Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qurulan portağal (film, 1971)
Qurulan portağal (ing. A Clockwork Orange) — 1971-ci ildə Entoni Börcessin eyniadlı romanının motivləri əsasında Stenli Kubrik tərəfindən çəkilmiş film.Film 136 dəqiqə davam edir. Film Alex adında bir gəncin kriminal dəstəsinin insanlara cinayət, şiddət və təcavüz etməsini göstərir. Dəstənin başçısı Alexin digər üzvlərlə arası pisləşir. Və növbəti tədbir zamanı dəstə Alexə xəyanət edir. Alex həbs olunur. Ardından onun beyninin təmizlənib yenidən cəmiyyətə qazandırılmasını göstərir. Ancaq bunun nə dərəcədə işə yaraması sorğulanır.
Qurtulan Bert
Qurtulan İsmayıl oğlu Bert (karaçay-balkarca:Гуртуланы Исмаилны жашы Берт,25 oktyabr (7 noyabr) 1910, Belaya Reçka (Kabarda-Balkariya), Kabardin-Balkariya – 12 fevral 2001, Kabardin-Balkar MSSR) — qaraçay-balkar şairi, yazıçısı, SSRİ Yazıçılar İttifaqının üzvü (1934), Kabardin-Balkar Respublikasının Xalq yazıçısı, Əməkdar mədəniyyət işçisi Bert Qurtulan 25 oktyabr (7 noyabr) 1910-cu ildə indiki Kabardin-Balkar Respublikasının Ağsu (qaraçay-balkarca: Акъ суу) kəndində yoxsul maldar ailəsində anadan olmuşdur. Pedaqoji Məktəbi bitirmişdir. 1934-cü ildən SSRİ Yazıçılar İttifaqının üzvüdür. İkinci Dünya müharibəsində iştirak etmiş, siyasi bölmədə fəaliyyət göstərmişdir. 1944-cü ildə bütün balkar xalqı ilə birlikdə sürgün olunmuşdur. Vətənə döndükdən sonra Kabardin-Balkar Respublikası Yazıçılar Birliyində məsul katib və “Dostluq” («Шуёхлук») dərgisinin baş redaktoru vəzifəsində çalışmışdır. 12 fevral 2001-ci ildə doxsan yaşında vəfat etmişdir. Bert Qurtulanın yaradıcılığında İkinci Dünya müharibəsində sovet xalqının qələbəsi və kommunizm quruculuğu önəmli yer tutur. Onun şeir və poemaları həmçinin vətənpərvərlik ruhu ilə seçilir. Şairin poemaları qaraçay-balkar poeziyasının inkişafında mühüm rol oynamışdır.
Qurucan (Məlikan)
Qurucan (fars. قوريجان‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 2,378 nəfər yaşayır (611 ailə).
Arxadan vurulan zərbə (film, 1977)
Arxadan vurulan zərbə filmi rejissor Arif Babayev tərəfindən 1977-ci ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Müəlliflər burada insan iradəsinin yenilməzliyindən, Vətən məhəbbətinin hər şeydən üstün olmasından söhbət açmışlar. Filmə SSRİ-də 17 milyon adam baxıb. Əsas rolları Şahmar Ələkbərov, Adil İsgəndərov, Yusif Vəliyev, Hamlet Xanızadə, Amaliya Pənahova, Akif Əli və Rasim Balayev ifa edirlər. == Məzmun == Film Əhməd Qəmərlinin (Həsən Məmmədov) müəmmalı şəraitdə qətlə yetirilməsi haqqındadır. Respublika cinayət axtarışı müstəntiqi Gündüz Kərimbəyli (Şahmar Ələkbərov) cinayətkarı tapmaq üçün uzun axtarışlar aparmalı olur. Müəlliflər burada insan iradəsinin yenilməzliyindən, Vətən məhəbbətinin hər şeydən üstün olmasından söhbət açmışlar. == Film haqqında == Film SSRİ Dövlət Təhlükəsizliyi orqanlarının 60 illiyinə həsr olunub. Film ali kateqoriyaya layiq görülüb.
Qulucan
Qulucan (Ərtik) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Artik rayonunda kənd.
