BUT

but1

n amma, lakin; Your ifs and buts make me tired Sənin / Sizin ammaların / ammalarınız məni cana / təngə gətirib; But me no buts Mənimlə mübahisə / cəhl etmə

but2

adv 1. da; də; He is still but a child O, hələ də uşaqdır

but3

conj 1. amma, lakin; That is the ride, but there are many exceptions Qanun budur, amma / lakin çoxlu müstəsnalar da var; 2. başqa, savayı, özgə; All but he were present Ondan başqa hamı iştirak edirdi; No one saw him, but I Məndən başqa onu heç kim görmədi; He works all day but Sunday O, bazar günündən başqa bütün günləri işləyir, 3. all sözü ilə birləşmədə: all ~ az qala; He all but fell O, az qala yıxıla; 4. yox; He is anything but a poet Ona hər şey demək olar, lakin şair yox

but4

part ancaq; hələ; He is but fifteen O ancaq / hələ on beş yaşındadır

BUSY
BUTCHER
OBASTAN VİKİ
Con Uilks But
Con Uilks But (ing. John Wilkes Booth; 10 may 1838 – 26 aprel 1865[…]) — 14 aprel 1865-ci ildə ABŞ prezidenti Abraham Linkolna Vaşinqtondakı Ford teatrında sui-qəsd təşkil edən amerikalı teatr aktyoru. Butun atası tanınmış Şekspir rolları ifaçısı Cunius Brutus But və anası Meri Anna Holms 1821-ci ildə İngiltərədən ABŞ-yə köçmüşlər. Ailə Harford Kauntidə, Merilenndəki Bel-Erdə bir ferma satın almışdır. Con Uilks But 10 may 1836-cı ildə bu fermada anadan olmuşdur. Ona ailənin uzaq qohumu olduğu iddia edilən ingilis radikal siyasətçi Con Uilksin adı verilmişdir. Butun uşaqlığının keçdiyi ev "Tudor Holl" ailənin Harford Kauntidəki torpağında 1847-ci ildə inşa edilmişdir və bu gün də qalmaqdadır. == Sui-qəsd == Butun atası Cunius Brutus But XIX əsrin tanınmış teatr aktyorlarından biri idi. O, özü də 1860-cı illərdə ABŞ-də artıq istedadlı teatr aktyoru kimi tanınırdı. But Konfederasiya hakimiyyətinin tərəfdarı idi və Cənubun vətəndaş müharibəsində məğlub olması onu qəzəbləndirmişdi.
Con Vilks But
Con Uilks But (ing. John Wilkes Booth; 10 may 1838 – 26 aprel 1865[…]) — 14 aprel 1865-ci ildə ABŞ prezidenti Abraham Linkolna Vaşinqtondakı Ford teatrında sui-qəsd təşkil edən amerikalı teatr aktyoru. Butun atası tanınmış Şekspir rolları ifaçısı Cunius Brutus But və anası Meri Anna Holms 1821-ci ildə İngiltərədən ABŞ-yə köçmüşlər. Ailə Harford Kauntidə, Merilenndəki Bel-Erdə bir ferma satın almışdır. Con Uilks But 10 may 1836-cı ildə bu fermada anadan olmuşdur. Ona ailənin uzaq qohumu olduğu iddia edilən ingilis radikal siyasətçi Con Uilksin adı verilmişdir. Butun uşaqlığının keçdiyi ev "Tudor Holl" ailənin Harford Kauntidəki torpağında 1847-ci ildə inşa edilmişdir və bu gün də qalmaqdadır. == Sui-qəsd == Butun atası Cunius Brutus But XIX əsrin tanınmış teatr aktyorlarından biri idi. O, özü də 1860-cı illərdə ABŞ-də artıq istedadlı teatr aktyoru kimi tanınırdı. But Konfederasiya hakimiyyətinin tərəfdarı idi və Cənubun vətəndaş müharibəsində məğlub olması onu qəzəbləndirmişdi.
Nobody but You
Nobody but You (azərb. Səndən başqa heç kəs‎) — Avstriyanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Sezar Sampson "Nobody but You" mahnısı ilə Avstriyanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ əldə etmişdir. Mahnı Bolqarıstanın 2016 və 2017 Avroviziya mahnılarını ərsəyə gətirən Boris Milanov, Sebastian Arman, Yoakim Persson və Yohan Alkenos tərəfindən bəstələnmişdir.
