Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qahab
Qahab — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Qahab kənd inzibati ərazi dairəsində kənd. Kəndin adı Qahabçayın adından yaranmışdır. Bu toponim fars dilindəki gah (düzən) və ab (su) sözlərindən ibarət olub "düzən çayı" mənasını bildirir. Qahab kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: Kənd Zəngəzur silsiləsinin ətəyində yerləşir. Qahab körpüsü Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. Kənddə Qahab kənd tam orta məktəbi fəaliyyət göstərir. Kənddə bünövrəsi XX əsrin əvvəllərində qoyulmuş Qahab kənd məscidi yerləşir. Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Qanad
Quş qanadı — quşlarda əzələ ilə hərəkət edən uçma orqanı. Həşərat qanadı — həşəratların çoxunda hərəkət edən uçma orqanı. Təyyarə qanadı — Qanadlı raket — pilotsuz idarə olunan uçuş aparatı.
Qanaş
Qanaş (fr. ganache) — şokoladdan və təzə qaymaqdan krem. Tort və pirojnaların bəzədilməsində desert kimi istifadə olunur. Ədviyyat, meyvə, kofe, alkaqol aromatizasiyası ola bilər. Ehtimal ki, qanaş ilk dəfə 1850-ci ildə Sidorenko şirniyyat fabrikində düşünülüb. Hazırkı versiya İsveçrə mənşəlidir. Qanaşdan tortların dekoru zamanı trüfel kimi istifadə olunur. Qanaş müxtəlif meyvələr: çiyələk və ya üzümlə təqdim edilə və həm də dondurula bilər.
Qana
Qana, rəsmi adı Qana Respublikası — Qərbi Afrikada dövlət. Qərbdə Kot d’İvuar, şimal-qərbdə və şimalda Burkina-Faso, şərqdə Toqo dövlətləri ilə həmsərhəddir, cənub sahilləri Qvineya körfəzinin suları ilə əhatə olunmuşdur. Afrikada Qvineya körfəzi sahilinin ölkələrindən sayılan Qana Respublikası Volta çayı hövzəsində yerləşir. Paytaxtı Akkra şəhəridir. Region ölkələri arasında Qananın ekoloji-coğrafi mühiti bir sıra xüsusiyyətləri ilə fərqlənir. Bu fərq ilk növbədə dəniz sahilində özünü göstərir. Takoradidən şərqə doğru savanna yerləşsə də, həmin enlikdə rütubətli meşə zonası üstünlük təşkil edir. Savannanın dəniz sahilinə yaxın olmasının əsas səbəbi yağıntıların 650–800 mm və illik temperaturun yüksək olmasıdır. Takoradidən qərbə doğru yağıntılar kəskin artır-2000 mm. Burada həmişəyaşıl tropik meşələrlə yanaşı, yağlı palma, çəltik əkin sahələri də üstünlük təşkil edir.
Delta qanad
Delta qanad üçbucaq şəkilli qanadlara verilən addır. Delta adı, Yunan hərfi olan delta (Δ) hərfinin böyük yazısından meydana gəlmişdir. Delta qanadları ilk dəfə XVII əsrdə Reç Pospolita Kommanvelz ixtiraçısı Kazimierz Siemienowicz tərəfindən nəzərdən keçirilmişdir. Yataq quyruq qanadından istifadə etməyən Delta qanadlı təyyarələrin inkişafına İkinci Dünya Müharibəsindən sonra Almaniyada Neythen Woolford və SSRİ-də Boris İvanoviç Cheranovski rəhbərlik etmişdirlər, lakin öz modelləri olan playnerlər və təyyarələrdən heç biri geniş istifadə edilməmişdir.
Qahab körpüsü
Qahab körpüsü — Babək rayonunun Qahab kəndi ərazisində, Qahabçayın üzərində körpü. Uzunluğu 20 paqonometrdir. Sel daşqınları zamanı nəqliyyat vasitələrinin hərəkəti dayandığı, Qahab kəndi ilə rayon mərkəzi və Naxçıvan şəhəri arasında əlaqə kəsildiyi üçün körpü 2005-ci ildə tikilib istifadəyə verilmişdir.
