Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qumru
Qumru (Türkcə kumru) - İzmirə xas kiçik bir çörək və bununla hazırlanan buterbrodlara verilən ad. Qumru simit (İzmirdə gevrek deyilir) xəmirinə bənzəyən az duzlu bir xəmirdən çıxarılar, susama batırılaraq sobalanar. Şəkli yaxalıqlı qurqur quşunun gövdəsini xatırlatdığından (Türkcəde kumru) bu adı götürmüşdür. İzmirdə qumrunu sobalardan sadə olaraq ala biləcəyiniz kimi; küçə satıcıları və dəzgahlardan içərisinə pomidor, yaşıl bibər və izmir tulumu (pendir) qoyulmuş olaraq da ala bilərsiniz. Ayrıca bufetlərdə, içinə kömürdə bişirilmiş sosiska, kolbasa, kaşar pendirinin və pomidorun yanında üzərinə ketçap və mayonez əlavə olunması ilə hazırlanmış buterbrod olaraq da istehlaka təqdim edilər. Bəzi buterbrodçular isə buterbrod çörəyinin içərisinə hazırlanan bol vəsaitli qarışıq buterbrodları səhv şəkildə qumru olaraq adlandırmaqdadırlar.
Qumral Sadıqzadə
Qumral Sadıqzadə (tam adı: Sadıqzadə Qumral Seyid Hüseyn qızı) (1929-2010) — Seyid Hüseyn Sadiqin qızı. 1929-cu il dekabrın 7-də Bakıda, İçərişəhərdə ziyalı ailəsində anadanolub. 1947-ci ildə Bakı Energetika Texnikumunu, 1953-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsini bitirib. 1960-cı ildən etibarən dövri mətbuatda rus dilindən tərcümələri ilə çıxış edib. Yazıçını ədəbi mühitə tanıtdıran ilk əsəri dövrünün görkəmli publisisti, tənqıdçisi, nasiri olan atası Seyid Hüseyndən, Azərbaycanın ilk ziyalı xanımlarından olan anası şairə Ümmügülsümdən, ümumiyyətlə nəslinin tarixindən bəhs olunan iki hissədən ibarət "Son mənzili Xəzər oldu” adlı tarixi-sənədli romandır. Müəllifin 2002-ci ildə çap etdirdiyi "Mənim nakam qardaşım” romanı bu nəslin tarixinin davamıdır. Əsər Seyid Hüseyn – Ümmügülsüm ailəsinin 37-ci il repressiyasından sonrakı dövrünü əhatə edir. 2000-2009-cu illər Qumral Sadıqzadənin həyatında bədii yaradıcılıq baxımından ən məhsuldar dövrdür. Bu illər ərzində dövri mətbuatda ədibin bir-birindən maraqlı povest və hekayələri ("Analar tək qalmasın”,"Uzunçu”, "Deyingən”,"Təranə” və s.) çap olunub. Yazıçının qələmi bu gün də öz itiliyini saxlayır və fəaliyyətini davam etdirir.
Qumral palıd
Qafqazda və Rusiyada (Krım) təbii arealı vardır. Şərqi Böyük Qafqazda – Quba, Qusar, Dəvəçi, İsmayıllı, Qəbələ, Goranboy, Xankəndi, Lənkəran, Lerik rayonlarının meşələrində dəniz səviyyəsindən 500–1000 m yüksəklikdə yayılmışdır. Azərbaycanın nadir bitkisidir.DD. Orta dağ qurşağında meşələrdə rast gəlinir. Təbii arealı çox geniş deyildir. Təbiətdə hündürlüyü 30 m, diametri 60 sm-ə çatan uzunömürlü ağacdır. Qumral palıdı gürcü palıdından fərqləndirən əsas əlamətlərdən başlıcası onun yarpaqlarının alt tərəfində damarların ol-masıdır. Gürcü palıdının yarpaqları isə çılpaq olur. Qumral palıdın yar-paqlarında yan damarlar 5-7 ədəd, gürcü palıdında isə yan damarları bir qədər artıq olur. Qumral palıdın yarpaqları nazik, uzunsov və ensiz, tərs ovalvarı olduğu halda, gürcü palıdının yarpaqları isə tərs oval və ya uzunsov oval, üstdən parıldayan tünd-yaşıl rəngli olmaqla möhkəm dərivarıdır. Bitkinin zoğları boz sıx keçə tüklüdür və sonralar tədricən çıl¬paq-laşır.
