Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Icadyptes salasi
Icadyptes salasi — Pinqvinkimilər fəsiləsinə aid olan nəsli kəsilmiş növ. Onlar əsasən Cənubi Amerikanın tropik ərziləri sahillərində yayılmışdılar. Cins adı iki sözün birləşməsindən əmələ gəlmişdir: "Ica" — Perunun İka regionu, "dyptes" yunan məşhəlli soz olub "üzgüçü". Növ adı isə Peru paleontoloqu Rodolf Salasın şərəfinə adlandırılmışdır. Bu növə aid tapintılar İka departamentində Şimali Karolina Universiteti əməkdaşı olan Culii Klarkın rəhbərlik etdiyi ekspedisiya zamanı kəşf edilmişdir. Bu tapıntıya aid qalıqlar 1,5 m uzunluğa malikdirlər. Bu canlılar indiyənə qədər mövcud olmuş pinqvinlər arasında ölçüsünə görə üçüncüdürlər. Icadyptes salasi və Perudyptes devriesi növləri yaşadığı ərazilər əsasən isti bölgələr təşkil etmişdir. Hazırda isə, ancaq Eynəkli pinqvin və Qalapaqos pinqvini isti enliklərdə yaşayır. Alimlərin fikirinə görə pinqvinlər Antarktida, Yeni Zelandiya və cənub enliklərindən ekvatora 10 mln il öncə yayılmışlar.
Şeyx Rüknəddin Məhəmməd Sücasi
Şeyx Rüknəddin Məhəmməd Sücasi o, Şeyx Rüknəddin Əbü’l-Qənaim Qənimət ibn Müfəzzəl Sücasi kimi də tanınır. (?-1211)—Azərbaycan alimi. Şeyx Rüknəddin Məhəmməd Zəncan vilayətinin Sücas qəsəbəsində doğulmuşdu. İbtidai təhsilini doğma yurdunda almışdı. XII-XIII əsrlərdə yaşamış fütuvvət şeyxi idi. O, Şeyx Qütbəddin Əbhərinin müridi və xəlifəsi olmuşdu. Şeyx Qütbəddin Əbhərinin mürşidi isə məşhur Şeyx Əbu’n-Nəcib Əbdülqahir Sührəvərdi (öl. 1178) idi. Şeyx Rüknəddin Məhəmməd Sücasi "Sührəvərdiyyə" və "Əbhəriyyə" təriqətlərində mürid, sonra mürşid olmuşdu.Əkməlul-məayih Höccətüllah fi’l-xalq xəlifət-i Rəbbi’l-aləmin Qütbül-aləm Sultanul-arifin bürhanul-mühaqqiqin əbul-Qənaim Rüknül-millə vəddin əl-Sücasi kimi Şərqdə tanınmağa başladı. Şeyx Rüknəddin Sücasi Bağdadda yaşamış və buradakı "Dərəcə" xanəgahında mənəvi tərbiyə və irşadla məşğul olmuşdu.
Subaşı
Subaşı və ya sübaşı — türk mənşəli bir söz olaraq demək olar ki, tarix boyu mövcud olmuş bütün türk dövlətlərində "komandir" mənasında işlənmişdir. Türk dilində "sü" sözünün mənası əsgər, ordu deməkdir. Orxon kitabələrində "sü begi" formasında işlədilmişdir. Qaraxanlılar orduya rəhbərlik etmək və ordunu idarə etmək üçün "sü başlamaq" ifadəsindən istifadə edirdilər. Qutadqu Bilikdə "sübaşlar er", "sübaşçısı" və "sübaşlar adamı" kimi işlədilmişdir. Qaraxanlılar, Qəznəvilər, Böyük Səlcuqlar, Anadolu Səlcuqları və Osmanlı imperiyası dövründə ərəb və fars dillərində müvafiq olaraq "sahibü'l ceyş" və "sipehsalar" kimi işlənən sözlərdən, eyni zamanda da türk dilindəki "subaşı" sözündən istifadə edilmişdir.Səlcuq bəyin titulu da subaşı olmuşdur. Subaşı və buna oxşar sözlərin işlədildiyi bütün türk dövlətlərində, bu mövqe dövlətin adət-ənənələrinə və şərtlərinə görə dəyişsə də, subaşı olmaq təbii olaraq son dərəcə vacib bir vəzifə hesab edilirdi. Subaşı vəzifəsinə təyin olunacaq şəxslərdə təbii olaraq bir sıra xüsusi xüsusiyyətlərin olması vacib hesab edilirdi. Bunlar arasında hərbi məsələlərdə, xüsusilə də hərbi taktikalarda təcrübəli olmaq, cəsarətli, cəsur, səxavətli, ləyaqətli, təvazökar, özünəməxsus siyasi və strateji baxışların olması, adət-ənənələrə sadiqlik, qələm və silahdan istifadə də bacarıqlı olmaq, elm və hikmət sahibi olmaq kimi geniş xüsusiyyətlər nəzərdə tutulurdu. Osmanlı imperiyasının birinci dövrlərində subaşı olmaq şəhərin mühafizə qüvvələrinin komandanı olaraq, qazı və dizdarın təyin edilməsi ilə bərabər bir şəhərin ələ keçirilməsinin rəsmiləşdirilməsi kimi qəbul edilirdi.
Admirallıq şurası
Admirallıq şurası (rus. Адмиралтейств-совет) — 1827–1917-ci illərdə Rusiyada dəniz idarəsinin rəhbər orqanı. Əvvəlcə Dəniz Qüvvələri Nazirinin nəzdində bir məsləhətçi təşkilat, 1836-cı ildən dəniz idarəsinin iqtisadi hissəsi üçün ali qurum, 1907-ci ildən dəniz nazirinin rəhbərlik etdiyi Dəniz Qüvvələrinin ali qurumu. Admirallıq şurası 1827-ci ildə admirallıq-kollegiyasından yaradılmışdır. 28 noyabr 1917-ci ildə qüvvəyə minmiş Xalq Komissarları Sovetinin 23 noyabr 1917-ci il tarixli qərarı ilə ləğv edilmişdir. Адмиралтейств-совет // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907. А. Я. Сухарев, В. Е. Крутских, А.Я. Сухарева.
Ansionlar Şurası
Ansionlar Şurası (fr. Conseil des Anciens-azərb. Ağsaqqallar (aqillər, veteranlar) Şurası‎) — III Konstitusiya zamanı fransız Milli Konventinin yuxarı palatası. Departamentlərin yaşı qırxa çatmış, nigahda olan, 15 ildən artıq Fransa Respublikasında yaşayan nümayəndəlirindən seçilmiş 250 üzvə malikdir. Ansionlar Tülrində əvvəlcə Manej, sonralar isə Burbon sarayında yığışırdılar. Ansionlar Şurası prezident və katibi bir ay müddətinə seçirdi. Onun üzvüləri maaş alırdılar. Ansionlar Şurası aşağı palatanın - Beşyüzlərin qətnamələrini təsdiq və ya rədd etmək səlahiyyətinə malik olmuşdur. Beşyüzlərin təqdim etdikləri qətnamələr yalnız yuxarı palata - Ansionlar təsdiq etdikdən sonra qanuna çevrilirdi. Amma Ansionlar öz özlüyündə qanunverici təşəbbüsünə mali deyildirlər.
