Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qaranüy
Qaranüy — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində keçmiş kənd. Hal-hazırda Şəmkir rayonunun Dəllər Cırdaxan kəndinin tərkibində yaşayış massividir. Dəllər Cırdaxan bələdiyyəsinə daxildir. Azərbaycan toponimlərinı 17 oğuz etnonimi geniş əksini tapmışdır (əfşar, kayır, karıq, bayat, eymur, iva, karkin, çuvaldar, bayandur, bektili, dügər, qaranüylü, xələc, kəndli, karabotik, çepni və salur). Qaranüy, yaşayış məntəqəsi kimi hələ XVIII əsrin əvvəllərindən mövcud olmuşdur. 1926-ci ilə aid olan və SSRİ dövründə hazırlanmış xəritədə kənd Karaküylü adı ilə göstərilmişdir. Qaranüy yaşayış massivi rayon mərkəzindən 14 kilometr, Dəllər dəmiryolu stansiyasından 7 kilometr şimalda, Gəncə — Qazax düzənliyində Kür çayının yaxınlığında olan ərazidə yerləşir. 9 illik təhsil sisteminə aid olan T.Əliyev adına orta məktəb əhalinin xidmətindədir. Əhalisi 870 nəfərdir.[mənbə göstərin] Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
Gavdari-i Qaraney (Soyuqbulaq)
Gavdari-i Qaraney (fars. گاوداري قره ني‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 49 nəfər yaşayır (7 ailə).
Paranoya
Paranoya — həddindən artıq narahatlıq və ya qorxuyla xarakterizə edilən, tez-tez məntiqsiz şiddət bildirən bir narahatlıq, psixoloji nasazlıq. Söz yunan dilində "παράνοια" (paranous) "dəlilik" mənasını verir (para = çöldə; nous = ağıl, ağılını itirmək) Paranoya çox vaxt şizofreniya kimi psixotik xəstəliklərlə yanaşıdır. Bununla birlikdə seyrək olaraq, paranoyak şəxsiyyət pozuqluğu kimi, psixotik olmayan, digər vəziyyətlərdə də müşahidə edilə bilər. Paranoya, fərdin hər hansı bir hadisə qarşısında hadisənin meydana gəlməsindən fərqli olaraq inkişaf edə biləcəyini öz içərisində canlandırma yolu ilə qarşıya qoyduğu və sərhədsiz sayda çeşitləndirə biləcəyi xəyal məhsullarının bütünüdür. Xalq arasında, paranoya deyimi, ümumiyyətlə bir şəxsin, ətrafındakılar haqqında həddindən artıq şübhəçiliyini təyin etmək üçün istifadə edilər. Belə bir adama edilən tövsiyələr, yaxşı niyyətli belə olsa, o adam tərəfindən pis niyyətlə edilmiş hesab edilər. Başqalarının onun haqqında təxribat edəbiləcəyi düşüncəsinə qapıla bilər, özlərinə və ya mülklərinə qarşı bir təhdid olduğu narahatlığı içinə düşər. Bu düşüncələr, o şəxsə böyük narahatlıq verər. Ətrafındakılar da, bu vəziyyətdən narahat olar. Psixiatr Emil Kraepelin, ən əhəmiyyətli və ya yeganə əlamətin təşviş inanclar olduğu ruhi xəstəlikləri təyin etmək üçün, "paranoya" terminini, istifadə etmişdir.
Qaraboya
Qaraboya — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənd. Rayon mərkəzindən 25 km məsadəfə Bəykənd çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim qaraboya tayfa adı əsasında əmələ gəlib "qaraboya tayfasına mənsub kənd" mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Sovet Rəyasət Heyətinin 26.IV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Xinkoyan qoyulmuşdur. XIX əsrdə Naxçıvan qəzasında Qaraboya kənd adı ilə mə'naca eynidir. 1919-cu ildə əhalisi qovulmuş və 1920-ci ildə Türkiyədən gəlmə ermənilər yerləşmişlər.
Qarabəy
Kiçik Qarabəy — Azərbaycanın Tərtər rayonunda kənd. Ulu Qarabəy — Azərbaycanın Tərtər rayonunda kənd.
Qaradon
Qaradon (yun. Χαράτων; IV əsr – V əsr) — hunların xanı.
