Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qusur (Urmiya)
Qusur (fars. ‎قصور‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 353 nəfər yaşayır (81 ailə).
Qusar
Qusar — Azərbaycanın şimalında kiçik şəhər, eyniadlı inzibati rayonun mərkəzi. 1938-ci ildə rayon tabeli şəhər statusu almışdır. Qusarçay vadisində, Qusar çayı üzərində yerləşir. Ərazisi 1542 km² olan rayonda 1 şəhər (Qusar), 1 qəsəbə (Samur), 88 kənd vardır. Bu yaşayış məntəqələri 29 inzibati ərazi nümayəndəliyi və 29 bələdiyyə vasitəsilə idarə olunur. Rayon əhalisinin sayı 1 noyabr 2011-ci il tarixində 90438 nəfərdən ibarət olmuşdur. Rayonun əhalisinin 21%-i şəhərdə, 79%-i kəndlərdə yaşayır. Relyefinə görə Qusar rayonu ovalıq, dağətəyi və dağlıq hissələrə bölünür. Torpaq örtüyü şabalıdı, boz-qonur, dağ-çəmən və dağ-meşə torpaqlarından ibarətdir. Rayon ərazisində çoxlu minerallara; mərmər, limonit, xalkopirit, əhəngdaşı və s.
Quxur
Quxur — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Coğrafi ad ləzgi dilində qved (iki) sözünün dialekt forması olan qu və xur (kənd) sözlərinin birləşməsindən əmələ gəlib, "iki kənd" deməkdir. == Coğrafiyası və iqlimi == Kənd Şahdağın ətəyində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 52 nəfər əhali yaşayır.
Avaran (Qusar)
Avaran — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Coğrafiyası == Kənd Qusarçayın sol sahilində, Qusar maili düzənliyində yerləşir. == Toponimikası == Oykonim "avar" etnonimindən və "-an" (məkan və cəmlik bildirir) şəkilçidən düzəlib, "avarların yeri" mənasındadır. Mənbələrdə VI əsrin ortalarından etibarən Şimali Qafqazdan Albaniya ərazisinə gəlmiş türkdilli avar tayfasının adı ilə bağlı Avarqan dərəsi oronimi Qubadlı rayonu ərazisində qeydə alınmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1343 nəfər yaşayır. Əhali ləzgilərdən ibarətdir.
Bala Qusar
Bala Qusar — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır.[mənbə göstərin] == Toponimikası == Bala Qusar oyk, mür. Qusar r-nunun eyniadlı i.ə.v.-də kənd. Qusar çayının sol sahilində, Qusar maili düzənliyindədir. Oykonim "Qusar yaşayış məntəqəsinin nisbətən kiçik hissəsi" deməkdir. Kənd XIX əsrdə Qusardan köçmüş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. == Əhalisi == Əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1446 nəfər əhali yaşayır.
Həsənqala (Qusar)
Həsənqala — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Qusar rayonunun 7 türk kəndindən biri == Tarixi == Şirvanşahlar dövründən (861-1539) bilinən “Həsənqələli” oykonimi ərazidəki eyniadlı qədim qalanın adından yaranmışdır. Qafqaz albanlarının yaşadığı bu ərazilərə 8-ci əsrdə ərəblər tərəfindən əsir götürülmüş bir neçə yüz xəzər türkü də yerləşdirilmişdi. Qəbristanlığında 300-400 il öncəyə aid məzar daşları olan bu kənd və əhalisi haqqında 1831-ci il siyahıyaalmasında (61 ailə, 225 kişi) və 1857-ci il Qafqaz təqvimində də qeydlər vardır. Çar Rusiyasına qarşı 1826-cı il üsyanında da yaxından iştirak etmiş Həsənqala kəndi ərazisində arxeoloji qazıntılar aparılarsa tarixi keçmişi barədə daha dəlil-sübutlu məlumatlar əldə etmək olardı. Bu kəndləri Osmanlı-Səfəvi müharibəsi (1578-90) dövründən qalma sayanlar da var. 1921-ci il Azərbaycan kənd təsərrüfatı siyahıyaalınmasının nəticələrinə görə Həsən-qala kəndinin 68 təsərrüfatında 247 nəfər yaşayırdı və sakinlərinin milli tərkibi Azərbaycan türklərindən ibarət idi. 2009-cu ilin əhali siyahıyaalınmasına əsasən kənddə 931 nəfər yaşayırdı. Son məlumatlara görə isə kənddə qeydiyyatda olanların sayı 1200 nəfərdən artıqdır. O cümlədən, onların 1000 nəfərə yaxını kənddə daimi yaşayır.
