Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sərhəd
Sərhəd və ya coğrafi sərhəd hökumətlər, dövlətlər və ya ölkənin inzibati cəhətdən bir-birindən müstəqil olan hissələri kimi siyasi strukturların coğrafi cəhətdən bitmə nöqtələrini və ya hüquqi yurisdiksiyalarını təsvir edən termindir. Qədim dövrlərdə sərhədlər aralarında neytral zonaların mövcud olduğu və ciddi şəkildə ayrılmayan regionlar idi. Bu vəziyyət hələ də Səudiyyə Ərəbistanı ilə Küveytin dövlət sərhədində müşahidə olunur. Müasir dövrdə bir çox ölkələrin dövlət sərhədləri konkret olaraq müəyyən edilmişdir. Hava limanları, limanlar və gömrük qapıları da dövlətin bir növ sərhədini təşkil edirlər. Bu üsul ilə də ölkəyə daxil olan və ölkədən çıxan insanlar, heyvanlar, pul və mallar üzərində dövlətin nəzarəti mümkün olur. Sərhədləri keçmək üçün insanlara pasport, lazım gələrsə, viza və yaxud da şəxsiyyəti təsdiq edən sənədlər lazımdır. Əcnəbi şəxslərdən başqa ölkənin sərhədləri daxilində qalması üçün xüsusi immiqrasiya sənədləri tələb edilə bilər. Müəyyən bir xəstəliyin ötürülməsinin qarşısını almaq üçün heyvanların (və bəzi hallarda da insanların) sərhədi keçməsinə icazə verilmir. Bir çox ölkələr təhlükəli heyvanların və narkotik maddələrin öz sərhədlərindən keçirilməsini qadağan etmişdir.
Səməd
Səməd — Azərbaycanlı kişi adı. Səməd Vurğun — Azərbaycan şairi, Azərbaycanın ilk xalq şairi (1956). Səməd bəy Mehmandarov — Rusiya İmperator ordusunun tam artilleriya generalı.
Sərhəd Hüseynov
Sərhəd Məmmədov
Sərhad Məmmədov (28 may 1935, Gərmətük, Lənkəran rayonu – 22 noyabr 2020) — Azərbaycan Kommunist Partiyası Yardımlı Rayon Komitəsinin birinci katibi, Lənkəran Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri. Sərhad Əsəd oğlu Məmmədov 28 may 1933 ildə Lənkəran rayonu Gərmətük qəsəbəsində anadan olmuşdur. 1952-ci ildə Gərmətük qəsəbə orta məktəbini, 1958-ci ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutu plan-iqtisad fakültəsinin kənd təsərrüfatı şöbəsini, 1978-ci ildə Moskva Ali Partiya Məktəbini, 1990-cı ildə Timiryazev adına Ümumittifaq Kənd Təsərrüfatı Akademiyasının pedaqoji fakültəsini bitirmişdir. İstefada olan polkovnik-leytenant olmuşdur. Ailəli olmuşdur, 6 övladı var. Sərhad Məmmədovun Respublika Mərkəzi Statistika İdarəsi Lənkəran Rayon Müfəttişliyində tədarük üzrə müfəttiş (1958–1960), rayon komsomol komitəsində təlimatçı (1960–1961), "Albaniya" (Girdəni) kolxozunda (1961–1962), "Lənkəran" çayçılıq sovxozunda iqtisadçı-aqronom (1962–1964), H.Aslanov adına sovxozda baş iqtisadçı (1964–1967), "Lənkəransutikinti" trestində plan-maliyyə şöbəsinin rəisi (1967–1969), H.Aslanov adına sovxoz partiya komitəsinin katibi (1969–1971), şəhər Partiya Komitəsinin təşkilat-partiya işi şöbəsinin müdiri (1971–1972), şəhər Xalq Nəzarəti Komitəsinin sədri (1972–1973), Lənkəran Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri (1973–1980), Yardımlı Rayon Partiya Komitəsinin I katibi (1980–1987), Lənkəran Aqrar-Sənaye Kombinatında aparıcı mütəxəssis (1987), Lənkəran Sovxoz-Texnikumda müəllim (1987–1990), Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini (1991–1992), şəhər icra hakimiyyəti başçısının Gərmətük qəsəbəsi üzrə nümayəndəsi (1992–1994) işləmişdir. 10-cu və 11-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuş, 2 dəfə Qırmızı Əmək Bayrağı, "Şərəf Nişanı" ordenləri, Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı, müxtəlif medallar və döş nişanları ilə təltif olunmuşdur. Azərbaycan Kommunist Partiyasının XXIX, XXX və XXXI qurultaylarının nümayəndəsi olmuş və Mərkəzi Komitənin tərkibinə seçilmişdir. X və XI çağırışlarda (1981 və 1985) Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmiş və mədəniyyət komissiyasının üzvü olmuşdur. Lənkəran Ziyalılar Cəmiyyətinin sədri (1993–1998), Respublika Ziyalılar Cəmiyyətinin idarə heyətinin üzvü (1993–1998) olmuşdur.
Sərhəd Zöhrabbəyov
Sərmət Yaşıl
Sərmət Yaşıl (türk. Sermet Yeşil; 25 may 1977, Əskişəhər) — teatr, film və seriallara çəkilən türk aktyoru.