Avropa Şurası
Avropa Şurası — qitənin insan hüquqlarını müdafiə edən aparıcı beynəlxalq təşkilatıdır. Avropa İttifaqının 27 üzv dövlətləri daxil olmaqla 46 üzv dövlətdən ibarətdir. Avropa Şurasının bütün üzv dövlətləri insan hüquqları, demokratiya və qanunun aliliyini qorumağı nəzərdə tutan Avropa İnsan Hüquqları Konvensiyasını imzalamışdır. Avropa Şurasının qərargahı Fransanın Strasburq şəhərindədir. İngilis və Fransız dilləri iki rəsmi dildir. Avropa Şurasının aşağıdakı strukturları vardır: Nazirlər Komitəsi; Parlament Assambleyası (AŞPA). Şuraya üzv dövlətlər Avropa İnsan Haqları Konvensiyasına və İşgəncələrin Qarşısının Alınması üzrə Avropa Konvensiyasına riayət etməlidirlər. Hər iki sənəd üzrə müdafiə mexanizmi mövcüddür: Avropa İnsan Haqları Məhkəməsi; İşgəncələrin qarşısının alınması üzrə Avropa Komitəsi Nazirlər Komitəsi üzv dövlətlərin bu iki orqanın qərarlarına əməl etmələrini təmin edir. Digər vacib Şura orqanları bunlardır: Baş katibin rəhbərlik etdiyi Katiblik; Yerli və Regional Hakimiyyətlər Konqresi (məşvərət orqanı); Avropa İnsan Hüquqları Komissarı. İdarəetmə ilə əlaqəli mövzular Əmək və Sosial İşlər Nazirləri tərəfindən həll edilir; ümumi siyasi problemlər, Xarici işlər və Birliyi maraqlandıran əsas məsələlər Xarici İşlər Nazirlərinin hüquqları çərçivəsindədir.
Beşyüzlər Şurası
Beşyüzlər Şurası (fr. Conseil des Cinq-Cents) — III Konstitusiya zamanı fransız Milli Konventinin aşağı palatası. Adından göründüyü kimi departamentlərin yaşı otuza çatmış nümayəndəlirindən 3 il müddətinə seçilmiş 500 üzvə malikdir.
Botsvana pulası
Botsvana pulası (ISO 4217 : BWP) - Botsvanada istifadə edilən rəsmî pul vahididir. Qeyri-rəsmî olaraq Zimbabvedə də istifadə olunur. Tsvana dilində "pula"nın əsl mənası "yağış"dır. Ölkədə yağış nadir olduğundan pul da dəyərlidir. Botsvana Bankı tərəfindən dövriyyəyə buraxılır. 1 Botsvana pulası 100 thebeyə bərabərdir (thebe - qalxan). 6 sentyabr 2016 tarixinə aid məzənnəyə görə, 1 Botsvana pulası = 0.0922080 ABŞ dolları.
Direktorlar şurası
Direktorlar şurası – səhmdar cəmiyyətinin ali kollegial, idarəetmə orqanıdır ki, bura səhmdarların ümumi yığıncağında seçilən qurumun (idarəetmə aparatının) rəhbəri və xarici üzvlər daxildir. Direktorlar Şurası ingilis-sakson dilli ölkələrdə yaradılır ki, burada səhmdar cəmiyyətlərin idarə edilməsinin "bir səviyyəli" strukturu fəaliyyət göstərir. Baxmayaraq ki, Direktorlar Şurası ayrı-ayrı şirkətlərin spesifik milli şərtlərini və xüsusiyyətlərini əks etdirir, onların hamısı oxşar funksiyalara və səlahiyyətlərə malikdir: onlar ümumi strateji rəhbərliyi həyata keçirir, administrasiyanın fəaliyyətini təşkil edir, istiqamətləndirir və nəzarət edir, illik və perspektiv planları və hesabları təsdiq edir, səhmdar cəmiyyətinin siyasətinin əsas istiqamətlərinin işlənib hazırlanmasında, rəhbərliyin təyin olunmasında və dəyişdirilməsində (əvəz olunmasında) iştirak edir. Direktorlar Şurasının optimal sayı 10-12 nəfər hesab olunur. Direktorlar Şurasının tərkibinə səhmdar cəmiyyətinin ali idarə edənlərindən (rəhbərlərindən) savayı bu şirkətdən asılı olmayan xarici üzvlər də (elmlər akademiyasının, istehlakçıların nümayəndələri, məsləhətçilər və s.) daxildir ki, bunların xüsusi çəkisi 1/3-ə çata bilər. Bu isə səhmdar cəmiyyətinin ziyanına olaraq rəhbərlərin və səhmdarların şəxsi maraqları ilə diktə olunan əsassız qərarlardan yaxa qurtarmağa imkan verir. Direktorlar Şurası çərçivəsində müxtəlif komitələr (audit, strategiya, maliyyə, şura üzvlərinə namizədlərin seçilməsi və s. üzrə) yaradılır. Direktorlar Şurasının fəaliyyəti səhmdar cəmiyyətində qəbul olunan qaydalarla və prosedurlarla tənzimlənir ki, bunlar da iclasların davamiyyətini və aparılması yerini, qərarların qəbul edilmə qaydasını (bir səslə, ixtisaslı və ya sadə əksəriyyət əsasında), xərclər smetasını və s. müəyyən edir.
Mediasiya Şurası
MEDİASİYA ŞURASI — Mediasiya Şurası "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanununun 18.1-ci maddəsinə əsasən yaradılan, fəaliyyətini özünüidarəetmə prinsipi üzrə həyata keçirən qeyri-kommersiya hüquqi şəxsdir. Azərbaycan Respublikasındakı bütün mediasiya təşkilatlarının, mediatorların və mediasiya təlimi qurumlarının Mediasiya Şurasının üzvü olması tələb olunur. Mediasiya Şurası Avropa İttifaqının dəstəyi ilə işçi qrupun fəaliyyəti nəticəsində 12 fevral 2020-ci ildə yaradılmışdır. İşçi qrup bu məqsədlə Avropa İttifaqı tərəfindən cəlb edilmiş ekspert tərəfindən koordinasiya edilmiş və Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələrindən təşkil olunmuşdu. Mediasiya Şurası aşağıdakı funksiyaları həyata keçirir: mediasiya sahəsində tənzimləməni və nəzarəti həyata keçirir; mediasiyanın inkişafı ilə bağlı tədbirlər görür, bu sahədə dövlət proqramlarının və normativ hüquqi aktların layihələrinin hazırlanmasını təşkil edir və ya hazırlanmasında iştirak edir; mediatorların ilkin hazırlığı üzrə təlimin və mediatorların ixtisasartırma kurslarının mediasiya təlimi qurumları tərəfindən keçirilməsi ilə bağlı tədbirlər görür; mediasiya təşkilatlarının, mediatorların və mediasiya təlimi qurumlarının reyestrini aparır; müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlim qaydasına, mediasiya reyestrinin aparılması qaydasına, mediatorların peşəkar etik davranış qaydasına, mediasiya prosesinin həyata keçirilməsi qaydasına dair təkliflər hazırlayır; mediasiya prosesi ilə bağlı sənədlərin, o cümlədən protokol və arayışların formalarını hazırlayır və təsdiq edir; mediasiya təşkilatlarından, mediatorlardan və mediasiya təlimi qurumlarından statistik məlumatları toplayır və təhlil edir; üç ildə bir dəfədən az olmayaraq mediasiya sisteminin səmərəliliyini təhlil edir, bundan irəli gələrək müvafiq təkliflər verir və digər tədbirlər görür; mediasiya sahəsində konfranslar və təşviqat tədbirlərinin keçirilməsini təşkil edir; mediasiya təşkilatlarının, mediatorların və mediasiya təlimi qurumlarının fəaliyyəti ilə əlaqədar daxil olan müraciətlərə baxır; mediasiya təşkilatı, mediator və mediasiya təlimi qurumu tərəfindən "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunan vəzifələrin pozulması hallarının aradan qaldırılmasına dair qərar qəbul edir; mediatorların intizam məsuliyyətinə cəlb olunması barədə qərar qəbul edir; mediatorların, mediasiya təşkilatlarının və mediasiya təlimi qurumlarının müvafiq fəaliyyətini həyata keçirmək hüququnun dayandırılması və Mediasiya Şurasının üzvlüyündən çıxarılması barədə qərarlar qəbul edir, "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanununun 11.6-cı və 17.3-cü maddələrində nəzərdə tutulmuş hallarda isə məhkəmə qarşısında müvafiq məsələ qaldırır; intizam icraatının həyata keçirilməsi qaydasını müəyyən edir; mediasiya fəaliyyəti haqqında informasiya və statistik xarakterli hesabatı rübdə bir dəfə ictimaiyyətə açıqlayır. Mediasiya Şurasının fəaliyyəti "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanununa, digər normativ hüquqi aktlara və Nizamnaməsinə əsasən həyata keçirilir. Bütün mediatorlar, mediasiya təşkilatları və mediasiya təlimi qurumlarının Mediasiya Şurasının üzvü olması tələb olunur. Mediasiya Şurasının hazırda 1 mediasiya təlimi qurumu və 57 mediator olmaqla, 58 üzvü vardır və 300 nəfərdən çox mediatorların ilkin hazırlığı üzrə təlimi başa vuran yeni namizədlərin və mediasiya təşkilatlarının qəbul olunması gözlənilir. Mediator olmaq istəyən fiziki şəxs aşağıdakı tələblərə cavab verməlidir: ali təhsilə malik olmalıdır; 25 yaşı tamam olmalıdır; ən azı 3 illik iş stajına malik olmalıdır; mediatorların ilkin hazırlığı üzrə təlimi bitirərək sertifikat əldə etməlidir. Aşağıdakı fiziki şəxslər mediator ola bilməzlər: məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş şəxslər; barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan şəxslər; məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər.