Qumral əvəlik
Qumral əvəlik (lat. Rumex crispus) — qırxbuğumkimilər fəsiləsinin əvəlik cinsinə aid bitki növü. Çəmənliklərdə və sahələrin kənarında, çay kənarlarında, su arxları və yolların kənarında alaq otu kimi bitir. Hündürlüyü 50-100 sm olan çoxillik ot bikisidir. Gövdəsi bərk, çılpaq və azacıq şırımlıdır. Qalın və lansetvari cod yarpaqları saplaqlı, uzunsov- lansetvari və ya uzunsov-xəttvaridir. Saplaq tərəfi yumru və ya ürəkvari şəkildə daralmış, ucları iti, qıraqları burulmuş-dalğavaridir. Çoxçiçəkli dəstə kimi birləşən çiçəkləri dar uzun süpürgəvarı çiçəkqrupu əmələ gətirir. Meyvələri 2 mm uzunluğunda tünd mixəyi rəngli, parıltılı, iti üçkünc qozcuqlardır. May-iyul aylarında çiçəkləyir və meyvə verir.
Tumsoy-Lam
Tumsoy-Lam (çeç. Tumsoyn lam) — Çeçenistan Respublikasının İtum-Kali və Şatoy rayonlarının sərhəddində Arqun vadisində yerləşən dağ zirvəsi. Böyük Qafqaz dağlarının şərq hissəsində Martan və Arqun çaylarının arasında yerləşən bu Tumsoy-Lam dəniz səviyyəsindən 2072 metr, digər məlumatlara görə 2074 metr yüksəklikdə yerləşir. Adının mənası Tumsoylular dağı kimi tərcümə olunur. Əsas vadinin əks tərəfində, yaylada və azmeylli yamaclarda şimala doğru Tumsoy-lam silsiləsindən şərqə doğru - Martan çayının mənbəyindən Arqun çayına qədər yerləşir. Silsilənin uzunluğu 11 km-dir. Şimal-şərqə doğru Borzoy, Tumsoy kəndləri, cənubda isə Enista, Xurika və Basxa kəndləri üzərində ucalır. Bu dağ "İmperator Rusiya Coğrafiya Cəmiyyəti"nin Qafqaz bölməsində xatırlanır: 3 avqust 1873-cü ildə Tumsoy-Lam dağından rus naturalist, statistik və etnoqraf N.K.Zeydlits yol salmışdır. Pagirevin göstəricisində Tumsoy aulu və Tumsoy-Lam dağının adı qeyd olunub. Tumsoy-Lam dağının yamacında yaşayış qülləsi var.
Qumral Abdal
Ərtoğrul Qazi və Osman Qazinin yoldaşlarından və Şeyx Ədəbalının mürüdlərindən biri olmuşdur. Təvarix-i Ali Osman (Aşıkpaşazade) əsərində əsl adının Durut və ya Turqut olduğu bildirilir. Bozüyükün mənəvi yaradıcılarından biridir.
Eduin Quero
Eduin Estiver Quero Albarrakin (22 aprel 1997-ci ildə anadan olub) — Venesuela Primyera Diviziya təmsilçilərindən olan Deportivo Taçira klubunda müdafiəçi kimi çıxış edən peşəkar Venesuela futbolçusudur. == Milli karyerası == Quero Venesuelanın U-20 millisi ilə 2017 FİFA U-20 Dünya Çempionatında iştirak etmişdir.
Qudro (Borçalı)
Qudro (gür.: g.ə. ყუდრო, l.ə. ğudro) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsində kənd. 17-24 yanvar, 2002-ci il siyahıyaalınmasına əsasən kənddə 100%-i ermənilərdən ibarət 43 nəfər (23 nəfəri kişilər, 20 nəfəri qadınlar) əhali yaşayır.
Quloy-xi
Quloy-xi və ya Quloyxi — İnquşetiya Respublikası ərazisindən axan çay. Quloy-xi çayı Assa çayının sağ qoludur. Çayın uzunluğu 24 km, su hövzəsinin sahəsi 161 km²-dir. Çay vadisində Vovnuşki müdafiə və gözətçi qalalarının son orta əsrlərə aid kompleksi var. Quloy-xi çayı mənbəyini Çeçenistanla sərhədin yaxınlığındakı Ceyrax rayonu dağlarından (Daxkinta dağının yamacı) götürür. Çay yaşayış məntəqələrindən uzaqda dağ dərəsi ilə qərbə doğru axır. Vadidə şam ağacı, qızılağac, söyüd, ağcaqayın, çaytikanı, gərməşov, başınağacı bitir. Meşələr əsasən çayın sol sahili boyunca uzanır. Çayda su axınının sürəti 2,2 m/s-dir. Çayın mənsəbi Assa çayının sağ sahili boyunca 103 km uzanır.
Qumru Teymurova
Quron gölü
Huron (ing. Lake Huron) — Şimali Amerikanın ABŞ və Kanadaya aid ərazilərində yerləşən Böyük göllər sisteminə daxil olan göllərdən biri. Miçiqan gölündən şərqdə yerləşib onunla Makinak boğazı ilə birləşib. Miçiqan və Huron göllərinin coğrafi olaraq ayrıca göllər qəbul edilməsinə baxmayaraq, hidroqraflar bu göllərin Makinak boğazı ilə birləşərək vahid sistem əmələ gətirdiyi qənaətindədirlər.
