Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nacax
Nacax (Nacax(nacağ,najax) -Azərbaycan; Nacak-Türkiyə;)- kiçik balta, döyüş baltası, balta, başında kəskin metal başlığı olan ağacla saplanmış kəsici-əzici əmək aləti. Quba rayonunun kəndlərində, Culfa, Kürdəmir, Mingəçevir, Ordubad, Şahbuz rayonlarında geniş istifadə olunan original termin.
Qacar
Qacar dövləti — XVIII–XX əsrlərdə İranda mövcud olmuş, türk əsilli Qacarlar sülaləsi tərəfin idarə edilmiş dövlət. == Tarixi == === Sülalənin mənşəyi === Türk tayfası olan Qacarlar, Monqol işğalı zamanlarında İrəvan ətrafında kök salmışlar və Səfəvi sülaləsini Azərbaycanda və İranda hakimiyyətə gətirən yeddi Qızılbaş-Türk tayfalarından biri olmuşlar. XVI əsrin əvvələrində Azərbaycanda və İranda hakimiyyəti ələ keçirən Səfəvilər indiki Azərbaycan Respublikasının ərazisini yerli türk xanlarına buraxmışlardır və 1554-cü ildə Gəncə şəhərinin Şahverdi Soltan Ziyadoğlu Qacar tərəfindən idarə edildiyi haqda tarixi məlumatlar mövcuddur. Ziyadoğulları ailəsi sonralar Qarabağa da hökmdarlıq etmişdir. 16–17-ci əsrlərdə Qacarlar Səfəvi dövlətində bir sıra rəsmi vəzifələr tutmuşlar. I Şah Abbas Səfəvi dövründə Şahsevən türk tayfaları kimi tanınan Qacarları İranın müxtəlif bölgələrinə yerləşdirmişdir və bunların bir çoxu Astarabad (hal-hazırda Qorqan) ərazisində qoyulmuşdur. === Dövlətin qurulması === Qacar ​​boyları, 18. əsrdə dəvəli qolu və Qoyunlu (Qovanlı) qolu olmaqla iki qoldan ibarət olan boylar birliyi olub iki qol arasında güc mübarizəsi yaşanmaqda idi. Bu mübarizəni qazanan Qoyunlu qolundan Məhəmməd Həsən xan, Əfşar Xanədanının qurcusu Nadir Şahın ölümündən sonra Gilan, Mazandaran və Curcan olmaqla Xəzər dənizi sahilini alaraq Güney İranda Zənd xanədanını quran Kərim xan Zənd ilə mübarizə etməyə başlamışdır. Kərim xan Zənd Qacarların daxili mübarizəsindən istifadə etmək üçün Məhəmməd Həsən xanın oğlu Ağa Məhəmmədi Şirazdakı sarayında əsir götürərək Develilere dəstək vermişdir.
Qazax
Qazax — Azərbaycanda şəhər, Azərbaycan Respublikasının Qazax rayonunun inzibati mərkəzi. == Tarixi == Qazax vaxtilə oymaq, sultanlıq, sonralar isə qəza mərkəzi olmuşdur. 1909-cu ildən şəhər statusu almış, hazırda isə rayon mərkəzidir. Ehtimallara görə Qazaxın əsası VIII əsrdə ərəb sərkərdəsi Mərvan ibn Məhəmməd tərəfindən qoyulmuşdur. Bu yer haqqında VII əsr hadisələri ilə əlaqədar "Kasak" (Kasaq) kimi ərəb tarixçisi əl-Kufi (IX əsr) də məlumat vermişdir. Toponim özündə qıpçaq mənşəli "qazax" etnik birliyinin adını əks etdirir. Lakin qıpçaqların bir hissəsi bu zonaya sonralar da gəlmişdir. XI–XII əsrlərdə gürcü çarlarının hərbi qüvvə kimi istifadə etmək məqsədilə Şimali Qafqazdan Şərqi Gürcüstana kütləvi surətdə qıpçaq ailələri köçürdükləri məlumdur. Təkcə 1118-1120–ci illərdə gürcü carı IV Qurucu David 45 minlik süvari ordusu olan 225 min qıpcağı Gürcüstanda yerləşdirmişdi. Türkdilli əhali sayca çoxluq təşkil etdiyi üçün Şərqi Gürcüstan XI–XIII əsr gürcü mənbələrində Didi Türkoba (Böyük Türk obası) adlanırdı.