Qurdlar
Canavar (lat. Canis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinə aid heyvan cinsi. Qurdun qidası ilin mövsümündən asılı olaraq müxtəlif növ gəmiricilər, quşlar, sürünənlər, onların yumurtaları, qurbağalar, kərtənkələlər, xırda yırtıcılar və kənd təsərrüfatı heyvanları təşkil edir. Yuvalarını qayalıqlarda və suya yaxın yerlərdə düzəldirlər. Farscadan gələn Canavar sözü (جانور) fars dilində "Qurd" yox, "qulyabani, xoxan, bədheybət varlıq, monster" anlamını daşıyır, lakin Azərbaycan dilinə "qurd" anlamında daxil olub. Qurd indiki anlamında (köpəkkimilərdən bir yırtıcı heyvan) sözü birinci dəfə "Divanü Lüğat-it-Türk"də (1072–1074 illər) قُرتْ [kurt] şəklində istifadə olunub və yazarın bildirdiyinə görə, qurd sözünü bu anlamda ancaq oğuzlar işlədir, başqa türk dillərində isə bu söz yalnız soxulcan anlamını daşıyır. Bəzi mənbələrə görə, qədim Türk xalqı, canavardan qorxduğu üçün, onun adını (Börü) çəkmək istəmirdilər. Bunun uğursuzluq gətirildiyinə inanırdılar. Bu səbəblə, ona kiçik bir həşəratın, soğulcanın adını — qurd adını qoydular. Beləcə, qorxusuz şəkildə onun adını səsləndirə bilirdilər.
Qurultay
Qurultay – 1)müəyyən təşkilatın, yaradıcı birliklərin, əhali qruplarının, müəyyən sahələrin nümayəndələrinin geniş yığıncağı; 2)hər hansı təşkilatın və ya əhali qruplarının, hər hansı sahə xadimlərinin nümayəndələrinin yığıncağı; 3)hər hansı bir təşkilat və ya ixtisas nümayəndələrinin ictimai-siyasi, yaxud elmi xarakter daşıyan geniş yığıncağı. Məsələn, həmkarlar ittifaqları qurultayı, müəllimlər qurultayı, sənaye işçilərinin qurultayı. Qurultay — Qədim Türk dövlətlərində sayılıb-seçilən insanların iştirakı ilə mühüm məsələləri müzakirə və həll etmək üçün görüş. Qurultay — ictimai təşkilatın, siyasi partiyanın və ya sosial, həmkarlar, milli və ya digər qrupun nümayəndələrinin ali, səlahiyyətli toplantısı. Qurultay nümayəndələri ilk, ərazi təşkilatlarında seçilir və qrup üzrə ali səlahiyyətə malik olurlar. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201v. s.
Quruçay
Çaylar Quruçay (Qarabağ) — Arazın sol qolu, Xocavənd və Füzuli rayonları ərazisindən axan çay. Quruçay (Xaçmaz) — Quba və Xaçmaz rayonları ərazisindən axıb Xəzər dənizinə tökülən çay. Quruçay (Təbriz) — İranın Şərqi Azərbaycan ostanında çay. Kəndlər Quruçay (Bicar) Digər mənalarda Quruçay mədəniyyəti — Azərbaycan ərazisində arxeoloji mədəniyyətdir.
Çurular
Çurular (vyet. Chu ru) — Vyetnam Sosialist Respublikasının cənubunda – Lamdonq və Txuanxay əyalətlərində yaşayan dağ tyamları qrupuna aid xalq. Vyetnamda rəsmi olaraq tanınmış 54 xalqdan biridir. Sayları təqribən 19 min nəfərdən çoxdur. Bu xalq həm də tyurular, tyorular (özlərini "yeni torpaqları mənimsəyən adamlar" adlandırırlar), tyular, krular, kazolar adlanırlar. Ehtimal edilir ki, çurular tyamlarla eyni əcdadlara malikdirlər. Çuruların rəvayətlərinə görə onların əcdadları vaxtilə Mərkəzi Vyetnamın sahilyanı ovalığında yaşamış, tyamlardan ayrılaraq Cənubi Vyetnamın dağlıq və dağətəyi rayonlarına köçmüşlər. Bəzi yerlərdə raqlaylar və koxolarla birlikdə yaşayırlar. Fransız müstəmləkəsi dövründə Dalat ərazisində ən güclü dağlıq liderləri çurular idi. Sayları 1999-cu ildə 14,978 nəfər, 2009-cu ildə isə 19,314 nəfər olmuşdur.