Qaranaz
Qaranaz (İraq) — İraqın Səlahəddin mühafazasının Tuzxurmatu qəzasının Əmirli nahiyyəsində kənd.
Qarandi
Qarandi — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd. Qarandi Goranboy rayonunun eyniadlı i.ə.v-də kənd. Gəncə-Qazax düzənliyindədir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 13 nəfər əhali yaşayır.
Qaranqu
Qaranqu çayı, İranın Şərqi Azərbaycan ostanında çay. Çay Səhənd dağ sistemindən qaynaqlanır, cənub-şərqə tərəf axaraq Miyana yanında Qızılüzən çayına qovuşur.
Qarasol
Qarasol (lat. Vimba vimba) — Şüaüzgəclilər yarımsinfinə, Çəkikimilər fəsiləsinə daxil olan balıq növü. Növün daxilinə aşağıdakı növlər daxildir: Vimba vimba carinata (Pallas, 1814) — Kiçikqaradəniz qarasolu, Azov və Qara dəniz sularında yaşayır. Vimba vimba persa (Pallas, 1814) — Xəzər qarasolu, Xəzər dənizində yayılmışdır. Vimba vimba tenella (Nordmann, 1840) — Kiçik qarasol, Qara dəniz sularında yaşayır Vimba vimba vimba (Linnaeus, 1758), Şimal və Baltik dənizi sularında yayılmışdır. 60 sm uzunluğa, 3 kq çəkiyə sahib olur. Maksimal yaşam müdddəti 17 ildir. Əti ağ rəngdə olur və olduqca dadlıdır. Bu səbəbdən qiymətli sənaye balığı hesab edilir. Sürüləmə dövrü may-iyun ayları baş tutur.
Qaratay
Qaratay — Tatarıstandakı moşkan etnik qrupudur. Dili — tatar dilidir. Qarataylar Kam-Ustin rayonun Mordov Qaratay, Zaovraj Qaratay və Şerşalan kəndlərində məskunlaşmışlar. Əhalinin sayı təxminən 100 min nəfərdir. Qaratay-Savinovka və ya Barsko və Zaovral-Qaratay kəndində ruslar, Şoşme çayı yaxınlığında yerləşən Qaratay kəndində isə tatarlar məskunlaşmışlar. Belə görünür ki, qədim kəndlərin qaratay adlandırılması "Qaratay" hidronimindən irəli gəlir. O zaman qarataylar moldov qəbiləsi deyil, lokal moşkan etnik qrupundandır və tatarların güclü təsiri altında qalıblar. Onlar tatar dilini, tatar adət-ənənələrinə riayət etsələr də, özlərinin yəni moşkanların adət-ənənələrini də unutmayıblar. Tatarlar onları moşkan və ya mişka və muşkı adlandırıllar. Onlar özlərini də moşkan adlandırıllar və həmçinin XVII əsrdən onlarda iki dillilik qalıbdır.
Qaraçay
Qaraçay (Zaqatala) — Zaqatala rayonunda çay. Qaraçay (çay, Quba) — Quba və Xaçmaz rayonlarında çay. Qara çay (İran) — İranda çay. Qaraçay — Dəvəçi rayonunda çay. Ataçayın sol qoludur Qaraçay — Goranboy rayonu ərazisində çay. Qaraçay — Qax rayonu ərazisində çay. Qaraçay — Qəbələ rayonu ərazisində çay. Qaraçay (qəsəbə, Quba) — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində qəsəbə. Qaraçay-Çərkəz Respublikası — Rusiya Federasiyası subyektlərindən biri, inzibati baxımdan Şimali Qafqaz Federal dairəsinin tərkibinə daxildir. Qara çay — xüsusi çay növü olub, Oolonq, yaşıl və ağ çaylardan daha çox oksidləşmiş.
Karano
Karano- İtaliyanın şimalında Trentino-Alto Adige/Südtirol regionunda bir bələdiyyə. Trentonun təxminən 35 kilomter şimal-şərqində yerləşir. == Ədəbiyyat == All demographics and other statistics: Italian statistical institute Istat.