Abbasbəyli (Qazax)
Abbasbəyli — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Sərhəd kəndi olduğundan vaxtaşırı atəşə məruz qalır. == Toponimikası == Kənd Gəncə-Qazax düzənliyindədir. Keçmiş adı Daharbəylidir. Yaşayış məntəqəsi XIX əsrdə Dəmirçilər kəndinin abbasbəyli adlı nəslinə mənsub ailələr tərəfindən salınmışdır. == Təhsil == Kənddəki ibtidai məktəb binası 1970-ci ildə tikilmiş, hazırda isə qəzalı vəziyyətdədir. Məktəbin yerləşdiyi ərazi Ermənistan ordusu postlarının açıq hədəfindədir. Cəmi iki sinfi olan bu məktəbdə 11 şagird oxuyur (2015).
Alpout (Qazax)
Alpout — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Qazax rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Coğaz çayının sol sahilində, dağ ətəyindədir. == Tarixi == Toponim qədim türk mənbələrində 8 əsrdən adı çəkilən alpout (alpavut) tayfaların adı ilə əlaqədardır. Onlar XI-XII əsrlərdə Səlcuqi oğuzlarının, XIV-XV əsrlərdə Qaraqoyunlu və Ağqoyunlu, XV əsrin axırlarından isə qızılbaş tayfasının tərkibində Ön Asiya və Cənubi Qafqazın siyasi hadisələrində fəal iştirak etmişlər. Səfəvilərə hərbi xidmət etdiklərinə görə Cənubi Qafqazın müxtəlif yerlərində, o cümlədən Qazaxda, torpaqlar almışdılar. Əvvəllər Azərbaycanın Quba, Ağdam, Şamaxı, Samux rayonlarının ərazilərində də Alpout adlı kəndlər qeydə alınmışdır. Etnotoponimdir. Məlumdur ki, VIII əsrdən adları çəkilən alpoutlar Səfəvilərə hərbi xidmət etdiklərinə görə Cənubi Qafqazın müxtəlif yerlərində torpaqlar almışdılar. Bu da Alpout adının yayılma arealına öz təsirini göstərmişdir.
Bala Qacar
Bala Qacar — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Bala Qacar kəndi Bərdə rayonunun Şirvanlı inzibati ərazi vahidində yerləşir. Qarabağ düzündədir. Etnotoponimdir. "Qacar yaşayış məntəqəsinin nisbətən kiçik hissəsi" deməkdir.
Bayatı-Qacar
Bayatı-Qacar – lad əsası baxımından Rastla eynidir. Bayatı–Qacar müstəqil dəstgah olmaqla yanaşı, eyni zamanda bir şöbə kimi vaxtilə "Dügah"da işlənmişdir. Yeri gəlmişkən, onu da əlavə edək ki, Bayatı–Qacar bir şöbə kimi Şur dəstgahının tərkibində də işlənir. Bayatı–Qacar öz xarakteri etibarilə dinləyicidə qəm-qüssə, kədər hissləri oyadır.Bayatı–Qacar 8 şöbə və guşədən ibarətdir: Bayatı–Qacar, Çoban bayatı, Bayatı–Türk, Qatar, Bayatı, Gəbri, Hicaz, Şikəsteyi–Fars [mənbə göstərin].
Böyük Qacar
Böyük Qacar — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Böyük Qacar Bərdə r-nunun ġirvanlı i.ə.v.-də kənd. Qarabağ düzündədir. Oykonim qacar tayfa adı ilə bağlı yaranmışdır. Böyük sözü toponimi digər eyniadlı yaşayış məntəqələrindən fərqləndirmək üçün əlavə edilmişdir. 1933-cü ildə Böyük Qəcər variantında qeydə alınmışdır.
