Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Raqif Abbasov
Raqif Abbasov (tam adı: Abbasov Raqif Arif oğlu) — Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi, Milli Olimpiya Komitəsinin üzvü, Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi (2021). == Həyatı == Abbasov Raqif Arif oğlu 22 noyabr 1976-cı ildə Cəlilabad rayonu, Göytəpə şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1993-cü ildə Bakı şəhəri 151 saylı orta məktəbi bitirmişdir. Azərbaycan Texniki Universiteti 1993–1997-ci illərdə (mühəndis) əyani, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası 1999–2003-cü illərdə (Bədən Tərbiyəsi və İdman) qiyabi, Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası 2005–2007 (Dövlət və Bələdiyyə) müdavim əyani, Elm və Təhsil Mərkəzi Təfəkkür Universiteti 2000–2002-ci illərdə (nəqliyyatın istismarı) magistr əyani bitirmişdir. Türk, Rus, İngilis dillərini bilir. Ehiyatda olan zabitdir. === Ailəsi === Ailədir, üç övladı var. == Fəaliyyəti == === Əmək fəaliyyəti === 1997–1998-ci illərdə Azərbaycan Ticarət Səhmdar Cəmiyyəti aparıcı məsləhətçi işləyib. 1999–2001 Gənclər və İdman Nazirliyi baş məsləhətçi işləmişdir. 2002–2005 Gənclər və İdman Nazirliyi sektor müdiri, 2005–2007 Gənclər və İdman Nazirliyi Mətbuat katibi-şöbə müdiri işləyib.
Raqif İsrayılov
Raqif İbadulla oğlu İsrayılov (11 mart 1975, Şamaxı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovniki. İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. == Haqqında == Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Raqif İsrayılova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.
Vaqif
Vaqif — Kişi adı. Vaqif Axundov — Vaqif Quliyev — Vaqif ƏliyevVaqif Əliyev (nazir müavini) — Vaqif Əliyev (aktyor) — Vaqif Əliyev (alim) —Vaqif VəliyevVaqif Vəliyev (ədəbiyyatşünas) — filologiya elmləri doktoru (1972), professor (1976). Vaqif Vəliyev — Gəncə şəhər İcra Hakimiyyətinin başçısı (1993)Vaqif AbdullayevVaqif Abdullayev (riyaziyyatçı) — Azərbaycanlı alim. Vaqif Abdullayev (siyasətçi) — Azərbaycanlı siyasətçi.
Hacı Vaqif
Vaqif Süleyman oğlu Vəliyev (31 dekabr 1940, Kirovabad – 24 iyun 1993, Gəncə) — Gəncə şəhər İcra Hakimiyyətinin başçısı (1993) == Həyatı == Vaqif Vəliyev 1940-cı ildə Gəncədə doğulub. Sonra Özbəkistana getmiş Hacı Vaqif Özbəkistandakı azərbaycanlılar arasında xeyriyyəçi kimi tanınıb. Vaqif Süleyman oğlu Vəliyev 16 iyun 1993-cü ildən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı olmuşdur O, çox qısa müddətdə Gəncə şəhərinin icra başçısı olub və vəzifədə olduğu müddətdə Gəncə şəhərindəki İmamzadəni təmir etdirib, qısa müddətdə Gəncə əhalisinin böyük rəğbətini qazanıb. Hacı Vaqif 1993-cü ildə Gəncə şəhər İcra Hakimiyyətində iş otağında güllələnərək qətlə yetirilib.
Naqif Həmzəyev
Həmzəyev Naqif Ələşrəf oğlu (24 may 1983, Nərimanlı, Vardenis rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin V və VI çağırış deputatı (2015, 2020), YAP Gəncə şəhər təşkilatının sabiq sədri (2013–2022). YAP Təftiş komissiyasının üzvü. Tarix üzrə fəlsəfə doktoru. == Həyatı və təhsili == Naqif Həmzəyev 24 may 1983-cü ildə Basarkeçər rayonu Nərimanlı kəndində anadan olub. Təhsilinə 1988-ci ildə Nərimanlı kənd orta məktəbində başlamış, 2000-ci ildə Gəncə şəhəri Əhməd Cavad adına 2 saylı orta məktəbdə tamamlamışdır. 2000-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə qəbul olunub. 2003–2004-cü illərdə Türkiyə Cümhuriyyəti Atatürk Universitetində "qonaq tədqiqatçı" statusu ilə "Birinci dünya müharibəsi illərində Türkiyə-Rusiya münasibətləri və erməni terroru" mövzusunda araşdırma aparıb. 2004-cü ildə eyni adlı buraxılış işini müdafiə edərək Bakı Dövlət Universitetinin tarix fakültəsinin bakalavr pilləsini bitirib. 2004-cü ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinin magistr pilləsinə daxil olub. 2004–2006-cı illərdə Türkiyə Cümhuriyyətinin bir neçə universiteti və arxivlərində "İraq Türkmənlərinin tarixi" mövzusunda araşdırma aparıb.