Mətbuat Şurası
Azərbaycan Mətbuat Şurası — Azərbaycanda medianın özünütənzimləməsini həyata keçirən orqan. Şuraya hazırda Rəşad Məcid rəhbərlik edir. Mətbuat Şurası 15 mart 2003-cü ildə ölkə jurnalistlərinin I qurultayında 180-dək aparıcı kütləvi informasiya vasitəsinin təsisçiliyi ilə yaradılıb. 170-ə yaxın KİV və jurnalist təşkilatını təmsil edən 400-ə yaxın nümayəndənin iştirak etdiyi qurultayda Mətbuat Şurasının rəhbər heyəti seçilib. Həmin il aprelin 24-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Mətbuat Şurasının məqsədi jurnalistlərin öz peşə fəaliyyətlərində qanunvericiliyin tələblərinə, peşə prinsiplərinə əməl etməsinə ictimai nəzarətin həyata keçirilməsi, dövlət orqanları və ictimaiyyətlə mətbuat arasında əlaqənin və etimadın möhkəmləndirilməsi, söz, fikir və məlumat azadlığına daha geniş imkanlar yaradılmasından ibarətdir. Şura media vasitələrinin fəaliyyət sahələrində baş verən münaqişələrin məhkəməyəqədər həlli variantlarının araşdırılmasını, redaksiya əməkdaşlarının davranışı ilə əlaqədar verilmiş şikayətlərin qəbulu, öyrənilməsi və bununla bağlı qərarların çıxarılmasını həyata keçirir. Mətbuat Şurasının ali orqanı qurultaydır. Qurultaylar MŞ Nizamnaməsinin müvafiq bəndinin tələbinə uyğun olaraq keçirilir. Şuraya rəhbərlik sədr tərəfindən aparılır (bax: Nizamnamə).
Qrunt suları
Qrunt suları — Yer səthindən aşağı su keçməyən birinci lay üzərində, üst səthi sərbəst olan yeraltı sular; əsasən atmosfer yağıntıları, çay, göl, su anbarları, suvarma kanalları və hidrotexniki qurğulardan sızılan sulardan əmələ gəlir. Məhz ona görə də iri çayların, kanalların, su anbarlarının yaxınlığında qrunt sularının səviyyəsi yüksək olur. Atmosfer yağıntılarının miqdarından, həmçinin suvarma rejimindən asılı olaraq qrunt sularının səviyyəsi, debiti, temperaturu və kimyəvi tərkibi dəyişir. Meşə, meşə-çöl və çöl rayonlarında şirin və ya minerallaşmış Q.s., quru çöl, səhra və yarımsəhra rayonlarında şor, və ya çox minerallaşmış qrunt suları üstünlük təşkil edir. Qrunt sularının böyük xalq təsərrüfatı əhəmiyyəti var; su təchizatı mənbəyi kimi sənaye müəssisələrində, şəhərlərdə, kəndlərdə və s.-də istifadə edilir. Rütubətli iqlimdə intensiv şəkildə infiltrasiya prosesi və yeraltı axarlar baş verir və nəticədə süxur və torpaqlar yuyulur, və onlardan asanlıqla həll olunan duzlar (xloridlər və sulfatlar) yuyularaq çıxır. Belə şəraitdə qrunt suları şirin olur, və onların tərkibində nisbətən gec həll olunan duzlar mövcud olur. Quru isti iqlim şəraitində isə (quru çöllərdə, yarımsəhralarda və səhralarda) yağıntılar qısa müddətli olaraq az miqdarda düşməsi, habelə ərazinin drenaj sisteminin zəif olması qrunt sularının yeraltı axınının inkişaf etməsinə mane olur. Beləliklə, yeraltı axın buxarlanır və şoranlaşma yaradır. Çayların, su anbarlarının və s.
Səth suları
Səth suları – Yer səthi ilə suyun axması; Çay yatağı və yamac Səth sularına bölünür. Səth suları özünün iki genetik mənşəyinin – qar və yağış sularının torpaq örtüyünə hopa bilməyən və onun səthi ilə axan suların cəmindən ibarətdir. Bu sular dağlıq ərazilərdə daşqınlar, sellər yaradaraq xalq təsərrüfatına böyük ziyan vurur. Əsas ziyanvurucu daşqınlar (sellər) Böyük Qafqazın cənub yamacında müşahidə olunur.
Türk Şurası
Türk Dövlətləri Təşkilatı və ya keçmiş adı ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) (qaz. Turki Memleketteriniñ Ūyımı, qırğ. Түрк мамлекеттеринин уюму, özb. Turk Davlatlari Tashkiloti türk. Türk Devletleri Teşkilatı, ing. Organization of Turkic States) — 3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində imzalanan Naxçıvan müqaviləsi ilə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında qurulmuş olan beynəlxalq təşkilatdır. Özbəkistan 30 aprel 2018-ci ildə qatılma niyyətinin olduğunu açıqlamış və 14 sentyabr 2019-cu ildə də Türk Şurasına üzv olmuşdur. Bu əməkdaşlıq şurasının qurulması fikri ilk dəfə 2006-cı ildə Qazaxıstan prezidenti Nursultan Nazarbayev tərəfindən təklif edilmişdir. 24 may 2019-cu il tarixində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təklifi və şura üzvlərinin razılığı ilə Nursultan Nazarbayev Türk Şurasının ömürlük fəxri rəhbəri ünvanını almışdır. 2018-ci ilin sonlarından bu yana Macarıstan müşahidəçi dövlətdir və yaxın zamanda Türk Şurasına tam üzvlük tələbini etməsi gözlənilir.
Təhlükəsizlik Şurası
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) — BMT-nin daimi fəaliyyət göstərən ali orqanı. BMT-nin Nizamnaməsinə görə beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında əsas məsuliyyət daşıyır. 15 üzvü var: 5 daimi (Çin, Fransa, Rusiya, Böyük Britaniya, ABŞ) və 2 il müddətinə seçilən 10 qeyri-daimi üzvü. Şuranın hər bir üzvü bir səsə malikdir. Prosedura məsələlərinə dair qərarlar Şuranın 9 üzvü səs verdikdə qəbul olunmuş sayılır. 24 oktyabr 2011-ci ildə Azərbaycan Respublikası ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir.
