Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Məhəmmədəli Rəcai
Məhəmmədəli Rəcai (15 iyun 1933, Qəzvin – 30 avqust 1981, Tehran) — İran İslam Respublikasının 2-ci prezidenti. == Həyatı == Məhəmmədəli Rəcai 1933-cü ildə Qəzvin şəhərində dünyaya gəlmişdi. İlk təhsilini də bu şəhərdə alan Rəcai, 1948-ci ildə Tehrana gedərək Hava qüvvətlərinə qatıldı və beş il müddətlə hərbi xidmət illəri dövründə axşam təhsili (ikinci təhsil) alaraq orta təhsilini tamamladı. 1959-cu ildə Ruft Ali Müəllimlər Məktəbində riyaziyyat bölümündən məzun olan Rəcai, Xansar, Qəzvin və Tehran kimi şəhərlərdə müəllim kimi çalışdı. 1961-ci ildə "Nehzet-i Azadi" (Azadlıq hərəkatı)ya üzv olduqdan iki il sonra tutulan Rəcai iki ay müddətlə həbs yatdı. Həbsdən çıxdıqdan sonra Məhəmməd Cavad Bahonər ilə birlikdə İttifaq nümayəndəsini yenidən canlandırmağa çalışdı və silahlı mübarizəni aktiv şəkildə idarə edə biləcək kadrlar çıxarmaq üçün FKÖ düşərgələrinə mütəxəssis göndərdi. 1971-ci ildə ölkə xaricinə çıxaraq, öncə Fransaya getdi ardından bir müddet Türkiyə və Suriya kimi bölgə ölkələrində oldu. Siyasi fəaliyətlərdə olduğu kimi mədəni işlərdə də aktiv olaraq yer alan Rəcai 1975-ci ildə tutularaq ünlü Qəsr-Qacar və Evin həbsxanalarında dörd il boyunca həbs yatdı. 1979-cu il inqilabının ən hərəkətli dönəmində, digər məhkumlarla bərabər sərbəst buraxılmasının ardından siyasi və mədəni fəaliyətlərinə yenidən başladı. Bəzi dostlarıyla birlikdə Müəllimlər İslam Birliyi [Əncümən-i İslami Müallimin] təşkilatını qurdu.
Rəcaizadə Mahmud Əkrəm
Rəcaizadə Mahmud Əkrəm (osm. رجاﺋﻰ زاده محمود اكرم) (1 mart 1847, Konstantinopol – 31 yanvar 1914, Konstantinopol) — Osmanlı şairi, nasiri və dramaturqu. == Həyatı == Türkiyə ədəbiyyatında "Tənzimat" dövrünün ən məşhur şair, nasir və dramaturqlarından olan Rəcaizadə Mahmud Əkrəm eyni zamanda "Sərvəti-funun"çuların sələflərindəndir. Böyük müasiri Namiq Kamalın yaradıcıhğına nə qədər mübarizlik, döyüşkənlik ruhu hakimdirsə, Mahmud Əkrəm bir o qədər həzin lirik şairdir. Övladlarının, xüsusilə sevimli oğlu Nicatın vaxtsız ölümü şairi sarsıtmış, onun yaradıcılığında kədər, bədbinlik motivləri daha da artmışdır.
Rəcm
Rəcm və ya daşqalaq (lat. lapidatio) — hələ qədimlərdə yəhudilərə və yunanların icra etdikləri ölüm hökmü növü. Quran ayələri daşqalağın əvvəlki qövmllərdə də olmasını təsdiq edir. Məsələn, "Onlar dedilər: "Ey Şüeyb! Dediklərinin çoxunu başa düşmür və səni aramızda zəif (gücsüz) görürük. Əgər əşirətin (dinimizə tapınan qəbilən) olmasaydı, səni daşqalaq edərdik. Yoxsa sən bizim üçün əziz (hörmətli) bir adam deyilsən!"", yaxud, (Gəncləri illərlə yatırtdığımız kimi) beləcə də onları bir-birindən hal-əhval tutsunlar deyə, oyatdıq. Onların biri dedi: "(Mağarada) nə qədər qaldınız?" Onlar: "Bir gün və ya bir gündən az!" - deyə cavab verdilər. Onlardan (bəziləri isə) belə dedi: "Qaldığınız müddəti Rəbbiniz daha yaxşı bilir. İndi içərinizdən birini bu gümüş pulunuzla şəhərə (Tərsusa və ya Əfsusa) göndərin ki, görsün ən təmiz təam hansıdırsa, ondan sizə ruzi (yemək alıb) gətirsin.
Rəna
Rəna — Qadın adı.
RCA
RCA — audio və video avadanlıqlarında geniş istifadə olunan standart bağlayıcı növüdür. RCA növünün adı 1940-cı illərin əvvəllərində fonoqrafları gücləndiricilərə qoşmaq üçün bu tip birləşdiricini təqdim edən Amerika Radio Korporasiyasından gəlir. Belə bağlayıcıların dezavantajı ondan ibarətdir ki, birləşdirərkən kontakt (pin) əvvəlcə siqnala (gərginliyə) qoşulur və yalnız bundan sonra korpusların kontaktları birləşdirilir. Televizorları video kartlarda televizor çıxışına qoşarkən tez-tez baş verən hallar arasında potensial fərq varsa, bu, qoşulma zamanı cihazlara zərər verə bilər. RCA fiş (jarqonda — "ata") iki kontaktdan ibarətdir: siqnal və ümumi dövrə (qoruyucu). Siqnal sancağı mərkəzdə yerləşir və diametri 3,2 mm və ya 0,125 düym (3,18 mm) olan sancaqdır. Çıxan xarici hissənin uzunluğu 9,0 mm (0,375/0,312 düym ölçüləri üçün 9,52/7,92 mm), daxili qapalı uzunluğu 6,0 mm (0,219 düym ölçüləri üçün 5,56) təşkil edir. İkinci kontakt, minimum daxili diametri 8,0 mm (0,328 düym ölçüsü üçün 8,33) olan konsentrik silindr yan səthidir. Kontaktın xarici diametri yalnız qalınlığından asılıdır və standartlaşdırılmamışdır. RCA yuvası ("ana" üçün jarqonda) də iki kontaktdan ibarətdir.