Qanad uzunluğu
Qanad uzunluğu, qanad genişliyi (və ya sadəcə olaraq qanad bucağı) bir quşun və ya təyyarənin bir qanad ucundan digər qanad ucuna qədər olan məsafəsidir. Məsələn, Boeing 777-200 təyyarəsinin qanad uzunluğu 60,9 (64,8) metrdir (199 ft 11 in) və 1965-ci ildə tutulan gəzən bir albatrosun (Diomedea exulans) qanadlarının uzunluğu isə hal-hazırda həyatda olan quş üçün rekord olan 363 metr (1.190 ft 11 in) olmuşdur. Qanad genişliyi termini daha texniki bir ölçüdə pterozavrlar, bitlər, böcəklər və ornitopterlər kimi digər avianəqliyyat vasitələri üçün də istifadə olunan bir termindir. İnsanlarda qanad uzunluğu termini, 90° bucaq altında çiyin hündürlüyündə yerə paralel qaldırıldıqda, fərdin qollarının barmaq uclarından ölçülən, bir ucundan digər bir ucuna kimi məsafə olan qol uzunluğu deməkdir. Keçmiş peşəkar basketbolçu Manute Bol 7 fut 7 düym (2.31 m) hündürlüyə malik olub və 8 fut 6 düym (2.59 m) ilə insanlar arasında ən böyük qanad uzunluqlarından birinə malikdir. Təyyarənin qanad uzunluğu, qanad formasından və süpürməsindən asılı olmayaraq həmişə bir qanad ucundan digərinə düz bir xəttlə ölçülür. Qanad qaldırıcısı qanadların sahəsi ilə mütənasibdir, buna görə heyvan və ya təyyarə nə qədər ağır olsa, qanad sahəsi o qədər böyük olmalıdır. Sahə qanad uzunluğunun qanad genişliyinə vurulması (ortalama akkord) olduğu üçün uzun, dar bir qanad və ya daha qısa, daha geniş bir qanad eyni kütləyə dəstək olacaqdır. Səmərəli sabit uçuş üçün diafraqmanın akkord nisbəti və en-hündürlük nisbəti mümkün qədər yüksək olmalıdır (məhdudiyyətlər ümumiyyətlə struktura görədir); çünki bu qaçılmaz qanad ucu ilə əlaqəli induksiyanı azaldır. Albatroslar kimi uzun mənzilli quşlar və əksər ticarət təyyarələri en-hündürlük nisbətini ən yüksək səviyyəyə çatdırır.
Qana Respublikası
Qana, rəsmi adı Qana Respublikası — Qərbi Afrikada dövlət. Qərbdə Kot d’İvuar, şimal-qərbdə və şimalda Burkina-Faso, şərqdə Toqo dövlətləri ilə həmsərhəddir, cənub sahilləri Qvineya körfəzinin suları ilə əhatə olunmuşdur. Afrikada Qvineya körfəzi sahilinin ölkələrindən sayılan Qana Respublikası Volta çayı hövzəsində yerləşir. Paytaxtı Akkra şəhəridir. Region ölkələri arasında Qananın ekoloji-coğrafi mühiti bir sıra xüsusiyyətləri ilə fərqlənir. Bu fərq ilk növbədə dəniz sahilində özünü göstərir. Takoradidən şərqə doğru savanna yerləşsə də, həmin enlikdə rütubətli meşə zonası üstünlük təşkil edir. Savannanın dəniz sahilinə yaxın olmasının əsas səbəbi yağıntıların 650–800 mm və illik temperaturun yüksək olmasıdır. Takoradidən qərbə doğru yağıntılar kəskin artır-2000 mm. Burada həmişəyaşıl tropik meşələrlə yanaşı, yağlı palma, çəltik əkin sahələri də üstünlük təşkil edir.
Qana bayrağı
Qana bayrağı — Qananın Dövlət bayrağı
Qana İmperiyası
Qana İmperiyası — İndiki cənub-şərq Mavritaniya və qərbi Malidə yerləşirdi.
