Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Anohana: The Flower We Saw That Day
Anohana: The Flower We Saw That Day (azərb. Anohana: Həmin gün gördüyümüz çiçək‎), Yaponiyada tanınan adı ilə Ano Hi Mita Hana no Namae wo Bokutachi wa Mada Shiranai. (あの日見た花の名前を僕達はまだ知らない。, "Biz hələ də həmin gün gördüyümüz çiçəyin adını bilmirik.") — Tatsuyuki Naqayın rejissorluğu ilə 2011-ci ildə A-1 Pictures studiyası tərəfindən çəkilmiş 11 seriyalıq anime serialı. Fuji TV-nin NoitaminA bloku vasitəsilə 2011-ci ilin aprelindən iyununa kimi yayımlanmışdır. Şimali Amerikada NIS America tərəfindən lisenziyalaşdırılmışdır. 31 avqust 2013-cü ildə Yaponiyada anime filminin premyerası baş tutmuşdur.
What We Saw from the Cheap Seats
What We Saw from the Cheap Seats — ABŞ müğənnisi Regina Spektorun altıncı studiya albomu. 29 may 2012-ci ildə Sire Records tərəfindən buraxılıb.
Aerodramus sawtelli
Aerodramus sawtelli (lat. Aerodramus sawtelli) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin uzunqanadlar fəsiləsinin aerodramus cinsinə aid heyvan növü.
Bulbophyllum sawiense
Bulbophyllum sawiense (lat. Bulbophyllum sawiense) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Notharchus sawinsoni
Notharchus sawinsoni (lat. Notharchus sawinsoni) — notharchus cinsinə aid heyvan növü.
Plantago major var. sawadai
Böyük bağayarpağı (lat. Plantago major) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin bağayarpağı cinsinə aid bitki növü. Hündürlüyü 6-50 sm olan çoxillik ot bitkisidir. Gövdəsi (adətən bir neçə) yarpaqsızdır, dar, uzun sümbüllə başa çatır. Enli, yumurtavari, bütöv, 5-7 damarlı, enli saplaq üzərində yerləşən çılpaq yarpaqları birbaşa kökyanı rozetdən çıxır. May-sentyabr aylarında çiçəkləyir, iyun-oktyabr aylarında meyvə verir. Böyük bağayarpağı boreal coğrafi tipinin palearktik sinfinin palearktik-meşə qrupuna aiddir. Avropada, Balkan və Kiçik Asiya ölkələrində, İran, Əfqanıstan, Hindistan, Himalay, Yaponiya, Çin, Monqolustan, Şimali Amerika, Rusiya, Orta Asiya və Qafqazda yayılmışdır. Azərbaycanda böyük bağayarpağı bütün rayonlarda arandan subalp qurşağına kimi (dəniz səviyyəsindən 2600 m qədər) bitir Plantago borysthenica Wissjul. Plantago dregeana Decne.
Plantago sawadai
Böyük bağayarpağı (lat. Plantago major) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin bağayarpağı cinsinə aid bitki növü. Hündürlüyü 6-50 sm olan çoxillik ot bitkisidir. Gövdəsi (adətən bir neçə) yarpaqsızdır, dar, uzun sümbüllə başa çatır. Enli, yumurtavari, bütöv, 5-7 damarlı, enli saplaq üzərində yerləşən çılpaq yarpaqları birbaşa kökyanı rozetdən çıxır. May-sentyabr aylarında çiçəkləyir, iyun-oktyabr aylarında meyvə verir. Böyük bağayarpağı boreal coğrafi tipinin palearktik sinfinin palearktik-meşə qrupuna aiddir. Avropada, Balkan və Kiçik Asiya ölkələrində, İran, Əfqanıstan, Hindistan, Himalay, Yaponiya, Çin, Monqolustan, Şimali Amerika, Rusiya, Orta Asiya və Qafqazda yayılmışdır. Azərbaycanda böyük bağayarpağı bütün rayonlarda arandan subalp qurşağına kimi (dəniz səviyyəsindən 2600 m qədər) bitir Plantago borysthenica Wissjul. Plantago dregeana Decne.
Saweetie
Diamonte Kiava Valentin Harper (ing. Diamonté Quiava Valentin Harper; 2 iyul 1993[…], Heyvard, Kaliforniya) — əsasən Saweetie ləqəbi ilə tanınan amerikalı repçi.
Say Say Say
Say Say Say — Maykl Cekson və Pol Makkartninin birgə ifa etdiyi mahnı. Elə ifaçı cütlük tərəfindən yazılan mahnının prodüserliyini Makkartninin 1983-cü ildə çıxardığı Pipes of Peace albomunun da prodüseri olan George Martin edib. Mahnı cütlüyün Maykl Ceksonun 1982-ci ildə çıxardığı Thriller albomuna daxil olan "The Girl Is Mine" mahnısından sonra ikinci duetidir. 1983-cü ilin oktyabrında mahnı satışa çıxarılandan sonra "Say Say Say" Ceksonun bir ildə top onluğa daxil olmuş yeddinci mahnısı oldu. Mahnı ABŞ-də birinci, Böyük Britaniyada isə ikinci yerə qədər yüksələ bildi. Mahnı həmçinin Norveç, İsveç, Avstriya, Avstraliya, Yeni Zellandiya, Niderland və İsveçrədə də hit paradların zirvələrini fəth etdi. ABŞ-də Recording Industry Association of America tərəfindən pltinium sertifikatı verilən mahnıya klip də çəkilib. Klipin rejissoru Bob Giraldidir.