Raca Dahir
Raca Dahir (Sanskrit: राजा दाहिर) (Sind dilində: راجا ڏاھر‎), IAST: Rājā Dāhir; 663 – 712, Hind) — Sindin Brahmin Sülaləsindən olan sonuncu hindli hakim. 711-ci ildə onun krallığı sərkərdə Məhəmməd ibn Qasimin rəhbərlik etdiyi Əməvi qoşunları tərəfindən işğal edilmişdir. O, Aror döyüşündə Hind çayının sahilində, bugünkü Nəvabşah adlanan ərazidə öldürülmüşdür. == "Şahnamə"də hakimiyyəti dövrü == Şahnamə Sindin ərəblər tərəfindən işğalı ilə bağlı ən qədim salnamədir. Bu əsər fars dilinə Ərəb Məhəmməd Əli ibn Həmid ibn Əbu Bəkr Kufi tərəfindən 1216-cı ildə tərcümə olunub. Əsərin müəllifinin Saqafi soyadlı bir şəxsin olması ehtimal edilir. Dahirin krallığı daha sonra Kannauc kralı Ramal tərəfindən işğal edildi. == Əməvilərlə müharibə == Şahnamədə qeyd olunur ki, Bəsrə hakimi əl-xərac ibn Yusifin Raca Dahirə qarşı hərbi ekspedisiyasının əsas səbəbi Debal sahillərinə dəniz quldurlarının yürüşü idi. Bu yürüş nəticəsində xəlifənin Sərəndib (hazırkı Şri Lanka) hökdarından aldığı hədiyyələrin oğurlanılması idi. Sinddə yaşayan və Bavarrac adı ilə tanınan skif tayfaları da əvvəlki dövrlərdə Dəclə sahillərindən Şri-Lanka sahillərinə qədər Sasani gəmilərini qarət edirdilər.
Raca Nainqqolan
Raca Nainqqolan (4 may 1988[…], Antverpen, Flamand regionu[d]) — belçikalı peşəkar futbolçudur, İtaliya-nın İnter Milan FK klubunda yarımmüdafiəçi mövqeyində oynayır. == Həyatı == == Karyerası == Ninja ləqəbli, bütün peşəkar karyerasını İtaliyada keçirərək Piacenza, Kalyari FK, Roma FK və İnter Milan FK-da çıxış edib. 300-dən çox A Seriyası oyununda meydana çıxıb. Ardıcıl dörd dəfə A Seriyasında ilin rəmzi komandasında yer alıb. Bir çox mütəxəssis tərəfindən həm hücumda həm də müdafiədə komandasına kömək etmək qabiliyyətinə görə Avropanın ən yaxşı və ən yaxşı orta sahə oyunçularından biri sayılan Nainqqolan sürətli, dinamik, çalışqan, fiziki cəhətdən güclü və çox yönlü yarımmüdafiəçidir. Bir neçə orta xətt mövqeyində oynamaq; yaxşı görmə qabiliyyətinə, keçid məsafəsinə və texnikaya sahib olduğundan tez-tez komandasının müdafiə xəttinin qarşısında oyun qurucu kimi istifadə olunur. Səkkiz ildir Belçika milli futbol komandasında oynayan Nainqqolan, ölkəsi ilə 30 oyuna çıxıb və altı qol vurub.
Rəna Ağabəyli
Rəna Ağabəyli (3 yanvar 1942, Kirovabad) — Genetik, Biologiya elmləri doktoru, professor. == Haqqında == Rəna Ağaxan qızı Ağabəyli 1942-ci il yanvar ayının 3-də Gəncə şəhərində tanınmış ziyalı, Ümumittifaq Kənd Təsərrüfatı Elmlər Akademiyasının müxbir üzvü, professor Ağaxan Ağabəylinin ailəsində dünyaya gəlmişdir. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirmişdir. 1966-1969-cu illərdə Azərbaycan ЕА Botanika İnstitutunun aspiranturasında təhsil alarkən Moskva şəhərinə SSRİ Elmlər Akademiyasının Ümumi Genetika İnstitutuna ezam olunmuşdur. Müasir metodlara yiyələnərək böyük elmi təcrübə toplamış R.A.Ağabəyli 1972-cü ildə “Genetika” ixtisası üzrə “Yeni kompleksli kimyəvi mutagenlərin sitoloji və sitogenetik aktivliyinin tədqiqi” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etmişdir. 1992-ci ildə “Antioksidantlar və antioksidant fermentlər mutasiya prosesinin tənzimlənməsində” mövzusunda doktorluq dissertasiya işini böyük müvəffəqiyyətlə müdafiə edərək biologiya elmləri doktoru alimlik dərəcəsini almışdır. R.A.Ağabəyli 1972-cı ildən Azərbaycan EA Fizika İnstitutunun Fiziki-kimyəvi biologiya sektorunda böyük elmi işçi, 1983-1987-ci illərdə həmin sektorun elmi katibi vəzifələrində çalışmışdır. 1980-ci ildə SSRİ EA AAK-nın qərarı ilə o, baş elmi işçi (indiki dosent) adına layiq görülmüşdür. 1987-ci ildən etibarən onun elmi taleyi Botanika İnstitutuna bağlanmış və artıq 35 ildir ki, fasiləsiz olaraq bu elm ocağında aparıcı elmi işçi, eksperimental mutagenez qrupunun rəhbəri kimi müxtəlif vəzifələrdə çalışmış və hazırda o, İnstitutun “Geobotanika” şöbəsinin baş elmi işçisidir. 2005-ci ildə o, professor elmi adına layiq görülmüşdür.
