Ərəstun Mahmudov (tam adı: Ərəstun İspəndi oğlu Mahmudov ; d. 1957, İsmayıllı, Azərbaycan SSR - ö. 1992, Ağdam-Şuşa, Azərbaycan) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.[1]
Ərəstun Mahmudov | |
---|---|
Ərəstun İspəndi oğlu Mahmudov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Pirəbilqasım, İsmayıllı rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (34 yaşında) |
Vəfat yeri | Ağdam-Şuşa, Azərbaycan |
Vəfat səbəbi | şəhid |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Hərbi fəaliyyəti | |
Döyüşlər | |
Təltifləri |
23 fevral 1957-ci ildə İsmayıllı rayonunun Pirəbilqasım kəndində anadan olmuşdur. Ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüşdür.
Ərəstun 1970-ci ildə Nizami rayonundakı 220 saylı məktəbi bitirmişdir. 1975-ci ildə Leninqrad vilayətində Mülki Aviasiya Məktəbinə daxil olmuşdur. Xaricdə bir neçə Avia məktəb bitirən Ərəstun Mİ-8 vertolyotu ilə döyüş bölgələrinə uçuşlar edərdi.[2]
Onun cəbhəyə son uçuşu 28 yanvar 1992-ci il olur Ağdam-Şuşa marşrutu üzrə hərəkət edərkən Mİ-8 vertolyotu erməni quldurları tərəfindən raketlə vuruldu. Bütün heyətlə birlikdə Ərəstun Mahmudov da həlak oldu.
Ailəli idi, üç övladı var.[2]
Oğlu, bort operatoru olan Elnur Mahmudovun da aqibəti eynilə atası, hava gəmisinin bort mexaniki Ərəstun Mahmudov kimi qəzada həlak olmaq olmuşdur. Belə ki, 30 yaşlı Elnur Mahmudov 6 iyul 2011-ci ildə Azərbaycan yük təyyarəsinin Əfqanıstanda qəzaya uğramısı nəticəsində həlak olmuşdur[3]. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.
Azərbaycan Respublikası prezidentinin 25 noyabr 1992-ci il tarixli 337 saylı fərmanı ilə Mahmudov Ərəstun İspəndi oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.[1]
Oxuduğu 220 saylı orta məktəb onun adını daşıyır. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulub.[2]
2018-ci ildə haqqında "Göylərdə döyüş" adlı sənədli film çəkilmişdir.[4]