Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Noxud sıyığı
Noxud sıyığı — Suda bişirilmiş noxudlara qaymaq, yağ və ədvalardan istifadə edərək hazırlanır. Noxudlu sıyıq əsas yemək ola bilər. Ona çox vaxt soğan, qara istiot da əlavə edirlər. Qarniyer kimi üzərinə balıq və ətdən istifadə edirlər. O dietik yeməkdir. Yüksək koloriliyi və tutumu ilə seçilir. Çox vaxt idmançılar tərəfindən istifadə edilir. Vegeteriyanlar isə ondan ağardıcı və ət əvəzləyicisi kimi istifadə edirlər. Orta əsirlərdən Polşada o mal əti ilə hazırlanır. Məlumdur ki, III Sigizmund onu çox bəyənirdi.
Qarabaşaq sıyığı
Qarabaşaq sıyığı — Qarabaşaq sıyığından hazırlanan məşhur rus, belarus, ukrayn və polşa yeməyidir. V.Poxlebkinə görə slavyan xalqlarında qarabaşaq da taxıllar qrupuna daxildir. Şirin və kəmşirin sıyıqlar üçün südə samalensk taxılı əlavə edilirdi. Ovulmuş hissəciklər əzilmiş sıyıqda istifadə edilir.Qarabaşaq sıyığı su və süd də hazırlanır. O adi yemək (bəzən, süd, kərə yağı, şəkər də əlavə edilir) ola bilər. Bəzən qarniyer kimi də istifadə edilir. Dietik yeməklər içərisində ön planda durur. Poxlebkina görə qarabaşaq sıyığı rus mətbəxində ikinci növ milli yemək hesab edilir. Belə ki, xalq mahnılarında da hansı sıyıq olursa qarabaşaq sıyığı olmalıdır. O həmçinin rahat hazırlanma qaydasına görə də fərqlənir.
Quryevsk sıyığı
Quryevsk sıyığı-Manna yarmasının süd və çərəzlərlə qarışığından hazırlanır. Qaymaq, quru meyvələr də qatılır. Rus mətbəxinin milli yeməyidir. XIX əsrdə ilk dəfə olaraq hazırlanıb. Qraf Dmitri Quryevin adından öz adını götürüb. Rusiya Federasiyasının Maliyyə Nazirinin adından götürüb. Onu ilk hazırlayan Zaxar Kuzminim idi ki, hansı ki, Quryevsk onun evində qonaq qalırdı.Sonra o Kuzmini öz sarayının aşbazı oldu.Bəzi fərziyyələrə görə isə Quryevsk özü bu sıyığın reseptini icad eləmişdir. Bu sıyıq III Aleksandrın ən sevimli yeməyi idi. 1888-ci ildə imperatorun qatarı aşan zaman ona məhz bu desert təqdim edilirdi. Ofisant qaymağı tökən zaman qatar resysdən çıxmış və qaymaq tökülmüşdür.
Yulaf sıyığı
Yulaf sıyığı-Yulaf yarmasından hazırlanır. Yulaf unundan hazırlanır. Bu yemək Şotlandiya, Skandinaviya və Rusiyada həmçinin şərq slavyan xalqlarında bu sıyıq bəzən süd bəzən isə suda hazırlanırdı. Xeyirli yemək olduğu üçün son illərdə çox ölkərdə xeyli popilyarlıq qazanmışdır. Yüksək koloriliyi və tutumu ilə əlaqədar səhər yeməyi kimi istifadə edilir və çox gün ərzində adamı tox tut ur. Milli yemək olan bu sıyığın ovulmuş bəzən də çox da xırdalanmamış çeşidindən istifadə edilir. Hazırlanması bir və ya bir saat yarım çəkir. Hazır sıyığın rəngi bozlu-sarımtıl olur. Sıyıq hazırlanan zaman həcmi azı 4 dəfəyə qədər artıq. Yulaf sıyığına şəkər, duz, süd, qatıq, yağ, mürəbbə, quru meyvələr, darçın, çərəzlər və pendir də əlavə edilir.