Radif Akçurin
Radif Qaley oğlu Akçurin (rus. Радиф Галеевич Акчурин; 1 iyun 1985) — kureş güləşi üzrə dünya çempionu. == Həyatı == Başqırdıstan Respublikasının Fyodorvski rayonunda anadan olmuşdur. "Batır" yeniyetmələr klubunun şagirdi, rəhbərlərindən biri atası Qaley Zaynulloviç Akçurin olmuşdur.Radif rayonlar arası keçirilən sabantuy yarışlarının bir neçə dəfə qalibi olmuşdur. 28 iyun 2008-ci ildə 90 kq-dan yuxarı çəki dərəcəsində Başqırdıstan Respublikası kureş milli güləşi üzrə turnirin qalibi olmuşdur, turnir "Batır-2008" sabantuy yarışlarının rayon və şəhər qalibləri arasında keçirilirdi.16 aprel 2010-cu ildə Başqırdıstan kənd idman oyunları hesabat yarışlarında birinci yeri tutmuşdur.24 aprel 2010-cu ildə Ufada keçirilən Böyük Vətən Müharibəsi Qələbəsinin 65-ci ildönümünə həsr olunmuş kureş milli güləş üzrə açıq respublika turnirində birinci yeri tutmuşdur.12 İyun 2010-cu ildə Başqırdıstan Respublikasının İşimbay rayonunda keçirilən Salavat Yiynı bayramında kureş güləşçiləri arasında mütləq çempion adını qazandı.
Raqib Hüseynov
Raqib Adil oğlu Hüseynov (28 iyun 1993; Şahbuz rayonu, Azərbaycan — 29 sentyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Raqib Hüseynov 1993-cü il iyun 28-də Şahbuz rayonunun Mərəlik kəndində anadan olub. 2011-2015-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Subay idi. == Hərbi xidməti == Raqib Hüseynov 2015-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. 2015-2017-ci illərdə Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissədə, 2017-2020-ci illərdə Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissədə, 2020-ci ildən isə Naftalan şəhərində yerləşən "N" saylı hərbi hissədə xidmət edirdi. Azərbaycan Ordusunun baş leytenantı olan Raqib Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Raqib Hüseynov sentyabrın 29-da Talış istiqamətində zamanı şəhid olub. Naxçıvan şəhərində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Raqib Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Raqib Hüseynov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Raqib Hüseynov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Raqib Qimayev
Raqib Nəsrətdin oğlu Qimayev (başq. Рәғиб Насретдин улы Ғимаев; 1 yanvar 1935 — 29 yanvar 2016, Ufa) — başqırd əsilli SSRİ və Rusiya alimi, texniki elmlər doktoru, professor, Başqırdıstan Elmlər Akademiyasının həqiqi üzvü (1999), Başqırdıstan Dövlət Universitetinin 1981-1999-ci illərdəki rektoru. == Bioqrafiya == Başqırd Muxtar Sovet Sosialist Respublikası Kiqinski rayonu, İbrayevo kəndində anadan olmuşdur. Milliyyətcə başqırddır. 1958-ci ildə Ufa Dövlət Neft Texniki Universitetini bitirmiş və 1963-cü ilə qədər Yeni-Ufa Neftayırma zavodunda işləmişdir. 1976-cı ildən Ufa Dövlət Neft Texniki Universitetində Neft və Qaz texnologiyaları kafedrasında aparıcı üv olmuşdur. Sonradan isə Başqırdıstan Dövlət Universitetində tenologiyalar fakultəsində dekan işləmişdir. 1981 - 1999-cu illər ərzində isə Başqırdıstan Dövlət Universitetinin analitik kimya və ümumi kimya texnologiyaları kafedrasının aparıcı üzvü və ümumilikdə universitetin rektoru olmuşdur. Raqib Qimayev neft və qazın kimya emalı sahəsində dünya nüfuzuna malik bir mütəxəssisdir. Neft xammalına əsaslanan karbon materialları istehsalı üçün elmi məktəb yaradıcısıdır.
