Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sədan
Sədan — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 17 fevral 1993-cü il tarixli, 514 saylı Qərarı ilə Siyəzən rayonunun Sədan kəndi mərkəz olmaqla Sədan kənd Soveti yaradılmışdır. == Toponimikası == Bu ad mənbələrdə XII əsrdən məlumdur. XVIII əsrdə toponim Siadon şəklində qeydə alınmışdır. Oykonim tat dilindəki siya (qara) və bir çox qədim dillərdə "su, çay, nəhr" mənasında işlənən dan sözlərindən düzəlib, "qara su, qara bulaq" deməkdir. Bu coğrafi ad hələ qədim zamanlardan ərazidə aşkar olunmuş neft yataqları ilə bağlı yaranmışdır. == Tarixi == === Tarixi abidələri === Kənddə Qara-Dindar qalası, Sədan qalası var. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == 2009-cu ildə kənd əhalisinin sayı 580 nəfər olub. Əhalisi tatlar idi.
Fəqan
Fəqan — Azərbaycanlı adı. Fəqan Məmmədov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Fəqan Xudaverdiyev — Azərbaycan Silahlı Qüvvələrinin mayoru. Fəqan Ziyadov — Azərbaycan Silahlı Qüvvələrinin MAHHXHQ Fəqan Zalov — Azərbaycan Hərbi Dəniz Qüvvələrinin kiçik miçmanı. Fəqan Umudov — Azərbaycanı təmsil edən taekvondoçu.
Fransuaza Saqan
Fransuaza Saqan' və ya əsl adıyla Fransuaza Kore (21 iyun 1935[…] – 24 sentyabr 2004[…]) — Fransız yazıçısı və ssenaristi. Yazıçı, Franzua Moriak tərəfindən verilən "cazibədar kiçik canavar" adıyla da tanınır. Saqan, burjua obrazları olan güclü romantik əsərləri ilə tanınır. == Həyatı == Saqan, Fransanın Kajar vilayətində dünyaya gəlmiş və burada olan Lot əyalətində böyümüşdür. Uşaqlıqdan heyvanlara qarşı xüsusi heyranlığı olmuşdur. Bu müddətdə "Kiki" ləqəbi ilə tanınan Saqan varlı bir ailənin ən kiçik qızı idi. Atası bir şirkətin müdiri, anası isə torpaq sahələri olan bir ailənin qızı idi. Müharibə vaxtı Dofine bölgəsinə köçən ailə bunun ardınca Verkora gedir. Saqan 1953-cü ildə Sorbonnaya qəbul imtahanlarından keçə bilmədi. Daha sonra, bu universitetə qəbul olsa da, universiteti yarımçıq atmışdır.
Fəqan Məmmədov
Fəqan Vahid oğlu Məmmədov (27 iyun 1998; Yeni Suvagil, Zaqatala rayonu — 6 oktyabr 2020; Ağdam rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şəhid Fəqan Məmmədov 1998-ci il iyunun 27-də Zaqatala rayonunun Yeni Suvagil kəndində anadan olub. 2004-2015-ci illərdə A.Qədirov adına 2 saylı Yeni Suvagil kənd tam orta məktəbində, 2015-2019-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino və Televiziya fakültəsinin "Kinoşünaslıq" ixtisası üzrə təhsil alıb. Nişanlı idi. == Hərbi xidməti == Fəqan Məmmədov 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Fəqan Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdamın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Fəqan Məmmədov oktyabrın 6-da Ağdam döyüşləri zamanı şəhid olub. Cəbhənin Ağdam istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun əsgərləri Ermənistan Ordusunun əsgərlərini mühasirəyə alıb və Ermənistan Ordusunun hərbçiləri ağ bayraq qaldırıb. Fəqan Məmmədov onlara yaxınlaşmaq istədikdə isə Ermənistan Ordusunun əsgərləri əl qumbarasından istifadə ediblər.
Fəqan Xudaverdiyev
Fəqan Zalov
Fəqan Amil oğlu Zalov (1 aprel 1997, Qalaqayın, Sabirabad rayonu – 9 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Hərbi Dəniz Qüvvələrinin kiçik miçmanı, Aprel döyüşlərinin iştirakçısı, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. Azərbaycan Ordusunun Artilleriya Qoşunlarının əsgəri olan Fəqan Zalov 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində gedən Aprel döyüşlərində vuruşaraq fərqlənmişdir. Sonra Azərbaycan Hərbi Dəniz Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu matrosu olmuşdur. Azərbaycan Ordusunun Su Altı Hücum (SAH) Xüsusi Təyinatlı Qüvvələrinin kiçik miçmanı olan Fəqan Zalov İkinci Qarabağ müharibəsində Cəbrayılın, Füzulinin, Qubadlının, Hadrutun və Xocavəndin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 9 noyabr 2020-ci ildə üçtərəfli bəyanatın imzalanmasından 6 saat əvvəl Xocavənd istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq həlak olmuşdur. == Həyatı == Fəqan Zalov 1997-ci il aprelin 1-də Amil Zalovun və Səridə Zalovanın ailəsində Sabirabad rayonunun Qalaqayın kəndində qaçqın düşərgəsində anadan olub. Əslən Füzuli rayonunun Aşağı Güzlək kəndindəndir. === Təhsili === 2003–2007-ci illərdə Füzuli rayon Babı kənd Markıs Hacıyev adına tam orta məktəbində təhsil almışdır. 2010–2014-cü illərdə Sumqayıt şəhərində yerləşən Qubadlı rayon Alı Mustafayev adına Zilanlı kənd tam orta məktəbində təhsilini davam etdirmişdir. === Ailəsi === Fəqan Zalov subay idi.
