Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sebesten
Kordiya (lat. Cordia) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinə aid bitki cinsi.
Selesten Buqle
Selesten Buqle (1.6.1870, Kot-dü-Nor dep-ti, Sen-Briyo – 25.1.1940, Paris) — fransız sosioloqu, Fransız sosioloji məktəbinin nümayəndəsi. 1893-cü ildə Ali Normal Məktəbi bitirmişdir. Tuluza universitetində (1900–1907-ci illər ) və Sorbonnada (1908-ci ildən professor) dərs demiş, Sosial Sənədləşdirmə Mərkəzinin direktoru (1920-ci ildən), Ali Normal Məktəbin direktoru (1935-ci ildən) olmuşdur. E. Dürkheymin davamçısı olan, həmçinin G. Zimmelin ideyalarından bəhrələnən Buqle sonuncunun təsiri ilə sosiologiyanın vəzifəsini sosial formaların, onların səbəb və nəticələrinin öyrənilməsində görürdü. Buqle sosiologiyada biologizmi tənqid etmiş, Qərb cəmiyyətlərində bərabərlik ideyalarının yayılmasının sosial amillərini araşdırmışdır (“Bərabərlik ideyaları”, 1899). Buqlenin Hindistanda kasta sisteminin sosioloji təhlilinə həsr olunmuş “Kasta rejiminə dair oçerklər” (1908) kitabı klassik əsərə çevrilmiş və bu sahədə aparılan sonrakı tədqiqatlara (L. Dümon və b.) əhəmiyyətli təsir göstərmişdir. Üçüncü respublika ideologiyasının mühüm elementi olan həmrəylik ideyalarının Fransa cəmiyyətində formalaşmasında Buqlenin də xidməti vardır.
Sərəskənd
Həştrud, Həştəri və ya Sərəskənd — İranın Şərqi Azərbaycan ostanının şəhərlərindən və Həştrud şəhristanının inzibati mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 18,418 nəfər və 4,493 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar. Bölgənin Azərbaycan türkcəsində istifadə olunan adı Sərəskənddir. Hazırki rəsmi adı olan "Həştrud" isə farsca "həşt" (səkkiz) və "rud" (çay, axar su) sözlərindən ibarətdir.
Ərəstun
Aristotel (yun. Ἀριστοτέλης, tarixi mənbələrdə Ərəstu; e.ə. 384[…], Stagir[d], Xalkidiya liqası[d] – e.ə. 322[…]) — Qədim yunan filosofu və ensiklopediyaçı alimi və astronomiya elmini tapan alim,Platonun şagirdi, Peripatetik məktəbinin banisi, klassik yunan fəlsəfəsinin Sokrat və Platondan sonra üçüncü nümayəndəsi. Spontan Absurte nəzəriyyəsinin banisi. Şərq ölkələrində və Azərbaycanda Ərəstun adı ilə də tanınır. Eramızdan əvvəl 384-cü ildə Yunanıstanın Staqir şəhərində anadan olub (buna görə ona çox zaman "Staqirit" deyirdilər). Onun fəlsəfəsi bəşəriyyətin ictimai fikrinin sonrakı inkişafına çox ciddi təsir göstərib. Aristotel təlimi iki istiqamətə ayrılaraq mistik idealizm və materialist fəlsəfi fikrin inkişafı üçün mənbə olub. Aristotel bizim eramızdan əvvəl 322-ci ildə Yunanıstanın Kalkida şəhərində vəfat edib.
Rəstən
Ər-Rəstən və ya Rəstən (ərəb. الرستن‎) — Suriyanın Homs mühafəzəsində üçüncü ən böyük şəhər. Suriyada ərəb baharı zamanı Ər-Rəstən dəfələrlə dünya mediasının diqqət obyektinə çevrimişdir.
Ərəstun Axundov
Axundov Ərəstun Həmzə oğlu (d. 1924 — ö. 1990) — Azərbaycan iqtisadçısı. 1962-ci ildə Kiyev şəhərində namizədlik, 1977-ci ildə doktorluq dissertasiyasını müdafiə etmiş, 1979-cu ildə professor elmi adını almışdır. Keçmiş SSRİ məkanında "vaxta qənaət qanunu"nun tanınmış tədqiqatçılarından biri hesab olunurdu. Bu mövzuda maraqlı tədqiqatların müəllifidir. 1982–1990-cı illərdə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda dekan, kafedra müdiri, professor kimi fəaliyyət göstərmişdir.
