Ağabala Məmmədov

Məmmədov Ağabala Ələsgər oğlu (d.1892, Tiflis - ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarı və özünün müraciətinə əsasən, ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri.

Ağabala Məmmədov
Ağabala Ələsgər oğlu Məmmədov
Doğum tarixi
Doğum yeri Tiflis, Rusiya imperiyası

Həyatı[redaktə | mənbəni redaktə et]

1913-cü ildə Tiflisdə real məktəb bitirmiş, Xarkov Texnologiya İnstitutunun mexanika şöbəsində 3 il təhsil almış, lakin maddi çətinlik üzündən 1918-ci ildə geri qayıtmağa məcbur olmuşdu. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, yenidən Xarkova göndərilmişdir. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]