Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Behnam evi
Behnam evi — Əsasən Qacar dövrünün ilk illərində tikilmiş Təbrizdə yerləşən tarixi ev. == Haqqında == Binanın çox kiçik hissəsi Zəndlər dövrünün sonunda inşa edilib. Əsas böyük hissəsi isə Qacarların ilk dövründə tikilib. Nəsrəddin Şah Qacarın hakimiyyəti illərində (1848-1896) isə bu bina əsaslı şəkildə təmir edilmiş və ornamentli naxışlar və rəsmlərlə bəzədilmişdir. Ev qışlıq adlanan əsas böyük binadan və yaylıq adlanan kiçik binadan ibarətdir. Qışlıq binası iki mərtəbəli simmetrik tikilidir. Ev daxili və xarici həyətlərdən ibarətdir. Behnam evi Təbrizin mərkəzində Təbriz bələdiyyə binasının arxasında Maqsudiyyə küçəsində yerləşir. 23 aprel 1997-ci ildən İran milli abidələri siyahısına daxil edilib. 2009-cu ildə binanı yenidən təmiri zamanı burada indiyə qədər görünməyən miniatür freskalar aşkarlanıb yenidən mütəxəsislər tərəfindən restavrasiya edilmişdir.
Tur (şəhnamə)
Tur (fars. تور‎) — Firdovsinin Şahnaməsində epik bir personajdır. Əfsanəvi Şah Firidunun ikinci oğlu və Səlm və İrəcin qardaşıdır. Gənc şahzadə özünə və bacılarına hücum edən əjdaha ilə cəsarətlə vuruşanda, atası tərəfindən ona "cəsur" mənası verən Tur adı verilmişdir. Firidun imperatorluğunu övladları arasında bölür; Turanı Tura verir. Bu vəziyyət, Turanın iranlılarla mübarizəsinin başlanğıcıdır. Şahnamənin Əfrasiyab kimi ən əhəmiyyətli personajlarından bəziləri Turun nəslindən gəlir. Tur qardaşı İrəcin oğlu Mənuçöhr tərəfindən öldürülmüşdür.
Bəhram
Bəhram, bəzən Bəhrəm — Kişi adı. I Bəhram — Sasani şahənşahı. II Bəhram — Sasani şahənşahı. Bəhram Gur — Sasani şahənşahı. Bəhram bəy — Şirvanşahlar dövlətinin otuz yeddinci hökmdarı, Bəhram Çələbi — Azərbaycan yazıçısı. Bəhram Əfşar — İran televiziyasının xəbər ankeri. Bəhram Bağırzadə — tanınmış Azərbaycan aktyoru, şoumen, naşir. Bəhram Mansurov — tarzən, Azərbaycanın xalq artisti. Bəhram Osmanov — Azərbaycan teatr rejissoru, aktyor.
Dəhnamə
Dəhnamə (On məktub) — xüsusi ədəbi janrla və bədii obrazlar sistemi ilə seçilən bir sıra şərq farsdilli və türkdilli müəlliflərin əsərləri. Dəhnamə — Əvhədi Marağalının fars dilində yazdığı poeması (1306—1307-ci illər). Dəhnamə — Yusif Əmirinin özbək dilində poeması (1429—1430-cu illər). Dəhnamə — Şah İsmayıl Xətainin azərbaycan dilində poeması (1506).