SAM
Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və sa qısaca SAM — Azərbaycan Respublikasında aparılan strateji araşdırmaların koordinasiyasını və ali dövlət hakimiyyəti orqanlarının fəaliyyətinin elmi-analitik informasiya təminatını həyata keçirən dövlət qurumudur; dövlət elmi-tədqiqat təşkilatıdır. Strateji Araşdırmalar Mərkəzinin direktoru: fəlsəfə üzrə fəlsəfə doktoru Fərhad Məmmədov, direktor müavini: filologiya üzrə fəlsəfə doktoru Gülşən Paşayeva (2018-ci ilin iyul ayınadək). 2019-cu il 14 yanvar tarixində prezident İlham Əliyevin verdiyi fərmanla mərkəz ləğv olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 noyabr 2007-ci ildə imzaladığı, 648 №-li fərmanı ilə (Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin yaradılması və Nizamnaməsinin təsdiq edilməsi haqqında) yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2008-ci il tarixli Sərəncamı ilə, siyasi elmlər doktoru Elxan Nuriyev Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin missiyası Azərbaycanda və yerləşdiyimiz regionda baş verən hadisələri izləmək, analiz etmək, habelə aparılmış araşdırmalar və ya verilmiş sifarişlər əsasında dövlət orqanlarına və ölkə rəhbərliyinə məsləhətlər və tövsiyələr təqdim etməkdir.
SAO
Sword Art Online (ソードアート・オンライン, Sōdo Āto Onrain, azərb. Onlayn Qılınc Sənəti‎) və ya qısaca SAO — 2009-cu ildən abec-in rəssamlıği ilə Reki Kavahara tərəfindən yazılan ranobe seriyası. Ranobe seriyası yaxın gələcəkdəki müxtəlif virtual dünyalarda oynayan Kazuto "Kirito" Kiriqaya və Asuna Yuukinin macəralarından bəhs edir. Ranobe seriyası 10 aprel 2009-cu ildən ASCII Media Works nəşriyyatı tərəfindən Dengeki Bunko imprinti ilə nəşr olunur. 2012-ci ilin oktyabrında isə spin-offu istehsal olunmuşdur. Ranobe seriyasında ASCII Media Works və Kadokawa nəşriyyatları tərəfindən çap olunan 9 manqa adaptasiyası peyda olmuşdur. Ranobe seriyası və manqa adaptasiyaları Yen Press tərəfindən Şimali Amerika regionu üçün lisenziyalaşdırılmışdır. A-1 Pictures studiyası tərəfindən istehsal olunmuş eyniadlı anime serialı adaptasiyası Yaponiyada 2012-ci ilin iyulundan dekabrına kimi yayımlanmışdır. "Extra Edition" seriyası 31 dekabr 2013-cü ildə, anime serialının ikinci mövsümü olan "Sword Art Online II" isə 2014-cü ilin iyulundan dekabrına kimi Yaponiyada nümayiş etdirilmişdir. Reki Kavaharanın orijinal hekayəsinə əsaslanan"Sword Art Online: Ordinal Scale" anime filmi 18 fevral 2017-ci ildə Yaponiyada ekranlaşdırılmışdır.
SAS
Special Air Service və ya SAS (Azərb. Xüsusi Hava Xidməti) — Böyük Britaniya Silahlı Qüvvələrinin Xüsüsi Təyinatlılar bölməsi. SAS hərbi bölməsi 24 avqust 1941-ci ildə, İkinci dünya müharibəsi zamanı leytenant Devid Sterlinq tərəfindən yaradılmışdır. Bölmə Hava-Desantında xidmət edən könüllülərdən ibarət idi. Bölmənin əsas vəzifəsi Şimali Afrikada düşmənə qarşı reydlər keçirməkdən ibarət idi. 30 noyabr 1946-cı ildə bölmə dağıdılmışdır, ancaq 1947-ci ildə SAS hərbi bölməsi yenidən yaradılmışdır. SAS bugünəcən fəaliyyət göstərir. SAS xüsüsi təyinatlıların əsas vəzifəsi bulardır: Birləşmiş Krallığ hökumətinin siyasətinə dəstək Terrorçuluğa qarşı həm ölkənin içində həm də dünyada mübarizə Digər ölkələrdən əsgər yığımı və hazırlanması Birləşmiş Krallığın Xüsusi Təyinatlıları heç vaxt birbaşa ictimaiyyət arasından seçilmir. Silahlı Qüvvələrin bütün hazırkı üzvləri bura qoşulmaq üçün seçim mərhələsində iştirak edə bilər, lakin namizədlərin əksər hissəsi keçmişdə komando və ya desant olanlardır. Seçim mərhələsi ildə 2 dəfə, yayda və qışda olur.
