Strukturalizm məktəbi
Strukturalizm məktəbi - XIX əsrin sonu XX əsrin əvvəllərində ABŞ-də geniş yayılmış məktəblərdən biridir. Onun əsasını E.Titçener (1867-1927) qoymuşdur. O, İngiltərədə doğulmuş, Oksford Universitetində təhsil almışdı. 1890-cı ildə elə həmin universitetdə magistr dərəcəsi almışdır. 1890-cı ildə Titçener psixologiya təhsilini davam etdirmək üçün Leypsiqə - Vundtun laboratoriyasına gəlir, Vundtun bacarıqlı və sadiq tələbələrindən biri olur. Leypsiqdə o, əsasən binokulyar görmə və idrak proseslərində zaman reaksiyasını öyrənməyə başlayır. 1892-ci ildə ABŞ-yə köçür və Kornuel Universitetində ən böyük elmi məktəblərdən birini yaradır. Titçeneri Amerikanın Vundtu da adlandırırlar.
Titçener öz nəzəriyyəsini strukturalizm adlandırır. O hesab edirdi ki, psixologiyanın predmeti şüur problemi olmalıdır.