Vadoz suları
Azərbaycan Şurası
Azərbaycan Şurası və ya Əncüməni Azərbaycan — İran İslam İnqilabı zamanı Cənubi Azərbaycanda yaradılmış və İrandakı Azərbaycan türkləri üçün geniş muxtariyyət istəyən siyasi təşkilat. İnqilabın gətirdiyi nisbi rahatlıq dövrü zamanı Təbriz əsas olmaqla bir çox təşkilatlar və Azərbaycan türkcəsində mətbuat orqanları meydana çıxdı. Cənubi Azərbaycana aid qurulmuş mühüm təşkilatlardan biri də Əncüməni Azərbaycan idi. Əncümənin çap edilmiş proqramında "Azərbaycanın milli dilinin və mədəniyyətinin" tanınmasını, Azərbaycan türkcəsində növbəti tədris ilindən etibarən məktəblərin və media orqanlarının yaradılmasını, habelə bu dilin rəsmi qurumlarda, məhkəmələrdə istifadəsinin rəsmi olaraq qəbul edilməsini tələb edirdi. Əncümən daha da irəli gedərək rəsmi Tehranla konfederasiya əlaqəsində olmağı tələb edirdi. Rəsmi olaraq yalnız regional muxtariyyət tələb edilsə də, Əncümən bütün inzibati, mədəni, hüquqi, iqtisadi və hətta təhlükəsizlik məsələlərinin yerli nümayəndələrdə və şuralarda olmasını istəyirdi. Tələbə əsasən bu şuralar və təmsilçilər yerli xalq tərəfindən seçilməli idi. İslam İnqilabından sonrakı ilkin dövrdə bir çox Azərbaycan siyasətçiləri və ziyalıları İslam Respublikasının yeni konstitusiyasında, Yazıçılar Birliyi kimi bir çox ictimai qurumların nizamnamələrində və bir çox mövcud İran siyasi hərəkatları daxilində etnik azlıqların dil hüquqlarının təmin edilməsində fəal iştirak etmişlər. Yeni İran konstitusiyasının XV maddəsinin yerli və milli dillərin mətbuatda və məktəblərdə istifadəsinə rəsmi şəkildə icazə versə də, rejim bu maddənin reallıqda həyata keçməsinə icazə vermədi. Artıq Ali Dini Lider olmuş Ruhullah Xomeyni "İslamda fərqli dilləri danışan müsəlmanlar arasında fərq yoxdur" və "belə tələblər müsəlmanların birləşməsini istəməyən qüvvələr tərəfindən yaradılır deyərək buna qarşı çıxmışdı".
Valyuta şurası
Valyuta şurası (ing. сurrency board), və ya valyuta idarəsi — monetar orqanların qanunvericilik səviyyəsində müəyyən edilmiş sabit məzənnə ilə milli valyutanın qeyri-məhdud xarici valyutaya dəyişdirilməsi öhdəliyini öz üzərinə götürdüyü pul siyasəti rejimi. Valyuta şurası, idarə və ya şura təsvir olunan siyasətin həyata keçirilməsinə cavabdeh olan pul orqanlarıdır. Milli valyutanın məzənnəsinin müəyyən edildiyi xarici valyutaya "lövbər valyutası" deyilir. Valyuta şurası Avropa imperiyalarının çiçəklənmə dövründə geniş yayıldı və müstəmləkələrdə pul hakimiyyətinin bir forması idi. Koloniyada yerli valyutanın buraxılışı metropolun ehtiyat valyutasının dəstəyi ilə həyata keçirilirdi. Əslində, koloniyanın pul orqanları emissiya funksiyasından məhrumdurlar: onlar yalnız bir valyutanı digərinə dəyişirlər. Qlobal maliyyə sistemində ümumi pul kütləsi dəyişməz olaraq qalır. Real emissiya mərkəzlərinin rolu müstəmləkələrin ehtiyatlarını təşkil edən ehtiyat valyuta buraxan mərkəzi banklarda qalır. Bu sistem XIX əsrin ortalarında ingilislər tərəfindən öz koloniyaları üçün yaradılmışdır.
Nur Subaşı
Mustafa Nur Subaşı (6 iyun 1941 – 10 mart 2018, İstanbul) — türk teatr aktyoru və səs aktyoru. Ankara Dövlət Konservatoriyasını bitirib. İlk olaraq Ankara Dövlət Teatrında çalışıb. 1979-cu ildə İstanbul Dövlət Teatrı qurulanda ilk təyin olunanlardan biri olub. O, teatrda oynamaqla yanaşı, bir çox filmlərdə də səsləndirib. O, Kanal D ekranlarına gələn unudulmaz Şirinlər cizgi filminin açılış rolları ilə yaddaşlara həkk olunub. O, tətilə getdiyi Salonikidə xəstələndikdən sonra reanimasiya şöbəsinə aparılıb və pnevmoniya diaqnozu qoyulub. 10 mart 2018-ci ildə reanimasiya şöbəsində yatarkən vəfat edib. Üsküdar Tekel səhnəsində təşkil edilən mərasimin ardından cənazəsi Şakirin məscidindən çıxarılaraq Karacaahmet qəbiristanlığında torpağa tapşırılıb. O, aktrisa Defne Solo ilə 3 ay evli olub.
Ekspertlər şurası
Ekspertlər şurası (farsca: مجلس خبرگان رهبری, Rom: Meclis-i Hubregan-i Rehberi) İranın Ali Rəhbərini seçən, onun hərəkətlərinə nəzarət edən və lazım gələrsə onu vəzifəsindən azad edə bilən konstitusiya orqanıdır. Ekspertlər şurası səkkiz ildən bir birbaşa olaraq xalq tərəfindən seçilən səksən səkkiz ruhanidən ibarət bir orqandır. Ekspertlər şurasına seçiləcək namizədlərin lazımi keyfiyyətlərə malik olub-olmaması, üzvlərinin yarısının İranın Ali-Dini Rəhbəri tərəfindən təyin edildiyi Konstitusiyanın Mühafizə Şurası tərəfindən yoxlanılır və təsdiqlənir. Məhz buna görə də, şura bu günə qədər Dini Rəhbərə heç vaxt nəzarət etməmişdir. Ekspertlər şurasının hal-hazırkı sədri Əhməd Cənnətidir.
Subaşı (Altınova)
Subaşı — Türkiyənin Yalova vilayətinin Altınova rayonuna bağlı bəldə. Əhalisi 8,281 nəfərdir (2022). Kəndin adı Osmanlı bürokratiyasında bir titulu olan subaşına aiddir. Şəhərin sakinləri əsasən 1935-ci ildə Rumıniyanın Dobruca və Dəliorman bölgəsini tərk etmiş türk, tatar və qaqauz köçkünlərdir. Qəsəbə 1992-ci ildə qəsəbənin mərkəzi elan edilmişdir. 1999-cu ildəİzmitdə baş verən 7,6 bal gücündə zəlzələdə əziyyət çəkmişdir.
Subaşı (dəqiqləşdirmə)
Subaşı — türk mənşəli bir söz olaraq demək olar ki, tarix boyu mövcud olmuş bütün türk dövlətlərində "komandir" mənasında işlənmişdir. Subaşı (Altınova) — Türkiyənin Yalova vilayətinin Altınova rayonuna bağlı bəldə.
Lazer şüası
Lazer şüası və ya işıq şüası — işığın nazik bir şüa formasında bir mənbədən çıxaraq şüalanmasına verilən addır. Buna misal olaraq günəş işığının ona maneə törədən hər hansısa obyektin (məsələn, bulud) ortasındakı dəlikdən nazik şüa şəklində parlamasını göstərmək mümkündür. İşıq şüasını süni şəkildə istehsal etmək üçün lampa və parabolik reflektordan istifadə olunur. Bu texnologiya LED-lər, işıqforlar kimi bir çox cihazlarda istifadə olunur. Lazerlər şüanın mümkün qədər az əyilməsini təmin edirlər və beləliklə də, demək olar ki, paralel şüalar əldə edilir.
İşıq şüası
Lazer şüası və ya işıq şüası — işığın nazik bir şüa formasında bir mənbədən çıxaraq şüalanmasına verilən addır. Buna misal olaraq günəş işığının ona maneə törədən hər hansısa obyektin (məsələn, bulud) ortasındakı dəlikdən nazik şüa şəklində parlamasını göstərmək mümkündür. İşıq şüasını süni şəkildə istehsal etmək üçün lampa və parabolik reflektordan istifadə olunur. Bu texnologiya LED-lər, işıqforlar kimi bir çox cihazlarda istifadə olunur. Lazerlər şüanın mümkün qədər az əyilməsini təmin edirlər və beləliklə də, demək olar ki, paralel şüalar əldə edilir.