SAT
SAT (Türkiyə)
Sac
Sac — çörək və ya yemək bişirmək üçün istifadə olunan məişət əşyası. Sac qədim tarixə malikdir. Qədim zamanlarda köçərilər köç edərkən getdiyi yerlərdə yemək və çörək bişirmək məqsədilə sacı da özləriylə birgə aparardılar. Azərbaycanda hələ qaz sobası və tava ixtira olunmamışdan əvvəl çörək və yemək bişirmək üçün saclardan istifadə olunurdu. Azərbaycan ərazisində tapılmış ən qədim sac nümunəsi e.ə. IV minilliyinə aiddir. XVII əsrdən başlayaraq gil sac daha möhkəm və böyük, hazırda istifadə olunan tökmə üsulu ilə hazırlanmış dəmir sacla əvəz olunmuşdur. Bir tərəfi bir qədər qabarıq - günbəz, digər tərəfi isə çökək - oyuq olan dəyirmi formadadır. Qabarıq hissə sac üstü, oyuq hissə isə sac içi adlanır. Sacın qabarıq tərəfində yuxa, çörək, kökə, qutab bişirilir.
Sad!
"Sad!" (böyük hərflərlə) — amerikalı repçi XXXTentacion-un ? albomunda səslənən mahnısı. Mahnı, albomun aparıcı sinqlı olub, 2 Mart 2018 tarixində çıxdı. Parça John Cunningham tərəfindən hazırlanmış və XXXTentacion tərəfindən yazılmışdır. Mahnı, XXXTentacion-un ABŞ-dakı ən çox dinlənən mahnısıdır, 18 iyun 2018-ci ildə, ölümündən sonra Billboard Hot 100-də bir nömrəyə çatdı. Mahnının musiqi videosu vəfatından sonra iyunun 28-də, YouTube kanalında yayımlandı.
Sal
Sal — yan-yan bağlanmış taxta və ya tirlərdən ibarət olan qədim su nəqliyyatı vasitəsi. Qədim zamanlarda çayın bir sahilindən digər sahilinə keçmək və bəzən də müəyyən yerlərə getmək üçün ağac kötükləri suya salıb ondan tutur və yaxud da üstünə minib üzürdülər. Sonralar bu məqsədilə içərisi hava ilə doldurulmuş tuluqdan da istifadə edilirdi. Tikinti, yanacaq və sairə üçün çay kənarı meşlərdən qırılmış ağacları kəndir və ya tənək çubuqları ilə bir-birinə çatır, çayın axarı istiqamətində hərəkət etdirərək istənilən sahili çıxarırdılar. Ağac materiallarını su ilə bu cür axıdılması xalq arasında sal adlanırdı. Yan-yan bağlanmış taxta və ya tirlərdən ibarət olub, su nəqliyyatı vasitəsi hesab edilən sal Azərbaycan dilində "ibtidai gəmi" mənasında işlədilmişdir. Salı çayın dayaz və burulğan yerlərindən keçirmək üçün üzgüçülər onun qabaq tərəfindən tutub çəkir, istiqamətini dəyişdirir, arxadan qabağa doğru itələyidilər. Sakit axınlı çaylarda isə salın arxa tərəfində, onun üstündə dayanaraq "çəp" (təxminən 2, 5–3 metr uzunluğunda) ucu iti ağac vasitəsilə istiqamətini lazımi səmtə yönəldirdilər.
Sar
Əsl sar (lat. Buteo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Say
Say bir rəqəmi ifadə edən simvol ya da rəqəmlər yaxud simvollar qrupudur. Bu mənalara gələ bilər: Say sistemləri Say (qrammatika) Say — rəqəm.
Saz
Saz — təzənə (mizrab) ilə çalınan simli çalğı alətidir. O, ulu ozan sənətinin davamçısı olan aşıq və saz-söz sənətinin ayrılmaz tərkib hissəsidir. Saz eyni zamanda türk dünyasının, türk mənəviyyatının rəmzlərindən biridir. Sinkretik, yəni özündə çalğı, oxuma, şeir demə, söz və dastan ifaçılığı, aktyorluq və rəqs (plastika) sənətlərini birləşdirən saz-söz sənəti, muğam sənəti ilə yanaşı, Azərbaycan milli mədəniyyətinin ən əski qatları ilə bağlıdır. Qədim türkdilli xalqlarda şaman, qam, oyun, baxşı, yanşaq, varsaq və nəhayət, ozan kimi tanınan sənətkarlar bugünkü aşığın əcdadları sayılırlar. Ozan sənəti yüzilliklər və minilliklər boyu böyük təkamül yolu keçərək aşıq sənətinə çevrildiyi kimi, qopuz da ona oxşar təkamül yolu keçərək saz aləti şəklini almışdır. Saz artıq Şah İsmayıl Xətainin dövründə (XVI əsr) indiki şəklini almışdı. Şah İsmayıl Xətainin könül oxşayan qoşmalarının birində saz belə tərənnüm edilir: Bu gün ələ almaz oldum mən sazım Ərşə dirək-dirək çıxar mənim avazım. Dörd iş vardır hər qarındaşa lazım: Bir elm, bir kəlam, bir nəfəs, bir saz. Azərbaycan sazı türkdilli xalqlar arasında yayılmış saz və ona oxşar alətlərdən çalğı texnikası, səsyayımı (akustikası) baxımından danılmaz üstünlükləri ilə seçilir.
