Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir.(fevral 2024) |
Bu məqalə böyük ölçüdə və ya tamamilə tək mənbəyə əsaslanır. |
"Qusar" (ləzg. КцIар) — 1932-ci ildə Hil rayon partiya təşkilatı və rayon fəhlə, kəndli və əsgər deputatları soveti icraiyyə komitəsinin orqanı kimi "Sosyalizm tempi" adı ilə ləzgi dilində nəşrə başlamışdır. Daha sonra "Qızıl Qusar" adlanıb.
Qusar | |
---|---|
Format | A2X4 |
Təsisçi | Qusar rayon icra hakimiyyəti başçısının aparatı və redaksiyanın kollektivi |
Baş redaktor | Vidadi Sevzixanov |
Yaranma tarixi | 1932 |
Dil | azərbaycan, ləzgi |
Ünvan | Qusar şəhəri, Fəxrəddin Musayev küçəsi 41 |
Tiraj | 1250 |
İlk redaktoru Nurəddin Şərifov idi.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra qəzet "Qusar" adlanmışdır və səhifələrndə rayonda, ölkədə və dünyada baş verən yeniliklər barədə məlumatlar verilir.
"Qusar" respublikanın rayon qəzetləri sırasında birinci olaraq yeni-kompüterdə hazırlanma və ofset çap üsuluna keçmiş, tərtibatını təkmilləşdirmiş, öz kompüter mərkəzini yaratmışdır.
Kollektivin və onun baş redaktorunun xidmətləri 2000-ci ildə Azərbaycan Jurnalistlər Birliyinin diplomlarına layiq görülmüşdür. Ölkə mətbuatının inkişafındakı xidmətlərinə görə 1977-ci ildən bu qəzetdə çalışan, indi onun redaktoru olan Vidadi Sevzixanova 2010-cu ildə "Əməkdar jurnalist" fəxri adı verilmişdir.
Bölgədə mətbəənin yoxluğu səbəbilə Bakıda 1250 nüsxəlik tirajla ayda iki dəfə, iri formatda, rəngli çap olunan qəzet iki dildə - azərbaycanca və ləzgicə materiallar verir.