Cəfərli (Qazax)
Cəfərli — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. Cəfərli kəndi Ağstafa çayının sahilində, Gəncə-Qazax düzənliyində yerləşir. Yaşayış məntəqəsi sarıxanlı tayfasının cəfərli tirəsinin məskunlaşması nəticəsində yaranmışdır. == Toponimikası == Cəfərli oyk, sadə. Ağsu r-nunun Kəndoba i.ə.v.-də kənd. Şirvan düzündədir; Cəlilabad r-nunun Astanlı i.ə.v.-də kənd. Burovar silsiləsinin ətəyindədir. Yaşayış məntəqələri muğanlı tayfasının cəfərli tirəsinin məskunlaşması nəticəsində yaranmışdır; İmişli r-nunun eyniadlı i.ə.v.-də kənd. Mil düzündədir.
Dəmirçilər (Qazax)
Dəmirçilər (Dəmirçilər, Qazax) — Azərbaycanın Qazax rayonunda kənd. Dəmirçilər (Birinci Şıxlı, Qazax) — Azərbaycanın Qazax rayonunda kənd. 14 iyul 1998-ci ildə ləğv edilmişdir.
Eila Qacar
Şahzadə Eila Qacar-Hamuda (Princess Eylah Kadjar-Hamouda) - Qacarlar dövlətinin sonuncu şahı Sultan Əhməd şah Qacarın nəvəsi, Firudin mirzə Qovanlı-Qacarın qızıdır. Hazırda İsveçrənin Cenevrə şəhərində yaşayır.
Gəncə-Qazax
Gəncə-Qazax iqtisadi rayonu — Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tovuz inzibati rayonlarını, Gəncə və Naftalan kimi şəhərləri əhatə etməklə Azərbaycanın qərbində yerləşir. İqtisadi rayon şərqdən Aran iqtisadi rayonuyla, şimal-şərqdən Şəki-Zaqatala iqtisadi rayonuyla, şimaldan Gürcüstanın Kaxeti diyarıyla, şimal-qərbdən Gürcüstanın Aşağı Kartli (Borçalı) diyarıyla, cənubdan Kəlbəcər-Laçın iqtisadi rayonuyla, Qərbi Azərbaycanın Göyçə mahalıyla, cənubdan və qərbdən Qərbi Azərbaycanın Tavuş bölgəsiylə qonşudur. Gəncə-Qazax iqtisadi rayonunun ən inkişaf etmiş və önəmli şəhəri Gəncədir. İqtisadi rayon əlverişli iqtisadi-coğrafi mövqeyə malikdir. İqtisadi və sosial-mədəni potensialına görə, Gəncə-Qazax Abşeron iqtisadi rayonundan sonra respublikada ikinci yeri tutur. Onun ərazisinin ümumi sahəsi 12,48 min km² olmaqla ölkə ərazisinin 14,4 %-nə bərabərdir. Ərazisinin böyüklüyünə görə Aran iqtisadi rayonundan sonra 2-ci yeri tutur. Relyef xüsusiyyətlərinə qörə rayonun ərazisi 4 zonaya: maili düzənliklər, dağətəyi, orta dağlıq (dəniz səviyyəsindən 1000–2000 metr yüksəklikdə), yüksək dağlıq (dəniz səviyyəsindən 2000 m yüksəklikdə) zonalara ayrılır. Rayonun iqlim şəraiti də bu zonalara müvafiq olaraq müxtəlifdir. İqtisadi rayonun əlverişli təbii şəraiti və iqtisadi-coğrafi mövqeyi əhalinin məskunlaşmasında mühüm rol oynamışdır.