Rəna Cəfərova
Rəna Cəfərova (tam adı: Rəna Ələkbər qızı Cəfərova; 20 yanvar 1953, Tovuz) — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun “Fiziki və fiziki-kimyəvi tədqiqatlar” şöbəsinin müdiri, kimya üzrə elmlər doktoru, professor. == Ümumi məlumatlar == Rəna Ələkbər qızı Cəfərova 1953-cü il yanvarın 20-də Tovuz şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1970-ci ildə Tovuzdakı 1 saylı orta məktəbi fərqlənmə ilə bitirmiş və həmin il S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki M.Ə. Rəsul-zadə, Bakı Dövlət Univer- siteti ) “Fizika” fakultəsinə qəbul olunmuşdur. O,1975-ci ildə bu fakultəni “ Fizik, fizika müəllimi “ ixtisası üzrə bitirmişdir. Təyinatla Az.EA-nın Y.H.Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutuna (NKPİ) göndərilmiş və 1975-1978-ci illərdə ETS-də baş laborant, stajer-tədqiqatçı, mühəndis vəzifələrində çalışmışdır. O, 1978-1984-cü illərdə NKPİ-də “Optika” ixtisası üzrə aspiranturada oxumuş və 1984-cü ildə Azərbaycan Dövlət Universitetində “Bərk cisimlər fizikası” ixtisası üzrə “Alkilammonium və alkilfosfonium halogenidlərdə məxsusi elektron həyəcanlanması, lüminessensiya və rekombinasiya prosesləri” adlı dissertasiya işini müdafiə etmiş, 1985-ci ildə AAK (Rusiya ) tərəfindən ona fizika-riyaziyyat elmləri namizədi dərəcəsi verilmişdir. Alim 1992- 2002-ci illərdə böyük elmi işçi ( 1994-cü ildə AAK tərəfindən baş elmi işçi diplo- mu verilmişdir), 2002-ci ildən isə aparıcı elmi işçi və baş elmi işçi vəzifələrini icra etmişdir. 2005-ci ildə Y.H.Məmmədəliyev adına NKPİ-də 02.00.13-Neft kimyası və 02.00.04 – Fiziki kimya ixtisasları üzrə “ Neft lüminoforlarında fotofiziki və fotokimyəvi proseslər” adlı doktorluq dissertasiyasını müdafiə edərək, kimya elmləri doktoru dərəcəsinə layiq görülmüşdür. R.Ə. Cəfərova 16.02.2012-2019-cu illərdə NKPİ-da “Spektroskopik analiz” laboratoriyasının müdiri vəzifəsində çalışmışdır.
Rəna Dəcani
Rəna Dəcani (azərb. رنا الدجاني‎) — İordaniyalı molekulyar bioloq və Haşimi Universitetinin professoru. O, 2005-ci ildə Ayova Universitetində molekulyar biologiya üzrə doktorluq müdafiə etmişdir.
Rəna Kazımzadə
Qumral-Rəna Zəki qızı Kazımzadə (5 noyabr 1942, Bakı) — fizika-riyaziyyat elmləri doktoru (1998), professor (1999), “Tərəqqi”medalı laureatı (2010). == Həyatı == Kazımzadə Rəna Zəki qızı 1942-ci il noyabr ayının 5-də Bakıda, milli nəzəri elektrotexnika məktəbinin banisi Zəki Əli İsgəndər oğlu Kazımzadənin ailəsində anadan olmuşdur. 1965-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) Fizika-riyaziyyat fakültəsini “Fizika və ümumi texniki fənlər” ixtisası üzrə bitirən Rəna Kazımzadə elə həmin ildə də Azərbaycan Neft və Kimya İnstitutunun (indiki ADNSU) aspiranturasına daxil olmuşdur və o zamandan elmi fəaliyyətə başlayaraq ömrünün təqribən 50 ilini nəzəri elektrotexnika elminə həsr etmişdir. == Fəaliyyəti == Rəna Kazımzadə əmək fəaliyyətinə 1969-cu ildən həmin institutun “Elektrotexnikanın nəzəri əsasları” (sonradan “Elektrotexnika və elektrik təchizatı”, indiki “Elektroenergetika”) kafedrasında assistent kimi başlamış, sonradan bu kafedranın dosenti olmuşdur. O, 1998-ci ildə doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsi almışdır. 1999-cu ildən kafedranın professoru, 2000 – 2017-ci ildə isə kafedra müdiri vəzifəsində çalışmışdır. Universitetin Elmi Şurasının üzvüdür. == Mükafatları == Rəna Kazımzadə Kembricin Beynəlxalq Bioqrafiya Mərkəzi tərəfindən "XX əsrin 2000 ən görkəmli alimi" diplomuna layiq görülmüş və "Kim kimdir" Beynəlxalq Sorğu kitabına daxil edilmişdir. Həmçinin Amerika Bioqrafiya İnstitutu Bioqrafiya Assosiasiyasının həqiqi üzvü seçilmiş, 2000 – 2001-ci ilin "Beynəlxalq Qadını" adına layiq görülmüş, "2002-ci ilin Beynəlxalq şəxsiyyəti" adını almış, Kembricdə nəşr olunmuş "XX əsrin 2000 intellektualı" Beynəlxalq sorğu kitabının 28-ci nəşrinə və XXI əsrdə "Kim kimdir" sorğu kitabının birinci nəşrinə daxil edilmişdir. Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü seçilmişdir.