Bolqatanqa (Qana)
Xalq arasında Bolqa olaraq bilinən Bolqatanqa (ing. Bolgatanga), Qananın Bolqatanqa Bələdiyyə Bölgəsi və Yuxarı Şərq bölgəsinin Burkina Faso sərhəddinə bitişik bir şəhəri və paytaxtdır . Bolqatanqanın 2012-dən çox yaşayış məntəqəsi və təxminən 66.685 əhalisi var. Bolqatanqa, Tamalenin 161 km (təxminən 100 mil) şimalındadır . Bolqatanqa, Qızıl Volta çayı vadisində ( fillərin önəmli bir köç yoludur), Ağ Volta çayı və qəsəbənin cənubundakı Qambaqa Qayalıqları Yuxarı Şərq bölgəsinin cənub sərhəddini təşkil edir. Bolqatanqa adı guresi bolba "miqrantlar" və tanŋa "piramida" sözlərindən əmələ gəlmişdir. Tarixən Bolqatanqa qədim Trans-Sahara ticarət yolunun cənub terminalında yerləşirdi. Şərq marşrutu Bolqatanqa yaxınlığındakı Sahelian marşrutu ilə birləşirdi. Marşrut boyu əl işləri, xüsusən də saman səbətləri, papaqlar və geyimlər, həmçinin dəri məmulatları, metal zərgərlik və yerli geyimlər - kola, qoz-fındıqlara və duza dəyişdirildi. Bolqatanqanın yerləşdiyi Yuxarı Şərq Bölgəsi əvvəllər Yuxarı Region kimi tanınan ərazinin bir hissəsidir.
Ox formalı qanad
Ox formalı qanad və ya Ox bucaqlı qanad yüksək sürətli təyyarələrdə istifadə olunan bir qanad növüdür və adını yuxarıdan baxıldıqda qanadlarının ucları geriyə çəkilmiş bir ox formasında olmasından almışdır. Geriyə çəkilən qanadlar geriyə çəkilmiş ox bucağını ifadə edərkən, irəliyə çəkilmiş ox formalı qanadları olan təyyarələr də tarixdə görülmüşdür. Ox formalı qanadların mövcudluğunun səbəbi səs sürətinə yaxın bir sürətdəki havanın aerofoildəki davranışıdır. Ox formalı qanadlar əsasən hərbi təyyarələrdə olmaqla, məsələn təyyarələr, iş təyyarələri və ticarət təyyarələri olmaqla uçuşunun bir hissəsini səs sürətinə yaxın sürətlərdə yerinə yetirən təyyarələrdə görülür. Ox bucağının təyin edilməsinin əsas səbəbi kritik mach sayını artırmaqdır. Kritik mach sayı səs sürətinə yaxın sürətlə hərəkət edən havanın qanad profilinin yuxarı səthində sürətləndikdə və səs sürətinə çatdıqda təyyarənin çatdığı sürətə deyilir. Kritik mach sayında hərəkət edən bir təyyarənin qanadında oblik (əyri) bir şok dalğası müşahidə edilir. Bu, sürüklənməni artıran səbəblərdən biri olaraq həm daha çox yanacaq istehlakına, həm uçuş zamanı səbəb olduğu sarsıntılara görə qanad gərginliyinə və ya idarəetmənin itirilməsinə səbəb ola bilər. Ox bucağının iş prinsipi, ən sadə mənada həndəsə ilə əlaqədardır. Bir ox bucağı olmayan qanadlarda axıntı tamamilə qanada dik gəlir və qanad üstündə sürətlənərək axıb gedir, lakin bir ox bucağı olan qanadlarda hücum kənarı ilə qarşılaşan hava kənara dik deyildir və burada nəzərə alınacaq axıntının sürəti də axıntının öz sürəti deyildir, kənara dik uzanan sürət komponentidir.
Qoşa qanad (almanax)
Qoşa qanad almanax
Azərbaycan–Qana münasibətləri
Azərbaycan–Qana münasibətləri — Azərbaycan Respublikası ilə Qana Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin sentyabr ayının 11-də qurulmuşdur.
Qanat-i Bağırbəy (Çaypara)
Qanat-i Bağırbəy (fars. قنات باقربيك‎‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 442 nəfər yaşayır (104 ailə).
Qarab-i Süfla (Miyanə)
Qarab-i Süfla (fars. قاراب سفلي‎) və ya Aşağı Qarab — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 39 nəfər yaşayır (16 ailə).
Qarab-i Ülya (Miyanə)
Qarab-i Ülya (fars. قاراب عليا‎) və ya Yuxarı Qarab— İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 125 nəfər yaşayır (33 ailə).
Qana milli futbol komandası
Qanat-i Mirzə Cəlil (Çaypara)
Qanat-i Mirzə Cəlil (fars. قناتميرزاجليل‎‎‎) və Kəhriz — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 602 nəfər yaşayır (144 ailə).
Qana 2018 Qış Olimpiya Oyunlarında
Qana 2018 Qış Olimpiya Oyunlarında Skeletoni idman növündə bir idmançı ilə təmsil olunacaqdır. Bu Qananın Qış olimpiyadasında ikinci iştirakıdır. 2010 Qış Olimpiya Oyunlarında ölkəni xizək yarışlaında Kvame Nkruma-Açinpon təmsil olunmuşdur. Bu olimpiya yarışında isə ölkəni Akvasi Frimonq təmsil etmişdir. Bu idman növündə təsnifat mərhələsində idmançılar Beynəlxalq Bobsley və skeleton Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən iştirak hüququ əldə edir. Qana tarixində ilk dəfə bu idman növü üzrə təmsil oluncaqdır. Bu yarışmada ölkəni Kvame Nkruma-Açinpon təmsil etmək hüququ əldə etmişdir.
Qana qadın milli voleybol komandası
Qana qadın milli voleybol komandası — Afrika Voleybol Konfederasiyasının qadın milli voleybol komandalarından biri. Milli komanda Qananı qadın voleybolunda təmsil edir. Tarixi boyu Qana qadın millisi dünya çempionatı, dünya kuboku və s. kimi önəmli turnirlərdə iştirak edə bilməmişdi. Yalnız 1991 və 93-cü illərdə Afrika çempionatının final mərhələsinə yüksələn komanda heç bir medal qazana bilməmiş, eyni zamanda həmin ildən etibarən bu turnirdə də iştirak edə bilməmişdi. Qana millisinin fəxr edə biləcəyi ən böyük uğuru isə 1978-ci ilin Afrika Oyunlarında qazandığı bürünc medaldır.
Vampir Ovçusu D: Qana Susama
Vampire Hunter D: Bloodlust (吸血鬼ハンターD ブラッドラスト, Banpaia Hantā Dī: Buraddorasuto, azərb. Vampir ovçusu D: Qana susama‎) – 2000-ci ildə çəkilmiş tam metrajlı anime. Animenin rejissoru Yoşiaki Kavaciridir. Vampire Hunter D: Bloodlust — Internet Movie Database saytında.
Banak
Banak — (ing. Bannack) — Amerika Birləşmiş Ştatlarının Montana ştatında yerləşən kabus şəhər. Şəhərin əsası 1862-ci ildə Erasmus Darvin Levet tərəfindən qoyulmuşdur. 1864-cü ildə şəhər ətrafında, qızılın kəşf edilməsi, qızıl həyəcanına səbəb olmuşdur. Şəhərdə üç otel, üç çörək dükanı, üç dəmir emalatxanası, iki bərbərxana və iki ət dükkanı vardı. XIX əsrin ortalarından sonra Montana ştatının ən önəmli şəhərlərindən olan Banakda, bir restoran və üç salonda fəaliyyət göstərirdi. Ətraf ərazilərdə qızıl ehtiyatlarının tükənməsindən sonra, şəhərdə əhalinin sayı sürətlə azalmağa başlamışdır. 1970-ci ildə şəhər tamamilə boşalmış və milli qoruq ərazisi elan edilmişdir.
Danae
Danaya bu mənaları ifadə edə bilər:
Darab
Darab — İranın Fars ostanınında şəhərlər və Darab şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 54,513 nəfər və ya 13,279 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti baharlı və inanlı ellərindən ibarətdir, fars dilində danışırlar və şiə müsəlmandırlar.
Fandab
Fandab — animelərin və ya filmlərin həvəskarlar tərəfindən səsləndirilməsi. Fandablar əsərin fandaberin dilində rəsmi yayımlanmadığından irəli gəlir. Əksər fandablar animelər üçün yaranır, lakin istənilən dildə animasiya və filmlər üçün də yarana bilərlər. Yumoristik tərzdə məzmun və qəhrəmanlar dəyişdirilmiş fandablara "Abridged Series" və "fundubs" deyilir. Fandablar müəllif hüquqları ilə qorunan materiallardan istifadə etdiyindən fansablar kimi də bu hüquqları pozur, lakin başqa tərzdə. Müəllif hüquqlarını pozmamaq üçün fandaberlər bəzən Dubroo kimi proqramlardan istifadə edirlər. Bu proqram videonun orijinal səsinə təsir etmir, sadəcə videonun trekini kəsərək fandaberin yaratdığı treki çalır.
