Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Səhiyəddin Abbasov
Vahidəddin köşkü
Vahidəddin köşkü və ya Çəngəlköy köşkü — İstanbulun Üsküdar rayonunda yerləşən tarixi köşk. Üsküdarın Çəngəlköy səmtində yerləşən köşk Krım müharibəsi illərində italyan əsgərləri üçün hospital kimi istifadə edilmişdir. Ardından Sultan Əbdülməcid köşkü satın alaraq oğlu Burhanəddin Əfəndiyə hədiyyə etdi. Burhanəddin Əfəndinin gənc yaşda vəfat etməsinin ardından köşk Sultan Əbdülhəmid tərəfindən qardaşı Vahidəddin Əfəndiyə bağışlandı. Vahidəddin Əfəndi taxta çıxdığı 1918-ci ilədək bu köşkdə yaşadı və bu səbəblə köşk Vahidəddin köşkü olaraq anılmağa başlandı. Köşkdə məskunlaşan Vahidəddin Əfəndi fransız memar Aleksandr Vallaurinin rəhbərliyi ilə köşkü yenidən təşkil etdi. Ögey anası Şayəstə xanım üçün köşkün yaxınlığında başqa bir mülk də inşa etdirdi. Səltənətin ləğvindən sonra Sultan Vahidəddin ölkəni tərk etməyə məcbur oldu. Ölkəni tərk etməzdən öncə şəxsi mülük olan bu köşkü Zəhra adlı kənizinə bağışladı. Cümhuriyyət dövründə baxımsız qalan köşk 1988-ci ildə dövrün baş naziri Turqut Özalın təlimatıyla bərpa edildi və dövlət tərəfindən mənimsənildi.
Zahirəddin Fəryabi
Zahirəddin Fəryabi (1160-1202) — şair. Sədrülkəmal Əbul Fəzl Zahirəddin Tahir ibn Məhəmməd əl-Fəryabi Əfqanıstanın şimalında olan Fəryab vilayətinin Şirintagab bölgəsində doğulmuşdu. ibtidai təhsilini Fəryabda oxuduqdan sonra Nişapura getdi və oranın hökmdarı olan Tuğanşah bin Müəyyəd Ay Aba ilə yaxın dostluq qurdu. 1186-cı ildə İsfahana gedən Fəryabi şəhərin hakimi olan Sədrüddin Xocəndi ilə tanış olur və ona xidmət ətməyə başlayır. 1189-cu ildə Mazandarana yollanır və oradan da Azərbaycana keçərək Atabəy Nəsrəddin Qızıl Arslan bəyin sarayında çalışmağa başlayır və həyatının sonraki hissəsini orada keçirir. Zahirəddin bəy sarayda yaşadığı müddətdə Qızıl Arslan bəy tərəfindən bir çox mükafata nail olur. Ömrünün son dönəmlərində saray işlərindən uzaqlaşan Fəryabi 1202-ci ildə haqqın rahmətinə qovuşur və Təbriz şəhərinin Sürxab məhəlləsində Xaqaninin türbəsinin yanına dəfn edilir. Eyni zamanda Fəryab şəhərinin Şirintagab bölgəsində də Zəhirəddin bəy adını daşıyan və bölgə xalqı tərəfindən ziyarət edilməkdə olan bir türbə var. O həyatda olduğu müddətdə dünyaya çox sayda qəsidə və qəzəl kimi önəmli ədəbi əsər bəxş etmişdir. Onun ən önəmli əsərlərindən biri də 6000 beytlik divanıdır.