Raqib Əzizov
Raqib Vidadi oğlu Əzizov (29 avqust 1991; Masallı rayonu, Azərbaycan — 8 dekabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsinin veteranı, şəhid. == Həyatı == Raqib Əzizov 1991-ci il avqustun 29-da Masallı rayonunun Yolağac kəndində anadan olub. 1997-ci ildə Yolağac kənd ümumi orta məktəbinin birinci sinfinə daxil olub, 2008-ci ildə Güllütəpə kənd tam orta məktəbini bitirib. Ailəli idi. 2 övladı yadigar qaldı. == Hərbi xidməti == Raqib Əzizov 2009-2011-ci illərdə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2012-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin TTM-də təhsil alan Raqib Əzizov, 2013-cü ilin aprelindən "N" saylı hərbi hissədə bağlama rabitə bölüyünün mobil retransiyasiya stansiyasının rəisi vəzifəsində xidmət edib. Azərbaycan Ordusunun giziri olan Raqib Əzizov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Dekabrın 8-də Azərbaycanın Xocavənd rayonunun Hadrut qəsəbəsi istiqamətində qanunsuz erməni silahlı qrupu və ya ərazidə qalmış Ermənistan Silahlı Qüvvələrinin qalıqlarından ibarət bir neçə nəfər Azərbaycan Ordusunun bölmələrinə hücum edib. Nəticədə gizir Raqib Əzizov şəhid olub.
Raqil İsmayılov
Raqil Rafiq oğlu İsmayılov (16 avqust 1994; Salyan rayonu, Azərbaycan — 7 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Raqil İsmayılov 1994-cü il avqustun 16-da Salyan rayonunun Sarvan kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Raqil İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Raqil İsmayılov noyabrın 7-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Raqil İsmayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Raqil İsmayılov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Raqil İsmayılov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Raqim Hadiyev
Raqim Teymur oğlu Hadiyev (19 mart 1999, Ələzəpin, Lənkəran, Azərbaycan — 4 noyabr 2020, Qubadlı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Raqim Hadiyev 1999-cu il martın 19-u Lənkəran rayonunun Alazepin kəndində anadan olub. Orta təhsilini Alazepin kənd məktəbində aldıqdan sonra hərbi xidmətə yollanıb. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Həci Hüseynov Füzuli, Cəbrayıl, Hadrut istiqamətində gedən döyüşlərdə savaşıb. 4 noyabr 2020-ci il tarixində Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Lənkəranda torpağa tapşırılmışdır.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Raqim Hadiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Raqim Hadiyev "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Raqim Hadiyev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Raqim Hadiyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Raquf Orucov
Raquf İbrahim oğlu Orucov (12 iyul 1972, Cinli, Ağdam rayonu — 2 aprel 2016, Gəncə) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Qarabağ müharibəsi iştirakçısı, 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib. == Həyatı == === Erkən illəri === Raquf Orucov 1972-ci il 12 iyulda Ağdam rayonunun Cinli kəndində Raya və İbrahim Orucovların ailəsində anadan olub. Ailənin birinci övladı olan Raqufun özündən başqa üç qardaşı və bir bacısı var idi. 1990-cı ildə Sovet Qoşunlarında xidmət edən Raquf Orucov bir müddət sonra ordudan ayrılmış Azərbaycan Ordusunun sıralarına qoşulmuş, üç-dörd ay ərzində Fərrux dağı və Aranzəmin kəndində aparılan hərbi əməliyyatlar zamanı ayağından ağır qəlpə yarası almışdı. Onun anası Raya xanım 1993-cü ilin 12 iyununda Ağdam rayonunun Cinli kəndini işğal edilməsi nəticəsində şəhid olmuşdur. Elə həmin ildən Raquf Orucov sənədlərini Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbinə vermiş, lakin ertəsi il həmin məktəbə qəbul ola bilmişdi. === Şəxsi həyatı === Raquf Orucov 1999-cu ildə Sevinc Alızadə ilə ailə həyatı qurmuşdu, Aqşin və Nihad adında iki oğlu var idi. == Hərbi xidməti == Raquf Orucov Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbində iki il ərzində lazımi biliklərə yiyələnmişdi. 1996-cı ildə həmin məktəbi bitirən Raquf Orucov daha sonra Bakı şəhərində yerləşən hərbi hissələrin birinə təyinat almış, amma gənc zabit ön cəbhədə olmağa üstünlük vermişdi. 1996-cı ildə təyinatını Murovdağa almış və kəşfiyyat bölüyünün komandiri kimi fəaliyyətini davam etdirmişdi.
