Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aleksandr Raykov
Aleksandr Vadimoviç Raykov (özb. Aleksandr Vadimovich Raykov, rus. Александр Вадимович Райков; 9 dekabr 1989, Daşkənd) — Özbəkistanli intellektual oyunçu. 2010-cu ilin 14 Noyabri "Nikita Mobayl Te Te" komandasi səfide ESC idman versiyası 2010-cu ilin dünya çempionu oldu və 20 yəşide rəqabət bu cür layiq gənc mütəxəssislərin biri oldu. Aleksandr Raykov 1989-cu il 9 dekabrda, Daşkənddə, rus ailədə anadan olmuşdur. O, Daşkənd Mirzo Uluqbek rayonu № 225 orta məktəbin alıb. O, Moskva Dövlət Universitetinin Daşkənd filialının Psixologiya fakültəsini bitirib. == Vikipediya fəaliyyəti == Alexander Raykov (Carpodacus altında, əvvəlcə adı Raykoffff altında) Rusca Vikipediyadə iştirak edir. O, həmçinin Özbəkcə Vikipediyadə iştirak edir. 2013-cü ilin payızında "Uzinfocom" inkişafı, kompüter və informasiya texnologiyalarının tətbiqi Mərkəzində "Necə Wikipedia artırmaq üçün" mövzusunda təlim seminar keçirdi.
Maykop
Maykop (rus. Майкоп — Rusiya Federasiyasının subyektlərindən biri olan Adıgey respublikasında yerləşən şəhər.
Razoom
Fraykor
Fraykor (alm. Freikorps‎, alman: [ˈfʁaɪˌkoːɐ̯]; mənası – azad korpus, könüllülər korpusu) — XVIII–XX əsrlərdə Almaniya və Avstriyada mövcud olmuş bir sıra hərbiləşdirilmiş vətənpərvər birləşmələrin adı. Birinci Dünya müharibəsindən sonra Veymar Respublikasında dövlətin xüsusilə kommunistlərə qarşı təşkil etdiyi nizamsız silahlı birləşmələr fraykor adlanırdı. == Tarixi == Napoleon müharibələrinin ən məşhur könüllü korpuslarından biri Adolf fon Lütsovun rəhbərliyi altında Lütsov fraykoru idi. Alaylar yerli könüllülərdən və düşmən fərarilərindən ibarət idi. Bəzən ekzotik təchiz olunmuş qoşunlar piyada, süvari və daha nadir hallarda artilleriya kimi istifadə olunurdu. Bir bölükdən bir neçə min nəfərə qədər olan qarışıq birləşmələr və legionlar da var idi. General fon Kleystin tabeliyində olan Prussiya fraykorları piyadalar, yegerlər, draqunlar və qusarlardan ibarət idi. Birinci Dünya müharibəsindən sonra əsasən müharibə veteranlarından ibarət olan fraykor hərbiləşdirilmiş milislər kimi yetişdirilmişdir. Onlar Veymar Respublikasını devirməyə cəhd etdikləri iddia olunan Almaniya kommunistlərinə dəstək verən Rusiya Sovet Federativ Sosialist Respublikasına qarşı hökumət adından döyüşmək üçün toplanmışdılar.
Mayko
yap. Maiko — geyşanın tələbəsinin adı və ya cavan geyşalara verilən ad yap. geyko geyşaların adı. Maiko karyukai adlı ənənəvi yapon əyləncə mədəniyyətinin bir hissəsidir. == Maiko, Kyoto == Əvvəllər, uşaq əməyi haqqında qanun qəbul edilənə qədər, maiko 9-12 yaşında olurdular. Müharibədən sonra qaydalara düzəliş edilmişdir və indi maiko ancaq orta məktəbi bitirdikdən sonra ola bilər. == Sikomi və Minarai == Orta hesabla altı aydan iki il üçün müddətdə shikomilər yap. 仕込み | tələbələrinə və şagirdlərinə. Shikomi bir qul kimi çalışan, başqa geisha və maikoların paltarlarına yardım, həmçinin okiyada bütün işləri görərdilər. XIX əsrdə shikomi 10-12 il olur, və təlim prosesində istirab çəkmələri şəxsiyyətin formalaşmasının bir normal hissəsi nəzərdə tutulurdu.