Həzrə (Qusar)
Həzrə — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi :Əsası XV əsrdə qoyulmuş Həzrəti Seyx Cünet adına == == Coğrafiyası == Həzrə sovetliyinin mərkəzi. Rayon mərkəzindən 24 km şimal-qərbdə, Qusar maili düzənliyindədir. == Toponimikası == Kənd Qusar maili düzənliyindədir. Keçmiş adı Quryan olmuşdur. Yaşayış məntəqəsinin adı ərəb dilindəki həzr (ocaq, pir) sözü ilə bağlıdır. Oykonim kəndin ərazisindəki məscidlə və bu məsciddə dəfn edilmiş Şeyx Cüneydin qəbri ilə əlaqədardır. Qızılbaş tayfalarına arxalanan Şeyx Cüneyd (1447-60) "din uğrunda mübarizə" şüarı ilə Dağıstana hərbi yürüşlər təşkil edirdi. 1460-cı ildə Samur çayı sahilində, bu kəndin yerində Şirvanşah I Xəlilullahın (1417-62) qoşunları onu məğlub etdi, Şeyx öldürüldü. Şiələr Şeyx Cüneydi orada dəfn etdilər.
Həzrəoba (Qusar)
Həzrəoba — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Həzrəoba oyk, mür. Qusar r-nunun Həzrə i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. Kənd keçmişdə Həzrə kəndinə məxsus qışlaq yerində salınmışdır. Kollektivləşmədən sonra daimi yaşayış məntəqəsinə çevrilmişdir. Oykonim "Həzrə kəndinin obası" mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 15 nəfər əhali yaşayır.
Kənarçay (Qusar)
Kənarçay — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Oykonim kənar (burada "sahil" mənasındadır) və çay sözlərindən düzəlib, "çay sahili" deməkdir. Yaşayış məntəqəsi Böyük Vətən müharibəsindən sonra müxtəlif kəndlərdən gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Kəndin adı Qənərçay variantında da qeydə alınmışdır. == Coğrafiyası və iqlimi == Kənd Sudur çayının sahilində, dağətəyi ərazidə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 357 nəfər əhali yaşayır.
Laza (Qusar)
Laza və ya Ləzə — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Coğrafiyası və iqlimi == Laza kəndi Qafqaz sıra dağlarının şimal-şərqində dəniz səviyyəsindən 4242m hündürlükdə yerləşən Şahdağ yüksəkliyinin "Şah yaylaq" dağının ətəyində yerləşir. Laza kəndi Baş Qafqaz sıra dağlarından keçən Böyük Qafqazın cənub-qərbinə və şimal-qərbinə gedən karvan yolu üzərində (Kurve pereval) dəniz səviyyəsindən 1300m yüksəklikdə olan dağ çökəkliyində yerləşir. Kəndin gözəl mənzərə əhatə edir, qayalıqlardan çoxlu şəlalələr axır. == Toponimikası == Laza oyk., sadə. Qəbələ rayonunun eyniadlı i.ə.v.-də kənd. Dəmiraparan çayının sahilində, Baş Qafqaz silsiləsinin yamacındadır. Əsl adı Lazalıdır; Qusar r-nunun Zindan-muruq i.ə.v.-də kənd. Qusarçayçayın sahilində, Baş Qafqaz silsiləsinin yamacındadır. Yaşayış məntəqəsi Dağıstanın Laza kəndindən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır.