VI Mehmed Vahidəddin
VI Mehmed Vəhidəddin (osman. محمد سادس وحیدالدین) (14 yanvar 1861[…], Konstantinopol – 16 may 1926[…], San-Remo, Liquriya) — son Osmanlı sultanı və 115-ci İslam xəlifəsi. 14 yanvar 1861-ci ildə Dolmabağça sarayında dünyaya gəlmişdir. Atası Sultan Əbdülməcid, anası isə Gülüstü Qadınəfəndidir. 6 aylıqkən atası, 4 yaşında isə anası vəfat etmiş, bu səbəblə atasının digər xanımı olan Şayəstə xanımın himayəsində böyümüşdür. 1870-ci ildə Dolmabağça sarayında keçirilən mərasimlə Süleyman Əfəndi, Cəlaləddin Əfəndi, Səlahəddin Əfəndi, İzzəddin Əfəndi və Münirə Sultanın oğlu Sultanzadə Ələddin bəylə birlikdə sünnət edildi. Aldığı saray təhsili və Fateh mədrəsəsində aldığı bəzi dərslərlə özünü yetişdirdi. Böyük qardaşı Sultan Əbdülhəmid taxta çıxdıqdan sonra ona hədiyyə etdiyi Çəngəlköy köşkündə məskunlaşdı və taxta çıxanadək burada yaşadı. Bu səbəblə yaşadığı bu köşk Vahidəddin köşkü adlanmağa başlandı. Dövrün Osmanlı vəliəhdi Yusif İzzəddin Əfəndinin gözlənilməz ölümünün ardından (1 fevral 1916) Osmanlı taxtının rəsmi vəliəhdi elan edildi.
Zahirəddin Mahmud Babur
Qazi Zahirəddin Məhəmməd Babur (fars. ﻇﻬﻴﺮﺍﻟﺪﻳﻦ محمد‎ ; al-ṣultānu 'l-ʿazam wa 'l-ḫāqān al-mukkarram bādshāh-e ġāzī) (14 fevral 1483 — 26 dekabr 1530) — Böyük Moğol İmperiyasının qurucusu və ilk hökmdarıdır. Baburun Çağatay türkcəsində yazdığı və həyatından xronoloji olaraq bəhs etdiyi Baburnamə əsəri Türk ədəbiyyatı tarixində önəmli yerə sahibdir. Xətti Babur deyilən yazı sistemini təkmilləşdirən Babur eyni zamanda Çağatay türkcəsində yazılmış ədəbiyyatın Əlişir Nəvaidən sonra ən böyük şairi hesab olunur. Babur ata tərəfdən Teymurilər sülaləsindən, ana tərəfdən isə Çingizlilər sülaləsindəndir. Baburun atası Əmir Teymurun nəvəsi olan Ömər Şeyx Mirzə Barlas idi. Baburun anası isə Çingizlilər nəslindən olan Yunus xanın qızı Qutluq Nigar xanım idi. Baburun ata tərəfdən mənsub olduğu Teymurilər sülaləsinin əsasını qoyan Əmir Teymur əslən barlas boyundandı. Barlaslar Orta Asiyada yaşayan türkləşmiş monqol boyu idi. Monqolların gizli tarixi (rus.
Ay sərt sahibədir
Ay sərt sahibədir (ing. The Moon Is a Harsh Mistress) — ABŞ yazıçısı Robert Haynlaynın fantastika romanı. İlk dəfə 1965-ci ilin dekabrı və 1966-cı ilin aprelində "IF" jurnalında dərc olunmuşdur. 1967-ci ildə "Ən yaxşı romana görə Hüqo mükafatına" layiq görülmüşdür. == Süjet == "Ay sərt sahibədir" əsərində hadisələr Ayda baş verir. 21-ci əsrdə Ay Terradan (Yerdən) məhkumların göndərildiyi böyük həbsxanadır. Ayda insanlar torpaqsız süxurların üzərində taxıl yetişdirməli və Terraya göndərməlidirlər. Bu olduqca ağır zəhmət tələb edir. Eyni zamanda su faydalı qazıntı kimi ayrıca mədən sənayesidir. Xərclər dayanmadan artır.
Şəhabəddin
Şəhabəddin — kişi adı. Şeyx Şəhabəddin Mahmud Əhəri — təsəvvüf alimi, "Şəhabilik" təriqətinin banisi. Xədim Şəhabəddin Paşa — Osmanlı sultanı II Murad və Fateh Sultan Mehmed dönəmlərində vəzir. Şəhabəddin Abdulla Mirvarid — şair, musiqiçi, katib. Şəhabəddin Mərcani Şəhabəddin Əhməd bəy Ramazanoğlu Digər Şəhabəddin (Qürvə) Şəhabəddin (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Molla Şəhabəddin (Qoşaçay) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd.
Cavad Hibəddin Əl Şəhristani
Şəhabəddin (Meşkinşəhr)
Şəhabəddin (fars. شهاب الدين‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 36 nəfər yaşayır (11 ailə).
Şəhabəddin (Qürvə)
Şəhabəddin (fars. شهاب الدين‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 401 nəfər yaşayır (75 ailə). Əhalisini kürdlər təşkil edir.
