Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sadıllı
Sadıllı — Azərbaycan Respublikasının Gəncə şəhərinin Kəpəz rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 13 dekabr 2011-ci il tarixli, 270-IVQ saylı Qərarı ilə Gəncə şəhərinin Kəpəz rayonunun Sadıllı yaşayış məntəqəsinə qəsəbə statusu verilmiş, Sadıllı qəsəbəsi mərkəz olmaqla Sadıllı qəsəbə inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. Qəsəbənin digər adı "Dos-84"-dür. Bu qəsəbədə 5 №-li xəstəxana, 17 №-li orta məktəb və Heydər Əliyev adına Gəncə şəhər stadionu yerləşir.
Sadıqlı
Sadıqlı (Tovuz) — Azərbaycanın Tovuz rayonunda kənd. Sadıqlı (Ağstafa) — Azərbaycanın Ağstafa rayonunda kənd.
Çadırlı
Çadırlı (keçmiş rusca adı Şatrovka (Шатровка)) — Azərbaycan Respublikasının Salyan rayonunun Qaraçala qəsəbə inzibati ərazi vahidində kənd. Çadırlı kəndi 2012 Arxivləşdirilib 2016-08-29 at the Wayback Machine Salyan rayonunun Çadırlı kəndinə mavi yanacaq verilmişdir. 2016-06-14 Dövlət başçısının tapşırığına əsasən Salyan rayonunun qazlaşdırılması davam etdirilir. Bu gün rayonda mavi yanacaq verilən yaşayış məntəqələri sırasına 1700 nəfərə yaxın əhalisi olan Çadırlı kəndi də əlavə olunmuşdur. 477 abonenti olan kəndin təbii qazla təmin olunması məqsədilə 64 min 193 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 477 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır. Açılış mərasimində rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış etmiş, kənd və qəsəbələrin qazlaşdırılmasını möhtərəm prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilən infrastruktur layihələrin davamı olduğunu vurğulamış, 15 İyun Milli Qurtuluş günü və kəndə təbii qazın verilməsi münasibətilə sakinləri təbrik etmişdir. Tədbirdə çıxış edənlər göstərilən qayğıya görə dövlət başçısına minnətdarlıq etmişlər. Sonda tədbir iştirakçıları evlərdə olmuş, mavi yanacağın verilməsinə baxış keçirmişlər. Kənddə "Həzrət Baba" məscidi dini icması fəaliyyət göstərir.
Məmmədhəsən Sadıqlı
Nüşabə Sadıxlı
Sadıxlı Nüşabə Ağabala qızı — filologiya üzrə fəlsəfə doktoru, Müsavat Partiyası Məclisinin sədri. Nüşabə Sadıxlı 1949-cu ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Orta təhsilini Bakı şəhəri 190 N-li məktəbdə alıb. 1972-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini, 1984-cü ildə həmin fakültənin aspiranturasının əyani şöbəsini bitirib. 1972-ci ildən Bakı Dövlət Universitetinin Filologiya fakültəsində çalışır. Fəaliyyəti dövründə fakültə elmi şurasının üzvü olub və universitetin elmi, ictimai həyatında yaxından iştirak edib. Bu fəaliyyətinə görə BDU-nun rəhbərliyi tərəfindən fəxri fərmanla təltif olunub. Dünya ədəbiyyatı kafedrasının dosentidir. Dünya ədəbiyyatı fənnini Filologiya və Jurnalistika fakültələrində tədris edir. 1984-cü ildə "Azərbaycan-Bolqarıstan ədəbi əlaqələri" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi alıb.
Orxan Sadıqlı
Orxan Sadıqlı (19 mart 1993, Cəlilabad) — Azərbaycan Region Liqası təmsilçilərindən olan Xan Lənkəran klubunda qapıçı kimi çıxış edən peşəkar Azərbaycanlı futbolçudur.
