans imperiyasının parçalanmasından sonra qurulan, Rodos adasını və ətrafındakı Egey adalarını əhatə edən bir müstəqil domenin hökmdarı və Bizans yunanı maqnatı. Qavalas Nikeya imperiyasının asılılığını qəbul etməsinə baxmayaraq, 1240-cı illərin əvvəllərində ölməsinə qədər praktik olaraq müstəqil qalmışdır. == Həyatı == Lev Qavalas ən azı X əsrin əvvəllərində Anna Qavalanın Bizans imperatoru I Roman Lakapinin oğlu və hakimiyyət şəriki Stefan Lakapin ilə evləndiyi zaman yaranmış bir aristokrat ailəsindən idi. Ailə sonrakı dövrlərdə nisbətən az əhəmiyyət daşıyırdı, lakin XI və XII əsrlərdə bir sıra mülki və ruhani məmurlar yetişdirmişdir. Qavalasın həyatının ilk illəri haqqında heç bir şey bilinmir və ilk dəfə 1232 və ya 1233-cü ildə etibarlı mənbə tərəfindən təsdiq edilmişdir. Qavalasın "Sezar" tituluna necə sahib olması və Rodosda hakimiyyət yaratmasının təfərrüatları da aydın deyil. Çağdaş mənbələr Rodosun Bizans nəzarətindən çıxdığını və 1203–1204-cü illərdə baş tutmuş Dördüncü Səlib yürüşü zamanı müstəqil bir hökmdar tərəfindən idarə olunduğunu açıq şəkildə qeyd edir. Bu hökmdar adətən Qavalas ilə eyniləşdirilir, lakin orta əsr Bizans tarixşünası Nikifor Vlemmid Qavalasın titulunu irsi hüquq ilə aldığını iddia edir. Qavalasın bir anda Nikeya imperiyasından asılılığı qəbul etdiyi və "Sezar" titulunun ona Nikeya hökmdarı I Feodor Laskaris (hak.
Qalalar (Heris)
Qalalar (fars. قلعه لر‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 158 nəfər yaşayır (40 ailə).
Qalalar (Sulduz)
Qalalar (fars. قلعه لر‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 455 nəfər yaşayır (87 ailə).
Qaralar (Ağdərə)
Yeni Qaralar — Azərbaycan Respublikasının Ağdam rayonunun Yeni Qaralar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Prezidentinin 4 noyabr 1991-ci il tarixli, 441 saylı Fərmanı ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin Mardakert rayonunda Yeni Qaralar kənd Soveti yaradılmış və Yeni Qaralar kəndi Sırxavənd kənd Sovetinin tərkibindən onun tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Yeni Qaralar kəndi Ağdam rayonunun inzibati tərkibinə verilmişdir. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuş, 2020-ci il noyabrın 20-də işğaldan azad olunmuşdur. == Tarixi == Kənd Ağdərə rayonunun tərkibində olub. 1992-ci Ağdərə rayonu ləğv edilib və ərazisi qonşu rayonlar arasında bölüşdürüldükdən sonra kənd Ağdam rayonunun ərazisinə düşüb.
Qaralar (Qubadlı)
Qaralar — Azərbaycan Respublikasının Qubadlı rayonunun Qaralar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Qubadlı rayonunun Qaralar kəndi Ulaşlı kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Qaralar kənd Soveti yaradılmışdır. == Etimologiyası == Tədqiqatçılara görə, oykonim Qara şəxs adından və -lar cəm şəkilçisindən ibarət olub, "Qaranın nəslindən olanlar" mənasını bildirir. Yerli məlumata görə, qaralar İranın Kəbirli kəndindən gəlmiş nəslin adıdır. == Tarixi == 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Əhalisi == Məhəmmədhəsən Baharlının məlumatına görə, kəndin əhalisi kürdlərdən ibarət olmuşdur. == Coğrafiyası == Kənd Yazı düzündə yerləşir.
Qaralar (Saatlı)
Qaralar — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Saatlı rayonunun Varxan kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Qaralar kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Əhalisi == Əhalisi təxminən 3000-3500 nəfərdir. Əhalinin tərkibi əsasən azərbaycanlılar, qismən axısqa türklərindən ibarətdir. == İqtisadiyyatı == Əsas məşğuliyyət növləri əkinçilik və heyvandarlıqdan ibarətdir.