Fəqan Ziyadov
Fəqan Ziyad oğlu Ziyadov (1 yanvar 1995; Mustafaağalı, Bərdə, Azərbaycan — 30 oktyabr 2020; Tərtər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin MAHHXHQ əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Fəqan Ziyadov 1995-ci ildə Bərdə rayon Mustafaağalı kəndində doğulmuşdur. 2013–2014-cü illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidməti bitirdikdən sonra MAHHXHQ kimi ordu sıralarına qayıtmışdır. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Fəqan Ziyadov Talış, Suqovuşan, Ağdam, Ağdərə, Tərtər istiqamətində gedən döyüşlərdə iştirak edib. O, 21 oktyabr 2020-ci ildə Tərtər istiqamətində gedən döyüşlərdə yaralanmış və 30 oktyabrda şəhid olmuşdur. Bərdədə dəfn edilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fəqan Ziyadov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Fəqan Ziyadov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Fəqan Ziyadov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Fəqan Əliyev
Fəqan Əliyev (d. 1945-Ağcabədi rayonu) — texnika elmləri doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının prezidenti,Azərbaycan Memarlıq və İnşaat Universitetinin "Ekologiya" kafedrasının müdiri, Birləşmiş Oksford Akademiyasının fəxri Professoru == Həyatı == Fəqan Qənbər oğlu Əliyev 1945-ci ildə Azərbaycan Respublikasının Ağcabədi rayonunda anadan olub. == Təhsili == 1969-cu ildə Azərbaycan Dövlət Politexnik İnstitutunu bitirib. Moskvada aspirantura üzrə Fizika və İnşaat İnstitutunu bitirdikdən sonra 1977-ci ildə elmlər namizədliyi və 1988-ci ildə doktorluq dissertasiyasını müdafiə edib. == Elmi fəaliyyəti == F. Əliyev binaların enerji idarə etmə və nəzarət sisteminin problemləri, inkişaf və alternativ enerji texnologiyasının həyata keçirilməsi sahəsində tədqiqatlar ilə məşğul olmuşdur. Onun işi "avtomatlaşdırılmış idarə vasitəsilə Bakı şəhərində böyük İdman Kompleksində enerjiyə qənaətin optimallaşdırılması və kompüter sistemlərinə istifadə üzrə nəzarətdir". Keçmiş SSRİ Xalq Təsərrüfatı Akademiyasının fərqlənmə diplomu ilə təltif edilib. F. Əliyev layihələşmədə iştirak edib və 25-dən çox binanın tikilməsinə rəhbərlik edib. Məsələn Respublika velosiped yolu, Atletik Arena, Bakı İdman Sarayı (indiki Heydər Əliyev adına İdman və Konsert kompleksi)Respublika Tibbi-Atletik Sağlamlıq Mərkəzi, Mingəçevir şəhərində Dövlət Olimpiya Qayıqdaşıma Bazası və s. Professor Fəqan Əliyevin fəaliyyəti ekosistem müdafiəsi və müxtəlif binaların və strukturların radiasiya təhlükəsizliyidir.
Karl Saqan
Karl Edvard Saqan (ing. Carl Edward Sagan; 9 noyabr 1934[…], Bruklin, Nyu-York, Nyu-York ştatı – 20 dekabr 1996[…], Sietl, Vaşinqton) — amerikalı аstronоm, astrofizik və görkəmli elm təbliğatçısı. Saqan astrobiologiya sahəsində ilk mütəxəssislərdəndir. Onun Yerdənkənar Şüurun Axtarışı (SETI) layihəsinin irəliləməsində böyük xidmətləri olmuşdur. Saqan özünün elmi-populyar kitabı və televiziya mini-serialı olan "Cоsmos"dan sonra məşhurlaşdı. O, həmçinin "Kontakt" romanının və 1997-ci ildə çəkilmiş eyniadlı filmin müəllifidir. == Təhsili və elmi karyerası == Karl Saqan Bruklində yəhudi ailəsində doğulmuşdur. Atası Sem Saqan dərzi, anası Raşi Molli Qruber evdar qadın idi. Saqan 1955-ci ildə Çikaqo Universitetinin məzunu olur. O, 1956-cı ildə fizika sahəsində magistr, 1960-cı ildə isə astronomiya və astrofizika üzrə doktorluq dərəcəsi alır.
Suqan silsiləsi
Suqan silsiləsi — Mərkəzi Qafqazda, Kabardin-Balkariya və Şimali Osetiya ərazisində yerləşən dağ silsiləsi. Silsilə Çereka-Balkarriya hövzəninin qərbində, Urux hövzəsinin şərqindədir. Cənubdan isə silsiləni Karasu çayının hövzəsi əhatə edir. Dağ silsiləsinin ümumi uzunluğu 23 km-dir. Baş Qafqaz silsiləsinin şimalında yerləşən Yan silsilənin bir hissəsi hesab olunur. Silsilənin şimal yamacı Kabardin-Balkariya Respublikasının ərazisinə aiddir. Suqan zirvəsi və silsilənin cənub yamacı Şimali Osetiya ərazisinə daxildir. Baş Qafqaz silsiləsi Suqan silsiləsi ilə Ştulinski boyunu ilə birləşir. Bu ərazidən Qeze-Tau Baş Qafqaz silsiləsinə ayrılır. Silsilənin qərbindən şərqinə doğru zirvələrin hündürlüyü öncə qalxır, sonra isə enir:Gülçi-Tau (4447 m), Suqan (4487 m), Sunqabaşı (4481 m), Naxaşbita (4439 m), Suqatı (4300 m).