Rasif Məmmədov
Rasif Salman oğlu Məmmədov (d. 30 noyabr 1967; Xocalı, Azərbaycan – ö. 26 fevral 1992; Xocalı, Azərbaycan) — Xocalı soyqırımı şəhidi. == Həyatı və hərbi xidməti == Rasif Məmmədov 30 noyabr 1967-ci ildə Xocalıda dünyaya göz açmışdır. Qarabağ müharibəsi illərində könüllü olaraq Milli Ordu sıralarına yazılmışdır. 26 fevral 1992-ci ildə Xocalı soyqırımı zamanı ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir. Ağdam rayonunun Uzundərə kəndində torpağa tapşırılmışdır. İgidlik və şücaətlərinə görə Azərbaycan Prezidentinin Sərəncamına əsasən Rasif Məmmədov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilmişdir. == Həmçinin bax == Qarabağ müharibəsi Erməni terrorizmi Azərbaycanlıların Soyqırımı Günü Xocalı soyqırımı == İstinadlar == AZƏRBAYCAN RESPUBLİKASININ XATİRƏ KİTABI. X CİLD. SƏH.179.
Vaqif Axundov
Vaqif Əlibala oğlu Axundov (16 sentyabr 1950, Astara) — Azərbaycan hərbi xadimi, general-polkovnik, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi (2003–2020). == Həyatı == Vaqif Axundov 1950-ci il sentyabrın 16-da Astara şəhərində anadan olmuşdur. 1968–1972-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda, 1989–1994-cü illərdə Bakı Dövlət Universitetində, 1999–2002-ci illərdə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil almışdır. İxtisasca iqtisadçı-mühəndis, hüquqşünasdır. Əmək fəaliyyətinə 1971-ci ildə Kuybışev şəhərində qazma-balta zavodunda tornaçı kimi başlamışdır. 1972–1975-ci illərdə Sovet Ordusu sıralarında zabit kimi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra Bakıda leytenant Şmidt adına Maşınqayırma Zavodunda normalaşdırıcı, böyük mühəndis, iqtisadçı işləmişdir. 1975-ci ildə Azərbaycan Daxili İşlər Nazirliyində növbətçi hissə üzrə növbətçi köməkçisi, 1975–1978-ci illərdə Bakı şəhər Daxili İşlər İdarəsində komsomol komitəsinin katibi, 1978–1991-ci illərdə DİN-də şöbə rəisinin müavini, şöbə rəisi işləmişdir. 1992–1993-cü illərdə Azərbaycan Ali Dövlət Hakimiyyəti və İdarəetmə Orqanları Mühafizə İdarəsinin rəisi, 1993-cü ildən isə Ali Dövlət Hakimiyyəti və İdarəetmə Orqanları Baş Mühafizə İdarəsinin rəisi vəzifələrində çalışmışdır. 2 iyun 2003-cü ildən Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisidir.
Vaqif Azəryar
Vaqif Azəryar (1 sentyabr 1956, Bərdə) — rejissor, ssenari müəllifi, aktyor. == Həyatı == Vaqif Azəryar 1 sentyabr 1956-cı ildə Bərdə şəhərində anadan olmuşdur. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında çalışmışdır. == Filmoqrafiya == Avtoritet (film, 2000) https://www.youtube.com/watch?v=-slOcJONvlc&list=PLA1B56F11FCC18CAB&index=4 Absurd (film, 1999) https://www.youtube.com/watch?v=MOckALuXcQA&list=PLA1B56F11FCC18CAB&index=32 Arxada qalmış gələcək (film, 2004) Bakıda insan ovu (film, 1991) Bir anın həqiqəti (film, 2003) Ərazi (film, 2005) Çiçinin çiçəyi (film, 1990) Günaydın, mələyim!