Qumru Nərimanova
Qumru Molla Məhəmməd qızı Nərimanova — XX əsrin əvvəllərində fəaliyyət göstərmiş tanınmış qadın pedaqoq, maarifçi, Bakı şəhər Sovetinə deputat 1892-ci il noyabrın 3-də Tiflisdə anadan olmuşdur. Dövlət xadimi N. Nərimanovun əmisi Molla Əlimirzənin nəvəsidir. O, ömrünün yarım əsrdən artıq bir dövrünü mədəni-maarif işi ilə məşğul olmuş, hətta "Lenin" ordeninə layiq görülmüşdür. Azərbaycanda qadın və qızların məktəbə cəlb edilməsində, onların savadlandırılmasında, ölkədə savadsızlığın aradan qaldırılmasında, eləcə də ölkəmizdə mədəni-maarif işinin inkişafında müəyyən rolu və xidmətləri var. Sabir Gəncəlinin işləyib hazırladığı "Qadın, Gözəllik və Ülviyyət" adlı ensiklopedik toplunun "Nərimanovlar soyadının davamçıları" adlı bölməsində Q. Nərimanova haqqında müəyyən məlumatlar qeyd edilmişdir. 1908-ci ildə Bakı Aleksandrinski qadın rus-müsəlman məktəbinin təlim kursunu bitirmişdir. Bakı Şəhər Duması nəzdindəki Məktəb Komissiyası sədrinin Bakı Quberniyası və Dağıstan Vilayətinin Xalq Məktəblərinin direktoru A. S. Tixorjevskiyə ünvanladığı 3 yanvar 1912-ci il tarixli məktubda bildirilirdi ki, məktəb komissiyası özünün 19 dekabr 1912-ci il tarixli iclasında I şəhər qadın rus-tatar məktəbində müəllimə vəzifəsinə Qumru xanım Nərimanovanı seçmişdir. Digər arxiv sənədində göstərilirdi ki, o 1915-ci il fevralın 5-də Şuşa şəhər sakini, Almaniyada ali mühəndis təhsili almış Həbib Kərbəlayi Əli oğlu Kərimovla qanuni nikaha daxil olub və bu nikahdan 1915-ci il avqustun 13-də Murad adlı oğlu dünyaya gəlib. Onlar Bakıda, İmişlidə yaşadıqları illərdə xalq maarifi işində çalışmış, bir sıra orta məktəblərdə Azərbaycan dilindən dərs demişlər. Qumru xanım Nərimanova H. Z. Tağıyevin rus-müsəlman qız məktəbinin bir qrup tanınmış müəllimələri, o cümlədən Hənifə xanım Məlikova, Məryəm xanım Sulkeviç, Asiya Nərimanova, Minə Rəhimova, Ayna Musabəyova və başqaları ilə birgə pedaqoji fəaliyyət göstərmişlər.
Gümrü
Gümrü — Ermənistanda şəhər. == Tarixi == İrəvan quberniyasının Aleksandropol qəzasında kənd adı 1728-ci ilə mənbədə Şirakel nahiyəsində qeyd olunur. 1837-ci ildə Aleksandropol adlandırılmışdır. XIX əsrin II yarısında quberniyanın Alekandropol qəzasının mərkəzi olmuşdur. 1924-cü ildə Leninakan, 1990-cı ildə Kumayr adlandırılmışdır. == Toponimikası == 1728-ci ilə aid türkcə mənbədə Kumri kimidir.. Qədim forması Kəmər (yaxud Qəmər), ermənicə tələffüs forması Kumayr. Er. əv VIII əsrdə şimaldan Cənubi Qafqaza, o cümlədən İndiki Ermənistan ərazisinə gəlmiş qədim türk mənşəli kəmər yaxud qəmər (antik mənbələrdə kimmer) tayfasının adını əks etdirir. Kümrü (ermənicə tələffüzü Kumayr) toponiminin Kəmər etnoninimdən i barət olduğunu elə erməni tarixçiləri yazmışlar.
Chess Query Language
Chess Query Language (CQL) — sorğu dili olub, şahmat oynunçularına və tədqiqatçılara müxtəlif oyun, mövqe və məsələləri sürətli axtarmağa və öyrənməyə imkan verir.
Buğra Gülsoy
Behiç Buğra Gülsoy (22 fevral 1982, Ankara) — Türkiyə aktyoru. == Bioqrafiya == 22 fevral 1982-ci ildə anadan olmuşdur. Təhsilini Ankarada tamamlamışdır. 13 yaşında ilk səhnə təcrübəsini yaşamışdır. Şərqi Aralıq Universitetinin memarlıq sahəsindən 2004-cü ildə məzun olan Buğra Gülsoy, Kiprdə olduğu müddətdə Kipr Dövlət Teatrında müxtəlif tamaşalarda rol almış, həm də film rejissorluğu və aktyorluq da etmişdir. Kipr Film Dərnəyinin qurucularından biri olan Gülsoy, eyni zamanda Beynəlxalq Kipr Qısa Fim Festivalının layihə dizaynçısı və direktorudur. Birləşmiş Millətlər Təşkilatının İnkişaf Layihəsi çərçivəsində təşkil edilən bir yarışmada filmçilik haqqında təhsil aldı. İlk dəfə 2008-ci ildə Kanal D ekranlarında yayımlanan Hamımız Birimiz Üçün (türk. Hepimiz Birimiz İçin) adlı dizi filmin baş rol ifaçısı olaraq Nazim obrazı ilə Türk tamaşaçılarının qarşısına çıxan aktyor, Hamımız Birimiz Üçündən sonra rejissorluğunu Mahsun Qırmızıgülün etdiyi Günəşi Gördüm (türk. Güneşi Gördüm) filmində Bərat obrazı ilə kinoteartlara addımını atdı.