Sənan Abdullayev
Sənan Abdullayev (tam adı: Sənan Şahin oğlu Abdullayev; 1 noyabr 1998; Bakı, Azərbaycan — 5 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Sənan Abdullayev 1998-ci il noyabrın 1-də Bakı şəhərində anadan olub. 2005-2016-cı illərdə M. Məmmədov adına 37 nömrəli tam orta məktəbində təhsil alıb. İdmanın güləş növü ilə məşğul olub, Azərbaycan daxili yarışlarda bir sıra uğurlara imza atıb. Hərbi xidmətini başa vurduqdan sonra əvvəlcə Azersun Holdinqin "Bazarstore" mağazasında, daha sonra isə bir sıra Kitab Evlərində çalışıb. Subay idi. == Hərbi xidməti == Sənan Abdullayev 2017-2018-ci illərdə əvvəlcə Xüsusi Dövlət Mühafizə Xidmətinin "N" saylı hərbi hissəsinin "Kəşfiyyat" briqadasıda, daha sonra isə Xüsusi Təyinatlı Qüvvələrdə müddətli həqiqi hərbi xidmətdə olub. Sənan Abdullayev 2020-ci ilin iyul ayında baş verən Tovuz döyüşlərində sonra SHXÇDX-yə müraciət edib və sentyabrın 30-da döyüşlərə yollanıb. Azərbaycan Ordusunun əsgəri olan Sənan Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sənan Abdullayev oktyabrın 5-də snayper gülləsi nəticəsində Füzulinin azad edilməsi zamanı şəhid olub.
Sənan Axundov
Sənan Səməndər oğlu Axundov (28 mart 1932, Bakı) — Azərbaycan dövlət xadimi, Azərbaycan Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzinin rəisi, SSRİ Nazirlər Soveti yanında Azərbaycan SSR Nazirlər Sovetinin daimi nümayəndəsi (1987–1989), Azərbaycan SSR yerli sənayesi naziri (1982–1987). == Həyatı == Sənan Səməndər oğlu Axundov 28 mart 1932-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1950-ci ildə Bakıda orta məktəbi, 1955-ci ildə Moskvada Avtomexanika İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə 1958-ci ildə Bakı Elektrik Maşınqayırma zavodunda başlayan Sənan Axundov burada usta, sahə, sonra isə sex rəisi, zavodun baş mühəndisinin müavini işləmişdir. 1968–1972-ci illərdə SSRİ Avtomobil Sənayesi Nazirliyi Avtomobil Ehtiyatları Hissələri zavodunun direktoru, 1972–1976-cı illərdə Bakı Məişət Kondisionerləri zavodunun direktoru, 1976–1982-ci illərdə İttifaq Elektrik Maşınqayırma BİB Məişət Kondisionerləri zavodunun direktoru işləmişdir. Sənan Axundov 1982–1987-ci illərdə Azərbaycan SSR yerli sənaye naziri, 1987–1989-cu illərdə SSRİ Nazirlər Soveti yanında Azərbaycan SSR Nazirlər Sovetinin daimi nümayəndəsi vəzifələrində işləmişdir. 1989-cu ilin iyun ayından SSRİ Dövlət Standartları Komitəsi Azərbaycan respublika idarəsinin rəisi, Azərbaycan Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzinin rəisi vəzifəsində işləmiş, eyni zamanda standartlara və ölçü vasitələrinə nəzarət üzrə Azərbaycan Respublikası baş inspektoru olmuşdur. Sənan Axundov 1962-ci ildən Sov.İKP üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin üç çağırış (9–11-ci) deputatı olmuşdur. "Lenin", "Oktyabr inqilabı", "Qırmızı əmək bayrağı" ordenləri, bir sıra medallarla və iki dəfə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif edilmişdir. 1991-ci ildə "Azərbaycan SSR əməkdar mühəndisi" fəxri adına layiq görülmüşdür.
Sənan Ağazadə
Sənan Nizami oğlu Ağazadə (1 may 2000; Lənkəran, Azərbaycan — 14 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Sənan Ağazadə 1 may 2000-ci ildə Lənkəran şəhəri Göyşaban kəndində anadan olmuşdur. 2006-cı ildə M.F Səhban adına Göyşaban kənd məktəbinin 1-ci sinifinə gedib, 2017-ci ildə S.Kazımbəyov adına Lənkəran şəhər 6-nömrəli məktəbi bitirmişdir. == Hərbi xidməti == 22 iyul 2019-cu ildə hərbi xidmətə başlamışdır. Azərbaycan Ordusunun əsgəri olan Sənan Ağazadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı savaşıb. Fizuli döyüşlərində iştirak edib. Minatan batareyanın tuşlayıcısı olmuşdur. Hədəfi sərrast nişan alması sayəsində düşmənin bir neçə hərbi texnikasını və 35 əsgərini məhv edib. Sənan Ağazadə oktyabrın 14-də Füzuli istiqamətində şəhid olub. Lənkəranda dəfn olunub.