Sərhəd mühafizəsi
Sərhəd mühafizəsi ölkənin milli sərhədlərinin mühafizəsi və sərhəd nəzarətini həyata keçirmək tapşırıqlarını icra edən milli təhlükəsizlik təşkilatıdır. Bəzi milli sərhəd təhlükəsizliyi təşkilatları həmçinin də sahil mühafizəsi və axtarış-xilasetmə vəzifələrini yerinə yetirirlər. Bir çox ölkələrdə bu ayrıca bir orqandır, bəzi ölkələrdə isə bu orqan polis idarələrinin bir hissəsi kimi fəaliyyət göstərir. Azərbaycan Respublikasında sərhəd mühafizə xidmətini Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti təşkil edir.
Sərhəd nəzarəti
Sərhəd nəzarəti dövlət və ya dövlətlər bloku tərəfindən sərhədlərinə nəzarət etmək, habelə bu sərhədlərdən insanların, heyvanların və malların keçməsini tənzimləmək üçün həyata keçirilmiş olan tədbirlərdir. Dövlətlər və dövlətləri idarə edən şəxslər həmişə öz ərazilərinə kimin daxil olub, kimin çıxdığını, kimin qaldığını müəyyən etməyi öz suverenliklərinin mühüm tərkib hissəsi saymışlar. Ancaq Birinci Dünya müharibəsindən əvvəl sərhəd nəzarəti həmişə deyil, bəzən həyata keçirilirdi. Müasir mənada sərhəd nəzarətini təmizləmək üçün zəruri olan pasportlar və səyahət sənədləri konsepsiyası İngiltərədə V Henrinin hakimiyyəti dövründə həyata keçirilmişdir. Sərhəd nəzarəti həmçinin hava limanlarında, dəniz limanlarında və konteyner limanlarında da həyata keçirilir.
Sərhəd zastavası
Sərhəd zastavası suveren dövlət tərəfindən özünün dövlət sərhədində saxlanılan postdur. Sərhəd nəzarəti, sərhəd mühafizəsi qonşu dövlətlə sərhədi müşahidə etmək və mühafizə etmək məqsədilə yaradılır. Sərhəd mühafizəçiləri və yaxud da digər adı ilə sərhədçilər bu cür missiyalar zamanı istifadə edilirlər və onların daimi olaraq təşkil etdikləri sərhəd patrulları radio əlaqələr vasitəsilə bir-birləri ilə əlaqə saxlayırlar. Sərhəd zastavaları bəzən bir sıra inzibati binalarda, yaşayış binalarında və yaxud da çadırlarla ola bilər. Sərhəd zastavalarında silah-sursat anbarları, səngərlər, sığınacaqlar, məftillərlə və gözətçi qüllələri ilə möhkəmləndirilmiş olan pulemyot məntəqələri, gömrük keçid məntəqələri, sərhəd sədləri və insan postları ola bilər.
Akif Səməd
Akif Səməd (22 iyul 1959, Qazax rayonu – 6 iyul 2004, Bakı) — Azərbaycanlı şair, jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1997). == Həyatı == Məmmədov Akif Səməd oğlu 1959-cu il iyulun 22-də Qazax rayonunun Aslanbəyli kəndində anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışdır (1976-1982). 2004-cü il iyulun 6-da Bakıda vəfat etmiş, doğma Qaymaqlı kəndində torpağa tapşırılmışdır. == Yaradıcılığı == "Gənc müəllim" qəzeti və "Mərhəmət" jurnalı redaksiyalarında işləmiş, Azərbaycan Dövlət Teleradio Şirkətində redaktor vəzifəsində çalışmışdır. Tələbəlik illərindən bədii yaradıcılıqla ciddi məşğul olmuşdur. Şeirləri dövri mətbuatda dərc edilmişdi. "Qiblə yelləri" (1992), "Uzaqlardan gəlirik" (1994), "Adəmdən" (1995), "Özümə yol" (1996) kitabları nəşr olunmuşdur. === Əsərləri === "Qiblə yelləri" (1992), "Uzaqlardan gəlirik" (1994), "Adəmdən" (1995), "Ömrü özünə yaşasan" (1996) "Özümə yol" (2004) == Mənbə == XX əsr Azərbaycan yazıçıları,Ensiklopedik məlumat kitabı. Bakı, 2011.
Möhbəddin Səməd
Əliyev Möhbəddin Səməd oğlu (Möhbəddin Səməd) — publisist, nasir, ssenari müəllifi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1989), Jurnalistlər Birliyinin üzvü (1975), "Qızıl qələm" mükafatı laureatı (1985), Həsənbəy Zərdabi mükafatı laureatı (2000). Möhbəddin Səməd 1942-ci il yanvarın 25-də Qərbi Azərbaycanın Noemberyan rayonunun Yuxarı Körpülü kəndində anadan olmuşdur. Burada orta məktəbi bitirmişdir (1948-1958). Əmək fəaliyyətinə Abşeron üzümçülük sovxozunda, sonra isə Bakı Şin zavodunda fəhlə kimi başlamışdır (1959-1966). Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışdır (1966-1972). "Bakı" axşam qəzeti və "Azərbaycan gəncləri" qəzeti redaksiyalarında (1972-1980) ədəbi işçi, "Kommunist" qəzeti redaksiyasında baş müxbir, ədəbi işçi (1980-1991) olmuşdur. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində publisistika şöbəsinin müdiri, radio musiqi şöbəsinin müdiri işləmişdir (1991-1994). Hazırda orada Cənubi Azərbaycan Radio Verilişləri baş redaksiyasının baş redaktoru vəzifəsində çalışır (1994-cü ildən). Bədii yaradıcılığa orta məktəbdə oxuyarkən həvəs göstərmişdir. "Əsli" adlı oçerki 1958-ci ildə "Sovet Ermənistanı" qəzetində dərc olunmuşdur.