Nothing But a Heartache
Nothing But a Heartache (azərb. Heç bir iztirab‎) – C. C. Catch tərəfindən 1988-ci ildə ifa edilmiş mahnıdır.
1,4-Butandiol
1,4- Butandiol (butilenqlikol) C₄H₁₀O₂ - üzvü birləşmə, İki atomlu spirt, rəngsiz qatı mayedir. == Alınması == 1,4-Butandiol, katalizatorun iştirakı ilə 110-130 0 C temperaturda və 200-300 atmosfer təzyiqində sulu məhlulda 1,4-butindiolun hidrogenləşdirilməsi yolu ilə əldə edilir. 1,4-Butandiol, həmçinin, katalizator kimi ağır metal asetilenidlərdən istifadə edərək formaldehidin asetilenlə yüksək təzyiqdə aparılan reaksiya zamanı alınır. 2 H C H O + H C ≡ C H → H O H 2 C C ≡ C C H 2 O H {\displaystyle {\mathsf {2HCHO+\ HC\equiv CH\ \rightarrow HOH_{2}CC\equiv CCH_{2}OH}}} 1,4-Butandiol malein anhedridindən alınma üsuluda var. Malein anhedridi metil efirinə çevrilir və sonra hidrogenləşir. == Kimyəvi xassələri == Kimyəvi xassələrinə görə 1.4 – Butandiol tipik qlikoldur. Karbon turşularla (katalizatorun iştirakı ilə) qarşılıqlı təsir göstərir və karbon turşularının anhidritləri və turşu xloranhidridləri ilə mürəkkəb efirlər əmələ gətirir. 1,4-butanediolun sulu məhlulları ortofosfor turşusu iştirakı ilə qızdırıldıqda, tetrahidrofuran əmələ gəlir. == Toksikliyi == 1.4 – Butandiol etanola bənzəyir, insanlara narkotik təsir göstərir. Doza həddi artıq olarsa başgicəllənmə, qusma, zəiflik, yuxululuq, ağır zəhərlənmə və hətta ölümə səbəb ola bilər.
Accipiter butleri
Accipiter butleri (lat. Accipiter butleri) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl qırğı cinsinə aid heyvan növü.
Aleksandr Butlerov
Aleksandr Mixaylovic Butlerov (15 sentyabr 1828, Çistopol, Kazan quberniyası[…] – 17 avqust 1886, Biarrits) — rus kimyaçı, üzvi maddələrin kimyəvi quruluşu nəzəriyyəsinin, eləcə də "Butlerov məktəbi"nin yaradıcısı, arıçı-alim, lepidopteroloq, ictimai xadim, 1860–1863-cü illərdə Kazan İmperator Universitetinin rektoru. == Həyatı == Aleksandr Butlerov mülkədar, Böyük Vətən müharibəsinin iştirakçısı (1812), təqaüdçü-zabit ailəsində doğulmuşdur. İlk təhsilini Topornin özəl pansionunda fransız dili müəllimi kimi almışdır, daha sonra 1-ci Kazan gimnaziyasında, 1844–1849-cu illərdə isə Kazan Universitetinin "təbiət elmləri şöbəsi"ndə tələbə olmuşdur. 1849-cu ildən buranın müəllimi, 1854-cü il fövqəladə, 1857-ci ildən isə həmin universitetdə adi kimya professoru kimi fəaliyyət göstərmişdir. 1860–1863-cü illərdə iki dəfə universitetin rektoru olmuşdur. 1868–1885-ci illərdə Peterburq Universitetində adi kimya professoru kimi işləmişdir. 1885-ci ildə təqaüdə çıxmış, yalnız universitetdə xüsusi mühazirələr deməyə davam etmişdir. 1870-ci ildə həmkar seçilmişdir, 1871-ci ildə fövqəladə, 1874-cü ildə isə Peterburq EA (Elmlər Akademiyasında) adi akademik. 1878–1882-ci illərdə N. N. Zininin varisi Rusiya Kimya Cəmiyyətinin Kimya şöbəsinin sədri kimi fəaliyyət göstərmişdir. Bir çox digər elmi cəmiyyətlərin Rusiyada və xaricdə fəxri üzvü olmuşdur.