Salami
Salami — İranın Rəzəvi Xorasan ostanının Xaf şəhristanının Salami bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,056 nəfər və 1,341 ailədən ibarət idi.
Siyasi
Siyasət (qədim yunanca: Πολιτικά, politika — "şəhərlərin işləri") — sosial qruplarda qərarların qəbulu və ya fərdlər arasında güc münasibətlərinin digər formaları, məsələn, resursların və ya statusun bölüşdürülməsi ilə əlaqəli fəaliyyətlər məcmusu. Siyasəti və hökuməti öyrənən sosial elm sahəsinə siyasi elm — politologiya deyilir Siyasi fəaliyyət müxtəlif sosial qruplar, siniflər və dövlətlər arası münasibətlər üzərində qurulur. Hakimiyyət problemi ilə bağlı olan hər hansı bir fəaliyyət siyasi xarakter daşıyır. Siyasət cəmiyyətin inkişafının müəyyən mərhələsində yaranır və o xüsusi mülkiyyətə əsaslanan istehsal formalarının, sosial strukturun, mədəni mədəniyyətin formalaşdığı dövrdə təşəkkül tapmışdı. Müxtəlif sosial qruplar öz mənafelərini qoruyub saxlamaq üçün xüsusi idarəetmə aparatını yaradırlar. Siyasi hakimiyyət müxtəlif təsisat formaları vasitəsilə həyata keçirilir. "Siyasət" termini Azərbaycan dilinə ərəb dilindən keçib. Sözün ərəb dilindəki hərfi mənası "at təlimi" deməkdir. Bir çox qərb ölkələrində, məsələn, ingilisdilli ölkələrdə, "Politics", almandilli ölkələrdə isə "Politik" terminini istifadə edirlər. "Politics/Politik" sözü yunan sözü olan "Polis" sözündən götürülüb.
Sülalə
Xanədan və ya sülalə — Monarxiya quruluşlu dövlətlərdə irs əsasında nəsil hakimiyyəti silsiləsi.
Süvari
Atlı qoşun, Süvarilər, Kavaleriya - (fr. cavalerie, it. cavaleria, от lat. caballus — at) - atlılar - döyüş əməliyyatlarının aparılması və yerdəyişmə üçün minik atlarından istifadə edilən qoşun növü. Sürətli və güclü zərbə ilə birlikdə, yüksək hərəkətliliyə və manevrliyə malik olan süvarilər, keçmişin bir çox döyüşlərində həlledici qüvvə idi. Öz qoşunlarından xeyli aralı məsafədə müstəqil hərəkət etmək bacarığı, qısa zaman ərzində böyük məsafələri qət etmək, rəqibin arxasında və cinahlarında qəflətən peyda olmaq, döyüş üçün çevik açılmaq həm atlı, həm də piyada sırada bir hərəkətlərdən başqasına çevik keçid bacarığı, süvarilər üçün çoxfunksional taktiki və strateji-əməliyyat imkanları yaradırdı. Süvarilərin əsas döyüş hərəkətlərindən birincisi, gedişində rəqibə saldırılan, cinahlarına zərbə endirilən, geri çəkiləndə isə onu qovan, hücum idi. Süvarilər həmçinin, öz qoşunlarının cinahlarını və geri çəkilməsini qorumaq, kəşfiyyat aparmaq və rəqibin arxasına reyd etmək və sairə əməliyyatlarda əsas qüvvə idi. Süvarilər qeyri-nizami atlı qoşun kimi Qədim Dünyanın, atların kütləvi yetişdirildiyi ölkələrində yaranmışdır. Qədim Misir, Hindistan, Çin və başqa ölkələrdə atlara qoşulmuş döyüş arabaları istifadə olunurdu.
Azərbaycan Sənaye Şurası
Azərbaycan Sənaye Şurası (Азәрбајҹан Сәнаје Шурасы) və ya Azərsənətbirliyi (Азәрсәнәтбирлији) — Azərbaycan SSR-də sənət kooperasiyasının rəhbər, təşkilat və təsərrüfat mərkəzi. 1920-ci ildə "Kustar və Sənətkarlar İttifaqı" adı ilə təşkil olunmuşdur. 1927-ci ildə onun əsasında yaradılan "Qırmızı Kustar İttifaqı" az sonra "Azərsənətbirliyi" adlanmışdır. İkinci beşillikdə respublikanın bir sıra şəhər və rayonlarında sənətkar ittifaqlarının yaradılması nəticəsində "Azərsənətbirliyi" Azərbaycan Sənaye Şurasına çevrilmişdir. 1960-cı ildə Azərbaycan Sənaye Şurası ləğv edilmiş, bütün müəssisələri respublika Məişət Xidməti Nazirliyinə verilmişdir.
Ağbaba Milli Şurası
Müsəlman Milli Komitələri və ya Müsəlman Milli Şuraları — Fevral inqilabından sonra Azərbaycan şəhərlərində yaradılmış təşkilatlar. Bakı Müsəlman İctimai Təşkilatları Komitəsi 1917-ci il aprelin 15–20-də Bakıda keçirilən Qafqaz müsəlmanları qurultayı ərəfəsində Qafqaz müsəlmanlarına müraciət dərc etmişdi. Müvəqqəti İcraiyyə Komitəsinin qarşıya qoyduğu başlıca məqsədlərdən biri özünüidarə orqanlarında və gələcək Müəssislər Məclisində müsəlmanların proporsional şəkildə təmsil olunmasına nail olmaq idi. Qafqaz müsəlmanları qurultayında Cənubi Qafqaz üçün, mərkəzi Bakı olmaqla, Şimali Qafqaz və Dağıstan üçün isə mərkəzi Vladiqafqaz olmaqla Mərkəzi Komitələr yaratmaq qərara alındı. Cənubi Qafqaz üçün Mərkəzi Komitənin təşkili Bakı Müsəlman İctimai Təşkilatları Komitəsinə tapşırıldı. 1917-ci il noyabrın 9–12-də Bakıda Cənubi Qafqaz Müsəlman Milli Komitələrinin Konfransı keçirildi. Konfrans millətlərin öz müqəddəratını təyinetmə hüququnun dərhal reallaşması məqsədilə Milli Müəssislər Məclisinin çağırılmasını qərara aldı. Sürətlə cərəyan edən siyasi proseslərin gedişində Azərbaycan Müəssislər Məclisini çağırmaq qeyri-mümkün olduğundan Cənubi Qafqaz Mərkəzi Müsəlman Komitəsi bu məsələnin həllini Zaqafqaziya seyminin müsəlman üzvlərinə həvalə etdi. 1918-ci il mayın 27-də Seymin müsəlman fraksiyası özünü Azərbaycan Müvəqqəti Milli Şurası adlandırılaraq, mayın 28-də Azərbaycanın İstiqlal Bəyannaməsini elan etdi. Beləliklə, Müsəlman Milli Komitələri başlıca məqsədinə nail oldu.
Selsi
Selsi şkalası (şərti işarəsi: °C) — Beynəlxalq Vahidlər Sistemində (BS) Kelvin şkalası ilə bərabər geniş istifadə olunan istilik ölçü vahidi. Selsi şkalası 1742-ci ildə bu temperatur ölçü sistemini ilk dəfə təklif etmiş İsveç alimi Anders Selsinin (1701-1744) şərəfinə adlandırılmışdır. Onun təklif etdiyi şkalada suyun donma temperaturu 0°, qaynama temperaturu isə 100° müəyyən edilmişdi. Lakin sonradan digər məşhur İsveç alimi Karl Linney (1707-1778) (bəzi mənbələrə görə isə Martin Ştremer) bu şkalanı bizim bu gün adət etdiyimiz şəklə salmışdır. Belə ki, o suyun donma temperaturunu 0°, qaynama temperaturunu isə 100° kimi təklif etmişdir. Bu şkalanın tətbiqi barədə ilk yazılı qeyd 1745-ci ildə Karl Linneyin öz tələbəsi Samuel Naklerə yazdığı məktub hesab edilir. Məktubda Linney Uppsala Universitetinin Botanika bağında qeydə aldığı temperatur fərqləri barədə tələbəsini məlumatlandırır. Əvvəllər Selsi şkalasında dərəcənin təyin olunması standart atmosfer təzyiqinin müəyyən edilməsindən asılı idi, çünki, suyun donma və qaynama temperaturları atmosfer təzyiqi ilə birbaşa bağlıdır. Bu hal hər hansı ölçü vahidinin standart olaraq qəbul edilməsi üçün əlverişli deyil. Buna görə də Kelvin şkalasının temperaturun ölçülməsi üçün əsas ölçü vasitəsi kimi qəbul edilməsindən sonra Selsi şkalasında 1 dərəcənin müəyyən edilməsi qaydası dəyişmişdir.