Qurdalan
Qurdalan (türk. Kurtalan) — Türkiyənin Siirt vilayətində şəhər və rayon. Yaşayış məntəqəsinin özünün nisbətən yeni olmasına baxmayaraq, rayonun ərazisində eradan əvvəlki dövrlərdən məskunlaşmış, bir neçə dəfə sahiblərini dəyişmişdir. XVI əsrdən Osmanlı imperiyasının bir hissəsi olmuşdur. Hətta son iki əsrdə rayonun inzibati mərkəzi bir dəfədən çox dəyişmişdir. Qurdalan yalnız 1938-ci ildə rayonun mərkəzinə çevrilmişdir. Qurdalanda 69 ibtidai məktəb, 24 orta məktəb, 8 lisey, 4 uşaq bağçası, 1 müəllim evi və axşam incəsənət məktəbi, 1 xalq maarif ocağı və axşam incəsənət məktəbi olmaqla ümumilikdə 107 məktəb fəaliyyət göstərir.
Quruluş
Təşkilat (yun. ὄργανον alət) — konkret şəxsin rəhbərliyi altında konkret vəzifəni həyata keçirən və birgə fəaliyyət göstərən insanlar qrupu. Bu resursların məqsədli birliyidir. Təşkilat daxilində insan özü aktiv resurs rolunu oynayır. Təşkilat daha böyük təşkilatın daxilində fəaliyyət göstərərsə təşkilatın özü resurs rolunu oynayır. Təşkilatın mütləq məqsədi və fəaliyyət planı olmalıdır.
Nurlan
Nurlan — ad. Nurlan Novruzov — Azərbaycan futbolçusu. Nurlan İbrahimov — Azərbaycanlı yüngül atlet. Nurlan Növrəsli — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının Əməkdar Artisti (2016) Nurlan Abdullazadə — Azərbaycan Silahlı Qüvvələrinin giziri. Nurlan Əsgərov — Azərbaycan Silahlı Qüvvələrinin giziri. Nurlan Qasımov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Digər Nurlan nəşriyyatı — Azərbaycanda nəşriyyat evi.
Qudula
Qudula — Azərbaycan Respublikasının Şəki rayonunun inzibati ərazi dairəsində kənd. Kəndin 400 il yaşı var. Kənddə orta əsrlərdə inşa edilmiş qala yeri qalıb. Kənddə 4000 il yaşı olan kurqandan qızıl sırğa - qurd fiquru tapılıb. Sırğanın üstündə palıd ipək qurdunun qızıl fiquru var. Sırğa Azərbaycan Xalçaçılıq Muzeyində saxlanılır. Kəndin ərazisində yaşı 1000 ildən çox olan Pir palıd adlı Şərq çinarı (Platanus orientalis L.) ağacı var. Kənd Əyriçayın sahilində, dağətəyi ərazidə yerləşir. Ərazisi ağaclıqdır. Kəndin əhalisi 911 nəfər təşkil edir ki, onun da 434 nəfəri kişi, 477 nəfəri isə qadındır.
Qurban
Qurbanvermə və ya qurbankəsmə — sitayiş və ya günahı yüngülləşdirmək üçün olaraq bir ilaha maddi varlıqların, heyvanların və ya insanların canlarının təqdim edilməsi. Ritual heyvan qurbanları haqqında dəlillər ən azı qədim ibranilər və yunanlardan bəri müşahidə edilmişdir. Güman edilir ki, bu, onlardan da ondan əvvəl də mövcud olmuşdur. Ritual insan qurbanları haqqında dəlillər, həmçinin Avropa sivilizasiyalarında olduğu kimi, ən azı Kolumbdan əvvəlki Mezoamerikan sivilizasiyalarında da mövcud idi. İndiki dövrdə bir çox dinlər tərəfindən subyektin insan olmadığı müxtəlif ritual qurbanlar tətbiq olunur. Qurbanvermə, xüsusən də qan qurbanı demək olar ki, bütün dünyada sırf kişi ayinidir və kişiləri bir-birinə bağlamağa xidmət edir: "bu, doğuşun "təbii" qan tökülməsindən yuxarı və kənara çıxan qohumluq əlaqələri yaradır". Digər məqamlar arasında qurbanlıq qan və məhsuldarlıqla bağlı qan var. Korte, Anne-Marie. Bekkenkamp, Jonneke; de Haardt, Maaike (redaktorlar ). Significance Obscured: Rachel's Theft of the Teraphim Divinity and Corporeality in Gen.31 32 [Translation: Mischa F.C. Hoyinck].
