Ərəstun Arif oğlu Xıdırov (18 mart 1998, Bərdə – 15 oktyabr 2020, Suqovuşan, Tərtər rayonu) — MAXE-çavuş, Vətən Müharibəsi şəhidi.
Ərəstun Xıdırov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 18 mart 1998(1998-03-18) |
Doğum yeri | |
Vəfat tarixi | 15 oktyabr 2020(2020-10-15) (22 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Rütbəsi | çavuş |
Döyüşlər | |
Təltifləri |
Ərəstun Xıdırov 1998-ci ilin martın 18-də Bərdədə anadan olub. 2005-ci ildə Bərdə şəhər Səfiyar Behbudov adına 6 saylı tam orta məktəbə getmiş, 2015-ci ildə orta təhsilini bitirmişdir.
Ərəstun subay, həm də ailənin iki övladından biri idi.
2016-cı ildə Naxçıvan şəhərindəki 515 nömrəli hərbi hissədə xidmət etmiş, 2017-ci ildə xidmətini bitirmişdir.
08.09.2020-ci ildə hərbidə MAXE kimi fəaliyyətə başlayıb. Ərəstun Xıdırov sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlayan İkinci Qarabağ müharibəsində Suqovuşanın azad edilməsində aktiv şəkildə iştirak edib. 14 oktyabr 2020-ci ildə Suqovuşan istiqamətindəki döyüşlərdə şəhid olub. Oktyabrın 16-da isə nəşi Bərdəyə gətirilərək, Bərdə Şəhidlər Xiyabanında polkovnik-leytenant Elzamin Təhməzovla bir sırada dəfn olunub.