Səməd Bəşirli
Səməd Əlövsət oğlu Bəşirli (1976) — Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini. 1976-cı ildə anadan olub. 1994–1998-ci illərdə Türkiyənin Qazi Universitetinin iqtisadiyyat və idaretmə elmləri fakültəsində bakalavr təhsili alıb. 1998–2000-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında politologiya ixtisası üzrə magistr təhsili alıb. 2000–2001-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub. 2007–2008-ci illərdə Böyük Britaniyanın Birminhem Universitetində maliyyə ixtisası üzrə magistr proqramını bitirib. 1999–2016-cı illərdə ticarət, iqtisadi inkişaf, iqtisadiyyat və sənaye və iqtisadiyyat nazirliklərində aparıcı məsləhətçi, baş məsləhətçi, sektor müdiri, şöbə müdirinin müavini və şöbə müdiri vəzifələrində çalışıb. 2016–2019-cu illərdə Çində yerləşən Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) İnstitutu beynəlxalq təşkilatında şöbə müdiri vəzifəsində fəaliyyət göstərib. 2020–2022-ci illərdə İqtisadiyyat Naziriyində sənaye şöbəsinin müdiri və nazirin müşaviri vəzifəsində çalışıb. Azərbaycan Respublikasının Prezidentinin 22 iyun 2012-ci il tarixli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.
Səməd Canbaxşiyev
Səməd Hüseynzadə
Səməd Süleymanov
Səməd Salman oğlu Süleymanov (7 dekabr 1906, Potu, Göyçay qəzası – 11 avqust 1984, Bakı) — Azərbaycan iqtisadçısı, dövlət xadimi, Azərbaycan SSR Mərkəzi Statistika İdarəsinin rəisi (1942–1963), Azərbaycan SSR əməkdar iqtisadçısı (1964). Səməd Salman oğlu Süleymanov 7 dekabr 1906-cı ildə Göyçay qəzasının Potu kəndində anadan olmuşdur. İbtidai təhsilini Potu kəndində, sonra isə Göyçay şəhər orta məktəbində almışdır. 1922-ci ildə, beşinci sinifdə oxuyarkən təhsilini davam etdirmək üçün Gəncə Kənd Təsərrüfatı Texnikumuna göndərilmiş və 1928-ci ildə həmin texnikumu başa vurmuşdur. Səməd Süleymanov 1928-ci ilin aprel ayından 1930-cu ilin sentyabr ayınadək Kürdəmir rayonunda əvvəlcə aqrotexnik, sonra isə həmin rayonun Mollakənd kəndində aqronom məntəqəsinin müdiri vəzifəsində çalışmışdır. 1930-cu ilin sonlarında Azərbaycan Kommunist Partiyası Göyçay Rayon Komitəsi tərəfindən təhsilini davam etdirmək üçün yenidən Gəncə şəhərinə ezam olunaraq Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda təhsil almış və buranı 1934-cü ildə iqtisadçı-aqronom ixtisası üzrə bitirmişdir. Səməd Süleymanov təhsilini başa vurduqdan sonra Göyçay MTS-də aqronom vəzifəsində işləməyə göndərilmiş, 1935-ci ildən etibarən Azərbaycan sovxozlar tresti sistemində işləmiş, Gəncədə təcrübə stansiyasının müdiri və Göyçay Torpaq Şöbəsinin aqronomu olmuşdur. 1937-ci ildə SSRİ Mərkəzi Statistika İdarəsi sisteminə işə keçirilmiş, Azərbaycan SSR Mərkəzi Statistika İdarəsinin Göyçay rayonu üzrə müfəttişi, 1939-cu ildə isə Bakı Şəhər Statistika İdarəsinin rəisi vəzifəsinə irəli çəkilmiş və bu 1942-ci ilədək bu vəzifədə çalışmışdır. 1942-ci ilin iyun ayında Səməd Süleymanov Azərbaycan SSR Mərkəzi Statistika İdarəsinin rəisi təyin edilmiş və 1963-cü ilin mart ayınadək bu idarəyə başçılıq etmişdir. 1963-cü ildə təqaüdə çıxdıqdan sonra 1977-ci ilin mart ayınadək Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətində məsləhətçi vəzifəsində çalışmışdır.