Qurman
Qurman — müxtəlif ölkələrin mətbəx dadları ilə maraqlanan şəxs.
Quruba
Qurumba (əvvəlki adı: Quruba) — Azərbaycan Respublikasının Lənkəran rayonunun Rvo inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 2001-ci il tarixli, 191-IIQ saylı Qərarı ilə Lənkəran rayonunun Rvo kənd inzibati ərazi dairəsi tərkibindəki Quruba kəndi Qurumba kəndi adlandırılmışdır. 25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Qurumba və Narbağı kəndləri Rvo kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Qurumba kəndi olmaqla Qurumba kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. Bu oykonimin Qunınba variantın da qeydə alınmışdır. Bəzi tədqiqatçılara görə, oykonim talış dilində ku (dağ, təpə), ron (yol) və bə (qapı) komponentlərindən düzəlib, "dağ yolunun qapısı" deməkdir. Digər mülahizəyə görə isə, oykonim qronbə sözündən olub, mənası "qəbirlər qapısı" deməkdir. Əhalisi 937 nəfərdir.
Quruca
Quruca (lat. Gnaphalium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Ukulan
Qulan
Qulan (lat. Equus hemionus) — atlar fəsiləsini at cinsinə aid otyeyən təkdırnaqlı məməli heyvan. Xarici görünüş baxımından eşşəyə bənzəsədə onda at əlamətləri vardır. Qulanlar Afrika eşşəklərindən fərqli olaraq heç zaman əhlilləşdirilməmişdir. Növ olaraq 1775-ci ildə qeydə alınmışdır. Onlar ilk dəfə olaraq pleytosen dövründə Mərkəzi Asiya ərazisində yayılmışdır. Onların qalıqlarına Şimali Qafqazdan tutmuş Yaponiyaya və Arktik Sibir zonası (Böyük Beqiçev adası) ərazisinə qədərki bölgədə rastlamaq mümkündür. Qulanın bədən uzunluğu 175—200 sm, quyruğunun uzunluğu 40 sm, hündürlüyü 125 sm, çəkisi 120—300 kq təşkil edir. Bu göstəricilərlə qulan adi ev eşşəyindən böyükdür. Erkəklərlə dişilər arasında fərq olduqca azdır.
Quran
Quran (Qurani-Kərim, Qurani-Şərif) (ərəb. القُرآن‎ Əl-Quran) — İslam dininin müqəddəs və ən əsas kitabıdır. İslam dinində Quran Allahın buyurduğu sözlərdir. Quranın özünəməxsus adı olan 114 surəsi və 6236 ayəsi var. Quranın ən uzun surəsi Bəqərə surəsi (286 ayə), ən qısa surəsi isə Kövsər surəsidir (3 ayə). Quranın ən uzun ayəsi Bəqərə surəsinin 282-ci ayəsidir. Quranı digər səmavi kitablardan fərqləndirən əsas cəhət onun uzun zaman müddətində — 23 ilə hissə-hissə nazil olması və təhrifə məruz qalmamasıdır. Quran Allah tərəfindən birbaşa deyil, mələk — Cəbrayıl vasitəsilə nəql olunmuşdur. Bəzi mənbələrə görə, Bəqərə surəsinin son 2 ayəsi Allah tərəfindən birbaşa Məhəmməd peyğəmbərə vəhy edilmişdir. "Quran" kəliməsinin mənası oxumaq, qiraət etmək deməkdir.
Aşağı Gülulan (Bükan)
Aşağı Gülulan (fars. گلولان سفلي‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 464 nəfər yaşayır (76 ailə).