Sənan Eynullayev
Sənan Eynullayev 1956-cı ildə Bakıda anadan olan rəssam-heykəltaraş Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini və İncəsənət Universitetini bitirib. O, 1992-ci ildən bəri İstanbulda yaşayır. Türkiyədə çalışan azərbaycanlı rəssam və heykəltaraş Sənan Eynullayev Türkiyənin dövlət adamları və siyasətçilərinin bal mumundan heykəllərini hazırlayıb. Heykəlləri hazırlanan siyasətçi və dövlət adamları arasında Baş nazir Rəcəb Tayyib Ərdoğan, İstanbul valisi Müəmmər Gülər, İstanbul əmniyyət müdiri (baş polis idarəsinin rəisi) Cəlaləddin Cərrah və başqaları var. Bal mumundan olan heykəllər İstanbul Əmniyyət Müdirliyinin şəhərin Mərtər səmtindəki Polis Mərkəzində nümayiş etdiriləcək. Türkiyədə buraxılan 2008-ci il təqvim-kataloquna azərbaycanlı rəssam Sənan Eynullayevin son illərdə çəkdiyi yağlı boya əsərləri də daxil edilib. Təqvim-kataloqun əsas sponsoru "Azərbaycan Hava Yolları" Dövlət Konserni, sifarişçiləri isə "Sontek inşaat", "Hamle petrol" şirkətləri və "APA Uniprint" nəşriyyatıdır. S. Eynullayev iri həcmli kitabının çapa hazırlandığını da bildirib: "Bir çox firma kitabımın çapına sponsorluq etmək üçün mənə müraciət etsə də, üstünlük kataloq-təqvimə sponsorluq etmiş şirkətlərə veriləcək". İstanbulun Əsənyurd bələdiyyəsinin "Türk böyükləri" mövzusunda heykəllər ucaldıllması üçün elan etdiyi tenderdə azərbaycanlı rəssam-heykəltaraş Sənan Eynullayev qalib gəlib.
Sənan Hüseynov
Sənan Vidadi oğlu Hüseynov (1 aprel 1996, Qazaxıstan – 7 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Sənan Hüseynov 1 aprel 1996-cı ildə Qazaxıstanda anadan olmuşdur. Əslən Füzuli rayonunun Qacar kəndindəndir. 2008-ci ildə Azərbaycana köçmüşdür. Subay idi. == Hərbi xidməti == Sənan Hüseynov 2016-cı ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidmət zamanı 2016-cı ilin aprelin 2-dən 5-nə qədər davam edən Aprel döyüşlərində yaxından vuruşmuş, fərqlənmişdir. Azərbaycan Ordusunun əsgəri olan Sənan Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq vuruşmuşdur. Füzulinin, Qubadlının, Cəbrayılın, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Sənan Hüseynov 7 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Sənan Kərimov
Kərimov Sənan Hüsi oğlu (18 dekabr 1954, Bakı) — Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru. == Həyatı == Kərimov Sənan Hüsi oğlu 1954-cü ildə 18 dekabrda Bakı şəhərində məşhur cərrah Kərimov Hüsi Məmmədxan oğlunun ailəsində anadan olub. 1972-ci ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin "Müalicə işi" fakültəsinə daxil olub, 1978-ci ildə bitirib. İnstitutu bitirdikdən sonra Xəzər Dəniz Gəmiçiliyində həkim dermatoveneroloq vəzifəsində işləmiş və dəfələrlə fəxri fərmanlarla təltif olunmuşdur. 1982-ci ildə Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu tərəfindən Moskvaya, Mərkəzi Elmi-Tədqiqat Dəri-Zöhrəvi Xəstəlikləri İnstitutuna məqsədli aspiranturaya göndərilmişdir və burada "Sarkoma Kapoşi" mövzusunda elmi araşdırmalar apararaq 1985-ci ildə bu mövzu üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir. 1990-cı ildə onun tərəfindən Psoriazla Mübarizə Mərkəzi yaradılmışdır. Bu mərkəzin məqsədi Azərbaycanda Psoriaz probleminin hərtərəfli öyrənilməsi və xəstələrə yüksək ixtisaslı müalicənin, profilaktik və mənəvi köməyin göstərilməsi olmuşdur. Bu araşdırmanın elmi nəticəsi "Psoriazm. Epidemiologiya və genetika" monoqrafisaında öz əksini tapmışdır. Belə ki, bu elmi əsər ağır xəstəliyin kliniki epidemiologiyasının, etiopotagenezinin və müalicəsinin bütün aspektlərini özündə əks etdirir.
Sənan Miriyev
Sənan Arif oğlu Miriyev (1 mart 1998; Allahyarlı, Beyləqan rayonu, Azərbaycan — 28 sentyabr 2020 (dəfn tarixi); Talış, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Sənan Miriyev 1 mart 1998-ci ildə Beyləqan rayonunun Allahyarlı kəndində doğulmuşdur. Əslən Xocalıdan və Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndindəndir. 2004-cü ildə orta təhsilinə başlamışdır. == Hərbi xidməti == Sənan Miriyev orta təhsilini aldıqdan sonra Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Qusar rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. Hərbi xidmətini bitirdikdən sonra sürücü olmuşdur. 8 sentyabr 2020-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq hərbi xidmətini davam etdirmişdir. Azərbaycan Ordusunun əsgəri olan Sənan Miriyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Talışın və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.