Qarant
Zəmanət və qarant — zəmanət verən şəxs; dövlət, təşkilat, müəssisə, fərd ola bilər. Subyekt hər hansı öhdəliklərə və ya bir şeyin keyfiyyət və xüsusiyyətlərinə görə müəyyən məsuliyyət (öhdəlik) elan edir və öz üzərinə götürür. Zamin duran şəxsə zəmanətçi və ya qarantçı deyilir. Dövlət vətəndaşlara və ya hüquqi şəxslərə hər hansı öhdəlikləri yerinə yetirmək üçün təminatlar verə bilər. Məsələn, dövlət zəmanəti dövlətin vətəndaşlar və ya hüquqi şəxslər qarşısında maddi və ya qeyri-maddi nemətlərin verilməsini nəzərdə tutan öhdəliyidir. Hüquqi təminatlar isə qaydalar toplusudur ki, onlara əsasən dövlət şəxsə məxsus bütün qanuni hüquqlara hörmət etməlidir. Zəmanətin subyekti təsərrüfat subyekti ola bilər. Məsələn, bank zəmanəti borclunun (əsas verənin) tələbi ilə bankın, digər kredit təşkilatının, sığorta təşkilatının və ya digər kommersiya təşkilatının (zəmanətçinin) verdiyi öhdəliklərin yerinə yetirilməsini təmin etmək üsullarından biridir. kreditora (faydalanan şəxsə) onun ödənilməsi tələbi ilə onlara pul məbləği ödəmək öhdəliyi. Marketinq vasitəsi kimi zəmanət məhsulun satışa çıxarılan istehlak xüsusiyyətlərinə uyğunluğunun göstəricisidir.
Qranyo
Qranyö (fr. Granieu) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Şartröz-Qye kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dü-Pen. INSEE kodu — 38183. Kommunanın 1999-cu il üçün əhalisi 258 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 395 ilə 525 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 65 km şərqdə, Qrenobldan 50 km şimalda yerləşir.
Fərhad Qaraşov
Kiçik Qarabəy
Kiçik Qarabəy (əvvəlki adı: Möhrətağ, daha əvvəl rusdilli mənbələrdə: Muxratax və Kiçik-Karabek) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Kiçik Qarabəy kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Möhrətağ kəndi Tərtər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Tərtər rayonunun Möhrətağ kəndi Kiçik Qarabəy kəndi adlandırılmışdır. 1993-cü ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Kiçik Qarabəy kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qaytarılmışdır. == Tarixi == XIX əsrdə Cavanşir qəzasında Böyük Qarabəy və Kicik Qarabəy adlı iki kənd qeydə alınmışdır. Çar Rusiyası Azərbaycanın şimalını işğal etdikdən sonra XIX əsrdə İrandan köçüb gəlmiş erməni ailələri Kicik Qarabəy kəndində məskunlaşaraq kəndi Möhrətağ (palçıqdan tikilmış barılı məhəllə) adlandırmışdılar. 1992-ci ildə kəndin keçmış adı bərpa edildi. == Tarixi == Kiçik Qarabəy kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü.
Maranon çayı
Maranyon (isp. Marañón) — Peru ərazisindən axan çay. Uzunluğu 2000 km təkil edir, hövzəsinin sahəsi 350 000 km²-dir. Amazon çayının sol qoludur. Çay onda ilk dəfə onda naviqasiyanı təşkil etmiş kapitan Maranyonun şərəfinə adlandırılmışdır. kəşf etmiş mənbəyi Boliviyada Mərkəzi Andın şərq ətəklərində yerləşir. Orta axarlarda axının sürəti 340 m³/san təkil edir. Başlanğıcını Patkoca gölündən götürür, Mərkəzi və Şərqi Andın dərin dərələri ilə axaraq Amazon ovalığına çıxır. Orta su sərfiyyatı 15 600 m³/s təşkil edir. 1000 km məsafədə naviqasiyaya yararlıdır (astanalara qədər).
Qaranaz (Takab)
Qaranaz (fars. قره ناز‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. Kənddə nə qədər əhalinin yaşaması barədə məlumat yoxdur.
Qaranaz (İraq)
Qaranaz — İraqın Səlahəddin mühafazasının Tuzxurmatu qəzasının Əmirli nahiyyəsində kənd. Kəndin əhalisini qədim Bayat boyudan törəmiş etnik türkmanlar təşkil edir.