Şəhabəddin Mərcani
Şəhabəddin Mərcani (Şəhabəddin bin Bəhaəddin əl-Qazani əl-Mərcani, tatar. Шиһабаддин Мәрҗани, Şihabaddin Mərcani; 1818[…] və ya 13 (25) yanvar 1818, Kazan – 1889[…] və ya 15 (27) aprel 1889, Kazan) — tatar alimi,Nəqşibəndiyyə təriqətinin şeyxi, filosofu, tarixçisi, etnoqrafı, maarifçisi. "Tərcüman" fikirlərinin təsiri altında 1885-ci illərə doğru Kazan türklüyünün mərkəzi olan Kazan şəhərində milliyyət fikrinin tarix və etnoqrafiya sahəsində göründüyünə şahid oluruq. O zamana qədər özlərini sırf müsəlman sayan və şüursuz bir şəkildə dillərinə "türk dili" deyən kazanlılar içində yenilikçi elm adamlarından Şəhabəddin Mərcani, tarixi əsərlərindən birisini, "Kitabu-Müstəfadil-əxbar fi Ahval-i Kazan" adlı Kazan tarixini Kazan türkcəsi ilə yazır və o əsərində ilk dəfə kazanlı müsəlmanlara dindən başqa bir də milliyyətin varlığını acı bir dillə, sərt və açıq ifadələrlə xatırladır və elan edir. "Mustafadül-əxbar"ın bu barədəki məşhur cümlələri bunlardır: "Bəziləri tatar olmağı əskiklik sayıb o ismdən nifrət edib "biz tatar deyil, müsəlmanıq!" deyə qovğa və mücadilə edirlər… Ey miskin! Deyək ki, sənin müsəlmandan başqa bir adını dinin və millətin düşmənləri bilməsəydi, əlbəttə, səni "müsəlman" deyə ayırd edərdi. Tatar olmasan, ərəb və tacik və noğay deyil, hatay və rus və fransız, prussiyalı və alman daha deyil, indi kim olursan?" Şəhabəddin həzrətin millətinə bu hiddətli xitabı, kazanlıların öz tarixlərinə, öz soy və köklərinə dəyər və önəm vermədiklərini tənqid etmək üçündür: "…Tarix elminin böyüklüyü və insanların yaşayışına ilgilərinin azlığından qismətsiz və verimsiz olub, heç bir zaman olayların baş verməsini, macəralarını bəyan və zəbt edilməyərək cahan alimləri, hökmdarlar və böyük hakimlər kimi babalarımız, atalarımız və xalqımız tərəfindən bilinməyərək büsbütün bilinməzlik örtüyü altında qalmış, hətta qövmümüzün əksəriyyəti, əzəldən bəri bu yolda Rusiya hökumətinin idarəsi altında yaşayırıq -zənnindədir və Bolqar və Kazan əhvalından "Şəhri-Bolqar övliyaları" və ya "Əzizlər qəbri" və "Xan məscidi" və bir şeyi köhnəlikdə mübaliğə məqamında "Hao Xan zamanındakı iş" deməkdən başqa heç bir şey bilmirlər və bu sözün anlamını belə sağlam təsəvvür və dərk edə bilmirlər. Öz qəbilələrindən nə qədər şöhrətli hökmdarların gəlib keçdiyi haqqında bilgiləri yox " İstər yuxarıdakı xitab, istərsə də bu müşahidə yazarın milli şüur sahibi olduğunu açıq göstərməkdədir. Tuna bolqarlarının ilk milliyyətçi tarixçilərindən Paisi də 1762-ci ildə yazdığı "Slav bolqar tarixi" adlı əsərində bolqarları kəndi milliyyətlərinin adını tələffüz etməkdən çəkindikləri üçün çox acı sözlərlə qınayır və onlara "Ey ağılsızlar! Nə üçün öz milliyyətinizdən çəkinir, nə üçün bolqar deyə adlandırılmanızdan utanır və rumların hiyləgər siyasətlərinə tabe olursunuz?" -deyə xitab edirdi.