Səməd Kərimli
Səməd Mövləvi
Əbdülsəməd Mirzə Məhəmməd oğlu Mövləvi-Rzalı (20 fevral 1900, Təbriz, Cənubi Azərbaycan – 3 fevral 1962, Naxçıvan) — Azərbaycan teatr aktyoru və rejissoru, Azərbaycan SSR xalq artisti (1960). Əbdülsəməd Rzalı 20 fevral 1900-cü ildə Təbriz şəhərində yoxsul bir ailədə dünyaya göz açmışdır. Atası Mirzə Məmməd Mövləvi Təbrizdə xalçaçılıq karxanasında işləmişdir. Səməd Mövləvi 8 yaşında ikən atasını itirmiş və böyük qardaşı Əhməd ağanın himayəsində yaşamışdır. O, ilk təhsilini molla məktəbində almış və 1916-cı ildə buranı bitirmişdir. 1921-ci ildə Cənubi Azərbaycanda baş verən siyasi proseslərə görə Naxçıvana köçməyə məcbur olmuşdur. Həmin ildən etibarən Azərbaycanın görkəmli səhnə xadimi Hüseyn Ərəblinski tərəfindən səhnəyə cəlb edilmişdir. SSRİ Xalq artisti Sidqi Ruhulla öz xatirələrində belə yazır: "Mən qastrola gedərkən Təbrizdə Nəriman Nərimanovun "Nadir Şah" faciəsini tamaşaya qoyduğumuz zaman qadın surəti Gülcahanı ifa edən tapılmadı. Mən həmin rolu "Rüşdiyyə" məktəbində təhsil alan gənc tələbə Səməd Mövləviyə tapşırdım. O, heç nədən çəkinmədən çox böyük bir cəsarətlə Gülcahan rolunu ifa etdi".
Səməd Mənsur
Səməd Mənsur (tam adı: Səməd Hacı Əhməd oğlu Kazımov; 31 yanvar 1879, Bakı – 3 yanvar 1927, Bakı) — XX əsrin əvvəllərində yazıb yaratmış şair, publisist, dramaturq, aktyor. XX əsrin əvvəllərində Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biridir. Milli təəssübkeşliyi, maarif işığını, azad düşüncə tərzini təbliğ edən Səməd Mənsur yaradıcılığının Azərbaycan ədəbiyyatında xüsusi yeri vardır Səməd Mənsur Hacı Əhməd oğlu Kazımov (Kazımzadə) 1879-cu ildə Bakıda anadan olmuşdur. 10 yaşında ikən balaca İçərişəhərin Hamamçılar Məscidində Molla Səttar və Molla Ağababanın yanında ərəb əlifbasını, Quran surələrini öyrənməyə başlamışdır . İlk təhsilini 1891-ci ildə rus-müsəlman məktəbində almışdır. 1897-ci ildə Səməd Mənsur xəzinədar vəzifəsində çalışmış, 1911-ci ildən Balabəy Aşurovun idarəsində mühasib kimi çalışaraq 1917-ci ilə kimi burada xidmət etmişdir. Şair iki dəfə evlənmiş, birinci nikahı uğursuz nəticələnsə də, ikinci dəfə taleyi üzünə gülmüş, yaxşı ailə qurmağa müvəffəq olmuşdur, həyatının son günlərində Səməd Mənsur "Övladlarıma vəsiyyətim" adlı məktub qoyub getmişdir. O, 1927-ci il yanvarın 3-də Bakıda vəfat etmişdir. O, 1910-cu ildə Bakıda düzələn "Səfa" cəmiyyətinin üzvü olmuş, teatr işlərində fəal iştirak etmişdir. Bütün bu illərdə S. Mənsur cəmiyyətin xeyriyyəçilik işlərində yaxından iştirak etmiş, yazdığı və tərcümə etdiyi səhnə əsərləri ilə tamaşalar hazırlamış, müxtəlif mədəni tədbirlərin həyata keçirilməsinə köməklik göstərmişdir.
Səməd Mərdanov
Səməd Həşim oğlu Mərdanov (22 sentyabr 1909, Tiflis – 6 avqust 1939, Bakı) — Azərbaycan kinorejissoru. 1935-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirmişdir. Sovet kino rejissoru Sergey Eyzenşteynin tələbəsi və peşəkar təhsil almış ilk Azərbaycan kinematoqrafçılarından biri olan Mərdanovun yaradıcılığı milli kino sənətinin inkişafına təsir göstərmişdir. Mərdanov ilk sovet kinokomediyalarından olan "Mavi dənizin sahilində" (quruluşçu rejissor Boris Barnet; "Azərfilm" və "Mejrabpomfilm" (Moskva) kinostudiyalarının birgə istehsalı) filminin rejissorudur. Mərdanovun 1939-cu ildə çəkdiyi "Kəndlilər" (1940-cı ildə ekrana buraxılmışdır) tarixi-inqilabi bədii filmi Azərbaycan kinosunun qızıl fonduna daxildir. Aktyor Mustafa Mərdanovun qardaşıdır. Köçərilər (film, 1933) Mavi dənizin sahilində (film, 1935) Kəndlilər (film, 1939) Səməd Mərdanov Arxivləşdirilib 2007-05-17 at the Wayback Machine Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987.
