Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
III Səlim
III Səlim (Osmanlı türkcəsi: سليم ثالث Səlim-i Salis) (24 dekabr 1761[…], İstanbul, Osmanlı imperiyası – 29 iyul 1808, Konstantinopol) — 28-ci Osmanlı sultanı və 107-ci İslam xəlifəsi. == Həyatı == === İlk illəri === 24 dekabr 1761-ci ildə dünyaya gəlmişdir. Atası 26. Osmanlı sultanı III Mustafa, anası isə Mihrişah Sultandır. Əslən gürcü olan anası, dövrün şeyxülislamlarından Vəliüddin Əfəndi tərəfindən sultana hədiyyə edilmişdi. III Əhməddən sonra taxta çıxan I Mahmud və III Osmanın övladları olmamış və aradan keçən 40 il müddətində Osmanlı sülaləsində oğlan övladı dünyaya gəlməmişdi. Məhz bu səbəblə Səlimin dünyaya gəlişi bir həftə davam edən şənliklərlə qeyd edilmişdir. 5 yaşında ilk təhsilini almağa başlayan Səlimin təhsil həyatına, xüsusilə atasının səltənətində xüsusi diqqət göstərilmişdir. Kiçik yaşlarından etibarən dövlət mərasimlərində və rəsmi görüşlərdə iştirak edən Səlim, atasının sahil tərsanələrinə etdiyi təftişlərə tez-tez qatılırdı. Atasının vəfatının ardından (21 yanvar 1774) taxta əmisi I Əbdülhəmid çıxdı və 13 yaşlarındakı qardaşı oğluna yaxşı davrandı.
II Səlim
II Səlim və ya Sarı Səlim və ya Sərxoş Səlim (osm. سليم ثانى‎ — Selîm-i sânî, türk. İkinci Selim; (28 may 1524, İstanbul – 15 dekabr 1574, İstanbul) — 11. Osmanlı sultanı və 90-cı İslam xəlifəsi, Sultan Süleyman Qanuni və Xürrəm Sultanın oğlu. Qardaşı Şahzadə Bəyazidlə taxt uğrunda mübarizədə atasının dəstəyi ilə qalib gəlmişdir. Atasının vəfatından sonra 1566-cı ildə taxta çıxmışdır. Hakimiyyətə gələn kimi ilk səfərini qərb istiqamətinə etmiş və ölkə sərhədlərini Mərkəzi Avropaya qədər genişlətmişdir. Kipr adasının və Tunisin fəthi ilə Osmanlı İmperiyası Aralıq dənizində güclü mövqe sahib olmuşdur. Turqut Rəis kimi dənizçisi, Sokullu Mehmed Paşa kimi sədrəzəmi, Əbus-Səud Əfəndi kimi şeyxülislamı və Memar Sinan kimi memarı ilə ən şanslı Osmanlı sultanlarından biri olmuşdur. Atasından 14.892.000 km2 olaraq aldığı imperiyanın sərhədlərini genişlədərək 15.192.000 km2-ə çatdırmışdır.
I Səlim
I Səlim və ya Yavuz Sultan Səlim (Osmanlı türkcəsi: سلطان سليم اول Sultan Selīm-i Evvel) (10 oktyabr 1470 – 22 sentyabr 1520) — 9-cu Osmanlı sultanı və 88-ci islam xəlifəsidir. Eyni zamanda ilk türk-islam xəlifəsi və Hâdim'ul-Harameyn'uş-Şerifeyn (Məkkə və Mədinənin xidmətçisi) ünvanına malikdir. Atası II Bəyazid, anası Gülbahar Xatundur. Taxta oturanda 2.375.000 km2 olan Osmanlı torpaqlarını səkkiz il kimi qısa bir müddətdə 2,5 qat böyütmüş və ölümündə imperiyanın torpaqlarını 6.557.000 km2'ə çatdırmışdır. Padşahlığı dövründə Anadoluda birlik təmin edilmiş; xəlifəlik Misir Məmlüklərinə bağlı Abbasilərdən Osmanlı xanədanına keçmişdir. Bundan başqa dövrün ən əhəmiyyətli iki ticarət yolu olan İpək və Ədviyyat Yolunu ələ keçirən Osmanlı, bu sayədə şərq ticarət yollarını tamamilə nəzarəti altına almışdır. Səlim taxta atası II Bəyazidə qarşı çevriliş edərək çıxmışdır. Şahzadə Səlim, taxta çıxmadan əvvəl hakim olaraq Trabzonda hökm sürürdü. Yavuz Sultan Səlimə qızını vermiş olan Krım Xanı Məngli Gəray, ona hərbi dəstək təmin edərək taxta keçməsinə kömək etmişdir. 1512-ci ildə taxta çıxan Sultan Səlim, 1520-ci ilin sentyabr ayında şarbon xəstəliyinə bağlı olaraq Aslan Pəncəsi (Şirpəncə) deyilən bir çiban səbəbilə 49 yaşında ikən vəfat etdi və yerinə oğlu I Süleyman keçdi.