Apium graveolens subsp. butronensis
İyli kərəviz (lat. Apium graveolens) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin kərəviz cinsinə aid bitki növü. == Sinonimləri == Apium celleri Gaertn. Apium decumbens Eckl. & Zeyh. Apium dulce Mill. Apium graveolens var. bashmensis Hosni Apium graveolens var. butronensis D.Gómez & G.Monts. Apium graveolens subsp.
Apium graveolens var. butronensis
İyli kərəviz (lat. Apium graveolens) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin kərəviz cinsinə aid bitki növü. == Sinonimləri == Apium celleri Gaertn. Apium decumbens Eckl. & Zeyh. Apium dulce Mill. Apium graveolens var. bashmensis Hosni Apium graveolens var. butronensis D.Gómez & G.Monts. Apium graveolens subsp.
Arvaduşaqlı buta
Buta (butə, puta) — qönçə; badamabənzər naxış növüdür. Azərbaycan ornament sənətinin çox yayılmış bəzək elementlərindən biri. == Etimologiyası == Birmənalı olaraq, «buta/puta» sozünün ilkin mənası qədim türk xalqlarının mifoloji təsəvvürlərində sakral xarakter daşıyan rəmzlə bağlıdır. Zərdüşt təliminə əsasən, buta Günəşin, müqəddəs odun rəmzi, insanı bədnəzərdən, xəstəliklərdən qoruyan pak alov dilinin stilizə olunmuş təsviridir. Azərbaycanın toponimikasında, folklorunda, tətbiqi sənətində, memarlığında bu arxetipin forma və varianları ilə bağlı çoxsaylı misallar çəkmək olar: Misir ehramlarının yaşıdı sayılan Qız qalasının konturları yüksəklikdən butaya bənzəyir. Bakı şəhərinin heraldik rəmzində də buta təsvir olunmuşdur. Butanın atəşpərəstlik dövrünə məxsus bəzək forması olduğu ehtimal edilir. Bakı, Gəncə, Ərdəbil, Təbriz, Naxçıvan, Salyan, Muğan xalçalarında, binaların daxili bəzəkləri və digər sənət nümunələrində butadan geniş istifadə edilmişdir. Buta Orta Asiya və Yaxın Şərq ölkələrinin də (Hindistanın tirmə şallarında, İranın parça və metal məmulatlarında və s.) dekorativ və tətbiqi sənətində geniş yayılmışdır. Butalar forma etibarı ilə 4 qrupa bölünür: Xalça bəzəyində işlədilən butalar ("Muğan-buta", "Salyan-buta", "Xilə-buta", "Bakı-buta", "Sarabi-buta", "Gəncə-buta", "Şirvan-buta"); Ailə həyatını təmsil edən butalar ("bala-buta", "həmli-buta", "balalı-buta", "evli-buta", "qoşaarvadlı-buta" və s.); Rəmzi mahiyyət daşıyan butalar ("cıqqa-buta", "lələk-buta", "küsülü-buta", "qovuşan-buta", "yazılı-buta" və s.); Bu qrupa müxtəlif formalı butalar daxildir: "saya-buta", "əyri-buta", "dilikli-buta", "qıvrım-buta", "şabalıd-buta", "zərxara-buta", "badamı-buta", "qotazlı-buta", "çiçəkli-buta", "yanar-buta" və s.
Azərbaycan-Butan münasibətləri
Azərbaycan-Butan münasibətləri — İki ölkə arasında diplomatik əlaqələr 7 fevral 2013-cü ildə qurulmuşdur. == Əlaqələr == Dekabr 2015-ci ildə Butanın Baş naziri Lyonçen Tşerinq Tobqay Yeni il münasibətilə Azərbaycanın Baş naziri Artur Rasizadəyə təbrik məktubu ünvanlamışdır. == Qarşılıqlı səfərlər == Səfir İ.Hacıyev 7 avqust 2014-cü ildə Butan Kralı Ciqme Xesar Namqyel Vanqçuka etimadnaməsini təqdim etmiş, səfər çərçivəsində Parlamentin sədri Ciqme Zanqpo, Baş nazirin vəzifələrini icra edən Damço Dorci, Xarici işlər üzrə Katib Yaşey Dorci, Maliyyə məsələləri üzrə Katib Lam Dorci ilə görüşmüşdür. Bakıda 2-5 may 2015-ci ildə keçirilmiş AİB Rəhbərlər Şurasının 48-ci illik Toplantısında Butanın Maliyyə naziri Namgay Dorji iştirak etmişdir. 14 iyun 2016-ildə BMT-nin Baş Assambleyasında səsvermədə BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) 2017-2019-cu illərdə üzvü seçilmiş Azərbaycanın namizədliyini dəstəklədiyinə görə Butan hökumətinə minnətdarlıq bildirilmişdir. “Mən Azərbaycan haqqında nə bilirəm” esse müsabiqəsinin Butandan olan qalibi S.Vangdi Gənclər və idman nazirliyinin dəvəti ilə 10-20 iyul 2016-cı ildə Azərbaycana səfər etmiş, Azərbaycanın mədəniyyəti, tarixi və adət-ənənələri ilə tanış olmuşdur.