Sənan Musayev
Sənan Hüseynoviç Musayev (13 aprel 1923, Qusar, Quba qəzası – 1983) — Azərbaycan SSR Ali Məhkəməsinin sədri (1957–1962). == Həyatı == Sənan Hüseynoviç Musayev 1923-cü ildə Qusar şəhərində müəllim ailəsində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1941–1942-ci illərdə istehsalatda işləmiş, 1942–1944-cü illərdə Böyük Vətən müharibəsində iştirak etmişdir. 1944-cü ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuş və 1949-cu ildə oranı bitirmişdir. 1949–1951-ci illərdə Azərbaycan Dövlət Universitetində elmi katib və mülki hüquq kafedrasının baş müəllimi vəzifələrində işləmişdir. Sənan Musayev 1951–52-ci illərdə Azərbaycan KP MK-nın mühazirəçilər qrupunun rəhbəri, 1952–1954-cü illərdə Azərbaycan KP Bakı Şəhər Komitəsində təbliğat və təşviqat şöbəsinin müdiri olmuşdur. 1954–57-ci illərdə Azərbaycan Respublikası Prokurorunun müavini, 1957–1962-ci illərdə Azərbaycan SSR Ali Məhkəməsinin sədri, 1974–1980-ci illərdə isə Bakı şəhər Nərimanov rayon xalq məhkəməsinin sədri vəzifələrində işləmişdir. 1962–1974-cü illərdə Sənan Musayev Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası İnstitutunda direktor müavini vəzifəsində çalışmışdır. Dəfələrlə Bakı şəhər Sovetinə, Bakı Vilayət Sovetinə, Nərimanov rayon Sovetinə deputat seçilmişdir. Sənan Musayev məhkəmə ekspertizasının təşkili və metodikası sahəsində çoxsaylı elmi məqalə və məcmuələrin müəllifidir.
Sənan Mustafayev
Sənan Məmmədəmin oğlu Mustafayev (1929, İsmayıllı – 8 yanvar 2016) — Azərbaycan alimi, professor (1971), Azərbaycan SSR əməkdar elm xadimi (1990). == Həyatı == Sənan Məmmədəmin oğlu Mustafayev 1929-cu ildə İsmayıllıda müəllim ailəsində anadan olub. 1946-cı ildə Tibilisi Dəmir yol Mühəndisləri İnstitutunun Bakı filialına daxil olub, 1951-ci ildə tərkibinə birləşdirilmiş Azərbaycan Politexnik İnstitutu fərqlənmə diplomu ilə bitirərək institutda saxlanılıb, baş lobarant, assistent vəzifəsində işləyib. 1953-cü ildə Azərbaycan Neft və Kimya institutunun aspiranturasına daxil olub və 1956-cı ildə aspiranturanı bitirdikdən sonra assistent, baş müəllim, dosent vəzifələrində çalışıb. 1971-ci ildə professor elmi adını alıb. S. Mustafayev 1961–1963-cü illərdə Ali və orta ixtisas Təhsil Nazirliyində elm idarəsinin rəisi, 1963–1964-cü illərdə Ali məktəblər idarəsinin rəisi, 1964–1974-cü illərdə nazirin birinci müavini, 1975-ci ildə yeni yaradılmış Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun rektoru,1978–1983-cü illərdə Əfqanıstanda təhsil məsələləri üzrə müşavirlər qrupunun rəhbəri, 1983–1984-cü illərdə Ali və orta ixtisas Təhsil Nazirinin beynəlxalq əlaqələr üzrə müavini, 1984-cü ildən 2005-ci ilə qədər Azərbaycan Dövlət Neft Akademiyasının "Materialşünaslıq və materialların texnologiyası" kafedrasının müdiri olub. 1 fevral 1990-cı ildə "Azərbaycan SSR əməkdar elm xadimi" fəxri adına layiq görülüb, 14 dekabr 2000-ci ildə "Şöhrət" ordeni, SSRİ medalları və Əfqanıstanın "Dostluq" ordeni ilə təltif edilib.
Sənan Məmmədli
Sənan Səlim oğlu Məmmədli (14 sentyabr 1997, Qaradağlı, Tərtər rayonu – 15 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Sənan Məmmədli 14 sentyabr 1997-ci ildə Tərtər rayonunun Qaradağlı kəndində anadan olub. 2016–2020-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. == Hərbi xidməti == Azərbaycan Ordusunun leytenantı olan Sənan Məmmədli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Cəbrayılın, Xocavəndin, azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sənan Məmmədli oktyabrın 15-də Hadrut istiqamətində gedən döyüşləri zamanı şəhid olub. Tərtər rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sənan Məmmədli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Sənan Məmmədli ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sənan Məmmədli ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Sənan Məmmədli ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Sənan Məmmədov
Sənan Tehran oğlu Məmmədov (27 iyul 2000, Göyçay rayonu – 21 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Sənan Məmmədov 2002-ci il iyulun 27-də Göyçay rayonunun Çaxırlı kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Sənan Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Sənan Məmmədov oktyabrın 21-də Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Göyçay rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sənan Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sənan Məmmədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Sənan Quliyev
Quliyev Sənan Qeyrət oğlu (1991; Xocavənd rayonu, Azərbaycan – 1 avqust 2014, Ağdam rayonu Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, şəhid. == Həyatı == Sənan Quliyev 1991-ci ildə Xocavənd rayonunun Qaradağlı kəndində anadan olub. Sənan Quliyev öz əmisi qızı ilə ailəli idi, ölümünə qədər bir qız övladı var idi. Ölümündən sonra isə daha bir övladı dünyaya gəldi. == Hərbi xidməti == Əsgər Sənan Quliyev 2014-cü ilin 1-3 avqust tarixləri arasında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı şəhid olub. Avqustun 2-si isə Sənan Quliyev Ağcabədi rayonunun Xocavənd qəsəbəsində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Quliyev uğrunda şəhid olduğu torpağa tapşırıldı. Sənan Quliyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə tətlif oldu.