Yuxarı Gülulan (Bükan)
Yuxarı Gülulan (fars. گلولان عليا‎‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 204 nəfər yaşayır (30 ailə).
Dəyirmi qurdlar
Nemathelminthes (lat. Nemathelminthes) — heyvanlar aləminə aid heyvan tipi. İlk bədənboşluqlu qurdlar da deyilir. Onların daxili orqanları protoselom adlanan ilk boşluqda yerləşmişdir. Bu boşluğun səciyyəvi xüsusiyyəti odur ki, onda xüsusi divar yoxdur. Azərbaycanda dəyirmi qurdlardan 843 növ nematod tapılıb. == Quruluşu və fiziologiyası == Dəyirmi qurdların bədəni silindrik uzunsov, buğumsuz və kirpiksiz olur. Bu orqanizmlərin 80.000-ə qədər növü var. Onlar demək olar ki, bütün ekoloji mühitlərə uyğunlaşmışdır. Bədənin uzunluğu 0.01 mm-dən (bəzi fırlanğıclar) 8.5 m-ə qədər (kaşalotun ciftində parazitlik edən ''Placentonema gigantissima'') dəyişir.
Elektron qurğular
Elektron qurğular— yüksək texniki-iqtisadı göstəricilərinə nail olmaq üçün onlarda tətbiq olunan sxem həllərinin və element bazasının düzgün seçilməsi məsələlərinə xüsusi diqqət vermək lazımdır. Elektronikanının inkişafı bir istiqamət kimi tibbi elektronikanın yaranmasına da səbəb oldu. Bu sahələrdən biri optiki spektroskopiya üsulları biokimyada, kimyada, tibb elmində və s. istifadə edilməyə başladı. Spektroqrafın köməyi ilə diabetdə, miokard infarktında, böyrəklər xəstələndikdə diaqnozun qoyulması əhəmiyyətli dərəcədə yüngülləşdi. Digər mövzu isə lyumenessent analizlə əlaqədardır. Onun çevikliyi, sadəliyi və həssaslığı hesabına tibb dioqnostikaının bir sıra məsələlirini həll etmək olur. Lyumenessensiya sahəsində aparılan işlər rentgen şəkillərinin elektron-optiki gücləndiricilərinin yaradılmasında mühüm rol oynadılar. Rentgen şüalanmasını lyumenessent detektorları yarımkeçirici işıq mənbələri ilə birlikdə radioizotop diaqnostikasında – kompüter tomoqraflarında orqanizmdə ptoloji əmələgəlmələrin aşkar edilməsində uğurla tətbiq edilir. O ki, qaldı ultrasəs üsullarının diaqnostikası və terapiyasına onların istifadə diapazonu olduqca genişdir.
Gücləndirici qurğular
Gücləndirici qurğular— Qida mənbəyinin enerjisinin çıxış siqnalının enerjisinə çevrilməsi hesabına giriş elektrik siqnallarını gərginliyə, cərəyana və gücə görə gücləndirən qurğulara gücləndirici qurğular deyilir == Haqqında == Elm və texnikanın bütün sahələrində elektrik siqnallarını gücləndirən qurğular geniş t ətbiq edilir. Bu, müxtəlif qeyri-elektrik fiziki kəmiyyətlərin çevrilməsi prosesində alınan zəif elektrik siqnallarının, icraedici qurğularının normal iş rejimlərini təmin edən səviyyəyə q ədər gücləndirilməsi tələbi ilə əlaqədardır. Göründüyü kimi, güclənmə prosesinin mahiyyəti qida mənbəyinin enerjisini giriş siqnalının dəyişmə qanununa uyğun olaraq çıxış siqnalının enerjisinə çevirməkdən ibarətdir. Bu proses idarəoluna bilən qeyri-xətti elementin (məsələn, tranzistorun) köməyi ilə yerinə yetirilir. Beləliklə, qida mənbəyi ilə ardıcıl qoşulan və giriş elektrik siqnalı ilə idarə olunan gücləndirici qurğu qeyri-xətti element üzərində yaradılır. Gücləndirici qurğunun girişinə gücləndirilən siqnalın mənbəyi, çıxışına isə yük müqaviməti qoşulur. Gücləndirici qurğunun ümumiləşmiş struktur sxemi şəkil 1.1-də verilmişdir. Göründüyü kimi, gücləndiricinin iş prinsipi zəif U1 siqnalının qida gərginliyi mənbəyi ilə əlaqədar olan çıxış dövrəsində kifayət qədər yüksək çıxış U2 gərginliyinin dəyişməsinin idarəolunmasına əsaslanmışdır.