Qaralar (Sabirabad)
Qaralar — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd.
Qaralar (Tovuz)
Qaralar — Azərbaycan Respublikasının Tovuz rayonunun Qaralar kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Oykonim XIX əsrdə Qazax qəzasında yaşamış qaralar nəslinin adındandır. Böyük Qışlaq bölgəsinə daxil olan kiçik kəndlərdən biri də Qaralardır. XV əsrdən sonrakı nəsil şəcərəsinə söykənən söyləmələrə görə, indiki Füzuli rayonunun Qoçəhmədli kəndində bəylikdən salınmış beş qardaşın öldü-qaldısından xəbərsiz iki qardaş — Qara və Qoç Əhməd qaçıb, indiki Tovuz rayonu ərazisində Qaralar adlı kənd salır və orada məskunlaşır­lar. 1930-cu ilədək Tərtər rayonu ərazisində də Qaralar adlı kənd mövcud olmuşdur. Keçən əsrin 30-cu illərində Ermənistan ərazisində iki Qaralar kəndi, Krımın Yevpatoriya rayonunda Karallar Kıpçak kəndi qeydə alınmışdır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Murğuz silsiləsinin ətəyində, ­Tovuz maqistral yolundan 52 kilometr aralıda yerləşir. Qışı sərt, yayı sərin keçir. Yaylaq kimi istifadə olunur.
Qaralar (Vedibasar)
Qaralar — əvvəllər Vedibasar mahalında, sonralar isə Vedi rayonunda kənd. == Tarixi == Qaralar İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunun aran hissəsində, Ağrıdaə vadisində kənddir. Rayon mərkəzindən 7 km məsafədə, Vedi çayının qolu olan Böyük çayın üstündə, Bakı-İrəvan dəmiryol xəttinin kənarında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1920-ci ilə qədər kənddə ancaq Azərbaycan tühkləri yaşamışlar. Kənddə 1873-cü ildə 443 nəfər, 1886-cı ildə 387 nəfər, 1897-ci ildə 570 nəfər, 1904-cü ildə 252 nəfər, 1914-cü ildə 256 nəfər, 1916-cı ildə 546 nəfər azərbaycanlı yaşamışdır, lakin "Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti"ndə bu faktlar təhrif edilərək 1873–1916-cı illərdə kənddə azərbaycanlıların yox, ermənilərin yaşadığı göstərilir. 1918–20-ci illərdə bütün vedibasarlılar kimi, Qaralar kəndinin igidləri də Abbasqulu bəy Şadlinskinin başçılığı ilə "Mübariz dəstə"də erməni daşnaklarına qarşı vuruşmuşlar. 1920-ci ildə Vedinin süqutundan sonra qaralarlılar da Arazı keçərək Cənubi Azərbaycana mühacirət etmişlər. 1920-ci ilin sonlarında Abbasqulu bəy Şadlinskinin başçılığı ilə Naxçıvana gələrək "Qırmızı tabor"un tərkibində erməni daşnaklarına qarşı vuruşmuş, Şərur, Vedibasar, Gərnibasar, Dərələyəz və s. mahalların daşnaklardan təmizlənməsində fəal iştirak etmişlər.
Qaralar (İmişli)
Qaralar — Azərbaycan Respublikasının İmişli rayonunun eyni adlı kənd inzibati ərazi dairəsində kənd.
Qaralar (Şəmkir)
Qaralar (əvvəlki adı: Komsomol) — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəmkir rayonunun Qasım İsmayılov kənd inzibati-ərazi vahidi tərkibindəki Komsomol kəndi Qaralar kəndi adlandırılmışdır. == Əhalisi == Kəndin əhalisi 583 nəfər təşkil edir ki, onun da 301 nəfəri kişi, 282 nəfəri isə qadındır. == Toponimikası == == Tarixi == == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
Qaralar (Ərdəbil)
Qaralar (fars. قره لر‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 792 nəfər yaşayır (141 ailə).
Qaralar bələdiyyəsi
Qaralar bələdiyyəsi (İmişli) — İmişli rayonunda bələdiyyə. Qaralar bələdiyyəsi (Sabirabad) — Sabirabad rayonunda bələdiyyə. Qaralar bələdiyyəsi (Tovuz) — Tovuz rayonunda bələdiyyə.