Qaranca (Xoy)
Qaranca (fars. قارنجه‎‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Qaraçay-Cek
Qaraçaycek — Azərbaycan Respublikası Xaçmaz rayonu inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Xaçmaz rayonunun cənub qərbində əsası IX əsrin sonları XX əsrin əvvəli əsası Quba rayonu Cek kəndindən köçmüş bir neşə ailə tərəfindən qoyulmuş bir kənddir. 150 ildən artıq tarixə malik olan 560 nəfər əhalinin məskunlaşdığı Qaraçaycek kəndi rayon mərkəzi Xaçmazdan 14 km-lik məsafədə yerləşir.
Qaraçay-Çerkesiya
Qaraçay-Çərkəz Respublikası (rus. Карачаево-Черкесская Республика, qaraç.-balk. Къарачай-Черкес Республика, kab.-çərk. Къэрэшей-Шэрджэс Республикэ, abq. Къарча-Черкес Республика, noq. Карашай-Шеркеш Республика) — Rusiya Federasiyasının tərkibində inzibati subyekt, Şimali Qafqaz Federal dairəsinin tərkibinə daxildir. Qaraçay-Çərkəz muxtar vilayəti 12 yanvar 1922-ci ildə təşkil edilmişdir. Muxtar vilayət kimi 12 yanvar 1922-ci il — 26 aprel 1926-cı il və 9 yanvar 1957-ci il — 30 yanvar 1990-cı il tarixlərində mövcud olmuşdur. 30 noyabr 1990-cı il tarixindən 1991-ci il iyul tarixinədək Rusiya SFSR tərkibində Qaraçay-Çərkəz SSR adı ilə mövcud olmuş, 3 iyul 1991-ci il tarixindən bəri isə Rusiya FR tərkibində Qaraçay-Çərkəz Respublikası adı ilə mövcuddur. Qanunvericilik orqanı Xalq Yığıncağı adlanır.
Qaraçay-Çərkəz
Qaraçay-Çərkəz Respublikası (rus. Карачаево-Черкесская Республика, qaraç.-balk. Къарачай-Черкес Республика, kab.-çərk. Къэрэшей-Шэрджэс Республикэ, abq. Къарча-Черкес Республика, noq. Карашай-Шеркеш Республика) — Rusiya Federasiyasının tərkibində inzibati subyekt, Şimali Qafqaz Federal dairəsinin tərkibinə daxildir. Qaraçay-Çərkəz muxtar vilayəti 12 yanvar 1922-ci ildə təşkil edilmişdir. Muxtar vilayət kimi 12 yanvar 1922-ci il — 26 aprel 1926-cı il və 9 yanvar 1957-ci il — 30 yanvar 1990-cı il tarixlərində mövcud olmuşdur. 30 noyabr 1990-cı il tarixindən 1991-ci il iyul tarixinədək Rusiya SFSR tərkibində Qaraçay-Çərkəz SSR adı ilə mövcud olmuş, 3 iyul 1991-ci il tarixindən bəri isə Rusiya FR tərkibində Qaraçay-Çərkəz Respublikası adı ilə mövcuddur. Qanunvericilik orqanı Xalq Yığıncağı adlanır.
Qaraçay (Qanıx)
Muxaxçay (digər adı Qaraçay) — Qanıxçayın sol qolu. Zaqatala rayonu ərazisindən axır. Uzunluğu 56 km, hövzəsinin sahəsi 572 km²-dir. Başlanğıcını Baş Qafqaz silsiləsinin cənub yamacından (2800 m) alır. Başlıca qolları, sağdan Qaraağacçay (uzunluğu 27 km) və Sabınçay, (uzunluğu 12 km) çaylarıdır. Axımı qar, yeraltı və qismən də yağış sularından əmələ gəlir. Suyunun çox hissəsi (50-60%) yaz-yay aylarında keçir, çayda tez-tez sel hadisələri baş verir. Muxaxçaydan suvarma işlərində istifadə edilir.
Qaraçay (Quba)
Qaraçay (çay, Quba) — Quba və Xaçmaz rayonlarında çay. Qaraçay (qəsəbə, Quba) — Quba rayonunda qəsəbə.