Rəna Mirzəzadə
Rəna Mirzəzadə — fəlsəfə elmləri doktoru, siyasi elmlər üzrə professor, "Tərəqqi" medalı laureatı,3-cü dərəcəli "Əmək" ordeni laureatı == Həyatı == Mirzəzadə Rəna Rza qızı 1954-cü il, 8 apreldə Şirvanda anadan olmuş, 1971-ci ildə həmin şəhərin 1 saylı orta məktəbini, 1976-cı ildə BDU-nun əyani tarix fakültəsini bitirmişdir. 1978-ci ildən AMEA Fəlsəfə və Hüquq İnstitutunda, (hazırda Fəlsəfə və Sosiologiya İnstitutunda) işləyir. 1998–1999-cu illərdə İnstitut "Gender tədqiqatı" qrupunun rəhbəri, 2008–2011-ci illərdə "Qloballaşma və informasiya cəmiyyətinin fəlsəfi problemləri" şöbəsinin müdiri, 2011–2016-cı illər "Politologiya və siyasi sosiologiya" "Siyasi nəzəriyyə" şöbəsinin müdiri, hazırda isə " Siyasətin fəlsəfəsi və sosiologiyası" şöbəsinin müdiridir. 1998–2016-cı illər İnsititut Həmkarlar Komitəsinin sədri olmuşdur. İnsititut Elmi Şurasının və Fəlsəfə Cəmiyyətinin, Problem Şurasının, Dissertasiya Şurasının üzvüdür. 1989-cu ildə elmi kommunizm (indiki politologiya) ixtisası üzrə namizədlik elmi dərəcəsi almışdır. 2004-cü ildə respublikada ilk dəfə olaraq, "Gender: fəlsəfi, tarixi və siyasi-hüquqi istiqamətlər" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, 2005-ci ildə fəlsəfə elmləri doktoru elmi dərəcəsi almış, "Siyasi nəzəriyyələr" ixtisası üzrə professordur. 15-dək elmi kitabın, 150-dən çox məqalənin müəllifidir. 1993–1994-cü illərdə müstəqil ictimai-fəlsəfi "İdrak" qəzetinin baş redaktoru, 1999–2001-ci illərdə "Genderşünaslıq" beynəlxalq elmi-populyar jurnalının Baş redaktoru olmuşdur. Respublika KİV-də mütəmadi olaraq siyasət, dövlətçilik, azərbaycançılıq ideologiyası, Qarabağ problemi, gender və qadın problemi, multikulturalizm, insan hüququ, vətəndaş cəmiyyəti, informasiya, qloballaşma üzrə məqalələrlə çıxış edir, müsahibələr verir, televiziyalarda ekspert kimi çıxışlar edir.
Rəna Məmmədova
Rəna Azər qızı Məmmədova (27 fevral 1950, Bakı) — Sənətşünaslıq üzrə elmlər doktoru (1991-ci il), Professor, AMEA-nın müxbir üzvü (29.06.2001). == Həyatı == Rəna Məmmədova 27 fevral 1950-ci ildə Bakı şəhərində anadan olub. 1968-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbini, 1973-cü ildə isə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. 1978-ci ildən etibarən Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda elmi işçi kimi işə başlayır. 1990-cu ildə "İncəsənətin qarşılıqlı əlaqələri" şöbəsini təşkil edib və 25 il ərzində rəhbərlik edir. 1991-ci ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. Alimin tədqiqatlarının dairəsi əsasən türk dünyasının mədəniyyəti ilə bağlı olmuşdur. Rəna Məmmədovanın elmi yaradıcılığının ən vacib və mühüm mərhələsini musiqi türkoloqiyasının elmi əsaslarının yaradılması təşkil edir. Bu ad altında 2003-cü ildə Rəna Məmmədovanın monoqrafiyası işıq üzü görmüşdür ki, bu da sənətşünaslıq elminin yeni sahəsinin nəzəri-metodoloji müddəalarının əsasını qoymuşdur. Rəna Məmmədova Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Bəstəkarlar İttifaqının İdarə heyətinin üzvü, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvü, "Simurq" mədəniyyət cəmiyyətinin Rəyasət heyətinin üzvü və Azərbaycan Zadəganlar məclisinin üzvüdür.
Rəna Nəzərova
Rəna Nəzərova (24 may 1983, Kiyev) — Kiyev şəhər şurasının deputatı. == Həyatı == Rəna Nəzərova Kiyev dövlət telekanalının əməkdaşıdır. Həmin kanalın "Kievski forum" proqramının baş redaktoru vəzifəsində çalışır. Rəna Nəzərovanın deputatlığı namizədliyi məşhur boksçu Vitali Kliçkonun lideri olduğu "UDAR" blokundan irəli sürülmüşdü. 25 may 2014-cü ildə Kiyev şəhər şurasına keçirilən seçkilərdə deputat seçilib.
Rəna Qasımova
Rəna Qasımova Tofiq qızı — texnika üzrə fəlsəfə doktoru, dosent, AMEA Rəyasət Heyəti aparatının Elmi Tədqiqatların Koordinasiyası şöbəsinin müdiri, AMEA İnformasiya Texnologiyaları İnstitutunda baş elmi işçi. == Həyatı == 1985-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun "Avtomatika və hesablama texnikası" fakültəsini bitirmişdir. 1985-ci ildə təyinatla Azərbaycan Elmlər Akademiyasının Avtomatlaşdırılmış İdarəetmə Sistemləri şöbəsinə işə qəbul olunmuşdur. Müxtəlif təyinatlı sistemlərin: “Auditorlar Palatası” verilənlər bazası idarəetmə sisteminin (VBİS), “Kadrlar” korporativ informasiyasi steminin yaradılması ilə məşğul olmuşdur. AMEA-nın www.science.az portalının yaradılmasında iştirak etmişdir. Qərarların qəbul edilməsini dəstəkləmək məqsədi ilə çox ölçülü verilənlərin saxlanmasını və analizini yerinə yetirən texnologiyaların Azərbaycanda tətbiqi məsələlərini tədqiq etmişdir. Korporativ şəbəkə mühitində biliklərin idarə və əldə olunmasının (Data Mining) metod və alqoritmlərini tədqiq etmiş və paylanmış böyük informasiya resurslarına əsaslanan operativ analitik emal sistemlərində (OLAP – On-Line Analytical Processing) aqreqatlaşdırılmış verilənlərin analizi üsullarını araşdırmışdır. Azərbaycan Respublikasının maraqlarına aid domen adları sistemi biliklər bazasının yaradılmasının elmi-nəzəri əsaslarının işlənməsi mövzusu üzərində elmi araşdırmalar aparmış və 2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda 3338.01 – Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi ixtisası üzrə “Milli domen adlarının intellektual monitorinqi sisteminin sintezi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işini müdafiə etmişdir. Texnika üzrə fəlsəfə doktorudur və 2018-ci ildə dosent elmi adını almışdır. Böyük verilənlərin analitikası problemlərinin tədqiqi mövzusunda araşdırmalar aparmışdır.