Azərbaycan–Butan münasibətləri
Azərbaycan-Butan münasibətləri — İki ölkə arasında diplomatik əlaqələr 7 fevral 2013-cü ildə qurulmuşdur. == Əlaqələr == Dekabr 2015-ci ildə Butanın Baş naziri Lyonçen Tşerinq Tobqay Yeni il münasibətilə Azərbaycanın Baş naziri Artur Rasizadəyə təbrik məktubu ünvanlamışdır. == Qarşılıqlı səfərlər == Səfir İ.Hacıyev 7 avqust 2014-cü ildə Butan Kralı Ciqme Xesar Namqyel Vanqçuka etimadnaməsini təqdim etmiş, səfər çərçivəsində Parlamentin sədri Ciqme Zanqpo, Baş nazirin vəzifələrini icra edən Damço Dorci, Xarici işlər üzrə Katib Yaşey Dorci, Maliyyə məsələləri üzrə Katib Lam Dorci ilə görüşmüşdür. Bakıda 2-5 may 2015-ci ildə keçirilmiş AİB Rəhbərlər Şurasının 48-ci illik Toplantısında Butanın Maliyyə naziri Namgay Dorji iştirak etmişdir. 14 iyun 2016-ildə BMT-nin Baş Assambleyasında səsvermədə BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) 2017-2019-cu illərdə üzvü seçilmiş Azərbaycanın namizədliyini dəstəklədiyinə görə Butan hökumətinə minnətdarlıq bildirilmişdir. “Mən Azərbaycan haqqında nə bilirəm” esse müsabiqəsinin Butandan olan qalibi S.Vangdi Gənclər və idman nazirliyinin dəvəti ilə 10-20 iyul 2016-cı ildə Azərbaycana səfər etmiş, Azərbaycanın mədəniyyəti, tarixi və adət-ənənələri ilə tanış olmuşdur.
Berende butası
Berende buxtası (bolq. залив Беренде, ‘Zaliv Berende’ \'za-liv be-ren-'de\) — 3.3 km uzunluğu olan və Antarktidanın Cənubi Şetland adalarının Qrinviç adası sahillərindən 1.15 km cənub-qərbdə yerləşmişdir. Pelişat burnundan cənubda yerləşmişdir. Buxta qərbi Bolqarıstanda yerləşən Berende şəhərinin adını daşıyır. == Yerləşməsi == Berende buxtası 62°28′25″ c. e. 59°58′35″ q. u. koordinatlarında yerləşmişdir. Bolqarıstan xəritəsinə 2009-cu ildə daxil edilmişdir.
Butalı xalçaları
Butalı xalçaları — Quba xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları.
Butan
Butan (dzonqxa: Druk Yul) və ya rəsmi adı ilə Butan Krallığı (dzonqxa: Druk Yul Kap — Əjdaha ölkəsi) — Cənubi Asiyada dövlət. Butan şimal və şimal-qərbdə Çin, cənub, cənub-qərb və şərqdə Hindistanla həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Thimphu şəhəri, ümumi sahəsi 38,394 kvadrat kilometrdir. Butanın dənizə çıxışı yoxdur. == Ümumi məlumat == Cənubi Asiyada dövlət. Şimal-qərbdə və şimalda Çinlə, cənub-qərbdə, cənubda və şərqdə Hindistanla həmsərhəddir. Sah. 46,65 min km². Əh. 758,7 min (2013).