Məhəmməd Şahabuddin
Məhəmməd Şahabuddin (benq. মোহাম্মদ সাহাবুদ্দিন; 10 dekabr 1949, Pabna dairəsi[d], Şərqi Pakistan) — Banqladeş hüquqşünası və təqaüdə çıxmış hakimi, 24 aprel 2023-cü ildən Banqladeş prezidenti. 2023-cü ildə Məhəmməd Şahabuddin Banqladeşin 22-ci prezidenti kimi and içmişdir. Onun andiçmə mərasimində Banqladeşin Baş naziri Şeyx Hasina, kabinet üzvləri və yüzlərlə qonaq iştirak etmişdir.
Şəhabəddin Əhməd
Muayyad Şihabəddin Əhməd — Seyfəddin İnalın oğlu və 26 fevral — 28 iyun 1461-ci il aralığında Misir Məmlük sultanı.
Şahrəddin Əsgərov
Şahrəddin İsabala oğlu Əsgərov (7 oktyabr 1966, Ardanış, Krasnoselsk rayonu) — "Aerostar" Ukrayna aviasiya şirkətinin prezidenti. SSRİ, Avropa və dünya çempionu. Şahrəddin Əsgərov 1966-cı il oktyabrın 7-də Ermənistan SSR-nin Artanış kəndində anadan olub. 1984-cü ildə Ş.Əsgərov "S7 sinfi"ndə raket modelləşdirməsi ilə peşəkarcasına məşğul olmağa başlayıb. Bu sahədə əla nəticələr əldə edib. SSRİ, Avropa və dünya çempionu olub. 1984-cü ildə Bakıda orta məktəbi qızıl medalla bitirib. Elə həmin il Kiyev Mülki Aviasiya İnstitutuna daxil olub və 1992-ci ildə təhsilini "aviasiya avadanlığının texniki istismarı" ixtisası üzrə qırmızı diplomla bitirib və mühəndis-elektrik ixtisası alaraq 1992-ci ildə aspiranturaya qəbul edilib. Əmək fəaliyyətinə 1992-ci ildə "Aviatexnika" müəssisəsində başlayıb, burada kommersiya direktoru vəzifəsində çalışıb. 1993-cü ildə aviabrokerliklə məşğul olmağa başlayıb.
Şahiddin Əliyev
Şaitdin Sərdar oğlu Əliyev (18 sentyabr 1947, Azərbaycan SSR) — Azərbaycan dövlət və siyasi xadimi; Azərbaycan Milli Məclisinin I və II çağırış üzvü. Şaitdin Əliyev 1947-ci il sentyabrın 18-də anadan olub. Azərbaycan Politexnik İnstitutunda hidromeliorasiya üzrə ali, S. Kirov adına Azərbaycan Dövlət Universitetində isə hüquq üzrə ali təhsil alıb. Rus dilini bilir. Əvvəl bitərəf olub, 2000-ci ildən isə Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür. Şaitdin Əliyev ailəlidir, beş övladı var. 1995-ci il noyabrın 26-da baş tutan Parlament seçimlərində 18 nömrəli Əzizbəyov dairəsindən bitərəf namizəd olan Şaitdin Əliyev, I çağırış Milli Məclisin deputatı seçildi. 1995-ci il noyabrın 26-dan səlahiyyətlərinin icrasına başlayan Şaitdin Əliyev, Milli Məclisin Sosial siyasət Daimi Komissiyasının sədr müavini, Azərbaycan—Küveyt parlamentlərarası əlaqələr üzrə işçi qrupunun isi rəhbəri oldu. Daha sonra 2000-ci il noyabrın 5-də baş tutan Parlament seçimlərində 18 saylı Əzizbəyov dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Şaitdin Əliyev, II çağırış Milli Məclisin deputatı seçildi. 2000-ci il noyabrın 12-dən səlahiyyətlərinin icrasına başlayan Şaitdin Əliyev, Milli Məclisin Regional məsələləri Daimi Komissiyasının sədr müavini, Azərbaycan—Albaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Azərbaycan—Rumıniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun isə rəhbəri oldu.
Molla Şəhabəddin (Qoşaçay)
Molla Şəhabəddin (fars. ملاشهاب الدين‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 2,311 nəfər yaşayır (490 ailə).
Muayyad Şihabəddin Əhməd
Muayyad Şihabəddin Əhməd — Seyfəddin İnalın oğlu və 26 fevral — 28 iyun 1461-ci il aralığında Misir Məmlük sultanı.
Muayyad Şəhabəddin Əhməd
Muayyad Şihabəddin Əhməd — Seyfəddin İnalın oğlu və 26 fevral — 28 iyun 1461-ci il aralığında Misir Məmlük sultanı.
VI Mehmed Vahideddin
VI Mehmed Vəhidəddin (osman. محمد سادس وحیدالدین) (14 yanvar 1861[…], Konstantinopol – 16 may 1926[…], San-Remo, Liquriya) — son Osmanlı sultanı və 115-ci İslam xəlifəsi. 14 yanvar 1861-ci ildə Dolmabağça sarayında dünyaya gəlmişdir. Atası Sultan Əbdülməcid, anası isə Gülüstü Qadınəfəndidir. 6 aylıqkən atası, 4 yaşında isə anası vəfat etmiş, bu səbəblə atasının digər xanımı olan Şayəstə xanımın himayəsində böyümüşdür. 1870-ci ildə Dolmabağça sarayında keçirilən mərasimlə Süleyman Əfəndi, Cəlaləddin Əfəndi, Səlahəddin Əfəndi, İzzəddin Əfəndi və Münirə Sultanın oğlu Sultanzadə Ələddin bəylə birlikdə sünnət edildi. Aldığı saray təhsili və Fateh mədrəsəsində aldığı bəzi dərslərlə özünü yetişdirdi. Böyük qardaşı Sultan Əbdülhəmid taxta çıxdıqdan sonra ona hədiyyə etdiyi Çəngəlköy köşkündə məskunlaşdı və taxta çıxanadək burada yaşadı. Bu səbəblə yaşadığı bu köşk Vahidəddin köşkü adlanmağa başlandı. Dövrün Osmanlı vəliəhdi Yusif İzzəddin Əfəndinin gözlənilməz ölümünün ardından (1 fevral 1916) Osmanlı taxtının rəsmi vəliəhdi elan edildi.
Xədim Şəhabəddin Paşa
Xədim Şəhabəddin Paşa (ö. 1453-dən sonra) — Osmanlı sultanı II Murad və Fateh Sultan Mehmed dönəmlərində vəzir olmuş dövlət xadimi. Hərəm ağası olduğu üçün Xədim Şəhabəddin Paşa olaraq anılmışdır. Əsli və ilk illəriylə bağlı yetərli məlumat yoxdur. Dönəmin tarixi mənbələrində Qula Şahin Paşa, vəqf kitablarında isə Qazi, Əlhac ünvanlarıyla anılır. II Murad dönəmində sarayda yetişmiş, daha sonra hərəm ağası olaraq xidmət etmişdir. Sultan Muradın yaxın adamlarından biri olaraq önə çıxmış, 1432-ci ildən öncə Balkan yarımadasında Evrenesoğlu Əli bəyin ardından Ərgirikasrı sancaqbəyliyinə gətirilmişdir. Bu vəzifədə ikən hərbi fəaliyyətləriylə məşhurlaşmış, Sultan Muradla birlikdə bir çox hərbi əməliyyata qatılmışdır. Sultan Muradın oğulları Şahzadə Ələddin və Şahzadə Mehmedin 1438-ci ildə Ədirnədə keçirilən sünnət mərasimi əsnasında Saruca Paşanın yerinə vəzirliyə gətirildiyi bilinir. Bundan başqa yaxın zamanda vəfat edən Sənan Paşanın Rumeli bəylərbəyliyi ünvanı da Şəhabəddin Paşaya verildi.
