Seyfəli Musa Oğlu Rəfiyev (21 dekabr 1997; Siyəzən, Azərbaycan — 29 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi.
Seyfəli Rəfiyev | |
---|---|
Seyfəli Musa Oğlu Rəfiyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Siyəzən, Azərbaycan |
Vəfat tarixi | (22 yaşında) |
Vəfat yeri | Füzuli rayonu, Azərbaycan |
Dəfn yeri | Balaca Həmyə, Siyəzən, Azərbaycan |
Hərbi fəaliyyəti | |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2016-2017, 2018-2020 |
Rütbəsi | Gizir |
Vəzifəsi | kəşfiyyatçı snayper |
Döyüşlər |
Aprel döyüşləri İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi |
Təltifləri |
Seyfəli Musa Oğlu Rəfiyev 1997-ci il dekabr ayının 21-də Siyəzən şəhərində dünyaya göz açıb. Təhsilini Şirin İsmayılov adına 3 saylı tam orta məktəbdə almışdır. O, təhsil aldığı müddətdə dərslərində bir çox müvəffəqiyyətlər qazanmış və dərslərinə hər zaman hazırlıqlı olmuşdur. Seyfəlinin mərhəmətli ürəyində bir çox arzu və istəkləri olsa da ən böyük arzusu torpaqlarımızı düşməndən geri almaq idi. Vətənpərvərliyini hələ o vaxt bəlli etdi ki, orta məktəbi bitirib məzun olduqdan sonra tələbə adını qazanmaq əvəzinə əsgər olmağı seçdi. 2016-cı il yanvar ayının 5-i həqiqi hərbi xidmətə çağrıldı. Canından çox sevdiyi vətənin keşiyində durmuş Seyfəlimiz komandirlərinin sevgisini qazanmış və bir neçə fəxri fərman alaraq iyul ayının 5-i xidmətini başa vuraraq geri dönmüşdür. Ermənlərin günahsız dinc əhaliyə etdiyi vəhşilikləri düşündükcə düşmənə olan kini qəzəbi daha da artırdı, əsgərlikdən dönməyi 1 il belə deyildi ki, Seyfəli Rəfiyev Bakı şəhərində Xüsusi Hərbi İxtisas Kurslarına qəbul olaraq snayper təhsili aldı. 2018-ci ildə yenidən hərbiyə qayıdaraq Maxe kimi Vətənə xidmətə dəvam etdi Seyfəli Rəfiyev "Kəşfiyyatçı Gizir" kimi bir çox uğurlar qazanmaqla yanaşı aprel döyüşlərində də qəhrəmancasına iştirak etmişdir Və həmin bu uşaq idi ki Qarabağ uğrunda gedən İkinci Qarabağ müharibəsində qızğın döyüşlər zamanı böyük rəşadət göstərərək qəhrəmancasına Füzuli rayonunda şəhid oldu.
Azərbaycan Ordusunun giziri olan Seyfəli Rəfiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlər]]də savaşıb. Seyfəli Rəfiyev sentyabrın 29-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Siyəzən şəhəri, Balaca Həmyə kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Seyfəli Rəfiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[1]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən Seyfəli Rəfiyev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Seyfəli Rəfiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi [2]
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Seyfəli Rəfiyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Seyfəli Rəfiyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[4]