Biosenozun sıxlığı
Biosenozun sıxlığı — müəyyən sahə vahidinə düşən müxtəlif növ canlılara məxsus fərdlərin cəmi. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Böhran sıxlığı
Böhran sıxlıq kosmik sıxlığn elə minimal qiymətidir ki, bu sıxlıqdan böyük qiymətlərdə Kainatın genişlənməsi dayanır və o sıxılmağa başlayır. == Hesablanması == Nəzəri araşdırmalarla müəyyən olunmuşdur ki, böhran sıxlığının ρ b {\displaystyle \rho _{b}} qiyməti Habbl sabitinin kvadratı ilə mütənasibdir: ρ = 3 H 2 8 π G {\displaystyle \rho ={\frac {3H^{2}}{8\pi G}}} Burada G {\displaystyle G} — cazibə sabitidir. == Qiyməti == Sabitlərin qiymətlərini nəzərə almaqla hesabladıqda böhran sıxlığı ρ b = 4 , 5 ⋅ 10 − 29 q / s m 3 {\displaystyle \rho _{b}=4,5\cdot 10^{-29}q/sm^{3}} Böhran sıxlığının bu qiymətində hər 1 s m 3 {\displaystyle 1sm^{3}} həcmdəki nüvə zərrəciklərinin sayı 2 , 7 ⋅ 10 − 5 {\displaystyle 2,7\cdot 10^{-5}} qədərdir. Yəni vahid litr həcmə 0,0027 nüvə zərrəciyi 1000 litr həcmə isə 2–3 nüvə zərrəciyi düşür. Sıxlığın və ya nüvələrin sayının bu qiyməti fiziki vakuumun qiymətlərinə yaxındır.
Neftin sıxlığı
Neftin sıxlığı – neft və neft məhsullarının əhəmiyyətli və geniş istifadə olunan keyfiyyət göstəricilərindən biridir. Sıxlıq müəyyən temperaturda vahid həcmin kütləsi kimi müəyyən olunur və kq/m3, q/sm3 və ya q/ml ilə ifadə olunur.Praktikada çox vaxt ölçüsüz kəmiyyətdən – nisbi sıxlıqdan istifadə olunur. Nisbi sıxlıq – neftin təyin olunma temperaturunda kütləsinin standart temperaturda (tst) eyni həcmdə götürülmüş suyun kütləsinə olan nisbətidir. Standart temperatur kimi su və neft məhsulları üçün ABŞ-da və İngiltərədə tst=15,60C, digər ölkələrdə, o cümlədən Azərbaycanda standart tst=+40C, təyin etmə temperaturu ttəy=200C qəbul olmuşdur. Nisbi sıxlıq ρ4 20 işarə olunur. Əksər neftlər və neft fraksiyaları üçün, xüsusən də böyük olmayan temperatur intervalında (0-500C-yə qədər) nisbətən az miqdarda bərk parafinlərə və aromatik karbohidrogenlərə malik neft fraksiyaları üçün sıxlığın temperaturdan asılılığı xətti xarakter daşıyır və aşağıdakı formul ilə ifadə olunur: ρ2= ρ1 – γ (t2 – t1) t1 – ölçmənin başlanğıc temperaturu, 0C; t2 - ölçmənin son temperaturu, 0C; γ - t2 – t1=1 olduqda, 10C -ə dəyişən sıxlığa düzəliş; ρ1 və ρ 2 uyğun olaraq t1 və t2 temperaturunda maddənin sıxlığıdır. Neft məhsulları üçün düzəliş qiymətləri γ = 0,00093 – 0,00132 (ρ4 20 – 0,7) formulu üzrə hesablanır. Karbohidrogenlərin nisbi sıxlığı aşağıdakı ardıcıllıq üzrə artır: Aromatik karbohidrogenlər > naftenlər> olefinlər>alkanlar. Əksər neftlərin sıxlıqları vahiddən kiçik olub. 0,80-0,9 q/sm3-a qədər olur.