Səməd Qurbanov
Səməd Qurbanov (10 iyul 1953, Qazax) — yarımmüdafiəçi mövqeyində çıxış etmiş SSRİ futbolçusu. "Neftçi"nin tarixində xüsusi iz buraxıb. "Jiquli" ləqəbiylə tanınıb. Səməd Qurbanov 1953-cü il iyulun 10-da Qazaxda anadan olub. SSRİ-nin idman ustasıdır. Sol cinah yarımmüdafiəçisi mövqeyində çıxış edib. Futbol oynamağa 1965-ci ildə Qazaxda UGİM-də məşqçi F. İsmayılovun rəhbərliyi altında başlayıb. 1971-ci ildə Azərbaycanın gənclər yığmasının heyətində ümumittifaq "Ümid" kubokunun qalibi olub. 1971-ci ildə Bakının "Neftçi" komandasına qəbul olunub və 19 yaşından karyerasını bitirənədək bu komandanın əsas heyətində çıxış edib. "Neftçi"də, əsasən, 10 nömrəli formanı geyinib və 80-ci illərin əvvəllərində komandanın kapitanı olub.
Səməd Rzayev
Səməd Sabahi
Səməd Sabahi (1914, Bakı – 1978, Tehran) — Azərbaycan və İran rejissoru, aktyoru və ssenaristi. Səməd Sabahi 1914-cü il Bakıda zəhmətkeş ailəsində doğulub. Bu vaxt ailə yaşadığı Mərənd şəhərinin Miab kəndindən yenicə köçmüşdü. Səmədin böyük qardaşı Gəncəli Sabahi bu ailənin hekayəsini "Mənim günlərim" əsərində yazıb. Bu əsərdə minlərlə köçkün ailənin həyat və taleyi əks olunub. Birinci Dünya Müharibəsi və Böyük Rusiya inqilabı dövründə Səməd hələ uşaq ikən Bakı Konservatoriyasına daxil olur. Bura getməsinə səbəb teatr aşiqi və aktivisti olan böyük qardaşı idi. Oranı uğurla bitirən Səməd öz yolunu Bakı Rəssamlıq Məktəbində davam etdirir. Qısa zaman ərzində şəhərin gənc aktyorları arasında tanınmağa başlayır və Bakı, Gəncə səhnələrində yer alır. İkinci Dünya Müharibəsinin yaxınlaşması ilə hələ sovet vətəndaşlığını qəbul etməmiş iranlı mühacirlərin həyatında da dəyişiklik baş verir.
Səməd Sadıqov
Səməd Qurban oğlu Sadıqov (1903, Qaçağan, Borçalı qəzası – 22 mart 1989, Qaçağan, Marneuli rayonu) — Sosialist Əməyi Qəhrəmanı. Gürcüstan SSR ictimai xadimi. SSRİ-nin "Lenin" və "Qırmızı Əmək Bayrağı" ordenləri laureatı. Səməd Qurban oğlu Sadıqov 1903-cü ildə Tiflis quberniyası, Borçalı Qəzasının Qaçağan kəndində doğulub. Uşaqlığı və gəncliyi Qaçağan kəndində keçmişdir. 1920–1927-ci illərdə Qaçağan kənd ümüumtəhsil məktəbində oxuyub. Ömrünun sonuna qədər Qaçaəan kəndində yaşamışdır. 22 mart 1989-cu ildə Qaçağan kəndində dünyasını dəyişmiş və 23 mart 1989-cu ildə Qaçaəan kənd məzarlığında dəfn edilmişdir. Səməd Qurbanov əmək fəaliyyətinə 1920-ci ildə başlamış Sovet hakimiyyəti qurulduqdan sonra isə Qaçağanda yardılan kənd təsərüffatı artelində taxıl becərilməsi ilə məşğul olmuşdur. 1930-cu ildən Borçalı Qəzası "Kommunizm" kolxozunda əmək fəaliyyətinə başlamışdır.
Səməd Seyidov
Seyidov Səməd İsmayıl oğlu (18 yanvar 1964, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, psixologiya elmləri doktoru, professordur, Azərbaycan Dillər Universitetinin rektoru (2000–2015), Beynəlxalq Psixoloqlar Assosiasiyasının üzvü. Səməd Seyidov 1964-cü il yanvarın 18-də Bakı şəhərində anadan olmuşdur. 1981–1986-cı illərdə Leninqrad Dövlət Universitetinin (indiki Sankt-Peterburq Dövlət Universiteti) Psixologiya fakültəsində təhsil almışdır. 1986-cı ildə Leninqrad Dövlət Universitetinin psixologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, 1989-cu ildə doktorluq dissertasiyasını müdafiə etmişdir və Leninqrad Dövlət Universitetində fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 1986-cı ildən Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda laborant, baş laborant, müəllim, baş müəllim, tədris işləri üzrə prorektor vəzifələrində çalışmışdır. 1994-cü ildə Psixologiya Doktoru elmi dərəcəsinə və daha sonra professor elmi dərəcəsinə yüksəlmişdir. 1998–2000-ci illərdə Azərbaycanın təhsil sistemini Avropa Şurasında təmsil etmişdir. 1999-cu ildən Azərbaycan Dillər Univesitetinin psixologiya kafedrasının professorudur. Müasir dövrün tələbləri səviyyəsində yazılmış 150-dən çox elmi əsər, dərslik, dərs vəsaiti və monoqrafiyanın, həmçinin psixologiya dərsliyinin, "Menecment psixologiyası", "Yaradıcılığın fenomenologiyası" və s. kitabların da müəllifidir.