Şihabəddin Yəhya Sührəvərdi
Şihabəddin Yəhya Sührəvərdi (fars. شهاب‌الدین سهروردی‎) — tam adı Şihabəddin Əbülfütuh Yəhya ibn Həbəş ibn Əmirək Sührəvərdi olan XII əsr Azərbaycan və İran filosofu, sufi, İşraqilik fəlsəfi məktəbinin banisi. İslam mistisizminin ən mühüm nümayəndələrindən biri olan Sührəvərdi eyni zamanda "Şeyx əl-Məqtul" və "Şeyx əl-İşraq" ləqəbləriylə də tanınmışdır. Şihabəddin Yəhya Sührəvərdinin onlarla əsərinin müxtəlif tarixdə köçürülmüş yüzə yaxın əlyazma nüsxəsi dünyanın otuzdan çox kitabxanası, əlyazmaları fondunda saxlanılır. Onların əksəriyyəti AMEA Əlyazmalar İnstitutunda, Sankt-Peterburqda Şərqşünaslıq İnstitutunda, Türkiyədə Sultan Fateh, Yusif Ağa, Əsəd Əfəndi, Saray III Əhməd, Raqib, Rza Paşa, Aşir, Cərullah, Aya Sofiya Muzeyi, İstanbul universiteti, Laləli, Nuri Osmaniyyə, Emniyyə, Şəhid Əli Paşa kitabxanalarında, İranda Astan-qüds Rəzəvi, Səltənət, Milli, Şura Məclisi, Tehran Universiteti, Sepəhsalar ali mədrəsəsi, Firdovsi milli kitabxanalarında, Suriyada Zahiriyyə, Misirdə Xidiviyyə, Dar əl-kütub, Bələdiyyə kitabxanalarında, İraqda Bağdad universiteti kitabxanasında, Hindistanda Bankipur kitabxanasında, İngiltərədə Britaniya muzeyi kitabxanasında və Fransada Paris Milli Kitabxanasında saxlanılır. Şihabəddin filosofun ləqəbidir. Şəmsəddin Şəhrəzuri "Şihab əl-millə və-l-haqq və-d-din" (millətin, haqqın və dinin axan ulduzu) yazır. Əleyhdarları isə sadəcə Şihab (əş-Şihab – axan ulduz) yazırlar. Filosofun künyəsi Əbülfütuh "Qələbələr atası" mənasını verir. Sührəvərdinin öz adı isə mənbələrdə müxtəlif şəkildə qeyd edilmişdir.
Şihabəddin Ömər Sührəvərdi
Şihabəddin Ömər Sührəvərdi (fars. عمر سهروردى‎; 1145—1234) – Fars hüquqşünas alim, sufi nəzəriyyəçi, ictimai-siyasi xadim. Əbuhəfs Sührəvərdi 1145–ci ilin yanvarında Zəncan yaxınlığındakı Sührəvərd şəhərində anadan olmuşdur. AMEA-nın müxbir üzvü Zakir Məmmədov filosofun gəncliyində Bağdada gedib, orada Nizamiyyə mədrəsəsinin müəllimi, əmisi Əbunnəcib Sührəvərdi, Əbdülqadir Cili-Cilani, Əbuzürə Müqəddəsi və başqalarından təhsil aldığını, onun fiqh, təsəvvüf və ədəbiyyata dərindən yiyələndiyini, geniş əhatəli, mükəmməl biliyi ilə şöhrət qazandığını qeyd etmişdir. Zakir Məmmədov Əbuhəfs Sührəvərdinin müəllimi və yaxın dostu, Qadiriyyə sufi təriqətinin banisi Əbdülqadir Cili-Cilaninin şagirdinin gələcəyinə böyük ümid bəsləyib, ona "sən İraqda məşhurların axırıncısısan" dediyini yazmışdır. Tədqiqatçı mənbələr əsasında bildirmişdir ki, Azərbaycan mütəfəkkiri ömrü boyu ziyarətlərdə, səyahətlərdə olmuş, dövrün böyük şəxsiyyətləri, yaradıcı ziyalıları ilə görüşmüşdür. Əbdürrəhman Cami belə bir əhvalatı xatırladır ki, Əbuhəfs Sührəvərdi "bəzi abdallarla (dərvişlərlə) birlkdə Əbbadan adasında Xızır əleyhissəlamı dinləmişdir". Bağdadda baş şeyx rütbəsini tutmuş, xilafətə elçilik (səfirlik) etmiş Şihabəddin Əbuhəfs Sührəvərdi varid olduğu yerlərdə böyük hörmət və ehtiramla qarşılanmışdır. İbn Bibi onun Kiçik Asiyaya gəlməsini təsvir edərkən yazır ki, elçinin Aqsaraya yetişməsini eşidincə sultanla bərabər qazilər, imamlar, şeyxlər, sufilər, əxilər və fütüvvə sahibləri pişvaza çıxdılar. Sultan Əlaəddin Şeyx Şihabəddin Sührəvərdi ilə görüşərkən onun əlini öpdü.