Rəna Qraf
Rəna Qraf (qızlıq soyadı: Məmmədova; alm. Rena Graf‎; d. 26 aprel 1966, Bakı, Azərbaycan SSR, SSRİ) — əvvəllər SSRİ-ni və Özbəkistanı, 2001-ci ildən bu yana isə Almaniyanı təmsil edən azərbaycan əsilli şahmatçı, qadınlar arasında beynəlxalq qrosmeyster (1999). == Həyatı == Rəna Qraf 26 aprel 1966-cı ildə Bakı şəhərində anadan olub. Doqquzuncu sinifdə oxuyarkən qızlar və qadınlar arasında Bakı çempionu olub. Sovetlərin dağılmasından sonra Özbəkistanı təmsil etməyə başlayıb. Bu ölkənin qadınlardan ibarət yığmasının heyətində Şahmat Olimpiadasının (1994, 1998) və Asiya çempionatının (1995, 1999) iştirakçısı olub. === Şəxsi həyatı === 2001-ci ildə beynəlxalq qrosmeyster Aleksandr Qraf ilə ailə həyatı qurub. == İstinadlar == == Ədəbiyyat == Gino Di Felice. Chess International Titleholders, 1950-2016.
Rəna Qədimova
Rəna Kamil qızı Qədimova (10 yanvar 1958, Bakı)— Azərbaycan bəstəkarı. == Həyatı == Rəna Qədimova 10 yanvar 1958-ci ildə Bakı şəhərində doğulub. 1961-ci ildən 1964-cü ilədək Bülbül adına orta ixtisas musiqi məktəbində Regina Siroviçin sinifində fortepiano öyrənib. 1965-ci ildən 1976-cı ilədək orta təhsilini davam etdirib. 1976-cı ildən 1983-cü ilədək Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət konservatoriyasında (Fərəc Qarayevin sinifində) bəstəkarlıq ixtisası üzrə oxuyub. Rəna Qədimova 1983-cü ildən Soltan Hacıbəyov adına Sumqayıt şəhəri orta ixtisas musiqi məktəbində müəllim kimi fəaliyyətə başlayıb. 1997-ci ilədək bu məktəbdə çalışıb. 1997-ci ildən bu günədək Bülbül adına orta ixtisas musiqi məktəbinin müəllimidir. == Yaradıcılığı == Rəna Qədimova peşəkar bəstəkardır. Xeyli musiqi bəstələyib.
Rəna Zinçenko
Rəna Zinçenko (azərb. Rəna Zinçenko Əbülfəz qızı, rus. Зинченко Рена Абульфазовна; d. 1963-cü il, 23 mart, Bakı, Azərbaycan SSR, SSRİ) - Tibb elmləri doktoru, professor. N.İ.Piroqov adına Rusiya Milli Tibb Universitetinin hüceyrə və molekulyar genetika kafedrasının professoru. == Həyatı == Zinçenko (qızlıq soyadı Məmmədova) Rəna Əbülfəz qızı 1963-cü il martın 23-də Bakıda anadan olub. 1979-1986-cı illərdə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) pediatriya fakültəsində təhsil alıb. 1986-cı ildə həmin institutu “pediatriya” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1986-1989-cu illərdə Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu (Bakı) yanında Tibbi-Genetik Məsləhətxanada həkim-pediatr vəzifəsində işləyib. 1989-1992-ci illərdə Tibbi-Genetik Elmi Mərkəzin (TGEM) genetik epidemiologiya laboratoriyasında “genetika” ixtisası üzrə aspiranturada oxuyub.
Rəna İsmayılova
Rəna Nəcəfqulu qızı İsmayılova (28 avqust 1950, Bakı) — orqan ifaçısı, Azərbaycan Respublikasının əməkdar artisti (2000). == Həyatı == Rəna İsmayılova 28 avqust 1950-ci ildə Bakıda rəssam ailəsində anadan olmuşdur. O, uşaqlıqdan pianoda ifa etməyə başlamış və ilk musiqi müəllimi bacısı Zemfira Qafarova olmuşdur. Bülbül adına Orta İxtisas Musiqi Məktəbində fortepiano üzrə təhsilini başa vurduqdan sonra 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının Tarix-nəzəriyyə fakültəsinə daxil olmuşdur. Buradakı təhsilinin birinci kursundan başlayaraq fortepiano ilə yanaşı orqanda da ifa etməyə başlamış, üçüncü kursda isə oxuduğu fakültəni dəyişərək fortepiano üzrə fəaliyyətini davam etdirmiş, 1974-cü ildə buranı fortepiano və orqan ixtisasları üzrə bitirmişdir. Təhsilini başa vurduqdan sonra Musiqili Komediya Teatrı və Sumqayıt Musiqi Texnikumunda işləməyə başlamışdır. 1977-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında əvvəlcə pianoçu-konsertmeyster işləyən Rəna İsmayılova 1983-cü ildə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının assistenturasına daxil olaraq 3 il təhsilini burada davam etdirmişdir. Burada o, professor Leonid Royzmandan dərs almışdır.1987-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında "Orqan və klavesin" kafedrasında əvvəlcə baş müəllim, sonra dosent olaraq çalışan Rəna İsmayılovanın redaktorluğu altında ilk dəfə "Azərbaycan bəstəkarlarının orqan musiqisi" adlı ikicildlik not məcmuəsi işıq üzü görmüşdür.Rəna İsmayılova hazırda Almaniyada yaşayır. Burada onun dəfələrlə rəsmi konsertləri olmuş, kilsələrdə ifa etmişdir. O, həmçinin alman, fin, norveç, fransız, ingilis musiqi gecələrinin, "Orqan dünən və bu gün" adlı silsilə konsertlərin təşkilatçısı və iştirakçısı olmuşdur.
Rəna Şereşevskaya
Rəna Şereşevskaya (qızlıq soyadı: Mustafabəyli; rus. Рена Шерешевская; fr. Rena Cherechevskaïa; d. 17 iyun 1954, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan əsilli rus-fransız pianoçu və musiqi müəllimi. Fransanın İncəsənət və Ədəbiyyat ordeni kavalyeri. == Həyatı == Rəna Şereşevskaya 1954-cü il iyunun 17-də Bakıda, 13 il Azərbaycan Geologiya idarəsininə rəhbərlik etmiş Midhət bəy Mustafabəylinin ailəsində anadan olub. Artıq dörd yaşında böyük musiqi qabiliyyəti və istedadı üzə çıxıb. 1972-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası nəzdində Bülbül adına Orta İxtisas Musiqi Məktəbini tanınmış pedaqoq Liliya Filatovanın fortepiano sinfi üzrə əla qiymətlərlə bitirib. Elə həmin il Pyotr Çaykovski adına Moskva Dövlət Konservatoriyasında Lev Vlasenkonun sinfinə daxil olub. Konservatoriyadan sonra aspiranturanı da fərqlənmə ilə bitirib.1970-ci illərdə Şereşevskaya SSRİ-də və müxtəlif ölkələrdə bir çox solo və simfonik konsertlər verib.