Səməd Səfərov
Səməd Səfərov — aktyor, rejissor assistenti. Səməd Səfərov 1957-ci ildə Salyanda anadan olub. 1980-cu ildə ÜİRT-nun Televiziya texnikası və radiorele rabitəsi fakultəsini bitirib. İstehsal avadanlıglarının programlaşdırılması və elektromexaniki ekspulatsiya mühəndisidir. Elektronika sahəsində 3 işinə müəlliflik şəhadətnaməsi alıb. 1990-ci il 20 yanvarda AZTV-nin enerji bloku partladıldıqdan sonra 22 yanvar tarixindən gizlin televiziya efiri yaradaraq 7 gun 40-50 km radiusda 8-ci kanal ilə hadisələrlə əlaqədar informasiyalar yaydığına görə SSRİ DTK-sının axtarışında olub. Lütfizadə haqqında 1 monoqrafiyası mətbuatda çap olunub. AZTV-də filmlərin cəklişləri ilə də məşgul olur. Tanınmış rejissor Məhərrəm Bədirzadənin filmlərində prodüser, rejissor assisenti və aktyor kimi fəalliyyət göstərir.
Sered
Sered (slovak. Sereď, mac. Szered) — Slovakiyanın qərbində, Vaq çayının sahilində yerləşən şəhər. Əhalisi 17 min nəfərə yaxındır. Aşağı Çepen Orta Çepen Yuxarı Çepen Novı Mayer Əhalinin ümumi sayı 12.726 nəfərdir (100%) Slovaklar – 96,16 % Macarlar – 1,32 % Çexlər – 0,95 % Qaraçılar – 0,65 % Rusinlər – 0,03 % Almanlar – 0,03 % Ukraynalılar – 0,02 % və digərləri roma-katolikləri 72,52 % ateistlər 20,77 % protestantlar 1,97 % yunan-katolikləri 0,15 % pravoslavlar 0,14 % və digərləri Sered şəhərində bir sıra əhəmiyyətli şirkətlər yer alıb ki, bunlar içərisində: Slovenské Cukrovary Hubert J.E. Semmelrock SEDITA B.M. Kávoviny ZIPP FM Logistic ALFUN və s. şirkətlərin adlarını qeyd etmək olar.
Sermet Yeşil
Sərmət Yaşıl (türk. Sermet Yeşil; 25 may 1977, Əskişəhər) — teatr, film və seriallara çəkilən türk aktyoru.
Sermet Atay
Sermet Atay (29 iyun 1964, Qaziantep ili) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı. Sermet Atay 1964-cü ildə Qaziantep ilində anadan olub. İbtidai, orta və lisey təhsilini Qaziantepdə alıb. İstanbul Universiteti Hüquq Bölməsindən məzun olub. Maliyyə Nazirliyinin Hüquq Baş İdarəsində xəzinədar hüquqşünas vəzifəsində çalışıb. 1988-1990-cı illərdə Qaziantep Polis Liseyində müqaviləli təlimatçı olub. 1990-cı ildə dövlət qulluğundan istefa verib, öz hüquq bürosunu açıb və sərbəst hüquqşünas olaraq çalışıb. 1995-1998-ci illərdə Qaziantepspor İdman Klubunun Baş Katibi və TFF Ali Şurasının nümayəndəsi vəzifələrində təmsil olunub. 90-cı illərdə Doğru Yol Partiyasının üzvü olub. DYP Qaziantep ilçə şöbəsinin sədri, DYP Qaziantep il şöbəsinin sədr müavini və sədri olub.
Fərməş
Fərməş — yorğan-döşəyi yığmaq üçün ağzını gözəmək məqsədilə ilgəklər tikilmiş yarım metr hündürlüyündə, 1,2 metr enində, iki metr uzunluğunda bəzəkli xalça. Fərməşə bəzi bölgələrdə məfrəş də deyilir.
Kərmək
Dəvəayağı (lat. Limonium) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin plumbaqokimilər fəsiləsinə aid bitki cinsi.
Məmməd
Məmməd — Azərbaycanda daha çox işlədilən kişi adı. Məmməd İsmayıl — Ssenari müəllifi. Aktyor. Məmməd Araz — şair, tərcüməçi, publisist Məmməd Əlili — Aktyor. Rejissor Köməkçisi. İkinci rejissor. Rejissor assistenti. Məmməd Sadıqov — Aktyor. Filmlərdə və arxiv kadrlarda iştirak edən. Məmməd Hüseynov — Kino rəssamı.
Mərmər
Mərmər (lat. marmor; yun. Μάρμαρο — "parlayan daş", "daş qayması") — əhəngdaşı və dolomitlərin metamorfizmə uğraması (yenidən kristallaşması) nəticəsində əmələ gələn xırda, orta və iridənəli kristallik süxur. Tərkibində kvars, xalsedon, hematit pirit və s. mineralların, həmçinin üzvi birləşmələrin qatışıqları olur. Həcm çəkisi 2,65–2,90, sıxlığa davamlığı 500–2500 kqs/sm², rəngi qatışıqlardan asılı olaraq müxtəlifdir. Xırdadənəli növləri daha davamlıdır.
Sərhədi
Sərhədi (kürd. Serhedî), həmçinin şimali kurmanc dili (kürd. Kurmancîya bakur) — Türkiyədə və İran Kürdüstanının şimal-qərbində yayılmış kürd dillərinin variasiyalarından biri. Kurmanc dilinin növlərindən biri kimi təsnif edilir.