Rakim
Uilyam Maykl Qrifin (ing. William Michael Griffin Jr.; 28 yanvar 1968, Nyu-York, ABŞ) — Amerikalı rep ifaçısı və Hip-hopun öncülərindən biri. Erik B. ilə hip-hopun qızıl dövrünün ən bilinən ikilisi olmaqla yanaşı, bütün zamanların ən istedadlı rep ifaçısı olaraq qəbul edilir. Wyandanch, Long Island, Nyu-York da anadan olub. Rakimin uşaqlıq illəri Wyandanchda keçir. Burada o ayrıca rim bacarığını kəşf edir və özünü yetişdirir. Gənc yaşlarda Rep musiqisi ilə məşqul olmağa başlayır. Eric B. Rakimi Marley Marla "Eric B. is President" parçasının səsyazmasına aparır. Marley və Mc Shan Eriki tanısalar da Rakimin kim oldugunu bilmirdilər. Rakim o zamanlar orta məktəbi yeni bitirmişdi.
Rayon
Rayon (fr. rayon — radius, şüa) — böyük yaşayış məntəqəsi. Rayona tabe kəndlər, qəsəbələr, qismən də şəhər və şəhər tipli qəsəbələr vardır.
Rekom
Rekom (oset. Реком) - əsas 3 osetin ziyarətgahından (Mikalqabirta və Tarancelos) biri, Nart dastanı və osetin mifologiyasındakı məhsuldarlıq tanrısı. Rusiyanın subyekti olan Şimali Osetiya respublikasının Alagir rayonunda yerləşir. Məbədin dəqiq etimologiyası bilinməsə də, bir sıra iddialar mövcuddur. Osetin dilindəki "Hurikom" (Günəş dərəsi) və ya "İrykom" (Osetiya dərəsi) sözlərindən gəlməsi bunlara misal göstərilə bilər. Rekomun etimologiyasının dəqiq öyrənilə bilməməsinin əsas səbəblərindən biri Osetinlərin dini-fəlsəfi dünyagörüşlərinin tam anlaşıla bilməməsidir. Rekomdan bol məhsul , uğurlu otlar və ovçuluq göndərilməsi istənilir . Əfsanəyə görə o, çoxfunksiyalı tanrıdır, əkinçiliklə əlaqəli istəklərdən əlavə olaraq, xəstəliklərdən sağalmaq və pis qüvvələrdən qorunmaq üçün olan duaları da qəbul edir. Alagir dərəsində Rekoma olan dini etiqad geniş yayılmış və iyul ayında onun adına həsr olunmuş bayram qeyd olunmağa başlanmışdır. Bütün həftə davam edən bu bayram günlərində çox sayda mal-qara qurban edilir.
Arkadi Raykin
Arkadi İsaakoviç Raykin (latış. Arkādijs Raikins‎; rus. Аркадий Исаакович Райкин, 11 (24) oktyabr 1911, Riqa – 17 dekabr 1987, Moskva) — sovet teatr və kino aktyoru, SSRİ xalq artisti (1968), Lenin mükafatı laureatı (1980), Sosialist Əməyi Qəhrəmanı (1981). == Həyatı == Arkadi İsaakoviç Raykin 1911-ci il oktyabr ayının 24-də Riqa şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1935-ci ildə Leninqrad (indiki Sankt-Peterburq) Teatr Texnikumunu bitirmişdir. Əvvəllər Leninqrad fəhlə-gənclər teatrında, sonralar Lenin komsomolu adına teatrda, eyni zamanda estradada çıxış etmişdir. 1939-cu ildə Moskvada keçirilən Ümumittifaq estrada artistləri müsabiqəsinin laureatı olmuşdur. 1939-cu ildə Leninqrad Estrada və Miniatür Teatrının artisti, sonradan bədii rəhbəri və quruluşçu rejissoru olmuşdur. 1982-ci ildən teatr Moskvadadır. Raykinin yaradıcılığı üçün zəngin ifadə vasitələri, dərin ictimai kəskinlik, güclü satira səciyyəvidir.