Hüseynbəyli (Qazax)
Hüseynbəyli (əvvəlki adı: Əzizbəyli) — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Əvvəlki adı Əzizbəyli olmuş və 29 may 1996-cı ildən dəyişdirilərək Hüseynbəyli adlandırılmışdır. == Toponimikası == Əzizbəyli oyk, sadə. Qazax r-nunun eyniadlı i.ə.v.-də kənd. Ağstafa çayının sol sahilində, Gəncə-Qazax düzənliyindədir. Kənd Məşədi Əzizbəyovun şərəfinə adlandırılmışdır. == Əhalisi == 2009-cu ilin əhalinin siyahıyaalınmasında kəndə 1574 nəfər əhali yaşayır. Əhalinin 796 nəfəri kişilər, 778 nəfəri qadınlar təşkil edir. == Görkəmli şəxsləri == Abdulla bəy Divanbəyoğlu (1883-1936) - yazıçı, nasir, pedaqoq, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Dövlət arxivinin müdiri, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun tarix və etnoqrafiya şöbəsinin müdiri, Milli ədəbiyyatda nəsrin əsasını qoyanlardan biridir. Məmmədova Əsmər Vəli qizi (1913-1988)- Sosialist əmək qəhrəmani, üç dəfə Lenin ordeni medali ilə təltif edilmişdir.
Kommuna (Qazax)
Bala Çaylı (əvvəlki adı: Kommuna) — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Qazax rayonunun Çaylı kənd inzibati ərazi dairəsi tərkibindəki Kommuna kəndi Bala Çaylı kəndi adlandırılmışdır.Gəncə-Qazax düzənliyindədir. Çaylı kəndin yaxınlığında yerləşir və Çaylı Kommuna da adlanır. == Tarixi == Çaylı Kommuna Qazax rayonunun Çaylı inzibati ərazi vahidində kənd. Düzənlikdədir. Kənd XIX əsrin 30-cu illərində Qıraq Kəsəmən və başqa kəndlərdən köçüb gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Coğaz çayının sahilində yerləşən və Çaylı adlanan bu kəndin adına kollektivləşmə illərində rəmzi olaraq Kommuna (lat. "umumi" mənasında olan bu soz burada "icma" mənasında işlənmışdır) komponenti artırılmışdır. == Əhalisi == 2009-cu ilin əhalinin siyahıyaalınmasına əsasən kəndə 1089 nəfər əhali yaşayır. Əhalinin 546 nəfəri kişilər, 543 nəfəri qadınlardan təşkil olunmuşdur.
Kosalar (Qazax)
Kosalar — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kəndin tarixi haqqında dəqiq məlumat verən mənbə hələ ki yoxdur. Onun tarixi diqqətlə və elmi şəkildə araşdırılmamışdır. Bir neçə fərziyyələr mövcuddur. Kəndin yaşlı və ağsaqqlarının dediyinə görə bu kənd Kosa Əli və onun kiçik qardaşı Canəli tərəfindən salınıb. Ona görə bu kənd hazırda Kosalar, yəni Kosa Alılar, qonşu kiçik kənd isə Canallı (Yəni Canəlidən törəyənlər) adlanır. Hazırda bu iki kəndin evləri tamamilə birləşmişdir. == Toponimikası == Kənd Gəncə-Qazax düzənliyində yerləşir. Yaşayış məntəqəsi kəndin əsasını qoymuş kosalar nəslinin adını daşıyır. == Coğrafiyası və iqlimi == Kənd Qazax rayonundan 5 kilometr şimal-şərqdə, Qazax-Tiflis yolunun şərq tərəfində yerləşir.