Rəna Əffəndi
Rəna Əffəndi — (26 aprel 1977, Bakı) — fotoqraf, quruluşçu rəssam. == Həyatı == Rəna Əffəndi 1977-ci ildə Bakıda anadan olub. Azərbaycan Dillər Universitetini bitirərək uzun müddət tərcüməçi işləyib. Uşaqlıqdan rəsm və fotoqrafiyaya böyük marağı olub. 2001-ci ildən sənədli fotoqrafiya ilə məşğuldur. 2005-ci ildən tərcüməçi işindən ayrılaraq fotoqrafiya ilə daha ciddi məşğul olmağa qərar verib. Rəna Əffəndi "Fifty Crows" Beynəlxalq sənədli fotoqrafiya Fondunun keçirdiyi müsabiqənin mükafatçısı, habelə Azərbaycanda "İlin fotorəssamı" mükafatının laureatıdır, müxtəlif ölkələrdə təşkil olunan sərgilərdə iştirak edib. 2007-ci ildə Amerikanın Photo District News jurnalı Rəna Əffəndini dünyada 30 ən məşhur fotoqraf siyahısına daxil edib. Onun fotoları Le Monde, Le Figaro, Liberation, Courrier International, Newsweek, Days Japan, Reponse Photo, "Oqonek", "Ekspert" i "Bolşoy Qorod" jurnallarında dərc edilib. Rəna Əffəndi Photographer.ru qalereyasının müəllifi Azərbaycan Fotoqraflar Birliyinin üzvüdür.
Rəna Əfəndi
Rəna Əffəndi — (26 aprel 1977, Bakı) — fotoqraf, quruluşçu rəssam. == Həyatı == Rəna Əffəndi 1977-ci ildə Bakıda anadan olub. Azərbaycan Dillər Universitetini bitirərək uzun müddət tərcüməçi işləyib. Uşaqlıqdan rəsm və fotoqrafiyaya böyük marağı olub. 2001-ci ildən sənədli fotoqrafiya ilə məşğuldur. 2005-ci ildən tərcüməçi işindən ayrılaraq fotoqrafiya ilə daha ciddi məşğul olmağa qərar verib. Rəna Əffəndi "Fifty Crows" Beynəlxalq sənədli fotoqrafiya Fondunun keçirdiyi müsabiqənin mükafatçısı, habelə Azərbaycanda "İlin fotorəssamı" mükafatının laureatıdır, müxtəlif ölkələrdə təşkil olunan sərgilərdə iştirak edib. 2007-ci ildə Amerikanın Photo District News jurnalı Rəna Əffəndini dünyada 30 ən məşhur fotoqraf siyahısına daxil edib. Onun fotoları Le Monde, Le Figaro, Liberation, Courrier International, Newsweek, Days Japan, Reponse Photo, "Oqonek", "Ekspert" i "Bolşoy Qorod" jurnallarında dərc edilib. Rəna Əffəndi Photographer.ru qalereyasının müəllifi Azərbaycan Fotoqraflar Birliyinin üzvüdür.
Rəna Əfəndizadə
Rəna Mahmud qızı Əfəndizadə (29 noyabr 1929, Bakı) — Azərbaycan memarı, Azərbaycan SSR əməkdar arxitektoru (1979). == Həyatı == Rəna Əfəndizadə 29 noyabr 1929-cu ildə Bakıda anadan olmuşdur. 1954-cü ildə Moskva Memarlıq İnstitutunu bitirmişdir. 1963-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda işləməyə başlamış, 1989–1998-ci illərdə şəhərsalma və müasir memarlıq şöbəsinə rəhbərlik etmişdir. 1967-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. Uzun müddət Azərbaycan Memarlar İttifaqının idarə heyətinin üzvü olmuşdur.Rəna Əfəndizadə bir sıra yaşayış evlərinin layihə müəllifidir. Azərbaycan və Bakının memarlığı və şəhərsalma məsələlərinə həsr olunmuş 50-dən artıq əsərin, eləcə də 5 monoqrafiyanın müəllifidir.
Rəna Əliyeva
Əliyeva Rəna Qurban qızı (21 yanvar 1948, Bakı) — Əməkdar elm xadimi, Əməkdar həkim. Tibb elmləri doktoru. Azərbaycan Stomatoloqlar Assosiasiyasının (ASA) prezidenti. Azərbaycan Tibb Universitetinin uşaq stomatologiyası kafedrasının müdiri, Azərbaycan Tibb Universitetinin Elmi Şurası, Stomatologiya fakültəsinin Elmi Şurası, Dissertasiya Şurasının üzvüdür. == Həyatı == Əliyeva Rəna Qurban qızı 21 yanvar 1948-ci ildə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində anadan olmuşdur. 1966-cı ildə Bakı şəhəri 8 №-li orta məktəbi medalla bitirmiş, N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun stomatologiya fakültəsinə daxil olmuşdur. İnstitutun Elmi Şurasının qərarı ilə 1971-ci ildə Azərbaycan Tibb İnstitutunun cərrahi stomatologiya kafedrasına klinik ordinaturaya göndərilmişdir. 1973-cü ildə Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunun stomatologiya kafedrasına işə qəbul edilmiş, ardıcıl olaraq baş laborant vəzifəsindən dosent vəzifəsinə kimi yüksəlmişdir. == Elmi fəaliyyəti == 1991-ci ildə R. Əliyeva Moskva şəhərində, SSRİ Səhiyyə Nazirliyinin Mərkəzi Elmi Tədqiqat Stomatologiya İnstitutunda "Üz-çənə nahiyəsinin fleqmonası olan xəstələrdə böyrəküstü, mədəaltı və qalxanabənzər vəzilərin funksional vəziyyəti" mövzusunda dissertasiyasını böyük uğurla müdafiə etmiş (elmi məsləhətçilər: SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü, tibb elmləri doktoru, professor N. N. Bajanov və SSRİ Tibb Elmləri Akademiyasının həqiqi üzvü, tibb elmləri doktoru, professor İ. İ. Dedov) və tibb elmləri namizədi elmi dərəcəsini almışdır. Sonra, 1998-ci illərə qədər R. Əliyeva əmək fəaliyyətini Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunda davam etmişdir.