Sultan Səlim
I Səlim və ya Yavuz Sultan Səlim (Osmanlı türkcəsi: سلطان سليم اول Sultan Selīm-i Evvel) (10 oktyabr 1470 – 22 sentyabr 1520) — 9-cu Osmanlı sultanı və 88-ci islam xəlifəsidir. Eyni zamanda ilk türk-islam xəlifəsi və Hâdim'ul-Harameyn'uş-Şerifeyn (Məkkə və Mədinənin xidmətçisi) ünvanına malikdir. Atası II Bəyazid, anası Gülbahar Xatundur. Taxta oturanda 2.375.000 km2 olan Osmanlı torpaqlarını səkkiz il kimi qısa bir müddətdə 2,5 qat böyütmüş və ölümündə imperiyanın torpaqlarını 6.557.000 km2'ə çatdırmışdır. Padşahlığı dövründə Anadoluda birlik təmin edilmiş; xəlifəlik Misir Məmlüklərinə bağlı Abbasilərdən Osmanlı xanədanına keçmişdir. Bundan başqa dövrün ən əhəmiyyətli iki ticarət yolu olan İpək və Ədviyyat Yolunu ələ keçirən Osmanlı, bu sayədə şərq ticarət yollarını tamamilə nəzarəti altına almışdır. Səlim taxta atası II Bəyazidə qarşı çevriliş edərək çıxmışdır. Şahzadə Səlim, taxta çıxmadan əvvəl hakim olaraq Trabzonda hökm sürürdü. Yavuz Sultan Səlimə qızını vermiş olan Krım Xanı Məngli Gəray, ona hərbi dəstək təmin edərək taxta keçməsinə kömək etmişdir. 1512-ci ildə taxta çıxan Sultan Səlim, 1520-ci ilin sentyabr ayında şarbon xəstəliyinə bağlı olaraq Aslan Pəncəsi (Şirpəncə) deyilən bir çiban səbəbilə 49 yaşında ikən vəfat etdi və yerinə oğlu I Süleyman keçdi.
Səlim (Urmiya)
Səlim kəndi (fars. سليم كندي‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 53 nəfər yaşayır (16 ailə).
Səlim (şair)
Əbdülrəhman bəy Sahibqıran (kürd. Ebdulrehman Begî Sahibqîran/عەبدولڕەحمان بەگی ساحێبقران), təxəllüsü Səlim (kürd. سالم) — XIX əsr kürd şairi. O, Nali və Kürdi ilə birlikdə sorani dilində olan Babani şeir məktəbinin yaradıcılarındandır. Odur ki, Səlim Nali və Kürdi ilə eyni vaxtda yaşamış və əslən Süleymaniyyədən olmuşdur. O, 1866-cı ildə həmin şəhərdə vəfat etmişdir.
Səlim Babullaoğlu
Səlim Babullaoğlu (10 dekabr 1972, Əli-Bayramlı) — şair, tərcüməçi, esseist, müstəqillik illəri Azərbaycan şeirinin öncüllərindən biri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi. == Həyatı == Səlim Babullaoğlu 1972-ci il dekabrın 10-da Əli-Bayramlı şəhərində (indiki Şirvan şəhəri) ziyalı ailəsində anadan olub. Əli Bayramlı şəhərində orta məktəbi bitirdikdən sonra (1979–1989) M. Ə. Rəsulzadə adına Bakı Dövlət Universitetinin kitabxanaçılıq fakültəsində (1990–1995) ali təhsil alıb. İlk mətbu şeirləri və məqalələri orta təhsil aldığı illərdə Əli-Bayramlı şəhərinin "İşıq" və "Mayak" qəzetlərində dərc olunub. Universitet illərindən müxtəlif qəzetlərlə ("Bakı Universiteti", "Dədəm Qorqud", "İstiqlal", "Yeni Quruluş", "Biznes-press", "Aydınlıq", "Zaman" (Türkiyə), "7 gün", "Xalq qəzeti", "Azadlıq" qəzeti ("Ədəbi Azadlıq" əlavəsi), "Yeni Azərbaycan", "525-ci qəzet") əməkdaşlıq edib. Şeirləri və tərcümələri dövri ədəbi mətbuatda çap olunub. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində "Xəzər" redaksiyasında (1997–2000) müxbir və redaktor kimi çalışıb, "Yaddaş" proqramının aparıcısı, "Üz-üzə" proqramının redaktoru olub. "Yeni Azərbaycan" qəzetinin rus dilində nəşr olunan "Сегодня" əlavəsinin məsul redaktoru (2003), "ATV Kitab" seriyasının redaktoru, "Kitabçı" jurnalının baş redaktoru (2013–2016) olub. Ötən əsrin 90-cı illərinin ortalarından etibarən ədəbiyyatla peşəkar məşğul olmağa başlayıb. Şeirləri, müsahibə və məqalələri 20-dən artıq dilə (türk, alman, polyak, ingilis, gürcü, ukrain, rus, yapon, fransız, macar, ərəb, fars, özbək, qırğız, serb, monteneqro, makedon, fin, rumın, ispan, italyan, türkmən və s.) tərcümə edilib, müxtəlif nüfuzlu qəzet, jurnal və saytlarda ("Türk edebiyatı", "Kültür-Sanat", "Cumhuriyet", "Hece" — Türkiyə; "Literaturnaya qazeta", "Drujba narodov", Knijnoye obozrenie, "Vavilon/Text only" — Rusiya; "Odra", "Kultura liberalna" — Polşa; "La Traductiere" — Fransa; "Kultura", "Kiyevskaya Rus", "Vsesvit" — Ukrayna; "Kitob dünyosi", "Jaxon odobiyyatı" — Özbəkistan; "Revista Literara" — Moldova, "Sveske", "Knijne novine" — Serbiya; "Convorbırı literare" — Rumıniya, "Современи диjaлози" — Makedoniya, "Alternativa", "New Saunje" — Gürcüstan; "Publisher Weekly-Arabian" — BƏƏ, "Nizwa" — Oman və s.) dərc edilib, Türkiyə, Almaniya, Ukrayna, Polşa, Gürcüstan, Rumıniya, Macarıstan, İran və Serbiyada kitabları nəşr olunub.
