sif. və
zərf [
ər. ] Bir şeydən razı olan; məmnun.
Yüz cəfa eyləsən, ey şux, könüldür razi. S.Ə.Şirvani.
Qubernatordan tutmuş axırıncı pristavadək [İskəndər bəyin] evinə gələrkən hər barədə razı gedərdi. Ə.Haqverdiyev.
□ Razı düşmək – razılaşmaq, razılıq ifadə etmək, razı olmaq.
Vəzir nə qədər dedisə, padşah razı düşmədi. (Nağıl).
Razı qalmaq – razı olmaq, məmnun olmaq.
[Rəhim xan Sitarəyə:] Mən zənn edirəm ki, sən məndən razı qalarsan… C.Cabbarlı.
Qoca … gözlərini yarı qapayaraq şagirdinə qulaq asdı, onun könlü xoş bir iftixar hissi ilə isindi, ustad şagirdindən razı qaldı. Ə.Məmmədxanlı.
Razı olmaq – razılığını vermək, razılıq ifadə etmək.
[Bayram:] Sənin ölümünə heç vaxt razı ola bilmənəm. M.F.Axundzadə.
// Bir şeyə müsbət cavab vermək; icazə vermək, razılaşmaq.
[Sərvər:] Hərgah sən mən deyənə razı olsan, işi düzəldərəm. Ü.Hacıbəyov.
[Sevil Gülüşə:] Yox, a qız, heç Balaş razı olar? C.Cabbarlı.
Razı salmaq – razı etmək, razılığını əldə etmək, məmnun etmək.
[Alı kişi:] Oğul, Rövşən, get, buzov yiyəsini tap, buzovun cəriməsini ver, razı sal. “Koroğlu”.
[Gültəkin Dövlət bəyə:] Mən heç bir şey istəmirəm.
Yalnız [Aydını] razı salın. C.Cabbarlı.