Dilək Gürsoy
Dilək Gürsoy (türk. Dilək Gürsoy; 1976) — 1976-cı il təvəllüdlü türk əsilli Alman ürək cərrahı. 2012-ci ildə Avropada süni ürək implantasiyası edən ilk qadın cərrah. == Erkən həyatı == Dilək Gürsoy 1976-cı ildə Noysda, 1969-cu ildə qastarbayter olaraq Türkiyənin Ordu ilinin Fatsa şəhərindən Almaniyaya işləmək üçün mühacirət edən ailədə anadan olmuşdur. İki qardaşı var. On yaşında olanda atası ürək tutmasından vəfat edir. Anası Zeynep Pyerburq zavodunda montaj işçisi idi. Dilək Türkiyədə uşaq ikən məktəbə getməsinə icazə verilmədiyi üçün oxumağı və yazmağı özü öyrənmiş, anası tərəfindən böyüdülmüşdür. Məktəbəqədər uşaq baxçasında alman dilini öyrənir,ona Alman dünyası və məmləkətində bələdçilik edən bir ailə ilə tanış olur. İbtidai sinif üçün Martin-Lüter-Qrandskul məktəbinə getdi və sonra Noysdakı Kyurinias-Gimnaziyada orta məktəbi bitirdi.
Gumrah Rəhimov
Gümrah Rəhimov — Azərbaycan aktyoru, Azərbaycan SSR Dövlət Mükafatı laureatı. == Həyatı == Gümrah Kərim oğlu Rəhimov 1944-cü ilin dekabrında Borçalı rayonunun Sarvan kəndində anadan olmuşdur. 1952-ci ildə Marneuli Pedaqoji Texnikumu nəzdindəki ibtidai məktəbin birinci sinfinə getmiş, 1956-cı ildə 1 nömrəli Marneuli Azərbaycan orta məktəbinin 5-ci sinfinə keçib, 1963-64-cü tədris ilində həmin məktəbi bitirir. Uşaqlıqdan məlahətli səsə malik olan balaca Gümrah, elə uşaq yaşlarından çalıb-oxumağı (əsasən hind və qədim Türk mahnılarını) sevirdi. Buna görə də böyük qardaşlarının məsləhətilə sənədlərini Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsinə verir və oraya da daxiı olur. Gümrah Rəhimov institutu müvəffəqiyyətlə qurtarıb, təyinatla Cəfər Cabbarlı adına kino studiyasının aktyorluq şö’bəsinə işə götürülür. İşlədiyi az bir müddət ərzində 44 filmdə böyük və kiçik, lakin yaddaqalan rollar oynamışdır. Aktyor Gümrah elə olurdu ki, bir ildə iki, bə‘zən isə uç filmdə çəkilirdi. Gümrah Rəhimov “Qaçaq Nəbi” filmində Tunc Vəli obrazına görə Azərbaycan Dövlət mükafatına layiq görülmüşdür. Gümrah Rəhimov istər kinoda, istərsə də teatrda bir çox unudulmaz rollar özgünluyü ilə fərqlənmişdir.