Səddam
Səddam Hüseyn (ərəb. صدام حسين عبد المجيد التكريتي‎), Səddam Hüseyn Əbdülməcid ət-Tikriti; (28 aprel 1937[…], Əl-Audca, Səlahəddin mühafəzəsi, İraq krallığı[d] – 30 dekabr 2006[…], Kazımiyyə, Bağdad) — İraq dövlət və siyasi xadimi, İraqın 5-ci prezidenti (1979–2003), 11-ci və 15-ci baş naziri (1979–1991 və 1994–2003), 1979-cu ildən Bəəs partiyasının İraq bölməsinin rəhbəri və İnqilabi komandanlıq şurasının sədri (1968–1979-cu illərdə sədr müavini), marşal (1979). 1980-ci ildə onun rəhbərliyi altında İraqın İrana qarşı başlatdığı müharibə və 1991-ci ildə Küveyti işğal etməsindən sonra İraqın neft ixracına tətbiq edilən BMT embarqosu və ABŞ tərəfindən Küveytin azad edilməsi üçün həyata keçirilən "Səhrada tufan" əməliyyatı İraqın 1970-ci illərdə nail olduğu iqtisadi dirçəlişin nəticələrini heçə endirdi. 2003-cü ildə ABŞ və Böyük Britaniyanın rəhbərliyi altındakı çoxmillətli koalisiya qoşunlarının İraqı işğal etməsi nəticəsində hakimiyyətdən devrilmiş, həmin il dekabrın 13 — də Tikritdə həbs olunmuş və İraq məhkəməsinin 2006-cı il 5 noyabr tarixli qərarı ilə ölümə məhkum edilmişdir.2006-cı il dekabrın 30-da İraq Ali Məhkəməsinin qərarına əsasən insanlıq suçundan asılaraq edam edilmişdir. == Həyatı == === Uşaqlıq illəri === 28 aprel 1937-ci ildə İraqın Tikrit şəhərindən 13 kilometr uzaqlıqda yerləşən Əl-Audca kəndində kasıb bir ailədə anadan oldu. Atası Səddam Hüseyn dünyaya gəlməmişdən əvvəl öldü. Anası ona ərəbcə "müqavimətçi" mənasını verən Səddam adını verdi. === Gənclik illəri === Maddi sıxıntılar səbəbi ilə anası Səddam doğulandan sonra onu Dəclə çayının sahilində yerləşən Tikrit şəhərində yaşayan dayısı Hayrallahın yanına göndərdi. Səddam həyatının dörd ilini dayısı Hayrallahın yanında keçirdi. Dayısı 1941-ci ildə İraqdakı Britaniya əsarətinə qarşı keçirilən üsyana qoşuldu.
Sinam
SINAM (SINAM LTD) – Azərbaycanda proqram təminatı və sistem inteqrasiyası yığılması üzrə ən böyük şirkətdir. Şirkət bundan başqa Kür markalı kompüterlərin istehsalçısıdır. Şirkətin mərkəzi qərargahı Bakı şəhərində yerləşir. Şirkətin əsasını qoyan və hal-hazırkı rəhbəri Elçin Əliyevdir. == Tarixi == Şirkətin əsası 1994-cü ildə Bakıda qoyulub. Şirkətin adı ingilis dilində olan sözlərin abbreviaturasından ibarətdir (SİNAM – Software development, Integration service, Network solutions, Automation and Control, Maintenance and support). 1997-ci ildə SİNAM Amerika Ticarət Palatasının üzvü olmuşdur. 2005-ci ildə SİNAM şirkəti Rabitə və İnformasiya Texnologiya Nazirliyi ilə birlikdə Mingəçevir şəhərində elektron məhsulları istehsal edən "KÜR" zavodunu təsis etmişdir. Müəssisə Cənubi Qafqaz və Mərkəzi Asiyada konveyer üsulu ilə kompüter istehsalı ilə məşğul olan ilk istehsalat müəssisəsidir. == Rəhbərlik == Şirkətin təsisçisi və hal-hazırkı rəhbəri Elçin Əliyevdir.
Səhnə
Səhnə — İranın Kirmanşah ostanının şəhərlərindən və Səhnə şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 34,133 nəfər və 8,861 ailədən ibarət idi.
Səhra
Səhra — bitki örtüyünün və heyvanlar aləminin kasadlığı ilə səciyyələnən düzən səthli landşaft növüdür. Çox quraqlıq, isti havanın gündəlik və illik temperaturu kəskin fərqlənən, illik yağıntısı 250 mm-dən aşağı, buxarlanma yağıntıdan xeyli çox, güclü külək əsən, daimi axan çayları olmayan, çox seyrək bitki örtüyü olan ərazi. Səhraların iki növü mövcuddur: Qum səhraları və buz səhraları. Qum səhralarında vahələrə (oazislərə) də rast gəlinir. Vahələr suyun səthə yaxın yerlərdə toplanmasından əmələ gəlir. Bitkilər bu yerlərdə bitir, bunu nəticəsində vahə yaranır. == Xüsusiyyətləri == Səhranın əmələ gəlməsinin ən başlıca səbəbi yağıntının buxarlana biləcək sudan 7–30 dəfə az olmasıdır. Səhranın özünəməxsus iqlimi vardır. Göy üzü aylarla buludsuz olur. Maksimum temperatur +49,5°, +58°-yə çatır, gün altında qumun səthi 90° qızır, illik temperatur amplitudası 90°, gündəlik 30°-yə qalxır.