Surməq
Surməq-İranın Fars ostanının Abadə şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,116 nəfər və 917 ailədən ibarət idi.
Səkmən
Yelləncək — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. Yelləncək oyunu Novruz bayramı günlərində, ilaxır çərşənbələrdə, həmçinin yaz, yay və payız aylarında ağac budağından kəndirlə asılan yelləncək. Bu mərasim oyununda, əsasən, gənc oğlan və qızlar iştirak edirlər. İştirakçılar bir-bir yelləncəyə minib yellənirlər. Digər iştirakçılar isə halay, yallı məzmunlu oyunlar ifa edirlər. Yelləncəyə minib yellənənlər Naxçıvanda "Kuflan", Qarabağda "Ucuncaq", Lənkəran bölgəsində "Küf", "Həlaçin", Bakıda "Quyhaquy", Qubada "Havaçağ", Şəkidə "Sulançıx", "Yörtməc", Zəngilanda "Sarımçax", Gəncədə "Səkmən" və sairə adlarla məlumdur. İştirakçılar bir-bir, iki-iki ağac budağından asılmış kəndir yelləncəyə qalxıb yellənir, deyişmə və bayatı şəklində müxtəlif mahnı oxuyur, ətrafdakılar isə əl çalıb şənlənir, halay və yallısayağı rəqs edirlər. Yelləncəkdə yellənən qızın ayaqlarına çubuqla asta-asta vurub xorla oxuyurlar: Yelləncəkdəki qızdan ta cavab almayınca onu yelləndirirlər. Qız cavab verdikdən sonra yelləncəyi saxlayıb yerə salır və bir başqası yelləncəyə minir. Oyun saatlarla davam edir.
Sərkənd
Sərkənd (qaz. Сарқан) — Qazaxıstanda şəhər, Almatı vilayətinin Sərkənd rayonunun mərkəzi. Sərkənd şəhər rəhbərliyinin inzibati mərkəzi. KATO kodu — 196020100 . Mulalı dəmir yolu stansiyasından 135 km şərqdə (Türksib xəttində) və Taldıkorqandan 155 km şimal-şərqdə, Cungarskiy Alatau'nun qollarında yerləşir. Şəhər mərkəzi Taldıkorqandan təxminən 155 km şimal-şərqdə yerləşir. Sərkənd haqqında ilk bəhs 1857-ci ilə aiddir. Rusiyadan gələn ilk məskunlaşma yerləri 1858-ci ildə Kopalsky və Lepsinsky bölgələrindən 22 kazak ailəsinin köçürülməsi ilə Sərkənd çayının sahillərində meydana gəldi. İlk məktəb 1872-ci ildə açıldı. 1928-ci ildə Sərkənd bölgəsi quruldu.
Sərməst
Sərməst — İranın Kirmanşah ostanının Gilan Qərb şəhristanının Govar bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,434 nəfər və 515 ailədən ibarət idi.
Sərvət
Gündəlik həyatda sərvət ifadəsi daha çox bir şəxsə və ya ailəyə məxsus olan böyük miqdarda pul dəyəri kimi xarakterizə edilir. İqtisadiyyatda isə bu çox fərqlidir. İqtisadiyyatda sərvət anlayışı ilə 1 manatlıq dəyər də sərvət olaraq xarakterizə edilər.
Airmed
Airmid və ya Airmid — İrlandiya mifologiyasında şəfa ilahəsi, şəfa ilahı Dian Kextin qızı. O, möcüzəvi bir mənbənin köməyi ilə formorlarla döyüş zamanı əsgərlərə həyat və güc vermişdir. Dian Kext, Oxtriullax və Miax ilə birlikdə Airmed tilsimləri Sleyn quyusunda ölüləri diriltməyi bacaran sehrbazlardan biri idi.
Hermes
Hermes (q.yun. Ἑρμῆς, Ἑρμέας, Ἑρμείας, miken dilində e-ma-a2) — qədim yunan mifologiyasında ticarət, gəlir, praqmatizm, cəldlik ilahı, ticarətdə gəlir və var-dövlət bəxş edir, atletlərin ilahıdır. Adının ən qədim versiyası Mikena mənşəlidir. Əksər alimlər Hermes adını "daş/yolqırağı məbəd/mərz" mənası verən "herma" sözündən törədiyini qeyd edirlər, lakin onun adı "tərcüməçi" mənası verən "hermeneus" sözü ilə də bağlı ola bilər. Hermes səfirlərin, çobanların, carçıların və yolda olanların himayəçisidir. Magiya, əlkimya və astrologiyanı himayə edir. İlahların elçisi və ölənlərin ruhunun Aidin dünyasına aparan bələdçidir (buna görə də, onu həm də Psixopomp, yəni "ruhların bələdçisi" adlandırırdılar). Cəldlikdə, hiyləgərlikdə və oğurluqda tayı-bərabəri yoxdur. Homer və Hesiod onu "uğur gətirən", "cangüdən" və "əla hiylə quran" adlandırırlar. Ölçü vahidlərini, rəqəmləri, əlifbanı ixtira etmiş və insanlara öyrətmişdir.