Səlim Cabbarov
Səlim Hassun
Səlim Hassun — iraqlı jurnalist. == Haqqında == Səlim Hassun Mosul şəhərində anadan olub. O, bir çox vəzifələrdə çalışıb. O, 1918-ci ildə "Mosul" qəzetinin baş redaktoru, "Əl Aləm Əl Ərəbi"nin isə məsul redaktoru, Osmanlı idarəsindəki Mosulda alman kitabxanasında müdir işləyib. Daha sonra təhsil sahəsində fəaliyyət göstərib, ingilis işğalı dövründə Mosulda maarif müfəttişi, 1919-cu ildə "Nadi Əl İlmi"nin baş redaktoru işləyib. Səlim Hassun Bağdada getdikdən sonra milli hökumət dövründə "Əl Aləm Əl Ərəbi" nəşrini çap etdirib.
Səlim Musayev
Səlim Hüseynpaşa oğlu Musayev (29 may 1937[…], Yuxarı Oruzman, Başkeçid rayonu – 7 aprel 2010) — Azərbaycanda biologiya sahəsində tanınmış aqrostoloq, Milli Elmlər Akademiyasının müxbir üzvi, botanik. İnstitutunun laboratoriya müdiri, biologiya elmlər doktoru. == Həyatı == Səlim Musayev 1937-ci ildə may ayının 29-da Gürcüstan Respublikasının Başkeçid (indiki Dmanisi) rayonunun Yuxarı Oruzman kəndində anadan olmuşdur. 1951-ci ildə Yuxarı Oruzman kənd 8-illik məktəbini, 1954-cü ildə isə Hamamlı kənd 11-illik məktəbini bitirmişdir. Üç il təsərrüfatda işlədikdən sonra 1957-1960-cı illərdə Sovet Ordusu sıralarında xidmət etmişdir. 1961-ci ildə Həsənbəy Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun biologiya fakültəsinə daxil olmuş, burada institutun ictimai həyatında yaxından iştirak edərək Ali bitkilərin sistematikası sahəsinə xüsusi maraq göstərmiş, institutun tələbə elmi cəmiyyətinin fəal üzvlərindən biri olmuşdur. 1966-cı ildə həmin institutun biologiyaa fakültəsini biologiya və kənd təsərrüfatının əsasları ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. == Elmi-pedoqoji fəaliyyətləri == 1966-cı ilin avqust ayından 1967-ci ilin noyabr ayının 17-nə kimi Azərbaycan Respublikasının Balakən rayonunun Meşəşambul kənd 8-illik məktəbində kimya-biologiya müəllimi işləmişdir. Ali bitkilərə, xüsusən onların sistematikasına olan marağı S.Musayevi Azərbaycan Elmlər Akademiyasının V.L.Komarov adına Botanika İnstitutunun aspiranturasına gətirib çıxarmışdır. O, çox böyük həvəs və inadkarlıqla bitki sistematikasının sirlərini öyrənməyə başlamış, bu sahədə geniş elmi-tədqiqat işləri aparmışdır.
