Səlim məscidi

Səlim məscidi və ya Möhsin Səlim məscidiBakı şəhərinin Xəzər rayonunun Binə qəsəbəsində yerləşən tarixi-memarlıq abidəsi.

Səlim məscidi
Səlim məscidi 2016-cı ildə
Səlim məscidi 2016-cı ildə
Ölkə  Azərbaycan
Şəhər Bakı
Yerləşir Binə qəsəbəsi
Sifarişçi Möhsin Səlimov
Tikilmə tarixi XX əsrin əvvəlləri
Üslubu Şirvan-Abşeron memarlıq məktəbi
Vəziyyəti bərpa olunub, fəaliyyət göstərir
İstinad nöm.2615
KateqoriyaMəscid
ƏhəmiyyətiYerli əhəmiyyətli

Möhsin Səlimov ad və soyadlı şəxs (Əmircanın neft milyonçuları olan Səlimovlar ailəsinin üzvü) Zabrat qəsəbəsində yerləşən Xanım Zeynəb məscidini yenidən bərpa etmək istəyir. Lakin Zabrat camaatı bildirir ki, işi dayandırsın və onlar özləri məscidi abadlaşdıracaqlar. Bu hadisədən sonra Möhsin Səlimov 1916-cı ildə eynilə həmin məscidin layihəsi əsasında Binə kəndində indi Möhsin Səlim adlanan məscidi inşa etdirir. Sovet hakimiyyəti dövründə məscidin fəaliyyəti dayandırılır. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da yararsız olduğundan uzun müddət fəaliyyət göstərmir. Yenidən əhalinin istifadəsi üçün Heydər Əliyev Fondu 2006-ci ildə məscidi əsaslı bərpa etmişdir[1].

Məsciddə dövlət qeydiyyatından keçmiş icma fəaliyyət göstərir[2]

  1. ""Möhsin Səlim" məscidi — scwra.gov.az saytı". 2021-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-04.
  2. "Mediaforum.az: 450 dini icma qeydiyyata alınıb (Siyahı)". 2014-10-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-03-04.