Gümrah Ömər
Gümrah Ömər (23 iyul 1973, Bakı) — Azərbaycan teatr rejissoru, "Səda" Tədris Teatrının Direktoru və Bədii rəhbəri(2017-ci ildən). Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi. == Həyatı == 1973-cü ildə Gürcüstan respublikasınında anadan olmuşdur. 1991-1996-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram teatrı və kino aktyorluğu" fakültəsində təhsil almış. 1995-ci ildən "Yuğ" Dövlət Teatrında aktyor, 2000-ci ildən rejissor kimi fəaliyyətə başlamışdır.2010-2013 illərdə Gəncə Dövlət Dram Teatrının, 2014–2017-ci il "Yuğ" Dövlət Teatrında baş rejissor vəzifəsində çalışıb, 2017-ci ildən "Səda" Tədris Teatrının direktorudur. 2017-ci ildən "Səda" Tədris Teatrında direktor və bədii rəhbər vəzifəsində çalışır.Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Teatr Sənəti" fakültəsinin "Dram teatrı və kino aktyoru" kafedrasında müəllim vəzifəsində çalışır. == Quruluş verdiyi tamaşalar == == İştirak etdiyi teatr festivalları == "Milli klassika Festivalı" (Bakı-Azərbaycan)-2001-ci il; "Üfüq-XXI" monotamaşalar Festivalı (Bakı-Azərbaycan)-2002-cı il; "Qafqaz Kültürləri festivalı-2" (Kars-Türkiyə)-2005-ci il; "Beynəlxalq Teatr yarmarkası" (Tibilisi-Gürcüstan)-2005-ci il; "Boş Məkanın dolğunluğu " (Bakı-Azərbaycan)-2006-cı il; "Orta Asiya məmləkətlərinin I Beynəlxalq teatr festivalı (Alma–ata)"-2006-cı il; "Milli Teatr Festivalı" (Estoniya-Sarema)-2008-ci il; "Üfüq-XXI" monotamaşalar Festivalı (Bakı-Azərbaycan)-2002-ci il; "Beynəlxalq Teatr yarmarkası" (Tibilisi-Gürcüstan)-2005-ci il; "Boş Məkanın dolğunluğu" (Bakı-Azərbaycan)-2006-cı il; "Orta Asiya məmləketlərinin I Beynəlxalq Teatr Festivalı" (Alma–ata-Qazaxıstan)2006-cı il; "Sərgüzəşti Mirzə Fətəli" festivalı (Bakı-Azərbaycan)-2012-ci il; "Tuğanlıq festivalı"- (Ufa-Başqırdıstan)-2012-ci il; "Bin nəfəs bir səs-Konya teatr festivalı"-(Türkiyə-Konya)-2013-cü il; "Sabah İncəsənət Festival"(Bakı-Azərbaycan)-2018-ci il; "Qits Ustad Dərsləri Festivalı"(Rusiya Moskva)-2019-cu il; "33-cü Amotör Teatr Festivalı" (Türkiyə-Dənizli)-2019-cu il; == Mükafatları == "Üfüq-XXI" Monotamaşalar festivalı. "Ən yaxşı rejissor işi (Diplom). (Bakı-Azərbaycan 2002) İlin ən yaxşı teatr rejissoru(Diplom)-Azərbaycan Gənclər İdman və Turizm Nazirliyi. (Bakı-Azərbaycan 2003) Gənclər-mükafatı (Diplom)-Azərbaycan Gənclər İdman və Turizm Nazirliyi.
Gümrah Əliyev
Gümrah Məhəmməd oğlu Əliyev(d. 1958, Şərur r-nunun Püsyan k.) — həkim, professor, elmlər doktoru. == Elmi fəaliyyəti == 1955-ci ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirmişdir. 1987–1992-ci illərdə İvanova Tibb İnstitutunun elektron mikroskopiya laboratoriyasında baş elmi işçi işləmiş; 1991–1992-ci illərdə isə İtaliyanın FİDA Elmi Mərkəzində elmi ezamiyyətdə olmuş; 1993–1995-ci illərdəİngiltərə Ürək Fondunun təqaüdçü elmi işçisi kimi London Universiteti kollecinin anatomiya və inkişaf biologiyası kafedrasında işləmiş; 1996 −1997-ci illərdə Cein (İspaniya) Universitetinin professor vəzifəsində çalışmışdır. Sonradan Klivlend Kliniki Fondunda işləməyə başlamış; 1988–1999-cu illərdə Klivlend Qərb Ehtiyatlar Universitetinin Patologiya İnstitutunda işinə davam edir. Həmin Universitetin Neyrologiya və anatomiya kafedrasının elektron mikroskopiya mərkəzində bir müddət elmi məsləhəçi olmuş; 2001-ci ildə isə həmin mərkəzin direktoru olmuşdur. Ürək-damar xəstəliklərinə, işemiya və reperfuziyadan sonra damar endotelininin ultrastruktur-funksional analizinə və mümkün farmakoloji müdaxiləyə, ürək-damar və neyrodegenerativ xəstəliklərin patogenezində endoteli-1 və nitrit oksidinin roluna və s. dair tədqiqatlar aparılmışdır. Gümrah Əliyev 120-dən çox elmi əsərin müəllifidir. İtaliya, Fransa, İngiltərə, İspaniya, ABŞ və Rusiya tibb universitet və klinikalarında mühazirələr oxumuşdur.
Gümrüx kilsəsi
Kürmük məbədi (gürc. ქურმუხის წმინდა გიორგის ეკლესია, Müqəddəs Georgi Kilsəsi) — Azərbaycanın Qax rayonu ərazisində vaxtilə mövcud olmuş qədim gürcü məbədinin (I-III əsrlədə mövcud olub) qalıqları üzərində XIX əsrdə Çar Rusiyası tərəfindən bölgəni xristianlaşdırmaq və dini dayaq yaratmaq məqsədilə inşa olunmuş kilsədir . == Etimologiyası == Dilçi alim Zaza Aleksidzenin fikrincə Kürmük adı udicə "kur" (quyu, çuxur, çala) və "-mux" isə Qafqaz Albanlarının dilində çoxluq mənasını qatan şəkilçidir. Onun fikrincə, Kürmük Müqəddəs Yeliseyin bütpərəstlərlə qarşılaşıb öldürüldüyü Zerqoyn düzünün xristianlıqdan sonrakı adıdır. == Tarixi == 2006-cı ilin sentiyabrında məbədin cənub ərazisində aparılan arxeoloji qazıntılar zamanı 4 dəfə (I-III əsrlər, IV-VII əsrlər, VIII-XI əsrlər və XIX) mərhələli şəkildə müxtəlif vaxtlarda əsrlərdə yenidənqurma-bərpa işlərinə məruz qalması məlum olmuşdur. Ərazidə aparılan arxeoloji qazıntılar zamanı müəyyən olunmuşdur ki, kilsə qədim məbədin qalıqları üzərində inşa olunmuşdur. Kilsənin adı Gürcü mənbələrində ilk dəfə 1310-cu ildə Gürcü patriarxı III Evktim (1310–1325) tərəfindən ziyarət olunarkən xatırlanır. Maqelaşvili İncilləri adlanan bu mənbəyə görə patriarx Kiş-Kürmük arxiyepiskopu Kirill Donaurini ziyarət etmiş, ona tapşırıqlar vermişdi. Kilsə 1614-1617-ci illərdə Şah Abbasın yürüşü zamanı dağıdılıb, İlisu sultanlığını işğal edən Çar Rusiyası isə xristianlığı yaymaq üçün "Qafqazda Xristianlığın Bərpası İdarəsi" vasitəsilə qədim məbədin qalıqları üzərində yeni kilsə tikmişdir. Kilsənin bərpası 1891-ci ildə başlayıb və 1894-cü ildə bitirilib.
Nilufər Gürsoy
Nilüfər Gürsoy (1 iyun 1921, Bursa, Osmanlı imperiyası – 1 iyul 2024, İstanbul) — türk filoloq və siyasətçisi. Nilüfər Gürsoy, 1965-1969, 1973-1980-ci illərdə parlamentdə çalışıb. Türkiyənin üçüncü prezidenti Cəlal Bayarın qızıdır. Nilüfər Bayar ibtidai təhsilini evdə fərdi şəkildə alıb. Daha sonra orta və lisey təhsilini Maarif Kollecində (sonralar TED Ankara Kolleci) almış, 1939-cu ildə oranı bitirmişdir. Həmin il o, İstanbul Universitetində fəlsəfə təhsili alıb. Bir ildən sonra ailəsinin Ankaraya köçməsi ilə əlaqədar Ankara Universitetinin Dil və Tarix-Coğrafiya fakültəsinə daxil olub və klassik filologiya sahəsi üzrə təhsil alıb. Məzun olduqdan sonra 1949-cu ildə Qədim yunan dili kafedrasında assistent kimi çalışmağa başlayıb. O, “Evripidlərin siyasi baxışları” adlı doktorluq dissertasiyasını müdafiə edərək, 1954-cü ildə filologiya elmləri doktoru elmi dərəcəsi almışdır. 1960-cı il dövlət çevrilişindən sonra atası prezident Cəlal Bayar və həyat yoldaşı Demokrat Partiyasından Kütahya millət vəkili Əhməd İhsan Gürsoy, bir çox başqa dövlət rəsmiləri və siyasətçilərin xunta tərəfindən həbs edilməsi ilə universitetdən qovularaq, Ali Ədalət Məhkəməsində mühakimə olunması üçün İstanbul sahillərindəki kiçik bir ada olan Yassıa adasına göndərilib.
Mirzə Məhəmməd Tağı Qumri
Mirzə Məhəmməd Tağı Qumri (1819, Dərbənd, Rusiya Respublikası – 1891, Dərbənd, Dağıstan vilayəti) — XIX əsrdə yaşayıb-yaratmış azərbaycanlı şair. Dərbənd şairlərindən ən məşhuru Mirzə Məhəmməd Tağı ibnül-mərhum İbrahim və "Qumri" təxəllüsdür. Qumri əslən Dərbəndlidir və bu şəhərdə hicri tarixi ilə 1235-ci ildə dünyaya gəlib. Qumri səğir sinnindən məktəbə qoyulub, öz zehnü fərasəti sayəsində az vaxtda türkcə, farsca və hətta ərəbcə gözəl savad kəsb edib, öz vaxtının və müasirinin mabeynində mütədavil olan ülumü kəmalata dara olubdur. Mirzə Məhəmməd Tağı əxlaqü ətvar cəhətincə cümlənin nəzərində məmduhü mümtaz bir vücudi-möhtərəm sayılırdı. Kəsbi-məaşını ticarət əmrinə münhəsir qılıb, mütəşəxxis və mötəbər tüccarlardan birisi hesab olunurdu. Sahibi-əqlü tədbir olduğu üçün müşkül əmrlərdə əbnayi-vətəni, dost və aşnası ona rücu edib, onun səlahdidi ilə rəftar edərdilər. Otuz sinninə yetdikdə nəzmü təlifi-əşari-gövhərbar və əbyati-dürnisari-müsibəti-əhli-beyti-əthar və şühədayi-Kərbəlaya şüru etməklə bir qüvveyi-iqtidar peyda etmiş Qumri "Kənzül-məsaib" nam əsərinin dibaçəsində nəsr ilə yazdığı bir neçə püribarə sətirlərdən belə anlaşılır ki, əyyami-şəbabını zövqü işrətdə keçirdiyindən peşman olubdur. Necə ki, ol cənab bu xüsusda deyir: "Bəndeyi-zəlil rusiyah əlmüznibü təhidəst, sərmayeyi-itaəti-übudiyyət və qutəvəri-dəryayi-bimüntəhayi-məasi, əsiri-həvayi-nəfsi-əmmareyi-şərir əbdül-həqir kəsirüz-zünubü təqsir Məhəmməd Tağı ibnül-mərhum İbrahim Dərbəndi əlmütə-xəllis bə "Qumri" məşğuli-sevdayi-cəmali-bər xəttü xali-məhbubani-əbruhilal və məftuni-nərgisi-fəttani-dilfəribani-cadumisal olub və bəmüfadi "əl məcazü qəntərətül-həqiqə" gülüstani-aləmi-imkanü məcazdə aşüftəvü nalan, kəmali-nəğmeyi-məqamati-fərəhəfza ilə guya və rətbül-lisan olduğu halda nagah şahbazi-büləndpərvazi-nüktəpərdazi-əqli-mümtazi-kamilnəvazi-[aləmi]-insan mərəzi-xitab-itaba gəlib, mütərənnimi-məqal vəcdü hal və müstəhzəri-sualü cavab oldu". Şairin təbi-rəvanpərvəri ağılın bu gunə Qumrini xabi-qəflətdən bidar edib, axirət və mənəviyyət aləminə onun fikrü xəyalatını sövq etməyini müşahidə edib, filfövr ağıl ilə mübahisəyə daxil olur və meydani-fəsahətü bəlağət[də] tündü çapük gedən atını cövlan etdirib, bir xeyli mükalimə və mübahisədən sonra təb ağıla qalib gəlir.
Gümrü müqaviləsi
Gümrü müqaviləsi (erm. Ալեքսանդրապոլի պայմանագիր), (türk. Gümrü Antlaşması) – Türkiyə ilə Ermənistan arasında 1920-ci il dekabrın 2 dən 3-nə keçən gecə imzalanmış sülh müqaviləsi. Bü müqavilə Türkiyə Böyük Millət Məclisinin bağladığı ilk beynəlxalq müqavilədi. Bu müqavilə 1920-ci ilin sentyabr-dekabr ayları arasında türk ordusu ilə erməni silahlı birləşmələri arasında baş verən hərbi əməliyyatlara son qoymalı idi. Müqavilə 18 maddədən ibarət idi. Müqavilənin şərtlərinə əsasən Ermənistan hökuməti Türkiyə torpaqlarına iddiasından əl çəkməli, Ermənistan ərazisindən qovulmuş müsəlmanların qayıtması üçün şərait yaratmalı idi. Müqavilə həmçinin Ermənistan respublikası ilə Türkiyə arasında sərhəddi də müəyyən edirdi. Bu müqavilənin şərtlərinə əsasən Ermənistan sayı 1500 nəfərdən çox olmayan bir orudya malik olmalı və bu ordu 8 ədəddən çox topa malik ola bilməzdi, pulyemyotların isə maksimal sayı 20 dən çox ola bilməzdi. Ermənistan "Sevr müqaviləsi"nin qüvvədən düşməsini qəbul edərək öz nümayəndə heyətlərini Avropadan və ABŞ – dan qeri çağırmağı öz üzərinə götürürdü.
Hurdy Gurdy
Hurdy Gurdy — Musiqi aləti. Hurdy- gurdy (Çexcə Niněra) çarxla tellərə sürtünərək səs çıxaran simli alətdir. Çarxın funksiyası daha çox skripka yayına bənzəməklə onda çalınan melodyalar da skripkanınkına bənzəyir. Melodyalar tonlarını dəyişmək üçün klaviaturanın üzərində çalınır. Çoxu simli alət kimi simlərin titrəməsini eşidiləbilər hala gətirən səs taxtası vardır. Hurdy gurdynin mənşəyinin ümumiyyətlə skripkadan, həmçinin 11-ci əsrdən əvvəl Avropadan və ya Orta Şərqdən (məs: rebab aləti) gəldiyi düşünülür. 17-ci əsrdə musiqi zövqünün dəyişməsi ilə əlaqədar və hurdy gurdynin verə biləcəyindən daha çox polifonik istedad istədi və alət ən düşük sosail siniflərə itələndi. XVIII əsrdə hurdy gurdy yenidən məşhurlaşmağa və üst siniflərə geri dönməyə başladı. Bu müddət ərzində artıq onun müxtəlif növləri qərbi slavyan ölkələrinə, alman dilli ərazilərə, Macarıstana və həmçinin Mərkəzi Avropaya da yayılmışdı.