Butan (maddə)
Butan (C4H10) — Alkanlar sinfindən üzvi maddə. Kimyada ad n-butanın işarələməsi üçün istifadə olunur. n-butan və onun izomeri olan izobutanın qatışığı CH(CH3)3 da eyni adı daşıyır. Zəhərlidir və tənəffüs orqanlarına təsir göstərir. == İzomerləri == Butanın 2 izomeri var: == Fiziki xassələri == Butan rəngsiz, iysiz yanan qazdır. Asanlıqla sıxılır. Suda həllolma qabiliyyəti 100 ml suda 6,1 mq-dır. 100 °C-yə yaxın temperaturda və 10 atm. təzyiqdə su ilə azotrop birləşmə əmələ gətirə bilir.
Butan Silahlı Qüvvələri
Butan Silahlı Qüvvələri - Butan Kral Ordusu, Butan Kral Qvardiyası, polis və Butan Kral polisindən ibarətdir. Butanın dənizə çıxışının olmadığına görə Hərbi Dəniz Qüvvələri yoxdur. Butan Kral Ordusu (BKO) - Butan Silahlı Qüvvələrinin bir hissəsidir, (Butan Konstitusiyasının 27-ci maddəsinə əsasən) ölkənin ərazi bütövlüyünü və xarici təhdidlər zamanı dövlət suverenliyini qorumaq üçün məsuliyyət daşıyır. BKO-nun baş komandanı Butan Kralıdır. BKO bir də Butan Kral Qvardiyası - elit hissəsidir, kralın, ailəsinin və digər yüksək vəzifəli şəxslərin təhlükəsizliyinə cavabdehlik daşıyır. Belə qəbul edilib ki, hər bir Butan ailəsindən bir oğlan orduda xidmət etməlidir (məcburi olmamasına baxmayaraq). Lazım gəldiyi təqdirdə xalq səfərbərliyə cəlb edilə bilər. Butan Kral Qvardiyası - Butan Kral Ordusunun müstəqil bölümüdür, kral və ailəsini mühafizə etmək üçün qurulmuşdur, ordunun ən yaxşı hazırlanmış və ən yaxşı silahlı birliyidir. Sayı min nəfərdən çoxdur. Kral mühafizəçiləri özlərinin yüksək səviyyəli hazırlıqlarını 2003-cü ildə Assam separatçı düşərgələrinin məğlubiyyəti zamanı sübut etdi.Hücum zamanı mühafizəçilər ön sıralarında yürüdülər, lakin heç bir itki vermədilər; əməliyyatlarda şəxsən iştirak edən kral Jiqme Sinqe Vanqçuk da yaralanmadı.
Butan bayrağı
Butan bayrağı — Butanın Dövlət bayrağı
Butan coğrafiyası
Butan — Cənubi Asiya regionunda, Çinlə Hindistan arasında yerləşən dövlət. Sahəsi 46 500 km² təşkil edir. Ölkənin şimalı yüksək dağlıq ərazi olub dağ buzlaqları ilə örtülüdür. Cənubi isə subtropik düzənliklərdən ibarətdir. Ölkənin ən hündür nöqtəsi Kula-Kanqri dağıdır. Digər məlumatda isə Kanqar-Punsun dağıdır (7570 m). Ölkə ərazisindən axan çayların heç biri gəmiçiliyə yaramır. Onlar əsasən irriqasiya və elektrik enerjisinin əldə olunması baxımından əhəmiyyətlidirlər. Ölkədə iqlim yüksəklikdən asılı olaraq dəyişir. Şimalda il böyu qar hökm sürdüyü halda, qərbdə musson yağışları, şərqdə quru havalar, cənubda isə subtropik iqlim hökm sürür.
Butan himni
Druk tsendhen (dz. འབྲུག་ཙན་དན་, "İldırım əjdəhasının krallığı") Butanın dövlət himnidir. Sözlərinin müəllifi Daşo Qyaldun Tinley və bəstəkarı Aku Tonqmidir. Himn 1953-cü ildə təsdiq olunub. == Mətni == == İstinadlar == == Əlavə oxumaq üçün == Minahan, James. The Complete Guide to National Symbols and Emblems. 1. Greenwood Press. 2009. səh.