Ləcət (Qusar)
Ləcət — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Toponimikası == Ləcət oyk., sadə. Xaçmaz r-nlınun eyniadlı i.ə.v.-də kənd. Samur-Dəvəçi ovalığındadır. Keçmiş adı Ləcətoba olmuşdur. Kənd Qusar r-nundakı Ləcət kəndinə məxsus qışlaq yeri olduğu üçün belə adlandırılmışdı. Sonralar daimi yaşayış məntəqəsinə çevrilən kəndin adındakı ikinci komponent (oba sözü) düşmüşdür; Qusar r-nunun Həzrə i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. Ehtimal etmək olar ki, oykonim ləc (bataq¬lıq) və ət (burada “yer, məkan" mənasım bildirir) komponentlərindən düzəlib, “bataq¬lıq yer" mənasındadır.
Qalacıq (Qusar)
Qalacıq — Azərbaycan Respublikasının Qusar rayonunda eyniadlı inzibati ərazi vahidində kənd. == Tarixi == Kəndin ərazisindəki qədim xarabalıqlar bu ərazidə orta əsrlərə aid qala olduğunu göstərir. == Etimologiyası == Qalacıq toponimi “kiçik qala” mənasındadır. Yaşayış məntəqəsi qədim qala xarabalıqlarının yaxınlığında salındığına görə belə adlandırılmışdır. == Əhalisi == Kənddə 1457 nəfər yaşayır.
Qucur (Bicar)
Qucur (fars. قجور‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 291 nəfər yaşayır (74 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Qucur (Həştrud)
Qucur (fars. قوجور‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 42 nəfər yaşayır (7 ailə).
Qullar (Qusar)
Qullar — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Etimologiyası == Oykonim qəd. türkdilli bulqarlann, peçeneqlərin və qıpçaqların tərkibində olmuş kul tayfasının adındandır Gürcüstanda Ağ qullar, Dağıstanda Qullar, Qərbi Sibirdə Kullar (XVII əsrdə), XVI əsrdə Qazan xanlığmda Kul və b. toponimlər qeydə alınmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 313 nəfər əhali yaşayır. 1886-cı ildə ailələr üzrə aparılmış siyahıyaalmaya əsasən Bakı quberniyası, Quba qəzası, Qusar şöbəsi, Zeyxur kənd cəmiyyəti tərkibinə daxil olan Qullar kəndində 44 evdə sünni etiqadlı müsəlman tatarlardan (azərbaycanlılardan) ibarət 174 nəfər (92 nəfəri kişilər, 82 nəfəri qadınlar) əhali yaşayırdı. 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən etnik tatarlardan ibarət hər iki cinsdən toplam 128 nəfər əhali yaşayırdı.
Qusar (dəqiqləşdirmə)
Qusar
Qusar (hərb)
Qusar (macar. Huszár) — yüngül atlılar. Qusarların yüngül atlı olması onların xeyli kiçik at növlərindən istifadələrindən irəli gəlirdi. Kiçik atlar bəzən ağır atlardan 3 dəfə yüngül olurdular. Bu isə süvari qoşunu xüsusi furaj hazırlıqlarından azad edirdi, çünki yüngül atlar çox vaxt otlaqdan qidalanırdı. Qusarlar ilk olaraq XV-cı əsrdə Macarıstanda yaranıb. O zaman Avropada odlu silah hələ yayılmamışdı, cəngavərlərin ağır zirehlərindən hər kəs yararlana bilmirdilər. Qusarlar, kirasir və draqunlarla birlikdə cəngavərləri uğurla əvəz etməyə başladı. 1458-ci ildə macar kralı Matyaş Korvin tərəfindən hər 20 həyətdən bir qusar verilməsini əmr edir. Qusarlar yüngül süvarilər sayılsalar da qismən zirehli idilər.