Rəna Əsədova
Rəna Şərif qızı Əsədova (25 yanvar 1962) — texnika üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutu-nun "Elmi-texniki informasiya və patent tədqiqatları" şöbəsinin müdiri, dosent. == Həyatı == Əsədova Şərif qızı Rəna 25 yanvar 1962-ci ildə Şəki rayonunun Baş Göynük kəndində ziyalı ailəsində anadan olmuşdur. 1969-1979-cü illərdə orta məktəbdə təhsil almış, 1979-1985-ci illərdə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda təhsil almışdır. 1980-2003-cü illərdə Sumqayıt Dövlət Universitetində (keçmiş Az NKİ-nun Sumqayıt filialı, sonradan Azərbaycan Sənaye İnstitutu) laborant, baş laborant, assistent, baş müəllim vəzifələrində çalışmışdır. 2001-ci ilin oktyabr ayında "Sənaye obyektlərinin idarə sistemləri üçün bütöv maqnit keçiricili ikiölçülü elektromaqnit böyük yerdəyişmələr çeviricisinin işlənilməsi və tədqiqi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək texnika üzrə fəlsəfə doktoru, 2014-cü ildə dosentlik diplomu almışdır. 2003-cü ilin yanvar ayından AMEA-nın Kibernetika İnstititunda "Kommunikasiya şəbəkələrinin modelləşdirilməsi" laboratoriyasında elmi işçi vəzifəsində, 2004-cü ildən bu günə kimi "Elmi-texniki informasiya və patent tədqiqatları" şöbəsinin rəhbəri vəzifəsində çalışır. Hal-hazırda "Ştanqlı dərinlik nasosları ilə layın istismarı zamanı neft hasilatı prosesinin riyazi modelləşdirilməsi və optimallaşdırılması" mövzusunda doktorluq dissertasiya işi üzərində çalışır. 34 elmi məqalənin, o cümlədən, 2 respublika və bir Avrasiya patentinin, bir metodik vəsaitin müəllifidir. Məqalələri Respublikanın və xarici ölkələrin nüfuzlu elmi jurnallarında dərc olunmuşdur. Ailəlidir.
Rəza Dəğati
Reza Deqati (26 iyul 1952, Təbriz) — Milli Coğrafiya Cəmiyyətinin Reza ləqəbi ilə tanınan Azərbaycan əsilli fransız fotoqrafı, humanist. == Həyatı == Reza Deqati 1952-ci il 26 iyul tarixində Təbrizdə azərbaycanlı ailəsində dünyaya gəlib. İlk şəklini 14 yaşında çəkən Reza bu fotosunu məktəbdə fəaliyyət göstərən Pərvaz adlı jurnalda yayımlayıb. Daha sonra Tehran Dövlət Universitetində Memarlıq üzrə təhsilini davam etdirən Reza burada fotolar çəkib yaymağa davam edir. Öz fəaliyyətinə görə 22 yaşında şah rejimi tərəfindən 3 il müddətində həbs olunaraq 5 ay işgəncələrə məruz qalır. Həbsdən çıxdıqdan sonra memarlıq təhsilini yarımçıq qoyaraq fotoqraflığa başlayır. Fəaliyyətə İran İnqilabını çəkməklə başlayır. Tezliklə çəkdikləri şəkillər dünyanın bir yerində yayımlanır. Tezliklə o Newsweek jurnalı ilə müqavilə imzalayır. 1979-cu il, 4 noyabr tarixində iranlı tələbələrin Tehranda ABŞ səfirliyində 66 amerikalı daxil olmaqla 99 nəfəri girov götürdükləri vaxt səfirlikdə olan tək jurnalist o olur.
Areca
Areka (lat. Areca) — bitkilər aləminin palmaçiçəklilər dəstəsinin palmakimilər fəsiləsinə aid bitki cinsi.
Heca
Heca — tələffüz zamanı sözün asanlıqla bölünə bilən hissələrinə deyilir. Sözlər bir, iki, üç və daha artıq hecadan ibarət ola bilər. Hər hecada bir sait hərf olur. Ona görə də sözdə neçə sait hərf varsa, bir o qədər də heca olur. Söz ortasında işlənən qoşa samitlərdən biri əvvələ, ikinci samit isə sonrakı hecaya düşür. Samit səs özündən sonra gələn sait səsin yaratdığı hecaya tabe olur.Elə sözlərdə var ki,tək hecalı olur və hecada sadəcə sait olur. Məsələn:a-ləm,ə-lək və s. Üç samitin yanaşı işləndiyi sözlərdə daha çox ilk iki samit əvvəlki saitə, üçüncü samit isə sonrakı saitə tabe olur. Məsələn: gənc-lik, xalq-lar və s. Sözün hecaya bölünməsi həmin sözün yazılışı üzrə aparılır.
Rema
Mövzu: Mövzu (yun. thema, «əsasında olan») — hansısa mətnin və ya söylənən fikrin əsas mənası, məzmun hissəsi.Mövzu (musiqi) — musiqi əsərinin yadda qalan əsas hissəsi.Mövzu (linqvistika) — remaya əks olaraq əvvəldən verilən fikir. Mövzu əvvəldən verilən əsas məzmundur. Rema mövzu haqqında bildirilən məlumat.
Reya
Reya (yun. Ῥέα, Ῥείη) – qədim yunan mifologiyasına görə titan ilahə, Uran, və Geyanın qızı, titan tanrı Kronun həm bacısı həm də arvadı, İllahə Hestiya, Demetra, Heranın və tanrı Aid, Poseydon və Zevsin anasıdır.