Fansab
Fansab (ing. "fansub", ing. "fan subtitles" ("həvəskar subtitrlər") — həvəskarlar tərəfindən subtitrlar şəklində tərcümə edilmiş videomaterial (çox vaxt bu animelərdir). Fandab — həvəskar səsləndirmə (dublyaj). Dublyaj orijinal səsin olmayan yeni səs trekinin yaradılması deməkdir (orijinal səsin üstündən yazılan səs treki "voysover" və ya "overvoys" adlanır). Komikslərə gəldikdə skanleytı vurğulamaq olar. Ən sadə halda bu komiksə mətn faylın və ya çapın əlavə olunması, daha mürəkkəb versiyası isə skanlarda mətnin tərcümə olunmasıdır. Fansabların hüquqi statusu hələ də birmənalı müəyyən olunmayıb. Fansabberlər və istehsalçılar arasında yazılmamış qanun var — istehsalçılar sabberləri təqib etmir, sabberlər isə məhsul bazarda rəsmi yayımlanandan sonra onun tərcüməsini dayandırırlar. Hətta bəzi istehsalçılar fansabberlərin işinin animenin populyarlaşmasına müsbət təsir gostərdiyini və bunun marketinq addımı kimi istifadə etməyini mümkün olduğunu düşünür.
Danaa
Acrisione (lat. Acrisione) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Danaa Colla Acrisione cymosa (J.Rémy) B.Nord. Acrisione denticulata (Hook. & Arn.) B.Nord.
Ganba no Boken
Ganba no Bōken (yap. ガンバの冒険, azərb. Qanbanın macəraları‎) — Osamu Dezaki tərəfindən yaradılmış yapon anime serialı. Osamu Dezaki Chodenji Robo Combattler V Ganba no Boken — Internet Movie Database saytında.
Banan
Banan — banankimilər fəsiləsindən çoxillik ot bitkisi cinsi. Qısa gövdəli və iri kökümsovlu hündür, bəzən də nəhəng otdur. Vətəni Asiya, Afrika və Avstraliyanın tropik və subtropik bölgələridir. 70-ə yaxın növü var. İstisevən hibrid növləri (M. paradisiaca və M. sapientum) daha çox yayılmışdır. Kökdən çıxan iri, qınlı yarpaqları çoxqatlı boru — yalançı gövdə əmələ gətirir. Bircinsiyyətli və ikicinsiyyətli çiçəkləri nəhəng salxımı xatırladır. Meyvələri salxımda toplaşır, hər salxımda 300-ə qədər meyvə olur, ümumi kütləsi 50–60 kq-a çatır. Yeyilir, qurudulur, konserv, marmelad, şirə, şərab, banan unu və s. hazırlamaq üçün istifadə edilir.
Banat
Banat — Çənub-Şərqi Avropada tarixi vilayət: şərqdə Transilvaniya Alp dağları, qərbdə Tisa çayı, şimalda Mureş çayı, cənubda Dunay çayı ilə sərhədlənir. Banat XII əsrdən Macar krallığının tərkibində olmuş, XVI əsrdə Osmanlı imperiyasının torpaqlarına qatılmışdır. Pojarevats sülh müqaviləsinə (1718) görə Habsburqların hakimiyyətinə keçmişdir. Kolonizasiya prosesləri nəticəsində formalaşan Banat əhalisinin çoxmillətli tərkibi rumınlar, serblər, xorvatlar, macarlar, slovaklar, almanlar və başqalarından ibarət idi. Trianon sülh müqaviləsinin (1920) şərtlərinə görə Rumıniya (şərq hissəsi) ilə Serblərin, Xorvatların və Slovenlərin krallığı (1929-cu ildən Yuqoslaviya: qərb hissəsi) arasında bölüşdürüldü. Hazırda Banat ərazisi Serbiya və Rumıniyanın tərkibindədir. == İstinadlar == == Mənbə == Azərbaycan Milli Ensiklopediyası, III cild, Bakı, 2011, səh.157.
Banax
Stefan Banax (pol. Stefan Banach; 30 mart 1892[…], Krakov, Sisleytaniya – 31 avqust 1945[…], Lvov) — polyak riyaziyyatçısı. == Həyatı == 1924-cü ildən Lvov Universitetinin professoru olub. Müasir funksional analizin yaradıcılarından biri. Xətti funksionalların və operatorların öyrənildiyi xətti fəzanı (Banax fəzası) daxil etmiş və onun əsas xassələrini öyrənmişdir. "Xətti operasiyalar nəzəriyyəsi" əsəri polyak (1931), fransız (1933) və ukrayn (1948) dillərində nəşr edilmişdir.