Boris Baykov
Boris Pavloviç Baykov (24 iyul 1896, Kislovodsk, Terek vilayəti – 6 oktyabr 1958, Bakı) — Azərbaycan-sovet teatr və kino aktyoru, pedaqoq, Azərbaycan SSR xalq artisti (1940). == Həyatı == Boris Baykov 24 iyul 1896-cı ildə Terek vilayətinin Minutka kəndində (hazırda Kislovodsk şəhəri) anadan olmuşdur. O, Həştərxan və Dağıstan Rus Dram teatrında çıxış etmiş, 1930–1952-ci illərdə Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru olmuşdur. Boris Baykov Azərbaycan kinosunda da müxtəlif xarakterli obrazlar yaratmış, bir neçə filmə çəkilmişdir. Bundan əlavə o, Bakı Teatr Texnikumunda pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. Boris Baykov 6 oktyabr 1958-ci ildə Bakıda vəfat etmişdir.
Bədri Baykam
Bədri Baykam (türk. Bedri Baykam; 26 aprel 1957, Ankara)- türk rəssam. == Həyatı == 1957-ci ildə Ankara da CHP millətvəkili Dr. Suphi Baykam və Memar Mutahhar Baykamın ikinci uşağı olaraq dünyaya gəldi. İki yaşında rəsim çəkməyə başladı. Altı yaşında Ankara, Bern və Cenevrə də ilk əsərlərini sərgilədi. 1960-cı illərdə Avropa və Amerikanın bir çox mədəniyyət mərkəzlərində sərgilər açdı, sərgiləri böyük maraq gördü. İstanbul Fransız Məktəbində oxuyan Bədri Baykam 1975-ci ildə Parisə köçdü. Sorbonne Universitetində iqtisadiyyat təhsili alan Bədri Baykam, bu fakültədən masterdə aldı. Parisdə eyni vaxtda L'Actorat adlı özəl məktəbdə aktyorluq təhsilidə aldı.
Cudit Rayker
Cudit Rayker (alm. Judith Rakers‎; 6 yanvar 1976, Paderborn, Şimali Reyn-Vestfaliya) — Jurnalist, 2011 Avroviziya Mahnı Müsabiqəsinin aparıcılarından biri.
Maykop mədəniyyəti
Maykop mədəniyyəti—Şimali Qafqazda tunc dövrünə aid arxeoloji mədəniyyət. Maykop mədəniyyəti (rusca: майкоп), Tunc dövründə Qərbi Qafqaz regionunda hökmranlıq edən əsas arxeoloji mədəniyyətlərdən biri idi. Maykop mədəniyyəti qərbdə Taman yarımadasından, şərqdə indiki Dağıstan sərhədinə və cənubda Kür çayına qədər uzanan ərazidə mövcud olmuşdur. Mədəniyyət öz adını Kuban çayı vadisindəki Maykop kurqanında yerləşən kral türbəsindən almışdır. 2018-ci ildə nəşr olunan genetik tədqiqatlara görə, Maykop mədəniyyətinə mənsub əhali cənubdan, daha dəqiq desək, Qərbi Gürcüstan və Abxaziyadan Maykop mədəniyyəti regionuna gəlib. Bu əhalinin də Qafqazın şimal tərəfini ilk dəfə koloniyalaşdıran eneolit ​​əkinçilərinin nəslindən olduğu güman edilir. Buna görə də Maykop mədəniyyətinə mənsub insanların Şimal-Qərbi Qafqaz dil ailəsinin baniləri olduğu düşünülür. == Mədəniyyət == Maykop mədəniyyətində rast gəlinmiş dəfn mərasimləri Hind-Avropa mədəniyyətlərindəki dəfn mərasimlərinə bənzəyir. Adətən daş çuxurda basdırılmış meyitlərin üstünə kurqan (və ya tumulus) qoyulurdu. Sonrakı dövrdə kurqanların yerini daş yığınları tutmuşdur.