Vaqif Ağayev
Vaqif Ağayev (tam adı: Vaqif İsa oğlu Ağayev; 7 may 1954, Abşeron rayonu – 19 noyabr 2011, Bakı) — rejissor, bədii rəhbər, “Azərbaycan Teleradio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini. == Həyatı == Vaqif İsa oğlu Ağayev 7 may 1954-cü ildə Abşeron rayonunda anadan olub. 1981-ci ildə Leninqrad Dövlət Musiqi, Teatr və Kinematoqrafiya İnstitutunu televiziya rejissoru ixtisası üzrə bitirib. V.Ağayev 1972-ci ildən AzTV-də çalışıb. Əməkdar incəsənət xadimi 1981-ci ildə Leninqrad Dövlət Musiqi, Teatr və Kinematoqrafiya İnstitutunun televiziya-rejissoru ixtisası üzrə bitirib. Yaradıcılıq fəaliyyətinə TV-nin "Gənclər üçün proqram" baş redaksiyasında başlayıb. "Xəbərlər" redaksiyasının "7 gün" verlişində məsul rejissor, Xarici əlaqələr və kommersiya mərkəzində Əlaqələndirmə və buraxılış şöbəsinin rejissor qrupunun ali dərəcəli rejissoru işləyib. Bir çox sənədli filmlərin quruluşçu rejissoru və ssenari müəllifidir. 1 sentyabr 1994-cü ildən Dövlət Televiziya və Radio Verlişləri Şirkətinin bədii rəhbəri, 2006-cı ildə dövlət başçısının sərəncamı ilə Azərbaycan Teleradio Verlişləri Qapalı Səhimdar Cəmiyyətinin sədr müavini vəzifəsinə təyin edilib. 19 noyabr 2011-ci ildə vəfat edib Evli idi, 4 övladı yadigar qalıb == Filmoqrafiya == Abidə insan (film)(sənədli film)(Aztv) Fenomen (film, 1996) Xilaskar.
Vaqif Bayatlı
Cəbrayılov Vaqif İsib oğlu (Vaqif Bayatlı Odər; 1 oktyabr 1948, Böyük Mərcanlı, Cəbrayıl rayonu) — şair, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1981), Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi (2019). == Həyatı == Vaqif Bayatlı Odər 1948-ci il oktyabrın 1-də Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olmuşdur. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun sənaye və mülki tikinti fakültəsinin axşam şöbəsində təhsil almışdır. Bakıda 445 saylı tikinti idarəsində fəhlə, inşaat texniki, 48 saylı tikinti idarəsində normalayıcı mühəndis, "Məhsul" cəmiyyəti mərkəzi şurasında mühəndis, "Ulduz" jurnalında şöbə müdiri işləmişdir (1981–1990). "Xəzər" toplusunun baş redaktoru olmuşdur (1989–1992). Azərbaycan Televiziya və Radio Şirkətinin xarici ölkələrə verilişlər studiyasının direktoru vəzifəsində çalışmışdır (1992-). Azərbaycan Yazıçılar Birliyi katibliyi idarə heyətinə (gənclərlə iş üzrə) katib seçilmişdir (1991-). Ümumittifaq konfranslarında, Sovet ədəbiyyatı günlərində, XI poeziya festivalında iştirak etmişdir. Azərbaycan mətbuat fondunun "Mirzə Cəlil mükafatı"na (1993) və Moskvanın "Molodaya qvardiya" nəşriyyatının kütləvi tirajla buraxdığı "Sıçrayış" kitabına görə Gürcüstan Nazirlər Sovetinin "Vladimir Mayakovski mükafatı" laureatı olmuşdur. 24 may 2019-cu ildə "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adına layiq görülmüşdür.
Vaqif Bayramov
Vaqif Bayramov (şəhid) (1979—2016) — şəhid hərbçi. Vaqif Bayramov (sosioloq) (d. 1957) — Sosiologiya elmləri doktoru, professor.
Vaqif Bağırzadə
Mir Vaqif Mahmud oğlu Bağırzadə (Bağır-zadə) (24 iyun 1954, Bakı – 7 mart 2021, Bakı) — Azərbaycanın tanınmış mədəniyyət işçisi, Bakı Dövlət Sirkinin direktoru (2003–2020). == Həyatı == Vaqif Mahmud oğlu Bağırzadə 1954-cü il iyunun 24-də Bakı şəhərində anadan olub. 1976-cı ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu (indiki Mədəniyyət və İncəsənət Universiteti) bitirib. Müxtəlif illərdə "Azərbaycanfilm" kinostudiyasında, A.Lunaçarski adına Moskva Dövlət Teatr Sənəti İnstitutunda, Moskva Dövlət Eksperimental Kinostudiyasında, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəzində və nazirliyin İncəsənət şöbəsində çalışıb. Vaqif Bağırzadə 2003–2020-ci illərdə Bakı Dövlət Sirkinin direktoru vəzifəsində işləyib. Sirkə rəhbərlik etdiyi illər ərzində bir çox irimiqyaslı, beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsində, tanınmış xarici sirk ustalarının qastrol səfərlərinin təşkilində yüksək peşəkarlıq və təşkilatçılıq qabiliyyəti göstərib.
