Ukulan

Ukulan - Yakut mifologiyasında balıqların qoruyucu ruhu. Ukulan (Ukula, Ukulo, Ukun) Xan olaraq da xatırlanır. Suyun təmizliyini və balıqları qoruyar. Balıqları çoxaldar. Balıq tutmadan əvvəl ondan icazə istənilir və balıq ovunun uğurlu keçməsi xahiş edilər. Suyu çirkləyənlər və gölləri qurudanları cəzalandırar. Qışda çayın buz tutmuş qismi üzərində atəş yandırılmasına yaxşı baxmır və belə edənlərə kin saxlayar.

Etimologiya[redaktə | mənbəni redaktə et]

(Uk/Uğ) kökündən törəmişdir. Monqolca Ukağah sözü yumaq deməkdir, Uha isə buryatcada su mənasını verər. Ug / Uk isə monqol və türkcədə bir şeyin mənşəyi, qaynağı deməkdir və su da hər şeyin mənşəyi olaraq görülür.

Mənbə[redaktə | mənbəni redaktə et]

Türk Əfsanə Sözlüyü, Dəniz Qaraqurd, Türkiyə, 2011, (OTRS: CC BY-SA 3.0)  (türk.)