Ərəstun Cavadov
Ərəstun Nurəddin oğlu Cavadov (20 oktyabr 1948, Ərəbmehdibəy, Ağsu rayonu – 29 mart 2023) — Azərbaycan Respublikasının Milli Məclisi III və IV çağırış deputatı 1948-ci il oktyabrın 20-də Ağsu rayonunun Ərəbmehdibəy kəndində anadan olmuşdur. Moskva Kooperativ İnstitutunun əmtəəşünaslıq fakültəsini bitirmişdir. Rus dilini bilir. 1967-ci ildən Azərbaycan İctimai Asayişin Mühafizəsi Nazirliyində elektrik, "Azərgeyimticarət" Bazasında əmtəəşünas işləmişdir. 1972-ci ildən Mərkəzi univermaqda böyük anbardar, bölmə müdirinin müavini, bölmə müdiri, şöbə rəisi, 1992-ci ildən baş direktor vəzifələrində çalışmışdır. 1998–2005-ci illərdə "Mərkəzi Univermaq" Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri olmuşdur. Evlidir, 1 övladı var. 29 mart 2023-cü il tarixində dünyasını dəyişmişdir. Yeni Azərbaycan Partiyasının üzvüdür. III çağırışda Milli Məclisin Aqrar siyasət daimi komissiyasının üzvü olmuşdur.
Ərəstun Həsənov
Ərəstun Kərimov
Ərəstun Mahmudov
Ərəstun Mahmudov (tam adı: Ərəstun İspəndi oğlu Mahmudov ; d. 1957, İsmayıllı, Azərbaycan SSR - ö. 1992, Ağdam-Şuşa, Azərbaycan) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. 23 fevral 1957-ci ildə İsmayıllı rayonunun Pirəbilqasım kəndində anadan olmuşdur. Ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüşdür. Ərəstun 1970-ci ildə Nizami rayonundakı 220 saylı məktəbi bitirmişdir. 1975-ci ildə Leninqrad vilayətində Mülki Aviasiya Məktəbinə daxil olmuşdur. Xaricdə bir neçə Avia məktəb bitirən Ərəstun Mİ-8 vertolyotu ilə döyüş bölgələrinə uçuşlar edərdi. Onun cəbhəyə son uçuşu 28 yanvar 1992-ci il olur Ağdam-Şuşa marşrutu üzrə hərəkət edərkən Mİ-8 vertolyotu erməni quldurları tərəfindən raketlə vuruldu. Bütün heyətlə birlikdə Ərəstun Mahmudov da həlak oldu.
Ərəstun Məmmədov
Ərəstun Məmmədov (10 sentyabr 1922, Xırmandalı, Biləsuvar rayonu – 6 aprel 2015, Xırmandalı, Biləsuvar rayonu) — Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü. 1922-ci ildə Biləsuvarın Xırmandalı kəndində ziyalı ailəsində dünyaya gəlib. Çox gənc yaşlarından əmək fəaliyyətinə başlayıb. 1988-ci ilə kimi pambıqçılıq briqadasına başçılıq edib. Qazandığı yüksək nailiyyətlərə görə 1973-cü ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. Ərəstun Məmmədov ümumilikdə 5 orden və 15-ə yaxın müxtəlif medallarla təltif olunub. 2004-cü ilə kimi zəngin təcrübəsini rayonda taxılçılığın inkişafına həsr edib. Göstərdiyi xidmətlərə görə ona Azərbaycan Respublikası prezidentinin fərdi təqaüdü təyin olunmuşdu.
Ərəstun Əliyev
Ərəstun Cəfər oğlu Əliyev - Azərbaycanın tanınmış xanəndəsi. Ərəstun Əliyev 1957-cı il yanvarın 11-də Azərbaycan Respublikasının Bərdə rayonunun Mirzəcəfərli kəndində anadan olub. Xanəndəlik ona atasından keçmişdir. Atası, Cəfər Adıgözəl oğlu Əliyev hələ 1939-cu ildə Bakıda Azərbaycan Dövlət Radiosunda Qarabağ şikəstəsinin ilk ifaçılarından olmuşdur, Xan Şuşinski, Şövkət Ələkbərova və Tükazban İsmayılova ilə birlikdə oxuyurdu. İkinci Dünya Müharibəsinin başlanması ilə əlaqədar Bərdə rayonuna qayıtmışdır. Ərəstun Əliyevin 5 qardaşı (Zöhrab, Möhnət, Adıgözəl, Ələddin, Cavanşir) və 4 bacısı (Sücayət, Həqiqət, Ədalət, Narınc) var. Qarabağ el məclislərində Şahmalı Kürdoğlu, Arif Babayev, Könül Xasıyeva ve digərləri ilə birlikdə dəfələrlə iştirak etmişdir. Hal-hazırda xanəndəlik peşəsini davam etdirir. Həyat yoldaşı - Tahirə Əliyeva. 4 qız atasıdır - Günel, Lalə, Sevinc, Səidə.