Butan iqtisadiyyatı
Butan aqrar ölkədir, ən az inkişaf etmiş dünya ölkələri sırasına aid edilir və Hindistan, Avropa ölkələri, beynəlxalq təşkilatların göstərdiyi xarici köməkdən çox asılıdır. ÜDM həcmi 5 milyard dollar, adambaşına – 7000 dollardır (alıcılıq qabiliyyəti paritetinə görə; 2013). ÜDM-in real artımı 5,8% (2013); insan inkişafı indeksi 0,538 (dünyanın 186 ölkəsi arasında 140-cı yer, 2012). ÜDM-in 13,8%-i kənd təsərrüfatı, 41,2%-i sənaye və tikinti, 45,0%-i xidmət sferasının payına düşür (2013). Turizm və energetikanın inkişafı hökumətin diqqət mərkəzindədir. Qəbul edilmiş iqtisadi proqramlar ətraf mühitin və əhalinin ənənəvi həyat tərzinin qorunub saxlanmasına yönəlmişdir. Marka ticarəti və xarici turizm valyuta gəlirinin əsas mənbəyidir və turist sayını tənzimləyən dövlətin tam nəzarəti altındadır. == Sənayesi == Beynəlxalq Valyuta Fondunun Butan üçün tərtib etdiyi ÜDM-un illər üzrə göstəriciləri Əhəngdaşı, gil, mərmər, dolomit, qrafit, şist və qiymətli daşlar hasil edilir, az miqdarda dəmir filizi və kömür çıxarılır. Hidroenergetika iqtisadiyyatın ən sürətlə inkişaf edən sahəsidir. İldə 2 mlrd.
Butan milli kitabxanası
Butan milli kitabxanası (NLB) (dzonq-ke འབྲུག་རྒྱལ་ཡོངས་དཔེ་མཛོད, vayli, lat. Druk Gyelyong Pedzö) Butanın paytaxtı Tximpxuda yerləşir. Butanın zəngin mədəni irsini qoruyub saxlamaq məqsədi ilə 1967-cı ildə bu kitabxananın əsası qoyulmuşdur. Kitabxana Butan toxuculuq muzeyi yaxınlığındakı çayın sağ sahilində yerləşir. == Tarixi == Butan Milli Kitabxanası 1967-ci ildə kraliça Aşi Puntso Çodenin (1911-2003) təşəbbüsü ilə yaradılmışdır. Əvvəlcə bu kitabxanada dəyərli mətnlərin çox da böyük olmayan kolleksiyası mühafizə edilmişdir. İlk əvvəl kitabxana Taşiço-dzonqa mərkəzi qülləsində yerləşirdi. Kolleksiyanın həcminin ölçüsünə görə kitabxana Tximpxuda Çanqanqkxa rayonunda xüsusi məkanda yerləşdirilmişdir. Layihə üzrə dzonqa ənənəvi üslubunda 4 mərtəbəli səkkiz guşəli kompleks inşa edilmişdir. Hökumət xarici səhmdarlları və investorları cəlb etmədən tikintini təmin edə bilmişdir.
Butan milli muzeyi
Butan milli muzeyi (dz. ལྟ་རྫོང་།, ing. National Museum of Bhutan) — Butan Krallığının qərbində yerləşən Paro dzonqxaqında mədəniyyət muzeyi. Muzey Butan incəsənətinin ən yaxşı nümunələrini nümayiş etdirmək üçün təsis edilmişdir. Bunlara bürüncdən hazırlanmış heykəllər və rəsm əsərləri də daxildir. Muzeyin ətrafında ekstensiv kolleksiyaları nümayiş etdirmək üçün qalereyalar tikilmişdir. Hal-hazırda milli muzeydə Butan incəsənətinin 3 mindən çox nümunəsi var. Bu nümunələr Butanın 1,500 illik mədəni irsini əhatə edir. == Tarix və memarlıq == Milli muzey 1968-ci ildə Butanın üçüncü kralı Cinqme Dorci Vançukun əmri ilə bərpa edilmiş Ta-dzonq adlı tarixi bir keşikçi qülləsinin binasında təsis edilmişdir. Bu dzonq 1641-ci ildə Rinpunq-dzonq adlı bir buddist monastırının şimal hissəsini müdafiə etmək üçün tikilmişdi.