Sadıqlı (Ağstafa)
Sadıqlı — Azərbaycan Respublikasının Ağstafa rayonunun Sadıqlı kənd inzibati ərazi dairəsində kənd. Ağstafa rayonunun Sadıqlı kəndi Azərbaycanın qərbində ən uc nöqtədir. Gürcüstanla Sadıqlı kəndi arasında sadəcə bir arx var. Kənddən Tiflisə 45 kilometr – rayon mərkəzi Ağstafaya 55 kilometr məsafə var. Üzü gündoğana dayananda sağdan Kiçik Qafqaz, soldan Böyük Qafqaz sıra dağlarının əhatəsindədir. Bura dağ kəndi deyil – Kür ovalığında yerləşir. Kəndin cənubunda "Qarayazı" meşəsi yerləşir. Şimalda dörd kilometrliyindən keçən dəmir yolu Sadıqlı kəndi və Azərbaycanı dünya ilə birləşdirir. Bura dünyanın ən qədim yaşayış məskənlərindən biridir. Bakı-Tbilisi-Ceyhan kəmərinin çəkilişi zamanı torpaq altından çıxan mədəniyyət abidələri burada beş-altı min əvvəl insan yaşadığını təsdiqlədi (Əldə olunan arxeoloji qazıntı nümunələri ABŞ və Fransa laboratoriyalarında analiz edilib - bu barədə oxuya bilərsiniz: Nəcəf Müseyibli.
Sadıqlı (Tovuz)
Sadıqlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Yanıqlı kənd inzibati ərazi dairəsində kənd. Kənd mənşəcə Qazax mahalından olan sadıqlı nəslinin Xınna dərəsində kənd təsərrüfatı üçün əlverişsiz bir yerdə məskunlaşması nəticəsində yaran­mışdır. Kəndin adı yerli əhalinin dilində Sadıxlı kimi tələffüz edilir. Gürcüstanın Marneuli rayonunda Sadaxlı adlı yaşayış məntə­qəsi qeydə alınmışdır. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Zəyəmçayın sahilində, dağətəyi düzən­likdə yerləşir. Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. Kənddə təhsil müəssisəsi mövcud deyil. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Sadıqlı bələdiyyəsi
Ağstafa bələdiyyələri — Ağstafa rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Sağırlı (Germi)
Sağırlı (fars. صغيرلر‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 64 nəfər yaşayır (15 ailə).
İbrahim Sadıqlı
İbrahim Şahin oğlu Sadıqlı (28 iyun 1993, Bakı – 3 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. İbrahim Sadıqlı 1993-cü il iyunun 28-də Bakı şəhərində anadan olub. İbrahim Sadıqlı 2011-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun giziri olan İbrahim Sadıqlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə, həmçinin Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İbrahim Sadıqlı oktyabrın 3-də Füzulinin azad edilməsi zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən İbrahim Sadıqlı ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İbrahim Sadıqlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən İbrahim Sadıqlı ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Yadigar Sadıqlı
Yadigar Sadıqlı (29 sentyabr 1968, Lənkəran) — Müsavat Partiyasının sabiq başqan müavini, başqanlığa sabiq namizədi, azərbaycanlı ictimai-siyasi xadim. Yadigar Sadıqlı 1968-ci il sentyabrın 29-da Lənkəran şəhərində anadan olub. 1994-cü ildə M. Ə. Rəsulzadə adına Bakı Dövlət Universitetini tarix ixtisası üzrə bitirən Yadigar Sadıqlı, 2000–2010-cu illərdə Lənkəran Dövlət Universitetində çalışıb. 2000-ci ildən Müsavat Partiyasının üzvü olan Yadigar Sadıqlı, 2004–2011-ci illərdə "Müsavat"ın Lənkəran şəhər təşkilatının sədri olub. 2011–2014-cü illərdə "Müsavat"da başqan müşaviri, 2014–2018-ci illərdə isə başqan müavini vəzifələrini tutub. 2014–2019-cu illərdə həmçinin Divan üzvü olub. Partiyanın 13 oktyabr 2019-cu ildə keçirilən IX qurultayında başqanlığa namizədliyini irəli sürüb, amma seçkilərdə Arif Hacılı qalib gəlib. 7 dekabr 2023-cü il tarixində bir qrup siyasətçi və siyasi fəal ilə birlikdə "Üçüncü Respublika Platforması" Hərəkatının təsis olunduğunu elan edən videoçarx yayımlamışdır. 13 dekabr 2023-cü il tarixində Müsavat Partiyası üzvlüyündən istefa vermişdir. Yüzdən artıq elmi və publisitik məqalələrin müəllifi olan Y. Sadıqlının 2019-cu ilin dekabrında "Tarixdən səhifələr (məqalələr toplusu)", 2022-ci ildə isə "Yaxın Şərq tarixi (məqalələr toplusu)" adli ikinci kitabı nəşr olunub.
Qadirli
Qadirli (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Xaraba-i Qadirli (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd.
