Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Spunk Ransom
Robert Duqlas Tomas Pattinson (13 may 1986, London) — İngiltərəli aktyor. Həm yüksək büdcəli, həm də müstəqil filmlərdəki rolları ilə tanınır. Pattinson ən çox qazanan aktyorlar siyahısındadır. Time jurnalı onu 21-ci əsrin ən nüfuzlu şəxslərindən biri seçib. == Karyerası == Pettinson aktyorluq karyerasına qısa vaxt əvvəl Ali Edelin rejissorluq etdiyi, Sem Vest və Benno Furmannın baş rolda yer aldığı, bir alman dastanı olan Nibelunq ilə bağlı "Nibelunqların üzüyü" filmi ilə başladı. Riz Uiterspunun "Qürur Dünyası" filminin iki alternativ film qapanışının birində, Uiterspunun oğlu rolunda yer alsa da bu film qapanışı işlədilmədi. Robert Pettinson, bundan əvvəl, Barnes Teatr Qrupunun bir üzvü idi və Tornton Uilderin rejissorluq etdiyi Bizim şəhərimiz pyesində Corc Gibs xarakteri ilə başrol oynamışdı. Robert, həm də, Kol Porterin rejissorluq etdiyi Hərşey Gedir" musiqili dramında Lord Evelin Okley və Tess of the D'Urbevilles tragediyasında Alek xarakterini canlandırdı. Gənc aktyor, qısa vaxt əvvəl isə, OSO Sənət Mərkəzində Makbet tragediyasında Malkomu canlandırdı. Herri Potter və Atəş Qədəhi filminin oyunçu heyətinə, Üç cadugər turnirində Hoqvartsı təmsil edəcək olan Sedrik Diqqori roluyla qatıldı.
Ransomware
Ransomware, bir miqdar pul ödənilmədikdə qurbanın şəxsi məlumatlarını dərc etməklə və ya ona girişi həmişəlik bloklamaqla hədələyən kriptovirusologiyadan olan zərərli proqram növüdür. Bəzi sadə ransomware heç bir fayla zərər vermədən sistemi kilidləyə bilsə də, daha inkişaf etmiş zərərli proqram kriptovirus qəsb adlanan üsuldan istifadə edir. O, qurbanın fayllarını şifrələyir, onları əlçatmaz edir və onların şifrəsini açmaq üçün fidyə ödənişi tələb edir. Düzgün şəkildə həyata keçirilən kriptovirus qəsb hücumunda, şifrə açma açarı olmadan faylları bərpa etmək çətin bir işdir. İzləmək çətin olan paysafecard və ya Bitcoin kimi rəqəmsal valyutalar və digər kriptovalyutalar fidyə üçün istifadə olunur, bu da günahkarların axtarışını və təqibini çətinləşdirir. == Əməliyyat == Faylları şifrələyən ransomware konsepsiyası Kolumbiya Universitetində Young və Yung tərəfindən icad edilmiş və tətbiq edilmişdir və 1996-cı ildə IEEE Təhlükəsizlik və Məxfilik konfransında təqdim edilmişdir. Bu kriptovirus qəsb adlanır və Alien filmindəki qondarma facehuggerdən ilhamlanıb. Kriptovirus qəsb, təcavüzkarla qurban arasında həyata keçirilən aşağıdakı üç mərhələli protokoldur. [hücumçu→qurban] Təcavüzkar açar cütü yaradır və müvafiq açıq açarı zərərli proqrama yerləşdirir. Zərərli proqramın buraxılması üçün.
So Random!
Təsadüfə bax! və ya orijinal adıyla So Random! Disney Channel orijinal serialıdır. Qrup olaraq Sanniyə imkan verin serial qrupudur, lakin bu silsilədə Demi Lovato serialdan ayrılmışdır, qrup eyni qalmış və Çad Dilan Kuper və yeni gələnlər də olmuşdur . Əlavə olaraq, Sanniyə imkan verinin 3. mövsümü olaraq da bilinməkdədir. Hər hissədə seriala xüsusi qonaqlar gəlir və hər hissədə ortalama 4 eskiz göstərirlər.
Karl Rensom Rocers
Karl Rensom Rocers (ing. Carl Ransom Rogers; 8 yanvar 1902[…], Ouk-Park[d], İllinoys – 4 fevral 1987[…], La-Hoyya[d], Kaliforniya) — amerikan psixoloqu, humanistik psixologiyanın banilərindən biridir (Abraham Masslou ilə birgə). Rocers subyektin sosial mühim ilə qarşılıqlı əlaqəsi zamanı fomalaşan "mənlik konsepsiyasını" şəxsiyyətin quruluşunun mühüm tərkib hissəsi hesab edirdi. Rocers qeyri direktiv psixoterapiyanın yaradılmasında mühüm rol oynamış və onu "şəxsiyyət yönümlü psixoterapiya" (ing. person-centered psychotherapy) adlandırmışdır. 1947-ci ildə ABŞ psixologiya assosasiyasının prezidenti olmuşdur. Rocers öz üsulunu universal hesab edirdi. Belə ki, həmin üsulu mədəniyyətindən, fəaliyyət sahəsindən, dini baxışlarından asılı olmayaraq müxtəlif müştəri tiplərinə həm qruplar (tələbəvə şagirdələrə, əmək kollektivlərinə), həm də fərdi (məktəblilərə, valideynlərə, veteranlara) şəkildə tətbiq etmək mümkündür. Bu metod həm fərddaxili, həm də fərdlər arası və qruplararası münaqişələrin həllində istifadə edilə bilər. Rocersin "şəxsiyyət yönümlü psixoterapiya"sı müştərilərin üzləşdiyi müxtəlif əməli problemlərin həllində istifadə edilir.
Random Access Memories
Random Access Memories — fransız elektron musiqi dueti Daft Punkun 2013-cü ilin mayında buraxılmış dördüncü studiya albomu.
Razoom
Şanson
Şanson (fr. chanson - mahnı) — vokal musiqi janrı. == Xarici keçidlər == Brown, Howard Mayer, et al. "Chanson." In Grove Music Online. Oxford Music Online. Dobbins, Frank. "Chanson." In The Oxford Companion to Music, edited by Alison Latham. Oxford Music Online. Michail Scherbakov. Russian Сhanson.
Ranse
Sen-Jan-de-Qonvil (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Rasam
Rasam (hind. रस्सम. kann. చారు) — Hind mətbəxində tərəvəz şorbası. Rasam şorbası Tamillər tərəfindən qəbul edilib. Həmçinin digər regional adları da vardır (teluquda çaaru, kannada da saaaru). Rassam şorbası Cənubi Hindistanda ən məşhur yeməklərdən biridir. Ənənəvi olaraq pomidor, çili bibəri, bibər, kemyon və digər ədviyyatlar tamarind suyuna əlavə edilərək hazırlanır. Buxarda bişirilmiş mərciməkdə yeməyə dad verməsi üçün əlavə edilə bilər. Əvvəlcədən bütün ədviyyatlar bişirilir.
Rasim
Rasim — kişi adı. Rasim Balayev — Azərbaycan aktyoru, Azərbaycanın xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi (1990–2013) Rasim Ocaqov — Azərbaycan kinorejissoru, kinooperatoru, ssenaristi, Azərbaycanın xalq artisti (1982) Rasim NəbiyevRasim Nəbiyev (alim) — Azərbaycan alimi, texnika elmləri doktoru (2007), b.e.i. (2001)Rasim Daşdəmirov — Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Rasim Mürsəlov — Samux rayonu İcra hakimiyyətinin başçısı Rasim İbrahimov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Rason
Rason (kor. 라선 직할시) — Şimali Koreyada şəhər. Rason şəhəri 1993-2004-cü illər aralığında respublika tabeli şəhər olmuş, 2010-cu ildə isə xüsusi şəhər statusu almışdır. Ölkənin ucqar şimal-şərqində, Yapon dənizi sahilində yerləşən şəhər Çin Xalq Respublikasının Jilin vilayəti və Rusiyanın Primorsk diyarı ilə həmsərhəddir. == Həmçinin bax == Şimali Koreya Şimali Koreya coğrafiyası == İstinadlar == == Xarici keçidlər == North Korea Uncovered Arxivləşdirilib 2012-01-14 at the Wayback Machine (North Korea Google Earth) Maps out Rason's economic infrastructure, including railways, hotels, tourist destinations, cultural facilities, ports, electricity grid, and electrified perimeter fence on Google Earth.
Fandom (sayt)
Fandom – vikiləri pulsuz host etmək üçün yaradılmış xidmət. Fandom açıq kodlu proqram təminatı olan Mediaviki əsasında qurulub və yüz minlərlə vikidən ibarətdir. Vikiyanın əsası Cimmi Ueyls tərəfindən qoyulmuşdur. 2016-cı ilə kimi Wikia adlanmışdır.
Kəmalə Yanson
Kəmalə Yanson və ya Kəmalə K. Jansson (tam adı: Kəmalə Rafiq qızı Kərimova-Yanson; 18 aprel 1971, Bakı) — azərbaycanlı dekorativ-tətbiqi sənəti ustası, rəssam. Azərbaycan Rəssamlar İttifaqının üzvü (2011-ci ildən) == Həyatı == Kəmalə Rafiq qızı Kərimova 18 aprel 1971-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2010-cu ildən İsveçdə yaşayır. İsveç vətəndaşı ilə ailə qurduqdan sonra Yanson (isv. Jansson) soyadını qəbul etmişdir. == Təhsili == Orta təhsilini Bakı şəhərində — əvvəlcə 172 nömrəli məktəbdə, daha sonra isə 254 nömrəli məktəbdə almışdır. 1986–1989-cu illərdə Bakı şəhəri 84 nömrəli Orta Texniki Peşə Məktəbində "Çini və saxsı məmulatların rəngkarlığı" ixtisası üzrə ixtisaslaşmışdır. 2011–2014-cü illərdə İsveçin Onge əyalətindəki BOBERG Gimnaziyasında İsveç dili üzrə oxumuşdur. 2012–2013-cü illərdə İsveçin Frensta əyaləti Olsta kollecində moda-dizayn sahəsi üzrə təhsil almışdır. 2017–2018-ci illərdə İsveçin Onge əyalətindəki Komvux təhsil mərkəzində tərcüməçilər üçün İsveç dili üzrə təkmilləşdirmə kursu keçmişdir.
Marilyn Manson
Merlin Menson (ing. Marilyn Manson) — musiqi qrupu. == Qrup haqqında == Qrup musiqiyə 1989-ci ildə Marilyn Manson and the Spooky Kids adıyla başladı. Qrupun ilk heyətində gitarist Daisy Berkowitz, bas gitarist Olivia Newton Bundy və keyboard'da Zsa Zsa Speck var idi. Qrup ilk qurulduğunda "drum-machine" istifadə edilirdi. Qrupa qısa müddət sonra Pogo adını istifadə edən keyboard'çı Madonna Wayne Gacy və bas gitarist Gidget Gein qatıldı. Bu heyət ilə demo albom yazdılar. 1991-ci ildə "drum-machine" in yerini Sara Lee Lucas aldı. Qrup diqqət çəkməyi bacarmışdı. Nine Inch Nails qrupunun beyni Trent Reznor'un diqqətini çəkən qrup onun firması Nothing Records ilə razılaşdılar.
Tuve Yanson
Tuve Yansson (9 avqust 1914[…], Helsinki – 27 iyun 2001[…], Helsinki) — Finlandiya yazıçısı, karikaturaçısı, dizayneri və rəssamı. Muumin kitablarının müəllifidir. == Həyatı == Tuve Yansson heykəltaraş Viktor Yansson və rəssam Siqne Hammarsten-Yanssonun qızı kimi Finlandiyada anadan oldu. Qardaşları da incəsənətlə məşğul idilər: Per Olof Yansson fotoqraf, Lars Yansson yazıçı və karikaturaçıdır. Finlandiya vətəndaşı olmasına baxmayaraq ana dili dili isveç dili olmuşdur. Buna görə bütün kitabları isveç dilindədir. Dəniz Tuve Yanssonun əsas ilham qaynağı idi. Yayda tez-tez Fin körfəzindəki adalarda ailəsi ilə dincəlirdi. Müəssisəsi Helsinkidə idi, amma daha çok Porvoo şəhərinin yaxınlığındakı Pellinki adalarından biri olan Klovharu adasında qalırdı. Qrafikçi Tulikki Pietilla ilə evli idi.
Vandom (rayon)
Vandom (fr. Vendôme) — Fransanın Mərkəz - Luara vadisi regionun rayonlarından (fr. Arrondissement) biri . Departamenti — Luara və Şer. Suprefektura — Vandom. Rayonun əhalisi 2006-cı ildə 69 690 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 41 nəf / km² . Rayon ərazisi — 1719 km².
Vandom meydanı
Vandom meydanı (fr. Place Vendôme), əvvəlki “Böyük Lüdovik meydanı” (fr. Place Louis le Grand) — Parisin “beş kral meydanından” biri. Vandom meydanı Parisin I arrondessmentində Paris operasının yaxınlığında yerləşir. Meydana Paris metrosunun 3,7,8 xəttləri ilə yetişmək mümkündür. Vandom meydanı 1699 cu ildə XIV Lüdovikin şərəfinə memar Jyulya Arduen Mansara tərəfindən layihələşdirilərək salınmışdır. Meydan öz adını Sezar de Vandom sarayından götürmüşdür. Belə ki, 1720 ci ildə inşaası tamamlanan, klassisizm memarlıq üslubunda olan Sezar de Vandom sarayı meydanı əhatə edir. Meydanın mərkəzində 44 m hündürlüyündə Romadakı Trayan sütununun bənzəri olan Vandom sütunu ucalmaqdadır. Sütunun ucunda Napoleonun heykəli qoyulmuşdur.
Vandom sütunu
Vandom sütunu (fr. la colonne Vendôme) — Parisdə Vandom meydanında sütun. Sütun eyniadlı meydanda ucaldılmışdır. == Tarixi == Meydanın özü 12 sentyabr 1685 ci il dekretinə əsasən, 13 avqust 1699 cu ildə XIV Lüdoviqin zamanında memar fr. Jules Hardouin-Mansart tərəfindən salınmışdır. O zaman meydanın mərkəzində XIV Lüdoviqin atlı heykəli yerləşmişdir. Böyük Fransa inqilabından sonra meydan 7 avqust 1792 ci ildə dağıdılır. 1799 cu ildən meydan Vandom adını almış olur. 1 oktyabr 1803 cü il Napoleonun dekretinə əsasən meydanda yeni bir sütun tikilir. Vandom sütunu Romadakı Trayan sütununun bənzəri olub, 1805-ci il Rusiya - Avstriya - Fransa müharibəsi zamanı Fransa ordusunun Austerlits döyüşündəki qələbəsi şərəfinə ələ keçirilmiş 133 qənimət topunun əridilməsindən tökülmüşdür.
Anson arxipelaqı
Anson arxipelaqı (ing. Anson Archipelago) — Sakit okaenda, Yaponiya ilə Havay adaları arasında sahəni əhtə edən edir. Qrupa Ueyk rifi, Minamitori və bir neçə Kabus ada daxildir. Kabus adalar: Los Hardines (Los Jardines) — Marşall adalarından şərqdə, iki kabus ada. Adalar 1528-ci ildə Alavaro de Saavedra və 1542-ci ildə isə Lopes de Vilyalobes ziyarət etmişdir Nakanotorişima, həmcinin Qanqnes adı ilə (ing. Ganges Island) tanınır. — kabus ada 30°45′ şm. e. 154°25′ ş. u.
Corc Anson
Corc Anson (1697–1762)
Kanso boğazı
Kanso boğazı - Kanadanın şərqində Müqəddəs Lavrentiya körfəzinin bir hissəsi olaraq Keyp-Breton adasını Yeni Şotlandiya yarımadasından ayırır. Uzunluğu 27 km, eni 3 km, dərinliyi 61 m təşkil edir. Boğazın hər iki tərəfi ilə gəmilərlə əlaqə yaradılır. Sahillərində Port-Honsberi və Malqreyli şəhərləri vardır.
Rasim Məmmədov
Rasim Məmmədov (fizik) — fizika-riyaziyyat elmləri doktoru (2004), Professor (2005). Rasim Məmmədov (mayor) — Azərbaycan mayoru. Aprel döyüşləri şəhidi.
Rasim Nəbiyev
Nəbiyev Rasim Nəsib oğlu (10 may 1957) – yerüstü komplekslər, start avadanlıqları, uçuş aparatları və onların sistemlərinin istismarı ixtisası üzrə Azərbaycan alimi, texnika elmləri doktoru (2007), b.e.i. (2001), == Həyatı == 1979-cu ildə Azərbaycan Politexnik İnstitunu bitirərək Elektronçu mühəndis ixtisasını almışdır. 1979-cu ildən SSRİ Müdafiə Sənayesi Nazirliyinin "Fotoelektronika" Elmi-tədqiqat İnstitunda mühəndis kimi fəaliyyətə başlayaraq Baş Elmi İşçi vəzifəsinə qədər yüksəlmişdir. Bu dövrdə gecə görmə qurğuları üçün fotohəssas elementlərin işlənməsi ilə məşğul olmuşdur.1987-ci ildə fizika-riyaziyat elmləri namizədi alimlik dərəcəsi almışdır. 1994 – cü ildən Mill Aviasiya Akademiyasının Elmi-tədqiqat Aviasiya İnstitunitunda Aviasiya Elektronikası şöbəsinin rəisi və Aviasiya cihazları kafedrasında professoru, İnstitutun elmi şurasının elmi katibi, Elmi-tədqiqat sektorunun rəisi vəzifəsində işləmişdir. 200-dan çox elmi əsərin müəllifidir. O jümlədən 1 dərsliyin («Aviasiya elektronikası» azərbayjan, rus və ingilis dillərndə) və 9 monoqrafiyanın 16 ixtiranın müəllifidir. Onun rəhbərliyi və birbaşa iştirakı ilə Aviasiya sahəsində tətbiq olunan mühüm əhəmiyyətli layihələrin texniki-iqtisadi əsaslandırmaları aparılmış, yüklərin təhlükəsiz daşınmasına kompleks nəzarət sistemi layihələndirilmiş, aeroportların radiotexniki obyektlərinə kompleks nəzarət sistemi ASK-1, elektron idarəli birfazalı və üçfazalı gərginlik stabilizatorları BGS-4 və ÜGS-10, induksiya kabelaxtaranı İKİ-1, agrodrom elektrik qızdırıcısı AEQ-02-20000, təyyarələrin yüklənməsini ölçən qurğu İZS-110, radioaktiv yüklərə nəzarət quryusu RNQ-001 kimi cihazlar və sistemlər layihələndirilmiş, hazırlanmış və istehsalata tədbiq olunmuşdur. «Milli Aviasiya Akademiyasının Elmi Əsərləri» toplusunun elmi redaktorudur. Milli Aviasiya Akademiyasının dissertasiya işlərinin müdafiəsi üzrə ixtisaslaşdırılmış Şurasının üzvüdür.
Rasim Ocaqov
Ocaqov Rasim Mirqasım oğlu (22 noyabr 1933, Nuxa – 11 iyul 2006, Bakı) — Azərbaycan kinorejissoru, kinooperatoru, ssenaristi, Azərbaycanın xalq artisti (1982), Azərbaycan SSR (1967) və Çeçen-İnquş MSSR (1964) əməkdar incəsənət xadimi, SSRİ Dövlət mükafatı laureatı (1981), Azərbaycan SSR Dövlət Mükafatı laureatı (1980). == Həyatı == Rasim Ocaqov 1933-cü il noyabr ayının 22-də Azərbaycanın Şəki şəhərində anadan olub. 1951-1956-cı illərdə Moskvada ÜDKİ-nin kinooperatorluq fakültəsində təhsil alıb. Daha sonra M.A.Əliyev adına ADİİ-nun rejissorluq fakültəsini bitirib. 1956-cı ildən "Azərbaycanfilm" kinostudiyasında quruluşçu-operator, 1973-cü ildən quruluşçu rejissor işləyib. 50-ci illərin sonlarında Bakı kinostudiyasında ilk çəkilişlərinə başlayıb. 1957-ci ildə ilk dəfə operator kimi "Bir məhəlləli iki oğlan" filmini lentə alıb. Filmdə baş operator Marqarita Pilixina olub. "Onun böyük ürəyi" (1958) filmi R. Ocaqovun ilk sərbəst işi idi. Film Sumqayıt metallurqlarının həyatına həsr olunmuşdu.
Rasim Qaraca
Rasim Qaraca — azərbaycanlı yazıçı, jurnalist. == Həyatı == Rasim Qaraca 1960-cı ildə Şirvan şəhərində anadan olub. İxtisasca jurnalistdir, Azərbaycan Dövlət Universitetini bitirib. Öz ölkəsində çeşidli qəzetlərdə xəbər yazarı, reportyor kimi çalışıb, 1991-ci ildə SSRİ dağılandan və Azərbaycan müstəqillik qazanandan sonra sərbəst fəaliyyətə başlayıb. Ölkəsinə İlk müstəqil ədəbiyyat dərnəyi “Baca”nı yaradıb, dərnəyin mətbuat orqanı “Yaşıl söz”ü buraxıb. Böhranlı keçid illərində Rusiyada yaşayıb, 2000-ci ildə Bakıya qayıdıb və “Azad Yazarlar Ocağı” ədəbiyyat qurumunu təşkil edib, “Alatoran” ədəbiyyat jurnalını təsis edib. Jurnal yeni nəsil yazarların yetişməsndə ciddi rol oynayıb. Rasim Qaraca hal-hazırda Alatoran nəşriyatının rəhbəridir. Nəşriyyat bu günədək 500-dən artıq kitab nəşr edib. Rasim Qaracanın 15 kitabı - şeir, hekayə və romanları nəşr olunub.
Rasim Qarayev
Rasim Şirin oğlu Qarayev - iqtisad elmləri namizədi, professor, Hacı İsmayıllılar nəsli == Həyatı == Rasim Qarayev 15 yanvar 1930-cu ildə Ağdam rayonunun Seyidli kəndində anadan olmuşdur. İlk təhsilini Ağdam şəhər 2 nömrəli ibtidai məktəbdə almış, 1949-cu ildə Ağdam şəhər 1 nömrəli orta məktəbi bitirmişdir. O, 1949-1954 illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsinin siyasi iqtisad şöbəsində ali təhsil almış, qırmızı diplomla qurtarmışdır. Rasim Qarayev müsabiqə yolu ilə siyasi iqtisad fənni üzrə Azərbaycan Qiyabi Dövlət Pedaqoji İnstitutuna baş müəllim təyin edilmişdir. Azərbaycan Qiyabi Dövlət Pedaqoji İnstitutu Azərbaycan Pedaqoji İnstitutuna (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) birləşdirildikdən sonra həmin təhsil ocağında baş müəllim ştatı ilə siyasi iqtisad fənnindən dərs demişdir. Rasim Qarayev 1967-ci ildə dissertasiya müdafiə edərək, iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır. Rasim Qarayev Azərbaycan Dövlət Pedaqoji Universitetində baş müəllim (1954-1970), dosent (1970-1986), professor (1986-2002) vəzifələrində çalışmışdır. O, kafedra müdirinin müavini (1969-1975), kafedra müdiri (1975-1999) vəzifələrində işləmişdir. Rasim Qarayev 9 fevral 2003-cü ildə vəfat etmişdir. == Elmi fəaliyyəti == Rasim Qarayev bır neçə elmi əsərin, tədris vəsaitinin müəllifidir.
Buas-Panşo
Buas-Panşo (fr. Boisse-Penchot, oks. Boissa e Panchòt) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Dekazvil kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12028. Kommuna təxminən Parisdən 480 km cənubda, Tuluza şəhərindən 130 km şimal-şərqdə, Rodezdən isə 40 km şimal-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 540 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 311 nəfər (15-64 yaş arasında) 211 nəfər iqtisadi cəhətdən, 100 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 67,8%, 1999-cu ildə 70.2%).