Mahal Qacar
Mahal İbrahimxəlil oğlu Qacar (12 sentyabr 1938, Kosalar[d], Kvemo-Kartli) — tarixçi, alim, Bakı Slavyan Universitetinin dosenti. == Həyatı == Mahal İbrahimxəlil oğlu 12 sentyabr 1938-ci ildə Gürcüstanın Tetriskaro (Ağbulaq) rayonunun Kosalar kəndində ahadan olmuş, ilk təhsilini Kosalar kənd səkkizillik məktəbində aldıqdan sonra 1955–1959-cu illərdə Marneuli şəhər Pedaqoji Məktəbində davam etdirmişdir. Əmək fəaliyyətinə doğma kənd məktəbində müəllim kimi başlamışdır. 1959–1962-ci illərdə əsgəri xidmətə olmuşdur. Sonra doğma kəndində müəllimlik fəaliyyətinə qayıtmışdır. 1963–1967-ci illərdə N.İ.Lobaçevski adına Qorki (Nijni-Novqorod) Dövlət Universitetinin tarix fakültəsini bitirərək tarixçi ixtisasına yiyələnmişdir. Universiteti bitirdikdən sonra yenidən doğma kəndlərinə dönərək 1973-cü ilin oktyabr ayina qədər orada tarıx fənnini tədris etmişdir. 1973-cü il oktyabr ayının 1-dən M.F.Axundov adına APRDƏİ tarix kafedrasında laborant, kabinet müdiri, müəllim, baş müəllim vəzifələrində çalışmışdır. O, İnstitutda pedaqoji fəaliyyətlə yanaşı tarix elmi ilə də məşğul olmuşdur. AQU-nun tarix kafedrasında birillik aspiranturanı bitirdikdən sonra, 1984-cu ildə "Yerli Sovetlərə partiya rəhbərliyi" mövzusunda tarix elmləri namizədlik dissertasiyasını müdafiə etmişdir.
Mahmud Qacar
Mahmud Qacar (Mahmud Mahsud oğlu Quliyev; 1 sentyabr 1949, Qacar, Qaryagin rayonu) — Azərbaycan şairi. == Həyatı == Mahmud Quliyev 1 sentyabr 1949-cu ildə Füzuli rayonunun Qacar kəndində doğulub. 1976-cı ildə BDU-nun jurnalistika fakültəsini bitirərək Füzuli rayonunda çıxan "Araz" qəzetində fəaliyyətə başlayıb. Fəal ictimaiyyətçi olmuşdur. Rayonda "Bilik" və "Kitabsevərlər" cəmiyyətlərinin və Rayon Dövlət İdarələri Həmkarlar İttifaqının Komitəsinin sədri kimi çalışıb. "Təfəkkür" elmi jurnalının və "Əsrin səsi" qəzetlərinin baş redaktoru olmuşdur. Mahmud Qacar səmərəli bədii-publisistik fəaliyyətinə görə 1999-cu ildə Azərbaycan KİV Hİ-nin "Kəmalliyyə" diplomuna və "Qızıl Qələm" jurnalist mükafatına layiq görülüb. == Yaradıcılığı == Ədəbi aləmdə öz dəsti-xətti üslubu, bədii- publisistik yazıları ilə tanınan Mahmud Qacar yaradıcılığının əsas ruhunu yurd həsrəti, müqəddəs amallar uğrunda mübarizə təşkil edən kitablarında təlatümlü şair qəlbinin əks sədası olan müxtəlif səpkili lirik şeirləri və poemaları yer almışdır. Ümumiyyətlə, Mahmud Qacar şeirərində diqqəti cəlb edən zövq oxşayan seçmə qafiyələr, hikmətli qovuşma sözlər, ideomatik ifadələr, təşbeh və təzadlar çoxdur. Müxtəlif illərdə yazdığı təmsillərdə nadanlıq, nankorluq, yaltaqlıq, qohumbazlıq, lovğalıq, hərdəmxəyallıq, biliyi, gücü çatmayan işə can atmaq kimi insanı alçaldan keyfiyyətlər kəskin tənqid olunur.