Əhali sıxlığı
Əhalinin sıxlığı
Avulsiya sınığı
Avulsiya sınığı — fiziki travma nəticəsində sümük parçasının əsas sümük hissəsindən qopması zamanı əmələ gələn sümük sınığı. Avulsiya sınığı bədəndən kənar qüvvələr (məsələn, düşmə və ya gərginlik) nəticəsində və ya sümüyünü bir arada tutan qüvvələrdən daha çox olan əzələ daralması nəticəsində vətərdə baş verə bilər. Ümumiyyətlə əzələ daralmalarına qoyulan nevroloji məhdudiyyətlər ilə əzələ avulsiyasının qarşısı alınır. Yüksək təlim keçmiş idmançılar gücün bu nevroloji maneəsinin öhdəsindən gələ bilər və bir sümüyü sındıra və ya yıxmağa qadir olan daha çox güc yarada bilər. == Növləri == === Diş avulsiyası === Dişin alveolyar sümükdəki yerindən travmatik tam yerdəyişməsi. Bu, təcili müalicənin (zədədən 20-40 dəqiqə ərzində) dişin proqnozuna təsir etdiyi ciddi bir stomatoloji təcili vəziyyətdir. === 5-ci metatarsal sümüyün apofizinin avulsiyası === Yumruğun avulsion sınığı (həmçinin yalançı Cons sınığı və ya rəqqas sınığı kimi də tanınır) beşinci metatarsal sümüyünün (ayağın xarici kənarında kiçik barmağa qədər uzanan sümük) ümumi sınığıdır. Bu sınıq plantar aponevrozun (tendon) yan zolağından qaynaqlanır. Bu sınıqların əksəriyyəti sərt dabanlı ayaqqabı və ya gips ilə müalicə olunur. Bu, ağrı keçənə və sonra xəstə normal fəaliyyətə qayıdana qədər lazımdır.
Galeazzi sınığı
Qaleassi sınığı — mil sümüyün (radial) orta hissəsi ilə bilək arasında olan mil sümüyünün sınığı. Ön qol 2 uzun, nazik sümükdən ibarətdir: dirsək sümüyü və mil sümüyü. Bu iki sümük dirsək və biləkdə oynaqlarla bağlanır. Qaleassi sınığı italyan cərrahı Rikkardo Qaleassinin (1866-1952) şərəfinə adlandırılıb. == Simptomları == Mil sümüyünün biləklə birqə zədələnməsinin yerində yumşaq toxumaların ağrısı və şişməsi qeyd olunur. Bu zədə rentgen müayinəsi ilə təsdiqlənir. Ön qolun zədələnməsi kompartman sindromu ilə əlaqəli ola bilər. Qabaq sümüklərarası sinirin (QSS) (palmar sümüklərarası sinir) iflici də ola bilər. Sırf motor siniri olan QSS median sinirin bir qoludur. QSS-nin zədələnməsi şəhadət barmağının iflicinə səbəb ola bilər ki, bu da baş barmaq və şəhadət barmağı arasında olan əlaqə mexanizminin itirilməsi ilə nəticələnir.
Qaleassi sınığı
Qaleassi sınığı — mil sümüyün (radial) orta hissəsi ilə bilək arasında olan mil sümüyünün sınığı. Ön qol 2 uzun, nazik sümükdən ibarətdir: dirsək sümüyü və mil sümüyü. Bu iki sümük dirsək və biləkdə oynaqlarla bağlanır. Qaleassi sınığı italyan cərrahı Rikkardo Qaleassinin (1866-1952) şərəfinə adlandırılıb. Mil sümüyünün biləklə birqə zədələnməsinin yerində yumşaq toxumaların ağrısı və şişməsi qeyd olunur. Bu zədə rentgen müayinəsi ilə təsdiqlənir. Ön qolun zədələnməsi kompartman sindromu ilə əlaqəli ola bilər. Qabaq sümüklərarası sinirin (QSS) (palmar sümüklərarası sinir) iflici də ola bilər. Sırf motor siniri olan QSS median sinirin bir qoludur. QSS-nin zədələnməsi şəhadət barmağının iflicinə səbəb ola bilər ki, bu da baş barmaq və şəhadət barmağı arasında olan əlaqə mexanizminin itirilməsi ilə nəticələnir.
San Andreas qırığı
San Andreas qırığı — təxminən 810 mil Kaliforniya vasitəsilə yayılan qitə qırığına çevirir. Bu, Sakit okean plitəsi və Şimali Amerika plitəsinin arasında tektonik sərhəd formalaşdırır və üfüqi yayılır. Qırılma Los-Anceles təxminən 35 kilometr daxilində gedən üç seqmentləri, müxtəlif xüsusiyyətləri hər və zəlzələ riskinin müxtəlif dərəcəsi, ən əhəmiyyətli varlığa cənub seqmentinə bölüşür. Farallon plitəsi demək olar ki, tamamilə Şimali Amerika plitəsinin qərb hissəsinin altına subduksiya olunub və həmin ərazini San-Andreas qırılması boyunca Sakit okean plitəsi ilə əlaqədə saxlayır. Xuan de Fuka, Kəşfiyyatçı (Explorer), Qorda, Kokos və Naska plitələri Farallon plitəsinin qalıqlarıdır. Kaliforniya körfəzi böyük və paralel qırılma zonaları arasında yerləşir. Bu mürəkkəb qırılma zonasıdır və körfəzin dəniz dabanının qalxması qərbdəki Baxa Kaliforniya dağları və şərqdəki Sierra Madre qalxmaları arasındakı fərq 3000 km-dən böyükdür. Plitədə bir neçə ocaqlar var. Əsas ocaqlar Yelloston, Raton və Anaxim ocaqlarıdır. Yellouston və Anaxim ocaqlarının Mioken periounda yaranması güman edilir.