Sabirli
Sabirli — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Şamaxı r-nunn Çarhan i.ə.d.-də kənd. Ləngəbiz silsiləsində Alpout dağının yamacında yerləşir. Keçmiş adı Osmanbəyli olmuşdur. Yaşayış məntəqəsinin ərazisi vaxtilə Şahbaz bəy adlı şəxsə məxsus olduğı üçün bir müddət Şahbazbəyli, 1930-1956 illərdə isə Azərbaycan KP MK-nın birinci katibi olmuş M.C.Bağırovun şərəfınə Bağırovka adlanmışdır. 1956 ildən kənd şair M.Ə.Sabirin adını daşıyır. Ərazidə eyniadlı palçıq vulkanı da mövcuddur. Kənd əhalisi 371 nəfərdir ki, onunda 170 nəfəri kişi, 201 nəfəri isə qadınlar təşkil edir., 61 təsərrüfatı var.
Şatırlı
Şatırlı (Bərdə) — Azərbaycanın Bərdə rayonunda kənd. Şatırlı (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd.
Monquş Buyan-Badırqı
Monquş Buyan-Badlrqı (tıva Хүн Ноян Моңгуш Буян-Бадыргы Үгер-Даа; 25 aprel 1892 — 22 mart 1932) — Tıva ictimai və dövlət xadimi, Tıva dövlətçiliyinin qurucusu. Uzun müddət Tıvanın müstəqilliyi mübarizəsində iştirak etmişdir. Müstəqil siyasət yeritməsi SSRİ-nin xoşuna gəlməmişdir. 1929-cu ildə Moskvanın təlimatı ilə həbs olunmuş və 1932-ci ildə əks inqilabı fəaliyyətdə ittiham edilərək güllələnmişdir. Buyan-Badırqı 25 aprel 1892-ci ildə Ayanqati qəsəbəsində sürü qoruyucusu Nomçul Monquşun ailəsində anadan olub. Əmisi Xemçik Daa-kojuun noyonu Monquş Xaydıp tərəfindən oğulluğa götürülüb. Xaydıp Uqerda bəlkə də Tıvanın siyasi tarixindəki ən parlaq və ən güclü şəxsiyyətlərdən biri idi. Onunla görüşən avropalı və rusiyalı səyyahlar onun yüksək təhsilini, aristokratiyasını, idarəetmə qabiliyyətini təqdir edirdilər. Lakin Xaydıp görünür, şimal qonşusunun ərazisini və gücünü tamamilə aydın təsəvvür etmirdi. Rus-Yapon müharibəsində Rusiyanın məğlubiyyətindən sonra Noyonun rus köçkünlərinə münasibəti kəskin şəkildə dəyişdi, əslində onların qovulması başlandı.
Sadır Japarov
Sadır Nurqojoyeviç Japarov (qırğızca: Садыр Нургожоевич Жапаров; 6 dekabr 1968, Ken-Suu[d], Tup rayonu[d]) — Qırğızıstanlı siyasətçi və dövlət xadimi. Sooronbay Jeenbekovun istefasından sonra müvəqqəti hökumətdə Qırğızıstan Respublikasının Prezidenti Səlahiyyətlərini İcra Edən kimi (15 oktyabr 2020 – 14 noyabr 2020); Qırğızıstan Respublikasının Baş Naziri (10 oktyabr 2020 – 14 noyabr 2020). Qırğızıstan Respublikasının 6-ci Prezidenti (28 yanvar 2021–hal-hazırda). Japarov İssık-Göl bölgəsinin Tüb rayonuna bağlı Keng-Su kəndində anadan olmuşdur. Orta təhsilini 1986-cı ildə tamamladıqdan sonra Qırğız Milli Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil oldu. 1987-ci ildə Japarov Novosibirskdə iki il Sovet ordusunda xidmət etdi. 1989–1991-ci illərdə isə akademiyada təhsilnə davam etdi. 2006-cı ildə Japarov Qırğız-Rus Slavyan Universitetindən hüquq ixtisası üzrə məzun oldu. Japarov siyasi fəaliyyətinə 2005-ci il Lalə inqilabından sonra başladı. 2005-ci ilin martında Tyub seçki bölgəsindən Ali Şura üzvlüyünə seçildi.