Bəni-Saf
Bəni-Saf (ərəb. بني صاف‎) — Əlcəzairin Aralıq dənizi sahilində, Əyn-Təmüşənt vilayətində liman şəhəri və kommuna. Ölkənin şimal-qərbində, Vəhrandan təxminən 80 kilometr (50 mil) cənub-qərbdə yerləşir. Şəhərin əsası 1876-cı ildə qoyulmuşdur. Bəni-Safın cənubunda dəmir filizi çıxarılır. 2010-cu ilin məlumatına görə şəhərin əhalisi 43,802 nəfərdir; 2008-ci ilin məlumatlarına görə onun sayı 42,284 nəfər idi. Kommunanın sahəsi 61,3 km2-dir. Бени-Саф // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл.
Fazıl Say
Fazıl Say (türk: [faːˈzɯɫ saj], 14 yanvar 1970, Ankara) — Türk klassik musiqi pianoçusu və bəstəkarı. 1970-ci il yanvarın 14-də Ankarada anadan olub. Atası yazıçı, ədəbiyyatşünas və musiqişünas Əhməd Say, anası isə əczaçı Gürgün Saydır. Eyni adı daşıdığı babası Fazıl Say, Roza Lüksemburqun Spartakusbund müqavimət komandasında idi. Onun 4 yaşı olanda atası ilə anası boşanıb. Dodaq və damaq yarığı ilə doğulan Say, körpəlik dönəmində əməliyyata alındı və dodaq yarığı tikildi. Həkiminin nəfəs alətində ifa etmək üzrə tövsiyəsi ilə melodika çalmağa başladı. Dörd yaşında fortepiano çalmağa başlayan Say, Ankara Dövlət Konservatoriyasının İstedadlı Uşaqlar üçün Xüsusi Statusda təhsil alıb və 1987-ci ildə konservatoriyanın fortepiano və bəstəkarlıq bölmələrini bitirib. Almaniya təqaüdü ilə Düsseldorf Musiqi Məktəbində təhsilini davam etdirib. 1991-ci ildə konsert solisti diplomu alıb və 1992-ci ildə Berlin Dizayn İncəsənət və Musiqi Akademiyasında fortepiano və kamera musiqisi müəllimi vəzifəsinə təyin edilib.
Katrina Law
Katrina Lo (ing. Katrina Law; d. 1 yanvar 1985, Nyu Cersi) — Alman, italyan və Tayvan mənşəli ABŞ-lı model və aktrisa. O, həmçinin özünün "Soundboard Fiction"da vokalist və bas gitaraçıdır. Televiziya serialı olan "Spartak: Qan və Qum" və "Spartak: İntiqam"-da Mira (Battiatusun evində kölə) rolunu canlandırmışdır. Həmçinin "Ox" adlı filmdə Nyassa al Ghul rolu ilə də tanınır. 2013-ci ilin yazında "Ölüm Vadisi"filminin çəkilişi başladı. Fevral 2014-cü ildə televiziya seriyası "Ox" ortaya çıxdı.
SAP AG
SAP — mərkəzi Almaniyanın Ualldorf şəhərində yerləşən Avropanın ən böyük proqramlaşdırma şirkəti. SAP 1972-ci ildə IBMin beş keçmiş işçisi tərəfindən "Systemanalyse und Programmentwicklung" (azərb. Sistem Analizi və Proqramlaşdırma‎) adı altında Almaniyanın Mannheym şəhərində yaradılmışdır. Rəsmi sayt Yahoo!
SAP SE
SAP — mərkəzi Almaniyanın Ualldorf şəhərində yerləşən Avropanın ən böyük proqramlaşdırma şirkəti. SAP 1972-ci ildə IBMin beş keçmiş işçisi tərəfindən "Systemanalyse und Programmentwicklung" (azərb. Sistem Analizi və Proqramlaşdırma‎) adı altında Almaniyanın Mannheym şəhərində yaradılmışdır. Rəsmi sayt Yahoo!