Stasi
Ministerium für Staatssicherheit (MfS/Dövlət Təhlükəsizlik Nazirliyi) xüsusilə Ştasi (Ştaatssicherheit mürəkkəb sözünə görə) adı ilə tanınır, bu Almaniya Demokratik Respublikasının təhlükəsizlik və kəşfiyyat təşkilatıdır. Stasi Şərqi Berlindən idarə edilirdi. Lichtenberg şəhərində genişmiqyaslı bir kompleksə, eyni zamanda şəhərin müxtəlif yerlərində müxtəlif komplekslərə sahib idi. Stasi dünyada fəal kəşfiyyat təşkilatlarından biri hesab olunurdu. Təşkilatın şüarı "Schild und Schwert der Partei" ("Partiyanın Qalxanı və Qılıncı") idi. Əvvəlki dövrlərdə Stasi üçün istifadə edilən başqa bir termin Dövlət Təhlükəsizliyi Xidməti yəni Staatssicherheitsdienst idi. Stasi 1950-ci il fevralın 8-də təsis edilmişdir. Quruluşunda Sovetlərin kəşfiyyat təşkilatı olan KQB modeli əsas götürülmüşdür. KQB tərəfindən Varşava Paktına üzv ölkələrin kəşfiyyat idarələri içərisində ən təsirli və sadiq tərəfdaş olaraq qəbul edilirdi. Wilhelm Zaisser Stasinin ilk prezidentidir, Wilhelm Zaisserin köməkçisi isə Erich Mielke olmuşdur.
Ağqoyunlular sülaləsi
Ağqoyunlular (az-əbcəd. آغ‌قویونلولار‎) (fars. آق‌ قویونلو‎, translit. Āq Quyūnlū) (türk. Ak Koyunlu) və ya Bayandurlular — 1378–1503-ci illərdə şərqi Anadolunu, Azərbaycanı və İranı idarə etmiş türk oğuz boylarından ibarət Bayandur tayfasının rəhbərliyi altındakı tarixi dövlət. Ağqoyunlular Azərbaycan xalqının təşəkkülündə mühüm rol oynamaqla yanaşı, Azərbaycan dövlətçilik tarixində də əhəmiyyətli yer tutmuşlar. Ağqoyunlu tayfa ittifaqının başçısı Bayandur tayfasından olan Pəhləvan bəy idi. Qara Yuluq Osman bəy isə mərkəzi Diyarbəkir olan Ağqoyunlu bəyliyinin əsasını qoymuşdur və adına pul kəsdirmişdir. Qara Yuluq Osman bəy böyük yürüşlər edərək Şərqi Anadolunun çox hissəsini ələ keçirmişdi. Ondan sonra bəyliyə onun övladları Cahangir Mirzə və 1453-cü ildə Həsən bəy Bayandur başçılıq etmişdir.
Ağsunqurlar sülaləsi
Ağsunqurilər (türk. Aksungurlar, fars. احمدیلی‎) və ya Marağa atabəyləri (fars. اتابکان مراغه‎, translit. Atābakān-e Marāghe) — 1122–1227-ci illərdə Marağada hakimiyyətdə olmuş türk xanədanı. 1108-ci ildə Rəvvadilər sülaləsindən olan Əhmədili ibn İbrahim ibn Vəhsudan ər-Rəvvadi Böyük Səlcuq hökmdarı Məhəmmədə düşmənləri ilə mübarizədə köməklik etdiyinə görə Marağanın hakimi təyin edildi. Onun hakimiyyət dövrü tarixə Əhmədililər sülaləsinin hakimiyyəti dövrü kimi də daxil olmuşdur. 1111–1112-ci illərdə Əhmədili Mosul, Diyarbəkr, Xilat və digər yerlərin hakimləri ilə birlikdə Suriya ərazisində xristianlara qarşı aparılan döyüşlərdə iştirak etmişdir, lakin 1117-ci ildə Əhmədili ismaili təriqətinin radikal qollarından biri olan nizarit agentləri tərəfindən Bağdadda öldürüldü. Onun keçmiş qulu, türk mənşəli Ağsunqur əl-Əhmədili yaranmış bu əlverişli şəraitdən istifadə edərək Marağada hakimiyyəti ələ keçirib Ağsunqurilər sülaləsinin əsasını qoydu. O, Marağadan başqa, Rəvanduz qalasını da ələ keçirdi.
Aşide sülaləsi
Aşide sülaləsi — Göytürk xaqanlığında aparıcı sülalələrdən biri. Damğası — . Təkcə anası Aşide sülaləsindən olan uşaqlar taxta çıxa bilərdi. Tonyukuk (çin. 阿史德元珍) — Qapağan xaqanın, Bilgə xaqanın və İlteriş xaqanın məsləhətçisi, sərkərdəsi, Yollıq xaqanın babası. Aşide Venfu (çin. 阿史德溫傅) — Aşina Nişufunun üsyanına kömək edən sərkərdə. Daha sonralar Aşina Funianın üsyanına qoşulmuşdur. Lakin 681-ci ildə sonuncu tərəfindən tutularaq imperatora təslim edilmişdir. Aşide Fenqçi (çin.
Baburlu sülaləsi
Baburlu sülaləsi və ya Moğol xanədanı — Teymurlular xanədanının bir qoludur. Məhəmməd xan Şeybaninin 1507-ci ildə Teymurlu imperatorluğuna son qoymasından sonra Teymurilərin Hindistana çəkilməsi nətciəsində yaranan Baburlu imperiyasının hakim sülaləsidir. Əsası Baburlu imperiyasının qurucusu və ilk padşahı Padşah Babur şah tərəfindən qoyulmuşdur. Babur padşah ən məşhur türk xaqanlarından olan Əmir Teymur xanın nəticəsi idi. Sülalənin nümayəndələri 5 titul daşıyırdılar: padşah, şah, sultan, xan və xaqan. Sülalə türk idi, moğol (muğal) adı isə onlara onları səhvən monqol bilən avropalılar tərəfindən verilmişdir. Sülalənin son padşahı II Bahadır şahdır. Baburlular digər türk dövlətləri olan Osmanlı və Səfəvi imperiyaları ilə dostluq əlaqələri qurmuşdur.
Baharlı sülaləsi
Baharlı və ya Baranlı sülaləsi — Oğuz Yabqu Dövlətini, Qaraqoyunlular dövlətini, Qütbşahları və Aud nəvvablığını idarə etmiş türk sülaləsi. Sülalənin banisi Tural bəy sayılır. 1202-ci ildə Mərkəzi Asiyadan Diyarbəkir ətrafına köçmüşdü. Onun nəvəsi Bayram xoca idi. Cəlairilər dövründə Ərciş hakimi olmuşdu. Bayram xocadan sonra hakimiyyətə qardaşı oğlu Qara Məhəmməd gəlmişdir. Qara Mənsur Bayram xoca (1351–1380) Qara Dursun (Bayram xocanın qardaşı) Qara Məhəmməd (1380–1389) Bayram (ö. 1389) Misr xacə Qara Yusif (d.1355–ö.1420) Pirbudaq (1410–1413) Şahməhəmməd Şah Əli Qara İsgəndər (1421–1429/1431–1435) Əlvənd - Həmədan hakimi Yar Əli Məlik Qasim Həsən bəy Şah Qubad İspənd (Bağdad hakimi – 1432–1445) Fulad Mirzə (Bağdad hakimi – 1445–1446) Cahan şah Pirbudaq - Əmisi Pirbudaqla qarışdırmamalıdır. İsfahan hakimi idi. Həsənəli Sultanəli Qasımbəy Mirzə Məhəmməd - Pirbudağı edam etmiş, özü də Uzun Həsən tərəfindən edam olunmuşdur.