Mehmed
Mehmet — türk kişi adı. Mehmet Akif Ərsoy — Türk şairi, baytar, müəllim, vaiz, hafiz, Quran tərcüməçisi Mehmet Kaplan — Türkəsilli İsveçli siyasətçi. Mehmet Əli Ağca — türk cinayətkar. Mehmet Gün — türk rəssam. Mehmet Harmancı — əslən Kipr türkü olan siyasətçi Mehmet Korhan Fırat — Türkiyəli aktyor. Mehmet Yıldız — Futbolçu Mehmet Müəzzinoğlu — Türkiyənin səhiyyə naziri (2013–2016).
Mersed
Merced - Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında, Mersed əyalətində yerləşində bir şəhərdir. Şəhərin əhalisi 26 noyabr 2009-cu il tarixində 78958 nəfər idi. İlk Merced poçt şöbəsi 1870-ci ildə açıldı. Mersed 1889-cu ildə yaradılıb və indi Hökumətin İdarəetmə meneceri formasında fəaliyyət göstərir. İkinci Dünya Müharibəsi dövründə, Mersed evlərindən çıxarılan Yapon Amerikalıların saxlanıldığı müvəqqəti "birləşmə mərkəzi" idi. Mərkəzi Kaliforniyadan olan 4,669 kişi, qadın və uşaq Mersed Assambleyası Mərkəzində 1942-ci il mayın 6-dan 15-nə kimi Kolorado ştatının daha qalıcı Granada internat düşərgəsinə köçürülmüşdü. 15 mart 2010-cu ildə keçirilən əhalinin siyahıya alınması əsasında şəhərdə 72125 adam, 26970 ev və 18128 ailə qeydə alınmışdır. Şəhər əhalisinin 79.0% Ağ, 11.3% Afroamerikan, 0.3% yerli Amerikan, 5.2% Asiyalı, 0.1% Sakit okean adalarından və 1.1% digər qruplardandır. 1 aprel 2000-ci ildə keçirilən əhalinin siyahıya alınmasına əsasən şəhərdə 69.368 adam, 26.536 ev və 17.540 ailə qeydə alınmışdır. Şəhər əhalisinin 79.0% Ağ, 11.3% Afroamerikan, 0.3% yerli Amerikan, 5.2% Asiyalı, 0.1% Sakit okean adalarından və 1.1% digər qruplardandır.
Serber
Kerber, Serber' (yun. Κέρβερος) — yunan mifologiyasında Tifon və Exidna (yaxud Tartar və Geya) tərəfindən törənmiş, Aidin axirət dünyasının girəcəyinin gözətçisi, dirilərin içəri girməsini, ölülərin isə geriyə həyata qayıtmasını əngəlləyən mifik üçbaşlı, ilan quyruqlu köpək. Digər mənbələrdə 50 və 100, bəzi incəsənət əsərlərində 2 başlı köpək kimi təsvir olunur. Persefona onu qardaş kimi qəbul etmişdir. Herakl Hermes və Afinanın köməyi ilə ona qalib gəlmişdir. Kerber gün işığından qusub, öyüdüyü üçün ondan gizlənərmiş. Heraklın aldadıb axirətdən gün işığına çıxartmış olduğu üçbaşlı köpək Kerber gün şüalarına tab gətirməyib quduzluqla qusaraq ifraz etdiyi seliyin torpağa düşməsindən zəhərli akonit otu göyərmişdir. Bu hadisə Akoni şəhəri yaxınlığında baş verdiyindən bitki də belə adlandırılmışdır.
Sergey
Sergey — Rus kişi adı. Sergey Senyuşkin — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. Sergey Murtuzəliyev — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. Sergey Mironov — Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri. Sergey Namyotkin — görkəmli üzvi kimyaçı, SSRİ Elmlər Akademiyasının akademiki (1939) Sergey Ojeqov — Məşhur rus linqvisti, leksikoqraf, filologiya elmləri doktoru, professor. Sergey Trubetskoy — Dekabristlər hərəkatının təşkilatçılarından. Sergey Çerenkeviç — Sovet və Belorus biofiziki. Sergey Filippov — Aktyor Sergey Kirov — sovet dövlət xadimi Sergey Kozlov — SSRİ partiya xadimi, Sov. İKP üzvü (1947) Sergey Prokofiyev — rus bəstəkarı, pianoçusu və dirijoru. Sergey Şoyqu — Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı.
Serket
Selkit - Qədim Misir mifologiyasına görə əqrəb ilahə, tanrı Horun arvadı.
Seçmək
Seçmək (ing. choose) – qrafik istifadəçi interfeysində: komandanın çalışdırılmasına səbəb olmaq və ya parametri seçmək. Bu prosedur bir neçə hərəkətdən ibarət ola bilər; məsələn, dialoq boksunda parametrin seçilməsi bir hərəkətlə yerinə yetirilir, ancaq menyudan komandanın seçilməsinə ən azı iki hərəkət lazımdır (öncə ekrana menyunun komandalarının siyahısını çıxarmaq, sonra isə lazım olan komandanı seçmək). Çox zaman bu terminin əvəzinə, onun ingilis sinonimi olan "select" terminindən istifadə olunur, ancaq "choose" daha münasib variantdır, çünki "select" başqa spesifik anlamda işlədilir. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.