Səlim Müslümov
Səlim Müslümov (1 noyabr 1961, Pirhəsənli, Ağsu rayonu) — Azərbaycan siyasətçisi. O, 2013–2018-ci illərdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri kimi xidmət etmişdir. Müslümov 2021-ci ilin fevralında barəsində olan korrupsiya faktlarına görə həbs edilmişdir. == Həyatı == Müslümov Səlim Yanvar oğlu 1961-ci il noyabrın 1-də Ağsunun Pirhəsənli kəndində anadan olmuşdur. 1983-cü ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun uçot-iqtisad fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1983–1987-ci illərdə Moskva Dövlət Universitetinin məqsədli aspiranturasında təhsilini davam etdirmiş və 1987-ci ilin noyabrında namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır. 1988-ci ilin yanvarından 1995-ci ilin iyulunadək Azərbaycan Dövlət İqtisad İnstitutunda müəllim, baş müəllim, dekan müavini vəzifələrində çalışmışdır.1992-ci ilin yanvarından 1995-ci ilin iyununadək Türkiyə Cumhuriyyətinin Mərmərə Universitetində elmi ezamiyyətdə və doktoranturada olmuşdur. 1995-ci ilin iyulundan 2000-ci ilin martınadək Azərbaycan Respublikası Maliyyə Nazirliyində idarə rəisi vəzifəsində çalışmışdır. 2000-ci ilin martında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Sədr müavini təyin edilmişdir. 2002-ci ilin 17 dekabr tarixində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sədri vəzifəsinə təyin edilmişdir.
Səlim Nəsirli
Selim Nesirli (Nəsirli Səlim Əbülfət oglu; d. 1 aprel 1983, Laçın rayonu, Hoçaz kəndi, Azərbaycan ) — Azərbaycan xanəndəsi və şairi. Bəstəkar, tarzən. "Abşeron Ədəbi məclisinin" yaradıcısı və təşkilatçısı. == Həyatı == Nəsirli Səlim Əbülfət oglu - 1983-ci ildə Laçın rayonunun Hoçaz kəndində anadan olub. 1995-ci ildə Xırdalan şəhər musiqi məktəbinə xanəndə sinifinə daxil olub. 2000-ci ildə orta məktəbi və musiqi məktəbini bitirərək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "solo oxuma, muğam" ixtisasına qəbul olmuşdur. == Yaradıcılığı == 2004-cü ildə Binəqədi rayonu Rəsulzadə qəsəbəsində yerləşən 11 saylı uşaq musiqi məktəbinə müəllim təyin olunmuşdur . 2006-ci ildə Dərbənd dram teatrının dəvəti ilə Dərbənd şəhərində "Dərbənd Azərbaycan dram teatrında" bəstəkar işləmişdir. Burada bir neçə tamaşanın bəstəkarı olmuşdur.
Səlim Qasımov
Səlim Qasım oğlu Qasımov (15 noyabr 1907, Ramana, Bakı qəzası – 26 iyul 1957, Bakı) — Azərbaycan-sovet mühəndisi və dövlət xadimi, Azərbaycan SSR yerli sənaye komissarı və naziri (1938–1953, 1953–1956), Azərbaycan SSR Sənət Kooperasiyası idarə heyətinin sədri (1956–1957). == Həyatı == Səlim Qasımov 1907-ci ildə Bakı qəzasının Ramana kəndində neftçi Qasım Qasımovun ailəsində anadan olmuşdur. 1915-ci ildə kənd məktəbinə daxil olmuş, 4 ildən sonra, 12 yaşında məktəbi dayandırıb işləməyə məcbur olmuşdur. 1921-ci ildə o, Ramanada mexaniki emalatxanada tornaçı şagirdi işləməyə başlamışdır. Bu illərdə o, Lenin komsomolu sıralarına qoşulmuş, emalatxananın komsomol bürosunun üzvü seçilmişdir. 1924-cü ildə axşam növbəsi işçi fakültəsinə girmiş, burada akademik komissiyanın üzvü, qrup rəhbəri olmuşdur. İşçi fakültəsini bitirdikdən sonra o, neft mühəndisi olmaq üçün 1928-ci ildə Moskvaya gedərək akademik Qubkin adına Moskva Neft İnstitutunda təhsil almış, qrup rəhbəri və istehsalat təcrübəsi keçən qrupun başçısı olmuşdur. 1932-ci ildə institutu bitirdikdən sonra Bakıya qayıdaraq Budyonnı adına neftayırma zavodunda işə başlamış, ilk aylarda zavod laboratoriyasının mühəndisi, sonra laboratoriyanın müdiri, neftayırma qurğusunun mühəndisi və qurğunun briqadiri vəzifələrində çalışmışdır. 1935-ci ildə zavodun partiya komitəsinin və mühəndis-texniklər bölməsi bürosunun üzvü seçilmişdir. 1935-ci ildə Səlim Qasımov Sovet Ordusunda hərbi xidmətə çağırılmış və Qırmızı bayraqlı Əlahiddə Uzaq Şərq ordusu sıralarına keçirilmişdir.