Qıvrım qayalar
Qıvrım qayalar — relyefdə bir sıra hamarlanmış asimmetrik çıxıntılar və çökəkliklər əmələ gətirən kiçik qoç kəllələri qruplarına deyilir. Sahil dayazlığında və göllərdə olan qıvrım qayalar saysız-hesabsız xırda, çılpaq adaları-şxerləri əmələ gətirirlər. Qıvrım qayalar landşaftı Kola yarımadasında, Finlandiyada, şxerlər isə Finlandiyanın cənub sahil boyu, xüsusilə Aland arxipelaqı sahəsində geniş yayılmışdır.
Yeni Qaralar
Yeni Qaralar — Azərbaycan Respublikasının Ağdam rayonunun Yeni Qaralar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Prezidentinin 4 noyabr 1991-ci il tarixli, 441 saylı Fərmanı ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin Mardakert rayonunda Yeni Qaralar kənd Soveti yaradılmış və Yeni Qaralar kəndi Sırxavənd kənd Sovetinin tərkibindən onun tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Yeni Qaralar kəndi Ağdam rayonunun inzibati tərkibinə verilmişdir. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuş, 2020-ci il noyabrın 20-də işğaldan azad olunmuşdur. == Tarixi == Kənd Ağdərə rayonunun tərkibində olub. 1992-ci Ağdərə rayonu ləğv edilib və ərazisi qonşu rayonlar arasında bölüşdürüldükdən sonra kənd Ağdam rayonunun ərazisinə düşüb.
Yuxarı Qaralar
Yuxarı Qaralar (əvvəlki adı: Qaralar) — Azərbaycan Respublikasının İmişli rayonunun Ölcələr kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə İmişli rayonunun Ölcələr kənd inzibati ərazi dairəsi tərkibindəki Qaralar kəndi Yuxarı Qaralar kəndi adlandırılmışdır. == Toponimikası == == Tarixi == == Əhalisi == Kənd əhalisinin sayı 1255 nəfərdir ki, onun da 623 nəfəri kişi, 632 nəfəri isə qadındır. == Din == Kənddə Qaralar kənd məscidi dini icması fəaliyyət göstərir.
İoann Qavalas
İoann Qavalas (yun. Ἰωάννης Γαβαλᾶς, translit. Ioánnis Gavalás; bilinmir – 1250) — Bizans yunanı maqnat və Rodos adasının hökmdarı (hak. 1240–1248). O, 1248-ci ildə adanın nəzarətini Genuya Respublikasına itirmiş və ağalığını qəbul etmiş Nikeya imperiyasından kömək istəmişdir. Nikeya qoşunları adanı fəth etmiş, lakin adanı öz əyalətinə çevirən nikeyalılar adanın nəzarətini İoanna qaytarmamışdır. == İstinadlar == == Mənbə == Cheynet, Jean-Claude. Pouvoir et Contestations à Byzance (963–1210) (ingilis). Paris: Publications de la Sorbonne. 1996.
Ağabala
Ağabala — Azərbaycanlı kişi adı.
Ağabala Abdullayev
Ağabala Məmmədbağır oğlu Abdullayev (1910, Çərəli, Zəngəzur qəzası – 10 oktyabr 1976, Füzuli rayonu) — Azərbaycanlı xanəndə. == Həyatı == Ağabala Abdullayev 1910-cu ildə Çərəli kəndində anadan olmuşdur. 12 yaşında olarkən o, Qaryagində kəndli gənclər məktəbinin birinci sinifinə daxil olur. Yaşının çoxluğu onu gecə kursuna keçməyə məcbur edir. О, atasının razılığı ilə çust tikən usta Rza kişinin yanında şagirdlik edir. Çox keçmir ki, özü usta olan A.Abdullayev ayrıca dükan açıb orada işləyir. 1927-ci ildə Bülbül, İsmayıl Eloğlu və Mürşüd Haşımlı Ağabala Abdullayevin səsini eşidib onun dükanına daxil olur. Оnlar Ağabalanı kluba dəvət edib səsini yoxlayır və bəyənirlər. Bülbül gedəndə Ağabalanı o vaxt Qaryagində klub müdiri işləyən M.Haşımlıya tapşırır. Gündüzlər dükanda işləyib, axşamlar yaradıcılıq dərnəklərində iştirak edən A.Abdullayev xorda və tamaşalarda epizodik rollarda çıxış etməyə başlayır.
Ağabala Ağayev
Ağabala İlqar oğlu Ağayev (3 mart 1997, Çölquşçu, Dəvəçi rayonu – 13 oktyabr 2020, Füzuli rayonu və ya Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, müddətdən artıq xidmət edən hərbi qulluqçu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ağabala Ağayev 3 mart 1997-ci il tarixində Azərbaycanın Şabran rayonunun (o vaxtlar Dəvəçi adlandırılırdı) Çölquşçu kəndində anadan olmuşdur. O, həmin kənddə orta təhsilini almışdır. == Hərbi xidməti == Ağabala Ağayev 2015-ci ildə hərbi xidmətə yollanmışdır. Kiçik çavuş olan Ağayev MAXE hərbi qulluqçusu vəzifəsində çalışmışdır. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşmışdır. Ağabala Ağayev Füzulinin və Cəbrayılın azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. O, oktyabrın 13-də, 23 yaşında Füzuli-Cəbrayıl istiqamətində həlak olmuşdur. Ağabala Ağayev oktyabrın 14-də Çölquşçu kəndində dəfn edilmişdir.
Ağabala Məmmədov
Məmmədov Ağabala Ələsgər oğlu (d.1892, Tiflis - ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarı və özünün müraciətinə əsasən, ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. == Həyatı == 1913-cü ildə Tiflisdə real məktəb bitirmiş, Xarkov Texnologiya İnstitutunun mexanika şöbəsində 3 il təhsil almış, lakin maddi çətinlik üzündən 1918-ci ildə geri qayıtmağa məcbur olmuşdu. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, yenidən Xarkova göndərilmişdir. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.
Ağabala Novruzov
Novruzov Ağabala Əli oğlu (22 oktyabr 1932, Xızı rayonu, Qəriban kəndi – 20 sentyabr, 1993, Bakı) – Xanəndə, muğam bilicisi. == Həyatı == Zülfü Adıgözəlovun məktəbinin davamçısı idi. Gənc yaşlarından xalq şənliklərində xanəndə kimi yetişmişdi. Bir müddət Azdövlətkonsertin solisti olmuşdu. "Zabul-segah"ın və "Rast"ın gözəl ifaçılarından idi. İran İslam Respublikasında diski hazırlanıb.
Ağabala Quliyev
Ağabala Hacıqulu oğlu Quliyev (1862, Keşlə) — mesenat, milyonçu. == Həyatı == Ağabala Quliyev 1862-ci ildə Bakının Keşlə kəndində anadan olmuşdur. Atası yoxsul bir tənəkəçi olub. Tənəkədən müxtəlif ev əşyaları düzəldir və qazandığı pulla ailəsini çətinliklə dolandırırdı. Yaxın kəndlərdə aftava ustası kimi tanınırmış. Üç oğlu varmış: Ağabala, Sadıq və Baba. Arvadı öz xalası qızı Mələknisa evdə qutab bişirər və böyük övladı Ağabala ilə küçələrdə və bazarda satdırardı. Bir müddətdən sonra Hacıqulu Keşlədən Bakı şəhərinə köçür. Ehtiyac içərisində yaşayan ata böyük övladı Ağabalanı erməni Tatausovun buxar dəyirmanında işə, fəhləliyə düzəldir. Uşaqlıqdan çox fərasətli olan Ağabala burada işlədiyi müddətdə buğda kisələrinin dəyirmana daşınmasından tutmuş buğdanın üyüdülməsinədək dəyirmanın hər işi ilə maraqlanır.
Ağabala Ramazanov
Ağabala Ramazanov (20 yanvar 1993, Masallı) — Azərbaycan futbolçusu, Azərbaycan milli futbol komandasının və Səbail FK-nın hücümçusu. == Həyatı == Ağabala Ramazanov "Neftçi"də yetişib. 2012-ci ildə "Xəzər-Lənkəran" klubuna transfer olub. 2017-ci ildən etibarən "Qarabağ" klubuna keçidi baş tutmuşdur.
Gabaran (Urmiya)
Gabaran (fars. گباران‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 119 nəfər. yaşayır (38 ailə).