Ərəstun Xıdırov
Ərəstun (ad)
Ərəstun — kişi adı. Ərəstun — Spontan Absurte nəzəriyyəsinin banisi. Ərəstun Mahmudov — Azərbaycanın Milli Qəhrəmanı. Ərəstun Həsənov — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu Ərəstun Əliyev — Azərbaycan xanəndəsi. Ərəstun Kərimov — Qarabağ müharibəsi iştirakçısı, şəhid. Ərəstun Məmmədov — Sosialist Əməyi Qəhrəmanı.
Ər-Rəstən
Ər-Rəstən və ya Rəstən (ərəb. الرستن‎) — Suriyanın Homs mühafəzəsində üçüncü ən böyük şəhər. Suriyada ərəb baharı zamanı Ər-Rəstən dəfələrlə dünya mediasının diqqət obyektinə çevrimişdir.
Məlikov Əvəzağa Ərəstun
Əvəzağa Məlikov (6 yanvar 1932; Salyan, Azərbaycan SSR ― 11 dekabr 2015; Bakı, Azərbaycan) ― Azərbaycan SSR əməkdar həkimi, tibb elmlər namizədi, ali dərəcəli cərrah, Salyan rayon mərkəzi xəstəxanasının baş həkimi (1971-1989). 1932-ci il yanvarın 6-da Salyan rayonunun Piratman Gəncəli kəndində anadan olmuşdur. Kənddə yeddiillik məktəbi bitirdikdən sonra təhsilini Salyan şəhər 2 saylı orta məktəbdə davam etdirmişdir. 1950-1956-cı illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə fakültəsində təhsil almışdır. Uzun sürən xəstəlikdən sonra Əvəzağa Məlikov 2015-ci il dekabrın 10-da Bakı şəhərində vəfat etmişdir. Dekabrın 11-də doğulduğu Salyan rayonunun Piratman Gəncəli kəndində ailə məzarlığında dəfn edilmişdir. Ailəli idi, iki övladı var. Əmək fəaliyyətinə Rusiya SFSR-nin Kamensk vilayətinin Aleksey-Lozovski rayon mərkəzi xəstəxanasında terapiya şöbəsinin müdiri kimi başlamışdır. Bir müddət sonra mütəxəssis kimi Rostov Elmi-Tədqiqat Onkologiya və Radiologiya İnstitutuna kliniki ordinaturaya göndərilmiş, ordinaturanı bitirdikdən sonra Rostov vilayətinin Milyutinsk rayon xəstəxanasında cərrahiyyə şöbəsinin müdiri, bir qədərdən sonra isə bu xəstəxananın baş həkimi vəzifəsində çalışmışdır. 1964-cü ilin mart ayında doğma Salyana qayıdan Əvəzağa Məlikov burada ilk olaraq qanköçürmə kabinetində həkim işləmişdir.
Bedesten
Bedesten ― Şimali Nikosiyanın Səlimiyyə məhəlləsində, Səlimiyə məscidinin birbaşa yanında yerləşən tarixi bina. Tikilinin min ildən uzun və mürəkkəb bir tarixi var. Bina təxminən altıncı əsrdə əvvəlcə bir kilsə olaraq inşa edilmiş və XII-XVI əsrlər arasında Müqəddəs Nikolaya həsr olunraq genişləndirilmiş və yenidən qurulmuş, Osmanlı hakimiyyəti dövründə isə örtülü bir bazar növü olan bedestenə çevrilmişdir. Bina hal-hazırda mədəniyyət mərkəzi kimi istifadə olunur. == Tarix == === Bizans dövrü === Bedesten ən qədim tarixində Bizans bazilikası olmuşdur və onun fraqmentləri mövcud binada hələ də qorunub saxlanılır. Kiprdəki Afendrika və Ayios-Filon kilsələri ilə bənzər struktur xüsusiyyətləri daşıyan bu qalıqlar ehtimal ki, altıncı əsrə aiddir. Bu qalıqlar şəhərdəki ilk Müqəddəs Sofiya kafedralinin yeri olaraq qəbul edilmişdir. === Kipr krallığı dövrü === Daha sonra Kipr krallarının hakimiyyətinə keçən binanın sonrakı tarixi yaxşı sənədləşdirilməmişdir. Lakin Kamil Enlart da daxil olmaqla bəzi tarixçilər Əkkanın süqutundan sonra, XII əsrin sonlarında Tomas Beketin davamçıları olan ingilis rahiblərinin bu ərazidə Müqəddəs Nikolaya həsr edilmiş yeni bir Latın kilsəsi qurduqlarını qeyd etmişdir. Lakin bu mənbələr Müqəddəs Tomas cəngavərlərinin Latın şərq tarixində az rol oynadığı nəzərə alınaraq ümumiyyətlə qəbul edilmir.