Butan musiqisi
Butan musiqisi — Butan mədəniyyətinin bir qolu olub, Butan milli folklorunu təmsil edən, xalq və ya ayrı-ayrı butanlı bəstəkarlar tərəfindən yaradılmışdır. Butanın musiqi mədəniyyəti Tibet musiqi mədəniyyətinin regional növüdür. Butanın bütün ənənəvi musiqisi öz növbəsində dini musiqi ilə sıx bağlıdır. Dini musiqi vacrayana buddizmi ilə bağlı olmaqla, güclü monastır ənənəsi qorunub saxlanmışdır. Ölkədə hər il keçirilən çam dini mərasimində musiqi ilə müşayiət olunan maskalı rəqs tamaşaları onun ayrılmaz hissəsidir. XVI əsrdən bəri dəyişməmiş Tibet mənşəli musiqi alətləri lim fleytaları (linqbu; bambukdan 6 fleyta dəsti), uzun qolu olan damnyen lütnyasından ibarətdir. Saray və dövlət bayramlarında boeda və şunqda janrlarında mahnılar ifa olunur; şunqda başlanğıcını XVII əsr Tibet saray musiqisindən götürmüşdür və Butanın dövlət himninin əsasını təşkil edir. 1960-cı illərdən saray və dövlət təntənələrində iştirak edən peşəkar musiqiçilər ansambllarına gəzərgi musiqiçilərin Tibet mənşəli aləti olan yayla çalınan ikisimli pivanq, Çin mənşəli musiqi aləti olan yanqçen simbalları, damnyen və lim daxildir. Peşəkar klassik, həmçinin ənənəvi kənd ansamblları dövlət tərəfindən himayə olunur. 1954-cü ildə paytaxt Thimphuda Kral İfaçılıq Sənətləri Akademiyası açılmışdır.
Butan mədəniyyəti
Butan mədəniyyəti — Butanın müasir mədəniyyəti qədim zamanlarda formalaşmışdır.Coğrafi mövqeyindən dolayı Butan xarici mədəniyyətlərin təsirindən qorunmuşdur. Cənubda Hindistan və şimalda Çinlə sərhədi olan bu ölkə uzun müddət ərzində mədəni irs və müstəqilliyini qorumaq üçün həm mədəni, həm də iqtisadi inteqrasiya siyasətini izləmişdir. Yalnız 20-ci əsrin son illərində əcnəbilərin ölkəyə məhdud şəkildə səfər etməsi təmin edilmişdir. Beləliklə, Butan , mədəniyyətinin bir çox aspektlərini qoruya bilmişdir. == Din == Dinin təsiri bütan cəmiyyətinin demək olar ki, bütün sahələrində hiss olunur. Ən azı 1% -i Butan digər dinlərin ardıcıllarıdır. Ölkənin sakinlərinin əksəriyyəti (75%) müxtəlif təzahürlərdə Buddizm tətbiq edir. Əhalinin 1% -i digər dinlərin ardıcıllarıdır. == Milli geyim == Butan vətəndaşları, gündüz saatlarında ictimaiyyətdə olduqları zaman “Driglam Namzha” kimi tanınan milli geyim geyinirlər. Bəzi rayonlardakı (dzonqaqalar) tələblər digərlərindən daha sərtdir.
Butan nqultrumu
Butan nqultrumu (Dzonqxa: དངུལ་ཀྲམ, nqyultram kimi tələffüz edilir) — Butan krallığının pul vahididir. Krallığın rəsmi valyutası 1974-cü ildən dövriyəyə buraxılmışdır. (Əvvəl Butan rupisi Butanın valyutası idi, hərçənd bəzən müasir nqultrumu da "Butanın rupisi" adlandırırlar). 1 nqultrum 100 setrumdan ibarətdir. ISO 4217 standartında nqultrumun kodu — BTN, simvolu — Nu, setrumun simvolu — Ch-dır. Mübadilədə daha çox 20, 25, 50 setrumluq və 1 nqultrumluq sikkələrdən istifadə olunur. Nadir hallarda isə 5 və 10 setrumluq sikkələrdən istifadə olunur. Mübadilədə 1, 5, 10, 20, 50, 100, 500 və 1000 nqultrumluq əsginaslar üstünlük təşkil edir. Nqultrumun məzənnəsi Hindistan rupisi ilə əlaqəlidir. == Sikkələr == == Əsginaslar == 2014-cü ildə yeni nümunənin 1 və 10 nqultrumluq əsginasları buraxılmışdır.