Maykop rayonu
Maykop rayonu (adıq Мыекъуапэ район) — Rusiya Federasiyası, Adıgey Respublikasının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Tulski qəsəbəsidir. == Coğrafiyası == Maykop rayonu respublikanın cənub hissəsində yerləşir. Rayonun ümumi sahəsi 3667.43 km²-dir. Bura 10 kənd yaşayış məntəqəsi daxildir. Rayon aşağıdakı inzibati vahidlərlə həmsərhəddir: Maykop şəhər dairəsi və şimalda Qiaqin rayonu, həmçinin şərqdə Krasnodar diyarının Mostovski rayonu, cənubda Soçi kurort şəhəri, qərbdə Abşeron rayonu və şimal-qərbdə Beloreçenski rayonu. Bölgənin böyük hissəsi şimaldan dağətəyi əraziyə keçən dağlıq zonadır. Ərazisi əsasən şimalda təpəlidir, cənubda dağlıqdır. Bölgənin torpaq örtüyündə dağ qaratorpaqları geniş yayılmışdır. Dağ silsilələrinin zirvələri buzlaqlarla örtülüdür.
Pavel Maykov
Pavel Sergeyeviç Maykov (doğ. 15 oktyabr 1975, Mıtişi) — rus aktyor və teleaparıcı, 2008-ci ildən bəri müğənni və müsiqiçi, "ButterBrodsky", "7 faiz" və "Maqrit" musiqi qruplarının yaradıcısı. Pavel Sergeyeviç Maykov 1975-ci ilin 15 oktyabr tarixində Moskva əyalətində yerləşən Mıtişi şəhərində rəssam və sürücü ailəsində dünyaya göz açmışdır. . 1982-ci ildən 1992-ci ilə qədər Kievdə yaşamışdır. Kievdə yerləşən 26 № -li musiqi məktəbinin skripka və fortepiano sinfini bitirmişdir. 1992-ci ildə 1 №-li orta məktəbi bitirərək Rusiya teatr sənəti institutunun (QİTİS) "dram teatr aktyorluğu" fakultəsində Pavel Xomskinin sinfinə daxil olmuşdur. 1998-ci ildə təhsilini orada başa vurmuşdur. Diplom tamaşasında məşhur ingilis dramaturqu Uilyam Şekspirin "İki veronalı" pyesində baş qəhrəmanlardan biri olan - mənfi obraz olan Proteyi oynamışdır. 1998-1999-cu illərdə Moskva dövlət dram teatrı "Sfera"da aktyor kimi fəaliyyət göstərmiş, orada "Vestsayt əhvalatı" tamaşasında Rif rolunu oynamışdır.
Raykoke adası
Raykoke — Kuril adaları Böyük Kuril cərgəsi mərkəz qrupuna daxil olan ada. İnzibati cəhətdən Saxalin vilayətinin Şimali Kuril şəhər dairəsinə daxildir. Adada yaşayış yoxdur. Ada Raykoke vulkanının su səthi hissəsini təşkil edir. Maksimal hündürlüyü 551 metrdir. Ada dairəvi formaya malikdir. Diametri 2 km-dır. Kraterinin dərinliyi 60 metrdir. Adada içməli su yoxdur. Bitki örtüyündən demək olar ki, məhrumdur.
Raymon Aron
Raymon Klod Ferdinan Aron (fr. Raymond Claude Ferdinand Aron; 14 mart 1905[…], VI arondisman (Paris), Fransa – 17 oktyabr 1983[…], ‎IV arondisman (Paris), Fransa) — Fransa mütəfəkkiri, tarixçi, sosioloq və siyasi şərhçi. Raymon Aron 1930-cu ildə tarixin fəlsəfəsindən doktorluq dissertasiyası müdafiə etmiş və Tuluza Universitetində sosial fəlsəfə professoru işləmişdir. İkinci dünya müharibəsi başlayanda Aron Fransa hava qüvvələrinə qoşulmuş, Fransanın məğlubiyyətindən sonra General Şarl de Qollun Azad Fransa təşkilatına qatılaraq Londona mühacirət etmiş və Londonda təşkilatın La France Libre qəzetinin baş redaktoru kimi çalışmışdır. Fransanın faşist işğalından azad edilməsindən sonra Parisə qayıdan Aron bir müddət Milli İdarəçilik Məktəbində professor işləmiş, 1955–1968-ci illərdə Sorbonna Universitetində sosiologiya professoru olmuş, 1970-ci ildən isə Collège de France’da dərs demişdir. Həm də aktiv jurnalist olan Aron nüfuzlu "Figaro" və "Ekspress" qəzetlərində köşə yazıları yazmışdır. Aronun rasional humanizmi Fransa isteblişmentində Jan Pol Sartrın marksist ekzistensializminə qarşı qoyulmuş, Aron özü isə Fransada konservator və sağların ideoloqu olmuşdur. O, öz əsərlərində dəfələrlə marksizmi və fransız solçularını tənqid etmişdir. Eyni zamanda Aron müharibə və sülh məsələləri ilə məşğul olmuş, prussiyalı hərbi nəzəriyyəçi Karl fon Klauzevitsin fikirləri üzərində araşdırmalar aparmışdır. Aronun xatirələri 1983-cü ildə işıq üzü görüb.
Raymon Lull
Raymon Lulli (lat. Raymundus Lullius, isp. Lulio, kat. Ramon Llull; təxminən 1235-ci il, Palma-de-Malorka — 1315-ci il, Palma-de-Malorka) — katalan missioneri, şair, filosof və teoloq, orta əsr Avropa nüfuzlu mütəfəkkirlərindən biri. Lulli Avropa ərəbşünaslığının və Kombinatorikanın banisi sayılır. Lullinin hətaının sonunda çoxalan tərəfdarları (təkcə Paris Universitetində 50 magistr və doktorant onun təlimini dəstəklədiklərini bildirirdilər), ondan sonra XV əsrdə nüfuzu artan böyük bir məktəb yaratdılar. O məktəb səhvən Lullun adına yazılan bir sıra əsərlər yaratdı. Katalan, ərəb və latın dillərində yazılan əsərləriəlyazmalar vasitəsi ilə yayılırdılar. XIV əsr başalnğıcında onun əsərləri ilə bağlı kataloqlar yaradılırdı. Əsərlərinin tam külliyatı — Mayinsda Zalsinger nəşri, 1721—1742-ci illər, 10 cilddə, 7-ci və 8-ci cildlər buraxılmadı.
Raymon Lulli
Raymon Lulli (lat. Raymundus Lullius, isp. Lulio, kat. Ramon Llull; təxminən 1235-ci il, Palma-de-Malorka — 1315-ci il, Palma-de-Malorka) — katalan missioneri, şair, filosof və teoloq, orta əsr Avropa nüfuzlu mütəfəkkirlərindən biri. Lulli Avropa ərəbşünaslığının və Kombinatorikanın banisi sayılır. Lullinin hətaının sonunda çoxalan tərəfdarları (təkcə Paris Universitetində 50 magistr və doktorant onun təlimini dəstəklədiklərini bildirirdilər), ondan sonra XV əsrdə nüfuzu artan böyük bir məktəb yaratdılar. O məktəb səhvən Lullun adına yazılan bir sıra əsərlər yaratdı. Katalan, ərəb və latın dillərində yazılan əsərləriəlyazmalar vasitəsi ilə yayılırdılar. XIV əsr başalnğıcında onun əsərləri ilə bağlı kataloqlar yaradılırdı. Əsərlərinin tam külliyatı — Mayinsda Zalsinger nəşri, 1721—1742-ci illər, 10 cilddə, 7-ci və 8-ci cildlər buraxılmadı.
Raymon Puankare
Pankare Raymon (20 avqust 1860[…], Bar-le-Dyuk[d] – 15 oktyabr 1934[…], Paris) — Fransız dövlət xadimi, Fransa prezidenti və baş naziri Puankare hökuməti Azərbaycanda bolşevik işğalına qarşı silahlı üsyançılara rəğbət bəsləmişdir. Fransa hökuməti, Əlimərdan bəy Topçubaşov başda olmaqla, Parisdə qalmağa məcbur olan Azərbaycan nümayəndə heyətinə maliyyə yardımı göstərmiş, Azərbaycanın Rusiyanın təsiri altından çıxararaq Antanta ölkələrinə tabe etmək məqsədilə Topçubaşov və Ankara hökuməti ilə danışıqlar aparmışdır.
So Random!
Təsadüfə bax! və ya orijinal adıyla So Random! — Disney Channel orijinal serialıdır. Qrup olaraq Sanniyə imkan verin serial qrupudur, lakin bu silsilədə Demi Lovato serialdan ayrılmışdır, qrup eyni qalmış və Çad Dilan Kuper və yeni gələnlər də olmuşdur . Əlavə olaraq, Sanniyə imkan verinin 3. mövsümü olaraq da bilinməkdədir. Hər hissədə seriala xüsusi qonaqlar gəlir və hər hissədə ortalama 4 eskiz göstərirlər.
Spunk Ransom
Robert Duqlas Tomas Pattinson (13 may 1986, London) — İngiltərəli aktyor. Həm yüksək büdcəli, həm də müstəqil filmlərdəki rolları ilə tanınır. Pattinson ən çox qazanan aktyorlar siyahısındadır. Time jurnalı onu 21-ci əsrin ən nüfuzlu şəxslərindən biri seçib. Pettinson aktyorluq karyerasına qısa vaxt əvvəl Ali Edelin rejissorluq etdiyi, Sem Vest və Benno Furmannın baş rolda yer aldığı, bir alman dastanı olan Nibelunq ilə bağlı "Nibelunqların üzüyü" filmi ilə başladı. Riz Uiterspunun "Qürur Dünyası" filminin iki alternativ film qapanışının birində, Uiterspunun oğlu rolunda yer alsa da bu film qapanışı işlədilmədi. Robert Pettinson, bundan əvvəl, Barnes Teatr Qrupunun bir üzvü idi və Tornton Uilderin rejissorluq etdiyi Bizim şəhərimiz pyesində Corc Gibs xarakteri ilə başrol oynamışdı. Robert, həm də, Kol Porterin rejissorluq etdiyi Hərşey Gedir" musiqili dramında Lord Evelin Okley və Tess of the D'Urbevilles tragediyasında Alek xarakterini canlandırdı. Gənc aktyor, qısa vaxt əvvəl isə, OSO Sənət Mərkəzində Makbet tragediyasında Malkomu canlandırdı. Herri Potter və Atəş Qədəhi filminin oyunçu heyətinə, Üç cadugər turnirində Hoqvartsı təmsil edəcək olan Sedrik Diqqori roluyla qatıldı.
Uatkom əyaləti
Votkom (ing. Whatcom) — ABŞ-nin Vaşinqton ştatında qraflıq. 2010-cu il əhalinin siyahıyaalınma məlumatına görə əhalisi 201.140 nəfər olmuşdu. Ən böyük şəhəri və inzibati mərkəzi Bellinqham şəhəridir. Dairə 9 mart 1854-cü ildə İsland qraflığının ərazisində yaradılmışdır. Adın mənşəyi Lummi dilindəki Xwotʼqom sözündən götürülmüşdür və mənası "gurultulu su" deməkdir. Qraflığın şimal sərhəddi Kanadanın Britaniya Kolumbiyası əyaləti ilə olan beynəlxalq sərhəd təşkil edir ki, burada 4 Kanada şəhəri ilə qonşudur : Delta, Vayt Rok, Surrey, Lenqli. Qraflıq ilə Kanada arasında 5 sərhəd keçid məntəqəsi var : 2 ədəd Bleyndə, 1 ədəd Lindendə, 1 ədəd Sumas və 1 ədəd Poynt-Robertsda. ABŞ Siyahıyaalma Bürosu məlumatlarına görə qraflığın ümumi ərazisi 6483 km² olub, bunun 5457 km² quru, 1026 km² isə sudur.
Dünkerk (rayon)
Dünkerk (fr. Dunkerque) — Fransanın Nor-Pa-de-Kale regionun rayonlarından (fr. Arrondissement) biri . Departamenti — Nor. Suprefektura — Dünkerk. Rayonun əhalisi 2012-cı ildə 377 314 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 235 nəf / km² . Rayon ərazisi — 1608 km².
Evri (rayon)
Evri (fr. Évry) — Fransanın İl-de-Frans regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Eson. Suprefektura — Evri. Rayon əhalisi 2006-cı ildə 500 139 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 1066 nəf / km². Rayon sahəsi — 469 km².