Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qıpçaqlar
Qıpçaqlar və ya Kumanlar — köçəri türk tayfalarından biri. == Haqqında olan == Qıpçaqlar (Kumanlar) qədim türk xalqıdır. Qıpçaqlardan ilk dəfə eramızdan əvvəl Orta Asiya mənbələrində danışılmışdır. Dilləri qıpçaq türkcəsidir. Qıpçaqlar, VIII–IX əsrlər ətrafında Orta Asiyadan Urala keçmiş və burada üstünlük qazanmışlar, daha sonra oğuzlarla birgə Orta Asiyaya yayılmışdılar. Tarix səhnəsinə IX–XI əsrlər arasında çıxmışlar. Qıpçaqlar, monqol zəbtindən əvvəl də Sır-dərya, İdil və Don arasında, Qafqaz və Krım dağlarında, Xəzərin şimal düzlüyü ilə bu günkü Qazaxıstanın orta və şimal-qərb arasında yaşayıb bir çox türk tayfaları ilə qarışmışlar və İran, Suriya, Rusiya, Şərqi Avropa və Bizans ilə hərbi, ticarət və iqtisadi əlaqələr qurmuşlar. Əvvəllər "Oğuz çölü" deyilən torpaqlar, artıq XIII əsrdə Dəşti Qıpçaq adı ilə xatırlanmağa başlanmışdır. Çindən Don çayına, Uraldan Qara dənizə qədər olan sahəyə yayılan qıpçaqlar, bu dövrdən sonra da böyük sürətlə yeni ərazilərə yayılırdılar. Macar tarixçilərinin məlumatlarına görə, 1020-ci illərdə, Qərbi Sibirdə böyük bir kimek-qıpçaq tayfa birliyi vardır.
Anadoluda Qıpçaqlar
Urum-Qıpçaqlar
Urumlar (yun. Ουρούμ, urum; türk. Urum, krımtat. Urum) — əsasən Osmanlı İmperiyasında və Krımda bəzi türkdilli xalqlar (türklər, Krım tatarları) tərəfindən müsəlman dövlətlərinin Yunanıstanın peçeneq və ya türk əsilli əhalisini adlandırmaq üçün işlədilən ekzoetnonim. Müasir etnoqrafiyada bir qayda olaraq, türk türkdilli qrup urumlar (və ya peçeneq-urumlar) adlandırılır. Lakin urumları xristian türklər və ya müstəqil etnos, yaxud oğuz-qıpçaq etnik qrupu hesab edən tədqiqatçılar da var. Rusiya Federasiyasında 54 nəfər (2002-ci il siyahıya almasına əsasən), Ukraynada 91548 nəfər (2001-ci il siyahıya almasına əsasən), Gürcüstanda 15.166 nəfər urum yaşayır.
Gürcüstan qıpçaqları
Gürcüstan qıpçaq və kumanları Orta Asiyadan Şərqi Avropaya qədər böyük ərazilərdə məskunlaşmış qədim köçəri türk xalqlarından biridir. Onlar (Kuman-Qıpçaq Birliyi) Gürcüstan da daxil olmaqla, bölgədəki bir çox xalqın tarixində əhəmiyyətli bir rol oynadılar. 12-ci əsrdən 13-cü əsrə qədər qızıl dövrünü yaşayan Gürcüstanın gürcü monarxları minlərlə qıpçaq-kumandan yararlanaraq, onlardan qonşu müsəlman dövlətlərə qarşı hücumlarda istifadə etdilər. Orta əsr Gürcüstanından bəhs edən Kartlis tsxovreba (Kartli yaşayışı ქართლის ცხოვრება) adlı salnamədə belə yazılıb: == Tarixi == === Erkən dövr === Gürcülər ilə kuman-qıpçaqlar arasındakı ilk təmaslar XI əsrə, kuman və qıpçaqların Rusiyanın cənub çöllərində köçəri bir konfederasiya qurduğu vaxta təsadüf edir. Onların Gürcüstanla münasibətləri ümumiyyətlə dinc xarakter daşıyırdı. Üstəlik, o dövrün gürcü siyasətçiləri kuman və qıpçaqları Səlcuqlu fəthlərinə qarşı potensial müttəfiq kimi görürdülər. Gürcü salnamələrinə görə gürcülər köçərilərin yaxşı döyüş bacarıqlarına, cəsarətlərinə