Baqrationi sülalə
Baqrationlar və ya Baqrationilər (gürc. ბაგრატიონები) — Gürcüstanın qədim kral nəsli; Gürcüstanın bir çox, Rusiyanın isə bir neçə nəfər görkəmli dövlət və hərbi xadimi bu nəsildən çıxmışdı. Gürcü tarixi mənbələrində Baqrationilərin xronologiyası VI əsrdən hesablanır. Bəzi mənbələrə görə Avropada ən qədim kral nəslidir. Qədim erməni mənbələrinə görə Baqrationilər Hay nəslindəndirlər, qədim gürcü mənbələrində isə Baqrationilər Farnavaz nəslinin davamçıları hesab edilir. Həmçinin, erməni mənbələri ənənəvi olaraq Baqrationilərin soykökünü İran şahı I Artakserksin dövründə - b.e.ə. V əsrdə, Ermənistan satrapı olmuş yəhudi əsir Şambata (Sumbata) bağlayırlar. Amma daha sonrakı erməni-gürcü mənbələrində bir qayda olaraq Baqrationilər Davud peyğəmbərin (Davud padşahın) törəmələləri hesab edilir. XI-XII əsrlərdə Gürcüstan Baqrationilərin hakimiyyəti altında xeyli gücləndi. Kral IV David (Qurucu David) (1089-1125) Gürcüstanı müstəqilliyini bərpa etdi və bütün gürcü torpaqlarını öz hakimiyyəti altında birləşdirdi.
Baqrationilər sülaləsi
Baqrationlar və ya Baqrationilər (gürc. ბაგრატიონები) — Gürcüstanın qədim kral nəsli; Gürcüstanın bir çox, Rusiyanın isə bir neçə nəfər görkəmli dövlət və hərbi xadimi bu nəsildən çıxmışdı. Gürcü tarixi mənbələrində Baqrationilərin xronologiyası VI əsrdən hesablanır. Bəzi mənbələrə görə Avropada ən qədim kral nəslidir. Qədim erməni mənbələrinə görə Baqrationilər Hay nəslindəndirlər, qədim gürcü mənbələrində isə Baqrationilər Farnavaz nəslinin davamçıları hesab edilir. Həmçinin, erməni mənbələri ənənəvi olaraq Baqrationilərin soykökünü İran şahı I Artakserksin dövründə - b.e.ə. V əsrdə, Ermənistan satrapı olmuş yəhudi əsir Şambata (Sumbata) bağlayırlar. Amma daha sonrakı erməni-gürcü mənbələrində bir qayda olaraq Baqrationilər Davud peyğəmbərin (Davud padşahın) törəmələləri hesab edilir. XI-XII əsrlərdə Gürcüstan Baqrationilərin hakimiyyəti altında xeyli gücləndi. Kral IV David (Qurucu David) (1089-1125) Gürcüstanı müstəqilliyini bərpa etdi və bütün gürcü torpaqlarını öz hakimiyyəti altında birləşdirdi.
Barakzay sülaləsi
Barakzay sülaləsi-Əfqanıstanda Dürranilər sülaləsindən sonra iqtidara gəlmiş soy.
Basarab sülaləsi
Basarab sülaləsi— Valaxiya knyazlığınin Qıpçaq kökənli ilk xanədanı. 1330-cü illərdə ortaya çıxan ilk Rumın dövləti olan Valaxiyanın qurulmasında və idarə olunmasında Qıpçaqlar təsirli rol oynamışdılar. Basaraba sülaləsi bugünkü Rumıniyanın Valaxiya bölgəsində qurulmuş ilk knyazliqdir. Valaxiya dövlətinin təməlini təşkil edən knyazliqdır. Qurucusu və ilk sülalə Basarab adında Qıpçaqlar soyundan gələn biridir. Son hökmdar isə Aleksandru Coconuldur. 1310-cu illərdə qurulan bu knyazliq, etnik olaraq Qıpçaqlara dayanmaqdadır və bu üzdən Türki xanədanlıqlar içərisində göstərilməkdədir. Valaxiya (ya da Wallachia; Rumıncada: Ţara Românească or "Thə Romanian Land") Rumıniyanın tarixi və coğrafi bir bölgəsidir. Bölgə, Dunay çayının şimalı ilə Karpat dağının cənubu arasında yerləşir. Valaxiya ilk dəfə bir knyazliq olaraq 1330-cu ildə Basarab tərəfindən Macar kralı I Charlesa qarşı bir ayaqlanma, üsyan sonucu quruldu.
Bavəndilər sülaləsi
Bavəndilər sülaləsi—VII əsrdə İranın Təbəristan əyalətində iqtidarda olmuş xanədan. Sülalə öz balanğıcını Sasanilər şahı I Qubadın oğlu Kavusun oğlu Bavdan götürür. Məzdəkilər hərəkatının başlanması-kəndlilərin istismarı, onların əmlakının müsadirə edilməsi iri feodalların güclənməsinə, dövlət xəzinəsinin boşalmasına və bunun sonucunda imperiyanın zəifləməsi prosesinin kəskin xarakter almasına səbəb olmuşdu. İri fodallardan ehtiyat edən I Qubad (488-528) 481-ci ildən fəal mübarizəyə keçən Məzdək Bəmdad oğlundan dəstək istəyir və bir müddət onların fikirləri ilə hərəkət etməyə məcbur olur. Belə ki, qıtlıq zamanı Məzdəkin məsləhəti ilə, Qubad dövlətin taxıl anbarlarını xalqın istifadəsinə verir. Sonra I Qubad Məzdəkə qarşı çıxır. Amma oğlu və vəliəhdi Kavus üsyan başçısına rəğbət bəslədiyindən taxt-tacdan məhrum edilir. Əvəzinə digər qardaşı Qubadın oğlu I Xosrov Ənuşirəvanın (528-575) şah olur. Kavus isə şimal satraplığa satrap təyin edilir. Çox keçmədən qardaşı tərəfindən öldürülür.
Bayandurlar sülaləsi
Bayandurlar sülaləsi — Azərbaycanda və İranda iqtidarda olmuş Ağqoyunlular dövlətini və Adilşahlar sultanlığını idarə edən xanədandır.
Braqanza sülaləsi
Braqanza sülaləsi (port. Casa de Bragança) — Avropa və Amerika qitəsində hökmranlıq etmiş, portuqal əsilli monarx ailəsi. Sülalənin banisi Aviz sülaləsindən olan Portuqaliya kralı I Conun nikahdan kənar oğlu və ilk Braqanza hersoqu Alfonsodur. Sülalə qısa zamanda İntibah dönəminin ən güclü və varlı ailələrindən birinə çevrildi. 1640-cı ildə Habsburqların ölkədən qovulması nəticəsində Braqanza ailəsi Portuqaliyada, 1822-ci ildə Braziliya imperiyasının müstəqillik qazanması nəticəsində isə Amerika qitəsində hakimiyyətə gəldi. Braqanza ailəsi 15 Portuqaliya kralı və 4 Braziliya imperatoru başda olmaqla, Avropanın bir çox monarx ailəsinə gəlin olaraq gedən (Ketrin Braqanza, Mariya İzabella Braqanza və s.) və daha sonra taxt iddiaçıları (İnfant Pedro, İnfant Manuel və s.) dünyaya gətirən, Avropa və Amerika tarixində mühüm yer tutmuş şəxsiyyətlər yetişdirmişdir. Ancaq XIX-XX əsrin əvvəllərində Braqanza ailəsi hakimiyyətdən uzaqlaşdırıldı. Belə ki, II Pedro 1889-cu ildə Braziliyada, II Manuel isə 1910-cu ildə Portuqaliyada taxtdan endirildi (Portuqaliya inqilabı). VI Conun səltənətinin ardından Braqanza sülaləsi öz daxilində 3 qola ayrıldı: VI Conun ilk oğlu I Pedronun başçılıq etdiyi Braziliya qolu VI Conun ikinci oğlu I Miquelin başçılıq etdiyi Miquelist qol I Pedronun ən böyük qızı II Mariyanın başçılıq etdiyi Konstitusional qol Sülalənin Braziliya qolu 1921-ci ildən sonra Orlean-Braqanza ailəsiylə əvəz olunsa da, bu ailə də öz daxilində parçalandı və taxt hüququndan uzaqlaşdı. Konstitusional qol isə 1932-ci ildə II Manuelin vəfatıyla kəsildi və taxt hüququ Miquelist qola ötürüldü.