Butan poçt markaları və poçt tarixi
Butanın poçt və poçt markalarının tarixi 1962-ci ildən başlayır, bu ildən etibarən poçt şöbələrinin açılması və özünə məxsus poçt markalarının nəşr edilməsi başlanıldı. Butan krallığı 1969-cu ildən Ümumdünya poçt birliyinin üzvüdür. Butanda markaların emissiyası müqavilələr əsasında aparılır, bu müqavilələr xarici filatelistik aqentliklər ilə imzalanır (Yaponiya, İtaliya, Böyük Britaniya və başqaları). Markaların emissiyası ölkə poçtunun tələbindən qat-qat çox olur. Butanın filatelistik tarixində Bert Kerr Todd əhəmiyyətli şəxsiyyət idi. Güman edilir ki, Bert Kerr Todd Buran krallığına ayaq basmış ilk amerikalıdır. Butanın poçt markalarının nəşrinə aid proyektin həyata keçirilməsində köməklik göstərirdi. Berr Toddun səyi nəticəsində Buran öz qeyri ad markaları ilə tanınmış oldu. Bert Todda fikirləşirdi ki, bu markalar bütün dünyada böyük marağa səbəb olacaq. == Poçtun inkişafı == Cənubi Asiyanın Şərqi Himalay dağlarında Butan krallığın 1949-cu ilə kimi Böyük Britaniyanın protektorat statusu var, 1949-cu ildən etibarən Hindistan ilə xüsusi müqavilələri olduğundan azad dövlətə çevrildi, bu müqavilələrdə hind protektoratı nəzərdə tutulurdu.
Butan tarixi
Butanın tarixi VII əsrdə Tibetdən buddizmin yayılması ilə sıx bağlıdır.. Sonrakı bir neçə əsr ərzində Butanın münbit vadiləri Tibetdən gəlmələr tərəfindən məskunlaşmışdır. Butanda Tibet lamaları tərəfindən çox sayda monastırların əsası qoyulmuşdur. Onlardan ən iriləri XVI əsrə aiddir və Tibet buddizminin bir neçə qolu ilə bağlıdır. Butan dövləti XVII əsrin əvvəllərində buddizmin müxtəlif cərəyan və məktəblərinin dünyəvi və dini hakimiyyət uğrunda mübarizəsi gedişində meydana gəlmişdir. Butanın banisi Tibet rahibi Şabdrunq Nqavant Namqyal (1594-1651) hesab olunur. O, Butanda dualist hakimiyyət sistemi yaratmış, idarəçilik üzrə səlahiyyətləri dünyəvi (deb racə) və dini (drahma racə) başçılar arasında bölüşdürmüşdür. Lamaizmin hakim drukpa karcupa məktəbinin təmsilçiləri olan Butanın sonrakı dini hökmdarlarına təbəələri Şabdrunqun inkarnasiyaları kimi sitayiş edirdilər. Monastır-qalaların (dzonqların) başçıları xeyli dərəcədə müstəqilliklərini saxlayırdılar. Tədricən Butanda hakimiyyət əyalətləri idarə edən iri feodal sərkərdələrin əlinə keçdi.
Butan əhalisi
Butan hakimiyyətinin rəsmi saytına görə ölkədə 683 407 nəfər yaşayır (2008—2009). The World Factbooka görə ölkə əhalisi 699 847 nəfərdir. == Milli tərkibi == Ölkənin əsas əhalisi bhotiyalar, yaxud butanlılardır: şarçoplar (26%; 2005), yaxud şərqi butanlılar; dzonq-ke dilində danışan bhotiyaların özləri, yaxud mərkəzi butanlılar (23%); bumtanqpalar, yaxud kebumtamplar, qərbi butanlılar (6%). Digər Tibet-Birma xalqları: khenqlər (8%), dakpalar (6%), matpalar (4%), dzalalar (3%), qurunqlar (3%), lepçalar (2%), kurteoplar (2%), nyempalar (2%), nepallılar (0,5%). Əhalinin 8%-ini Hindistandan gəlmələr təşkil edir, onların da 6%-i assamlılardır. == Təbi artım == Əhalinin ortaillik artımı 2,1%-dir, 1000 nəfərə doğum səviyyəsi 34 nəfər, ölüm səviyyəsi 13 nəfərdir. Uşaq ölümü 1000 nəfər diri doğulan uşağa 100 nəfərdir (2005). Fertillik göstəricisi 1 qadına 4,8 uşaqdır. == Yaş tərkibi == Əhalinin yaş tərkibi: 14 yaşadək – 39,1%, 15 yaşdan 64 yaşadək – 56,9%, 65 yaşdan yuxarı – 4%. Əhalinin orta yaş həddi 20,3 ildir.

Значение слова в других словарях