Dünyamalı Məmmədov(geroy)
Dünyamalı Əhməd oğlu Məmmədov (1 (14) iyul 1900, Sabirabad, Lənkəran qəzası – 12 iyun 1983, Sabirabad, Cəlilabad rayonu) — Sosialist Əməyi Qəhrəmanı. == Həyatı == Dünyamalı Məmmədov 1 iyul 1900-cü ildə Biləsuvar rayonununda doğulub. 1931–1968-ci illərdə — Həştərxan-Bazar rayonunun Xanaqya kənd Sovetinin, Puşkin rayonunun Xırmandalinski kənd Sovetinin sədri, Həştərxan-Bazar rayonunun Jdanov adına kolxozunun sədri, Andreevski pambıq qəbulu məntəqəsinin direktoru, pambıq qəbulu məntəqəsinin müdiri Quşçuluq fabriki, Həştərxan-Bazar rayonunun "Azərbaycan SSR-nin 40 illiyi" sovxozunun ustası. 1947-ci ildə kolxoz sədri kimi 64 hektar sahədən hər hektardan 30,23 sentner pambıq məhsulu almışdı. SSRİ Ali Soveti Rəyasət Heyətinin 1948-ci il 10 mart tarixli fərmanı ilə 1947-ci ildə yüksək buğda məhsulu əldə etdiyinə görə Dünyamalı Əhməd Əli oğlu Məmmədova Lenin və Oraq və Çəkic ordeni ilə Sosialist Əməyi Qəhrəmanı adı verilmişdir. qızıl medal. 1968-ci ildən ittifaq əhəmiyyətli təqaüdçü. Azərbaycanın ictimai həyatında fəal iştirak etmişdir. 1931-ci ildən Sov.İKP üzvü. 12 iyun 1983-cü ildə Cəlilabad rayonunda vəfat edib və həmin rayonda da dəfn olunub.
Gümrü Dəmiryol Stansiyası
Gümrü (erm. Գյումրի) — Ermənistanın Gümrü şəhərində yerləşən dəmir yolu stansiyası. Stansiyada Ermənistan Dəmir yollarına aid ən böyük üç vağzaldan biri yerləşir. == İnfrastruktur == Stansiyadan keçən dəmir yol xəttləri: 1) Armavir, Masis və İrəvan xətti; 2) Vanadzor, Ayrum və Tiflis Dəmiryol Stansiyası (Gürcüstan); 3) Artik, Penzaşem və Maralik xətti; 4) Axuryan, Doğuqapı, (Türkiyə) və Qars (Türkiyə). Hazlrda dörd xətdən üçü fəaliyyət göstərir. Biri isə siyasi səbəblərdən bağlıdır. Gümrü-Qars xətti istisna olmaq şərti ilə Ermənistanın bütün xətləri elektrikləşdilmişdir. Türkiyə Ermənistanın işğalçı mövqeyi ilə əlaqədar bu xətti qapalı saylayır. Stansiya İrəvan Dəmiryol stansiuasından sonra ölkənim mühüm ikinci stansiyasıdır. Dörd istiqamətdə xətlərə sahibdir.
Gümrü döyüşü (1920)
Gümrü döyüşü — 7 noyabr 1920-ci ildə Türk ordusu ilə Ermənistan Demokratik Respublikası arasında baş vermiş döyüşdür. Döyüş Türk ordusunun Gümrünü azad etməsi ilə nəticələnmişdir. Ancaq daha sonra SSRİ ilə Türkiyə arasında bağlanan Qars müqaviləsinə əsasən Ermənistana geri qaytarılmışdır. == Döyüş == 24 oktyabr tarixində Kazım Qarabəkir paşa Qars üzərinə hücuma keçdi. Ermənilər mühasirəyə çox davam gətirə bilmədilər və 30 oktyabr tarixində şəhəri boşaltdılar. 31 oktyabr tarixində Türk ordusu Qarsa daxil oldu və birbaşa Qars-Gümrü istiqamətində hərəkətə başladı. Türk ordusu 4 noyabrda Şahnalar bölgəsində Erməni birliklərini məğlub etdi. Şahnalar tutulduqdan sonra 5 noyabr tarixində Arpaçaya qədər ermənilər geri çəkildilər. Türk ordusunun Ermənistan torpaqlarının içlərinə doğru irəliləməsindən narahat olan Ermənistan tərəfi 6 noyabr tarixində sülh danışıqlarına başlamaq istədi. Şərq Cəbhəsi komandanı Kazım Qarabəkir paşa buna razı olmadı və 7 noyabrda Gümrünü ələ keçirdi.