Sadır Pəlvan
Sadır Pəlvan (uyğ. سادىر پالۋان) — xalq qəhrəman, 1864-cü il uyğurların İli bölgəsindəki üsyanının liderlərindən biri. Sadır Palvan 1798-ci ildə Külçə rayonunun Mollatoxtiyuzi kəndində anadan olmuşdur. Əsl adı Sadır Xoşəhməddir. Palvan (Pəhləvan, İgid) adı ona xalq tərəfindən inanılmaz fiziki gücünə, iri cüssəli bədən quruluşuna malik olması və uyğurların azadlıq hərəkatındakı iştirakına və qəhrəmanlığı səbəbilə verilmişdir. Əslən Xotandan olan atası Xoşəhmət 1766-cı ildə İliyə köçmüşdür. Sadır Pəlvanın özü çox cəsur adam sayılırdı və hələ də onun haqqında uyğur və qazaxlar arasında əfsanələr dolaşır. O, gənc yaşlarından bölgədəki Çin hakimiyyətinə qarşı müxtəlif silahlı hərəkatlarda fəal iştirak etmişdir. Çin hökuməti hər dəfə bölgədə çıxışlar başlayanda birimci Sadır Pəlvanın üstünə hərbi qüvvələr göndərirdi. Sadır Pəlvan 1864-cü ildə uyğurlar və dunqanların İli bölgəsində Tzin hakimiyyətinə qarşı üsyanının fəal iştirakçısı olmuşdur.
Sırrı Sakık
Sırrı Sakık (1 avqust 1957, Yörecik[d], Muş ili) — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 19, 23, 24 və 28-ci çağırışlarının deputatı. Sırrı Sakık 1957-ci ildə Muş ilində anadan olub. İbtidai, orta və lisey təhsilini Muşda alıb. 1978-1979-cu illərdə Cumhuriyet və Vatan qəzetlərdə bölgə müxbiri olaraq çalışıb. Daha sonra uzun müddət turizm və sahəsində çalışıb. SHP Muş il sədri olub. 1991-ci ildə SHP namizədi olaraq Muş ilindən Türkiyə Böyük Millət Məclisinin 19-cu çağırışının deputatı seçilib. TBMM Konstitusiya və Ədalət Komissiyalarının hazırladığı hesabata görə, DEP sədri və deputat Hatip Diclə, deputatlar Leyla Zana, Əhməd Türk, Orxan Doğan, Sırrı Sakık və Mahmut Altınahın toxunulmazlığı TBMM-nin 2 mart 1994-cü il tarixli 78-ci iclasında qəbul edilən 295 saylı qərarla ləğv edilib, DEP-in fəaliyyəti dayandırılıb, həmin ilin iyulunda isə 6 deputat həbs edilib. DEP işi üzrə bir müddət həbsxanada saxlandıqdan sonra sərbəst buraxılıb. 2007-ci və 2011-ci illərdə bitərəf namizəd olaraq Muş ilindən Türkiyə Böyük Millət Məclisinin 23-cü və 24-cü çağırışlarının deputatı seçilib.
Şadılı
Şadılı (Goranboy) — Goranboy rayonunda kənd. Şadılı xalçaları — Gəncə xalçaçılıq məktəbinin Gəncə qrupuna daxil olan xovlu Azərbaycan xalçaları. Şadılı tayfası — Xorasanda yaşayan kürd tayfası.
Kənan Nadirli
Miconia sodiroi
Miconia sodiroi (lat. Miconia sodiroi) — melastomakimilər fəsiləsinin mikoniya cinsinə aid bitki növü.
Nadir Nadirli
Palicourea sodiroi
Palicourea sodiroi (lat. Palicourea sodiroi) — boyaqotukimilər fəsiləsinin palicourea cinsinə aid bitki növü.
Passiflora sodiroi
Passiflora sodiroi (lat. Passiflora sodiroi) — qonaqotukimilər fəsiləsinin qonaqotu cinsinə aid bitki növü.
Psychotria sodiroi
Psychotria sodiroi (lat. Psychotria sodiroi) — boyaqotukimilər fəsiləsinin psixotriya cinsinə aid bitki növü.
Qadirli (Meşkinşəhr)
Qadirli (fars. قادرلو‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 115 nəfər yaşayır (27 ailə).
Ruslan Sabirli
Solanum sodiroi
Solanum sodiroi (lat. Solanum sodiroi) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin quşüzümü cinsinə aid bitki növü. Solanum carchiense Correll Solanum sodiroi var.
Spilanthes sodiroi
Acmella sodiroi (lat. Acmella sodiroi) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin acmella cinsinə aid bitki növü. Spilanthes sodiroi Hieron.