Hanau
Hanau, Almaniya'nın Hessen vilayətinin bir şəhəridir. Qrimm qardaşları bu şəhərdə anadan olublar.Hessen vilayətinin 88 min nəfərlik nüfusu ilə altıncı böyük şəhəridir. Şəhər əhalisi 88.637 nəfərdir. Əhalinin 20% müxtəlif xalqlardır.Əsası isə Türkiyəli işçilərdi. Nöyi-sür-Sen, Fransa Yaroslavl, Rusiya Vikianbarda Hanau ilə əlaqəli mediafayllar var.
Kabab
Kabab — əsasən şişə çəkilərək manqalda bişirilən ət yeməyi. Bununla belə tərəvəzlərdən, xüsusilə də pomidor, badımcan, bibər və kartofdan da kabab hazırlanır. Digər tərəfdən kabab tavada da bişirilir. Buna "tava-kababı" deyilir. Kababı hazırlayan aşpaz adətən kababçı adlandırılır. Kabab rusca "şaşlık" adlanır. "Şaşlık" sözünün kökü "şişlik" türk sözündən götürülüb və "şiş üstündə" deməkdir. Hələ "Kitabi Dədə Qorqud"da "şişlik" sözünə dəfələrlə rast gəlinir. Əsrlər boyu kabab qafqazlıların ən sevimli yeməyi olmuşdur.
Kanal
Kanal (lat. canalis – boru) — hidrotexnikada suyun basqınsız hərəkəti üçün çəkilən düzgün formalı süni məcra (su yolu). Təyinatdan asılı olaraq gəmiçilik kanalı, energetika kanalı, suvarma kanalı və s. növləri var. Gəmiçilik kanalı dəniz, göl və gəmi üzən çayları birləşdirmək, gəmi hərəkətini asanlaşdırmaq, su yollarını qısaltmaq və s. məqsədlərlə çəkilir. Energetika (derivasiya) kanalları su elektrik stansiyaları komplekslərinə daxildir. Suvarma kanalları əkin yerlərinin suvarılması üçündür, məs. Samur-Abşeron kanalı, Yuxarı Qarabağ kanalı, Yuxarı Şirvan kanalı. Kanalların en kəsiyi düzbucaqlı trapesiya, üçbucaqlı, yarımdairə və s.
İnnab
İnnab (lat. Ziziphus jujuba) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinə aid bitki cinsi. İnnab Azərbaycanın subtropik rayonlarında – Samur-Dəvəçi ovalığında, Abşeronda, Kür-Araz çayları ətrafındakı rayonlarda qədimdən becərilir. Hazırda innabın Abşeronda "Azərbaycan", "Abşeron", "Şirvan" və "Tacikistan" sortları vardır. Bundan başqa Respublikamızın bir neçə rayonlarında innaba həyətyanı sahələrdə tək-tək olsa da rast gəlinir. İnnab çox faydalı, uzun ömürlü və bəhrəli bitkidir. Onun gövdəsinin aşağıya doğru meyil etmiş budaqları üzərində sıx sürətdə yerləşmiş yarpaqları vardır ki, bu yarpaqlar ağaca xüsusi gözəllik verir. İnnabın yaşıltəhər sarı rəngli gözəl çiçəkləri də vardır. Bunlar ulduzvarı şəkildə yerləşmişdir. İnnabın nəzəri cəlb edən sarı-qırmızı rəngli, şirin dadlı, xoş ətirli meyvələri olur.
Hanak
Hanak — Ərdəhan ilinin Hanak ilçəsində bir şəhər və eyniadlı ilçənin mərkəzidir. Əhalisi 2,880 nəfərdir (2021). Əhalisi türklərdən ibarətdir. Digər bir mənbəyə əsasən şəhər əhalisi Axısqa türklərindən ibarətdir.
Darab mirzə Qovanlı-Qacar
Darab mirzə Şahrux mirzə oğlu Qovanlı-Qacar (9 may 1869, Şuşa – 1930, Tehran) — Çar ordusunun polkovniki, Bəhmən mirzə Qovanlı-Qacarin nəvəsi. Xidmətdə olduğu illərdə "Müqəddəs Stanislav" ordeni, "Müqəddəs Anna" ordeni, "Şiri-Xurşid" ordeni və I Dünya Müharibəsində göstərdiyi şücaətə görə Georgi silahı ilə təltif edilib. Darab Mirzə Şahrux Mirzə oğlu 9 may 1869-cu ildə Şuşa şəhərində andan olub. Bəzi mənbələrdə onun doğum tarixi 15 dekabr 1868-ci il, 9 mart 1869-cu il kimi də göstərilir. İbtidai təhsilini evdə aldıqdan sonra Tiflis kadet korpusunda oxuyub. Sonra Pavlov Hərbi məktəbində təhsilini davam etdirərək buranı I dərəcə ilə bitirib. Bundan başqa Atıcı zabit məktəbinin kazak bölməsində təhsil alıb. 1889-cu il sentyabr 1-dən etibarən sıravi yunker kimi xidmətə başlayıb. 1890-cı il mayın 5-də unter zabit rütbəsi alıb. Məktəbi bitirdikdən sonra 1891-ci il avqustun 5-də xorunji rütbəsi alaraq, Kuban kazak ordusunun I Poltava atlı alayına təyinat alır.
Ağnaz
Qaban
Çöldonuzu və ya qaban (lat. Sus scrofa) — donuzlar fəsiləsindən gövşəməyən cütdırnaqlı məməli heyvan. Bədənin uzunluğu 130–175 sm, kütləsi 60–150 kq. Ayaqları qısa, nisbətən nazikdir. Qaban ölçüləri və proporsiyaları müxtəlifdir. Başı iri, pazşəkillidir. Baş bədənin 1/3 hissəsini təşkil edəcək qədər böyükdür. Başın ölçü və forması yeri qazmaq üçün əlverişlidir. Boyun əzələləri güclüdür. Gözləri xırdadır və nisbətən dərində yerləşir.
Qacar
Qacar dövləti — XVIII–XX əsrlərdə Azərbaycan və İranda mövcud olmuş, türk əsilli Qacarlar sülaləsi tərəfindən idarə edilmiş dövlət. Türk tayfası olan Qacarlar, Monqol işğalı zamanlarında İrəvan ətrafında kök salmışlar və Səfəvi sülaləsini Azərbaycanda və İranda hakimiyyətə gətirən yeddi Qızılbaş-Türk tayfalarından biri olmuşlar. XVI əsrin əvvələrində Azərbaycanda və İranda hakimiyyəti ələ keçirən Səfəvilər indiki Azərbaycan Respublikasının ərazisini yerli türk xanlarına buraxmışlardır və 1554-cü ildə Gəncə şəhərinin Şahverdi Soltan Ziyadoğlu Qacar tərəfindən idarə edildiyi haqda tarixi məlumatlar mövcuddur. Ziyadoğulları ailəsi sonralar Qarabağa da hökmdarlıq etmişdir. 16–17-ci əsrlərdə Qacarlar Səfəvi dövlətində bir sıra rəsmi vəzifələr tutmuşlar. I Şah Abbas Səfəvi dövründə Şahsevən türk tayfaları kimi tanınan Qacarları İranın müxtəlif bölgələrinə yerləşdirmişdir və bunların bir çoxu Astarabad (hal-hazırda Qorqan) ərazisində qoyulmuşdur. Qacar ​​boyları, 18. əsrdə dəvəli qolu və Qoyunlu (Qovanlı) qolu olmaqla iki qoldan ibarət olan boylar birliyi olub iki qol arasında güc mübarizəsi yaşanmaqda idi. Bu mübarizəni qazanan Qoyunlu qolundan Məhəmməd Həsən xan, Əfşar Xanədanının qurcusu Nadir Şahın ölümündən sonra Gilan, Mazandaran və Curcan olmaqla Xəzər dənizi sahilini alaraq Güney İranda Zənd xanədanını quran Kərim xan Zənd ilə mübarizə etməyə başlamışdır. Kərim xan Zənd Qacarların daxili mübarizəsindən istifadə etmək üçün Məhəmməd Həsən xanın oğlu Ağa Məhəmmədi Şirazdakı sarayında əsir götürərək Develilere dəstək vermişdir.
Qafan
Qafan (erm. Կապան; Kapan) — Ermənistan Respublikasının cənubunda yerləşən və Sünik mərzinin mərkəzi olan şəhər. Qafan rayonunun mərkəzi. Əvvəllər Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında yaşayış məntəqəsi. 1938-ci ildən respublika tabeliyində şəhərdir. Şəhərin adı keçmişdə mövcud olmuş indiki Qafan şəhərindən 10 km şimal-qərbə doğru, Oxçu çayının sağ sahilində yerləşmiş Qapan (Qafan) kəndinin adı ilə bağlıdır. Erməni mənbələrində Qapan formasında qeyd edilir. Toponim peçeneq türk tayfasına mənsub qapan etnonimindən əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Qaqar
Qaqar (lat. Gavia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qaqarkimilər dəstəsinin qaqarlar fəsiləsinə aid heyvan cinsi. 5 növü var.