Məmməd Qazax
Məmməd Qazax və ya Gülməmməd Gülməmmədov(1899, Qazax rayonu – 1970, Amasya) — Azərbaycan Cümhuriyyətinin zabiti, Türkiyə Silahlı Qüvvələrinin polkovniki. Qarabağ və Zəngəzur döyüşlərində, Əsgəran döyüşündə, Aprel işğalından sonra işğala qarşı baş tutmuş Tərtər üsyanı və Qarabağ üsyanlarında iştirak edib. Türkiyə İstiqlaliyyət Müharibəsində iştirak edib. İllərlə Türkiyə Silahlı Qüvvələrində xidmət edib. == Həyatı və təhsili == Gülməmməd Gülməmmədov 1899-cu ildə Qazax mahalının Salahlı kəndində anadan olub. Salahlıda ibtidai məktəbi yaxşı qiymətlərlə başa vurduqdan sonra təhsilini Qoridəki Zaqafqaziya Müəllimlər Seminariyasında davam etdirib. 1917-ci ildə təhsilini bitirib vətənə qayıdıb. 1918-ci ildə Azərbaycan Cümhuriyyəti elan olunduqdan sonra Azərbaycan ordusuna qoşulan ilk könüllülərdən olub. Hərbi xidmətə Gəncədə polkovnik Süleyman bəy Əfəndiyevin komandanlıq etdiyi hərbi hissədə başlayıb. == Hərbi xidməti == === Şamxor döyüşü === Fevral İnqilabından sonra Zaqafqaziya Komissarlığının tələbi ilə Cənubi Qafqazı tərk edən rus hərbi hissələri silahlarını təhvil verməli idilər, lakin bir çox hallarda rus qoşun hissələri silahları təhvil vermək istəmirdilər.
Mərkəz Qacar
Quliyev Mərkəz Mikayıl oğlu (Mərkəz Qacar) (14 fevral 1948, Qaryagin – 4 noyabr 2013, Bakı) — hüquqşünas, şair. == Həyatı == Mərkəz Quliyev 14 fevral 1948-ci ildə Füzuli şəhərində ruhani ailəsində anadan olub. Bakı Dövlət Univetsitetinin Hüquq fakültəsini bitirib. 1976-cı ildən prokurorluq orqanlarında çalışır, Yardımlı və Səlyan rayonlarında müstəntiq, 1991-ci ildən isə Bakı Şəhər Prokurorluğunda şöbə prokuroru kimi əmək fəaliyyətini davam etdirib. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. M. Qacarın indiyə qədər 30-dan artıq kitabı çap olunmuşdur. Bu kitablara 20 minə yaxın təmsil, 2000-dən artıq rübai, 3000-dən artıq lirik şeir, 500-dən çox bayatı, 1000-dən artıq qəzəl, 10 alleqorik pyes, 8 tarixi dram və 9 poema daxil edilmişdir. Əsərləri ingilis, alman, ispan, rus, fars, kürd və başqa dillərə tərcümə edilmişdir. Dram əsərləri respublikanın müxtəlif teatrlarında tamaşaya qoyulmuş, ssenariləri üzrə çəkilmiş filmlər Azərbaycan televiziyasında dəfələrlə nümayiş etdirilmişdir. == Mükafatları == Mərkəz Qacar "Araz" Ali ədəbi və "Qızıl Qələm" yaradıcılıq mükafatlarının laureatıdır.
Qacar (Füzuli)
Qacar — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. == Etimologiyası == Qacar tayfası Hulakulərın hakimiyyəti vaxtında İrana gətirilib. Oradan Suriya və Türkiyəyə keçmiş Teymurləngin 50 min nəfəri Qafqaza köçürülmüş və onlar İrəvanda, Gəncədə, Qarabağda yerləşdirilmişdir. İrəvan və Gəncə xanları qacarlardan çıxmadır. Mənşəcə oğuz tayfalırndan olan Qacar eli XVI əsrdə Səfəvilərin hakimiyyət uğrunda mübarizəsinin fəal iştirakçısı kimi Qızılbaş tayfalarından biri olmuşdur. Qacar ilk yeddi Qızılbaş tayfasından (Rumlu, Ustaclu,Təklə, Əfşar, Zülqədər və Qacar) biridir. Səfəvilər hakimiyyətə keçdikdən sonra Qacar tayfasına Gəncə bölgəsi ərazi və hakimiyyət vermişdi. Bərdə rayonunda Bala Qacar və Böyük Qacarla eynidir. == Tarixi == 1912-ci ildəki siyahıyalmanın nəticələrinə əsasən kənddə 1194 nəfər yaşayırdı. Kənd sakinlərinin hamısı milliyətcə azərbaycanlılar olub.
Qacar (dəqiqləşdirmə)
Qacar — Azərbaycan-türk dövləti. Qacar — Azərbaycan-türk sülaləsi. Qacar (Füzuli) — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd.
Qacar Zeyid
Qəcər-Zeyid — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Alekseyevka bələdiyyəsinin tərkibindədir. == Toponimikası == Kənd Qaraçayın sahilində, Qusar maili düzənliyində yerləşir. Qəcər Zeyid variantında da qeydə alınmışdır. XIX əsrin ortalarında rayonun dağlıq zonasında yerləşən Zeyid kəndindən çıxmış ailələr həmin kəndə məxsus qışlaqlarda iki yeni məntəqə salmışdılar. Həmin məntəqələri fərqləndirmək üçün biri Qacar kəndi yaxınlığında yerləşdiyinə görə Qacar Zeyid, digəri isə Ağbil kəndi yaxınlığında yerləşdiyinə görə Ağbil Zeyid adlandırılmışdı. Oykonim "Qacar kəndi yaxınlığındakı Zeyid kəndi" mənasındadır. == İqtisadiyyatı == Kəndin əsas gəlir mənbəyinin əsasını meyvəçilik 90% (xüsusəndə alma yetişdiriciliyi) tutur. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 873 nəfər əhali yaşayır.
Qacar dövləti
Qacar dövləti — XVIII–XX əsrlərdə İranda mövcud olmuş, türk əsilli Qacarlar sülaləsi tərəfin idarə edilmiş dövlət. == Tarixi == === Sülalənin mənşəyi === Türk tayfası olan Qacarlar, Monqol işğalı zamanlarında İrəvan ətrafında kök salmışlar və Səfəvi sülaləsini Azərbaycanda və İranda hakimiyyətə gətirən yeddi Qızılbaş-Türk tayfalarından biri olmuşlar. XVI əsrin əvvələrində Azərbaycanda və İranda hakimiyyəti ələ keçirən Səfəvilər indiki Azərbaycan Respublikasının ərazisini yerli türk xanlarına buraxmışlardır və 1554-cü ildə Gəncə şəhərinin Şahverdi Soltan Ziyadoğlu Qacar tərəfindən idarə edildiyi haqda tarixi məlumatlar mövcuddur. Ziyadoğulları ailəsi sonralar Qarabağa da hökmdarlıq etmişdir. 16–17-ci əsrlərdə Qacarlar Səfəvi dövlətində bir sıra rəsmi vəzifələr tutmuşlar. I Şah Abbas Səfəvi dövründə Şahsevən türk tayfaları kimi tanınan Qacarları İranın müxtəlif bölgələrinə yerləşdirmişdir və bunların bir çoxu Astarabad (hal-hazırda Qorqan) ərazisində qoyulmuşdur. === Dövlətin qurulması === Qacar ​​boyları, 18. əsrdə dəvəli qolu və Qoyunlu (Qovanlı) qolu olmaqla iki qoldan ibarət olan boylar birliyi olub iki qol arasında güc mübarizəsi yaşanmaqda idi. Bu mübarizəni qazanan Qoyunlu qolundan Məhəmməd Həsən xan, Əfşar Xanədanının qurcusu Nadir Şahın ölümündən sonra Gilan, Mazandaran və Curcan olmaqla Xəzər dənizi sahilini alaraq Güney İranda Zənd xanədanını quran Kərim xan Zənd ilə mübarizə etməyə başlamışdır. Kərim xan Zənd Qacarların daxili mübarizəsindən istifadə etmək üçün Məhəmməd Həsən xanın oğlu Ağa Məhəmmədi Şirazdakı sarayında əsir götürərək Develilere dəstək vermişdir.
Qacar eli
Qacar tayfası (Qacar qəbiləsi; Qacar oymağı; Qacar soyu) — Oğuz türklərinin Bayat boyuna mənsub oymağı (qəbiləsi)."An Ethnohistorical dictionary of the Russian and Soviet empires"-ə görə bu gün azərbaycanlıların İranın şimalında yaşayan sub-etnik qrupudur. == Yaşayış yerləri == Kompakt şəkildə Gorgan ostanının Sovar-Şaku şəhristanında və Mazandaran ostanının Xəzər-Cərib vadisində yaşıyırlar. Sayları 35 mindən çoxdur. == Tarixi == Qacarların əcdadları XIII-XIV əsrlərdə Orta Asiyadan Ön Asiyaya köç etmişlər. Qacar hərbçiləri Səfəvilər dövlətinin hərbi dayağı olmuşlar. == Din == Qacarların əksər hissəsi şiə müsəlmanlar, az bir hissəsi isə sünnilərdir. == Məşğuliyyətləri == Vadidə əkinçiliklə, dağlarda isə heyvandarlıqla (keçi və qoyun bəsləmənməsi) məşğul olurlar. Bir çox qacarlar şəhərlərdə yaşayırlar və yüksək sosial statusa malikdirlər. Qacarların əhəmiyyətli bir hissəsi farslar tərəfindən assimilə olunmuşdur.
Qacar hamamı
Qacar hamamı (fars. حمام قجر‎)- İranın Qəzvin şəhərində yerləşən Səfəvi dövrü memarlıq abidəsi. Hamam 1647-ci ildə Şahın sifarişi əsasında Əmirgunə xan Qacar tərəfindən tikdirilmişdir. Abidənin bir digər adı Şah hamamıdır. == Strukturu == Hamamın sahəsi 1045 m² və iki bölmədən ibarətdir: kişi və qadın bölmələri. Hamamın girişindəki yazıda hamamın memarlıq prinsiplərinin ənənəvi təbabətə uyğun olduğu bildirilir. Ətrafındakı binalardan daha aşağı mövqedə yerləşən hamama giriş pillləkənlər vasitəsilədir. Abidə struktur etibarilə üç əsas hissədən ibarətdir: Sərbinə, Miandar, Gərmxanə. Abidənin qapısı cənuba açılsa da hamamın qərb hissəsində qadınların istifadəsi üçün nəzərdə tutulan ayrı qapı var. Sərbinə hissəsinin planı 8 guşəli olub hər divarda oyuq və tağlar var.
Qaçaq
Qaçaq—Qaçaq hərəkatının üzvü. == Tarixi == Məhəmməd Əmin Rəsulzadə yazır: "İstilaya uğrayan, istismar olunan, əsarətdə yaşayan və məhv edilən xalqla, istismar edən, məhv edən rus imperialist rejimi arasında tarix boyunca mübarizə davam etmişdir. Lakin istismarçı və zalım rejimə qarşı aparılan mübarizə formaları müxtəlif olmuşdur. Passiv mübarizə yolu olsa da, bəzən məhkum xalq imperialist idarəsinə vergi verməməklə, onların istehsal etdikləri məhsulu almamaqla, məcburi işlərdən boyun qaçırmaqla öz etirazlarını bildirmişdir. Bəzi hallarda da idarə məmurlarını öldürməklə bunu həyata keçirmişdilər. Biz “Azərbaycanda kəndli hərəkatı” bölümündə bu hadisələrdən misallar vermişik. Azərbaycanda rus işğalçılarına qarşı üsyanlar əsasən Azərbaycan çar üsul-idarəsi tərəfindən işğal edildikdən sonra başlamışdır. Bu barədə biz “Azərbaycanda yeniləşmə hərəkatı” adlı kitabımızın “şair Zakir” bölümündə məlumat vermişik. Kəndli həyəcanları və üsyanları xüsusilə 1840-cı ildə çar tərəfindən təhkimçilik rejimi Azərbaycanda tətbiq edilərək bəylər torpağın tam sahibi, kəndlilər isə torpağa bağlı kölə olduqdan sonra ardı-arası kəsilmədən davam etmişdir. Azərbaycanda qaçaq hərəkatı əsasən rus çar rejiminə və yerli zülmkarlara qarşı mübarizə prosesində meydana gəlmişdir.