və əllərində olan böyük insan resurslarına bələd idilər. Gürcüstan-kuman/qıpçaq ittifaqının memarı, on minlərlə kuman-qıpçaq döyüşçüsündən istifadə edən və onları öz səltənəti dövründə, 1118-ci ildə Gürcüstanda yerləşdirən kral IV David (1089-1125) idi. Davidin Səlcuqlu işğalçılarına qarşı mübarizəsindəki hərbi islahatlarının əsas hissələrindən biri olan bu tədbir yüksək səviyyəli gürcü nümayəndə heyətinin, o cümlədən padşahın özü və onun baş məsləhətçisi və tərbiyəçisi Georgi Çqondidinin qıpçaq qərargahına getməsiylə baş tutmuşdu. Köçərilərlə bu ittifaqı möhkəmlətmək üçün David Kuman-Qıpçaq şahzadəsi, Ətrak xanın (Atraka, gürcü salnaməsindəki Şarağanın oğlu) qızı Quranduxt ilə evləndi və yeni qohumlarını Gürcüstanda məskunlaşmağa dəvət etdi.
Qılçalar
Qıç və ya qılça — aşağı ətraflar olub, ağırlıq daşıyan və hərəkəti təmin edən bədən üzvüdür. Bir çox heyvanda ayaq qıçın son hissəsində pəncələr və ya dırnaqlardan təşkil olunmuş, bir və ya daha çox seqment və ya sümükdən ibarət olan orqandır.
Bıçaqlar çəkildi
Bıçaqlar çəkildi (ing. Knives Out) — Rayan Consonun 2019-cu ildə ekranlara çıxan müəmma janrındakı ABŞ filmi. Filmin əsas rollarında Deniel Kreyqin də içində olduğu on bir nəfərdən ibarət aktyor heyəti çəkilib. == Məzmun == Deniel Kreyq filmdə məşhur yazıçı Harlan Trombinin ölümünü araşdırmaq üçün tutulmuş xəfiyyə Benya Blank rolunu oynayır. Polis yazıçının intihar etdiyinə inansa da, Blank hadisənin göründüyü qədər sadə olmadığından və arxasında əlavə motivlər ola biləcəyindən şübhələnir. Blank, işə qoyulur və həqiqəti üzə çıxarmaq üçün müxtəlif dəlilləri və yanıltıcı detalları incələməyə başlayır. == Rollarda == Deniel Kreyq — Benoit Blanc (xəfiyyə) Kris Evans — Hugh Ransom Drysdale (Linda və Riçardın oğlu) Ana de Armas — Marta Cabrera, Harlanın baxıcısı Ceymi Li Körtis — Linda Drysdale (Harlanın böyük qızı) Maykl Şennon — Walt Thrombey (Harlanın balaca oğlu) Don Conson — Richard Drysdale (Lindanın əri) Toni Kollett — Joni Thrombey (Harlanın mərhum oğlu Neilin dul arvadı) Lakit Stenfild — Detective Lieutenant Elliott Ketrin Lenqford — Meg Thrombey (Coninin qızı) Ceyden Martell — Jacob Thrombey (Voltun oğlu) Frenk Oz — Alan Stevens (Harlanın hüquqşünası) Riki Lindhoum — Donna Thrombey (Valtın arvadı) Edi Patterson — Fran (Harlanın bağbanı) Key Kellan — Wanetta "Great Nana" Thrombey (Harlanın anası) Noy Seqan — Trooper Wagner (polis) Kristoger Plammer — Harlan Thrombey (85 yaşlı yazıçı, ən çox satmış cinayət romanlarının müəllifi) M. Emmet Uolş — Mr. Proofroc (mühafizə işçisi) Marlen Forte — Mrs. Cabrera (Martanın anası) Shyrley Rodriguez — Alice Cabrera (Martanın bacısı) Kerry Frances — Sally (Alanın köməkçisi) Cozef Qordon-Levitt — Detective Hardrock (səs kameosu) == İstinadlar == == Xarici keçidlər == web.archive.org/web/20190702193832/https://knivesout.movie/ — Bıçaqlar çəkildinin rəsmi saytı (archived) Bıçaqlar çəkildi — Internet Movie Database saytında.