Sənan Qurbanov
Sənan Qurbanov (rus. Курбанов, Санан Шамиль оглы; azərb. Sənan Şamil oğlu Qurbanov‎; 12 avqust 1938, Bakı – 24 dekabr 1999, Bakı) — Azərbaycanlı heykəltaraş və qrafika ustası, Azərbaycan və SSRİ Rəssamlar İttifaqlarının üzvü. Sənan Qurbanov eyni zamanda Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında hazırlanmış tamaşaların səhnə tərtibatı ilə də məşğul olmuşdur. == Həyatı == Sənan Qurbanov 1938-ci ilin 12 avqust tarixində Bakı şəhərində anadan olub. 1955 - 1959-cu illərdə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinin heykəltaraşlıq faklütəsi üzrə təhsil almışdır. 1960 - 1963-cü illərdə təhsilini Sankt-Peterburq şəhərində yerləşən Rəssamlıq məktəbində davam etdirmişdir. 1963-cü ildə təhsil aldığı dövrdə qərb burjua mədəniyyətini ali təhsil müəssisəsində yayması ittihamı ilə universitetdən xaric edilmişdir. 1963-1967-ci illərdə geridə qalan təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tamamlamışdır. == Ekspozisiyalar == 1992-ci ildə Vyana şəhərində yerləşən Arik Brauer Qalereyasında sərgi.
Sənan Rüstəmov
Sənan Əkbər oğlu Rüstəmov (11 yanvar, 1973, Ağdam, Azərbaycan SSR, SSRİ – 15 may 1992, Ağdam, Abdal-Gülablı) — Qarabağ müharibəsində şəhid olub. == Həyatı == Sənan Əkbər oğlu Rüstəmov 11 yanvar 1973-cü ildə Ağdam şəhərində anadan olmuşdu. Sənan 1980-cı ildə Ağdam şəhər 2 saylı orta məktəbin 1-ci sinfinə daxil olmuşdu. 1983-cü ildə 3-cü sinifdə oxuyarkən musiqiyə həvəsi olduğu üçün Qurban Primov adına 2 saylı musiqi məktəbinin tar şöbəsinəsənədlərini verir. Enerjisi çox olduğundan idmana da maraq göstərir və atası Əkbər Rüstəmovun sərbəst güləş bölməsində məşq edir. 1984-cü ildən "Qarabağ bülbülləri" ansamblının ən fəal üzvü olur və 1988-ci ilə kimi ansanblda özünə məxsus yer tutur. Dəfələrlə müxtəlif konsertlərdə və respublika televiziyasında ansanblla birlikdə çıxış edir. 1988-ci ildə 2 saylı musiqi məktəbini əla qimətlərlə bitirir. Sənan Rüstəmov 1 sentyabr 1987-ci ildən 23 may 1989-cu ilə kimi Ağdam şəhər Texniki İstehsalat Kursunda təhsil almış və çilingərlik peçəsinə yiyələnmişdir. O, 1989-cu ildə 16 yaşı olmasına baxmayaraq kişilər arasında ,,Sambo,, güləşi üzrə Respublika çempionu olub, SSRİ idman ustası normasını yerinə yetirib.
Sənan Seyfullayev
Sənan Mətləb oğlu Seyfullayev (26 sentyabr 1998; Ərkivan, Masallı, Azərbaycan — 30 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Sənan Seyfullayev 1998-ci il sentyabrın 26-da Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub. 2015-ci ildə Cəfər Cabbarlı adına qəsəbə 1 nömrəli tam orta məktəbini bitirib. 2016-cı ilin oktyabr ayında müddətli hərbi xidmətə yollanıb. Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində kəşfiyyatçı əsgər kimi xidmət edib. 2017-ci ilin aprelində ordu sıralarından tərxis olunub. Subay idi. == Hərbi xidməti == Sənan Seyfullayev İkinci Qarabağ müharibəsinin ilk günündən torpaqlarımızı düşmən tapdağından azad etmək üçün könüllü olaraq müharibəyə yollanıb. O, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarının azad edilməsində böyük şücaət göstərib. O, oktyabrın 30-da Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə, “Qanlı Təpə” yüksəkliyinin düşməndən azad edilməsi zamanı şəhid olub.
Secan
Secan (fars. سيجان‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Milacerd bəxşinin Xosro Beyg dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 53 ailədə 83 nəfəri kişilər və 94 nəfəri qadınlar olmaqla cəmi 177 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.
Sedan
Sedan — minik maşının baqaj hissəsi salonundan ayrılmış, adətən iki və ya üç tamölçülü oturacaqlar sırası olan və avtomobillərdə ən geniş istifadə olunan ban növü. == Xüsusiyyətlər == Sedanlarda arxa şüşə demək olar ki bütün hallarda arxa çərçivədə sıx yerləşir, qalxıb/düşmür, baxmayaraq, ki arxa oturacağın arxasında lyuk ola bilər, hətta o, uzun əşyaları daşımaq üçün özü də yığıla bilər. Keçmiş SSRİ və inkişaf edən ölkələr kimi ərazidə avtomobilizasiya yeni başladığından dördqapılı sedanlar hələ çox populyar olacaqlar. Hətta SSRİ-də 80-ci illərdə hetçbeklərin kütləvi istehsalına keçmək eksperimenti alınmadı və 90-cı illərdə sedanlar yenə öz yerlərini möhkəmləndirdilər. İnkişaf edən ölkələrdə Peugeot 206 və Volkswagen Polo kimi avtomobillərini sedan banında istehsal edirlər.