Şəhabəddin Abdulla Mirvarid
Mövlanə Şəhabəddin Abdulla Mirvarid (1461–1516)—şair, musiqiçi, katib. Mövlanə Şəhabəddin Abdulla Mirvarid 1461-ci ildə Herat şəhərində anadan olmuşdu. Xacə Şəmsəddin Məhəmməd Kirmaninin oğludur. Şair idi. Bəyani təxəllüsü ilə xoştəb şeir yazırdı. Mövlanə Şəhabəddin Abdulla Mirvarid Sultan Hüseyn Bayqaranın sarayında çalışmışdı. Mövlana Abdulla Mərvarid cavanlığında Sultan Hüseyn mirzənin xidmətində olmuş, hətta sədarət mərtəbəsinə çatmışdı. Axırda böyük əmirlər cərgəsinə daxil olmuş, Mir Əlişirin yerinə möhür vurmuşdu. Sultan Hüseyn mirzənin ölümündən sonra tənhalıq küncündə qərar tutmuşdu. Bu il o, dünyadan köçdü.
Şəhabəddin Yəhya Sührəverdi
Şihabəddin Yəhya Sührəvərdi (fars. شهاب‌الدین سهروردی‎) — tam adı Şihabəddin Əbülfütuh Yəhya ibn Həbəş ibn Əmirək Sührəvərdi olan XII əsr Azərbaycan və İran filosofu, sufi, İşraqilik fəlsəfi məktəbinin banisi. İslam mistisizminin ən mühüm nümayəndələrindən biri olan Sührəvərdi eyni zamanda "Şeyx əl-Məqtul" və "Şeyx əl-İşraq" ləqəbləriylə də tanınmışdır. Şihabəddin Yəhya Sührəvərdinin onlarla əsərinin müxtəlif tarixdə köçürülmüş yüzə yaxın əlyazma nüsxəsi dünyanın otuzdan çox kitabxanası, əlyazmaları fondunda saxlanılır. Onların əksəriyyəti AMEA Əlyazmalar İnstitutunda, Sankt-Peterburqda Şərqşünaslıq İnstitutunda, Türkiyədə Sultan Fateh, Yusif Ağa, Əsəd Əfəndi, Saray III Əhməd, Raqib, Rza Paşa, Aşir, Cərullah, Aya Sofiya Muzeyi, İstanbul universiteti, Laləli, Nuri Osmaniyyə, Emniyyə, Şəhid Əli Paşa kitabxanalarında, İranda Astan-qüds Rəzəvi, Səltənət, Milli, Şura Məclisi, Tehran Universiteti, Sepəhsalar ali mədrəsəsi, Firdovsi milli kitabxanalarında, Suriyada Zahiriyyə, Misirdə Xidiviyyə, Dar əl-kütub, Bələdiyyə kitabxanalarında, İraqda Bağdad universiteti kitabxanasında, Hindistanda Bankipur kitabxanasında, İngiltərədə Britaniya muzeyi kitabxanasında və Fransada Paris Milli Kitabxanasında saxlanılır. Şihabəddin filosofun ləqəbidir. Şəmsəddin Şəhrəzuri "Şihab əl-millə və-l-haqq və-d-din" (millətin, haqqın və dinin axan ulduzu) yazır. Əleyhdarları isə sadəcə Şihab (əş-Şihab – axan ulduz) yazırlar. Filosofun künyəsi Əbülfütuh "Qələbələr atası" mənasını verir. Sührəvərdinin öz adı isə mənbələrdə müxtəlif şəkildə qeyd edilmişdir.
Şəhabəddin Yəhya Sührəvərdi

Sarıməddin İbrahim bəy Ramazanoğlu
Sarımüddin İbrahim bəy Ramazanoğlu (türk. II İbrahim bey Ramazanoğlu; ? - 1427) - Ramazanoğulları bəyliyinin hökmdarı. Şəhabəddin Əhməd bəyin ölümündən sonra oğulları arasında hakimiyyət uğrunda müharibə başladı. Bu mübarizədə İbrahim bəy hakimiyyəti ələ keçirə bildi. Məmlük sultanına elçilər göndərərək tabe olduğunu bildirdi. Ramazanoğulları bəyliyindəki ara müharibədən istifadə edən Qaramanoğulları Tarsusu yenidən ələ keçirdilər. Məmlük sultanı Məlik ül-Müəyyəd 1417-ci ildə Suriya səfərinə çıxdı. Məmlük ordusu Amik düzənliyinə çatanda İbrahim bəy Ramazanoğlu ordusu ilə ona qoşuldu. Ailəsi ilə sultanın hüzuruna çıxan İbrahim bəy, sultanın inamını qazandı.