SAT (Türkiyə)
SAT - Su Altı Taaruz SAS - Su Altı Savunma Dünyanın ən yaxşı xüsusi təyinatlılarından sayılan Türkiyənin məşhur Su Altı Taaruz (SAT) və Su Altı Savunma (SAS) xüsusi təyinatlıları istənilən şəraitdə, həm su altında, həm də üstündə əməliyyatlar aparmağa qadir birlik kimi özünü doğruldub. Ekranlarda ilk dəfə 1996-cı ildə görünən, SAT komandoları baş nazir Tansu Çillərin "o əsgər gedəcək, o bayraq enəcək", - deməsindən sonra kiçik qayıqlarla Kardak adasına yaxınlaşıb, oradakı qayalıqlara qaldırılmış yunan bayrağını endirdilər. Kardakda yenidən Türk bayrağı dalğalandı. İş o yerə çatdı ki, kiçik bir SAT komando qrupu ərazidəki yunan hərbi gəmilərinə təhdid yaratdı. Məsələ beynəlxalq səviyyəyə çıxdı. Sonradan SAT komandolarından biri mətbuata müsahibəsində bildirmişdi ki, Kardak əməliyyatını uğurla reallaşdıran SAT qrupu ərazidəki 2 yunan hərbi gəmisini zəbt etmək üçün komandanlığın əmrini gözləyirmiş. SAT-çılara 1999-cu ildə PKK-nın lideri Abdullah Öcalanı İmralıya aparmaq həvalə olundu. Bir neçə il əvvəl isə SAT/SAS birliyi İsrailin Livana təcavüzü zamanı Beyrutdakı 200 nəfər türkün bu ölkədən təxliyyəsini həyata keçirməklə öz adını dünyanın hərb tarixinə yazdı. Türkiyə SAT-ı özünü dünyaya duyurduğundan xarici hərbi nəşrlərdə "dünyanın ən təhlükəli əsgərləri" adlanmağa başlayıb. İlk dəfə 1963-cü ildə amerikanlar tərəfindən Sovetlər Birliyinə qarşı yaradılmış SAT/SAS birliyi elə hazırlanmışdı ki, lazım gəldikdə dənizin içində qurulmuş "məftil çəpərlərin" o biri tərəfinə keçməklə təhlükələrə anında qarşılıq verməli idi.
SAT İmtahanı
SAT – Amerika Birləşmiş Ştatlarında kolleclərə qəbul üçün nəzərdə tutulan standartlandırılmış test. Test əvəllər Sxolastik Qabiliyyət Testi və yaxud Sxolastik Qiymətləndirmə Testi adlandırılırdı. SAT Birləşmiş Ştatlarda qeyri-kommersiya təşkilatı olan Kollec Şöbəsi tərəfindən qəbul edilir, dərc olunur və inkişaf etdirilir. Əvvəllər isə o, Təhsil Test Xidmətləri (TTX) tərəfindən inkişaf etdirilmiş, dərc olunmuş və nəticədə böyük üstünlük qazanmışdı. 2005-ci ildə bu test “SAT Məntiq Testi” adlandırıldı. Kollec Şöbəsi qeyd edir ki, SAT kollecdəki akademik uğur üçün lazım olan tənqidi təfəkkür bacarıqlarını təyin edir. Qeyd olunur ki, SAT test verənlərin problemləri necə təhlil və həll etmə bacarıqlarını qiymətləndirir. SAT adətən, orta məktəbin aşağı və yuxarı sinif şagirdləri tərəfindən istifadə olunur. Kollec Şöbəsi bildirir ki, orta məktəbdə orta dərəcəli qiymətləndirmə ilə birlikdə SAT-dan istifadə olunması kollecdəki uğurun daha yaxşı göstəricisidir. Amerikada federal, yerli idarə və özəl, distant və ölkədaxili məktəblərdə təhsil alan tələbələrin sayının çoxalması ilə əlaqədar olaraq maliyyələşdirmə, tədris planı və qiymətləndirmədə mühüm fərqlər var, buna görə də ABŞ orta məktəblərində çətinliklər mövcuddur.
Saç kökləri
Tük kökləri — Saç folekulu bir məməli dəri orqanıdır. Dərinin dermal qatında yerləşir və hər biri fərqli bir funksiyaya malik olan 20 fərqli hüceyrədən ibarətdir. Saç folekulu hormonlar, immun hüceyrələr arasında kompleks qarşılıqlı təsir nəticəsində saç böyüməsini tənzimləyir. Bu mürəkkəb qarşılıqlı təsir saç kökünü bədənin müxtəlif yerlərində fərqli tük növləri əmələ gətirir. Məsələn, terminal saçlar baş dərisində uzanır, lanugo tükləri uşaqlıqdakı və bəzi yeni doğulmuş uşaqların döllərinin bədənini örtür. Tüklərin böyüməsi ayrı -ayrı mərhələlərdə baş verir. Birinci mərhələ anagen adlanır və aktiv böyümə mərhələsidir, telogen istirahət mərhələsidir, katagen saç folekul fazasının geriləməsidir, ekzogen aktiv saç tökülmə mərhələsidir və nəhayət kenogen boş saçlar arasındakı fazadır. İnsan saç funksiyası uzun müddətdir ki, maraq mövzusudur və cəmiyyətdə, inkişaf biologiyasında və tibbdə vacib bir mövzu olmağa davam edir. Bütün məməlilər içərisində insanlar, bədənin digər hissələrində saç böyüməsi ilə müqayisədə baş dərisində ən uzun saç böyüməsi mərhələsinə sahibdirlər. Əsrlər boyu insanlar estetikanı saç dərisinin saç düzümü və üslubu ilə əlaqələndiriblər və bu, tez -tez cəmiyyətdəki sosial və ya mədəni normaları çatdırmaq üçün istifadə olunur.
Saç köpüyü
Saç köpüyü və ya saç musu (ing. Hair mousse) — bir saç forma vermə məhsuludur ki əlavə həcm və parlaq üçün saça əlavə edilir. Molazadə, Minu." Venus makiyaj və bəzəmə təlimi".
