Gündüz Səfərli

Gündüz Ağəmməd oğlu Səfərli (Ağzıbir) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı. İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı.[1]

Gündüz Səfərli
Şəxsi məlumatlar
Doğum yeri Ağzıbir, Ağdaş rayonu, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Təhsili Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Xüsusi Təyinatlı Qüvvələr
Xidmət illəri 2002—
Rütbəsi Polkovnik-leytenant
Döyüşlər
Təltifləri
"Vətən Müharibəsi Qəhrəmanı" medalı — 2020
"Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı "Cəbrayılın azad olunmasına görə" medalı — 2020 "Şuşanın azad olunmasına görə" medalı — 2020 "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı
"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ağdaş rayon Ağzıbir kənd tam orta məktəbinin bitirib. 2002-ci ildə H. Əliyev adına ali hərbi məktəbə daxil olub və 2006-cı ildə həmin məktəbi leytenant rütbəsi ilə bitirib. 2007-ci ildən “N” saylı hərbi hissədə motoatıcı taqım komandiri işləyib. 2007-ci ildə xüsusi seçimlə seçilərək Xüsusi təyinatlı qüvvələrə təyinat almışdır. Fəaliyyətinə görə vaxtından qabaq kapitan hərbi rütbəsinə yüksəlmişdir. Türkiyə Respublikasında dörd gizli kəşfiyyat kursu keçib. 2016-cı ilin aprel döyüşlərində bir çox kəşfiyyat fəaliyyətlərində iştirak edib və döyüşüb[2].

İkinci Qarabağ müharibəsini Cocuq Mərcanlı kəndinin ətrafinda vuruşaraq başlayıb və Şuşaya qədər öz bölməsi ilə irəlləyib[3].

Şuşa azad edildikdən sonra şəhərin icra hakimiyyətinin binası üzərində Azərbaycan bayrağını məhz mayor Gündüz Səfərlinin tabeliyində olan bölmənin əsgərləri sancdılar[4]. Gündüz Səfərlinin tabeliyində olan Xüsusi Təyinatlı Qüvvələrin baş giziri Yaşar Hüseynovun sözlərinə görə, milli bayrağın üzərinə bölüyün şəhid olan hərbçilərin adları yazılıb və o şəffaf salavanla örtülüb, bölük komandiri Gündüz Səfərli isə göz yaşlarıyla bayrağın üzərinə imzasını atıb və yazıb ki, “mən fəxr edirəm ki, sizin kimi hərbçilərin komandiri olmuşam. Sizin qarşısınızda baş əyirəm”[3].

Gündüz Səfərli özü sonralar Şuşa şəhərinin azad olunması haqqında bu sözləri deyib[5]:

" “Şuşa şəhərinin azad olunmasında mən fikirləşirəm ki, təkcə Azərbaycan əsgəri döyüşməyib, həm də “Şuşa şəhərinin özü” döyüşüb. Dediyim kimi Şuşa qalası döyüşüb, Şuşa qalasının divarları döyüşüb, Şuşa şəhərinin binaları döyüşüb, əsgərləri qoruyurdu, müdafiə edirdi. Hətta belə deyim ki, təbiət döyüşürdü”. "

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Gündüz Səfərliyə "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.[1]

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Gündüz Səfərli "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[6]

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Gündüz Səfərli "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[7]

Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edildi.

  1. 1 2 3 "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularına "Vətən Müharibəsi Qəhrəmanı" adının verilməsi haqqında Azərbaycan Prezidentinin 09 dekabr 2020-ci il tarixli Sərəncamı" (az.)). 9 dekabr 2020. 9 dekabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 dekabr 2020.
  2. "Vətən mənə oğul desə nə dərdim". 2021-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-27.
  3. 1 2 ""Azan oxuyanda məni ağlamaq tutdu, amma özümü zorla ələ aldım..." - Şuşaya bayraq sancıb azan oxuyan hərbçimiz". 2021-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-27.
  4. "Tehran Mənsimov mayor Gündüz Səfərli haqqında". 2021-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-27.
  5. Millətimizin Vətən sevgisinin təcəssümü - “Şuşa, sən azadsan”
  6. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.12.2020-ci il tarixli Sərəncamı". www.president.az (az.)). 24.12.2020. 2021-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.12.2020.
  7. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". www.president.az (az.)). 29.12.2020. 2020-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.
  8. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az (az.)). 24.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.12.2020.
  9. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az (az.)). 29.12.2020. 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.