Sebestena
Kordiya (lat. Cordia) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinə aid bitki cinsi.
Selestin
Selestin – Sr [SO4] — Rombik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. Rəng – açıq-mavi, ağ, rəngsiz, sarımtıl, qırmızımtıl, yaşılımtıl, qəhvəyimtil; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə, ayrılma müstəvilərində sədəfi; Şəffaflıq – şəffaf, yarımşəffaf; Sıxlıq – 3,9-4,0; Sərtlik – 3-3,5; Kövrəkdir; Ayrılma – {001} üzrə mükəmməl, {210} üzrə orta, {010} üzrə qeyri-mükəmməl; Sınıqlar – qeyri-hamar; Morfologiya – kristallar: qalın lövhəşəkilli, qısasütunvari, bəzən uzunluğu 50 sm-dək olan prizmatik; İkiləşmə: {210} və {101} üzrə çox nadirdir; Mineral aqreqatları: dənəvər, lifli, lövhə-, qabıq- və torpaqvari kütlələr, jelvaklar, sekresiyalar, konkresiyalar, druzalar, lifli damarcıqlar, gips və üzvi qalıqlar üzrə psevdomorfozalar. Xemogen - çökmə əmələgəlmələri, əsasən, laqun və göl tipli olub, dolomit, əhəngdaşı, mergel, gipsli gillər və qumdaşlarında yayılmışdır. Selestin az hallarda hidrotermal yolla əmələ gəlir, əsas etibarilə püskürmə süxurların boşluqlarında müşahidə edilir. Birlikdə rast gəldiyi minerallar: kalsit, araqonit, gips, anhidrit, halit, barit, sərbəst kükürd, flüorit, stronsianit, qalenit, sfalerit, gil mineralları və b. Mineralın tapıldığı yerlər: Gembek və Ştadthagen (Almaniya); Qlosterşir qraflığında Klifton (Böyük Britaniya); Volqaboyu, Başqırdıstan (Rusiya); Türkmənistan; Qırğızıstan; Motakkam (Misir); Buffalo-Kouv (ABŞ) və b. Azərbaycanda Qobustanın balıqqulaqlı əhəngdaşlarında, Naxçıvan MR-da və bir sıra başqa yerlərdə aşkar edilmişdir. Şəkərin, istiqamətlənmiş güllələrin istehsalında, pirotexnikada, şüşə, keramika, kimya və əczaçılıq sənayesində, metallurgiyada istifadə edilən stronsiumun və onun birləşmələrinin əsas mənbəyidir. THE MINERAL CELESTINE Azərbaycan mineralları.
Sərəskənd-i Süfla (Həştrud)
Sərəskənd-i Süfla (fars. سراسكندسفلي‎) və ya Aşağı Sərəskənd — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 210 nəfər yaşayır (35 ailə).
Sərəskənd-i Ülya (Həştrud)
Sərəskənd-i Ülya (fars. سراسكندعليا‎) və ya Yuxarı Sərəskənd— İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 133 nəfər yaşayır (22 ailə).
Serest
Serest (fr. Céreste, oks. Ceirèsta) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Reyan kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04045. 2008-ci ildə əhalinin sayı 1208 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 689 nəfər (15-64 yaş) arasında 463 nəfər iqtisadi cəhətdən, 226 nəfər hərəkətsiz (fəaliyyət göstərici 67.2%, 1999-cu ildə 62.6%) idi. Fəal olan 463 nəfərdən 381 nəfər (212 kişi və 169 qadın), 82 nəfəri işsiz (40 kişi və 42 qadın) idi.