Qusar (qəzet)
"Qusar" (ləzg. КцIар) - 1932-ci ildə Hil rayon partiya təşkilatı və rayon fəhlə, kəndli və əsgər deputatları soveti icraiyyə komitəsinin orqanı kimi "Sosyalizm tempi" adı ilə ləzgi dilində nəşrə başlamışdır. Daha sonra "Qızıl Qusar" adlanıbdır. İlk redaktoru Nurəddin Şərifov idi. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra qəzet "Qusar" adlanmışdır və səhifələrndə rayonda, ölkədə və dünyada baş verən yeniliklər barədə məlumatlar verilir. Qəzetin veb-saytında yazılır ki, ""Qusar" respublikanın rayon qəzetləri sırasında birinci olaraq yeni-kompüterdə hazırlanma və ofset çap üsuluna keçmiş, tərtibatını təkmilləşdirmiş, öz kompüter mərkəzini yaratmışdır. Məhz buna görə ən çətin anlarda belə fəaliyyətini davam etdirmiş, kiçik bir kollektivin zəhməti ilə oxuculara fasiləsiz olaraq maraqlı saylar təqdim edilmişdir. Kollektivin və onun baş redaktorunun xidmətləri 2000-ci ildə Azərbaycan Jurnalistlər Birliyinin diplomlarına layiq görülmüşdür. Ölkə mətbuatının inkişafındakı xidmətlərinə görə 1977-ci ildən bu qəzetdə çalışan, indi onun redaktoru olan Vidadi Sevzixanova 2010-cu ildə "Əməkdar jurnalist" fəxri adı verilmişdir. Bölgədə mətbəənin yoxluğu ucbatından Bakıda 1250 nüsxəlik tirajla ayda iki dəfə, iri formatda, rəngli çap olunan qəzet yeniləşməklə bərabər özünəməxsus ənənələri davam etdirir, iki dildə - azərbaycanca və ləzgicə materiallar verir.
Qusar bələdiyyələri
Qusar bələdiyyələri — Qusar rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qusar bələdiyyəsi
Qusar bələdiyyələri — Qusar rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qusar gülxətmisi
Qusar gülxətmisi (lat. Alcea kusjariensis) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin gülxətmi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN B1ab(v) +B2ab(v). Qafqazın nadir, endemik növüdür. == Qısa morfoloji təsviri == Ulduzşəkilli tükcüklərlə sıx tüklənmiş, çoxillik ot bitkisidir. Gövdəsi 50(18)-100, nadir hallarda 150 sm hündürlükdədir. Yarpaqları uzun saplaqlı, yarpaq ayalarının üst tərəfi yaşıl, çökək damarcıqlara görə bir qədər qarışıq, alt tərəf, xüsusən cavan yarpaqlarda, çox tükcüklü olduğuna görə bozarmış haldadır. Çiçəkləri uzun halda düzülmüş çiçək qrupunda, tək-təkdir. Kasacıq 18-22 mm uzunluğunda olur. Tac 30-58 mm uzunluğunda, parlaq-sarı rəngdədir.
Qusar rayonu
Qusar rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəzi Qusar şəhəridir. == Tarixi == 1837–1839-cu illərdə Qusarın ərazisində İmam Hacı Muhamməd Xuluqvi və Abrek Əli Hilivi rəhbərliyi ilə Rus çarına qarşı üsyanlar baş verdi.Qusar bölgəsinin bütün sixilləri bu üsyanda iştirak elədi, ümumilə 12.000 insan var idi.Alimlərin apardıqları tədqiqatlar, müəyyən dövrlərdə aparılan arxeoloji qazıntılar zamanı tapılan əşyalar, bu günə kimi qalmış bəzi tikinti abidələri və kurqanlar deməyə əsas verir ki, Qusar rayonu qədim yaşayış məskənidir. Qusar rayonu ərazisində yaşayış məskənlərinin e.ə. II minillikdən movcud olması güman edilir. Burada mövcud olan qədim yaşayış məskənlərindən e.ə. I minilliyə aid Mahmudtəpə (Gədəzeyxur), Minsar təpələri, Gavdişan təpələri (Bədirqala), tunc dövrünə aid Qəflə təpələri, orta əsrlərə aid Qızılgül və Ağaxan təpələri (Aşağı Ləgər), Qalaxür təpələri (Həzrə) və s. göstərmək olar. Hazırkı Qusar rayonunun ərazisi 1840-cı ildə Quba qəzasının tərkibində Xəzər vilayətinə daxil edilmişdir. 1846-cı ildə onun ərazisi Dərbənd quberniyasının tərkibinə, 1860-cı ildə isə Bakı quberniyasına daxil edilir.
