Səlim Sultan oğlu Sultanov (15 iyun 2002, Zərqava, Quba rayonu, Azərbaycan – 2 noyabr 2020, Çanaqçı, Xocalı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Səlim Sultanov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Zərqava, Quba rayonu, Azərbaycan |
Vəfat tarixi | (18 yaşında) |
Vəfat yeri | Çanaqçı, Xocalı rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Təhsili | orta |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Madagizin azad edilməsi • Ağdam döyüşləri • Şuşanın azad edilməsi |
Təltifləri | 2020 2020 |
Səlim Sultanov 15 iyun 2002-ci ildə Quba rayonunun Zərqava kəndində anadan olmuşdur.[1] Subay idi.
Səlim Sultanov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında 2020-ci ilin iyulundan müddətli həqiqi hərbi xidmət edirdi.
Azərbaycan Ordusunun əsgəri olan Səlim Sultanov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın, Ağdamın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Səlim Sultanov 2 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi gedişatında Xocalı rayonunun Çanaqçı kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qarşı tərəfin atdığı mərmi partlaması nəticəsində həlak olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səlim Sultanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Səlim Sultanov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Səlim Sultanov ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edildi.[4]