Sağ mədəcik
Sağ mədəcik (lat. Ventriculus dexter) — üçbucaqlı piramidaya bənzəyir; bunun əsəsı sağ qulaqcığa və zirvəsi aşağı doğru baxır. Sağ mədəcikdən ağciyər kötüyü başlandığı üçün iki hissəyə bölünür; dal hissəsi tam mənada mədəcik boşluğunu təşkil edərək sağ qulaqcıq ilə rabitədə olur; qabaq hissəsi isə konusa ya qıfa bənzədiyi üçün (lat. conus arteriosus s. infundibulum) adlanır. Bunlar bir-birindən əzələvi bir daraq — (lat. crista supraventricularis) vasitəsilə ayrılmışdır. Qurluş cəhətcə konusun fərqi bundadır ki, burada ətli atmalar yoxdur, divar hamardır. Sağ mədəcik divarlarınada bir çox ətli atmalar — (lat. trabeculae carneae) və üç ədəd məməyəbənzər əzələ — (lat.
Sağ mərkəzçilik
Sağ mərkəzçilik və ya mərkəz sağçılıq — cəmiyyətdə tədrici, təkamül xarakterli dəyişikliklərə əsaslanan ictimai-siyasi cərəyan. Siyasətdə sağ mərkəzçilər, onların fikrincə, siyasi spektrin sağ cinahına aid olan, lakin digər sağçılarla müqayisədə mərkəzə daha yaxın olan siyasətçilər və partiyalar hesab edilir. Bu, həm də bəzi məsələlərdə mərkəzçilərlə blokadaya düşən mötədil sağçı siyasi baxışların və sosial transformasiya üsullarının birləşməsi kimi də şərh oluna bilər. Sağ mərkəzçilərə xristian demokratlar, sosial mühafizəkarlar, klassik liberallar, iqtisadi liberallar, mühafizəkar liberallar, liberal mühafizəkarlar, neoliberallar, milli mühafizəkarlar, milli demokratlar və milli liberallar kimi istinad etmək adətdir. 2019-cu ildə aparılan araşdırmaya görə, 2018-ci ildə sağ mərkəzçi partiyalar 21 Qərb demokratiyasında təxminən 27% səs toplamışdır. Bu, 1960-cı ildəki 37%-dən azalma idi.
Sağ qalmalı
"Sağ qalmaq" (orijinal adı "Lost") – amerikan teleserialıdır. İlk dəfə 2004-cü il sentyabrın 22-də Amerikanın ABC kanalında yayımlanmışdır. Sidneydən Los-Ancelesə uçan təyyarə qəflətən qəzaya uğrayır. Sağ qalan 48 sərnişin tropik adada peyda olurlar. 6 mövsümdən ibarət olan serial 121-ci bölümü ilə 23 May 2010 tarixində sona çatmışdır. Hər epizod təqribən 43 dəqiqədən ibarətdir. Serialın mükafatları arasında Emmi mükafatı və Qızıl Qlobus və s. qeyd oluna bilər. Azərbaycanda ANS kanalında yayımlanmışdır. 2004-cü ilin sentyabr ayının 22-də Amerikanının ABC telekanalında ilk dəfə yayımlanan sözügedən serialın 1-ci epizodu ekran başına təqribən 19 milyon tamaşaçı toplamışdır.
Sağ qalmaq
"Sağ qalmaq" (orijinal adı "Lost") – amerikan teleserialıdır. İlk dəfə 2004-cü il sentyabrın 22-də Amerikanın ABC kanalında yayımlanmışdır. Sidneydən Los-Ancelesə uçan təyyarə qəflətən qəzaya uğrayır. Sağ qalan 48 sərnişin tropik adada peyda olurlar. 6 mövsümdən ibarət olan serial 121-ci bölümü ilə 23 May 2010 tarixində sona çatmışdır. Hər epizod təqribən 43 dəqiqədən ibarətdir. Serialın mükafatları arasında Emmi mükafatı və Qızıl Qlobus və s. qeyd oluna bilər. Azərbaycanda ANS kanalında yayımlanmışdır. 2004-cü ilin sentyabr ayının 22-də Amerikanının ABC telekanalında ilk dəfə yayımlanan sözügedən serialın 1-ci epizodu ekran başına təqribən 19 milyon tamaşaçı toplamışdır.
Sağ qulaqcıq
Sağ qulaqcıq – (lat. Atrium dextrum) ürək əsasının qabaq və sağ tərəfini işğal etmişdit etmişdir və özü də kub şəklindədir. Bunun yuxarı divarına yuxarı boş venanın dəliyi (ağzı) – (lat. ostium venae cavae superioris) və arxa divarını aşağı boş venanın dəliyi (ağzı) – (lat. ostium venae cavae inferioris) açılır. Bunların arasında arxa divar üzərində xüsusi bir qabarcıq – (lat. tuberculum intervenosum (Loweri – BNA)) vardır. Bu qabarcıq embrional dövrdə yuxarı boş venadan gələn qanın axınını sağ mədəciyə doğru yönəldir və müəyyən dərəcədə Yuxarı və aşağı boş venalardan gələn qan axınlarının bir-birinə toqquşmasına mane olur. Sağ qulaqcığın ön hissəsi çıxıntı şəklində olur və sağ seyvanı – (lat. auricula dextra) təşkil edir.