Vaqif Behbudov
Vaqif Qulam oğlu Behbudov (3 noyabr 1938, Bakı) — Azərbaycan rejissoru, operator, ssenari müəllifi, Azərbaycan Respublikasının xalq artisti (2000), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2006). == Həyatı == Vaqif Qulam oğlu Behbudov 1961-ci ildə Sank-Peterburq Dövlət Kino və Televiziya Universiteti bitirmişdir. Azərbaycan Televiziyasında cizgi filmləri istehsalının təməlini qoymuşdur. Əvvəlcə kinooperator, daha sonra isə kinorejissor kimi filmlər çəkmişdir. "Gözlük", "Danışan işıqlar" "Qırmızılar, qaralar və başqaları", "İlham" "Göyçək Fatma","Ustalar, qızıl əllər", "Yayın bir günündə", "Sağ ol dostum", "Basatın igidliyi" "Xeyirli nağıl", "Qız qalası", "Qurbanəli bəy" "Qara leylək", "Sehirli çıraq", "Başlanğıc", "Analar və laylalar" cizgi filmlərinin rejissoru və operatoru olmuşdur. V. Behbudov operator olaraq "Üzeyir Hacıbəyov", "Bizim Şamama", "Təsnif", "Şövkət Ələkbərova" və s. sənədli filmlərdə işləmişdir. Rejissor kimi "Nailə", "Kamil", "Özümlə heç nə aparmayacağam"(Əzizə Cəfərzadə), "Əbədi zirvə", "Müslüm Maqomayev −55", "Mənlə mən arasında", "Azərbaycan Respublikasının Təhlükəsizlik orqanları", "Sənsiz", "Bakı-SOS uşaq kəndi", "Bağlı qapı" (Akademik Əziz Əliyev), "Sənsiz" (Akademik Zərifə Əliyeva), "Kərpickəsən kişi", "İlmələrdə yaşayan həyat" (rəssam Kamil Əliyev), "Sirli səlnamələr" "Girdiman", "Yeraltı şəhərin izi ilə" "Lahıc", "Azərtac-85", "Bakı SOS uşaq kəndi" sənədli filmlərini çəkmişdir. Müəllifi olduğu cizgi filmlərindən altısı Beynəlxalq Televiziya Filmləri Festivalında Priz və Mükafatlara layiq görülmüşdür. Dövlət və "Humay" Mükafatları Laureatı, Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.
Vaqif Buduqlu
Vaqif Buduqlu — Tarix elmləri doktoru (1989), professor, Əməkdar elm xadimi. == Həyatı == Vaqif Buduqlu 13 sentyabr 1938-ci ildə Quba rayonunun Buduq kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirmişdir. 1972-ci ildə namizədlik, 1989-cu ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir. Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı: 07.00.02 – Vətən tarixi 2005-ci ildə "Tərəqqi" medalı ilə təltif olunmuşdur. 7 dekabr 2009-cu ildə prezident İlham Əliyev tərəfindən ona Əməkdar elm xadimi adı verilmişdir. 25 avqust 2010-cu ildə vəfat etmişdir. Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 130, 11 monoqrafiya Xaricdə çıxmış elmi əsərlərin sayı: 20 == Əsas elmi nailiyyətləri == Hülakular və Cəlaililər dövlətinin tədqiqi sahəsində 2 kitab və 80-dən artıq elmi məqalə nəşr etmişdir. XIII-XIV əsrlərə dair fars dilli mənbələrin azərbaycan dilinə tərcüməsi ilə məşğul olmuş və 5 tərcümə əsəri nəşr olmuşdur. Azərbaycanın orta əsrlər tarixi-coğrafiyası üzrə tədqiqatlar aparmış və bu fənnin tədrisi ilə məşğul olmuşdur.