Goranboy
Goranboy (1991-ci ilə qədər Qasım İsmayılov) — Azərbaycanın Goranboy rayonunun Goranboy şəhər inzibati ərazi dairəsində şəhər. Goranboy rayonunun inzibati mərkəzi. 1966-cı ildən rayon tabeli şəhər statusuna malikdir. Əhalisi 10,000 nəfərdən artıqdır. == Tarixi == Goranboy qədim insanların yaşadığı və məskunlaşdığı məkan olmuşdur. Əsasən, bunu müasir dövrdə aparılan tarixi araşdırmalar, arxeoloji tədqiqatlar da sübut etmişdir. Bundan əlavə müasir dövrümüzə qədər gəlib çatmış materiallar və dəlillər bunu sübut edir. Orta əsrlərdə Gəncə xanlığının tərkibində olmuşdur. Sonradan Goranboyun tarixi adı, sənədlərdə Goranboy-Əhmədli olub. 1938-ci ildə qəsəbənin adı dəyişdirilərək Qasım İsmayılov adlandırılmışdır.
Qaragöl
Azərbaycanda Qaragöl (Laçın) — Azərbaycan Respublikasının Laçın rayonunda göl. Qaragöl (göl, Kəlbəcər) — Kəlbəcər rayonu ərazisində şirin sulu, axarlı göl. Qaragöl — İsmayıllı rayonu ərazisində şirin sulu kiçik göl. Qaragöl (Zəngilan) — Azərbaycan Respublikasının Zəngilan rayonunda kənd. İşıqlı Qaragöl — Laçın rayonu ilə Gorus rayonu sərhəddində yerləşən göl.
Qaragöz
Qaragöz (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd. Qaragöz (Zəngilan) — Azərbaycanın Zəngilan rayonunda kənd. Qaragöz (Siyəzən) — Azərbaycanın Siyəzən rayonunda kənd.
Qaraçöp
Qaraçöp — Gürcüstan Respublikasında əhalisi azərbaycanlılardan ibarət özündə əsasən 8 məhəlləni birləşdirən qəsəbə. Bu məhəllələrə daxildir: Qazılar, Tüllər, Ləmbəli, Keşəli, Muğanlı, Qarabağlı, Düz - Əyrəm və Baldoy. Qaraçöp qədim döyüşçü türk boyları (əsasən oğuz, az sayda qıpçaq) tərəfindən yurd edilmişdir. Buraya Qarabağ, Gəncə, Qazax və Borçalıdan başqa türkmənlər də köç etmişlər. Qaraçöp əhalisi demək olar ki, bütünlüklə azərbaycanlılardan ibarətdir. Dini inancları islamdır. Əhali əsasən maldarlıq və ticarətlə məşğul olur. Sovet dövründə əhalinin var-dövləti dövlət tərəfindən müsadirə edilmişdir. Buna görə hətta kənddə üsyan baş qaldırmışdır. Kəndə girə bilməyən əsgərlər onu uzaqdan top atəşinə tutmuşlar.
Düzqışlaq (Goranboy)
Düzqışlaq (digər keçmiş adları - Abdullabəykürdü, Ağamalıoğlu) — Azərbaycan Respublikasının Goranboy rayonunun Düzqışlaq kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Goranboy rayonunun Ağamalıoğlu kənd inzibati ərazi dairəsi tərkibindəki Ağamalıoğlu kəndi Düzqışlaq kəndi adlandırılmış, Ağamalıoğlu kənd inzibati ərazi dairəsi Düzqışlaq kənd inzibati ərazi dairəsi hesab edilmişdir. == Toponimikası == Kənd Gəncə-Qazax düzənliyindədir. Antropotoponimdir. 1925-ci ilədək kəndin adı Abdullabəykürdü olmuşdur. İnqilabdan əvvəl Düzqışlaq adlanan bu ərazidə Goranboy rayonunun Bağçakürd kəndindən olan abdullabəykürdü nəsli məskunlaşmışdı. Sovet dövründə kəndin adı sovet dövlət xadimi, publisist Səmədağa Həsən oğlu Ağamalıoğlunun şərəfinə adlandırılmışdır. Memorial toponimdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2776 nəfər əhali yaşayır.