Səlim Sultanov
Səlim Səlimov
Səlim İsmayıl oğlu Səlimov (11 oktyabr 1941, Xaçınyalı, Laçın rayonu – 23 mart 2024, Bakı) — Azərbaycan SSR Ali Sovetinin XII çağırış deputatı (1990–1995). == Həyatı == Səlim Səlimov 1941-ci il oktyabrın 11-də Laçın rayonunun Xaçınyalı kəndində anadan olub. 1963-cü ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Azərbaycan dili və ədəbiyyatı fakültəsinə qəbul olmuşdur. 1969-cu ildə dilçi-ədəbiyyatçı, azərbaycan dili və ədəbiyyatı müəllimi ixtisası alaraq universiteti bitirmişdir. Səlim Səlimov 1996-cı ildən təqaüdçü idi . 23 mart 2024-cü il tarixində vəfat edib. == Siyasi fəaliyyəti == 1956-cı ildən ÜİLKGİ-nin, 1968-ci ilin yanvar ayından isə Azərbaycan KP-nın üzvü olmuşdur. 1973–1975-ci illərdə Bakı Ali Partiya Məktəbinin tam kursunu bitirmişdir. === Laçında === 1971-ci ildə 56 saylı seçki dairəsindən XIII çağırış, 1975-ci ildə 51 saylı seçki dairəsindən XIV çağırış Laçın Rayon Zəhmətkeşlərin Deputatları Sovetinə, 1979-cu ildə isə 50 saylı seçki dairəsindən XV çağırış Laçın Rayon Xalq Deputatları Sovetinə deputat seçilmişdir. Laçın rayon VII (1978), VIII (1980), IX (1983) partiya konfranslarının üzvü olmuşdur.
Səlim Turan
Səlim Turan (türk. Selim Turan; d. 9 iyun 1915, İstanbul, Osmanlı imperiyası - 13 oktyabr 1994, Paris, Fransa) — Osmanlı imperiyasında anadan olmuş azərbaycanlı heykəltaraş, rəssam, Türkiyədə nonfiqurativ rəsmin banisi, abstraksionizmin dünyada tanınan nümayəndəsi. O, Əli bəy Hüseynzadənin oğlu və Feyzavər Turanın qardaşı. == Həyatı == 1915-ci ilin 9 iyununda İstanbulda Əli bəy Hüseynzadə ilə Ədhiyyə xanımın ailəsində anadan olmuşdur. Atası Əli bəy Azərbaycanın ədəbi-ictimai fikrinin parlaq nümayəndəsi, görkəmli türkoloq, tanınmış mütəfəkkir və yazıçı-publisist, anası isə Osmanlı süvari zabiti olan Şəmsəddin bəyin qızı olmuşdur. Atası XX əsrin əvvəllərində Osmanlı imperiyasına köçüb, əsasən orada fəaliyyət göstərdiyinə görə Səlim Turanın fəaliyyəti Türkiyə və Fransa ilə bağlıdır. 13 oktyabr 1994-cü ildə Parisdə vəfat etmişdir. Cənazəsi Türkiyəyə aparılmış və Atatürk Kültür Mərkəzində təşkil edilən mərasimdən sonra dəfn edilmişdir. === Təhsili === İlk təhsilini Əli Avni Çələbi və Malik Akselin şagirdi olaraq bitirdikdən sonra Qalatasaray Liseyində Cihad Burak və Avni Arbaşla tanış olmuşdur.
Səlim Xazbiyeviç
Səlim Xazviyeviç (pol. Selim Chazbijewicz, d. 17 noyabr 1955, Qdansk, Polşa) — əslən Lipka tatarı olan Polşa siyasi elmlər üzrə mütəxəsisi, köşə yazarı və şairi. 2017-ci ildən o, Polşanın Qazaxıstandakı səfiri kimi çalışır. == Həyatı == Səlim Xazbiyeviç 1955-ci ildə Qdansk şəhərində Lipka tatarı olan ailədə dünyaya gəlmişdir. 1980-ci ildə o, Qdansk Universitetinin Polyak filologiyası ixtisası üzrə magistr dərəcəsi əldə etmişdir. 1991-ci ildə Poznandakı Adam Miçkieviç Universitetində XX əsrdə Polşa tatarlarının tarixi üzrə öz doktorantura mövzusunu müdafiə etmişdir. 2002-ci ildə post-doktora dərəcəsini əldə etmişdir. Onun bu mərhələdəki mövzusu Krım tatarlarının II Dünya müharibəsindən sonrakı tarixi barədə olmuşdur. O, Olsztin Varmia və Mazuri Universitetində professor köməkçisi kimi çalışmışdır.
Səlim ilçəsi
Səlim — Qars ilinin ilçəsi.
Səlim karvansarası
Səlim karvansarası — Dərələyəz mahalının Keşişkənd (1975-ci ildən Yeğeqnadzor) rayonu ərazisində Ələyəz dağının Səlim aşırımında, Ağkənd (1967-ci ildən Ağcanadzor) kəndinin yuxarısında XIV əsrə aid tarixi karvansara. == Ümumi məlumat == Karvansaranın giriş qapısının (1,80m x 1,13m) üzərindəki yarımdairə daş kitabədə onun 1329-cu ildə Azərbaycan Elxanilər dövlətinin hökmdarı Əbu Səid Bahadur xan tərəfindən tikdirildiyi yazılmışdır. Karvansaranın yerləşdiyi ərazidəki Ağkənd kəndində 1918-ci ilə qədər ancaq azərbaycanlılar yaşamış və kənddə ilk ermənilər (rəsmi statistikaya görə 172 nəfər) 1923–1925-ci illərdə köçürülüb məskunlaşmışlar. Həmin ərazilərdə yaşayan azərbaycanlılar 1988-ci ildə zorla qovulduqdan sonra Ermənistan hökuməti Səlim karvansarası ilə bağlı faktları tamamilə saxtalaşdıraraq, onu dünya ictimaiyyətinə erməni abidəsi kimi təqdim edir. Karvansaranın giriş qapısı (1,80x1,13m) üzərində fars dilində daşa (l,87x0,86m) oyularaq, həkk olunmuş kitabədə deyilir: "Əbu Səid xan Bahadur — dünyanın sultanı, insanların padşahı, ərəblərin və ərəb olmayanların hökmdarı, bütün xalqların çarı — Allah onun hökmranlığını və sultanlığını əbədi etsin — vaxtında bina olundu. Xeyrat sahibi Çuşkyab ibn (oğlu) Ləvənd ibn …şah Nur ibn … 729-cu il tarixdə" h.729–1328 == Erməni saxtakarlığı == Anadoludan tutmuş Çinə qədər Araz boyu karvan-ticarət yolu – İpək yolu üzərində Zəngəzurun Səlim keçidi adlanan yerdə Elxani Əbu Səid dövründə tikilən karvansaranı "erməni milli memarlıq abidəsi" kimi nəşr etdiriblər (Arutunyan V. M, Yerevan, 1984 il). (bax. KGPA, t. III, № 991, s. 62).
Səlim karvansarayı
Səlim karvansarası — Dərələyəz mahalının Keşişkənd (1975-ci ildən Yeğeqnadzor) rayonu ərazisində Ələyəz dağının Səlim aşırımında, Ağkənd (1967-ci ildən Ağcanadzor) kəndinin yuxarısında XIV əsrə aid tarixi karvansara. == Ümumi məlumat == Karvansaranın giriş qapısının (1,80m x 1,13m) üzərindəki yarımdairə daş kitabədə onun 1329-cu ildə Azərbaycan Elxanilər dövlətinin hökmdarı Əbu Səid Bahadur xan tərəfindən tikdirildiyi yazılmışdır. Karvansaranın yerləşdiyi ərazidəki Ağkənd kəndində 1918-ci ilə qədər ancaq azərbaycanlılar yaşamış və kənddə ilk ermənilər (rəsmi statistikaya görə 172 nəfər) 1923–1925-ci illərdə köçürülüb məskunlaşmışlar. Həmin ərazilərdə yaşayan azərbaycanlılar 1988-ci ildə zorla qovulduqdan sonra Ermənistan hökuməti Səlim karvansarası ilə bağlı faktları tamamilə saxtalaşdıraraq, onu dünya ictimaiyyətinə erməni abidəsi kimi təqdim edir. Karvansaranın giriş qapısı (1,80x1,13m) üzərində fars dilində daşa (l,87x0,86m) oyularaq, həkk olunmuş kitabədə deyilir: "Əbu Səid xan Bahadur — dünyanın sultanı, insanların padşahı, ərəblərin və ərəb olmayanların hökmdarı, bütün xalqların çarı — Allah onun hökmranlığını və sultanlığını əbədi etsin — vaxtında bina olundu. Xeyrat sahibi Çuşkyab ibn (oğlu) Ləvənd ibn …şah Nur ibn … 729-cu il tarixdə" h.729–1328 == Erməni saxtakarlığı == Anadoludan tutmuş Çinə qədər Araz boyu karvan-ticarət yolu – İpək yolu üzərində Zəngəzurun Səlim keçidi adlanan yerdə Elxani Əbu Səid dövründə tikilən karvansaranı "erməni milli memarlıq abidəsi" kimi nəşr etdiriblər (Arutunyan V. M, Yerevan, 1984 il). (bax. KGPA, t. III, № 991, s. 62).
Səqit (Arxangel)
Səqit (başq. Сәғит, rus. Сагитово) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd Krasnokurt kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Arxangel): 30 km, kənd sovetliyindən (Şakir): 3 km. ən yaxın dəmiryol stansiyasından (Priural stansiyası): 32 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (73%) üstünlük təşkil edir.
Səlim məscidi
Səlim məscidi və ya Möhsin Səlim məscidi — Bakı şəhərinin Xəzər rayonunun Binə qəsəbəsində yerləşən tarixi-memarlıq abidəsi. == Tarixi == Möhsin Səlimov ad və soyadlı şəxs (Əmircanın neft milyonçuları olan Səlimovlar ailəsinin üzvü) Zabrat qəsəbəsində yerləşən Xanım Zeynəb məscidini yenidən bərpa etmək istəyir. Lakin Zabrat camaatı bildirir ki, işi dayandırsın və onlar özləri məscidi abadlaşdıracaqlar. Bu hadisədən sonra Möhsin Səlimov 1916-cı ildə eynilə həmin məscidin layihəsi əsasında Binə kəndində indi Möhsin Səlim adlanan məscidi inşa etdirir. Sovet hakimiyyəti dövründə məscidin fəaliyyəti dayandırılır. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da yararsız olduğundan uzun müddət fəaliyyət göstərmir. Yenidən əhalinin istifadəsi üçün Heydər Əliyev Fondu 2006-ci ildə məscidi əsaslı bərpa etmişdir.
Səlim xan
Səlim xan (Şəki xanı) — Şəki xanı Səlim Xan (sənətçi) — Hind aktyor, prodüser və ssenarist Səlim Xan (kənd) — Pakistanın, Hayber-Paxtunxva əyalətinin, Mərdan diviziyasının, Svabi rayonunda kənd Səlim xan Şəmsəddinli — Səfəvi dövlət və hərbi xadimi. I Səlim II Səlim III Səlim Süleyman xan Əmirqasımi — Fars musiqiçi və müğənni.
Səlim Çazbiyeviç
Səlim Xazviyeviç (pol. Selim Chazbijewicz, d. 17 noyabr 1955, Qdansk, Polşa) — əslən Lipka tatarı olan Polşa siyasi elmlər üzrə mütəxəsisi, köşə yazarı və şairi. 2017-ci ildən o, Polşanın Qazaxıstandakı səfiri kimi çalışır. == Həyatı == Səlim Xazbiyeviç 1955-ci ildə Qdansk şəhərində Lipka tatarı olan ailədə dünyaya gəlmişdir. 1980-ci ildə o, Qdansk Universitetinin Polyak filologiyası ixtisası üzrə magistr dərəcəsi əldə etmişdir. 1991-ci ildə Poznandakı Adam Miçkieviç Universitetində XX əsrdə Polşa tatarlarının tarixi üzrə öz doktorantura mövzusunu müdafiə etmişdir. 2002-ci ildə post-doktora dərəcəsini əldə etmişdir. Onun bu mərhələdəki mövzusu Krım tatarlarının II Dünya müharibəsindən sonrakı tarixi barədə olmuşdur. O, Olsztin Varmia və Mazuri Universitetində professor köməkçisi kimi çalışmışdır.
Səlim İsmayılov
Səlim Teymur oğlu İsmayılov (1968, Naxçıvan) — İctimai-siyasi xadim, Azərbaycan ordusunun polkovniki, Vətən uğrunda medalı kovaleri, Naxçıvan Ali Məclisinin III çağırışı və IV çağırışı deputatı. == Həyatı == Səlim İsmayılov 1968-ci ildə Naxçıvan şəhərində anadan olub. İlk təhsilini doğma Naxçıvanda aldıqdan sonra Sovet Ordusu sıralarına daxil olmuşdur. Birinci Qarabağ müharibəsi başlayanda Azərbaycana qayıtmış və Hava Hücümundan Müdafə Qüvvələrinin zabiti kimi Milli Orduda xidmətə davam etmişdir. Atəşkəsdən sonra Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində Hava Hücumundan Müdafiə kafedrasının yaradılmasında, bu ixtisas üzrə ilk milli kadrların formalaşdırılmasında xidmətlər göstərmişdir. Vətən Müharibəsində iştirak etmiş, xidmətləri Vətən uğrunda medalı ilə qiymətləndirilmişdir. == Siyasi fəaliyyəti == O, Naxçıvan Ali Məclisinin III çağırışı və Naxçıvan Ali Məclisinin IV çağırışı deputatı kimi qanunvericilik fəaliyyəti ilə məşğul olmuşdur. == Təltif və mükafatları == (2001) — "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı — Azərbaycan Silahlı Qüvvələrində 10 illiyinə görə Azərbaycan Prezidentinin adından Müdafiə nazirinin əmri ilə təltif edilib; (2005) — III dərəcəli "Qüsursuz xidmətə görə" medalı — Azərbaycan Silahlı Qüvvələrində 10 il xidmətə görə Azərbaycan Prezidentinin adından Müdafiə nazirinin əmri ilə təltif edilib; (2008) — "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı — Azərbaycan Silahlı Qüvvələrində 90 illiyinə görə Azərbaycan Prezidentinin adından Müdafiə nazirinin əmri ilə təltif edilib; (2010) — II dərəcəli "Qüsursuz xidmətə görə" medalı — Azərbaycan Silahlı Qüvvələrində 15 il xidmətə görə Azərbaycan Prezidentinin adından Müdafiə nazirinin əmri ilə təltif edilib; (2013) — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı — Azərbaycan Silahlı Qüvvələrində 95 illiyinə görə Azərbaycan Prezidentinin adından Müdafiə nazirinin əmri ilə təltif edilib; (2015) — I dərəcəli "Qüsursuz xidmətə görə" medalı — Azərbaycan Silahlı Qüvvələrində 20 il xidmətə görə Azərbaycan Prezidentinin adından Müdafiə nazirinin əmri ilə təltif edilib; (2018) — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı — Azərbaycan Silahlı Qüvvələrində 100 illiyinə görə Azərbaycan Prezidentinin adından Müdafiə nazirinin əmri ilə təltif edilib. (15.12.2020) — "Vətən uğrunda" medalı — Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirmiş Azərbaycan Silahlı Qüvvələrinin qərarına əsasən Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təltif edilib.