Sənai
Həkim Əbdülməcd Məcdid ibn Adəm Sənai Qəznəvi (fars. حکیم ابوالمجد مجدود ‌بن آدم سنایی غزنوی‎; 1080, Qəzni – 1131, Qəzni) — böyük filosof, sufi şair, 1131 və ya 1141-ci ildə öldüyü bildirilir. == Həyatı == Əbdülməcd Məcdid ibn Adəm Sənai 1081-ci ildə Əfqanıstanın Qəznə şəhərində anadan olmuşdu. III Məsud Qəznəvinin hakimiyyəti (1099–1115) dönəmində şeir yazmağa başlamışdı. Bir müddət Bəlxdə yaşamışdı. Orda elm və sufizmlə məşğul olmuşdu. 1124-cü ildə yenidən Qəznəyə qayıtmışdı. Artıq tanınmış şair olmuşdu. Onu Sultan Bəhramşah Qəznəvinin (1118–1152) sarayına dəvət etmişdilər. Sarayda məşhur əsəri olan "Hədiqət-ül-həqaiq"i yazmışdı.
Əhkam
Əhkam — Məsuliyyət yaşı olaraq təyin olunan həddi-büluğa çatmış hər bir ağıllı müsəlmanın edə biləcəyi hərəkətlərlə bağlı dini etiket və ya təsnifatı ifadə edən termindir. Etiketlər 8-ə bölünür. Bu 8 sinifdən ilk 5-in edilməsi; son 3 hərəkət edilməməsi lazım olan hərəkətlərdir. Bu mövzuda işlədilən digər ifadələr arasında “əmr” ciddi şəkildə icra edilməsi əmr edilənlər üçün, “qadağan” isə qəti şəkildə edilməməsi tələb olunan hərəkətlər üçün işlədilir. Fiqhdə insan davranışı müxtəlif kateqoriyalara bölünür. Fərz (mütləq zərurəti ifadə edən əməl və ibadət), Vacib (zəruri, daha aşağı dərəcədə mükəlləfiyyət), sünnə, müstəhəb (bəyənilən əməllər), halal, məkruh (çirkin hesab edilən; çox çirkin, təhrimi məkruh, az çirkin, tənzihi məkruh) haram (qəti qadağandır). Bu hərəkətlərin klassik şəriət anlayışında maddi və ya mənəvi ekvivalentləri var. Fərz, vacib və sünnə sayılan əməlləri tərk etmək, məkruh və haram sayılan işləri yerinə yetirməyə görə cəzalar verilir (had və ya tazir cəzaları). Bu gün insanların bu təsnifat əsasında etiketlənməsi və cəzalandırılması fundamental insan hüquqlarının ciddi şəkildə pozulmasını kimi nəzərdə tutur. Fərz - Allahın Quranda açıq və aydın şəkildə ifadə etdiyi sözlərdir.
SİNAM
SINAM (SINAM LTD) – Azərbaycanda proqram təminatı və sistem inteqrasiyası yığılması üzrə ən böyük şirkətdir. Şirkət bundan başqa Kür markalı kompüterlərin istehsalçısıdır. Şirkətin mərkəzi qərargahı Bakı şəhərində yerləşir. Şirkətin əsasını qoyan və hal-hazırkı rəhbəri Elçin Əliyevdir. == Tarixi == Şirkətin əsası 1994-cü ildə Bakıda qoyulub. Şirkətin adı ingilis dilində olan sözlərin abbreviaturasından ibarətdir (SİNAM – Software development, Integration service, Network solutions, Automation and Control, Maintenance and support). 1997-ci ildə SİNAM Amerika Ticarət Palatasının üzvü olmuşdur. 2005-ci ildə SİNAM şirkəti Rabitə və İnformasiya Texnologiya Nazirliyi ilə birlikdə Mingəçevir şəhərində elektron məhsulları istehsal edən "KÜR" zavodunu təsis etmişdir. Müəssisə Cənubi Qafqaz və Mərkəzi Asiyada konveyer üsulu ilə kompüter istehsalı ilə məşğul olan ilk istehsalat müəssisəsidir. == Rəhbərlik == Şirkətin təsisçisi və hal-hazırkı rəhbəri Elçin Əliyevdir.