Eyvazlılar (Goranboy)
Eyvazlılar — Azərbaycan Respublikasının Goranboy rayonunun Boluslu kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == == Toponimikası == Eyvazalılar kəndi Gəncə-Qazax düzənliyindədir. Bəzi ədəbiyyatlarda səhvən Eyvazlılar variantında qeydə alınmışdır. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini XIX əsrin axırlarında indiki Qazax rayonunun ərazisindən gəlmiş Eyvazalı adlı şəxs saldığına görə belə adlandırılmışdır. Lakin qazax tayfalarının bir qolu olan eyvazalılar (yerli tələffüz formasında ayvazalılar) Qazax rayonunun Xanlıqlar kəndində bu gün də yaşayır. Oykonim etnotoponim olub, eyvazalılar nəslinin adını əks etdirir. 1933-cü ildə Qaradonlu (İmişli) r-nu ərazisində də Eyvazallar adlı kənd qeydə alınmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 125 nəfər əhali yaşayır.
Goran (Goranboy)
Goran — Azərbaycan Respublikasının Goranboy rayonunun Boluslu kənd inzibati ərazi dairəsində qəsəbə. == Tarixi == Goran qəsəbəsi və dəmir yolu stansiyası düzənlikdədir. Yaşayış məntəqəsi öz adını dəmir yolu stansiyasından, stansiya isə yaxınlığındakı çaydan almışdır. == Əhalisi == 220 nəfər əhali mövcuddur. Qadınlar üstünlük təşkil edir.
Goranboy bələdiyyələri
Goranboy bələdiyyələri — Goranboy rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Goranboy bələdiyyəsi
Goranboy bələdiyyələri — Goranboy rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Goranboy rayonu
Goranboy rayonu (əvvəlki adı: Qasım İsmayılov rayonu) — Azərbaycan Respublikasında İnzibati-ərazi vahidi. Mərkəzi Goranboy şəhəridir. Goranboy rayonu ilə Bakı arasında məsafə 317 km-dir. Azərbaycan Respublikası Milli Məclisinin 14 aprel 2009-cu il tarixli, 793-IIIQ saylı Qərarı ilə Goranboy rayonunun inzibati ərazisindən 574,82 ha (o cümlədən, Qaşaltı Qaraqoyunlu kənd inzibati ərazi dairəsi tərkibindəki Qaşaltı Qaraqoyunlu kəndinin ərazisindən bələdiyyə mülkiyyətində olan 26,4 ha və Qasımbəyli kəndinin ərazisindən bələdiyyə mülkiyyətində olan 11,9 ha, Tatarlı kənd inzibati ərazi dairəsi tərkibindəki Tatarlı kəndinin ərazisindən bələdiyyə mülkiyyətində olan 2,5 ha, habelə meşə fonduna aid 534,02 ha) torpaq sahəsi Naftalan şəhərinin inzibati ərazisinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 31 may 2010-cu il tarixli, 1018-IIIQ saylı Qərarı ilə Goranboy rayonunun inzibati ərazisindən 489,0 ha (o cümlədən Tap Qaraqoyunlu kənd inzibati ərazi dairəsi tərkibindəki Tap Qaraqoyunlu kəndinin ərazisindən bələdiyyə mülkiyyətində olan 133,84 ha, Tatarlı kənd inzibati ərazi dairəsi tərkibindəki Tatarlı kəndinin ərazisindən bələdiyyə mülkiyyətində olan 229,68 ha və xüsusi mülkiyyətdə olan 125,48 ha (cəmi — 355,16 ha) torpaq sahəsi Naftalan şəhərinin inzibati ərazisinə verilmiş, Goranboy rayonunun Qaşaltı Qaraqoyunlu kənd inzibati ərazi dairəsi əhatə etdiyi ərazi vahidləri (ərazisi müvafiq olaraq 1321,1 ha və 882,7 ha təşkil edən Qaşaltı Qaraqoyunlu və Qasımbəyli kəndləri) ilə birlikdə Naftalan şəhər inzibati ərazi vahidinin tərkibinə daxil edilmişdir. = Ümumi məlumat = Sahəsi 1790 km², əhalisi 107,900 nəfərdir.(01.01.2024). Mərkəzi Goranboy şəhəridir. Rayonda 2 şəhər, 6 qəsəbə, 79 kənd var. (ümumilikdə, 87 yaşayış məntəqəsindən 85-də yaşayış var, 2 məntəqədə Gülüstan və Baş Qışlaq kəndlərində yaşayış yoxdur.) = Şəhərlər və iri qəsəbələrin adları = Goranboy rayonunda 2 şəhər (Naftalan istisna), 7 şəhər tipli qəsəbə var. = Kəndləri = Goranboy rayonunda 79 kənd var.