Qusar sinaqoqu
Qusar sinaqoqu - Qubadakı Qırmızı Qəsəbədə yerləşən məbəd. Sinaqoq çayın sahilində, təpənin üzərində yerləşir. Məbədin hündürlüyü 14 metrdir. Sinaqoq hər tərəfdən dörd kiçik bürclə və iki çadır şəkilli qüllə ilə əhatə olunmuşdur. Qüllələrin günbəzi və onların iti milləri Qırmızı Qəsəbənin əsas simvolları sayılır. Taxta çərçivələrlə və gözəl ornamentlə bəzədilmiş məbəd mükəmməl görünür. “Qusar” sinaqoqunun da böyük dua otağı vardır. Burada Tövratın və digər dini kitabların saxlanılması üçün iri dolab yerləşir. Dolab “Aronhokodeş”, yəni “Müqəddəs Mürcü” adlanır. Mürcü doqquz gözdən ibarətdir.
Qusar şəhəri
Qusar — Azərbaycanın şimalında kiçik şəhər, eyniadlı inzibati rayonun mərkəzi. 1938-ci ildə rayon tabeli şəhər statusu almışdır. Qusarçay vadisində, Qusar çayı üzərində yerləşir. Ərazisi 1542 km² olan rayonda 1 şəhər (Qusar), 1 qəsəbə (Samur), 88 kənd vardır. Bu yaşayış məntəqələri 29 inzibati ərazi nümayəndəliyi və 29 bələdiyyə vasitəsilə idarə olunur. Rayon əhalisinin sayı 1 noyabr 2011-ci il tarixində 90438 nəfərdən ibarət olmuşdur. Rayonun əhalisinin 21%-i şəhərdə, 79%-i kəndlərdə yaşayır. Relyefinə görə Qusar rayonu ovalıq, dağətəyi və dağlıq hissələrə bölünür. Torpaq örtüyü şabalıdı, boz-qonur, dağ-çəmən və dağ-meşə torpaqlarından ibarətdir. Rayon ərazisində çoxlu minerallara; mərmər, limonit, xalkopirit, əhəngdaşı və s.
Quxur (dəqiqləşdirmə)
Quxur — Azərbaycanın Qusar rayonunda kənd. Quxuroba — Azərbaycanın Qusar rayonunda kənd.
Xuşur
Xuşur (monq. хуушууp, IPA: [xʊ ː ʃʊr]) — Monqol mətbəxinin məşhur yeməkdir. Yemək əsasən xəmir və ətdən ibarətdir. Qaydaya əsasən onlar balaca olmalıdır. == Tərkibi == Ət (mal və ya qoyun) xırda-xırda doğranır və ət maşınınnda çəkilir. Bundan sonra ona soğan, sarımsaq, duz və s.ədviyyatlar əlavə edilir. == Hazırlanması == Xəmirdən balaca-balaca dairə kəsirlər və içərisinə ət qoyurlar, xəmirin ortadan bükürlər və bir az cib formasına oxşayır. Aşpaz bişirən zaman cibin açıq hissəsini bağlayır. Həmçinin dairə formasındada ola bilər. Monqolların çox bişirdikləri yeməkdir.Bu yeməyin Buryatidə digər növü buuzami yayılıb.