Segah
Segah — Azərbaycan musiqisində yeddi əsas ladlardan (məqamlardan) və yeddi əsas muğam dəstgahlarından biri. Mənası "Segah" sözü iki kökdən əmələ gəlib: farsca"se"(üç)+"gah"(mövqe,məkan,vəziyyət). Bu da Segahın üç əsas böyük hissədən (“Zabol”,“Segah” və “Hissar-müxalif”) ibarət olmasıyla əlaqədardır == Segah muğam dəstgahı kimi == Yaxın və Orta Şərq xalqları musiqisində çox işlənən 24 muğam şöbəsindən biri. Bir dəstgah olaraq segah Azərbaycanda daha geniş yayılmış muğamlardan biridir. === Segah muğamı Azərbaycan musiqisində === Yaxın və Orta Şərq ölkələri musiqisində segah yalnız tək bir növdən ibarət olduğu halda, Azərbaycan musiqisində segahın bir neçə növü var: “Orta Segah”, “Xaric Segah”, “Mirzə Hüseyn Segahı”, “Zabul Segah”, “Haşım Segahı”. Qədim qrammofon vallarında xanəndə İslam Abdullayevin oxuduğu “Yetim Segahı” variantına da rast gəlinir. Ümumiyyətlə, İ.Abdullayev bu muğamın ən mahir ifaçısı olduğuna görə xalq tərəfindən “Segah İslam” adlandırılmışdır. Onun repertuarında “Segah”ın bütün variantları səslənmişdir. “Segah” ailəsinə aid bütün muğamlar bir-birindən tonallıq (kök) etibarilə fərqlənir və “Segah” muğamı inkişaf edərək özünəməxsus tonallıq sistemi yaratmışdır: Kiçik oktavadakı "si" mayəli (Xaric Segah) Birinci oktavadakı "mi" mayəli (Orta Segah) və kiçik oktavadakı "mi" mayəli (Zabul Segah) Birinci oktavadakı "lya" mayəli (Mirzə Hüseyn Segahı) Birinci oktavadakı "re" mayəli (Yalxın Segahı) Birinci oktavadakı "sol" mayəli (Haşım Segah) Segahın variantları özünəxas xarakteri, səslənməsi, yozumu, istinad pillələrinin dəyişilməsi ilə fərqlənsiyinə görə onların dinləyiciyə bağışladığı təsir müxtəlif olur. "Azərbaycan xalq musiqisinin əsaları" monoqrfiyasında Üzeyir Hacıbəyov Segah muğamının estetik – psixoloji əhəmiyyətindən söz açarkən onun dinləyiciyə başlıca olaraq məhəbbət – sevgi bəxş etdiyini yazır.
Sevan
Sevan (Ermənistan)
Soğan
Soğan (lat. Allium) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Qida məhsulu kimi mətbəxdə bişmiş və çiy halda istifadə edilir. == Müalicəvi əhəmiyyəti == Soğanın insan sağlığına çox böyük xeyri varmış. ABŞ-nin Kaliforniya Universitetinin əməkdaşı Dr.M.Lepinsky öz araşdırmaları nəticəsində bu qənaətə gəlmişdir ki, soğan istifadə olunması vacib olan qida məhsulları arasında mühüm yerlərdən birini tutur. Soğan qanda şəkərin miqdarını və təzyiqi aşağı salır Həzmi asanlaşdırır Bağırsağı təmizləyir Bədəndəki yaraların yaxşılaşmasını sürətləndirir Ürəyin funksiyasını gücləndirir Bütün bunlarla yanaşı soğanın antibakteriyal təsirindən istifadə edərək epidemik xəstəliklərin qarşısını almaq mümkündür. Bu zaman 300 qram soğanı əzdikdən sonra üzərinə 600 qram şərab əlavə edərək 100 qram balla qarışdırın və hər gün bir qaşıq istifadə edin. == Növləri == Allium ampeloprasum L. Mavi soğan (Allium caeruleum Pall.) Adi soğan (Allium cepa L.) Uzunerkəkcikli soğan (Allium macrostemon Bunge) Sarımsaq (Allium sativum L.) Qaya soğanı (Allium saxatile Bieb.) Parlaq soğan (Allium splendens Willd. ex Schult. et Schult.
Səngan
Səngan (Rəzəvi Xorasan)
Şağan
Şağan — Azərbaycan Respublikasının Xəzər rayonunun inzibati ərazi vahidində qəsəbə. Şağan Abşeronun şimal-şərqində Xəzər sahillərində, 0-5 metr hündürlükdə yerləşir. Abşeronun ən qədim kəndlərindən biridir. Coğrafi cəhətdən Şağan şimal və şimal-qərbdən Buzovna, şərqdən və cənub tərəfdən Mərdəkan, qərb istiqamətində isə Binə qəsəbəsi (Təmənnis torpaqları) ilə həmsərhəddir. Qəsəbənin sahəsi təqribən 1500 km²-dir. 1933-cü ildə Şağan kəndi Mərdəkan kənd sovetinin tərkibinə daxil edildi. 1945-ci ildə ayrılsad a, 1948-ci ildə yenidən birləşdirildi. 1990-cı ildə Şağan qəsəbə statusu aldı. Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 868 saylı Qərarı ilə Bakı şəhərinin Əzizbəyov rayonunun Şağan qəsəbəsi şəhər tipli Mərdəkan qəsəbəsindən ayrılaraq, şəhər tipli qəsəbə kimi rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş, Şağan şəhər tipli qəsəbəsi mərkəz olmaqla Şağan qəsəbə ərazi vahidi yaradılmışdır. == Tarixi == Abşeron yarımadasının ən qədim yaşayış məskənlərindən biri də Şağandır.
Şoqan
Şoqan — İranın Şimali Xorasan ostanının Cacərm şəhristanının Colgə Şoqan bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,297 nəfər və 628 ailədən ibarət idi.