Həlqəvi qurdlar
Həlqəvi qurdlar (lat. Annelida) — İkitərəflisimmetriyalılar bölməsinə aid tip. Həlqəvi qurdlar bütün qurdlar qrupunun ən yüksək inkişaf etmiş formaları olub, ali qurdlar adlanırlar. Bu qurdlar qazandıqları bir çox əlamətlərinə görə ali onurğasız heyvanların təkamülünün izah edilməsində mühüm yer tutur. Bədən ölçüləri 0.5 mm-dən 2–3 m-ə qədər uzunluqda olur. Onlar dənizlərdə, şirin sularda, torpaqlarda yayılır. 9000-ə qədər növü vardır. == Xarici quruluşu == Həlqəvi qurdların xarici quruluşunda diqqəti cəlb edən əsas əlamət bədənin buğumlu olmasıdır. Bədən az və ya çox miqdarda buğumlardan ibarətdir. Bu buğumluluq, həmçinin daxili hissədə vardır ki, o da arakəsmələr (dissepimentlər) adlanır.
Kirpikli qurdlar
Kirpikli qurdlar (lat. Turbellaria) — heyvanlar aləminin yastı qurdlar tipinə aid heyvan sinfi. Bu sinfin nümayəndələri adətən sərbəst yaşayan yırtıcı formalardır, nadir hallarda parazit və quruda yaşayanlarına rast gəlinir. Dəri örtüyü çox sayda vəzilərlə təchiz olunmuş kirpikli və ya qamçılı epitelidən ibarətdir. Parazit növlərdən fərqli olaraq, turbellarilərin ixtisaslaşmış xüsusi fiksasiya orqanı və mürəkkəb həyat tsikli yoxdur. Kirpikli qurdların 3500 növü məlumdur. Onların çoxu dənizlərdə və şirinsularda, az hissəsi isə quru üzərində nəm yerlərdə, torpaqda rast gəlir, nadir hallarda ektoparazitlik edən formaları mövcuddur. Kirpikli yastı qurdların əsasən də planarilərın bədəni yastılanmış oval və ya uzunsov formadadır. Bədənin ön ucunda hiss orqanları – gözlər, statosist, qoxu (iybilmə) çuxurları yerləşir. Müxtəlif növlərdə bədən ölçüləri müxtəlifdir, yəni həm mikroskopik, həm də 30-40 sm uzunluğa malik olan formalara rast gəlinir.
Kirpikliqarın qurdlar
Qarnıkirpiklilər (lat. Gastrotricha) — heyvanlar aləminə aid heyvan tipi. Bədənin qarın tərəfi kirpiklərlə örtülü olduğu üçün sinfə bu ad verilmişdir. == Ümumi xarakteristika == Kirpiklər subsrat üzərində hərəkət etməyə xidmət edir. Bu tipin nümayəndələrinin baş hissəsində də kirpiklər vardır. Müasir dövrdə şirin sularda və dənizlərdə yaşayan 150-dən çox növü məlumdur. == Xarici quruluşu == Qarnıkirpiklilərin bədəni nazik kutikula ilə örtülmüşdür. Kutikulanın altında uzununa əzələlər yerləşir, ancaq bütöv qat əmələ gətirmir. Qarnıkirpiklilərdə dəri-əzələ kisəsi yoxdur. Şirin sularda yaşayan formaların baş hissəsi gövdədən tam seçilir.