Sindinq-Larsen-Yoxanson sınığı
Sindinq-Larsen-Yoxanson sınığı – diz qapağının aşağı qütbünün osteoxondriti, idman travması ilə bağlı.
Divriği
Divriği (türk. Divriği) — Sivas ilinin ilçəsi.
Sırıq
Sırıq — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd.
Sıyıq
Sıyıq (rus. Каша; ing. Porridge)— suda (və ya süddə) qaynadılmış taxıldan, bəzən isə duz, şəkər, ədviyyat, süd, meyvə və quru meyvələr, mürəbbə kimi əlavələrdan ibarət, əsasən rus mətbəxinə xas olan ənənəvi yemək. Min illərlə insanların sevimli yeməyi olan sıyıq Rusiya mətbəxində çox geniş yayılmışdır. Rus məsəlində deyilir ki, "sıyıq çörəyin ulu nənəsidir". Sıyıqlar, horralar dəndən, yarmadan, undan hazırlanan duru və ya yarımduru xörəklərdir. Çörək meydana gəldikdən sonra da onlar süfrədə öz əhəmiyyətini itirməmişdir. Orta əsrlərdə sıyıq Şərqdə, xüsusən türk xalqlarının mətbəxində möhkəm yer tutmuşdur. P.Karpini tatarların bişirdiyi horradan bəhs edərək yazır: «Onlar darını suda qaynadıb bişirirlər. Xörək o qədər duru olur ki, onu su kimi içirlər.
Divriği Ulu məscidi
Divriği böyük məscidi və darüşşəfası — Məngüçlü bəyi Əhməd şah və Məleykə Turan tərəfindən, bəyliyin mərkəzi Sivas, Divriğidə inşa etdirilmiş böyük məscid və darüşşəfa (xəstəxana) kompleksi. Kompleks 1228-1229-cu illərdə inşa edilmişdir. Kompleksə daxil olan abidələrin memarı Əhlətli Xürrəmşah və Tiflisli Əhməddir. Kompleksə daxil olan məscidin xeyriyyə fondu 5 iyul 1243-cü ildə fəaliyyətə başlamışdır. Kompleksi ziyarət etmiş məşhur səyyah Övliya Çələbi yazır: "Ustad,...mərmər,bu camiyə elə əmək sərf edib, qapı və divarları elə naxışlamışdır ki, onu mədh eləməyə nə söz yetər, nə qələm yazar..." Kompleks Türkiyədən UNESCO-nun Ümumdünya İrsi Siyahısına salınmış ilk abidədir. == Tarixi == Kompleks Məngucuk bəyi Əhməd şahın xanımı Məleykə Turan tərəfindən inşa etdirilmiş və məscid, hamam və xəstəxanadan ibarət olmaqla Anadolunun bu tipli külliyələri içərisində ən qədimidir. Kompleksə daxil olan məscidin memarı Əhlətli Xürrəmşahdır. Darüşşəfa binası məscidin cənub divarına bitişik inşa edilmişdir. Bina üstü işıqlıq qübbəylə örtülmüş, giriş ilə birgə dörd eyvandan ibarətdir. Darüşşəfanın şimal-şərqində isə bir türbə vardır.
Divriği böyük məscidi
Divriği böyük məscidi və darüşşəfası — Məngüçlü bəyi Əhməd şah və Məleykə Turan tərəfindən, bəyliyin mərkəzi Sivas, Divriğidə inşa etdirilmiş böyük məscid və darüşşəfa (xəstəxana) kompleksi. Kompleks 1228-1229-cu illərdə inşa edilmişdir. Kompleksə daxil olan abidələrin memarı Əhlətli Xürrəmşah və Tiflisli Əhməddir. Kompleksə daxil olan məscidin xeyriyyə fondu 5 iyul 1243-cü ildə fəaliyyətə başlamışdır. Kompleksi ziyarət etmiş məşhur səyyah Övliya Çələbi yazır: "Ustad,...mərmər,bu camiyə elə əmək sərf edib, qapı və divarları elə naxışlamışdır ki, onu mədh eləməyə nə söz yetər, nə qələm yazar..." Kompleks Türkiyədən UNESCO-nun Ümumdünya İrsi Siyahısına salınmış ilk abidədir. == Tarixi == Kompleks Məngucuk bəyi Əhməd şahın xanımı Məleykə Turan tərəfindən inşa etdirilmiş və məscid, hamam və xəstəxanadan ibarət olmaqla Anadolunun bu tipli külliyələri içərisində ən qədimidir. Kompleksə daxil olan məscidin memarı Əhlətli Xürrəmşahdır. Darüşşəfa binası məscidin cənub divarına bitişik inşa edilmişdir. Bina üstü işıqlıq qübbəylə örtülmüş, giriş ilə birgə dörd eyvandan ibarətdir. Darüşşəfanın şimal-şərqində isə bir türbə vardır.
Turşu-sıyıq
Turşu-sıyıq - Azərbaycanın milli yeməyi. Bulyon - 40q, düyü - 30q, baş soğan - 24q, göy soğan - 26q, yerkökü - 40q, ispanaq - 50q, quzuqulağı - 50q, ərinmiş yağ - 15q, keşniş və ya nanə - 10q, lavaşana - 50q, duz, istiot. Düyü ət bulyonunda bişirilir, üzərinə yağda qızardılmış soğan və yerkökü əlavə edilir. Sonra yuyulub doğranmış göy srğan, ispanaq və quzuqulağı qatılıb bişirilir. Hazır olmasına az qalmış lavaşana, istiot və duş vurulur. Süfrəyə verilərkən üstünə göyərti səpilir.
Kamal paşa şirini
Kamal paşa şirini,Gülab jamun (Hind dili:गुलाब जामुन ; Urdu dili: گلاب جامن ; Türk dili: Kemal Paşa Tatlısı), Bursanın Mustafakamalpaşa məhəlləsində idtehsal olunan və köhnə adı Kirmastı olan Mustafa kamal paşa mahalına aid bir şirniyyat növüdür. Hələ də on beş müəssisədə gündə 1 milyon ədəd çatan istehsal miqdarlarına çatmaqdadır. Ramazan aylarında istehlak artmaqdadır. 25 (Böyük boy) və 50 (Kiçik boy) ədədlik paketlərdə satılmaqdadır. == Xüsusiyyəti == Əsli Mustafa Kamal paşa pendir şirini olan və məşhur adıyla Kamal paşa şirini olaraq bilinən şirin mahalda gündəlik çıxarılar və təzə olaraq satılır. Mahal xaricində isə rəf ömürünün qısalığı səbəbiylə pendir nisbəti aşağı və qurudulmuş şirniyyat satışı edilməkdədir. == Quruluşu == Süd, nəhəng qazanlarda pasterizə edilməkdə və pendirə çevrilməkdədir. Təxminən 1 ton süddən, 160 kq. şirniyyat pendiri əldə edilməkdədir. Qazanlarda bu pendir , un , manna yarması və yumurta ilə xəmir halına gətirilərək, Kamal paşa şirniyyatı şəklində kəsilməkdə və 320 dərəcəlik sobalarda, 17 dəqiqə bişirilməkdədir.
Mir Qəmərüddin xan Siddiqi
Nizamülmülk Asəfcah Mir Qəmərəddin Çin Qılınc xan (d.20 avqust 1671 — ö.1748) — Baburlu dövlət adamı və Heydərabad nizamlığının qurucusu (1724–1748). 20 avqust 1671-ci ildə Hindistanda ehtimalən Aqrada doğuldu. Türkistandan Hindistana köç ətmiş, Əbu Bəkrin soyundan gəldiyini iddia edən bir ailəyə mənsubdur. Adı Mir Qəmərüddin olub bu ad və Qılınc xan ünvanı ona Sultan Övrəngzib tərəfindən, Asəfcah unvanı da Nasırüddin Muhamməd Şah tərəfindən verilmişdir. Babası Xacə Abid hac dönüşü Dəkkən valisi Övrəngzibin xidmətinə girdi və onun taxta keçməsindən sonra önəmli vəzifələrə üstləndi. 1080-ci (1669-cu) ildə Buxaradan Hindistana gəlib Övrəngzibin xidmətinə girən atası Şəhabəddin 1094-cü (1683-cü) Qaziddin Firuz Cəng ünvanını aldı. Nizamülmülk on yeddi yaşında dövlət xidmətinə girərək mansabdar oldu. 1684-cü ildən etibarən atasıyla birlikdə səfərlərə qatıldı. 1114-cü (1702-ci) Bicapur bölgəsi valiliyinə gətirildi. Övrəngzibin vəfatının (1118/1707) ardından taxt iddiasında olan oğulları arasında tərəfsiz qaldı.
Sirrimi bilirsən (film, 2002)
Sirrimi bilirsən (hind: Humraaz) — Abbas-Mustan ikilisinin rejissorluğu ilə 2002-ci ildə hind dilində çəkilmiş musiqili romantik triller filmidir. Baş rollarda Bobby Deol, Akshaye Khanna və Amisha Patel çəkilmişdirlər. Film 1998-ci ildə çəkilmiş Mükəmməl Cinayət filmindən ilhamlanaraq çəkilmişdir. Film Soham Çakraborti, Om və Mahiya Mahinin baş rollarda oynadığı 2018-ci il istehsalı olan Benqal filmi Tui Sudhu Amaar üçün də ilham mənbəyi olmuşdur. Film həmçinin Tamil dilində Girivalam adı altında yenidən işlənmişdir.
Xosrovun çimən Şirini görməsi
Xosrovun çimən Şirini görməsi — I Şah Təhmasibin sifarişi ilə 1539–1543-cü illərdə hazırlanmış və Təbriz miniatür məktəbinin sənətkarları tərəfindən çəkilmiş rəsmlərlə bəzədilmiş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasına daxil olan, Sultan Məhəmməd tərəfindən çəkilmiş rəsm əsəridir. Tədqiqatçıların fikrincə, daha əvvəl də, bu mövzuda müxtəlif rəssamlar tərəfindən rəsmlər çəkilməsinə baxmayaraq, məhz Sultan Məhəmmədin əsərində mövzü özünün klassik həllini tapmışdır. Miniatürün daxil olduğu əlyazma hazırda Britaniya Milli Kitabxanasında (MS Or. 2265) saxlanılır. Nizaminin "Xosrov və Şirin" poemasında, Şirini axtarmaq üçün Ərmənə gələn Xosrov, yolda çayda çimən gözəllə qarşılaşır. Onu, hürkütməmək üçün, gizlincə izləyən Xosrov, saraya gəldikdən sonra, yolda gördüyü gözəlin Şirin olduğunu başa düşür. Mövzuya dəfələrlə, müxtəlif rəssamlar tərəfindən müraciət olunsa da, onların yaratdıqları miniatürlərdə daimi bir sxem yoxdur. XV–XVI əsr Şiraz və Təbriz miniatürlərində kompozisiyanın əsas quruluşunun bədii cəhətdən ifadə edilməsindəki fərdi fərqlərə baxmadan, süjet inkişafının vahid yolu müşahidə olunursa, Hindistanda XVII əsrin sonlarında bu mövzulu rəsmlərin kompozisiyası tamamilə ayrı əsasda yaradılırdı. "Xosrovun çimən Şirini görməsi" süjetini təsvir edən ən qədim miniatür 1420-ci il tarixli Berlin əlyazmasındakı Şiraz məktəbinə aid nümunədir. Miniatürün mərkəzində şaxəli ağaclar və bəyaz çiçəklərlə örtülmüş qaya fonlu bir mənzrədə gözlənilməz yad kişinin — Xosrovun ona baxmasını görüb özünü itirmiş, ilk hərəkətlə uzun qara saçları ilə çılpaqlığını gizlətməyə çalışan Şirin təsvir olunmuşdur.
Mir Osman Əli xan Siddiqi
Mir Osman Əli xan Siddiqi (6 aprel 1886 - 24 fevral 1967) — sonunci Heydərabad nizamı. Mir Osman Əli xan 6 aprel 1886-cı ildə anadan olmuşdu. Ümumi sərvəti: 229.5 milyard dollar. Sərvətinin qaynağı: Kral. Yaşadığı tarix: 1027-1087. Hindistanın işğalına qədər Heydərabad nizamı olan Mir Osman Əli Xan haqqında 50-dən çox Rolls- Roycesi olduğu kimi fərqli söz-söhbətlər gəzir. Mir Osman Əli xan 24 fevral 1967-ci ildə vəfat edənə qədər dünyanın ən zəngin adamlarından biri idi.