Sega
Sega (Sega Korporasiyası yap. 株式会社セガ, Kabushiki gaisha Sega) — videooyunlar üçün proqram təminatı və aparat vasitələri yaradan transmilli (beynəlxalq) şirkətdir. Mərkəzi ofisi Tokio, Yaponiyada yerləşir. Sega-nın 1991-ci ildən talismanı olmuş Sonic onun ən məşhur personajıdır.
Seqa
Geskon — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 169 nəfərdir. == Toponimiyası == Oykonim kek/kok (Azərbaycan dilindəki goy sözü) və honi (TalıŞərq "bulaq") sözlərindən ibarət toponim kimi "goybulaq" mənasında izah olunur. Kəndin adını "birəli bulaq" kimi izah edənlər də var. Hər iki halda kənd ərazisindəki bulağın adı ilə adlandırılmışdır. == Tarixi == 29 mart 2005-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Osyedərə kənd inzibati ərazi dairəsi tərkibindəki Keskon kəndi Geskon kəndi adlandırılmışdır.
Adi soğan
Adi soğan (lat. Allium cepa) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. Həmçinin, soğan sözü bu bitkinin qida kimi istehlak olunan soğanağı üçün də istifadə olunur. Bitkinin qida olaraq istifadə olunan, yaşıl torpaqüstü hissəsi yaşıl soğan (təzə soğan) kimi tanınır. Soğanın soğanağının diametri 15 sm-ə qədər olur, lay-lay nazik təbəqələrdən ibarətdir. Üst qabığı quru olub, sarı, bəzən də ağ və ya bənövşəyi rəngdə olur. Soğanağın daxili ətli hissəsi ağ, yaşılaçalan, yaxud bənövşəyi rəngdə olur. Adi soğanın yarpaqları borucuqşəkilli olub, tünd yaşıl rəngdədir.
Mavi soğan
Mavi soğan (lat. Allium caeruleum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü.
Meqan Ebbot
Meqan Ebbot (ing. Meqan Ebbot; 21 avqust 1971, Detroyt, Miçiqan) — amerikalı cinayət fantastikasının və ağır cinayət fantastikasının qeyri-bədii təhlillərinin müəllifi. Onun romanları və qısa hekayələri klassik kriminal fantastika alt janrlarına əsaslanır və qadın nöqteyi-nəzərindən yenidən işlənib. O, həm də ABŞ yazıçısı və televiziya prodüseridir. == Bioqrafiyası == Ebbot Miçiqan Universitetini bitirmişdir. Uşaq ikən Ebbot Grosse Point kinoteatrında baxdığı 1930-1940-cı illərin filmləri ilə çox maraqlanırdı. O, uşaq ikən bu filmlərə baxmasının ona kriminal fantastikaya ömürlük maraq aşıladığını bildirir. O, fəlsəfə doktoru dərəcəsini almışdır. Nyu-York Universitetində İngilis və Amerika Ədəbiyyatı üzrə təhsil alıb, Nyu York Universitetində, Nyu York Dövlət Universitetində və Yeni Məktəb Universitetində dərs deyib. 2013-2014-cü illərdə Missisipi Universitetində iqamətgahda Con Qrisham yazıçısı vəzifəsində çalışmışdır.
Meqan Foks
Meqan Deniz Foks (ing. Megan Denise Fox; 16 may 1986, Oak-Ric, Tennessi, ABŞ) — ABŞ aktrisası və manekeni. Ən məşhur çəkildiyi filmləri - "Transformerlər" (2007), "Transformerlər: Məğlubların qisası" (2009) və "Cenniferin bədəni" (2009). == Həyatı == Deniz Meqan Foks 16 may 1986-cı ildə Amerikanın Tennessi ştatında anadan olub. Artıq beş yaşında Meqan teatr və rəqs dərsləri almağa başlayıb. On yaşı olanda ailəsi Floridaya köçüb. 13 yaşında rəqs sahəsində qazandığı uğurlar Meqan Foksa həyatının seçimini etmək imkanı verdi. == Karyerası == 1999-cu ildə ABŞ-nin Cənubi Karolina ştatında keçirilən "American Modeling and Talent Convention in Hilton Head" rəqs şousunda Meqan bir neçə mükafat qazanıb. Bundan sonra o, aktrisa karyerası etmək ümidilə Los-Ancelesə köçüb. Onun debütü 2001-ci ildə çəkilmiş "Günəşdə istirahət" filmində baş tutub.
Meqan Markl
Reyçel Meqan Markl (ing. Rachel Meghan Markle; 4 avqust 1981[…], Kanoqa-Park, Kaliforniya) — ABŞ aktrisası, modeli və humanitarı. Daha çox 2011-ci ildən bəri rol aldığı "Fors-majorlar" serialındakı roluna görə tanınır. 2016-cı ilin iyunundan Uels Şahzadəsi Harri ilə görüşür. 27 noyabr 2017-ci ildə onlar nişanlanıb, və 2018-ci ilin may ayında isə evləniblər.
Meqan Treynor
Meqan Treynor (d. 22 dekabr, Massaçusets) – Amerika Birləşmiş Ştatları pop musiqiçisi. Meqanın anası Kelli Treynor, atası Qeri Treynor və iki qardaşı vardır. O, 11 yaşında ailəsinin musiqi ilə bağlılığı olması ilə əlaqədar mahnı sözləri yazmağa başlamışdır. Meqan 4 il ərzində Island Fusion adlı qrup ilə işləmişdir. 2011-ci ildə öz yazdığı mahnılardan ibarət I'll Sing With You adlı albomu çıxartmışdır.