Şax-şax
Şax-şax və ya Cığcığa — körpələrə əyləncə üçün xüsusi olaraq istehsal edilmiş səsli oyuncaq.
Şad
Şad (Əski türkcə: 𐱁𐰑) - Qədim türk titullarından biri. Adətən hökmdarın ailəsindən olan şəxsə verilirdi. Yabqudan bir pillə yuxarıda dayanırdı. Türgişlər dövlətində şad şərq torpaqlarını, yabqu isə qərb torpaqlarını idarə edən hakim idi. Movses Kalankatlı Bağa Şadın oğlu Böri Şaddan bəhs edir.
Şah
Şah — Yaxın və Orta Şərqin bəzi ölkələrində və Dehli sultanlığında monarxın titulu. Şah titulu ilk dəfə Sasanilər dövlətində işlənməyə başlamışdır. Səfəvi dövlətində də hökmdar şah adlanırdı. İranda şahlıq devrilənədək şaha şahənşah deyilirdi. Şahbanu — şah arvadı, padşahın xanımı Şahzadə — şah oğlu və ya padşah ailəsindən olan şəxslərin övladlarından biri Padşah (farsca şahlar hökmdarı) titulu şahənşah və imperator titullarına uyğundur.
Şak
𐕐 (səslənməsi /ʃ/, transkripsiyası Ş, ş) — Alban əlifbasının 33-cü hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Շաք (Şakʿ) kimi verilmişdir. Tədqiqatçılar Jost Gippert və Wolfgang Schulze'nin fikrincə bu hərfin adı doğrudur və sadə Ş səsini bildirir. Bu səs özünü udi dilində əsasən qoruyub saxlamışdır.
Şan
Şan (alm. Schaan‎) – Lixtenşteynin ən iri yaşayış məntəqəsi. Ölkənin paytaxtı Vadus şəhərinin yaxınlığında, mərkəzində yerləşir. 2010-cu ilin məlumatlarına görə əhalinin sayı 5767 nəfər, sahəsi isə 26,921 km²-dir. Rəsmi kodu 7005, poçt indeksi 9494. Cənubdan paytaxt Vadusla, şərqdən Trizenberq və Plangen, şimaldandan isə Eşen və Qamprin şəhərləri ilə sərhədlənir. Qərbdən isə İsveçrə ilə həmsərhəddir. Şərq hissədə "Üç bacı" sıra dağları ucalır.
Şax
Ağ şam
Ağ şam (lat. Abies) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinə aid bitki cinsi. Ağ şamağacının Qafqazda bir növü bitir. Həmin növdə Qafqaz aşırımında bitir. Ağ şamağacı 600-700 il yaşayır. Hündürlüyü 55 metrə çatır. Bəzi növlərinin oduncağından musiqi alətləri, mebel hazırlanmasında, sellüloz istehsalında istifadə edilir. Qabığında çoxlu miqdarda qatran vardır. Ağ şamağacının yağı sintetik kamfora almaq üçün xammaldır. Qafqazın qara dəniz sahillərində yaşıllaşdırma məqsədilə əkilir.
Babur şah
Qazi Zahirəddin Məhəmməd Babur (fars. ﻇﻬﻴﺮﺍﻟﺪﻳﻦ محمد‎ ; al-ṣultānu 'l-ʿazam wa 'l-ḫāqān al-mukkarram bādshāh-e ġāzī) (14 fevral 1483 — 26 dekabr 1530) — Böyük Moğol İmperiyasının qurucusu və ilk hökmdarıdır. Baburun Çağatay türkcəsində yazdığı və həyatından xronoloji olaraq bəhs etdiyi Baburnamə əsəri Türk ədəbiyyatı tarixində önəmli yerə sahibdir. Xətti Babur deyilən yazı sistemini təkmilləşdirən Babur eyni zamanda Çağatay türkcəsində yazılmış ədəbiyyatın Əlişir Nəvaidən sonra ən böyük şairi hesab olunur. Babur ata tərəfdən Teymurilər sülaləsindən, ana tərəfdən isə Çingizlilər sülaləsindəndir. Baburun atası Əmir Teymurun nəvəsi olan Ömər Şeyx Mirzə Barlas idi. Baburun anası isə Çingizlilər nəslindən olan Yunus xanın qızı Qutluq Nigar xanım idi. Baburun ata tərəfdən mənsub olduğu Teymurilər sülaləsinin əsasını qoyan Əmir Teymur əslən barlas boyundandı. Barlaslar Orta Asiyada yaşayan türkləşmiş monqol boyu idi. Monqolların gizli tarixi (rus.
Bağa Şad
Bağa Şad - Göytürk şahzadəsi və diplomatı idi. İkinci Fars-Türk müharibəsi və Üçüncü Fars-Türk müharibəsi dövründə Qafqazın şadı, yabqusu və tudunu olmuşdu. 616-628 illəri arasında Çin səfiri olaraq xidmət göstərmişdi.