Seqin (Xudafərin)
Seqin (fars. سقين‎) — İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 75 nəfər yaşayır (18 ailə).
Sevim Gözay
Sevim Gözay (türk. Sevim Gözay; 19 dekabr 1972, İstanbul – 14 yanvar 2021, İstanbul) — Türkiyəli jurnalist, yazıçı və televiziya proqramçısı. == Həyatı və karyerası == Gözay 19 dekabr 1972-ci ildə İstanbulda anadan olub. 1993-cü ildə media sənayesinə qədəm qoydu. Hazırlamış və təqdim etdiyi; CNN Türk-də yayımlanan "Cosmopolis" və TV8-də yayımlanan "Cinematic Portağal" aktual xəbərləri ilə tanındı. Kanal D, TV8, ATV, Show TV, Xəbərtürk, Sky 360, CNN Türk və TRT kanallarında çalışıb. 2001 və 2002-ci illərdə iki dəfə Türkiyə Jurnalistlər Cəmiyyəti Televiziya Mədəniyyət Sənət Uğur Mükafatı ilə mükafatlandırıldı. Son verilişi 2020-ci ildə Allianz Motto Music kanalında Sevim Gözay ilə Maraq Edirəm oldu. == Ölümü == Gözay, 14 yanvar 2021-ci ildə İstanbulun Kartal şəhərində, 48 yaşında limfa xərçəngi səbəbiylə öldü. Cənazəsi, Samandıra'daki Veysəl Qarani qəbiristanlığında dəfn edildi.
Səğit (Xaybulla)
Səğit (başq. Сәғит) — Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu Makan kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Səğit kəndinin milli tərkibi: başqırdlar 100 % == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Akyar): 30 km., kənd sovetliyindən (Makan): 18 km ən yaxın dəmiryol stansiyasından (Sara stansiyası): 88 km. == İstinadlar == == Mənbə == Başqırdıstan Respublikası Bələdiyyələr Şurası.
Aləmdə səsim var mənim (roman)
Aləmdə səsim var mənim — azərbaycanlı yazıçı Əzizə Cəfərzadənin 1972-ci ildə qələmə aldığı tarixi roman. == Haqqında == Roman yalnız ədibin yaradıcılığında deyil, ümumən Azərbaycan tarixi nəsrində əhəmiyyətli yer tutur. Müəllifin ilk romanı olan və ədəbi mühitdə böyük həssaslıqla qarşılanan bu əsərin adı elə məhz Seyid Əzim Şirvaninin şeirindən götürülmüşür: Yazıçı romanı əvvəlcə "Məhəbbət günahdırmı?" adlandırmağı düşünsə də, əsərin nəşri zamanı dəyişməyi münasib bilmişdir. Bu şübhəsiz ki, romanın ictimai məzmunu ilə əlaqədardır. "Aləmdə səsim var mənim" romanında Əzizə Cəfərzadə yaradıcılığına və şəxsiyyətinə böyük məhəbbət bəslədiyi Seyid Əzim Şirvaninin obrazını yaratmağı qarşısına məqsəd qoysa da bununla kifayətlənməmiş, bütövlükdə XIX əsr Şirvan tarixini, daha doğrusu Şirvan mühitini ictimai-siyasi və ədəbi-mədəni hadisələrin canlı mənzərəsi fonunda və etnoqrafik yaddaşın işığında izləmişdir. Romanda Seyid Əzimin mükəmməl obrazı yaradılmışdır. "Şamaxı yollardan başlanır" deyərək yazıçı bir həyatın, bir mühitin və bir cəfakeş mübarizin həyat romanını başlayır. Şamaxı bazarlarının da təsviri geniş verilir, eyni zamanda burada bu həyat romanının iştirakçıları ilə tanış oluruq. Onalar haqqında və XIX əsr Şamaxı mühiti haqqında geniş təsəvvür əldə edirik. Romanın ilk səhifələrində Seyid Əzim gənc bir şairdir yeni tanınmağa başlayır.
Mənim səhvim (film)
Mənim səhvim (isp. Culpa mía) – 2023-cü ildə çəkilmiş ispan romantik dram filmi. Dominqo Qonzalesin rejissor kimi ilk işidir və baş rollarda Nikol Volles və Qabriel Qevaradır. Film Mersedes Ronun eyniadlı Wattpad hekayəsinə əsaslanır. == Məzmun == Noy anasının yeni ərinin malikanəsinə köçmək üçün şəhərini, sevgilisini və dostlarını tərk etməlidir. Orada o, yeni ögey qardaşı Nik ilə tanış olur və onların şəxsiyyətləri əvvəldən toqquşur. Lakin aralarında istəmədikləri şəkildə məhəbbət münasibətləri başlayır. == Rollar == Nikol Volles Noy rolunda. Qabriel Gevara Nik rolunda. Marta Azas Rafaella rolunda.