Vaqif Bəhmənli
Vaqif Bəhmənli (doğum adı: Vaqif İttifaq oğlu Quliyev; d. 23 may 1955) — Azərbaycan şairi, tərcüməçi, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, AYB İdarə Heyətinin üzvü, Avrasiya Yazarlar birliyinin üzvü, Azərbaycan Jurnalistlər birliyinin üzvü, AYB-nin "Azərbaycan" jurnalı redaksiya heyətinin üzvü, Azərbaycan komsomolu mükafatı laureatı (1986-cı il), Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Azərbaycan Milli Ensiklopediyasının direktor müavinidir. Qərbi Kaspi Universitetinin müəllimidir, Azərbaycan ədəbiyyatı tarixindən dərs deyir. == Həyatı == 1955-ci il may ayının 23-də Füzuli rayonunun Böyük Bəhmənli kəndində anadan olub. 1972-ci ildə doğulduğu kənddə orta məktəbi əla qiymətlərlə bitirib. 1973-78 illərdə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb, jurnalist ixtisasına yiyələnib. == Fəaliyyəti == Vaqif Bəhmənli Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra “Sovet kəndi” qəzetində şöbə müdiri (1978-88), “Kommunist” qəzetində şöbə müdiri (1988-1991), “Vətən” cəmiyyətinin “Odlar yurdu” qəzetində baş redaktor (1991-1992), "Bərəkət", (sonradan “Həyat”) qəzetində baş redaktor(1992-1994), “Yazıçı” nəşriyyatında redaktor (1994), Gənclər və İdman Nazirliyində şöbə müdiri (1995-1997), “Ədalət” qəzetində baş redaktorunun birinci müavini (1997-98), “XXI-gənclik dərgisi”ndə redaktor (1998-2000), “XXI — Yeni Nəşrlər evi”nin baş redaktoru (2000), “Mars” dərgisi baş redaktorunun müavini (2003), Beynəlxalq Avrasiya Mətbuat Fondunun departament rəhbəri (2003), “Humanitar” qəzetində redaktor (2004), "525-ci qəzet"də (2005) şöbə müdiri, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri (2006-2016) vəzifələrində çalışıb.Hazırda "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin direktor müavinidir. Qərbi Kaspi Universitetinin müəllimidir. Azərbaycanda nəşriyyat-poliqrafiya sahəsinin müstəqillik illərində inkişaf etdirilməsində, ədəbi əsərlərin latın qrafikası ilə kütləvi tirajla nəşrə haqzırlanmsında, yeni ədəbi qüvvələrin üzə çıxarılmasında böyük əməyi olmuşdur. == Yaradıcılığı == Şeir və məqalələrdən ibarət 45-dən çox kitabı işıq üzü görüb.
Vaqif Cavadov
Vaqif Füzuli oğlu Cavadov (d. 25 may 1989) — Azərbaycan məşqçisi və keçmiş oyunçusu. == Həyatı == Vaqif 1989-cu ildə Bakıda anadan olub. Onun əmisi məşhur futbolçu İskəndər Cavadov olub. Vaqif Cavadovun bir futbolçu kimi inkişafında onun böyük rolu vardır. 2004-cü ildən Vaqif Rusiyanın "OMİK Moskva" klubunun gənclərdən ibarət komandasında oynayıb. Daha sonradan o Azərbaycana qayıdıb və 2007-ci ildən etibarən "Qarabağ" klubu ilə müqavilə bağlayıb. "Qarabağ"ın heyətində Vaqif 77 oyun keçirir və 20 qol vurur. Bu zaman ərzində o milli komadada əsas oyunçulardan birinə çevrilir və bir çox Avropa klublarının diqqətini cəlb edir. 2010-cu ilin yanvarında Vaqif Cavadov "Tvente" komandasına transfer edilir və 3,5+1 formatında müqavilə imzalayır..
Vaqif Cəbrayılzadə
Cəbrayılov Vaqif İsib oğlu (Vaqif Bayatlı Odər; 1 oktyabr 1948, Böyük Mərcanlı, Cəbrayıl rayonu) — şair, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1981), Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi (2019). == Həyatı == Vaqif Bayatlı Odər 1948-ci il oktyabrın 1-də Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olmuşdur. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun sənaye və mülki tikinti fakültəsinin axşam şöbəsində təhsil almışdır. Bakıda 445 saylı tikinti idarəsində fəhlə, inşaat texniki, 48 saylı tikinti idarəsində normalayıcı mühəndis, "Məhsul" cəmiyyəti mərkəzi şurasında mühəndis, "Ulduz" jurnalında şöbə müdiri işləmişdir (1981–1990). "Xəzər" toplusunun baş redaktoru olmuşdur (1989–1992). Azərbaycan Televiziya və Radio Şirkətinin xarici ölkələrə verilişlər studiyasının direktoru vəzifəsində çalışmışdır (1992-). Azərbaycan Yazıçılar Birliyi katibliyi idarə heyətinə (gənclərlə iş üzrə) katib seçilmişdir (1991-). Ümumittifaq konfranslarında, Sovet ədəbiyyatı günlərində, XI poeziya festivalında iştirak etmişdir. Azərbaycan mətbuat fondunun "Mirzə Cəlil mükafatı"na (1993) və Moskvanın "Molodaya qvardiya" nəşriyyatının kütləvi tirajla buraxdığı "Sıçrayış" kitabına görə Gürcüstan Nazirlər Sovetinin "Vladimir Mayakovski mükafatı" laureatı olmuşdur. 24 may 2019-cu ildə "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adına layiq görülmüşdür.