REA
Rusiya Elmlər Akademiyası (abbr. REA, rus. Российская академия наук, abbr. РАН) — Rusiyada təbiət və ictimai elmlərdə fundamental tədqiqatlar aparan aparıcı elmi təşkilat, dövlət elmlər akademiyası. Akademiyanın əsas vəzifəsi təbiətin, cəmiyyətin, insanın inkişafı barədə, həmçinin Rusiyanın texnoloji, iqtisadi, sosial və mənəvi inkişafına dəstək olacaq biliklərin əldə edilməsini təmin edən fundamental tədqiqatların təşkil etməkdir. Rusiya Elmlər Akademiyası Rusiya Federasiyasının Konstitusiyasının 44-cü maddəsinə görə dövlət elmlər akademiyası formasında olan vacib konstitusiya-ictimai qeyri-kommersiya təşkilatıdır. Akademiyanın 1000 elmi institutu, 50 min elmi işçisi, 860 həqiqi üzvü, 1113 müxbir üzvü, 715 akademiyasının professoru vardır. == Rəhbərlik == Gennady Krasnikov — Rusiya Elmlər Akademiyasının Prezidenti (2022). == Ədəbiyyat == Пекарский А. История Императорской академии наук в Петербурге. СПб., 1873.
Areca andersonii
Areca andersonii (lat. Areca andersonii) — bitkilər aləminin palmaçiçəklilər dəstəsinin palmakimilər fəsiləsinin areka cinsinə aid bitki növü.
Areca catechu
Katexu palması (lat. Areca catechu) — bitkilər aləminin palmaçiçəklilər dəstəsinin palmakimilər fəsiləsinin areka cinsinə aid bitki növü.
Areca chaiana
Areca chaiana (lat. Areca chaiana) — bitkilər aləminin palmaçiçəklilər dəstəsinin palmakimilər fəsiləsinin areka cinsinə aid bitki növü.
Areca concinna
Areca concinna (lat. Areca concinna) — bitkilər aləminin palmaçiçəklilər dəstəsinin palmakimilər fəsiləsinin areka cinsinə aid bitki növü.
Areca glandiformis
Areca glandiformis (lat. Areca glandiformis) — bitkilər aləminin palmaçiçəklilər dəstəsinin palmakimilər fəsiləsinin areka cinsinə aid bitki növü.
Areca guppyana
Areca guppyana (lat. Areca guppyana) — bitkilər aləminin palmaçiçəklilər dəstəsinin palmakimilər fəsiləsinin areka cinsinə aid bitki növü.
Areca hutchinsoniana
Areca hutchinsoniana (lat. Areca hutchinsoniana) — bitkilər aləminin palmaçiçəklilər dəstəsinin palmakimilər fəsiləsinin areka cinsinə aid bitki növü.
Areca ipot
Areca ipot (lat. Areca ipot) — bitkilər aləminin palmaçiçəklilər dəstəsinin palmakimilər fəsiləsinin areka cinsinə aid bitki növü.
Areca macrocarpa
Katexu palması (lat. Areca catechu) — bitkilər aləminin palmaçiçəklilər dəstəsinin palmakimilər fəsiləsinin areka cinsinə aid bitki növü.
Areca parens
Areca parens (lat. Areca parens) — bitkilər aləminin palmaçiçəklilər dəstəsinin palmakimilər fəsiləsinin areka cinsinə aid bitki növü.
Areca triandra
Areca triandra (lat. Areca triandra) — bitkilər aləminin palmaçiçəklilər dəstəsinin palmakimilər fəsiləsinin areka cinsinə aid bitki növü.
Areca whitfordii
Areca whitfordii (lat. Areca whitfordii) — bitkilər aləminin palmaçiçəklilər dəstəsinin palmakimilər fəsiləsinin areka cinsinə aid bitki növü.
Atriplex recta
Atriplex patula (lat. Atriplex patula) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin sirkən cinsinə aid bitki növü. == Sinonimləri == Atriplex agrestis Schur Atriplex amana Post Atriplex angustifolia Sm. Atriplex erecta Huds. Atriplex hastata subsp. patula (L.) E.Pons Atriplex hastata var. patula (L.) Farw. Atriplex hastilifolia Rchb. ex Steud. Atriplex macrodira Guss.
Beca (vilayət)
Beca vilayəti (ərəb. باجة‎) — Tunisin 24 vilayətindən biri. == Ərazisi == Beca vilayətinin ərazisi 3 740 km2-dır. Beca vilayəti Aralıq dənizinin sahilində yerləşir.
Beca vilayəti
Beca vilayəti (ərəb. باجة‎) — Tunisin 24 vilayətindən biri. == Ərazisi == Beca vilayətinin ərazisi 3 740 km2-dır. Beca vilayəti Aralıq dənizinin sahilində yerləşir.
Clematis recta
Düz ağəsmə (lat. Clematis recta) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin ağəsmə cinsinə aid bitki növü.
Heca vəzni
Heca vəzni (sillabik vəzn) — misralarda heca saylarının bərabərliyinə və ahəngdar bölgülənməyə əsaslanan şeir vəzni. Əksər dünya xalqlarının (türk, fars, rus, fransız, italyan və s.) şeirində işlənmişdir. Heca vəzninin ən mühüm şərti ölçüdür. Xüsusən kiçik ölçülü şeirlərdə (üçhecalıqlardan, səkkizhecalıqlaradək) hecaların sayının bərabərliyi heca vəznində yazılmış şeirlərin yeganə poetik göstəricisi kimi çıxış edə bilir. Azərbaycan milli şeir quruluşunda tələb olunan ən zəruri şərtlər ölçü, bölgü və qafiyədir. Bu üç əsas tələb şeir texnikasının ən vacib atributları olmaqla yanaşı, həm də şeiri nəsrdən fərqləndirən mühüm amillərdən biridir. Ölçü şeir texnikasında daha vacib yer tutur. Çünki məhz ölçüyə görə şeirin vəzni müəyyən olunur. Əslində vəzn şeirin ölçüsü, misraların həcmi deməkdir. Misraların həcmi dedikdə, hər şeydən əvvəl, oradakı hecaların sayı nəzərdə tutulur.