Hüseyn Səhhaf
Hüseyn Səhhaf 1906-cı ildə Təbriz şəhərində anadan olub. Şair Mirzə Şərif adlı bir mollanın qədim üsulla məktəbində təhsil almışdır. Atası yoxsul həyat şəraiti ağır olduğu üçün Səhhaf oxumaqla bərabər, cildçi yanında şagirdlik etmiş və bu işi özünə sənət seçərək cildçilikləməşğul olmuşdur. Məhz buna görə də o, “Səhhaf” təxəllüsünü qəbul edərək şeirlərini bu ad altında yazmışdır. Səhhaf 12 yaşından başlayaraq zamanın təqazasına münasib nohələr, həcvlərlə bərabər, komik və satirik əsərlər də yazmışdır. Əksəriyyəti ana dilində olmaqla şairin 40 min beytə yaxın şeiri vardır. Şairin “Səhənd”, “Azərbaycan”, “Vətən yolunda” və digər Təbriz, Tehran qəzetlərində çıxış etmişdir. Hüseyn Səhhafın “Vətən qurbanıyıq”, “Ayrılmaz”, “İşıqlandır dünyanı”, “Şirlər məskəni” kimi şeirləri maraqla oxunmuş və bu gün də oxunmaqdadır. Şairin şeirlərdən başqa qəzəlləri də vardır. Hüseyn Səhhaf şeirlərində vənlə bağlı, fəsillə bağlı və xalqına olan sevgisini qələmə almışdır.
II Bəhram
II Bəhram — 276–293 illər arasında Sasani dövlətinin şahı. I Bəhramın (273–276) oğludur.
I Bəhram
I Bəhram (h.: 273–276) — Sasani dövlətinin dördüncü hökmdarıydı. Sadəcə bir il taxtda qalan qardaşı I Hörmüzdən (272–273) sonra şah oldu.
Nihad Bəhram
Nihad Bəhram (18 noyabr 1946, Qars, Qars ili), Türk şairi, yazar və qəzetçi. Əsl adı Mustafa Nihad Bəhramoğludur. Evli olan Nihadın Mavi adında bir qız övladı vardır. Qəzetçilik üzrə ali təhsil almışdır. İlk şeiri 1967-ci ildə dərc olunmuşdur. Qəzetçilik həyatına 1970-ci ilin Mart ayında başlamış və "Xalqın Dostları" dərgisindəki Aprel, 1971-ci il tarixli 13-cü sayından etibarən yazı işlərindən məsul olmuşdur. 1975-ci ildə qardaşı Ataol Bəhramoğlu ilə birlikdə Militan dərgisini buraxmışdır. 1972-ci ildə nəşr etdiyi ilk şeir kitabı "Həyatımız Üstünə Şeirlər"ə qadağa qoyulmuş və yazılarına görə 12 Mart tarixində hərbi həbsxanasında iki il azadlıqdan məhrum olmuşduru. Həpsxanadan çıxdıqdan sonra bir müddət qəzetçiliklə məşğul oldu. Vətən qəzetində ələ aldığı Dəniz Gəzmiş, Yusif Aslan və Hüseyn İnanın həyat və mücadilələrindən bəhs edən yazıları "Darağacında Üç Fidan" adı altında kitablaşdırıldı.
Səddam Bayramov
Səddam Hüseyn
Səddam Hüseyn (ərəb. صدام حسين عبد المجيد التكريتي‎), Səddam Hüseyn Əbdülməcid ət-Tikriti; (28 aprel 1937[…], Əl-Audca, Səlahəddin mühafəzəsi, İraq krallığı[d] – 30 dekabr 2006[…], Kazımiyyə, Bağdad) — İraq dövlət və siyasi xadimi, İraqın 5-ci prezidenti (1979–2003), 11-ci və 15-ci baş naziri (1979–1991 və 1994–2003), 1979-cu ildən Bəəs partiyasının İraq bölməsinin rəhbəri və İnqilabi komandanlıq şurasının sədri (1968–1979-cu illərdə sədr müavini), marşal (1979). 1980-ci ildə onun rəhbərliyi altında İraqın İrana qarşı başlatdığı müharibə və 1991-ci ildə Küveyti işğal etməsindən sonra İraqın neft ixracına tətbiq edilən BMT embarqosu və ABŞ tərəfindən Küveytin azad edilməsi üçün həyata keçirilən "Səhrada tufan" əməliyyatı İraqın 1970-ci illərdə nail olduğu iqtisadi dirçəlişin nəticələrini heçə endirdi. 2003-cü ildə ABŞ və Böyük Britaniyanın rəhbərliyi altındakı çoxmillətli koalisiya qoşunlarının İraqı işğal etməsi nəticəsində hakimiyyətdən devrilmiş, həmin il dekabrın 13 — də Tikritdə həbs olunmuş və İraq məhkəməsinin 2006-cı il 5 noyabr tarixli qərarı ilə ölümə məhkum edilmişdir.2006-cı il dekabrın 30-da İraq Ali Məhkəməsinin qərarına əsasən insanlıq suçundan asılaraq edam edilmişdir. == Həyatı == === Uşaqlıq illəri === 28 aprel 1937-ci ildə İraqın Tikrit şəhərindən 13 kilometr uzaqlıqda yerləşən Əl-Audca kəndində kasıb bir ailədə anadan oldu. Atası Səddam Hüseyn dünyaya gəlməmişdən əvvəl öldü. Anası ona ərəbcə "müqavimətçi" mənasını verən Səddam adını verdi. === Gənclik illəri === Maddi sıxıntılar səbəbi ilə anası Səddam doğulandan sonra onu Dəclə çayının sahilində yerləşən Tikrit şəhərində yaşayan dayısı Hayrallahın yanına göndərdi. Səddam həyatının dörd ilini dayısı Hayrallahın yanında keçirdi. Dayısı 1941-ci ildə İraqdakı Britaniya əsarətinə qarşı keçirilən üsyana qoşuldu.
Səddam Hüseynov
Səddam Həsənov
Səhlab Bağırov
Səhlab Bağırov — Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xüsusi Təyinatlı Təlim-Tədris Mərkəzinin Rəisi. Polis general-mayoru (Xüsusi General). == Həyatı == Bağırov Səhlab Əloş oğlu 1963-cü ildə Naxçıvan şəhərində anadan olub. 1988-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 1999-cu ildə isə DİN-in Polis Akademiyasını bitirmişdir. Ailəlidir 6 övladı var 1994-cü ildən daxili işlər orqanlarında müxtəlif məsul vəzifələrdə xidmət etmişdir. Nərimanov Rayon Polis İdarəsinin, Baş Cinayət Axtarış İdarəsinin, Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini, DİN-ə bilavasitə tabe olan Çevik Polis Alayının komandiri, 2011–2019-cu illərdə Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, 2019–2023-cü illərdə DİN Əlahiddə Çevik Polis Alayının komandiri vəzifəsində çalışmışdır. 2023-cü ildən Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Təlim-Tədris mərkəzinin rəisidir. Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2013-cü il tarixli Sərəncamı ilə Səhlab Bağırova "Polis general-mayoru" ali xüsusi rütbəsi verilmişdir.
Səhman Bədəlov
Səhman Musayev
Səhzab (Sərab)
Səhzab (fars. سهزاب‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 683 nəfər yaşayır (201 ailə).
V Bəhram
V Bəhram (pəhl. 𐭥𐭫𐭧𐭫𐭠𐭭 Uəhrām, fars. بهرام پنجم‎ Bəhrām) və ya Bəhram Gur (406 – 438, Midiya) — 15-ci Sasani şahənşahı. 420-438-ci illərdə 21 il hakimiyyətdə olmuşdur.
Səddam (ad)
Səddam — ad. Səddam Hüseyn — İraq dövlət və siyasi xadimi, İraqın 5-ci prezidenti.
Şahnamə
Şahnamə (fars. شاهنامه‎)- böyük İran-fars şairi Əbülqasım Firdovsinin məşhur əsəridir. Bu əsər qədim İran tarixi, onun şahları və pəhləvanları haqqında olub Firdovsinin ən məşhur əsəri sayılır. Şahnamə poeması bütün dünyada şöhrət qazanmış və bir çox dillərə tərcümə edilmişdir. Şahnamə İran şahları, onların həyatını şeir formasinda əks etdirir. Şahnamə altmış min beytdən ibarətdir. Bu əsərin ilk nüsxəsi Moskvada çap olunub. Şahnamə İranşünaslıq elmində əhəmiyyətli mənbə olub İranın qədim tarixi haqqında geniş təsəvvür yaratmağa imkan verir. Bu kitabda əfsanəvi İran-Turan müharibələrindən də söz açılır. Firdovsi Şahnamədə nəinki özünü dahi söz ustadı kimi göstərir, həmçinin dövrünün siyasi və ictimai problemlərinə də toxunur.
Şəhdad
Şəhdad — İranın Kirman ostanının Kirman şəhristanının Şəhdad bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,097 nəfər və 1,010 ailədən ibarət idi.
Ehram
Piramida (yunanca πυραμίς pyramis) və ya ehram — təqribən həndəsi piramida ilə oxşar quruluşa malik, yerüstü səthi üçtərəfli olub və tərəfləri təpədə bir nöqtədə birləşən üçbucaq formalı tikilidir. Ehramın bünövrəsi üçbucaq, dördbucaq və ya istənilən digər çoxbucaqlı formasında ola bilər. Belə ki, ehramın ən azı 3 yerüstü üçbucaq səthi (bünövrə ilə birlikdə isə ən azı 4 üzü) var. Dördbucaq bünövrəyə və 4 üçbucaq yerüstü səthə malik ehram forması piramidanın bizə məlum olan ən məşhur variantıdır. Ehramların inşasında zəminə daha yaxın olan hissədə əsas kütlənin cəmlənməsi və üst hissədə piramidaının yerləşməsi onu göstərir ki, ehram üzərində nə qədər az material olarsa yuxarıdan olan təzyiq də o qədər çox olacaqdır. Materialın kütləsinin bu formada bölüşdürülməsi erkən sivilizasiyalara davamlı sanballı tikililər inşa etmək üçün əlverişli şərait yaratmışdır. Dünyanın bir çox hissələrindən olan sivilizasiyalar ehramların inşası ilə məşğul olmuşlar. Min illər boyu yer üzərində ən böyük tikililər ehramlar olmuşdur. Bunlara Misirdə Dəşur nekropolundakı Qırmızı Ehram və Dünyanın 7 qədim möcüzəsindən biri olan Böyük Küfü ehramını nümunə göstərmək olar. Küfü ehramının inşasında əsasən sal qayadan (bəzi daxili hissələrində geniş qırmızı qranit daşlardan) istifadə olunub və bu tikili gözəl memarlıq nümunəsi hesab olunur.
Senat
Senat (latınca senatus, senex — qoca) — Qədim Romada ali dövlət orqanlarından biri. Patrisi nəsillərinin ağsaqqalar şurası əsasında yaranmışdı (e.ə. təqr. 6 əsr); çar yanında dövlət şurasından ibarət idi. Respublika dövründə plebeylərlə patrisilərin silki mübarizəsi (e.ə. 5–3 əsrlər) nəticəsində senatın bəzi hüquqları komissiyalara (xalq yığıncaqlarına) keçmişdi. E.ə. 3–1 əsrlərdə senatın vəzifələrinə qanun layihələrini əvvəlcədən nəzərdən keçirmək, hərbi işlərə, xarici siyasətə, maliyyə işlərinə, dövlət əmlakına və s. məsələlərə ali rəhbərlik daxil idi. Senat üzvlərinin (e.ə.
Senna
Səna (lat. Senna) — paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Sezam
Küncüt (lat. Sesamum) — pedaliacae fəsiləsinə aid bitki cinsi. == Növləri == Küncüt sortları vegetasiya müddətinin uzunluğuna, məhsuldarlığına və toxumunun rənginə görə seçilir. Ağ toxumlu sortları xüsusilə qiymətli sayılır. Onlar az məhsuldardırlar ancaq yüksək keyfiyyətli yağ verirlər. Belə sortları qüvvəli düzən torpaqlarda becərirlər. Yuxarı zonalara (dəniz səviyyəsindən 1700-1800 metrə qədər) doğru getdikcə küncütün qara toxumlu sortları üstünlük təşkil edir. === Azərbaycanın dərman bitkiləri === == Əhəmiyyəti == Küncüt bitkisi tərkibindəki yağın miqdarına görə birinci yeri tutur. Toxumlarında 50-65%-ə qədər yağ, 16,2-18% zülal və 18% karbohidratlar vardır. Küncüt yağı bitki yağları içərisində ən keyfiyyətli yağlar sırasına daxil olub, öz qidalılıq dəyərinə görə zeytun yağına bərabərdir.
Şəhla
Şəhla (ərəb. شهلاء‎) — qadınlara verilmiş bir ərəbcə addır.
Mehram (Heris)
Mehram (fars. مهرام‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 21 nəfər yaşayır (5 ailə).
Sehran Vəliyev
Semnan dili
Simnan dili — Hind-Avropa dil ailəsinin Şimal-qərbi İran dillərindəndir. İranın Simnan ostanında danışılır.