Aşağı Şənəstəq
Aşağı Şənəstəq və ya Kiçik Şənəstəq (az.-əbcəd. کیچیک چینسته، آشاغێ چینسته‎, fars. شنستق سفلی‎) — İranın Qəzvin ostanının Takistan şəhristanının Xürrəmdəşt bəxşinin Əfşariyyə dehistanının ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 296 nəfər yaşayır (103 ailə). Kəndin əhalisini Azərbaycanlılar təşkil edir, Azərbaycan dilində danışırlar və şiə müsəlmandırlar.
Yuxarı Şənəstəq
Yuxarı Şənəstəq və ya Böyük Şənəstəq (az.-əbcəd. بؤیۆک چینسته، یوخارێ چینسته‎, fars. شنستق علیا‎) — İranın Qəzvin ostanının Takistan şəhristanının Xürrəmdəşt bəxşinin Əfşariyyə dehistanının ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 344 nəfər yaşayır (124 ailə). Kəndin əhalisini Azərbaycanlılar təşkil edir, Azərbaycan dilində danışırlar və şiə müsəlmandırlar.
Seleste Bissardella
Seleste Bissardella (d. 17 oktyabr 1988; Boltsano, İtaliya) — İtaliyanı təmsil edən buzüstü hokkeyçi. Seleste Bissardella İtaliya yığmasının heyətində 2006-cı ildə İtaliyanın Turin şəhərinin ev sahibliyində baş tutan XX Qış Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan üç oyunun hamısında məğlub olan İtaliya yığması, Turin Olimpiadasını sonuncu, 8-ci yerdə başa vurdu.
Ər-Rəstən döyüşü (may 2012)
Ər-Rəstən döyüşü — Suriyada vətəndaş müharibəsi zamanı Suriya hökumət qüvvələri ilə silahlı müxalifət qüvvələri arasında hərbi toqquşmalar. Döyüş BMT-nin elan etdiyi atəşkəs razılaşmasını pozmuş, 14 may 2012-ci ildə başlamışdır. Şəhər hökumət qoşunları tərəfindən bombalanmış və bu, şəhərdə yerləşən üsyançı qüvvələrə ciddi itkilər vermişdir. Öz növbəsində yaraqlılar hökumətyönümlü qüvvələrin daşındığı bir neçə piyada döyüş maşınını məhv etməyə müvəffəq olmuşdular. Nəticədə şəhər ASO yaraqlılarının nəzarətinə keçmiş və nizami ordunun bir hissəsi üsyançıların tərəfinə keçmişdir. Hüquq müdafiəçilərinin məlumatına görə, toqquşmalarda Suriya Silahlı Qüvvələrinin azı 23 üzvü, həmçinin yerli komandirlərindən biri Əhməd Əyyub da daxil olmaqla azı 9 üsyançı həlak olmuşdur. Ər-Rəstan yaxınlığındakı ərazi 2011-ci ilə qədər üsyançılarla Suriya ordusu arasında ilk və ən ciddi silahlı toqquşmalara səhnə olmuşdur. Suriya ordusu bir neçə dəfə şəhərə nəzarəti ələ keçirsə də, şəhər yenidən üsyançıların əlinə keçmişdir. Onun paytaxt Dəməşqi ölkənin şimalı ilə birləşdirən magistral yol boyunca strateji yerləşməsi və ərazi ayrı-ayrı bölmələrdən qaçanlara Suriya ordusunun kolonnoları, hərbi ləşfiyyat və hökumətyönlü milislər tərəfindən idarə olunan yol maneələrinə hücumlar qurmağa kömək etmişdir. Suriya İnsan Haqları Monitorinq mərkəzinin məlumatına görə, 14 mayda Rəstən şəhərində üsyançılarla şiddətli toqquşmalarda iyirmi üç suriyalı hərbçi həlak olmuş, onlar üç zirehli maşını məhv etmişdilər.
Selesta-Ersten
Selesta-Ersten (fr. Sélestat-Erstein) — Fransanın Qrand Est regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Aşağı Reyn. Suprefektura — Selesta-Ersten (rayon). Rayon əhalisi 2006-cı ildə 146 469 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 149 nəf / km². Rayon sahəsi — 981 km².
Qarabağ selestin yatağı
Qarabağ selestin yatağı (qaz. Карабак целестин кени) — Qırğızıstanda selestin yatağı. Yataq ölkənin Batken rayonunda, Batken şəhərindən 8 km şimal-şərqdə yerləşir. Yataq 1959-cu ildə kəşf edilmişdir və dəniz səviyyəsindən 800–890 m yüksəklikdə yerləşir.