Byelbo sülaləsi
Byelbo sülaləsi — İsveçin ən qədim sülalələrindən idi. Sülalənin tarixi Gombul Folkenin yarl təyin olunması ilə başlayır. Yarl Skandinaviyada qraf titulunun ekvivalenti idi. Sülalədən həm də çoxlu arxiyepiskoplar çıxmışdır. İsveçdə hakimiyyətə ana tərəfdən X Erikin nəslindən olan Valdemarla gəlmişdilər. Byelbo nəsli ana nəsli tərəfdən bütün İsveç, Danimarka və Norveç krallarının əcdadıdır.
Cavanşirlər sülaləsi
Cavanşirlər — Azərbaycanın qədim soylarından biri. Qarabağda, qismən də İranda yaşayırlar. Bu soyun nümayəndələri 1747-ci ildən 1822-ci ilədək Qarabağda xanlıq ediblər. Qarabağdan olan bu sülalə türk-qızılbaş tayfalarından biri olan Əfşar tayfasından törəmişdir. Cavanşir sülaləsinin əcdadlarının bir zamanlar Türküstandan gəldiyi güman edilir. Rzaqulu xan Hidayət özünün Rozvat-üs Səfa əsərində bunu belə təsvir edir: Səfəvi imperiyası dövründə Cavanşir tayfası Qarabağ üzərində təsirə malik olmaq üçün digər türk-qızılbaş tayfaları olan Qacarlarla mübarizə halında idilər. Osmanlı-Səfəvi müharibəsinin gedişatında Qarabağdakı Cavanşirlər Osmanlı imperiyasına tabe oldular. Bunun qarşılığı olaraq, 1612-1613-cü illərdə I Abbas Qacarlara Cavanşir tayfa başçılarını qətlə yetirmələrini əmr etdi. 1626-1627-ci illərdə Cavanşir tayfası I Abbas tərəfindən Qarabağın hakimi təyin edilən Davud xan Allahverdinin qaynı və gürcü Tulaşvili ailəsindən olan Novruz bəyin nəzarətinə verildi. Əski monqol qurumlarında goran və orun adlı düzülüş sistemi vardı.
Cuçilər sülaləsi
Cuçilər sülaləsi Qızıl Orda və Qazan xanlığında iqtidarda olmuş xanədandır.
Danişməndlilər sülaləsi
Danişməndlilər sülaləsi- 1071 – 1178 illəri arasında Sivas mərkəz olmaqla, Anadoluda indiki Çorum, Tokat, Amasya, Malatya, Kayseri vilayətlərində bəylik qurmuş xanədandır. Sivasda: Danişmənd qazi (1071—1084) Qazi Gümüştəkin (1084—1134) Məhəmməd (1134—1142) İmadəddin Zünnun (1142) Nizaməddin Yağıbasan (1142—1164) Mücahid Camalaləddin qazi (1164—1166) Şəmsəddin İbrahim (1166) Şəmsəddin İsmayıl (1166—1168) Zünnun (İkinci dəfə, Nasirəddin ləqəbi ilə; 1168—1174) Malatyada: Eynəddin bəy (1105—1107) Zülqərneyn (1107—1122) Nasirəddin Məhəmməd bəy (1122—1152) Fəxrəddin (Məyfərakində; 1122—1129) Əfridun bəy (1176—1184) Nasirəddin Məhəmməd bəy(ikinci dəfə; 1122—1152).
Dop sülaləsi
Dop sülaləsi, Dəfnə sülaləsi və ya Dopyanlar (erm. Դոփյաններ, Դաւփեանք) – XII – XVI əsrlərdə Xaçında hakimiyyətdə olmuş knyaz sülaləsi. Dop sülaləsinin nümayəndələri Yuxarı Xaçın və Zod ərazisinin hakimləri olmuşlar. Dop sülaləsi adını Yuxarı Xaçın knyazı I Həsənin xanımı Dop xatunun (Դաւփ – Dop Dəfnə adının erməni dilinə uyğunlaşdırılmış formasıdır.) adından almışdır. Dop özü isə Sarkis Zaxari-Dolqaruki və Saakanduxt Artsruninin qızı olmuşdur. Əri I Həsənin ölümündən sonra Dop xatun Yuxarı Xaçının (Zar) hakimi olmuşdur. Bu tarixdən sonra Yuxarı Xaçının hakim sülaləsi Dop sülaləsi (Dopyanlar) adlanmışdır ki, bu dünya tarixində qadın adı ilə adlandırılmış çox az sülalələrdən biridir. Dop sülaləsi çiçəklənmə dövrünü XIII əsrdə — Qafqazda monqol hökmranlığı dövründə yaşamışdır. I Həsən və Dop xatunun oğlu I Qriqor Dop və Saak Sevadanın oğlu birlikdə monqol sərkərdəsi Baycu noyonun Mesopotamiya yürüşündə (1242–1243) iştirak etmişdi. Sülalənin ən məşhur knyazları II Həsən, II Qriqor və III Həsən hesab olunur.
Dürranilər sülaləsi
Dürranilər sülaləsi (puşt. دراني) — müasir Əfqanıstan, Pakistan, şimalı-şərqi İran və qərbi Hindistanın ərazilərdə yerləşən tarixi dövləti (1747-1822) idarə edən xanədan. 1747-ci ildə Qəndəharda Əhməd şah Dürrani tərəfdən əsası qoyulmuşdu. O, Nadir şah Qırxlı-Avşarın sərkərdəsi idi. Qonşu dövlətlərlə apardığı mübarizə nəticəsində Dürranilər dövlətinin sərhəddi xeyli genişlənir. Amudəryanın sol sahilində yaşayanlarla yanaşı Sistan, Xorasan, Sind, Bəlucistan, Kəşmir və Pəncab bölgələrində yaşayanlar da daxil edilir.
Kulalı
Kulalı — Xəzər dənizində Tülen adaları arxipelaqına aid ada. Arxipelaqın və dənizin ən iri adasıdır. Adanın sahəsi 68 km² təşkil edir. Uzunluğu 39 km, eni 2 km təşkil edir. İnzibati cəhətdən Qazaxıstanın Manqıstau vilayətinə daxildir. Ada əsasən gil və qum suxurları ilə örtülüdür. Manqışlaq körfəzinin şimal-qərbində, arxipelaqın isə qərbində qərar tutur. Qış ayları sahil xətti donur. 1667-ci ilik yayındа Stepan Razinin tərəfdarı olan 200 quldur Qurevdən (Atırau) Kulalı adasına qaçır. Adaya 2690 tüfəngçi, ağır artilleriya və 40 qayıqda hücum təşkil edilir.
Muraşi
Muraşi — Rusiya Federasiyasında yerləşən şəhər. Kirov vilayətinə daxildir.
Muraşı
Muraşi — Rusiya Federasiyasında yerləşən şəhər. Kirov vilayətinə daxildir.
Qulalı
Qulalı (Şəmşəddin)