Boz şam
Vətəni Şimali Amerikadır. 1832-ci ildə Londonda Mədəni Bitkilər Cəmiyyətinin katibi Corc Sabininin şərəfinə adlandırılmışdır. Orta hündürlükdə, çoxaylı gövdəyə malik ağacdır. Budaqları qısa olub, müxtəlif tərəflərə əyilmişdir. Qabığı boz-qonur, qalın, dərin qırışlıdır. Zoğları nazik, mavi-yaşıl rəngli, çılpaq və qırışlıdır. Tumurcuqları xırda, silindrik olub, uzunluğu 1,5-2 sm-dir. Qatranlı, qabıqların kənarları məxməri, açıq-qonurdur. İynəyarpaqların 3 ədədi bir yerə birləşmiş, bir-birindən aralı və sallaqdır, budaqların üzərində 3 ilə qədər qalır. Açıq mavi-yaşıl rəngli olub, uzunluğu 20-30 sm və eni 1,5 mm-dir, kənarları dişlidir, qatran kanalları parenximdə yerləşir.
Böri Şad
Börü Şad (Əski türkcə: 𐰋𐰇𐰼𐰃 : 𐱁𐰑) - İkinci Fars-Türk müharibəsi və Üçüncü Fars-Türk müharibəsi dövründə Qafqazın şadı, yabqusu və tudunu olmuşdu. 627-ci ildə Dərbənd şəhərini ələ keçirmişdi. O zaman Bərdədə oturan Sasani canişini Sema Vşnosl və ölkənin dini hakimi Vironun yanına elçi göndərib, ölkəni ona tabe etməyi təklif etdi. Knyaz bundan boyun qaçıraraq Sasanilərə sığındı. Katolikos Viro ona müqavimət göstərsə də tezliklə təslim oldu. 630-cu ilin Aprelində Ermənistanda Çorpan Tarxan başçılığında Şah Şəhrvəraz ın komandanlıq etdiyi 10000 əsgərdən ibarət olan Sasani ordusunu məğlub etdi. Həmin il Tonq Yabqu xaqanın ölüm xəbərini eşidib geri qayıtdı.
Börü Şad
Börü Şad (Əski türkcə: 𐰋𐰇𐰼𐰃 : 𐱁𐰑) - İkinci Fars-Türk müharibəsi və Üçüncü Fars-Türk müharibəsi dövründə Qafqazın şadı, yabqusu və tudunu olmuşdu. 627-ci ildə Dərbənd şəhərini ələ keçirmişdi. O zaman Bərdədə oturan Sasani canişini Sema Vşnosl və ölkənin dini hakimi Vironun yanına elçi göndərib, ölkəni ona tabe etməyi təklif etdi. Knyaz bundan boyun qaçıraraq Sasanilərə sığındı. Katolikos Viro ona müqavimət göstərsə də tezliklə təslim oldu. 630-cu ilin Aprelində Ermənistanda Çorpan Tarxan başçılığında Şah Şəhrvəraz ın komandanlıq etdiyi 10000 əsgərdən ibarət olan Sasani ordusunu məğlub etdi. Həmin il Tonq Yabqu xaqanın ölüm xəbərini eşidib geri qayıtdı.
Cahan şah
Müzəffərəddin Cahan ibn Yusif və ya Cahanşah (1397, Mardin – 11 noyabr 1467, Muş) — dövlət xadimi, şair, hürufi fəlsəfəsinin tanınmış nümayəndəsi. Cahanşah Qaraqoyunlu dövlətinin banisi Qara Yusifin üçüncü oğlu idi. "Həqiqi" təxəllüsü ilə Azərbaycan ədəbiyyatında öz yeri olan şairdir. Müzəffərəddin Cahanşah Həqiqi 1397-ci ildə Xoy şəhərinin yaxınlığında yerləşən kiçik bir kənddə doğulmuşdur. Teymurilər və Cəlairilərlə gərgin mübarizədə Qara Yusif Azərbaycandan başqa indiki Ermənistan ərazisi, Şərqi Gürcüstan, Ərəb və fars İraqını və həmçinin digər kiçik malikanələrin ərazilərini öz sərhədləri daxilində birləşdirən nəhəng bir dövlət yaratmağa nail olur. Cahanşah hələ erkən yaşlarından atası Qara Yusifin hərbi yürüşlərində və dövlət idarəçiliyində iştirak edərək həm də yaxşı təhsil almışdır. O öz dövrünün ən savadlı və maarifpərvər hökmdarlarından sayılır. 1420-ci ildə Qara Yusifin ölümündən sonra dövlətin daxilində çəkişmələr başlanır və ölkə parçalanma təhlükəsi ilə üzləşir. Teymurun oğlanları Şahrux və Baysunqur bundan istifadə edərək bir neçə dəfə Azərbaycan üzərinə hücuma keçirlər. Qara Yusifin oğlanlarından İskəndər Azərbaycanda hakimiyyəti ələ keçirərək, Şirvana hücum edərkən Şirvanşah I Xəlilullahın köməyinə Şahrux gəlir.
Cahandar Şah
Cahandar Şah — Böyük Moğol İmperiyasının IX padşahı.