Vaqif Cəfərov
Vaqif Cəfərov (18 aprel 1949, Şuşa, DQMV – 20 noyabr 1991, Qarakənd, DQMV) — görkəmli dövlət xadimi, SSRİ Ali Sovetinin üzvü, SSRİ Xalq deputatı, Azərbaycan KP Şuşa rayon Komitəsinin birinci katibi, Dağlıq Qarabağ Vilayəti(DQMV) üzrə Respublika təşkilat komitəsinin sədr müavini, Azərbaycan Respublikası Sənaye-Tikinti nazirinin müavini. 20 noyabr 1991-ci ildə Qarabağda Xocavənd rayonu yaxınlığında, bir sıra digər dövlət xadimi ilə bigə içində olduğu Mi-8 hərbi vertolyotun ermənilər tərəfindən vurulması nəticəsində şəhid olmuşdur. == Həyatı == Vaqif Cəfər oğlu Cəfərov 1949-cu il, aprel ayının 18-də Azərbaycanın Şuşa şəhərində anadan olmuşdur. 1966-cı ildə Şuşa şəhəri 1№-li orta məktəbini, 1972-ci ild də M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitunun energetika fakültəsinin bitirmişdir. 1973-cü ildə ordudan tərxis olunaraq, Şuşaya qayıdıb müəyyən dövrlərdə "Şuşa" qəzeti redaksiyasında şöbə müdiri, DQMV Komsomol Komitəsi təşkilat şöbəsində təlimatçı, 1974–1976-cı illərdə Ağdərə rayon komsomol komitəsinin II katibi vəzifəsində işləmişdir. 1980-ci ilədək Azərbaycan Komunist Partiyasının Şuşa rayon Komitəsinin təlimatçısı olmuş, eyni zamanda ictimai əsaslarla partiya komissiyasının sədri vəzifəsində işləmişdi. 1980–1982-ci illərdə Bakı Ali Partiya Məktəbinin dinləyicisi olmuşdur. 1988-ci ilədək Azərbaycan Komunist Partiyaınsın Dağlıq Qarabağ Vilayət Komitəsində lektor, təlimatçı, şöbə müdirinin müavini, inzibati orqanlar və maliyyə-ticarət şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1988-ci ilin avqust ayından 1991-ci ilin oktyabr ayınadək Vaqif Cəfərov Şuşa rayon Partiya Komitəsinin I katibi vəzifəsində işləmişdir. 1991-ci ilin oktabr ayında Azərbaycan Respublikasının Tikinti- Sənaye nazirinin müavini vəzifəsinə təyin edilmişdir.
Qafar Rağib
Qafar Rağib (1 noyabr 1818, Şamaxı – 30 noyabr 1891, Şamaxı) — Azərbaycanlı şair. == Həyatı == Hicri təqvimlə 2 məhərrəm 1234-cü ildə (miladi təqvimlə 1 noyabr 1818) Şamaxıda anadan olmuşdur.Qafar Rağibin atasının adını F. Köçərli "Məhəmməd Zayid", Mir Möhsün Nəvvab və Seyid Əzim Şirvani isə "Məhəmməd Said" kimi göstərmişdir.Qafar Rağibin həyatı haqqında ətraflı məlumat yoxdur. Doğulduğu şəhərdə təhsil almış, daha sonra ticarətlə məşğul olmuşdur. 1860-cı illərdə Şamaxıda təşkil edilən Beytüs-səfa adlı şeir məclisinin üzvlərindən olmuşdur. Hicri təqvimlə 27 rəbiülaxir 1309-cu ildə (miladi təqvimlə 30 noyabr 1891) Şamaxıda vəfat etmişdir. == Əsərləri == Qafar Rağibin şeirlərinin az bir hissəsi günümüzə gəlib çıxmışdır. Köçərli, Qafar Rağibin şeirlərinin 1902-ci ildə Şamaxıda meydana gələn böyük zəlzələdə itib-batdığını qeyd edir. S. Ə. Şirvaninin təzkirəsində Qafar Rağibin beş qəzəli qeyd edilmişdir.
Rağıp Paşa
Qoca Mehmet Rağıp Paşa, (1698, İstanbul - 1763, İstanbul) - Osmanlı dövlət adamı, diplomat, şair, kitabxanaçı, tərcüməçi. III.Osman və III.Mustafa 11 yanvar 1757 və 8 aprel 1763, altı ay, iki ay iyirmi səkkiz gün arasında hakimiyyətdə Sədrəzəmlik edən bir dövlət adamıdır. O şair şəxsiyyəti ilə tanınır.