Füruzan
Füruzan (türk. Füruzan; anadan olanda Firuzə Çerçi, 29 oktyabr 1932, İstanbul – 11 fevral 2024, İstanbul) — Türkiyə yazıçısı. Çağdaş türk ədəbiyyatının önəmli isimlərindən biridir. Türk hekayəçiliyində ümumiyyətlə "kiçik insanlar" adlandırılan cəmiyyətin məzlum, məğlub, həssas daxili aləmlərindən yazmışdır. Kiçik hekayə ilə yanaşı şeirdən romanlara, səyahət yazılarına, oçerklərə və uşaq ədəbiyyatına qədər müxtəlif ədəbiyyat janrlarında əsərlər yaratmış və bəzi hekayələri teatr səhnəsinə və kino ekranına çıxmışdır. 1970-ci illər siyasi məzmunlu Türkiyə ədəbiyyatının görkəmli nümayəndəsi. Sevgi Soysal və Ədalət Ağaoğlu ilə şərti olaraq bu dövrlər Türkiyədə "12 Mart romanı" adlanan üslubda əsərlər müəllifidir. Əsərlərinin böyük qismi əsasən sosial problemlərə həsr olunmuşdur. Rejissoru olduğu Sinemalarım filmi Türk kinosu tarixinin ən uğurlu əsərlərindən biri sayılır. == Həyatı == 29 oktyabr 1932-ci ildə İstanbulda anadan olub.
Gurbulaq
Gurbulaq — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Gurbulaq kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Daşkəsən rayonunun Şaumyan kənd Sovetinin Şaumyan kəndi Gurbulaq kəndi və müvafiq olaraq Şaumyan kənd Soveti Gurbulaq kənd Soveti adlandırılmışdır. == Toponimikası == Oykonim ərazidəki gur sulu bulaqlarla bağlı yaranmışdır. Kəndi 1922-ci ildə Zəylik kəndindən çıxmış ailələr "Gurbulaq" adlanan yaylaq yerində salmışdır. Sovet dövründə kommunist dövlət xadimi Stepan Şaumyanın şərəfinə adı "Şaumyan" olaraq dəyişdirilmişdir. 1991-ci ildə isə kəndin keçmiş adı özünə qaytarılmışdır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. == Mədəniyyəti == Kənddə Gurbulaq kənd kitabxana filialı, Gurbulaq kənd klubu fəaliyyət göstərir.
Gülalan
Gülalan — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Gülalan Xaçmaz-Niyazabad yolunda yerləşir. Qaraçı İnzibati Ərazi Dairəsi tərkibindədir. Qaraçı, Qaraqurdlu, Cığatay, Hacıqurbanoba, Qarabağı kəndləri ilə qonşudur. Gülalan gölü qoruğu kəndin ərazisində yerləşir.
Gümüşan
Gümüşan (türkm. Kümüş depe) — İranın Gülüstan ostanının şəhərlərindəndir. Həm də Gümüşan şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 15,639 nəfər və 3,236 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti türkmənlərdən ibarətdir və türkmən dilində danışırlar.
Gürcüvan
Xanbulaq (əvvəlki adı: Gürcüvan) — Azərbaycan Respublikasının Ağsu rayonunun Xanbulaq kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Ağsu rayonunun Gürcüvan kənd inzibati ərazi dairəsi tərkibindəki Gürcüvan kəndi Xanbulaq kəndi adlandırılmış və Gürcüvan kənd inzibati ərazi dairəsi Xanbulaq kənd inzibati ərazi dairəsi hesab edilmişdir. == Tarixi == Dağətəyi ərazidədir. Yaşayış məntəqəsini XVIII-ci əsrdə Gürcüstanın indiki Gürcaani bələdiyyəsindən gəlmə erməni ailələri qədim Xanbulaq adlı yerdə salmış və gəldikləri ərazinin adı ilə Gürcüvan adlandırmışdılar. 1988-ci ildə ermənilər kəndi tərk etdilər. Vaxtilə Gürcüstandan Orta Asiyaya surgun edilmiş, 1989-cu ildə Özbəkistandan qovulmuş axısqa türklərinin bir hissəsi bu kənddə məskunlaşdı. Kənd 1990-cı ildən yerləşdiyi ərazinin adı ilə Xanbulaq adlandırıldı.
Gürgan
Gürgan və ya Gürgən: Gürgan (Azərbaycan) — Azərbaycan Respublikasının Xəzər rayonunun inzibati ərazi vahidində qəsəbə. Gürgan (İran) — İranın Gülüstan ostanının və Gürgan şəhristanının mərkəzi.
Gürün
Gürün (türk. Gürün) — Sivas ilinin ilçəsi.