Zərbəli — Azərbaycan Respublikasıınn Cəlilabad rayonunun Qarakazımlı kənd inzibati ərazi dairəsində kənd.[1]
Zərbəli | |
---|---|
39°18′ şm. e. 48°19′ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Cəlilabad rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 409 (2009) nəfər |
Kəndin adı talışların orand tayfasının Zərbəlilər tirəsinin məskunlaşması ilə bağlıdır.[mənbə göstərin]
Dağətəyi düzənlikdədir. Keçmiş adı Zərbəlibəylikənd olmuşdur. Yaşayış məntəqəsi Zərbəli bəy adlı şəxsə məxsus maldar ailələrin oturaqlaşması nəticəsində yaranmış və həmin bəyin adı ila adlanmışdır. Sovet dövründə oykonimin tərkibindəki bəyli sözü ixtisar edilmiş, kəndin adı bir müddət Zərbəlikənd, XX əsrin 30-cu illərindən isə Zərbəli kimi işlənmişdir.[2]
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 409 nəfər əhali yaşayır.[3]
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Kənddə "İmam Hüseyn" məscidi dini icması fəaliyyət göstərir.[4]