Uzun bıçaqlar gecəsi
"Uzun bıçaqlar gecəsi" (alm. Nacht der langen Messer‎), və ya Röm qiyamı (alm. Röhm-Putsch‎) — Adolf Hitlerin SA hücum qruplarının bəzi rəhbərlərinə qarşı 30 iyun 1934-cü ildə tutduğu divan. Əməliyyatın kod adı "Kolibri"dir (alm. Unternehmen Kolibri‎). Təzyiqin səbəbi Ernst Römün başçılıq etdiyi hücum dəstələrinin dövlət çevrilişinə hazırlıq etməsi şübhələrinin olması idi.
Açılmış qucaqlar (film, 2009)
Açılmış qucaqlar (isp. Los abrazos rotos) — rejissor Pedro Almodovarın filmi. 2009-cu ildə ekranizasiya olmuşdur. == Məzmun == Mateo Blanko (Luis Omar) tanınmış kino ssenaristidir və o uzun müddətdir ki, Harri Keyn təxəllüsü ilə yaşayır. O kordu, ona Cudit adlı rəfiqəsi və müttəfiqi baxır. Cuditdə öz işləri ilə məşğul olanda, Mateoya onun oğlu Dieqo baxır. Bu müntəzəm həyatı tanınmış biznesmen Ernesto Martelin ölüm xəbəri pozur. Tezliklə Mateonun yanına biznes-imperiyanın varisi Rey Eks təşrif buyurur. Rey Eks Mateoya avtobioqrafik filmin çəkməsini təklif edir. Ssenariçi müştərinin planını açır və buna görə filmin çəkilişindən imtina edir.
Bıçaqlar çəkildi: Sirli macəra
Bıçaqlar çəkildi: Sirli macəra (ing. Glass Onion: A Knives Out Mystery) — Rian Conson tərəfindən süjet xətti yazılmış və rejissorluğu edilmiş və Conson və Ram Berqmanın prodüseri olduğu 2022-ci il istehsalı olan Amerika müəmma filmidir. 2019-cu ildə çəkilmiş olan "Bıçaqlar çəkildi" filminin davamı olan filmdə Daniel Kreyq texnoloji milyarderi olan Miles Bron (Edvard Norton tərəfindən canlandırılmışdır) və Bronun ən yaxın dostları ətrafında baş verən yeni bir işi həll etməyə çalışarkən usta detektiv Benoit Blank rolunu canlandırmışdır. Digər rolları isə Janelle Monae, Ketrin Hahn, Leslie Odom Jr., Cessika Henvik, Medelin Klayn, Keyt Hadson və Deyv Botista canlandırmışdırlar. Hələ Bıçaqlar çəkildi filmi yayımlanmamışdan əvvəl Conson davam filminin mümkünlüyündən danışmışdı. 2020-ci ildə isə onun yeni bir süjet xətti üzərində işlədiyi və Kreyqin rolunu yenidən canlandıracağı xəbəri təsdiqlənmişdir. 2021-ci ilin mart ayında isə keçirilmiş olan hərracda Netflix şirkəti, Bıçaqlar çəkildi filminə məxsus olan iki davam filminin hüquqlarını 469 milyon dollara satın almışdır. == Süjet xətti == 2020-ci ilin may ayında Karantində olan qubernatora, alimə, keçmiş modelə və yayımçıya, müştərək dostları, texnoloji milyarderi olan Maylz Brondan onun şəxsi Yunan adasındakı malikanəyə baş çəkmək və əyləncə gecəsinin sahibinin “qətl” sirli oyununda iştirak etmək üçün dəvətnamələri olan tapmaca qutuları gəlir. Oxşar bir paketi avaralıqdan əziyyət çəkən xüsusi detektiv olan Benua Blan da alır və dəvəti həvəslə qəbul edir. Yunanıstana gələn rəngarəng dəstə Maylzın keçmiş iş şəriki, məhkəmədə şirkəti mühakimə etdiyi Endi Bredin gəlişinə təəccüblənir və çox da sevinmir.