Stemmatella sodiroi
Xırdaçiçək qalinsoqa (lat. Galinsoga parviflora) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin qalinsoqa cinsinə aid bitki növü. Adventina parviflora (Cav.) Raf. Baziasa microglossa Steud. Galinsoga hirsuta Baker Galinsoga laciniata Retz. Galinsoga laciniata Retx. Galinsoga parviflora var. adenophora Thell. Galinsoga parviflora f. parceglandulosa Thell.
Agah Sırrı Levent
Agah Sırrı Levent (26 yanvar 1894, Rodos – 28 oktyabr 1978, Ankara) — Türkiyə ədəbiyyatşünası. == Həyatı == Agah Sırrı Levent 1894-cü ildə Rodosda doğuldu. Müəllim kimi İstanbul litseylərində çalışdı. Eminönü Xalqevi başqanı, Aydın milletvekill oldu. Türk ensiklopediyası çalışmalarında iştirak etdi. Türk Dil Qurumunda müəlif və başqan olaraq işlədi. Bir çox dərgidə təhsil, sosioloji kimi mövzularda yazılar yazdı.
Sırrı Sürəyya Öndər
Sırrı Sürəyya Öndər (7 iyul 1962, Adıyaman) — rejissor, ssenarist, prodüser, sənətçi, jurnalist və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 24, 25, 26 və 28-ci çağırışlarının deputatı. Sırrı Sürəyya Öndər 7 iyul 1962-ci ildə Adıyaman ilində anadan olub. 2007-ci ildə 18-ci Ankara Beynəlxalq Film Festivalında Milli bədii film nominasiyasında "Ən yaxşı ssenari" öldülünə, həmin ildə 14-cü Qızıl Koza Film Festivalında Milli film nominasiyasında "Ən yaxşı ssenari" ödülünə, 2009-cu ildə isə 7-ci Beynəlxalq Karaçi Film Festivalında "Ən yaxşı rejissor" öldülünə layiq görülüb. 28 fevral 2015-ci ildə Dolmabağça Memorandumuna səbəb olan Abdullah Öcalan ilə Əhməd Davudoğlu iqtidarı arasında dialoqa yardım edən HDP siyasətçilərindən ibarət nümayəndə heyətində yer alıb. 2013-cü ildə Novruz bayramı ilə bağlı tədbirdə çıxışına görə 3 noyabr 2018-ci ildə 42 ay həbs cəzası verilib və 2018-ci il noyabrın 6-da Kocaeli həbsxanasına aparılıb. 4 noyabr 2019-cu ildə Konstitusiya Məhkəməsinin bir gün əvvəl ifadə azadlığının pozulduğuna dair qərar çıxardıqdan sonra azadlığa buraxılıb. 1 uşaq atasıdır. 2011-ci ildə İstanbul ilindən, iyun 2015 və noyabr 2015-ci ildə Ankara ilindən, 2023-cü ildə isə İstanbul ilindən Türkiyə Böyük Millət Məclisinin 24, 25, 26 və 28-ci çağırışlarının deputatı seçilib.
Məcnun Leylinin çadırı qarşısında
Məcnun Leylinin çadırı qarşısında - I Şah Təhmasibin sifarişi ilə 1539-1543-cü illərdə hazırlanmış və Təbriz miniatür məktəbinin sənətkarları tərəfindən çəkilmiş rəsmlərlə bəzədilmiş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasına daxil olan, Mir Seyid Əli tərəfindən çəkilmiş rəsm əsəridir. Miniatürün daxil olduğu əlyazma hazırda Britaniya Milli Kitabxanasında (MS Or. 2265) saxlanılır. Nizaminin “Leyli və Məcnun” poemasında, bir gün Məcnun qarının bir qulu zəncirləyib gəzdirdiyini görür. O, qarıdan bunun zəbəbini soruşduqda qarı işi izah edərək bildirir ki, beləcə biz kömək üçün insanlardan pul dilənirik, sonra isə qazancı bölürük. Məcnun qarıdan qulu azad etməyi və əvəzinə özünü zəncirə vurmağı xahiş edir. Əvəzində isə heç nə istəmədiyini bildirir. Beləcə qarı zəncirlənmiş Məcnunu gəzdirərək pul yığmağa başlayır. Bir gün onlar təsadüfən Leylinin çadırı qarşısına gəlib çıxırlar. Leyli arıqlayıb pis hala düşmüş sevgilisini tanımır.
Mehmed Səlim Sırrı Paşa
Mehmed Səlim Sırrı Paşa (1771, Bəndər – dekabr 1831, Dəməşq, Osmanlı Suriyası, Osmanlı imperiyası) — II Mahmud səltənətində 4 il 1 ay 10 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı.