Qaralar — Azərbaycan Respublikasının Tovuz rayonunun Qaralar kənd inzibati ərazi dairəsində kənd.[2]
Qaralar | |
---|---|
40°44′49″ şm. e. 45°28′13″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Oykonim XIX əsrdə Qazax qəzasında yaşamış qaralar nəslinin adındandır. Böyük Qışlaq bölgəsinə daxil olan kiçik kəndlərdən biri də Qaralardır. XV əsrdən sonrakı nəsil şəcərəsinə söykənən söyləmələrə görə, indiki Füzuli rayonunun Qoçəhmədli kəndində bəylikdən salınmış beş qardaşın öldü-qaldısından xəbərsiz iki qardaş — Qara və Qoç Əhməd qaçıb, indiki Tovuz rayonu ərazisində Qaralar adlı kənd salır və orada məskunlaşırlar. 1930-cu ilədək Tərtər rayonu ərazisində də Qaralar adlı kənd mövcud olmuşdur. Keçən əsrin 30-cu illərində Ermənistan ərazisində iki Qaralar kəndi, Krımın Yevpatoriya rayonunda Karallar Kıpçak kəndi qeydə alınmışdır.[3]
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Kənd Murğuz silsiləsinin ətəyində, Tovuz maqistral yolundan 52 kilometr aralıda yerləşir. Qışı sərt, yayı sərin keçir. Yaylaq kimi istifadə olunur.
Gen dərə, Açıq yal, Siçanlı yalı, Almalı, Kalafalı, Hajıyedıl, Qışlaq, Duzdağ, Yurtdar, Cindərli talası, Quzoy bulağı, Qovu, Aşağkı dam, Qalaça, Göyrüç, Rakel qayası, Nizami bulağı, Zeynalabdı talası.
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[4] | 246 | 123 | 123 |
2009[5] | ↘243 | ↗129 | ↘114 |
Kənd əhalisi əkinçilik, kartofçuluq, maldarlıq, meşə təsərrüfatı ilə məşğul olur.
Kənddə Qaralar kənd kitabxana filialı,[6] Qaralar kənd klubu[7] fəaliyyət göstərir.
Kənddə Qaralar kənd ümumi orta məktəbi fəaliyyət göstərir.[8][9] 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılmasına 5 aprel 2018-ci il tarixli "Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı"na əsasən 285 000 manat vəsait ayrılmışdır.[10]
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənd ərazisində ziyarətgah olan Hacı Mirbağırın ocağı var.
Kənddə səhiyyə müəssisəsi mövcud deyil.