Qaçaq
Qaçaq—Qaçaq hərəkatının üzvü. Məhəmməd Əmin Rəsulzadə yazır: "İstilaya uğrayan, istismar olunan, əsarətdə yaşayan və məhv edilən xalqla, istismar edən, məhv edən rus imperialist rejimi arasında tarix boyunca mübarizə davam etmişdir. Lakin istismarçı və zalım rejimə qarşı aparılan mübarizə formaları müxtəlif olmuşdur. Passiv mübarizə yolu olsa da, bəzən məhkum xalq imperialist idarəsinə vergi verməməklə, onların istehsal etdikləri məhsulu almamaqla, məcburi işlərdən boyun qaçırmaqla öz etirazlarını bildirmişdir. Bəzi hallarda da idarə məmurlarını öldürməklə bunu həyata keçirmişdilər. Biz “Azərbaycanda kəndli hərəkatı” bölümündə bu hadisələrdən misallar vermişik. Azərbaycanda rus işğalçılarına qarşı üsyanlar əsasən Azərbaycan çar üsul-idarəsi tərəfindən işğal edildikdən sonra başlamışdır. Bu barədə biz “Azərbaycanda yeniləşmə hərəkatı” adlı kitabımızın “şair Zakir” bölümündə məlumat vermişik. Kəndli həyəcanları və üsyanları xüsusilə 1840-cı ildə çar tərəfindən təhkimçilik rejimi Azərbaycanda tətbiq edilərək bəylər torpağın tam sahibi, kəndlilər isə torpağa bağlı kölə olduqdan sonra ardı-arası kəsilmədən davam etmişdir. Azərbaycanda qaçaq hərəkatı əsasən rus çar rejiminə və yerli zülmkarlara qarşı mübarizə prosesində meydana gəlmişdir.
GAFAM
Big Tech — ən böyük informasiya texnologiyaları şirkətləri. Termin ən çox ABŞ-dəki Böyük Beşlik texnologiya şirkətlərinə aiddir: Alphabet (Google), Amazon, Apple, Meta və Microsoft. Çində Baidu, Alibaba, Tencent və Xiaomi (BATX) Böyük Beşliyin ekvivalentidir. Big Tech, həmçinin Netflix kimi yüksək qiymətləri olan kiçik texnologiya şirkətlərini və ya avtomobil istehsalçısı Tesla kimi yüksək texnologiya təcrübələrinə malik qeyri-texnoloji şirkətləri də əhatə edə bilər. Big Tech konsepsiyası investisiya bankçılığı sahəsində Goldman Sachs, Morgan Stanley və J. P. Morgan, Big Three konsaltinq firmaları, Big Oil və Big Media kimi digər bazar sektorlarında bir neçə şirkət tərəfindən bazar üstünlüyünün konsolidasiyasına bənzəyir. "Big Tech" termini ilk dəfə 2013-cü ildə media hesabatlarında ortaya çıxdı, çünki bəzi iqtisadçılar bu şirkətlərin kiçik tənzimləmə ilə dominant olmalarına dair əlamətlər gördülər. 1990-cı illərin sonlarında Dotkom köpüyü Nasdaq Composite fond bazarı indeksinin əksəriyyətini sildikdən sonra sağ qalan texnologiya şirkətləri bazar paylarını genişləndirdilər və artıq startap sayıla bilməzdilər. "Big Tech" termini 2016-cı ildə ABŞ-də keçirilən seçkilərə Rusiyanın müdaxiləsi ilə bağlı aparılan araşdırmadan sonra 2017-ci ildə populyarlaşdı, çünki bu texnologiya şirkətləri böyük miqdarda istifadəçi məlumatlarına ("Böyük verilənlər") çıxış əldə etməkdə oynadığı rol və istifadəçilərinə təsiri Konqres tərəfindən araşdırıldı. "Big Tech" termini 1970-ci illərin enerji böhranından sonra ən böyük neft şirkətlərinin "Big Oil" adlandırılmasına və ya ABŞ Konqresinin bu sənayeləri tənzimləməyə çalışdığı üçün ən böyük siqaret istehsalçılarının "Big Tobacco" adlandırılmasına bənzəyir. Bu, həm də XIX əsrin əvvəllərində əsas medianın "Big Media" və ya "Media Giants" adlı az sayda korporasiyaların dominantlığında qalmasına bənzəyir.